Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-374/2025 24.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1991-ci ildə Cəlilabad rayonun Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonun Kövüzbulaq kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2190 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlayıb, idarə etdiyi “Toyota Prius” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyarkən, 28 mart 2025-ci il tarixdə, saat 00:15 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonun Kürsəngi kəndinin ərazisindən keçən 29-cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 728 saylı stasionar postunda yol patrul xidməti inspektoru tərəfindən saxlanılıb avtomobilə ilkin baxış zamanı avtomobilin yük yerində bir ədəd sellofan torbanın içərisində narkotik maddə olması müəyyən edilib, bu barədə aidiyyəti üzrə məlumat verildikdən və bu məlumat DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olduqdan sonra, həmin gün saat saat 09 radələrində qeyd olunan məlumat əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək avtomobilin arxa yük yerində bir ədəd sellofan torbada 2190 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Cəlilabad rayonun Kövüzbulaq kəndində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin özünə məxsus “Toyota Prius” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə Cəlilabad-Bakı marşrutu üzrə sərnişin daşımaqla məşğul olmuşdur. Əvvəllər narkotik vasitələrdən istifadə etməmiş, tutulmamışdan təxminən bir ay əvvəldən narkotik maddə olan marixuanadan istifadə etməyə başlamışdır. Çox vaxt narkotik maddəni tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. Bir müddət əvvəl sosial şəbəkədə özünü iranlı “Sədi” kimi təqdim edən şəxslə tanış olmuş, sonradan həmin şəxslə istifadəsində olan mobil telefonla vatsapda danışıqlar aparmışdır. İstifadəsində üzərində 050/30722-31 və 070/307-22-31 saylı mobil telefon nömrələri olan “Samsung” mobil telefonu olmuşdur. 27 mart 2025-ci il tarixdə o, iranlı “Səid”lə əlaqə saxlayıb ondan istifadəsi üçün təxminən 310 qram marixuana istəmiş, “Səid” də ona Cəlilabad rayonun Uzuntəpə kəndində yol kənarında yerləşən avtoyuma məntəqəsinin arxasına bir ədəd sellofan torbada marixuana qoyulduğunu, gedib oradan götürməsini və pulunu sonra ona göndərməsini bildirmiş və o, götürəcəyi marixuanaya görə iranlıya 600 manat pul verəcəkmiş. Həmin gün gecə saat 23 radələrində o, idarə etdiyi “Toyota Prius” markalı, **-GK-*** qeydiyyat nömrə nişanlı avtomobillə “Səid”in vastsapla ona göndərdiyi “konum”a baxıb Cəlilabad rayonun Uzuntəpə kəndinə gedib yol kənarında yerləşən avtoyuma məntəqəsinin arxasından bir ədəd sellofan torbanı götürüb avtomobilin yük yerinə qoymuşdur. Götürdüyü torbanın içərisində dediyindən daha çox marixuana olduğunu görmüş, lakin bu barədə “Səid”ə heç nə deməmişdir. Həmin narkotik maddəni Bakı şəhərində kirayə qaldığı evdə istifadə etmək üçün avtomobildə saxlamışdır. Sonra idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində hərəkət etmiş, gecə saatlarında (28 mart 2025-ci il tarixdə, saat 00:15 radələrində) Salyan rayonun ərazisində olan yol patrul xidmətinin postundan (BDYPİ-nin 728 saylı stasionar postundan) keçən vaxt yol patrul xidməti əməkdaşı tərəfindən avtomobil saxlanılmışdır. Yol patrul xidməti əməkdaşı sənədlərini yoxladıqdan və onu sorğu-sual etdikdən sonra avtomobilə baxış keçiriləcəyini demiş, o da etiraz etməmişdir. Sonra avtomobili postun yanında saxlanılmış, onu saxlayan polis əməkdaşı avtomobilin açarını ondan götürülmüş, bundan sonra həmin polis əməkdaşı, özünün və orada olan digər polis əməkdaşlarının iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində olan sellofan torba aşkar olunmuşdur. Polis əməkdaşı ondan torbanın içərisində nə olmasını soruşmuş, o da torbanın içərisində istifadəsi üçün marixuana olduğunu bildirmişdir. Sonra polis əməkdaşı həmin torbanı götürmüş, sonra da sənədləşmə aparılmışdır. Həmin gün gecəni o, əlləri qandallı polis postunda qalmış, avtomobili də polis postunun yanında və avtomobilin açarları da polis əməkdaşında olmuşdur. Səhərisi günü səhər saat 09-10 radələrində mülki geyimli bir neçə polis əməkdaşı posta gəlmiş, sonra həmin polis əməkdaşları videoçəkilişlə yenidən onun avtomobilə baxış keçirmiş və avtomobilin yük yerindən içərisində marixuana olan həmin sellofan torba götürülmüşdür. Videoçəkiliş zamanı o, aşkar olunmuş torbada olan marixuananın özünə məxsus olmasını, şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. O, narkotik maddədən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamış və şəxsi istifadəsi üçün narkotik vasitə əldə edib saxladığına görə əməlindən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə avtomobilə baxışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, polis şöbəsində ona deyilmişdir ki, belə ifadə versə onun xeyrinə olar, ona görə də o, ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişqdir ki, o, “Səid” adlı şəxslə danışıb əldə etdiyi narkotik maddəni Bakı şəhərinə aparıb onun deyəcəyi yerə qoysa, həmin şəxs ona 200 manat pul verəcəkdir. Əslində isə onun “Səid” adlı şəxslə belə bir razılaşması olmamış, o, həmin şəxsdən öz istifadəsi üçün yalnız 310 qram marxuana istəmiş, sonra da deyilən yerə gedib oradan sellofan torbanı götürmüşdür. Həmin vaxt torbanın içərisində dediyindən çox marixuana olmasını görmüşdür. Ona görə də o, ibtidai istintaq zamanı verdiyi ifadələrinin qeyd olunan hissələrini təsdiq etmir və bununla bağlı verilmiş ittiham üzrə özünə təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün marixuana əldə edib idarə etdiyi avtomobildə saxladığını görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra BMCMİ-nin) əməkdaşıdır. 28 mart 2025-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsindən (bundan sonra BDYPİ-dən) daxil olmuş məlumat əsasında (BDYPİ-nin Yol Patrul Xidməti Alayının YPX inspektoru Şahid4 28 mart 2025-ci il tarixli “Raport”u) özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün səhər saatlarında əməliyyat qrupu Təqsirləndirilən şəxs saxlanıldığı Ələt-Astara avtomobil yolunda yerləşən BDYPİ-nin 728 saylı YPX-nin stasionar postuna getmişdir. Orada YPX-nin əməkdaşları əməliyyat qrupuna saxlanmış şəxs Təqsirləndirilən şəxs və həmin şəxsə məxsus “Toyota Prius” markalı avtomobili təqdim etmişlər. Bundan sonra təhqiqatçının rəhbərliyi ilə, əməliyyat qrupunun və orada olan digər polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə “Toyota Prius” markalı avtomobilə (**-GK-*** qeydiyyat nişanlı avtomobilə) baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerində sellofan torbanın içərisində marixuana olduğunu bildirmiş, sonra avtomobilin arxa yük yeri açılmış və yük yerində bir ədəd sellofan torbanın içərisində üç ədəd marixuana kütlələri aşkar olunmuşdur. Avtomobilin salonunda və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını, bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu İran vətəndaşından aldığını və Bakı şəhərinə aparıb iranlının dediyi yerə çatdırdıqdan sonra ona 200 manat pul veriləcəyini bildirmişdir. Aşkar olunmuş marixuana kütlələri elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, BDYPİ-nin əməkdaşıdır. O, 28 mart 2025-ci il tarixdə Ələt-Astara avtomobil yolunun 29-cu kilometrliyində yerləşən YPX-nin 728 saylı stasionar postunda xidmətdə olarkən gecə saat 00:15 radələrində Bakı istiqamətində hərəkət edən “Toyota Prius” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən postda saxlanılmışdır. Sürücünün, yəni Təqsirləndirilən şəxs sənədləri yoxlanılarkən o, özünü şübhəli apardığından, habelə avtomobildən kəskin narkotik vasitənin qoxusu gəldiyindən sürücüyə avtomobilə baxış keçirəcəyini bildirmiş, o da etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində bir ədəd sellofan torbada qurudulmuş marixuana kütlələri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs torbadakı narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Aşkar olunmuş torbada olan marixuana kütlələri götürməmiş, avtomobilin yük yerində saxlanmışdır. Bundan sonra baxışla bağlı protokol tərtib olmuş, daha sonra isə aşkar olunmuş faktla bağlı məlumatı raportla yuxarı rəhbərliyi məruzə etmişdir. Həmin gün səhər saatlarında BMCMİ-nin bir qrup əməkdaşı posta gəlmiş, onlara saxlanmış şəxs Təqsirləndirilən şəxs və ona məxsus “Toyota Prius” markalı, **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobil təqdim edilmişdir. Bundan sonra BMCMİ-nin əməkdaşları, onun və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə “Toyota Prius” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerində sellofan torbanın içərisində marixuana olduğunu bildirmiş, sonra avtomobilin arxa yük yeri açılmış və yük yerində bir ədəd sellofan torbanın içərisində üç ədəd marixuana kütlələri aşkar olunmuşdur. Avtomobilin salonunda və Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını, sosial şəbəkədə tanış olduğu İran vətəndaşından aldığını və Bakı şəhərinə aparıb deyiləcək yerə çatdırdıqdan sonra ona 200 manat pul veriləcəyini bildirmişdir. Aşkar olunmuş marixuana kütlələri elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb BMCMİ-nin əməkdaşları tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. BMCMİ-nin əməkdaşları posta gələn vaxtadək, yəni səhər saat 09 radələrinədək Təqsirləndirilən şəxs məxsus avtomobil YPXnin 728 saylı stasionar postunun həyətində, Təqsirləndirilən şəxs isə polis əmkdaşlarının nəzarəti altında postun inzibati binasında saxlanmışdır. İşdə olan, BDYPİ-nin YPXA-nın 10-cu taqımının YPX-nin isnpektorunun 28 mart 2025-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, həmin tarixdə, saat 00:15 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonun Kürsəngi kəndinin ərazisindən keçən 29cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 728 saylı stasionar postunda Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs özünü şübhəli apardığından, habelə avtomobildən kəskin narkotik vasitə olan qurudulmuş marixuananın qoxusu gəldiyindən Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilə baxış keçirilmiş və avtomobilin yük yerində bir ədəd qara rəngli sellofan torbada qurudulmuş marixuana aşkar edilmişdir. İşdə olan, “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 28 mart 2025-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə BDYPİ-nin YPXA-nın 10-cu taqımının YPXnin isnpektoru Şahid4 tərəfindən Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində bir ədəd qara rəngli sellofan torbada qurudulmuş marixuana aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan torbada olan narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Aşkar olunmuş qurudulmuş marixuana kütləsi götürməmiş, avtomobilin yük yerində saxlanmışdır. İşdə olan, BMCMİ-nin əməkdaşının 28 mart 2025-ci il tarixli “Raport”u və “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 28 mart 2025-ci il tarixli protokolla müəyyən edilir ki, 28 mart 2025-ci il tarixdə BDYPİ-nin YPXA-nın YPX-nin inspektoru Şahid4 28 mart 2025-ci il tarixli “Raport”u ilə daxil olmuş məlumata əsasən BNMİ-nin BŞ-nin təhqiqatçısı Arif Rzayev tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə (28 mart 2025-ci il saat 09:44-dən saat 10:23-dək) baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük hissəsində bir ədəd qara rəngli sellofan torbada və həmin torbanın içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlələr aşkar edilib götürülmüşdür. Baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 28 mart 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli polietilen bağlamada 03 (üç) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 510 qram, 525 qram, 1155 qram, ümumi təmiz çəkisi 2190,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 2189,7 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 30 mart 2025-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2189,7 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılır. Habelə baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 may 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 22 may 2025-ci il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi mənbə barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid4, Şahid3 və Şahid1 ifadələri (şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində aşkar olunmuş sellofan torbada olan narkotik vasitəni Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra ona 200 manat pul veriləcəyini bildirməsinə aid hallar istisna olunmaqla) yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübut hesab edir, onların göstərdiyi halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda məhkəmə şahidlər Şahid4, Şahid3 və Şahid1 ifadələrində göstərilən hallar, yəni “şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində aşkar olunmuş sellofan torbada olan narkotik vasitəni Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra ona 200 manat pul veriləcəyini bildirməsi”nə dair hallar yalnız Təqsirləndirilən şəxs dediklərinə əsaslandığından, eləcə də bu hissədə onların göstərdikləri ümumi mülahizə xarakteri daşıdığından məhkəmə bu ifadələrin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini mötəbər sübut kimi qəbul etmir və göstərilənlər Azərbaycan Respublikası CPMnin 351.2-ci maddəsinə əsasən ehtimallara əsaslandığına görə onları sübut kimi qiymətləndirmir. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tanışı olduğu “Səid” adlı şəxsdən istifadəsi üçün 310 qram marxuana istəməsi, avtomobilində aşkar olunmuş daha çox miqdarda marixuanaya görə özünü təqsirli bilməməsi və yalnız 310 qram marxuanaya görə özünü təqsirli bilməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid3 və Şahid1 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən avtomobilə baxışa dair videoçəkilişlə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı olduğu “Səid” adlı şəxsdən istifadəsi üçün 310 qram marxuana istəməsi, avtomobilində aşkar olunmuş daha çox miqdarda marixuanaya görə özünü təqsirli bilməməsi və yalnız 310 qram marxuanaya görə özünü təqsirli bilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid3 və Şahid1 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən avtomobilə baxışa dair videoçəkilişlə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuana əldə edib, saxlayıb idarə etdiyi avtomobildə daşıyarkən BDYPİ-nin stasionar postunda YPX-nin əməkdaşı tərəfindən saxlanılıb avtomobilə baxış zamanı avtomobilin yük yerində bir ədəd sellofan torbada külli miqdarda-2190 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Həmin hallar istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıması və satma kimi qiymətləndirilərək ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Lakin məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni (2190 qram qurudulmuş marixuananı) satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayətini şəxsiyyətləri məlum olmayan digər şəxslərlə birgə törətməsi, eləcə də Təqsirləndirilən şəxs 2190 qram qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlayıb daşıması tam təkzib olunur. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin maddənin cinayət-hüquqi mahiyyəti ondan ibarətdir ki, burada cinayətkar qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunması tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 1999-cu il tarixli Qərarında qeyd edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. Habelə həmin Qərarda göstərilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törədilərkən cinayətlərin birlikdə törədilməsi üçün iştirakçılar arasında işgüzar münasibətlərin yaradılması aydın görünür. Hazırki iş üzrə cinayət qanunvericiliyinin qeyd olunan norması baxımından Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun cinayətin digər iştirakçıları ilə yaxından, yaxud da uzaqdan əlaqədə olmaqla iştirakçıların birgə fəaliyyətinin mövcudluğu istintaq orqanı tərəfindən təqdim olunmuş sübutlara, eləcə də məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, avtomobilində aşkar olunmuş marixuana özünə məxsus olmaqla həmin marixuananı (2190 qram marixuananı) bir müddət əvvəl sosial şəbəkdə tanış olduğu “Səid” adlı şəxslə danışdıqdan sonra ondan istifadəsi üçün 310 qram marixuana istəmiş, sonra gedib həmin şəxsin dediyi yerdən narkotik maddəni götürüb avtomobilin yük yerinə qoymuş və bundan sonra avtomobili ilə Bakı şəhərinə gedərkən yolda polis postunda saxlanılıb avtomobilə baxış keçirilərkən qeyd olunan narkotik maddə aşkar olunub götürülmüşdür. Eyni zamanda iş üzrə verilmiş ittihamda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinin yeganə sübutu kimi ittiham tərəfi onun ibtidai istintaq zamanı verdiyi ifadələri və bu ifadələrə əsaslanan şahidlərin (polis əməkdaşlarının) ifadələri olmuşdur. Lakin bu cinayətdə iştirak edən qabaqcadan əlbir olmuş qrupun üzvlərinin, yəni Təqsirləndirilən şəxs və şəxsiyyətləri məlum olmayan digər şəxslərin narkotik vasitəni əldə olunub, saxlanılıb və daşınmasına dair qabaqcadan razılaşmaları barədə, habelə onların arasında belə razılaşmanın və qrup üzvlərinin rollarını nədən ibarət olması, eləcə də onların qabaqcadan hər hansı bir razılaşmasının olmasını təsdiq edən heç bir sübutlar istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaraq cinayət törətməsini təsdiq edən sübutların mövcud olmamasına və verilmiş həmin ittihamın (CM-nin 234.4.1-ci maddəsi ilə) tədqiq olunmuş sübutlarla təkzib olunmasına baxmayaraq istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.1-ci maddəsi ilə tövsif olunmuş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin qabaqcadan əlbir olaraq cinayət törətməsi öz təsdiqini tapmır. Həmçinin Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmə, saxlama və daşıması da istisna olunur. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ifadələrində bildirmişdir ki, o, tutulmamışdan təxminən bir ay əvvəldən olmaqla narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də marixuanadan istifadə etmiş və avtomobilində aşkar olunmuş marixuananı da şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Habelə 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 2190 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Bundan başqa, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan 50000 qramadək külli miqdir, 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik maddə olan marixuananın miqdarı 2190 qram olmaqla külli miqdar təşkil edir. Lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddəninin külli miqdar təşkil etməsi onun bu maddələri məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmdə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni (2190 qram marixuananı) hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən digər şəxslərlə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələri əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddələri əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə məhkəmə cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, istintaq orqanı verilmiş ittihamda göstərilən qaydada təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi, saxlaması və daşıması cinayətini törətməsi sübuta yetmir. Həm də bu ittihamın sübuta yetirilməsində istintaq orqanı tərəfindən təqdim olunmuş digər sübutlarla aradan qaldırılmasına qeyri-mümkün olan şübhələr də mövcuddur. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret ittihamda göstərildiyi kimi narkotik maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədi ilə əldə edilməsi ilə bağlı verilmiş ittiham yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş ittihamda göstərilən qaydada Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetmir və istintaq orqanı tərəfindən təqdim olunmuş digər sübutlarla aradan qaldırılmasına qeyri-mümkün olan şübhələr mövcuddur. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CMnin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2190 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlayıb, idarə etdiyi “Toyota Prius” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyarkən, 28 mart 2025-ci il tarixdə, saat 00:15 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonun Kürsəngi kəndinin ərazisindən keçən 29-cu kilometrliyində yerləşən BDYPİ-nə bilavasitə tabe olan YPXA-nın 728 saylı stasionar postunda yol patrul xidməti inspektoru tərəfindən saxlanılıb avtomobilə ilkin baxış zamanı avtomobilin yük yerində bir ədəd sellofan torbanın içərisində narkotik maddə olması müəyyən edilib, bu barədə aidiyyəti üzrə məlumat verildikdən və bu məlumat DİN-nin BMCMİ-nə daxil olduqdan sonra, həmin gün saat saat 09 radələrində qeyd olunan məlumat əsasında DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək avtomobilin arxa yük yerində bir ədəd sellofan torbada 2190 qram narkotik vasitə olan qurudulmuş marixuna aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş ittihamda göstərilən qaydada Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi sübuta yetmir. Həm də bu ittihamın sübuta yetirilməsində istintaq orqanı tərəfindən təqdim olunmuş digər sübutlarla aradan qaldırılmasına qeyri-mümkün olan şübhələr mövcuddur. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 mart 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 mart 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Cəlilabad RİHB-nın Kövüzbulaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonun Kövüzbulaq kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü intizamlı aparmış və kənd sakinlərinin hörmətini qazanmış, ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Cəlilabad RİHB-nın Kövüzbulaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2016-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X10 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 mart 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 2189,7 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-72 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 mart 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2189,7 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-72 (yetmiş iki) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-374/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-374/2025
24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver