Məhkəmə qərarları › İş №1(099)-375/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-375/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-375/2024 10.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1982-ci il tarixdə Şəmkir rayonu Qaracəmirli kəndində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə razılıq əldə etmiş, İİR-də olan digər şəxs satış məqsədi ilə əldə edib, saxladığı iki ədəd bağlamada qablaşdırılmış külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 19625,5 qram qurudulmuş marixuananı daşıyaraq onun özünün hər hansı bir formada bilavasitə iştirakı olmadan Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 4-cü sərhəd zastavasının arxa istiqamətində, Biləsuvar rayonunun ərazisində gizlətdikdən sonra, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxsla mobil telefon əlaqəsi yaradaraq həmin külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb daşımağa onu razı salmış, razılıq əldə edildikdən sonra o, 13 aprel 2023-cü il tarixdə saat 23 radələrində digər şəxsin idarə etdiyi avtomobillə Biləsuvar rayonuna gedərək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 4-cü sərhəd zastavasının arxa istiqamətində Biləsuvar-İmişli avtomobil yolunun Biləsuvar rayonu Arazbarı kəndi ərazisinə düşən hissəsində yoldan 80 metr aralıda gizlədilmiş yerdən həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 19625,5 qram qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və iki ədəd bağlamada külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 19625,5 qram qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, hadisə keçən ilin aprel ayının 13-də baş verib. Belə ki, özü iranlı şəxs ilə danışmış, həmin şəxs də ona Azərbaycanlı başqa bir şəxsin nömrəsini vermişdir. İranlı şəxsin adı Murtuza olmuşdur. Azərbaycanlı olan şəxs isə Emoş ləqəbli olmuş, onu üzdən görməmişdir. Murtuza ilə az müddətdir ki, danışırmış, o demişdir ki, “məndə yoxdur”, bu səbəbdən də Emoşun nömrəsini vermişdir. Həmin şəxsdən çəkmək üçün nəşə istəmişdir. O isə nəşənin 5-10 günə olacağını, özünün xəbər edəcəyini, görüşüb götürə biləcəyini demişdir. Özünə isə çəkmək üçün ən çox 100 qram nəşə lazım olmuşdur. Bundan sonra həmin Emoş ləqəbli şəxs zəng edib, Mingəçevir şəhərində dairəyə gəlməyini, orada onlara məxsus maşının olacağını, maşının Biləsuvara gələcəyini, onu da gətircəyini demişdir. Özü Şəmkirdən gəlmiş, ona narkotiki Mingəçevir şəhərində verməlilərmiş, lakin ordan demişlər ki, “bizim maşındı get-gəl”. Bundan sonra Mingəçevir şəhərinə deyilən ünvana getmiş, orada həqiqətən gümüşü rəngli dördgöz mersedes markalı maşını görmüşdür. Həmin maşına yaxınlaşıb Emoşun adın vermiş, o isə maşına əyləşməyini demişdir. Özü də maşına oturmuş, yola çıxmışlar. Yol boyu sürücü Emoş adlı şəxsi tanıdığından danışmış, lazım olanda görüşdüyün demişdir. Yolda olarkən Emoş adlı şəxs ona məkan ataraq narkotikin həmin yerdə olacağını demişdir. Saat gecə on ikiyə işləmiş olarmış ki, həmin atılan məkana çatmışdır. Yola baxa-baxa gedib Emoşun dediyi 35-ci km yazılan löhvəni tapmışdır. Maşından düşmüş, maşın isə çıxıb getmişdir. Həmin vaxt yolun qırağında iki nəfər mülki geyimli şəxs üstünə qaçmış ki, “dayan”. Əlində isə telefonunun işığını yandırmışdır. Həmin iki şəxs isə onu tutub yerə yıxmış, daha sonra ona xəsarətlər yetirmişlər və iki ədəd meşoku da gətirmişlər ki, bunların dalınca gəlmisən, sənindir. Əvvəlcə bilməmiş həmin şəxslər kimdi qaçmış, biraz qaçdıqdan sonra tutulmuşdur. Demişlər ki, bunları götürməlisən, bunlar sənindir və onu döymüşlər. Lakin özü narkotiki görməmiş, əli belə dəyməmişdir, 20 kq narkotik harasına yaraşır, özü kasıb adamdır, onluq olmayan bir işdir. Özünə 50-100 rqam nəşə lazım olmuşdur. Tutulandan sonra isə 15-20 nəfər sərhədçi gəlmiş, onu döymüşlər, əllərini qandallamışlar. Gələn onu vurmuşdur. Sonra bir gün onu zastavada saxlayıb, sabahısı Cəlilabada hərbi hissəyə aparmışlar. Sonra da Bakıya Səbail rayonunda baş idarəyə gətirmişlər. Ordan isə hərbi hospitala və “Semoşka” xəstəxasına aparılmışdır. İstintaq zamanı müstəntiqə də ifadə verib, müstəntiq ifadəsini oxuyub özü isə imzalamışdır, həmin vaxt vəkili də yanında olub, onunla məsləhətləşib, vəkili demişdir ki, düzdür qol çək, o isə sənədləri imzalayırmış. Bu günədək döyülməyi ilə bğlı heç bir yerə şikayət etməmişdir. Ona qarşı elan edilmiş ittihamla və şahid ifadələri ilə razı deyil, çünki özü döyülmüşdür, himayəsində azyaşlı uşaqları, işsiz yoldaşı var, bunları nəzərə alıb barəsində bəraət hökmü çıxarılmasını, ən pis halda isə ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, 2013-cü il tarixdə həbsdə olan zaman İİR vətəndaşı Murtaza adlı şəxslə tanış olmuşdur. 2015-ci ilin yanvar ayında həbsdən çıxdıqdan sonra da Murtuza ilə əlaqə saxlamışdır. Təqribən üç ay əvvəl o, Murtazaya vatsap vasitəsi ilə mesaj yazaraq ona çəkmək üçün marixuana göndərməsini xahiş etmişdir. Belə ki, Murtazanın da marixuana çəkdiyini türmədə olarkən bilmişdir. Murtuza hazırda marixuana olmadığını və dostunun ona köməklik edəcəyini, dostunun nömrəsini ona atacağını, həmin tanışı ilə əlaqə saxlamağını xahiş etmişdir. Murtuza ona həmin şəxsin nömrəsini göndərmiş və o, həmin şəxslə əlaqə saxlamışdır. Həmin nömrənin neçə olmasını xatırlamamışdır. Həmin şəxs ona özünü İİR vətəndaşı Baba kimi təqdim etmişdir. O, Babaya narkotik vasitə olan marixuana lazım olduğunu, ona köməklik etməsini xahiş etmişdir. Baba ona Emoş adlı dostunun Azərbaycanda olduğunu, Emoşun ona köməklik edəcəyini bildirmişdir və ona Emoşun ********** saylı nömrəsini atmışdır. O, 2 ay hadisədən öncə Emoşla telefon əlaqəsi saxlamış və narkotik vasitə olan marixuana lazım olduğunu, ona köməklik göstərməsini xahiş etmişdir. Emoş hal-hazırda onda marixuana olmadığını, bir az səbrli olmasını, bir müddət sonra narkotik vasitə olacağını bildirmişdir. Ara-sıra Emoşla əlaqə saxlayır və malın olub-olmaması ilə maraqlanmışdır. xx.xx.2023-cü il tarixdə Emoş ona zəng edərək Azərbaycanın İmişli rayonunda narkotik vasitə olduğunu və həmin narkotik vasitəni götürmək üçün konum (məkan) atılacağını və onun gedib narkotik vasitəni həmin ünvandan götürməsini istəmişdir. O, xx.xx.2023-cü il tarixdə 16:00 radələrində Şəmkir rayonun, Qaracəmirli kəndində yerləşən yaşadığı evdən çıxmış və taksi vasitəsi ilə Mingəçevir-Bəhramtəpə yolunun kəsişməsinə getmişdir. Saat 18 radələrində orada onu Emoşun göndərdiyi gümüşü rəngli Mersedes-Benz markalı avtomobil götürmüş və onlar İmişli rayonu istiqamətinə hərəkət etmişlər. Maşının sürücüsünün adı Samir olmuş və onlar yolda olarkən Samir bildirmişdi ki, Emoşgilin malı olduqda deyir və pul qarşılığında köməklik göstərir. Samir onun İmişliyə narkotik götürməyə getməsini bilmişdir. Yolda olarkən Emoş ona məkan atacağını və həmin ünvandan narkotik vasitəni götürməsini bildirmişdir. Onlar hərəkət edərək həmin ünvana saat 23:20 radələrində çatmışlar. Samir ona bildirmişdir ki, avtomaşından düşsün və malı götürərək yolun kənarına çıxsın. O, da avtomobildən düşərək narkotik vasitəni götürmək üçün piyada hərəkət etmişdir. O, 2 ədəd bağlamanı tapmış və həmin bağlamaları götürərək ərazindən uzaqlaşmağa başlamışdır. Bu zaman ona kimsə "Dayan, dur” deyə səslənmiş və 2 nəfər şəxs onu saxlamaq istəmişdir. Bu zaman o, həmin şəxslərin kim olmasını bilməyərək və qorxaraq ərazidən qaçmağa cəhd göstərmişdir. Lakin bir qədər hərəkət etdikdən sonra onu saxlamış və sonradan həmin şəxslərin DSX hərbiçiləri olduqlarını bilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini qismən təsdiq etdiyini, ifadəsində yalnış olduğunu, iki ədəd bağlamanı götürmədiyini, həmin hissədə ifadəsinin axırını oxuya bilmədiyini, imzaladığını bağlamaları götürdüyünü demədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 13 aprel 2023cü il tarixdə qabaqlayıcı əməliyyat məlumatı əsasında o, və bəzi hərbi qulluqçular hərbi hissənin inzibati binasında müvafiq tədbir keçirilməsi ilə bağlı müşavirə keçirmişlər. Müşavirədən sonra o, kapitan Şahid2 ilə birlikdə 4-cü sərhəd zastavasının arxa istiqamətində, 13 aprel 2023-cü il tarixdə «pusqu» sərhəd naryadı xidmətini təşkil etmişlər. Onlara məlumat verilmişdi ki, əraziyə külli miqdarda narkotik vasitə gizlədilmiş və həmin vasitənin dalınca kimlərinsə gəlməsi ehtimal olunur. Eyni zamanda onlar təlimatlandırılmışdılar ki, həmin istiqamətlərdə müvafiq əlverişli yer seçib gizlənməli və narkotik vasitəni götürəcək şəxsin və ya şəxslərin saxlanlıması üçün müvafiq tədbirlər görülməlidir. 13 aprel 2023-cü il tarixdə saat 23 radələrində asfalt yol ilə bir avtomaşının gəlməsini müşahidə etmişdir. Həmin avtomaşın yolun kənarında dayanmış, həmin maşında iki nəfər şəxsin olmasını görmüş, daha sonra həmin şəxslərdən sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomaşından düşmüş, digər şəxs isə avtomaşını sürərək ərazidən uzaqlaşmışdır. Avtomaşından düşən Təqsirləndirilən şəxs ərazidə axtarış aparmağa başlamış və bir neçə dəqiqə sonra içərisində külli miqdarda narkotik vasitə olan iki ədəd bağlamanı götürərək geriyə qayıtmaq istəyərkən onlar Vüqara dayan komandası vermişlər. Lakin Vüqar əmrə tabe olmayaraq, Vüqar adlı naryad üzvünə yumruq zərbəsi vurub qaçmağa başlamış, lakin onlar Təqsirləndirilən şəxs saxlamışlar. Bir neçə dəqiqə sonra əraziyə hərbi qulluqçular gəlmiş və aşkar edilmiş bağlama saxlanılan şəxslə birlikdə sərhəd zastavasına aparılmışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı bağlamanı fiziki cəhətdən əlinə götürmüşdür, ona qarşı tərəflərindən heç bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, onu hal şahidi qismində hərbiçilər dəvət etmiş, o isə razı olaraq əvvəlcə əraziyə getmiş, oradan bağlama götürülmüşdür. Daha sonra bağlamaya zastavada baxış keçirilmiş, haradasa 20 kq narkotik olmasını demişlər. Narkotik qara sellofanda olmuş, özündən başqa bir nəfər də hal şahidi olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs özü də orada olmuşdur. Heç bir etirazın bildirməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs xəsarət görməmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin komandiri polkovnik Rauf Abdullayevin məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə 4-cü sərhəd zastavasının 1-ci sahəsində çöl istiqamətində hərbi qulluqçular xidmətdə olarkən bir ədəd avtomobil gəlmiş, avtomobildən bir nəfər düşərək ərazidən içərisində külli miqdarda 20600 qram narkotik vasitə marixuanaya oxşar iki ədəd torbanı götürərək geriyə qayıtmaq istəyərkən saxlanılmışdır. Daha sonra onun üzərinə keçirilmiş baxış zamanı gödəkcəsinin cibindən bir ədəd kağıza bükülmüş ümumi çəkisi 6 qram olan marixuanaya və tütünə bənzər maddələr aşkar olunaraq götürürlmüşdür. (c 1, i.v 6) İş materiallarında olan Əməliyyat-Axtarış şöbəsinin rəisi Seymur Muradov tərəfindən N saylı hərbi hissənin komandiri Rauf Abdullayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü ildə 4-cü sərhəd zastavasının 1-ci sahəsində çöl istiqamətində “Pusqu” xidməti təşkil olunmuş, xidmətin təşkili zamanı həmin əraziyə bir ədəd avtomobil gəlmiş, avtomobildən bir nəfər düşərək ərazidə gizlədilmiş torbaları götürməsi müşahidə olunmuşdur. Sərhəd naryadı kolluq ərazidən çıxaraq həmin şəxsə dayan çağırışı verən zaman torbaları götürən şəxs əlindəki torbaları ataraq qaçmağa çalışmışdır. Həmin şəxsin arxasınca qaçan zaman o, yerə yıxılmış, sifət və bədən nahiyələrindən müxtəlif xəsarətlər almışdır. Şəxsin üzərinə baxış zamanı gödəkçəsinin cibindən ümumi çəkisi bükümlə birlikdə 6 qram narkotik vasitə olan marixuana və tütün məhsuluna bənzər maddənin olması aşkar olunmuş, torbaların daxilinə baxış keçirilən zaman torbaların daxilində ümumi çəkisi bükümlərlə birlikdə 20600 qram narkotik vasitə olan marixuanaya bənzər maddələrin olması məlum olmuşdur. (c 1, i.v 7) İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, N nömrəli hərbi hissənin 4-cü sərhəd zastavasının 1-ci sahəsində mühəndis texniki çəpərindən 1800 metr çöl istiqamətdə Biləsuvar-İmişli şossesindən 80 metr aralıqda Təqsirləndirilən şəxs saxlanıldığı ərazidə iki ədəd narıncı rəngli torba aşkar olunaraq götürülmüşdür. (c 1, i.v 10-11) İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, N saylı hərbi hissənin 4-cü sərhəd zastavasının 1-ci sahəsində mühəndis texniki çəpərindən 1800 metr çöl istiqamətdə Biləsuvar-İmişli şossesindən 80 metr aralıqda Təqsirləndirilən şəxs saxlanıldığı ərazidə aşkar olunaraq götürülmüş iki ədəd torbanın içərisində bükülü halda ümumi çəkisi 20600 qram olan narkotik vasitə marixuanaya oxşar maddələrin olması müəyyən edilmişdir. (c 1, i.v 12) İş materiallarında olan xx.xx.2023-cü il tarixli inziabti qaydada tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 02:10-da inzibati qaydada tutulmuşdur. (c 1, i.v 14) İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd Nokia markalı mobil telefon, 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd kağız bükümdə narkotik vasitə olan marixuana və tütünə bənzər maddə gödəkçəsinin sol cibindən aşkar edilərək götürülmüşdür. (c 1, i.v 15-16) İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs gödəkçəsinin sol cibindən aşkar olunmuş kağız bükümün daxilinə baxış keçirilən zaman orada ümumi çəkisi bükümlə 6 qram narkotik vasitə olan marixuanaya bənzər maddənin və tütünün olması məlum olmuşdur. (c 1, i.v 19) İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 14 aprel 2023-cü il tarixli, 7/540 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş torbaları açdıqda içərisində ümumi təmiz halda çəkisi 19625,5 qram olan bitki mənşəli kütlə narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Eyni zamanda tədqiqata təqdim edilmiş bir ədəd zərfi açdıqda içərisində təmiz halda çəkisi 1,250 qram qurudulmuş marixuana olması müəyyən edilmişdir. Ekspertizaların keçirilməsində sərf edilmiş narkotik vasitələr nəzərə alınmaqla, narkotik vasitə marixuananın qalığı 19626,15 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 40 manat təşkil edir. (c 1, i.v 23-26) İş materiallarında olan 14 aprel 2023-cü il tarixli mobil telefon və mobil kartlara baxış keçirilməsi haqqında, 21 sentyabr 2023-cü il tarixli "xxxx" MMC-in diskinə və məktubuna baxış keçirilməsi haqqında, 24 oktyabr 2023-cü il tarixli "xxxx" MMC-in diskinə və məktubuna baxış keçirilməsi haqqında protokollardan görünür ki, hadisə günü, yəni 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə ilə şəxsiyyəti istintaqa Emoş adı ilə məlum olan şəxsin istifadəsində olan ********** saylı nömrə arasında danışıqlar olması müəyyən edilmişdir. Bundan başqa hadisə günü, yəni 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə ilə şəxsiyyəti istintaqa Seyid adı ilə məlum olan şəxsin istifadəsində olan ********** saylı nömrə arasında 2 halda danışığın olması müəyyən edilmişdir. Eyni zamanda 13 aprel 2023-cü il tarixdə şəxsiyyəti istintaqa Emoş adı ilə məlum olan şəxsin istifadəsində olan ********** saylı nömrə ilə İran İslam Respublikası operatoruna məxsus **********5934 saylı nömrə arasında danışıqlar olması müəyyən edilmişdir. Bundan başqa hadisədən əvvəlki günlərdə də sonuncular arasında mobil telefon danışıqları olmuşdur. (c 1, i.v 29, 174, 213) İş materiallarında olan 14 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:50-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 31) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə cəza çəkmə müəssisəsindən azad edilmişdir. (c 1, i.v 52-53) İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 4(009)-271/2023 nömrəli Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 aprel 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 75-78) İş materiallarında olan Şəmkir RİHB-nın Qaracəmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası, qardaşı, arvadı və xx.xx.2017-ci il, xx.xx.2019-cu il təvəllüdlü uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə şikayət xarakterli ərizə və şifahi məlumat daxil olmamışdır. (c 1, i.v 125-126) İş materiallarında olan 23 avqust 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 19626,15 qram marixuanın qalığı cinayət işi üzrə maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin saxlanc yerinə verilmişdir. (c 1, i.v 169) İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 4117 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyat alınması məsləhət görülür. (c 1, i.v 170-171) İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə əldə edərək istifadə etməsi xüsusatı üzrə ona ittiham verilməsinin qeyri-mümkünlüyü nəzərə alınmış, şəxsiyyəti istintaqa Emoş və Seyid adı məlum olan şəxslər və qeyriləri barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrılması haqqında qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1,250 qram qurudulmuş marixuana şəxsi istehak miqdarından az olduğundan, onun barəsində həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə bu hissədə xitam verilmişdir. (c 2, i.v 41-50) İş materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Bakı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sol göz ətrafı nahiyədə tünd-bənövşəyi rəngli qançır, sol biləyin bayır səthində 1-2 sm ölçüdə, sol diz oynağının bayır səthində 7-8 sm ölçüdə, sol topuğun bayır səthində 2-3 sm və 3-4 sm ölçüdə kəsilmiş-sıyrılmış (çapılmış-sıyrılmış) üzəri qərtməkli yaralar, sağ bazu oynağının bayır səthində 1-2 sm ölçüdə kəsilmiş (çapılmış) üzəri qərtməkli yara və 4-5 sm ölçüdə sarı-yaşılımtıl rəngli qançır müşahidə edilmişdir. (c 3, i.v 68-97) İş materiallarında olan 03 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Baş prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, ədliyyə müşaviri Ülvi Əhmədov tərəfindən qəbul edilmiş qərardan görünür ki, toplanmış 906-C-24 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (c 3, i.v 109-112) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: İİR-də olan və digər şəxslərlə telefon vasitəsilə danışaraq öz şəxsi istifadəsi üçün 50-100 qram marixuana götürmək məqsədilə Biləsuvar rayonu ərazisinə getmiş, yola baxa-baxa gedib 35-ci km yazılan löhvəni tapmış, maşından düşmüş, maşın isə çıxıb getmiş, həmin vaxt yolun qırağında iki nəfər mülki geyimli şəxs üstünə qaçmış ki, “dayan”, Əlində isə telefonunun işığını yandırmışdır. Həmin iki şəxs isə onu tutub yerə yıxmış, daha sonra ona xəsarətlər yetirmişlər və iki ədəd meşoku da gətirmişlər ki, bunların dalınca gəlmisən, sənindir. Daha sonra sərhədçilər tərəfindən döyülmüş, narkotik vasitənin özünə aid olmasını etiraf etmişdir. Aşkar olunmuş narkotik vasitənin ona aidiyyəti olmamışdır. Təqsirlərdirilən şəxs Təqsirləndirilən şəxs saxlanılarkən sərhədçilər tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs səkkiz aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiqlər, təhdidlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra sərhədçilər tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Bundan başqa Təqsirləndirilən şəxs iddia etdiyi hallarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq xx.xx.2024-cü il tarixli qərarla (cild İİİ, i.v 109-112) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. X8 Məhkəməsi «X1rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutları CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqları məlumatları habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 44-47) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 63-66) şəxs qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddəni digər şəxsin vasitəsilə Biləsuvar rayonu ərazisindən götürmək məqsədi ilə getdiyini, əraziyə çatıb avtomobildən düşərək narkotik vasitəni götürmək üçün piyada hərəkət etdiyini, 2 ədəd bağlamanı tapıb və həmin bağlamaları götürərək ərazindən uzaqlaşmağa başladığını, bu zaman ona kimsə "Dayan, dur” deyə səsləndiyini və 2 nəfər şəxsin onu saxlamaq istədiyini, bu zaman həmin şəxslərin kim olmasını bilməyərək və qorxaraq ərazidən qaçmağa cəhd göstərdiyini, lakin bir qədər hərəkət etdikdən sonra onu saxladıqlarını bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeydşərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə yerində heç bir heç bir narkotik vasitə götürməməsi, əlinin belə həmin narkotiklərə dəyməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən ifadələrlə, eləcədə onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid1 və Şahid2 həmin ifadələrində Təqsirləndirilən şəxs bilavasitə hadisə yerindən bağlamaları götürdükdən sonra tərəflərindən saxlanılmasını bildirmişlər) ilə tam təkzib edilmişdir. Bununla yanaşı onun barəsində Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində sərhədçilər tərəfindən üzərinə narkotik vasitə qoyulması, aşkar edilmiş narkotik vasitəni götürməməsi ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və hərbi hissədə olarkən sərhədçilər tərəfindən fiziki, psixoloji təzyiqlərə və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bununla yanaşı o, xx.xx.2024-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs tutulduğu andan müdafiəçi təqdim edilmiş və o, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş, hər iki dindirmə protokolunun sonunda “ifadəmi oxudum, sözlərimlə düzgün yazılıb, imzamla təsdiq edirəm” sözləri yazılmış, həmin protokollar həm özü, həm də müdafiəçi tərəfindən imzalanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə verdiyi ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslərlə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslərlə (Emoş, Baba və Murtuza adlı şəxslər, lakin onların şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə adları şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə mobil telefon vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxslərin Biləsuvar rayonu, Arazbarı kəndi ərazisinə narkotik vasitə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxslərin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxslərin məqsədinin külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxslərin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilərkən qüvvədə olmuş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 12(a)-ci sətrinə əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi isə 500 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, müxtəlif növlərə adi olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 19626,15 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-40 (qırx) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 19626,15 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-40 (qırx) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar