Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-375/2025 08.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4cü maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 5 inzibati binada qeydiyyatda olmaqla Yevlax şəhəri, Şəki küçəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu “Mehdi Aslandüz” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd bağlamada qablaşdırılmış külli miqdarda-780 qram tərkibində narkotik vasitə kodein və morfin olan tiryək alkoloidlərini ehtiva edən və emala məruz qalmış tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış kütlə, külli miqdarda-ümumi təsiredici maddəsinin miqdarı 1,84 qram 46 ədəd narkotik vasitə olan metadon həbləri, 130 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,583 qram psixotrop maddə olan metamfetaminin Ələt- Astara avtomobil yolunun Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisindən keçən hissəsində olan “heyvan” xəbərdarlıq yol nişanının yanında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 04 mart 2025-ci il tarixdə, saat 22 radələrində bu cinayət əməlindən xəbərsiz, taksi sürücüsü Şahid4 idarə etdiyi “Toyoto Auris” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşib həmin əraziyə gedib, orada avtomobildən düşüb qeyd olunan yerdən bir ədəd bağlamada qablaşdırılmış külli miqdarda-780 qram tərkibində narkotik vasitə kodein və morfin olan tiryək alkoloidlərini ehtiva edən və emala məruz qalmış tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış kütlə, külli miqdarda-ümumi təsiredici maddəsinin miqdarı 1,84 qram 46 ədəd narkotik vasitə olan metadon həbləri, 130 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,583 qram psixotrop maddə olan metamfetamini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, bu maddələri gəldiyi avtomobilin qabaq oturacağın altına qoyub daşımaqla Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonun ərazisindən keçən hissəsində hərəkətdə olmaqla daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 04 mart 2025-ci il tarixdə, saat 22:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisindən keçən 102-ci kilometrliyində “Toyoto Auris” markalı, **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanıldıqdan sonra həmin avtomobilə baxış zamanı avtomobilin ön sağ sərnişin oturacağının ayaqaltı hissəsindən bir ədəd bağlamada qablaşdırılmış külli miqdarda-780 qram tərkibində narkotik vasitə kodein və morfin olan tiryək alkoloidlərini ehtiva edən və emala məruz qalmış tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış kütlə, külli miqdarda-ümumi təsiredici maddəsinin miqdarı 1,84 qram 46 ədəd narkotik vasitə olan metadon həbləri, 130 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,583 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, lakin CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 5 inzibati binada qeydiyyatda olmaqla Yevlax şəhərində Şəki küçəsində yaşayan qohumlarının evində, daha sonra başqa ünvanlarda (qeyri-dəqiq) yaşamışdır. Təxminən 6-7 aydır ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də “nəşə”dən (marixuanadan) istifadə etmişdir. Əvvəllər bir dəfə 2018-ci ildə məhkum olunmuş (CM-nin 144.2.3 və 144.2.4-cü maddələri ilə) və 2023-cü ilin dekabr ayında cəzaçəkmə yerindən azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra marixuanadan istifadə etməyi davam etmişdir. Tutulmamışdan bir gün əvvəl “Tik-tok” sosial şəbəkəsindən ona özünü İran vətəndaşı və adını “Mehdi Aslandüz” kimi təqdim edən şəxsdən narkotik təklifi ilə bağlı mesaj gəlmiş, o da “nəşə” (marixuana) istifadəçisi olduğundan həmin şəxsə telefon nömrəsini verməklə tanış olmuş, sonra da vatsapla onunla əlaqə saxlamağa başlamışdır. O, tanış olduğu şəxslə danışan vaxt ondan istifadəsi üçün 150 qram marixuana istəmiş, həmin şəxs də ona Salyana gəlib dediyi yerdən narkotiki götürməsini bildirmişdir. O, bu şəxsə pulu olmadığını demiş, həmin şəxs də onun bank kartına 20 manat göndərmişdir. Həmin pulun az oldduğunu bildirib pulu geri qaytarmış, sonra ona yenə də 20 manat pul göndərmişdir. Bundan sonra o, 04 mart 2025-ci il tarixdə taksi tapmış və sürücü ilə danışıb əvvəl Salyana, sonra Biləsuvar rayonuna getmişdir. Onun Biləsuvara nəyə görə getməsindən taksi sürücünün (Şahid4) məlumatı olmamışdır. İranlı onunla vatsapda danışıb Biləsuvar rayonuna gəlməsini və ora narkotik maddənin qoyulduğunu deyib narkotikin qoyulduğu yerin “konum”unu ona göndərmiş, o da həmin “konum”da göstərilən yerə taksini sürdürmüşdür. Biləsuvar rayonun ərazisində narkotikin qoyulduğu yerə çatıb maşından düşüb gizlədildiyi yerdə sellofan bağlamanı götürmüşdür. İranlının ona göndərdiyi “konum”da əl ovuc içi boyda sellofan şəkili də olmuşdur. Götürdüyü sellofan bağlamanı kəsib baxmış və bağlamanın içərisində marixuana olmasını görmüşdür. Həmin sellofan bağlamanı cibinə qoyub maşına əyləşib yolu davam etmişlər. Onun yolun kənarından içərisində marixuana olan bağlamanı cibinə qoymasını sürücü görməmişdir. Onlar bir az hərəkət etdikdən sonra yol polisləri və digər polislər maşını yolda saxlamışlar. Polislər onun üstünü axtarmışlar və cibində olan sellofan bağlama aşkar olunmuş, həmin vaxt polislər ondan digər maddələrin harada olmasını soruşmuş, o da ondan ancaq “nəşə” (marixuana) olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu maşına mindirib bir az ora-bura maşını sürdürüb, həm də onunla söhbət edib videoçəkiliş olacağını həmin vaxt onların dediklərinin deməsini bildirmiş, o isə razılaşmamış və bu səbəbdən polislər onu döymüş, o da məcbur qalıb, həm də sürücünün təqsiri olmadığı halda tutulduğuna görə onun buraxılması üçün polislərin dedikləri ilə razılaşmışdır. Sonra Aqşin adlı polis əməkdaşı bir ədəd bağlamanı, yəni özündə olan bağlamanın üzərinə bir az da narkotik maddə qoyulmuş bağlamanı verib videoçəkiliş zamanı həmin bağlamanın özünə məxsus olmasını bildirməyi tələb etmiş, o isə bağlamada olan digər maddələrin ona məxsus olmadığını demiş, bu zaman polislər onu döymüş, o da videoçəkiliş zamanı maşında aşkar olunan bağlamanın özünə məxsus olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs verilən sualları cavablandıraraq ifadəsində bildirmişdir ki, tanış olduğu şəxs ona 150-200 qram “nəşə”nin (marixuananın) yolun kənarına qoyulacağını deyib gedib götürmsini bildirmiş, həmçinin ona “konum” və fotoşəkil göndərmişdir. Fotoşəkildə gördüyü sellofan bağlama əl içi boyda olmuşdur. Sonra o, həmin yerə gedib oradan sellofan bağlamanı götürüb özündə olan bıçaqla kəsib içərisinə baxmış və bağlamanın içərisində “nəşə” (marixuana) olmasını görmüş, sonra həmin bağlamanı cibinə qoymuşdur. Aşkar olunmuş metadon və metamfetamin ona məxsus deyil, lakin 130 qram marixuana ona məxsusdur. Özünə məxsus olmayan narkotiklər polis əməkdaşlarına aiddir. O, özünü iranlı kimi təqdim edən şəxslə əvvəl videogörüntülü danışmış, sonradan videogörüntülü danışmamış, adi qaydada zəng edib danışmışdır. Telefonda danışdığı şəxsə üzərində 15 manat pulu olduğu və narkotik maddəni götürmək üçün gedə bilməyəcəyini demiş, bundan sonra həmin şəxs əvvəl ona 20 manat, sonra yenə də 20 manat pul göndərmişdir. O, həmin şəxsə demişdir ki, verdiyi pulu tədricən ona qaytaracaqdır. Sonra o, taksi sürücüsü ilə həmin yerə gedib-gəlməyə 35-40 manata razılaşmışdır. O, tutulandan 45 dəqiqə və ya 1 saat sonra videoçəkilişlə baxış keçirilmişdir. Polislərin onu döyməsi nəticəsində o, başından və ayağından xəsarətlər almışdır. Polislərin dedikləri ilə, yəni marixuanadan əlavə olan digər narkotiklərin ona məxsus olmasını deməyə razı olmadığına görə polislər onu döymüşlər. Mobil telefonunda danışdığı şəxsin adını “Mehdi Aslanduz” kimi özü yazmış və tutulan vaxt mobil telefonu polislər tərəfindən götürülmüşdür. Tutulduqdan sonra videoçəkilişdə polislərin dediyi kimi danışmış, istintaq zamanı isə müstəntiqə məhkəmədə dediyi kimi ifadə vermişdir. O, narkotik vasitələrdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamış və verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 150 qram marixuana götürmək üçün Biləsuvar rayonuna getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində (06 və 07 mart 2025-ci il tarixli) göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadə etməsə də, 2025-ci ilin fevral ayından başlayaraq heroindən və qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. 03 mart 2025-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində özünü İran vətəndaşı və “Mehdi” kimi təqdim edən şəxslə tanış olmuş və əlaqə saxlaması üçün istifadəsində olan 055/366-35-36 mobil telefon nömrəsini həmin şəxsə vermiş, iranlı “Mehdi” adlı şəxsin mobil telefon nömrəsi +**********03 olmuş, daha onlar vatsapla əlaqə saxlayıb danışmışlar. Aralarında olan söhbət zamanı o, “Mehdi”yə narkotik vasitələrindən istifadə etməsi barədə məlumat vermişdir. 04 mart 2025-ci il tarixdə iranlı “Mehdi” ona bildirmişdir ki, Salyan rayonun Şorsulu kəndində yol nişanın yanında bir ədəd sellofan bağlamanın içərisində narkotik vasitələr var, gedib onu oradan götürüb Bakı şəhərinə aparıb orada deyiləcək ünvana bağlamanı qoysun və bunun müqabilində ona 1000 (bir min) manat pul verəcəkdir. Pula ehtiyacı olduğu üçün o, “Mehdi”nin təklifi ilə razılaşmışdır. Sonra o, yaşadığı Yevlax şəhərindən tanımadığı yol maşını ilə Qaradağ rayonun Ələt qəsəbəsinə gəlib orada yolun kənarında dayanmış tanımadığı taksi sürücüsündən Salyan rayonun Şorsulu kəndinə onu aparıb-gətirməsini xahiş etmiş, həmin şəxs də yol haqqı olaraq 35 manat istəmiş, o da razılaşmışdır. Sonra onlar yola düşmüşlər və yolda olarkən taksi sürücüsünun adının Sənan olduğunu öyrənmişdir. Yolda olarkən “Mehdi” içərisində narkotik vasitə olan bağlamanın gizlədildiyi yerin şəklini çəkib vatsapda ona göndərmişdir. Həmin “konum”a (məkana) uyğun olaraq taksi sürücüsü onu Biləsuvar rayonun ərazisinə gətirmişdir. Taksi sürücüsü onu Salyana aparmalı olduğu halda artıq Biləsuvar rayonuna gətirdiyini bildirmiş, o da Sənana burada bir dostu olduğunu, onunla görüşüb qayıdacağını, ona 35 manat deyil, 50 manat verəcəyini demiş, Sənan da razılaşmış, sonra onlar yoluna davam etmişlər. Onlar üzərində “heyvan” şəkili olan lövhənin yanına yaxınlaşanda o, Sənana tualetə getmək adı ilə avtomobilli saxlamasını bildirmişdir. O, həmin yerdə avtomobildən düşüb “heyvan” şəkili olan lövhənin yanından bağlamanı götüb gödəkcəsinin içərisində gizlətmiş və avtomobilə gəlib qabaq oturacaqda əyləşmişdir. O, Sənana işi alınmadığını deyib geri qayıtmasını bildirmiş, Sənan da avtomobili sürüb təxminən 150-200 metr yol getdikdən sonra yol patrul xidməti əməkdaşları Sənana maşını saxla işarəsi vermiş, Sənan da maşını yolun kənarına çəkib saxlamışdır. Sənan avtomobildən düşüb yol patrul xidməti avtomobilinə yaxınlaşmış, həmin vaxt o, gödəkcənin içərisində gizlətdiyi bağlamanı oturacaqda ayaqlatına, həmçinin özünün və sürücünün mobil telefonunu saxlanc yerinə qoymuşdur. Sonra polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin Biləsuvar rayonun ərazisində qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onu və taksi sürücüsü Sənanı saxlamışlar. Bundan sonra polis əməkdaşları onun üzərini yoxlamış, həmçinin onu sorğu-sual etmişlər. Şifahi sorğu zamanı o, İran vətəndaşı “Mehdi” ilə tanış olduğunu, “Mehdi”nin ona Biləsuvar rayonunda olan üç kiloqram qurudulmuş marixuananı götürüb Bakı şəhərinə aparacağı təqdirdə ona 1000 (bir min) manat pul veriləcəyini bildirməsi və bundan sonra taksi ilə Biləsuvar rayonuna gəlib içərisində narkotik vasitələr olan bağlamanı götürüb avtomobillə geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanıldığını və narkotik vasitələr olan bağlamanın avtomobildə olmasını bildirmişdir. Polis əməkdaşları sürücü Sənandan üzərində və avtomobilində narkotik vasitə və ya qadağan edilmiş əşyaların olub-olmasını soruşmuş, Sənan da üzərində və avtomobilində qadağan edilmiş əşyaların olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun və Sənanın iştirakı ilə “Toyota Auris” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməyə başlamışlar. Baxış zamanı o, narkotik vasitələrin avtomobilin qabaq oturacağının ayaqaltı hissəsində olduğunu bildirmiş və bundan sonra polis əməkdaşları avtomobilin qabaq oturacağının ayaqaltı hissəsindən bir ədəd bağlamanı götürmüşlər. Həmin bağlamanın içərisində narkotik maddələr aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixli ifadəsində göstərmişdir ki, o, “Tik-Tok” sosial şəbəkəsində “Mehdi Aslandüz” adlı İran vətəndaşı ilə tanış olmuşdur. 04 mart 2025-ci il tarixdə “Mehdi Aslandüz” adlı şəxs ona zəng vurub Salyan rayonun Şorsulu kəndinin yaxınlığında bir ədəd bağlamada 3 kq marixuana olmasını və həmin bağlamanı götürüb Bakı şəhərinə aparıb orada dediyi ünvana qoymasını bildirmiş, o da bu təkliflə razılaşmışdır. Həmçinin o, “Mehdi”yə 3 kq marixuananın çox olmasını, marixuananın pulunu verə bilməyəcəyini demiş, “Mehdi” təkid edərək gedib narkotik maddəni götürməsini demiş, o da gedib narkotik maddəni götürsə də, narkotik pulunu göndərməməyi, özünün istifadə etməsi üçün həmin narkotik maddəni əldə etməsini planlaşdırmışdır. Sonra o, Salyana getməsi üçün Ələt qəsəbəsinə getmiş, orada əvvəllər tanımadığı Sənan adlı şəxsin avtomobilinə əyləşib əvvəlcə Salyana, sonra Biləsuvar rayonuna getmiş, yolda olarkən “Mehdi”nin (“Mehdi Aslandüz”ün) içərisində narkotik vasitə olan bağlamanın gizlədildiyi yerin şəkilini ona göndərdiyi məkana yaxınlaşmış, orada “Heyvanlar” işarəsi olan yol nişanın yanında avtomobili saxladıb tualetə getmək adı ilə avtomobildən düşüb həmin yol nişanın yanında içərisində qurudulmuş marixuana olan bağlamanı götürıb əynindəki gödəkcənin içəri hisssində gizlədib avtomobilə gəlib əyləşib sürücü Sənana geri qayıtmağı bildirmişdir. Onlar avtomobillə hərəkət edib Bakı şəhəri istiqamətində gedərkən Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində YPXnin əməkdaşı avtomobili saxlamaq işarəsi vermiş, həmin vaxt o, içərisində narkotik vasitə olan bağlamanı oturduğu yerin ayaqaltı hissəsində gizlətmişdir. Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən avtomobil saxlanıldıqdan sonra polis əməkdaşları dartıb onu avtomobildən çölə çıxarıb onu vurmuşlar. Həmin vaxt əməliyyatçı Aqşin qara rəngli sellofanı ona göstərib həmin torbanın ona məxsus olmasını bildirmiş, o buna etiraz etdikdə isə, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Bundan sonra o, polis əməkdaşları ilə razılaşmış, daha sonra polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etməyib, sonrakı ifadəsini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının ona qarşı təzyiqlər olduğu üçün o, bağlamada aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını demiş, əslində isə bağalamada olan narkotik maddələrdən yalnız 150 qram marixuana ona məxsus olmuş, digər narkotiklər (tərkibində narkotik vasitə kodein və morfin olan tiryək alkoloidlərini ehtiva edən və emala məruz qalmış tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış kütlə, 46 ədəd metadon həbləri və metamfetamin) ona məxsus deyil. İranlının dediyi yerdən götürdüyü bağlamanın içərisində marixuana olmuş, sonradan Aqşinin ona təqdim etdiyi və özünün olmasını bildirdiyi bağlamada aşkar olunan narkotik maddələr özünün götürdüyü bağlamanın içərisində olmamışdır. O, narkotik vasitələrdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamış və verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 150 qram marixuana götürmək üçün Biləsuvar rayonuna getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. 04 mart 2025-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılıb 04 mart 2025-ci il tarixdə, saat 22 radələrində əməliyyataxtarış tədbiri keçirilməyə başlanmışdır. Əməliyyat tədbirinə uyğun olaraq Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan “Toyota” markalı avtomobil (“Toyota Auis” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil) Ələt-Astara yolunun Biləsuvar rayonun Xırmandalı kəndindən keçən hissəsində olarkən əməliyyat qrupuna daxil olan YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra o və əməliyyat qrupun digər üzvləri avtomobilə yaxınlaşıb özlərini təqdim edib sürücüyə və sərnişinə üzərilərində və avtomobildə qanunsuz olaraq narkotik maddələr əldə edib saxlamaqda şübhəli olduqları bildirilib üzərilərində yoxlama, avtomobilə baxış keçiriləcəyi izah edilmiş, onlar da etiraz etməmişlər. Həmçinin orada sürücünün adının Sənan (Şahid4), sərnişinin adının isə Zamin (Təqsirləndirilən şəxs) olması aydınlaşdırılmışdır. Sonra videoçəkilişlə sürücü Sənanın və sərnişin Zaminin üzəriləri yoxlanılmış və onların üzərilərində qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Zamin sosial şəbəkədə İran vətəndaşı ilə tanış olduğunu, həmin şəxsin təklifi ilə razılaşıb Biləsuvar rayonunda olan üç kiloqram qurudulmuş marixuananı götürüb Bakı şəhərinə aparacağına görə ona 1000 manat pul veriləcəyini, sonra taksi ilə Biləsuvar rayonuna gəlib bağlamanı götürüb geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanıldığını və narkotik vasitələr olan bağlamanın avtomobildə olmasını bildirmişdir. Bundan sonra videoçəkilişlə avtomobilə baxış keçirilmiş və baxış zamanı Zamin bağlamanın avtomobilin qabaq oturacağının ayaqaltı hissəsində olduğunu bildirmiş, elə həmin yerdən bir ədəd bağlama və bu bağlamanın içərisində ayrı-ayrı bükümlərlə narkotik maddələr aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, sonra saxlanmış şəxslər və avtomobil Biləsuvar RPŞ-nə gətirilmiş, bundan sonra aparılmış əməliyyat tədbiri ilə bağlı müvafiq sənədləşmə aparılmış, daha sonra materiallar və maddi sübutlar, eləcə də saxlanmış şəxslər və avtomobil təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində yoxlama və avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil, özünə məxsus “Toyota Auis” markalı, **-DP-*** dövət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. 04 mart 2025-ci il tarixdə, axşam saatlarında Ələt qəsəbəsində “Dörd yol” adlanan yerdə dayanıb müştəri gözləyən vaxt əvvəllər tanımadığı, sonradan adının Zamin olduğu bildiyi şəxs ona yaxınlaşıb onu Salyan rayonuna aparmasını xahiş etmiş, yol haqqı olaraq 35 manata razılaşıb onu Salyan rayonuna aparmış və yolda Kür çayının üzərindən keçərkən Zamin ona görüşəcəyi şəxsin olduğu yerin “konum”u (məkanı) mobil telefonunda göstərib yolu davam etməsini bildirmiş, o da yola davam edib “konum”da göstərilən yerə, yəni Biləsuvar rayonunun ərazisinədək gəlib çatmışlar. Biləsuvar rayonuna gəldiklərinə görə Zamin ona əlavə 15 manat pul verəcəyini demiş, o da razılaşmışdır. Zaminin ona telefonda göstərdiyi “konum”dakı yerə çatdıqdan sonra Zamin avtomobili saxlamasını demiş, o da avtomobili həmin yerdə saxlamış və Zamin avtomobildən düşüb yolun kənarına tərəf getmişdir. Az sonra Zamin əlində bağlama ilə qayıdıb gəlib avtomobilə oturub ona geri qayıtmalarını bildirmiş, o da avtomobili döndərib geri qayıtmağa başlamışlar. Zaminin əlində gətirib oturduğu oturacağın ayaqaltı hissəsinə qoyduğu bağlamada nə olmasını bilməmiş, bu barədə Zamin də ona heç nə deməmişdir. O, avtomobili idarə edib bir az yol qət etdikdən sonra yol polisi avtomobili saxlamaq işarəsi vermiş, o da avtomobili yolun kənarına verib saxlamışdır. Polis əməkdaşları avtomobilə yaxınlaşıb onlara avtomobildən yerə düşmələrini demiş, onlar da avtomobildən yerə düşmüşlər. Sonra polis əməkdaşları ona və Zaminə üzərilərində narkotik vasitələr saxlamaqda şübhəli olduqları bildirib onun və Zaminin üzərində yoxlama aparmışlar və onların üzərində narkotik maddələr aşkar olunmamışdır. Sonra polisilər onları sorğu-sual etmişlər. O, taksi sürücüsü kimi Zamini həmin yerə gətirdiyini demiş, Zamin də bunu təsdiq etmişdir. Sonra Zamin avtomobilə qoyduğu bağlamada narkotik maddə olmasını bildirmişdir. Bundan sonra polislər onun və Zaminin iştirakı ilə, həm də vedeoçəkilişlə avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin qabaq oturacağının ayaqaltı hissəsindən bir ədəd bağlama götürülmüş və həmin bağlamanın içərisində narkotik maddələr aşkar edilmişdir. Polislər soruşanda Zamin aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını demişdir. Bundan sonra polislər onları və avtomobili Biləsuvar RPŞ-nə gətirmişlər. Polis şöbəsində o, ifadə verərək bildirmişdir ki, Zamini əvvəllər tanımamış, onu taksi sürücüsü kimi Biləsuvar rayonuna aparmış və Zaminin yolun kənarından götürüb maşına qoyduğu bağlamanın içərisində narkotik maddələr olmasını bilməmişdır. Polis əməkdaşları tərəfindən onlar saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona və Zaminə qarşı heç bir təzyiq göstərilməmiş, üzərində yoxlama və avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamış, saxlandıqdan sonra onlar birbaşa Biləsuvvar RPŞ-nə gətirilmişlər. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 04 mart 2025-ci il tarixli “Raport”u və “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” 05 mart 2025-ci il tarixli protokolu ilə müəyyən olunur ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında yaradılmış əməliyyat qrupu tərəfindən 04 mart 2025-ci il tarixdə, saat 22:27 radələrində Təqsirləndirilən şəxs içərisində olması güman edilən “Toyota Auris” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil əməliyyat qrupunun üzvü olan YPX-nin əməkdaşları tərəfindən Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisindən keçən 102-ci km-də “saxla” işarəsi verilərək saxlanılmışdır. Avtomobili idarə edən şəxsin Şahid4 və avtomobildə olan sərnişinin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra saxlanmış şəxslərə üzərilərində və avtomobildə qadağan olunmuş əşyaların, o cümlədən narkotik vasitələrin olması ilə bağlı şübhəli olduqlarınadan üzərilərinin yoxlanılacağı və avtomobilə baxış keçiriləcəyi izah edilmişdir. Videoçəkilişlə əvvəl Təqsirləndirilən şəxs, sonra sürücü Şahid4 üzəriləri yoxlanılmış və onların üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs və sürücü Şahid4 iştirakı ilə “Toyota Auris” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sərnişin oturacağının ayaqaltı hissəsindən bir ədəd bağlama və bu bağlamada 2 ədəd bükülü və 3 ədəd bağlama, həmin bükülü və bağlamanın içərisində narkotik vasitələrə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşı ilə danışıb Biləsuvar rayonunda üç kiloqram qurudulmuş marixuananı götürüb Bakı şəhərinə aparacağı halda ona 1000 manat pul veriləcəyi, avtomobildə aşkar olunmuş narkotik vasitələri Biləsuvar rayonu ərazisindən götürüb deyiləcək yerə aparması üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb götürülmüşdür. Həmçminin Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon təhqiqat orqanı tərəfindən götürülmüşdür. Əməliyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkiliş bir ədəd CD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 05 mart 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs ...” yazılar və imzalar olan bir ədəd qara rəngli polietilen torbada olan 1(bir) ədəd şəffaf yapışqanlı lentlə yapışdırılmış qara rəngli sellofanda təmiz çəkisi 130 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. İşdə olan, məhkəmə-fiziki və kimyəvi ekspertizasının 06 mart 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Zərflər üçün № 61” möhür əksi, “... Təqsirləndirilən şəxs aid narkotik vasitə və maddə ...” və s. yazılar, soyadlar, imzalar olan qara rəngli p/e torbadakı 01 ədəd p/e bükümdə təmiz çəkisi 0,583 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd p/e bağlamadakı təmiz çəkisi 190 qram tünd qəhvəyi rəngli, yumşaq konsistensiyalı kütlənin (1 № li obyekt) tərkibində mekonin, kafein və asetominofen maddələri müəyyən edildi ki, bu maddələr dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, nəzarət edilən narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən, habelə, zəhərli maddələrə aid deyildir. 01 ədəd p/e bağlamadakı təmiz çəkisi 780 qram tünd qəhvəyi rəngli, bərk konsistensiyalı kütlənin (2 № li obyekt) tərkibində qeyd edilən maddələrdən əlavə narkotik vasitə-kodein müəyyən edildi. Bu baxımdan 1 və 2№-li obyektlər kimyəvi komponent tərkiblərinə və həmçinin konsistensiyalarına görə biri digərindən fərqlidir. Fiziki-kimyəvi ekspertizalar şöbəsinin laboratoriyasında kodeinin standart (referans) nümunəsi olmadığından maddənin tərkibində onun miqdarını müəyyən etmək mümkün olmadı. Üzərlərində “F/M40” yazısı həkk olunmuş 46 ədəd qəhvəimtil-boz rəngli dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 1,84 qram narkotik vasitə-metadon təsiredici maddəsi müəyyən edildi; 46 ədəd metadon tərkibli tablet kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 13 mart 2025-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində üzərində 055/366-35- 36 saylı mobil telefon nömrəsi olan “Redmi” markalı mobil telefon olmuşdur. Telefonun “kontaktlar” hissəsində adı “Mehdi Aslandüz” kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********03 saylı saylı mobil nömrə vardır. Həmçinin telefonun vastsap yaddaşında adı “Mehdi Aslanduz” kimi yazılmış +**********03 saylı mobil nömrə ilə aşağıdakı səs yazıları və mesajların qarşılıqlı olaraq göndərilməsi müəyyən edilir: 03 mart 2025-ci il tarixdə-“Mehdi Aslanduz ----- salam; Təqsirləndirilən şəxs---salam; Mehdi Aslanduz ----- qaqa sabah inşallah danışarıx; yazacam, Zamin Mənsmiov---- -- Sənin adın nə oldu qaqa; Mehdi Aslanduz ------ Mehdi, sənin adın qaqa; Zamin Mənsmiov ----- Aslandüz?; Mehdi Aslanduz ------ hə; Zamin Mənsmiov -----Zamin; Mehdi Aslanduz ------ yaxşı qaqa gecən xeyrə, sabah danışarıq ətraflı; Zamin Mənsmiov ----- Xeyrə qarşı qaqulya, inşallah; Mehdi Aslanduz ------ salam qaqa necəsən?; Zamin Mənsmiov ----- Sağol qaqa, qaqa aç sənə zəng edərəm, danışarıq; Həmçinin adı “Mehdi Aslandüz” kimi yazılmış şəxs 03 mart 2025-ci il tarixdə saat 13:53-də Təqsirləndirilən şəxs vatsapla səsli zəng etmiş və aralarında 12 (on iki) dəqiqə səsli danışıq olmuşdur. 04 mart 2025-ci il tarixdə- “Mehdi Aslanduz ----- salam qaqa necəsən; həmçinin adı “Mehdi Aslandüz” kimi yazılmış şəxs 04 mart 2025-ci il tarixdə saat 14:29-da Təqsirləndirilən şəxs vatsapla səsli zəng etmiş və aralarında 08 (səkkiz) dəqiqə danışıq olmuşdur; Təqsirləndirilən şəxs---- Mehdi qaqa; habelə 04 mart 2025-ci il tarixdə saat 14:41-də, saat 14:45-də, saat 14:48-də, saat 14:53-də və saat 14:59-da 02 (iki) dəqiqə, 59 (əlli doqquz) saniyə, 3 (üç) dəqiqə, 3 (üç) dəqiqə və 1 (bir) dəqiqə olmaqla adı “Mehdi Aslandüz” kimi yazılmış şəxs ilə Təqsirləndirilən şəxs arasında səsli danışıqlar olmuşdur. Zamin Mənsmiov------ Qaqa, çıxmışam, maşın gözlüyürəm, Salyana gedərəm; 04 mart 2025-ci il tarixdə saat 15:30-da 57 (əlli yeddi) saniyə olmaqla adı “Mehdi Aslandüz” kimi yazılmış şəxs ilə Təqsirləndirilən şəxs arasında səsli danışıq olmuşdur Bundan başqa 04 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxsla adı “Mehdi Aslandüz” kimi yazılmış şəxs aralarında narkotik vasitələri əldə etməklə bağlı danışıqlar olmuş və “Mehdi Aslandüz” narkotik vasitə və psixotrop maddənin gizlədildiyi yerin şəkillərini Təqsirləndirilən şəxs göndərmişdir. Həmçinin telefonun vatsapında qalmış yaddaş məlumatlarında Təqsirləndirilən şəxs “Elman Habil” adı ilə qeyd edilmiş 055/315-10-07 saylı və “X8” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrələrin sahibləri ilə narkotik vasitələrlə bağlı danışıqların aparılması müəyyən edilir. Qeyd olunan səs yazıları CD diskə köçürülərək , habelə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan, əlavə materialların məhkəmə ekspertizasının 02 may 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs aid narkotik vasitə və maddə ...” yazısı olan bağlamadakı qalıq çəkisi 779 qram olan tünd qəhvəyi rəngli bərk halda olan maddənin tərkibi instrumental analiz üsulları vasitəsi ilə tədqiq edilmiş və nəticədə tiryək üçün xarakterik olan alkoloidlər-morfin, mekonin, kodein, papaverin və noskapin müəyyən edilmişdir. Eyni zamanda maddənin tərkibində tiryəkin komponentlərinə aid olmayan asetominofen və kafein aşkar edilmişdir. Tiryək alkoloidlərinin az miqdarda olması, nazik təbəqəli xromatoqrafiyada zonaların zəif müşahidə olunması, infraqırmızı spektroskopiyada tiryəkə xas spektral əlamətlərin qeydə alınmaması və tərkibində dərman və kənar komponentlərin mövcudluğu nəzərə alınmaqla, tədqiq olunan maddənin tərkibinə malik olmayan, tiryək alkaloidlərini ehtiva edən və emala məruz qalmış kütlə olduğu müəyyən edilmişdir. Əldə olunan analiz nəticələrinin ümumiləşdirilmiş təhlili əsasında təqdim olunmuş maddənin təbii tiryəkin tərkibinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Mərkəzdə narkotik vasitələr kodeinin və morfinin etalon (standart) nümunələri olmadığından təqdim olunmuş kütlənin tərkibində həmin maddələrin təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması barədə” 07 mart 2025-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 07 may 2025-ci il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 129,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,483 qram psixotrop maddə olan metamfetamin, 46 ədəd narkotik vasitə olan metadon həbləri, 774,5 qram tərkibində narkotik vasitə olan kodein və morfin olan tiryək alkokoidlərini ehtiva edən və emala məruz qalmış tünd qəhvəyi rəngli kustar üzulla hazırlanmış kütlə və bir ədəd “Redmi” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 aprel 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan aşılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixatrik ekspertizasının 10 mart 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmk, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, nümayişkarənəlik elementləri və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 07 may 2025-ci il tarixli qərarla (habelə “Tutulmuş şəxsin azad edilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərarla) müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid4 barəsində cinayət təqibinə (ittiham elan olunması üçün kifayət qədər sübutlar əldə olunmadığına görə) xitam verilmiş və o, saxlandığı MSY-dən azad edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 07 may 2025-ci il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən cinayət törətmiş digər şəxslərin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulduqdan sonra polis əməkdaşları onu maşına mindirib bir az ora-bura maşını sürdürmələri, videoçəkiliş zamanı onların dediklərinin deməsinə razılaşmadığına görə polislərin onu döyməsi, götürdüyü bağalamada olan narkotik maddələrdən yalnız 150 qram marixuananın ona məxsus olması və digər narkotik maddələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün bağlamada aşkar olunmuş narkotik maddələrin hamısının özünə məxsus olmasını deməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və baxışla bağlı protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulduqdan sonra polis əməkdaşları onu maşına mindirib bir az ora-bura maşını sürdürmələri, videoçəkiliş zamanı onların dediklərinin deməsinə razılaşmadığına görə polislərin onu döyməsi, götürdüyü bağalamada olan narkotik maddələrdən yalnız 150 qram marixuananın ona məxsus olması və digər narkotik maddələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün bağlamada aşkar olunmuş narkotik maddələrin hamısının özünə məxsus olmasını deməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokol və videoçəkiliş, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 05 və 06 mart 2025-ci il tarixli izahat və ifadələri ilə (həmin ifadələrində o, avtomobilində aşkar olunmuş narkotik vasitələrin və psixotop maddənin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Metadon”, “Kodein” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitələr və “Metamfetamin” olan maddə psixotrop maddədir. Metadonun 0,02 qramından, kodeinin 0,2 qramından, metamfetamin 0,15 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, metadonun 1,6 qramdan 160 qramadək, kodeinin 10 qramdan 2000 qramadək, metamfetaminin 2 qramdan 400 qramadək və qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək hissəsi külli miqdar, metadonun 160 qramı, kodeinin 2000 qramı, metamfetaminin 400 qramı və qurudulmuş marixuananın 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 780 qram kodein və ümumi təsiredici maddəsinin miqdarı 1,84 qram olan metadon külli miqdar, 0,583 qram metamfetamin və 130 qram qurudulmuş marixuana xeyli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətkar qrupun üzvləri ilə razılaşmasına əsasən qazanc əldə etmək məqsədi ilə (müəyyən miqdarda pul müqabilində külli və xeyli miqdarda narkotik vasitələri və psixotrop maddəni qrupun digər üzvlərinə çatdırılmasına görə) külli miqdarda kodein və metadon, habelə xeyli miqdarda metamfetamin və qurudulmuş marixuana əldə edib, saxlayıb, daşıması onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kodein və metadon, habelə xeyli miqdarda metamfetamin və qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 mart 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmü və qərarının surətləri ilə müəyyən edilir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 08 ay 03 gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 19 aprel 2018-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməlində cinayətlərin təhlükəli residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətlərin təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 76-cı maddəsi tətbiq edilərək, 19 aprel 2018-ci il tarixli hökmlə ona təyin edilmiş 08 il müddətə azadlıqdan məhrumetmə cəzasından çəkilməmiş 01 il 08 ay 03 gün şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi ərzində qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, CM-nin 76.6.3-cü maddəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasından 01 il 08 ay 03 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və CM-nin 67.1ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs subaydır, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 5 inzibati binada qeydiyyatda olmaqla Yevlax şəhərində Şəki küçəsində yaşayan qohumlarının evində, daha sonra başqa ünvanlarda (qeyri-dəqiq) yaşamışdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq cəza ittiham olunduğu maddələr (CM-nin 234.4.1 və 234.4.3-cü maddələri) üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 08 ay 03 gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 aprel 2018-ci il tarixli hökmlə təyin edilmiş 08 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 08 ay 03 gün müddət yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Biləsuvar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan (ayrı-ayrı qablaşdırılmış) 129,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,483 qram psixotrop maddə olan metamfetamin, 46 ədəd narkotik vasitə olan metadon həbləri, 774,5 qram tərkibində narkotik vasitə olan kodein və morfin olan tiryək alkokoidlərini ehtiva edən və emala məruz qalmış tünd qəhvəyi rəngli kustar üzulla hazırlannmış kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı qardaşı Arzu Mənsimova (ünvan: ünvan 4r olan və cinayət işinə əlavə edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-284 (iki yüz səksən dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 3 (üç) gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 3 (üç) gün müddət yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 129,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,483 qram psixotrop maddə olan metamfetamin, 46 ədəd narkotik vasitə olan metadon həbləri, 774,5 qram tərkibində narkotik vasitə olan kodein və morfin olan tiryək alkokoidlərini ehtiva edən və emala məruz qalmış tünd qəhvəyi rəngli kustar üzulla hazırlannmış kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilməklə saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı qardaşı X5 (ünvan: ünvan 5ət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-284 (iki yüz səksən dörd) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-375/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-375/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver