Məhkəmə qərarları › İş №1(099)-376/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-376/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-376/2023 24.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X8 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi– Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, vətəndaş Təqsirləndirilən şəxs – xx xxxxxxxx 1982-ci il tarixdə Naxçıvan MRnın Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Yeni məhəllə ünvanında qeydiyyatda olmaqla yaşamış, xx.xx.2023-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2023-cü il tarixdə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını tamah niyyətilə gizli olaraq talama məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 27 may 2022-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin həyətinə hasardan keçməklə birlikdə qanunsuz daxil olmuşdur. O, həyətdə gözləmiş, Rüfət Mahmudov isə evin pəncərəsini sıxıb açaraq, yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 01 ədəd 2100 manat dəyərində “Shivaki” markalı 132 sm ekran “Smart TV”, 01 ədəd 500 manat dəyərində “Samsung” markalı 107 sm ekran TV, 01 ədəd 150 manat dəyərində “Mikrodalğalı soba”, 01 ədəd 85 manat dəyərində “Su termosu”, 01 ədəd 80 manat dəyərində “Ət çəkən maşın”, 250 manat dəyərində qab-qacaq dəsti, 30 manat dəyərində qaşıq, çəngəl və bıçaq dəsti, 01 ədəd 45 manat dəyərində “WiFi modem”, 01 ədəd 170 manat dəyərində “İgos” markalı elektron siqaret, 01 ədəd 50 manat dəyərində “Glo” markalı elektron siqaret və 01 ədəd 150 manat dəyərində hamam üçün nəzərdə tutulmuş “Su qızdırıcısı”nı pəncərədən Rüfət Mahmudovdan alaraq oradan çıxarıb birlikdə gizli talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3610 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 2 ədəd bükümdə təmiz çəkiləri- 3,056 qram və 3,052 qram, ümumi təmiz çəkisi- 6,108 qram olan qəhvəyi rəngli toz şəkilli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” əldə edib üzərində saxlamaqla daşımışdır. 19 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş və orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ cibindən 2 ədəd bükümdə təmiz çəkiləri- 3,056 qram və 3,052 qram, ümumi təmiz çəkisi- 6,108 qram olan qəhvəyi rəngli toz şəkilli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 31 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, “Masazır dairəsi” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən “tiryək”dən kustar üsulla hazırlanmış, külli miqdarda 2 ədəd bükümdə təmiz çəkiləri- 3,558 qram və 3,841 qram, ümumi təmiz çəkisi- 7,399 qram olan xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroini” satış məqsədi ilə təkrar qanunsuz əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 01 yanvar 2023-cü il tarixdə tanışı, Lerik rayonu, Günəşli kənd sakini Şahid9 ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan Şahid10 idarə etdiyi “Dacia Logan” markalı, “**-VM- ***” dövlət qeydiyyat nişanlı avtomobillə Şahid9 yaşadığı evə gəlmişdir. Həmin avtomobilin sürücüsü Şahid10 pulunu vermədiyinə görə sonuncu bu barədə Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Həmin məlumat əsasında Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı Şahid9 yaşadığı evdə müəyyən edilərək Lerik RPŞ-nə dəvət edilmişdir. Bundan sonra polis şöbəsində onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan gödəkçəsinin sol iç cibindən 1 ədəd sellofan kəsiyinin içərisində 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 3,558 qram və -3,841 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 7,399 qram olan xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan kustar üsulla hazırlanmış “tiryək”dən kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 27 may 2022-ci il tarixdə Rüfət adlı tanışı ilə Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhərindəki evinə getmişdir. Həmin vaxt, o evə daxil olmamışdır. O, sürücü kimi Rüfəti həmin evə aparmışdır. Bir qədər gözlədikdən sonra Rüfət Zərərçəkmiş şəxs evindən çıxaraq 2 ədəd televizoru ona vermişdir. Həmin televizoları tanımadığı dükanlara 120 manata satmışlar və Rüfət ona 60 manat yol pulu vermişdir. Daha sonra, 19 iyul 2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları onu tutaraq Suraxanı rayon 32-ci Polis Bölməsinə aparmışlar. Orada polislər onun üzərinə narkotik vasitə qoymuşlar, həmin maddə ekspertizaya göndərilmiş, amma həmin maddə narkotik olmamışdır. Sonra isə müstəntiq onu Suraxanı Rayon Məhkəməsinə aparmış və o, orada üzərindən çıxan narkotik vasitənin ona aid olmadığını demişdir. Bundan sonra, isə məhkəmədən onu azadlığa buraxdılar. Bundan başqa, 01 yanvar 2023-cü il tarixdə tanışı, Lerik rayon sakini Şahid9 ilə birlikdə taksi ilə Sevdanın yaşadığı Lerik rayonu, Günəşli kəndinə gəlmişdir. Həmin vaxt, Sevdanın xalası oğlu da evdə olmuşdur. Həmin vaxt, taksi sürücüsünün pulunu vermədiyi üçün sürücü DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Təxminən həmin evdə 1 saata yaxın qaldıqdan sonra Lerik rayon Polis Şöbəsinin əməkdaşları evə gələrək onu tutmuşlar. Polis əməkdaşları iki gün onu Lerik rayon PŞ-də saxlamışlar. Həmin vaxt, o müdafiəçi ilə təmin olunmamış, sonra isə onu həbs etmişlər. Lakin, ibtidai istintaqda, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının axırlarında, saat 15 radələrində tanışı X3 evinə gəzməyə getmişdir. Həmim vaxt, Rüfət Mahmudovla aralarında şəxsi söhbət etdikləri zaman hər ikisi iş yeri tapa bilmədiklərinə görə, maddi vəziyyətləri çətin olduğunu deyərək, oğurluq etməklə pul qazanmaq qərarına gəlmişlər. Bundan sonra, Rüfət Mahmudov qonşusu Nərgiz adlı qadının evində heç kimin olmadığını demiş və oradan oğurluq etməyi təklif etmişdir. O, Rüfət Mahmudovun bu təkilifi ilə razılaşmış və Nərgizin evinə tərəf oğurluq etmək üçün getmişlər. Onlar oğurluq etməzdən əvvəl bir qədər kənarda qalıb ətrafa baxmışlar, heç kimin olmadığına əmin olduqdan sonra həyətin giriş qapısı bağlı olduğundan, hasarın üstündən aşaraq həyətə əvvəl Rüfət Mahmudov, daha sonra isə o, daxil olmuşdur. Həmin vaxt, X9 və ya başqasının gəlməsindən ehtiyat edib, həyətdən küçə qapısının çəftəsini içəridən bağlamışdır. Rüfət Mahmudov evin pəncərəsini əli ilə sıxaraq açıb, evə daxil olmuş, pəncərənin qarşısında qalmış və Rüfətin evdən götürüb ona verdiyi 01 ədəd “Shivaki” və “Samsung” markalı televizorları, 01 ədəd “Mikrodalğalı soba”, 01 ədəd “Su termosu”, 01 ədəd “Ət çəkən” maşını, qab-qacaq dəstini, çəngəl və bıçaq dəstini, 01 ədəd “WiFi modemi”, 01 ədəd “İgos” markalı elektron siqareti, 01 ədəd “Glo” markalı elektron siqareti və 01 ədəd “Su qızdırıcı”nı alıb kənarda qoymuşdur. Bundan sonra, Rüfət Mahmudov gəlmiş, oğurladığı həmin əşyaları yoldan keçən tanımadığı taksi ilə satmaq üçün Bakı şəhəri, “20 yanvar” metrostansiyası tərəfinə aparmışlar. Həmin vaxt, taksi sürücüsünə apardığı həmin əşyaların özünə məxsus olduğunu, başqa yerə köçdüyünə görə onları satmağa apardığını demişdir. Rüfət Mahmudov taksidən düşməmiş, televizorların ikisini də aparıb, oradakı hazırda xatırlamadığı mağazaların birində öz şəxsiyyət vəsiqəsini təqdim etməklə ikisini birlikdə 200 (iki yüz) manata satmışdır. Televizorları satdığı müştəriyə televizorların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Sonra qalan əşyaları yəni, 01 ədəd “Mikrodalğalı soba”, 01 ədəd “Su termosu”, 01 ədəd “Ət çəkən maşın”, qab-qacaq dəstini, çəngəl və bıçaq dəstini, 01 ədəd “WiFi modemi”, 01 ədəd “İgos” markalı elektron siqareti, 01 ədəd “Glo” markalı elektron siqareti və 01 ədəd “Su qızdırıcı”nı aparıb başqasına, tanımadığı şəxsə hamısını birlikdə 80 (səksən) manata satmışdır. Həmin əşyaları da satdığı şəxsə onların özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını demişdir. Beləliklə, Rüfət Mahmudov birlikdə oğurladığı həmin əşyalardan qazandığı cəmi 280 (iki yüz səksən) manat pulu Rüfət Mahmudovla aralarında bölmüş və hərəsi 140 (yüz qırx) manat əldə etmişlər. Həmin pulu onlar şəxsi ehtiyaclarına xərcləmişdir. O, əməlindən peşimandır, bununla bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. 19 iyul 2022-ci il tarixdə, təxminən saat 15:35-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, “Əfsun” şadlıq sarayının yaxınlığında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis bölməsinə dəvət etmişlər. O, polis bölməsində olan zaman üzərinə baxış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş “heroini” çıxararaq stolun üzərinə qoymuşdur. Onunla sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan “heroin” olduğunu və həmin “heroini” 19 iyul 2022-ci il tarixdə Suraxanı rayonunda adını “Famil” kimi bildiyi, telefon nömrəsini, anket məlumatlarını bilmədiyi şəxsdən 60 (altmış) manata özü istifadə etmək üçün aldığını və üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi bükümlərə baxıldıqda bükümün içərisində narkotik vasitə olan “heroinə” bənzər kütlələr aşkar olunaraq götürülmüş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Bundan sonra, həmin bükümlər zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışdır. O, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Onun bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşimandır, hər hansı bir psixi qüsuru və ya psixi xəstəliyi yoxdur. Onun təqdim etdiyi narkotik maddə ona məxsusdur, istifadə etmək üçün almışdır. Şəxsi axtarış keçirilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmiş və həmin vaxtı göstərdiyi məlumatları bir daha təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid9 təxminən 3 aydır ki, tanıyır, Bakı şəhərində bir yerdə yaşamışlar. 31 dekabr 2022-ci il tarixdə, saat 24 radələrində “2111” taksi xidmətinə zəng edib Lerik rayonu, Günəşli kəndinə gəlmək üçün taksi sifariş vermişdir. Sonra Şahid9 ilə birlikdə Rüfət adlı şəxsin idarə etdiyi “Renault” markalı taksi ilə 150 (yüz əlli) manata razılaşıb yola düşmüşlər. 01 yanvar 2022-ci il tarixdə, saat 04 radələrində Lerik rayonu, Günəşli kəndinə gəlmişlər. Həmin vaxt, onun üzərində və kartında pul olmadığına görə taksinin pulunu verə bilməmişlər. O, sürücüyə pulu kartına göndərəcəyini demişdir. Onlar avtomobildən düşüb Sevdagilin evinə getmişlər. Həmin vaxt, evdə Şahid9 adını bilmədiyi anası və bacısı olmuşdur. Taksinin pulunu verə bilmədikləri üçün bu barədə “102” xidmətinə məlumat vermiş və bir neçə dəqiqə sonra Lerik RPŞ-nin əməkdaşları evə gəlmişlər. Onlar qapını döymüş, Şahid9 anası qapını açmışdır. Polis əməkdaşları özlərini təqdim edib onu və Şahid9 polis şöbəsinə dəvət etmiş, onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Həmin vaxt, polis şöbəsində söhbət zamanı onlara narkotik vasitə istifadəçisi olduqlarını demişdir. Bundan sonra, səhər saatlarında polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, “şübhəli şəxs” qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə şəxsi axtarış aparılmışdır. Bu barədə qərarla tanış olmuş, onun üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi ona təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı və istifadə etmək məqsədilə üzərində daşıdığı 2 ədəd bükümdə “kakosu” çıxarıb təqdim etmişdir. Ona verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə ona məxsusdur, istifadə etmək məqsədilə əldə etmişdir. Həmin vaxt, narkotik vasitəni Abşeron rayonu, “Masazır dairəsi” adlanan yerdə tanımadığı şəxsdən 10 manata qəbul etmək üçün almışdır. Onun tanışı Şahid9 istəsəydi ona da həmin narkotik vasitədən istifadə etmək məqsədilə verəcəkmiş, çünki əvvvəllər dəfələrlə birlikdə narkotik vasitə qəbul etmişlər. O, təqdim etdiyi bükümlərə baxıldıqda bükümün içərisində narkotik vasitə olan “heroinə” bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Bundan sonra, həmin bükümlər zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. O, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Onun bu barədə heç bir şikayət və tələbi yoxdur, törətdiyi əmələ görə peşimandır, hər hansı bir psixi qüsuru və ya psixi xəstəliyi yoxdur. Onun təqdim etdiyi narkotik maddə ona məxsusdur, istifadə etmək üçün almış, narkotik maddəyə görə əvvəllər məhkum olunmuşdur, bədənində olan ağrıları kəsmək üçün narkotik maddələrdən istifadə edir. Şəxsi axtarış keçirilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Həmin vaxt göstərdiyi məlumatları bir daha təsdiq edir. Ona qarşı heç kim zor tətbiq etməyib, heç kim ona hədə-qorxu gəlməyib. Bu barədə heç kimdən şikayət və tələbi yoxdur. Həmin narkotik vasitələri Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı və xatırlamadığı şəxslərdən ayrı-ayrı vaxtlarda, həmçinin ayrı-ayrı yerlərdə əldə etmişdir. O, narkotik vasitəni əldə etdiyi şəxsləri tanımır. Həmçinin həmin şəxslərin adlarını və soyadlarını bilmir. Həmin narkotik vasitələri gələcəkdə istifadə etmək məqsədilə əldə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin təsadüf hallarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Bütün bunları nəzərə alıb, ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Hər hansı bir xəstəxanada və dispanserdə qeydiyyatda durmur. Bədənində olan ağrıları kəsmək üçün narkotik maddələrdən istifadə edir. Buna görə də daimi olaraq üzərində narkotik maddə olur. Şahid9 onunla cinayət əlaqəsi olmamış, sadəcə olaraq bir yerdə narkotik maddə qəbul etmişlər. Şahid9 həmin gün üzərində narkotik vasitə olmasını bilməmişdir. Sürücü Rüfətin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. İbtidai istintaqda, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Rövşən Əliyev küçəsi ev 23-də yaşayır. 26 may 2022-ci il tarixdə Xırdalan şəhərində yerləşən həmin evindən çıxıb, ünvan 3 ünvanında yaşayan anasıgilə getmişdir. O, evindən çıxarkən evin giriş qapısını bağlamışdır. 08 iyun 2022-ci il tarixdə, saat 22 radələrində evinə qayıtmiş, evin giriş qapısını açmaq istəyəndə qapının içəridən cəftə ilə bağlandığını bilmişdir. O, çağırdığı qonşunun köməkliyi ilə, qapını açıb evinə girəndə, evin dağınıq olduğunu görmüş, evindən 01 ədəd 2100 manat dəyərində “Shivaki” markalı 132 sm ekran “Smart TV”, 01 ədəd 500 manat dəyərində “Samsung” markalı 107 sm ekran TV, 01 ədəd 150 manat dəyərində markası yadında qalmayan “Mikrodalğalı soba”, 01 ədəd 85 manat dəyərində markası yadında qalmayan “Su termosu”, 01 ədəd 80 manat dəyərində markası yadında qalmayan “Ət çəkən maşın”, 01 ədəd 250 manat dəyərində qab-qacaq dəsti, 01 ədəd 30 manat dəyərində qaşıq, çəngəl və bıçaq dəsti, 01 ədəd 45 manat dəyərində markası yadında qalmayan “WiFi modem”, 01 ədəd 170 manat dəyərində “İgos” markalı elektron siqaret, 01 ədəd 50 manat dəyərində “Glo” markalı elektron siqaret, 01 ədəd 150 manat dəyərində markası yadında qalmayan hamam üçün nəzərdə tutulmuş “Su qızdırıcı”nın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3610 manat ziyan dəymişdir. İbtidai istintaqda, şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən telefon alqı-satqısı mağazasını işlədir. 27 may 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs Tofiq oğlu onun işlətdiyi mağazaya 1 ədəd, “Shivaki” və bir ədəd “Samsung” markalı televizorları satmaq üçün gətirmişdir. Televizorlar işlənmiş vəziyyətdə olmuşdur. “Shivaki” markalı televizor böyük, “Samsung” markalı televizor isə ona nisbətən balaca ekranlı olmuşdur. Kənan ilə aralarında olan razılığa əsasən həmin 2 ədəd televizoru 200 manata ondan almışdır. Televizoru alanda Kənan ağ vərəqədə yazıb televizorun ona məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. Həmin ağ vərəqin alt hissəsindən Kənanın şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartmışdır. Kənanın ona satdığı televizorların oğurluq olduğunu bilməmişdir. Təxminən 2 gündən sonra mağazada həmin televizorların ikisini də birlikdə tanımadığı şəxsə 240 manata satmışdır. İbtidai istintaqda, şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ona etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda «Kənan» adlı şəxsin qanunsız olaraq narkotik vasitələrin saxlaması və istifadə etməsi bildirilmişdir. Məlumatın yoxlanılması və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə tərəfindən bölmənin rəhbərliyinə raportla müraciət olunmuş və bölmənin əməkdaşından ibarət əməliyyat qrupu yaradılmışdır. 19 iyul 2022-ci il tarixdə, saat 15:35 radələrində bölmənin digər əməkdaşı əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilinən xüsusi əlamətləri və geyimi «Kənan» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən «Əfsun» şadlıq sarayının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti iş otaqların birində videoçəkilişdən istifadə edilməklə “şübhəli şəxs” qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə ararılmışdır. Həmin vaxt, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, qanunla dövriyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümdə kütlə narkotik vasitə olan “heroin”dir. Həmin “heroin”i xx.xx.2022-ci il tarixdə Suraxanı rayonunda «Famil» adlı şəxsdən 60 manat müqabilində almış və özü istifadə etmək üçün üzərində saxlayıb gəzdirmişdir. Bundan sonra, narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, daha sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroin”i haradan əldə etdiyini müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş və zor tətbiq etməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Lerik RPŞ-in CAB-ın əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs və Lerik rayonu, Günəşli kənd sakini Şahid9 əvvəllər tanımamış, aralarında düşmənçilik və ziddiyyət olmamışdır. Belə ki, 01 yanvar 2023-cü il tarixdə, saat 04:37-də Bakı şəhər sakini Şahid10 Azərbaycan Respublikası DİN-nin “102” XZM-nə məlumat verərək idarə etdiyi “Reno” markalı, “**-VM- ***” dövlət qeydiyyat nişanlı taksi avtomobilindən enən 1 nəfər qadın və 1 nəfər kişi müştərinin 153 (yüz əlli üç) manat gediş haqqını verməyib darvazadan içəri girmələrini bildirmişdir. Həmin məlumatın icrası sahə rəisi Şahid5 həvalə edilmiş, vətəndaşla əlaqə saxlayıb ərizəsi alınmışdır. Ona məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğuldur, o, Günəşli kənd sakini Şahid9 ilə birlikdə sonuncunun evindədir. Buna görə də, Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid5lə birlikdə Günəşli kəndinə, Şahid9 yaşadığı evə getmişlər. Orada özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və Şahid9 müəyyənləşdirib Lerik RPŞnə dəvət etmiş və birlikdə Lerik RPŞ-nə gəlmişlər. Lerik RPŞ-də söhbət zamanı Təqsirləndirilən şəxs və Şahid9 narkotik vasitə istifadəçiləri olduqlarını demişdirlər. Həmçinin bununla bağlı ona etibarlı mənbədən əməliyyat məlumatı daxil olduğuna görə şöbə rəhbərliyinə raportla müraciət edib üzərlərində şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Polis şöbəsində baş təhqiqatçı Ruslan Əsədullayev tərəfindən onun, Şahid5, polis nəfəri Şahid6 və 2 nəfər hal şahidinin və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol iç cibində 2 ədəd sellofan kəsiyi bükümündə qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Abşeron rayonu, “Masazır dairəsi” adlanan ərazidə tanımadığı şəxsdən istifadə etmək məqsədilə aldığını bildirmişdir. həmin vaxt, Təqsirləndirilən şəxs üzərində saxlamaqla daşıdığı bükümlərə baxıldıqda selofan bükümlərin içərisində narkotik vasitə olan “heroin”ə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Həmin bükümlər zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Bundan sonra, həmin iştirakçılar, hal şahidləri və vəkilin iştirakı ilə Şahid9 üzərinə şəxsi axtarış, ona məxsus sellofan torbalara isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid9 üzərində hər hansı əşya və ya alət aşkar olunmamışdır. Bundan sonra, ona məxsus sellofan torbalara baxış keçirilmişdir. Bundan əlavə torbada 06 ədəd gümüşü rəngli “falqa” kəsiyi, 02 ədəd dəmir “trupka”, 08 ədəd kağız “trupka”, 04 ədəd plastmas “trupka”, 01 ədəd böyük ölçülü “falqa” rulonu və 01 ədəd şüşə “kolba” aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Şahid9 məxsus ağ rəngli çantadan 5 ədəd “tramadol” həbi, üzərində “Valeryan” yazısı olan şüşə qab, 01 ədəd dərman, 01 ədəd kağız kəsiyi bükümündə içərisində narkotik maddə olan “heroin”ə bənzər kütlə aşkar edilmişdir. Şahid9 qeyd olunan vasitələrlə narkotik maddə qəbul etdiyini aşkar olunmuş “heroin”ə bənzər kütləni isə ola bilsin ki, torbada unutduğunu bildirmişdir. Həmçinin, “tramadol” həblərini də narkotik vasitəni tərgitmək məqsədilə istifadə edir, ona məxsusdur. Həmin narkotik vasitələri istifadə etmək məqsədilə Bakı şəhərində tanımadığı şəxsdən əldə etmişdir. Bundan sonra, həmin büküm və əşyalar zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən və Şahid9 məxsus çantada aşkar edilmiş narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Şahid9 isə narkotik maddə istifadəçisi olması barədə məlumat verilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ifadəsi ilə mahiyyətcə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. İbtidai istintaqda, şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Lerik şəhəri, H.Aslanov küçəsi, ev 5, mənzil 5-də qeydiyyatda olmaqla orada yaşayır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs və Lerik rayonu, Günəşli kənd sakini Şahid9 əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 01 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi Həşimxan Fərziyev istifadəsində olan mobil telefona zəng edib onu Lerik RPŞ-nə dəvət etmiş, Lerik RPŞ-nə gəlmişdir. Lerik RPŞ-də baş təhqiqatçı Ruslan Əsədullayev, polis əməkdaşları Şahid5, Şahid4 və Şahid6, vəkil Mirxan Şahmarovu görmüşdür. Ondan sonra ora Lerik şəhər sakini Şahid8 gəlmişdir. İlk öncə təhqiqatçı orada olan Təqsirləndirilən şəxs göstərib “şübhəli şəxs” qismində tutulduğunu, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparmalı olduğunu deyərək o və Şahid8 şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Bundan sonra, iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol iç cibində 2 ədəd sellofan kəsiyi bükümündə qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Abşeron rayonu, “Masazır dairəsi” adlanan ərazidə tanımadığı şəxsdən istifadə etmək məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində saxlamaqla daşıdığı bükümlərə baxıldıqda selofan bükümlərin içərisində narkotik vasitə olan “heroin”ə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Həmin bükümlər zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Bundan sonra, iştirakları ilə Şahid9 üzərinə şəxsi axtarış, ona məxsus torbalara isə baxış keçirilmişdir. Həmin vaxt, şəxsi axtarış zamanı Şahid9 üzərində hər hansı əşya və ya alət aşkar olunmamışdır. Bundan sonra ona məxsus sellofan torbalara baxış keçirilmiş, baxış zamanı torbada 06 ədəd gümüşü rəngli “falqa” kəsiyi, 02 ədəd dəmir “trupka”, 08 ədəd kağız “trupka”, 04 ədəd plastmas “trupka”, 01 ədəd böyük ölçülü “falqa” rulonu və 01 ədəd “şüşə kolba” aşkar edilərək götürülmüşdür. Bundan əlavə Şahid9 məxsus ağ rəngli çantadan 5 ədəd “tramadol” həbi, üzərində “Valeryan” yazısı olan şüşə qab, 01 ədəd dərman, 01 ədəd kağız kəsiyi bükümündə içərisində narkotik maddə olan “heroin”ə bənzər kütlə aşkar edilmişdir. Şahid9 qeyd olunan vasitələrlə narkotik maddə qəbul etdiyini, aşkar olunmuş “heroin”ə bənzər kütləni isə ola bilsin ki, torbada unutduğunu bildirmişdir. Həmçinin, “tramadol” həblərini də narkotik vasitəni tərgitmək məqsədilə istifadə etdiyini, ona məxsus olduğunu, həmin narkotik vasitələri istifadə etmək məqsədilə Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra, həmin büküm və əşyalar zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Sonda şəxsi axtarış və baxış keçirilməsi barədə tərtib edilmiş protokolların doğruluğunu imzalarla təsdiq etmişlər. İbtidai istintaqda, şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Lerik rayonu, Günəşli kəndində yaşayır. Subaydır, heç yerdə işləmir. Təxminən 2 ildir ki, narkotik maddə “nəşə”, “kakos”, həmçinin arabir “şüşə”dən istifadə etmişdir. Təqsirləndirilən şəxs təxminən 3 aydır ki, tanıyır. Belə ki, ailədə maddi vəziyyətləri pis olduğundan işləmək üçün Bakı şəhərinə getmiş və Bakı şəhərində Təqsirləndirilən şəxsla bir yerdə yaşamışlar. 31 dekabr 2022-ci il tarixdə, saat 24 radələrində tanışı Kənan onu Lerik rayonu, Günəşli kəndinə Rüfət adlı şəxsin idarə etdiyi “Renault” markalı taksi ilə gətirmiş və həmin gün təxminən saat 05 radələrində kəndə çatmışlar. Kəndə çatmağa az qalmış Kənan pulunun olmadığını, taksi sürücüsü Rüfətin kartına pul atacağını demiş, avtomobildən düşüb evə getmişlər. Evdə anası Gülsəba və bacısı Gülçin olmuşdur. Həmin taksinin pulunu verə bilmədikləri üçün sürücü bu barədə “102” xidmətinə məlumat vermiş və bir neçə dəqiqə sonra Lerik RPŞ-nin əməkdaşları evə gəlmişlər. Onlar qapını döymüş, anası qapını açmışdır. Polis əməkdaşları özlərini təqdim edib onları polis şöbəsinə dəvət etmiş, onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində söhbət zamanı onlara narkotik vasitə istifadəçisi olduqlarını demişlər. Bundan sonra səhər saatlarında polis şöbəsində ona vəkil təqdim olunmuş, “şübhəli şəxs” qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə şəxsi axtarış, ona məxsus sellofan torbalara isə baxış keçirilmişdir. Bu barədə qərarla tanış olmuş və üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt, şəxsi axtarış zamanı üzərində hər hansı əşya və ya alət aşkar olunmamışdır. Bundan sonra ona məxsus sellofan torbalara baxış keçirilmişdir. Həmin sellofan torbadan 06 ədəd gümüşü rəngli “falqa” kəsiyi, 02 ədəd dəmir “trupka”, 08 ədəd kağız “trupka”, 04 ədəd plastmas “trupka”, 01 ədəd böyük ölçülü “falqa” rulonu və 01 ədəd “şüşə kolba” aşkar edilərək götürülmüşdür. Ona verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, qeyd olunan vasitələrlə narkotik maddə qəbul etmişdir. Bundan əlavə digər ağ rəngdə çantasının içərisində 05 ədəd “tramadol” həbi, üzərində “Valerian” yazısı olan şüşə qab, 01 ədəd dərman, həmçinin 01 ədəd kağız kəsiyi bükümündə içərisində “kakos” aşkar olunmuşdur. O, narkotik maddə olan “kakos”u ola bilsin ki, torbada unutmuşdur. Həmin narkotik vasitəni istifadə etmək məqsədilə Bakı şəhərində tanımadığı şəxsdən əldə etmişdir. Bundan sonra, həmin büküm və əşyalar zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. O, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Onun bu barədə heç bir şikayət və tələbi yoxdur, törətdiyi əmələ görə peşimandır, hər hansı bir psixi qüsuru və ya psixi xəstəliyi yoxdur. Təqdim etdiyi narkotik maddə ona məxsusdur və istifadə etmək üçün almışdır. O, bədənində olan ağrıları kəsmək üçün narkotik maddələrdən istifadə edir. Şəxsi axtarış və baxış keçirilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmiş və həmin vaxtı göstərdiyi məlumatları bir daha təsdiq etmişdir. Ona qarşı heç kim zor tətbiq etməmiş, hədə-qorxu gəlməmişdir. Bu barədə heç kimdən şikayət və tələbi yoxdur. Onun çantasında aşkar edilmiş narkotik vasitəni xatırlamadığı vaxtda Bakı şəhərində tanımadığı şəxsdən qəbul etmək üçün almışdır. O, əvvəllər istifadə etdiyi narkotik vasitələri Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı və xatırlamadığı şəxslərdən ayrı-ayrı vaxtlarda, həmçinin ayrı-ayrı yerlərdə əldə etmişdir. O, narkotik vasitəni əldə etdiyi şəxsləri tanımır. Həmçinin, həmin şəxslərin adlarını və soyadlarını bilmir. Onun üzərində aşkar edilmiş narkotik vasitələri gələcəkdə istifadə etmək məqsədilə əldə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin təsadüfi hallarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Təqsirləndirilən şəxsla cinayət əlaqəsi olmamış, sadəcə olaraq bir yerdə narkotik maddə qəbul etmişlər. Kənanın üzərində həmin gün narkotik maddə olmasını bilməmişdir. Lakin, Kənanın üzərində həmişə narkotik maddə olur, o, “inyeksiya” yolu ilə narkotik maddə qəbul edir. Onun çantasında aşkar edilmiş “tramadol” həblərini narkotik vasitəni tərgitmək məqsədilə əldə etmiş, həmin “tramadol” həblərini özü qəbul etmişdir. Həmin maddələri xatırlamadığı vaxtda Bakı şəhərindən xatırlamadığı şəxsdən almışdır. İbtidai istintaqda, şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 1, ev 15-də qeydiyyatda olmaqla orada yaşayır. O, “*2111” çağrı mərkəzinə qoşulmuş taksi şirkətində müqavilə əsasında sürücü işləyir. Belə ki, 31 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində Lerik rayonuna sifariş qəbul etmiş, 153 (yüz əlli üç) manat müqabilində “Masazır dairəsi”ndə yerləşən “Araz” marketin yaxınlığından Lerik rayonuna 2 nəfər müştəri aparmalı olduğundan həmin ünvana gedib sonradan adlarının Təqsirləndirilən şəxs və Şahid9 olduqlarını bildiyi 2 nəfər müştərini avtomobilinə götürmüşdür. Onlar sayını dəqiq bilmədiyi əl çantalarını avtomobilə yükləmişlər. Bundan sonra, onlarla birlikdə idarə etdiyi “Dacia Logan” markalı, “**-VM-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Lerik rayonuna doğru hərəkətə başlamışlar. Təqsirləndirilən şəxs onları Lerik rayonu, Günəşli kəndinə aparmalı olduğunu demişdir. 01 yanvar 2023-cü il tarixdə, saat 04 radələrində Lerik rayonu, Günəşli kəndinə çatmışlar. Şahid9 evlərinin yolun Lerik istiqamətində sağ tərəfində yerləşdiyini bildirmiş və onun göstərdiyi yerdə avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs ona yükləri evə aparıb qaynanasından pul aldıqdan sonra yol haqqını verəcəyini demiş, onları təxminən 20 dəqiqə gözləmiş, lakin geri qayıtmamışlar. Bununla bağlı, işlədiyi şirkətə məlumat vermiş, oradan ona “102” xidmətinə məlumat verilməsi deyildiyindən saat 04:37-də “102” xidmətinə məlumat vermişdir. Həmin məlumat əsasında polis əməkdaşları onun ərizə və izahatını almış, sonradan ona məlum olmuşdur ki, həmin şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldurlar. Onların narkotik maddə istifadəçiləri olduqlarını bilməmiş, onlar avtomobildə narkotik maddə istifadə etməmişlər. Təqsirləndirilən şəxs borclu olduğu 153 (yüz əlli manat) manat pulu hazıradək geri qaytarmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi oğurluq etdiyi hadisə yerində 25 iyun 2022-ci il tarixdə yoxlanılmış, o ifadəsində oğurluğu bir daha etiraf etmiş və oğurluq etdiyi yeri əyani göstərmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi oğurluq etdiyi hadisə yerində 25 iyun 2022-ci il tarixdə yoxlanılmış, o ifadəsində oğurluğu bir daha etiraf etmiş və oğurluq etdiyi yeri əyani göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan, 19 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən 2 ədəd şəffaf sellofana bükülmüş bükümləri təqdim edərək 19 iyul 2022-ci il tarixdə Suraxanı rayonunda Famil adlı şəxsdən 60 manata aldığını göstərmişdir. Bükümlərə baxıldıqda içərilərində spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmış, şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İbdidai istintaq zamanı, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə oxşar kütlələr ekspertiza tədqiqatı üçün qablaşdırılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 6/3925 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri- 3,056 qram, 3,052 qram, ümumi təmiz çəkisi- 6,108 qram olan qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”dir. Ekspertiza tədqiqatı zamanı ümumi təmiz çəkisi- 6,108 qram (3,056 qram, 3,052 qram) “heroin”dən 0,1 qram (hər birindən -0,05 qram) istifadə edilmiş, 6,008 qram (qalıqlar 3,006 qram, 3,002 qram) qalıq qalmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, ibdidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd “DVD” markalı diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən 2 ədəd şəffaf sellofana bükülmüş büküm çıxarıb təqdim etməsi, həmin bükümün içərisində narkotik vasitə sayılan “kakos” kimi bildiyi “heroin” olduğunu, həmin “heroin”i xx.xx.2022-ci il tarixdə Suraxanı rayonunda “Famil” adlı şəxsdən 60 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində daşıdığını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi, diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən şəxsin özü olduğunu təsdiq etməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan, 02 yanvar 2023-cü il tarixdə Lerik RPŞ-nin TQnun baş təhqiqatçısı tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol iç cibində sellofan kəsiyi bükümündə içərisində 2 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmış, fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan, 02 yanvar 2023-cü il tarixdə Lerik RPŞ-nin TQnun baş təhqiqatçısı tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması, götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Şahid9 məxsus qara rəngli torbada 06 ədəd gümüşü rəngli “falqa” kəsiyi, 02 ədəd dəmir “trupka”, 08 ədəd kağız “trupka”, 04 ədəd plastmas “trupka”, 01 ədəd böyük ölçülü “falqa” rulonu və 01 ədəd “şüşə kolba”, bundan əlavə Şahid9 məxsus ağ rəngli çantadan 5 ədəd “tramadol” həbi, üzərində “Valeryan” yazısı olan şüşə qab, 01 ədəd dərman və 01 ədəd kağız kəsiyi bükümündə içərisində narkotik maddə olan “heroin”ə bənzər kütlə aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmış, fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan, ekspertizadan Lerik RPŞ-nə daxil olmuş 01 yanvar 2023-cü il tarixli, 19/01 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 3,558 qram, 3,841 qram, ümumi təmiz çəkisi- 7,399 qram olan maddələr “tiryək”dən kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”dir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Şahid9 götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi- 0,076 qram olan maddə “tiryək”dən kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”dir; 6 ədəd gümüşü rəngli “falqa” kəsiyində, 2 ədəd dəmir “trupka” və 8 ədəd kağız “trupka” içərisində narkotik vasitə olan “heroin” izləri aşkar edildi; 4 ədəd plastmas “trupka”, 1 ədəd “falqa” rulonu və 1 ədəd “şüşə kolba” içərisində narkotik vasitə və ya psixotrop maddə izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 2 büküm “heroin”, Şahid9 məxsus 1 büküm “heroin”dən fərqlidir. Ekspertiza tədqiqatı zamanı ümumi təmiz çəkisi- 7,399 qram “heroin”dən 0,1 qram (hər.ob-0,05 qram) istifadə edilmiş, 7,299 qram qalıq qalmış, 0,076 qram “heroin”dən 0,03 qram istifadə edilmiş, 0,046 qram qalıq qalmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, araşdırma zamanı Şahid9 məxsus ağ rəngli çantadan götürülmüş 5 ədəd “tramadol” həbi, üzərində “Valeryan” yazısı olan şüşə qabda 01 ədəd dərmanın narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə ekspertiza tədqiqatı üçün qablaşdırılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2023-cü il tarixli, 6/189 saylı rəyindən görünür ki, Şahid9 çantasından götürülmüş 3 ədəd konvalyut kəsiyində ümumi sayı 5 ədəd olan göy-ağ rəngli “kapsullar” güclü təsir edən maddə olub, 5 ədəd “kapsul”un tərkibində “tramadol”un təsir maddəsinin ümumi miqdarı 0,25 qramdır, 1 ədəd üzərində “Valerian” yazılan şüşə qabda 1 ədəd sarı rəngli, dairəvi formalı həb narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Ekspertiza tədqiqatı zamanı 5 ədəd “tramadol” kapsulasından 1 ədədi tədqiqata sərf edilmiş, 4 ədəd qalıq qalmış, həmçinin sarı rəngli 1 ədəd həbin yarısı tədqiqata sərf edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, istintaq zamanı Şahid9 məxsus sellofan torbada aşkar edilərək götürülmüş narkotik vasitə olan “heroin”in çəkisinin Azərbaycan Respublikası “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyul 2005-ci il tarixli Qanununa əsasən şəxsi istehlak miqdarından artıq olmadığından, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan “heroin”i birlikdə əldə etmədiklərindən, onunla hər hansı bir cinayət əlaqəsi olmadığından, həmçinin xx.xx.2023-cü il tarixli, 19/01 saylı məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs məxsus 2 ədəd büküm “heroin”in Şahid9 məxsus 1 ədəd büküm “heroin”dən fərqli olduğundan, bundan əlavə üzərində aşkar edilmiş narkotik vasitə olan “heroin”i və təsir maddəsinin ümumi miqdarı 0,25 qram olan 5 ədəd “tramadol” kapsulunu satış məqsədilə əldə etmədiyindən barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, cinayət işinin istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib-etmədiyini, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olub-olmadığını müəyyən etmək məqsədilə cinayət işi üzrə barəsində ambulator məhkəmə narkoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X10 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 04 yanvar 2023-cü il tarixli, 01 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda “opioidlər”in qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, Şahid9 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil abunə nömrələri ilə 01 oktyabr 2022-ci il tarixdən 09 yanvar 2023-cü il tarixədək olan müddət ərzində hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqlar, daxil olan və çıxan zənglər, həmçinin “SMS”-lər Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən müvafiq qaydada götürülmüş, telefon danışıqlarının ələ keçirilməsi ilə əlaqədar istintaqa daxil olmuş diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal, həmçinin qeyd olunan nömrələrlə daxil olan və çıxan “SMS” mətnləri aşkar olunmamışdır. Bununla bağlı protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 01 yanvar 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 03 yanvar 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Lerik Rayon Məhkəməsinin qərarı ilə həbsetmənin əvvəli 01 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə, yəni 01 may 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, 25 iyun 2022-ci il tarixdə, saat 18:30da ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilmiş və həmin maddələr ilə ona ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdimat verilməsindən ötrü, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin Abşeron rayon prokuroru tərəfindən vəsatət təmin edilmədiyindən həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 19 iyul 2022-ci il tarixdə, saat 15:35-də ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 21 iyul 2022-ci il tarixdə, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif istintaqı həmin maddə ilə davam etdirilmişdir. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, 21 iyul 2022-ci il tarixdə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə qərar qəbul olunduğundan 21 iyul 2022-ci il tarixdə “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə bir sıra istintaq hərəkətlərinin keçirilməsi məqsədilə istintaq orqanına dəvət olunmuş, lakin o, heç bir əsaslı səbəb göstərmədən istintaqdan yayındığına görə 25 sentyabr 2022-ci il tarixdə barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, 03 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və 05 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Həmin tarixdə onun barəsində Suraxanı Rayon Məhkəməsi qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsindən imtina olunduğuna görə də 05 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün 10 dekabr 2022-ci il tarixdə barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, 18 fevral 2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, həmin tarixli qərarla cinayət işi Lerik RPŞ-nin İstintaq qrupunda istintaqı aparılan cinayət işinə birləşdirilməsindən ötrü istintaq aidiyyəti üzrə göndərilmiş və 11 mart 2023-cü il tarixdə istintaq orqanı tərəfindən icraata qəbul edilmişdir. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, 28 mart 2023-cü il tarixli istintaq orqanının qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi üzrə törədilmiş cinayət əməlləri həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilərək göstərilən maddələr ilə istintaqı davam etdirilmişdir. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, Lerik rayon prokurorluğundan daxil olmuş 29 mart 2023-cü il tarixli, 80-xid-23 saylı məktubla Abşeron RPİ-nin İstintaq şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Lerik RPŞ-nin İstintaq qrupunda istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək eyni icraatda istintaqın davam etdirilməsindən ötrü Lerik RPŞ-nə göndərilmiş, 30 mart 2023-cü il tarixdə ********* nömrəli cinayət işi icraata qəbul olunmuş və icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilməklə cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilərək cinayət işi ********* sayla, eləcə də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.4.2 və 234.4.3-cü maddələri ilə istintaqı davam etdirilmişdir. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə bir sıra istintaq hərəkətlərinin keçirilməsi məqsədilə istintaq orqanına dəvət olunmuş, lakin o, heç bir əsaslı səbəb göstərmədən istintaqdan yayınmışdır. Ona görə də 19 yanvar 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, 04 mart 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama dəyişiklik və əlavələr edilməklə həmin maddələrlə yeni ittiham ittiham elan edilmiş və Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdə Lerik Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, 30 mart 2023-cü il tarixli ibtidai istintaq orqanı tərəfindən qərar ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinin istintaq materialları həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinin istintaq materiallarına birləşdirilməklə cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilərək istintaqı davam etdirilmişdir. Cinayət işi üzrə olan sənədlərdən görünür ki, 01 aprel 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yenidən ittiham elan edilmək məqsədilə aparılmış zəruri istintaq hərəkətləri nəticəsində toplanmış ilkin sübutların məcmusu əsas verdiyindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.4.2 və 234.4.3-cü maddələri ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış üzrə verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilimişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 131.1-ci maddələri ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmişdir. ACDİÜ məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 180.2.1, 180.2.4, 234.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Milli Məclisin Amnistiya qərarın 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 02 ay 18 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CMnin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan, Bakı şəhər probasiya idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)- 400/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 11 (on bir) ay müddətinə islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı 7,399 qram olan “heroin”dən ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,299 qram “heroin” və Şahid9 qanunsuz əldə edərək çantasında saxlamaqla daşıdığı 0,076 qram olan “heroin”dən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,046 qram “heroin”, 6 ədəd gümüşü rəngli “falqa” kəsiyi, 2 ədəd dəmir “trupka”, 8 ədəd kağız “trupka”, 4 ədəd plastmas “trupka”, 1 ədəd “falqa” rulonu və 1 ədəd “şüşə kolba”, 5 ədəd “tramadol” kapsulasından ekspertiza tədqiqatından sonra qalıq qalmış 4 ədəd “tramadol” kapsulası və narkotik vasitə və psixotrop maddələrə aid olmayan sarı rəngli 1 ədəd həbin yarısı iş üzrə maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı çəkisi- 6,108 qram olan “heroin”dən ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi- 6,008 qram “heroin” iş üzrə maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçiriən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd “DVD” markalı diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Lerik rayon prokuroroluğunun xx.xx.2023-cü il tarixli, 64 xid-23 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsilə daxil olmuş Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun barəsində Lerik rayon X7 qrupunda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ibtidai istintaqın davam etdirilməsinin təmin edilməsi üçün aidiyyəti üzrə (cinayət işi 1 cild- işə əlavə edilmiş 01 ədəd CD disk və 01 ədəd möhürlənmiş zərfdə maddi sübut) Lerik rayon Polis Şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Lerik rayon prokuroroluğunun xx.xx.2023-cü il tarixli, 80 xid-23 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsilə daxil olmuş Abşeron RPİ-nin İstintaq şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun barəsində Lerik rayon X7 qrupunda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ibtidai istintaqın davam etdirilməsinin təmin edilməsi üçün aidiyyəti üzrə (cinayət işi 1 cild) Lerik rayon Polis Şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə “təqsirləndirilən şəxs” qismində cəlb edilərkən özünü müdafiə üçün irəli sürdüyü vəsatəti Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 21 iyul 2022-ci il tarixli qərarı ilə, hazırki cinayət işi üzrə “təqsirləndirilən şəxs” qismində cəlb edilərkən və cinayət işinin istintaq materialları ilə tanış olarkən özünü müdafiə üçün irəli sürdüyü vəsatətləri 03 yanvar 2023-cü il, 01 aprel 2023-cü il və 03 aprel 2023-cü il tarixli qərarlarla rədd edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi ibtidai araşdırma zamanı özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, üzləşmə, şəxsi axtarış və götürmə istintaq hərəkətləri, məhkəmə fiziki-kimyəvi, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş istintaq sənədləri və digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. İbtidai istintaq zamanı toplanmış sübutlara əsasən, istintaq belə nəticəyə gəlmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi ilə külli miqdarda narkotik vasitəni təkrar qanunsuz əldə edərək üzərində saxlamaqla daşımışdır. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs hökmün təsviri hissəsində göstərilən cinayəti törətmədiyi barədə ifadələri, onun ibtidai istintaqda ətraflı ifadələri ilə, zərərəçəkmiş şəxsin ifadəsi və şahidlərin ifadələri, onlarla uzlaşmış ekspertiza rəyləri və əldə olunmuş digər mötəbər sübutlar ilə tam təsdiq olunur. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri və digər əldə olunan sübutların məcmusunu hökmün əsası kimi qəbul edir, onun məhkəmədə verdiyi ifadələrini rədd edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərəçəkmiş şəxsin ifadəsi və şahidlərin ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, üzləşmə, şəxsi axtarış və götürmə istintaq hərəkətləri, məhkəmə fizikikimyəvi, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut və rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Lerik rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı 7,399 qram olan “heroin”dən ekspertiza tədqiqatından sonra qalıq çəkisi- 7,299 qram narkotik vasitə olan “heroin” məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Lerik rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı 6,108 qram olan “heroin”dən ekspertiza tədqiqatından sonra qalıq çəkisi- 6,008 qram narkotik vasitə olan “heroin” məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin materiallarında ibtidai istintaq orqanı tərəfindən vətəndaş Şahid9 barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı nəzərə alınmaqla, cinayət işi üzrə maddi sübut qismində tanınmış – Lerik rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılması üçün təhvil verilmiş, Şahid9 qanunsuz əldə edərək çantasında saxlamaqla daşıdığı çəkisi- 0,076 qram olan “heroin”dən ekspertiza tədqiqatından sonra qalıq çəkisi- 0,046 qram “heroin”, 6 ədəd gümüşü rəngli “falqa” kəsiyi, 2 ədəd “dəmir trupka”, 8 ədəd “kağız trupka”, 4 ədəd “plastmas trupka”, 1 ədəd “falqa” rulonu və 1 ədəd “şüşə kolba”, 5 ədəd “tramadol” kapsulasından ekspertiza tədqiqatından sonra qalıq qalmış 4 ədəd “tramadol” kapsulası və narkotik vasitə və psixotrop maddələrə aid olmayan sarı rəngli 1 ədəd “həbin” yarısı məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçiriən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 92 (doxsan iki) manat və məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 60 (altmış) manat, cəmi- 152 (yüz əlli iki) manat məbləğində məhkəmə ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və iş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 25 iyun 2022-ci il tarixdən 27 iyun 2022-ci il tarixədək “şübhəli şəxs” qismində saxlanıldığı 2 (iki) gün müddət, 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək “şübhəli şəxs” qismində saxlanıldığı 2 (iki) gün müddət, 03 dekabr 2022-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək “şübhəli şəxs” qismində saxlanıldığı 2 (iki) gün müddət, cəmi 6 (altı) gün müddət ona təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin və cəza çəkməsinin əvvəli onun “şübhəli şəxs” qismində tutulduğu gündən, yəni 01 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və o, hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Lerik rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı 7,399 qram olan “heroin”dən ekspertiza tədqiqatından sonra qalıq çəkisi- 7,299 qram narkotik vasitə olan “heroin” məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Lerik rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı 6,108 qram olan “heroin”dən ekspertiza tədqiqatından sonra qalıq çəkisi- 6,008 qram narkotik vasitə olan “heroin” məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin materiallarında ibtidai istintaq orqanı tərəfindən vətəndaş Şahid9 barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı nəzərə alınmaqla, cinayət işi üzrə maddi sübut qismində tanınmış – Lerik rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılması üçün təhvil verilmiş, Şahid9 qanunsuz əldə edərək çantasında saxlamaqla daşıdığı çəkisi- 0,076 qram olan “heroin”dən ekspertiza tədqiqatından sonra qalıq çəkisi- 0,046 qram “heroin”, 6 ədəd gümüşü rəngli “falqa” kəsiyi, 2 ədəd “dəmir trupka”, 8 ədəd “kağız trupka”, 4 ədəd “plastmas trupka”, 1 ədəd “falqa” rulonu və 1 ədəd “şüşə kolba”, 5 ədəd “tramadol” kapsulasından ekspertiza tədqiqatından sonra qalıq qalmış 4 ədəd “tramadol” kapsulası və narkotik vasitə və psixotrop maddələrə aid olmayan sarı rəngli 1 ədəd “həbin” yarısı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış– Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçiriən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizası tədqiqatının dəyərinə görə 92 (doxsan iki) manat və məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyərinə görə 60 (altmış) manat, cəmi- 152 (yüz əlli iki) manat məbləğində məhkəmə ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. X13 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə, məhkum Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi gündən, həmin müddət ərzində apellyasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar