Məhkəmə qərarları › İş №1(099)-376/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-376/2025

26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-376/2025 26.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X20, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X18, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 18 avqust 1990-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, Kürdəmir rayonu 5 saylı hərbi şəhərçik ev 1 mənzil 7-də qeydiyyatda olmaqla yaşamış, 18 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(041)-30/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən, xeyli miqdarda-0.405 qram kustar üsülla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin heroinin 0.168 qram hissəsini 13 fevral 2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri, M.Əliyev küçəsində şəxsi maraq məqsədilə tanışı Şahid4 pay qismində verərək qanunsuz satmış, həmin heroinin qalan 0.237 qram hissəsini isə 13 fevral 2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri M.Əliyev küçəsində tanışı Şahid3 19 manat pul müqabilində qanunsuz olaraq satmış, 14 fevral 2025-ci il tarixdə saat 15:30 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid4 Kürdəmir şəhəri Ə.Vaqif küçəsində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan şalvarın qabaq sağ cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.168 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, 14 fevral 2025-ci il tarixdə saat 16:20 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat axtarış tədbirləri zamanı Şahid3 Kürdəmir şəhəri O.Mirzəyev küçəsində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.237 qram kustar üsulla hazırlanmış Cavid Məmədovun üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə saat 22:00-da Bakı şəhəri ərazisində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham ilə özünü qismən təqsirli bilmiş, Cavidə narkotik vasitəni pay verdiyini, Poladla birlikdə isə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bakı şəhərindən yaşadığı Kürdəmir rayonuna getmək üçün avtovağzala getmişdir. Avtovağzalda köhnə tanışlarından Cavid adlı şəxsi görmüş, Cavidlə əvvəllər bir yerdə narkotik vasitə istifadə etmişlər. Cavidin sağalıb və taksi fəaliyyəti ilə məşğul olmasından xəbəri olmamışdır. Cavidə rayona getmək istədiyini bildirmiş, Cavid bir-iki nəfər sərnişin götürüb gedəcəklərini demişdir. Cavidə üstündə çəkməyə narkotik vasitə heroin olduğunu demişdir. Cavid yol boyu maşını saxlayaq narkotik vasitə heroini çəkək demiş, o isə Cavidə yollarda kamera olduğunu, rayona çatanda çəkərik demişdir. Rayonda Poladgilin məhləsinə çatdıqdan sonra Polada zəng edib “yol pulum yoxdur gəl Cavidə 20 manat ver” demişdir. Polad problem olmadığını, gəldiyini demişdir. Polad gəldikdən sonra 20 manat pulu Cavidin özünə vermişdir. Cavidə Poladgilə narkotik vasitə istifadə etməyə getdiyini, istəyirsə onun da gələ biləcəyini bildirmişdir. Lakin Cavid işinin çox olduğunu, maşında sumkaların çox olduğunu, onları sahiblərinə təhvil verməli olduğunu demişdir. Cavid ondan bir az narkotik vasitə istəmişdir. O da az miqdarda narkotik vasitəni ayıraraq Cavidə vermiş, bundan sonra Cavid çıxıb getmişdir. Cavidin maşınından düşüb Poladla bir yerdə Poladgilin evinə getmişdir. Polad yaşayan küçədə həkim işləyir, həmin həkimin evinin kamerasına əldə edib müəyyənləşdirmək olar ki, o Poladla birlikdə Poladgilə getmişdir. Poladla onun arasında narkotik vasitə satışı olmamışdır. Poladda narkotik vasitə olanda ona vermiş, onda da narkotik vasitə olanda Polada vermiş və bir yerdə narkotik vasitə istifadə etmişlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaq zamanı ona təzyiq olunacağından qorxub etiraf etmişdir. Cavidə narkotik vasitəni pay vermiş, satmamışdır. Cavidə yol pulu vermiş, satış məqsədi olsa idi Cavidə yol pulu verməzdi. Poladla elə bir danışıqları olmamışdır ki, yol pulu vermək qarşılığında Polada narkotik vasitə versin. Gün ərzində bir dəfə 0.03 qram narkotik vasitə istifadə edir. Bakı şəhərindən rayona gəlməmişdən bir gün əvvəl 1 qrama yaxın narkotik vasitə almış, aldığı narkotik vasitədən istifadə etmişdir. Polada zəng edib taksi pulu olmadığını bildirmiş və Poladdan 20 manat pul istəmişdir. Polad 20 manat pul verə biləcəyini demişdir. Polada 20 manat demişdi, Poladın üzərində 19 manat manatlıq, 1 manat isə qəpik pul idi. Qəpikləri Cavid götürmədiyi üçün Cavidə 19 manat vermişdir. Cavid ondan narkotik vasitəni götürdükdən sonra çıxıb getmişdir. Poladgilin evində üzərində olan narkotik vasitənin hamısını Poladla birlikdə istifadə etmişdir. Cavidin tutulmağın özü tutulmamışdan bir gün qabaq bilmişdir. Onu Bakı şəhəri, Yasamal rayonunda tutmuşlar. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Cavid özü işini yüngülləşdirmək üçün istintaq zamanı və özünün işi zamanı məhkəmədə onun əleyhinə ifadə vermişdir. Cavidin nömrəsi onda olmamış, Cavidi təsadüfən görmüşdür. Cavid ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. İstintaq zamanı verdiyi ifadəsini oxumamışdır. İstintaq zamanı ifadə verərkən müdafiəçisi yanında olmamışdır. Müdafiəçisi istintaq zamanı onunla iki dəfə görüşmüş, bir dəfə tutulduğu axşam bir dəfə də istintaq müddətinin artırılmasında müdafiəçisini görmüşdür. Polis əməkdaşları onu saxlayan zaman döymüşlər. Gəncə şəhərində yerləşən İstintaq Təcridxanasına aparandan sonra bədəni üzərində olan xəsarətini qeydiyyata almışlar. Ancaq orada polis əməkdaşlarının onu döydüklərini deməmiş və şikayət etməmişdir. Şahid2 onun saxlanılmasında iştirak edibetməməsini xatırlamamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəllər Hərbi Hava Qüvvələrinin zabiti olduğunu, baş-leytenant rütbəsində olduğunu, hər iki valideyninin xəstə olmasını, atasının işləmək qabiliyyətini itirməsini, anasının şəkər xəstəsi olmasını, arvadının isə asma xəstəsi olmasını, narkotik vasitələrin pay verilməsinin satış hesab olunmasını bilmədiyini, Cavidə yol pulun verdiyini, yol pulunu narkotik vasitə ilə əvəz etmədiyini, Poladın ona pul verib narkotik vasitə almadığını, narkotik vasitəni Poladla bir yerdə onların evində istifadə etdiyini, özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməsini, etdiyi əmələ görə çox utandığını, evinə ərzaq alanın olmadığını, ailəsinin vəziyyətinin çox çətin olduğunu nəzərə alaraq məhkəmədən onun əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə tövsif olunmasını və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Narkotik vasitə heroindən 6-7 ildir ki arada bir istifadə edir. Bakı şəhərində “kababçı”restoranında ofisant işləyir. Buna görə də Bakı şəhərində kirayədə yaşayır. Narkotik vasitəni əsasən sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu X14 vətəndaşı ilə əlaqə saxlayıb ona verdiyi kart nömrəsinə pul göndərir, o isə narkotik vasitəni qoyduğu yerin fotoşəkilini çəkib atmışdır. Həmin yerə gedib narkotik vasitəni götürmşdür. Sonuncu dəfə 12 fevral 2025-ci il tarixdə tanış olduğu X14 vətəndaşı ilə əlaqə saxlayıb ona 40 manat pul göndərmiş, əvəzində isə ondan 1 qram nakotik vasitə heroin istəmişdir. Onun verdiyi kart nömrəsinə pulu göndərmiş, o isə narkotik vasitəni Nərimanov rayon ərazisində qoyduğu yerin fotoşəkilini çəkib atmışdır. Həmin yerə gedib heroini götürmüşdür. Bir ədəd polietilen bükümdə olan heroini götürüb üzərindən istifadə etmişdir. 13 fevral 2025-ci il tarixdə Kürdəmir rayonuna gəlmək üçün Bakı şəhər Beynəlxalq avtovagzala gedib Kürdəmir maşınlarını axtaranda Cavid adlı taksi sürücüsünə yaxınlaşmışdır. Cavidin əvvələr narkotik vasitələrin istifadəçisi olduğunu bilmişdir. Cavidlə danışıb yol üçün 20 manat pul verəcəyini demişdir. Caviddə razılaşmışdır. Buna görə maşına əyləşib tanışı Şahid3 məxsus ***-***-**-** saylı nömrəsinə özünə məxsus ***-***-**- ** nömrə ilə zəng edib “Bakı şəhərindən gəlirəm, taksi pulunu verməyə pulum yoxdur, 20 manat tap yol pulumu verək, əvəzində sənə heroin verəcəm” demişdir. Poladda razılaşmışdır. Cavidin idarə etdiyi avtomobillə üzü Kürdəmir rayonuna doğru yola çıxmışlar. Kürdəmir rayonu Karrar kəndi ərazisində olan polis stasionar postunun keçəndən sonra Cavidə “kola var çəkmək istəmirsən” demişdir. Caviddə onunla razılaşmışdır. Lakin ona Kürdəmir şəhərinə çatanda verəcəyini demişdir. Kürdəmir şəhəri M.Əliyev küçəsinə yəni Poladın yaşadığı küçəyə gəlmişlər. Küçəyə çatanda sellofan kəsiyində olan heroindən bir qismini götürüb 02 ədəd siqaretin gümüşü kağızına ayıraraq qablaşdırmışdır. Poladın küçəsində maşın dayanan zaman düzəltdiyi bükümlərdən birini Cavidə vermişdir ki istifadə etsin. Sonra aşağı düşərək Poladla görüşmüşdür. Polad ona 19 manat bütöv və 1 manatı isə qəpiklə vermişdir. Poladdan 19 manatı götürüb əvəzində ona düzəltdiyi bükümlərdən ikincisi vermişdir. Pulu götürüb Cavidə verəndən sonra uzaqlaşıb getmişdir. Sonra isə Poladla Cavidin hər ikisinin tutulduğunu eşitmişdir. 17 fevral 2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhərində Yasamal rayonu ərazisində olarkən polis əməkdaşları onu saxlayıb Kürdəmir RPŞ-nə gətirmişlər. Şübhəli kimi tutulandan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Cavid və Polada narkotik vasitə satdığını etiraf etmişdir. Cavid və Poladdan başqa heç kimə narkotik vasitə satmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində başqa cinayət əməli törətməmişdir. Şahid4 üzərindən aşkar edilmiş 0.168 qram çəkidə olan narkotik vasitə heroini pulsuz vermişdir ki, isifadə etsin. Şahid3 üzərində aşkar edilmiş 0.237 qram çəkidə olan heroini 19 manata satmışdır. X29 Respublikasının vətəndaşından alıb istifadə edir.(i.v.145-147) İbtidai istintaq zamanı Kamran Məhhərəmov şübhəli şəxs qismində videoçəklişlə dindirilərkən oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı protokol tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etmədiyini, 13 fevral 2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri M.Əliyev küçəsində Şahid3 19 manat pul müqabilində 0.237 qram narkotik vasitə heroin satmadığını, sonuncu ilə birlikdə narkotik vasitə heroin istifadə etdiyini, polis əməkdaşları döydükləri və təzyiq etdikləri üçün etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında 13 fevral 2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri M.Əliyev küçəsində Şahid3 19 manat pul müqabilində 0.237 qram narkotik vasitə heroin satmadığını, sonuncu ilə birlikdə narkotik vasitə heroin istifadə etdiyini, polis əməkdaşları döydükləri və təzyiq etdikləri üçün etirafedici ifadə verdiyini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, Polad Şıxəliyevin saxlanılmasında iştirak etmişdir. Polad Şıxəliyev tərəflərindən saxlanılmış, üzərindən qızılı rəngdə bükümdə bir qrama yaxın narkotik vasitə heroinə bənzrə kütlə aşkarlanmışdır. Polad Şıxəliyev üzərindən aşkar olunan bir bükümün içərisində narkotik vasitə heroin olduğunu və Təqsirləndirilən şəxs aldığını demişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Kamran barədə əvvələr onda məlumat olmamışdır. Polad narkotik vasitə heroini Kamrandan aldığını demişdir. Polada qarşı heç bir təzyiq və təsir olmamışdır. Şahid4 saxlanılmasında iştirak etməmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şahid3 üzərində narkotik vasitə olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Şahid3 tərəflərindən saxlanılmışdır. Polad üzərində olan narkotik vasitə heroini Təqsirləndirilən şəxs adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Kamran tərəflərindən saxlanılarkən ona hansı səbəbdən saxladıqlarını demişlər. Həmin vaxtı Kamran Polada narkotik vasitə heroin satdığını etiraf etmişdir. Şahid2 ibtidai istintaq zaman verdiyi ifadəsi elan olmuş və sonuncu ibtidai istintaq zamanı bildirmişdir ki, 14 fevral 2025-ci il tarixdə Kürdəmir şəhəri M.Əliyev küçəsi ev 8-də yaşayan və qeydiyyatda olan Şahid3 üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. 14 fevral 2025-ci il tarixdə saat 16:20-da onun, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, KQ-nun kiçik inspektoru X7 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Kürdəmir şəhəri M.Əliyev küçəsi ev 8-də yaşayan Şahid3 Kürdəmir şəhəri O.Mirzəyev küçəsində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Şahid3 üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Şahid3 üzərində narkotik vasitə heroin olduğunu etiraf edib əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 01 ədəd gümüşü bükülünü çıxarıb təqdim etmişdir. Həmin gümüşü büküm Şahid1 tərəfindən açılmış içərisində qəhvəyi rəngli kəskin iyli heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi soğru sual zamanı Şahid3 bildirmişdir ki, üzərindən aşkar edilmiş gümüşü bükümdə olan kütlə heroindir, həmin kütləni 13 fevral 2025-ci il tarixdə Kamran adlı şəxsdən 20 manata alıb, İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin kütlə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Bundan sonra Şahid3 RPŞ-nə gətirilmiş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, ona təqdim olunmuş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra müdafiəçi Qədir Qədirov dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra videoçəkilişlə Şahid3 üzərindən aşkar edilərək qablaşdırılmış kütləyə baxış keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Şahid3 şifahi suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilən heroinin qablaşdırıldığı zərf olduğunu, zərfin tamlığı pozulmadığını, üzərindəki öz imzası olduğunu görmüşdür. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd siqaretin qızılı kağızına qablaşdırılmış büküm aşkar edilmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış içərisinə baxıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 0.33 qram olması müəyyən edilmişdir. 18 fevral 2025-ci il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs yeri Bakı şəhərindən müəyyən edilərək Kürdəmir RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, ona təqdim olunmuş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra müdafiəçi Salman Fərəcov dəvət edilmiş və ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid3 19 manata narkotik vasitə heroini satmışdır. Şahid4 isə heroini pay qismində pulsuz vermişdir. Şahid3 və Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Şahid3 və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onlara qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Şahid3 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Təqsirləndirilən şəxs Şahid3 və Şahid4 narkotik vasitə satmışdır. Başqa kimlərə satması barədə bir məlumatı yoxdur. İfadəsi elan olunduqdan sonra Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, istifadəsində 050-977-73 73 saylı mobil nömrə vardır. Kamranı Bakı şəhərində, Yasamal rayonunda saxlamışlar. Poladı isə Kürdəmir rayonunda məhkəmənin yan küçəsində saxlamışlar. İfadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, narkotik vasitə heroindən əvvəllər istifadə etsə də, son 8 ildir ki istifadə etmir. Toyota Prius markalı avtomobili gündəlik icarəyə götürüb Kürdəmir Bakı marşrutu ilə taksi fəaliyyəti ilə məşğul olur. Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs Kürdəmir rayon sakini kimi tanıyır. Onunla ədavəti və düşmənçiliyi olmamışdır. 13 fevral 2025-ci il tarixdə Bakı şəhəri Beynəlxalq avtovağzalda dayanıb sərnişin gözləyərkən Kamran yaxınlaşıb “rayona gedirəm, yol pulu kimidə 20 manat verəcəm” demişdir. Kamranla razılaşmışdır. Çünki həmin vaxt maşınında sərnişin az olmuşdur. Kamran maşına minəndən sonra, yola çıxmışlar. Yolda gələrkən, Kürdəmir rayonu Karrar qəsəbə ərazisində olan stasionar polis postunu keçəndən sonra Kamran “pati zad edirsən?” demişdir. Kamrana “yox istəmirəm, rədd elə onu” demişdir. Kürdəmir şəhəri Dəmiryolun kənarına çatanda Kamran əlində polietilen sellofan kəsiyində olan heroindən ayrıca büküm düzəltmişdir. Ona da “kola istəmirsən?” deyərək təklif etmişdir. Kamrana etiraz etməyib “varındısa bir bükümdə mənə verərsən çəkərəm”demişdir. Kamran Poladla danışanda ona “pulum yoxdu, mənim yol pulumu verərsən” demişdir. Kamranın danışdığı Polad adlı şəxsin Şahid3 olduğunu guman etməmiş, o olduğunu bilsəydi heçnə istəməzdi. Poladın yanına gəlib saxlamış, Kamranda ona bir ədəd kağız bükümdə narkotik vasitə heroini vermişdir. Poladda Kamranın yol pulusu kimi 19 manat pul vermişdir. Yerdə qalanı qəpiklə vermək istəyəndə götürməyib oradan uzaqlaşmışdır. Kamranın verdiyi heroini üzərində saxlamışdır ki, istifadə edər. 14 fevral 2025-ci il tarixdə saat 15:30 radələrində Kürdəmir şəhəri Ə.Vaqif küçəsində piyada gəzərkən Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda daşımaqda əsaslı şübhələrin olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli şalvarın qabaq sağ cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən açılıb içərisinə baxıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Şifahi soğru sual zamanı 13 fevral 2025-ci il tarixdə Kamran adlı şəxsin heroini ona pay qismində pulsuz verdiyini bildirmişdir. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin büküm bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Bundan sonra RPŞ-nə gəlmişdir. RPŞ-də şübhəli şəxs qismində tutulduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Videoçəkiliş başlandıqdan sonra şifahi suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir, 01 ədəd gümüşü rəngli kağız bükümdə olduğunu bildirmişdir. Təqdim edilmiş zərfə baxış keçirilərkən isə həmin zərfin üzərindən aşkar edilən heroinin qablaşdırıldığı zərf olduğunu, zərfin tamlığı pozulmadığını görmüşdür. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd siqaretin gümüşü kağızına qablaşdırılmış büküm aşkar edilmişdir. Həmin büküm açılıb içərisinə baxıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 0.27 qram olması müəyyən edilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində hər hansı cinayət əməli törətməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan 0.168 qram narkotik vasitə heroin özünə məxsusdur. İstifadə etmək məqsədi ilə həmin kütləni üzərində saxlamışdır. ***- ***-**-** saylı nömrəli mobil telefon istifadə edir. Adına olan digər nömrələrin heç birini istifadə etmir. Həmin heroini 13 fevral 2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri ərazisində, Dəmir yolunun qarşısında Kamran adlı şəxs pulsuz vermişdir.(i.v.118-121) Cinayət işinin materiallarına əlavə olunmuş Kürdəmir Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 1(041)-78/2025 nömrəli hökmündən görünür ki, Şahid4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid4 15 fevral 2025-ci il tarixdən 17 fevral 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, Şahid4 13 fevral 2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri, M.Əliyev küçəsində tanışı X1 məqsədi olmadan xeyli midarda təmiz çəkisi 0,168 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini pulsuz olaraq pay qismində qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 14 fevral 2025-ci il tarixdə saat 15:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, Ə.Vaqif küçəsində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın qabaq sağ cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,168 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Şahid4 yolda gələn zaman Kamran ona narkotik vasitə heroin təklif etmiş, o isə Kamrana etiraz etməmişdir. Kamran Poladla danışaraq pulunun olmadığını, yol pulunu verməsini bildirmişdir. Poladın yanına gələrək maşını saxlamış, Kamran da ona bir ədəd kağız bükümdə narkotik vasitə heroin vermişdir. Polad da Kamranın yol pulusu kimi 19 manat pul vermişdir. Yerdə qalan pulu qəpiklə vermək istəyəndə götürməyib oradan uzaqlaşmışdır. Kamranın verdiyi heroini üzərində saxlamışdır ki, istifadə etsin. 14 fevral 2025-ci il tarixdə saat 15:30 radələrində Kürdəmir şəhəri, Ə.Vaqif küçəsində piyada gəzərkən Kürdəmir RPŞ-nin onu saxlamışlar. Kürdəmir Rayon Məhkəməsindən daxil olmuş 21 avqust 2025-ci il tarixli, 1(041)- 78/2025 nömrəli məktubdan görünür ki, Şahid4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Kürdəmir Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 1(041)-78/2025 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İfadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, narkotik vasitə heroindən 2 ildir ki arada bir istifadə edir. Bir neçə dəfə buna görə məhkum olunmuşdur. Sonuncu dəfə 20 dekabr 2023-cü il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs uzun illərdir ki tanıyır, eyni məhlədə yaşayırlar. Kamran əvvəllər Kürdəmir şəhərində yerləşən Naftalan restoranında ofisiant işləmişdir. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Kamranın narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. Kamranın nömrələrini özünə məxsus mobil telefonda Kamxa kimi qeyd etmişdir. 13 fevral 2025-ci il tarixdə saat 14 radələrində Kamran özünə məxsus olan ***-***-**-** saylı nömrədən ona məxsus ***-***-**-** saylı nömrəyə zəng edərək “ Bakı şəhərindən taksi ilə gəlirəm, taksini 20 manata danışmışam lakin taksi pulum yoxdur, səndə varsa taksimi pulumu çatanda ver, əvəzində sənə heroin verərəm” demişdir. Kamranla razılaşmışdır. Həmin gün saat 15 radələrində Kamran Şahid4 idarə etdiyi Toyota prius markalı avtomobillə onun yaşadığı küçəyə gəlmişdir. Kamran maşından aşağı düşüb ona yaxınlaşmış, Kamrana 19 manatı və qəpikləri vermişdir. Kamran 19 manatı götürsə də qəpikləri götürməmişdir. Pulu Kamran almış 19 manatı taksi sürücüsü Cavidə aparıb verib ona yaxınlaşmışdır. Kamran hazır vəziyyətdə olan bir ədəd kağız bükümdə heroini vermişdir. Kamran sonra çıxıb getmişdir. Kamrandan aldığı heroinin bir hissəsini çəkərək istifadə etmişdir. Qalan hissəsini özündə saxlamışdır ki onuda sonra istifadə edər. 14 fevral 2025-ci il tarixdə 16:20 Kürdəmir şəhəri O.Mirzəyev küçəsində piyada gəzərkən Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda daşımaqda əsaslı şübhələrin olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 01ədəd gümüşü bükülünü çıxarıb təqdim etmişdir. Həmin gümüşü büküm polis əməkdaşı Şahid1 tərəfindən açılmış içərisində qəhvəyi rəngli kəskin iyli heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra RPŞ-ə gəlmiş, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Videoçəkiliş başlandıqdan sonra şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir, 01 ədəd qızılı rəngli kağız bükümdədir. Təqdim edilmiş zərfə baxış keçirilərkən isə üzərindən aşkar edilən heroinin qablaşdırıldığı zərf olduğunu, zərfin tamlığı pozulmadığını, üzərindəki isə öz imzası olduğunu görmüşdür. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd siqaretin qızılı kağızına qablaşdırılmış büküm aşkar edilmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış içərisinə baxıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 0.33 qram olması müəyyən edilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində hər hansı cinayət əməli törətməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan 0.237 qram çəkidə olan narkotik vasitə heroin özünə məxsusdur. İstifadə etmək məqsədi ilə həmin kütləni üzərində saxlamışdır. ***-***-**-** saylı nömrəli istifadə edir. Adına olan digər nömrlərin heç birini istifadə etmir. Həmin heroini Təqsirləndirilən şəxs 19 manata yaşadığı M.Əliyev küçəsində almışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Kürdəmir Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 1(041)-85/2025 nömrəli hökmündən görünür ki, Şahid3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(041)-42/2023 nömrəli hökmü ilə Şahid3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 17 (on yeddi) günü yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Şahid3 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid3 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, Şahid3 13 fevral 2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri, M.Əliyev küçəsində tanışı Təqsirləndirilən şəxs xeyli miqdarda təmiz çəkisi 0.237 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 19 manat pul müqabilində satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, 14 fevral 2025ci il tarixdə saat 16:20 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Kürdəmir şəhəri O.Mirzəyev küçəsində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.237 qram kustar üsülla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Şahid3 bildirmişdir ki, hadisə yay aylarında olmuşdur. Anası və həyat yoldaşı şəhərdə olduqlarından evdə tək olmuşdur. Evə polis əməkdaşları gəlmiş və evə axtarış keçirmişlər. Evdə heç bir şey çıxmamışdır. Daha sonra o, evdə daşın altında gizlətdiyi narkotiki gətirib özü vermişdir. Həmin narkotik vasitəni polis əməkdaşı Tağı müəllim üçün almışdır. Bundan sonra o, polis şöbəsinə gətirilmişdir. Şöbənin yanında çəkiliş aparılan zaman ona narkotik maddə vermişlər ki, götürsün, lakin onu tutmayacaqlarını bildirmişlər. O, sonuncu dəfə tutulanadək dəfələrlə polis əməkdaşları ilə birlikdə iş görmüş və hər dəfəsində buraxılmışdır. Yəni polis əməkdaşları ona pul vermişdir ki, həm özü istifadə etməsi üçün narkotik vasitə əldə etsin, həm də narkotik vasitə aldığı şəxslər barədə məlumat versin. Narkotik vasitə aldığı bir neçə şəxslərin polis əməkdaşları tərəfindən saxlanılmasında onun köməkliyi olmuşdur. Ən sonuncu dəfə polis əməkdaşı Tağı müəllim ona 10 manat pul vermişdir ki, gedib narkotik vasitə alsın. O da üzərinə 9 manat qoyaraq Kamran adlı şəxsdən 19 manat dəyərində narkotik vasitə almışdır. Həmin narkotik vasitə iki bükümdə olmuşdur. Aldığı narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitəni aldıqdan sonra həyətdə daşın altında gizlətmişdir. Narkotik vasitəni Kamrandan aldıqdan 2 gün sonra onu polis əməkdaşları saxlamışdır. Kürdəmir Rayon Məhkəməsindən daxil olmuş 21 avqust 2025-ci il tarixli, 1(041)- 85/2025 nömrəli məktubdan görünür ki, Şahid3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Kürdəmir Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 1(041)-85/2025 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin ayrıca icraata ayrılması haqqında” 10 aprel 2025-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri olan 25060029 nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 25060055 nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir.(i.v.1-2) -“cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, Şahid3 üzərindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,237 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır.(i.v.4) -“əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 14 fevral 2025-ci il tarixdə saat 16:20 radələrində Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Şahid3 Kürdəmir şəhəri O.Mirzəyev küçəsində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Şahid3 üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Şahid3 üzərində narkotik vasitə heroin olduğunu etiraf edib əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 01 ədəd gümüşü bükülünü çıxarıb təqdim etmişdir. Həmin gümüşü büküm Şahid1 tərəfindən açılmış içərisində qəhvəyi rəngli kəskin iyli heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi soğru sual zamanı Şahid3 bildirmişdir ki, üzərindən aşkar edilmiş gümüşü bükümdə olan kütlə heroindir, həmin kütləni 13 fevral 2025-ci il tarixdə Kamran adlı şəxsdən 20 manata alıb, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin kütlə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür.(i.v.13-15) -“cinayətin törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şahid3 həmin tarixdə saat 17:20-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.34-35) -“baxış keçirilməsi və götürmə haqqında” 14 fevral 2025-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş videoçəklişdən görünür ki, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, müdafiəçi X13 və Şahid3 iştirakı ilə keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Şahid3 şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir, 01 ədəd qızılı rəngli kağız bükümdədir. Təqdim edilmiş zərfə baxış keçirilərkən isə üzərindən aşkar edilən heroinin qablaşdırıldığı zərf olduğunu, zərfin tamlığı pozulmadığını, üzərindəki isə öz imzası olduğunu görmüşdür. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd siqaretin qızılı kağızına qablaşdırılmış büküm aşkar edilmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış içərisinə baxıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 0.33 qram olması müəyyən edilmişdir. Şifahi suallara cavab olaraq Şahid3 bildirmişdir ki, həmin narkotik vasitə heroin ona məxsusdur, 14 fevral 2025-ci il tarixdə səhər saatlarında Kamran adlı şəxsdən 20 manata almışdır. Kamran adlı şəxs Kürdəmir şəhəri “Dörd Yol” adlı ərazidə yaşayır, Kamranın adını mobil telefonunda Kamxa kimi yazmışdır. Bundan sonra Şahid3 məxsus mobil telefona baxış keçirilmiş və məlum olmuşdur ki, həmin telefonun üzərində 05-756-74 -41 saylı nömrədir, Kamxa adlı şəxsin isə ***-***-**-** və ***-***-**-** saylı nömrələri vardır. Həmin nömrə ilə bir neçə dəfə əlaqə saxlamışdır.(i.v.41-43) -“məhkəmə-kimyəvi ekspertizası”nın 15 fevral 2025-ci il tarixli, 18/143 nömrəli rəyindən görünür ki, Şahid3 üzərindən.” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.237 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Şahid4 məxsus narkotik vasitə heroin ilə Şahid3 məxsus narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. (15 fevral 2025-ci il tarixli 18/142 rəyə əsasən birgə tədqiqat aparılıb). Heroinin təmiz çəkisi 0.237 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0.187 qram.(i.v.50-54) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 fevral 2025-ci il tarixli qərardan görünür ki, Polad Şixaliyev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(i.v.57-58) -Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid2 tərəfindən tərtib olunmuş 18 fevral 2025-ci il tarixli “raport” dan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 22:00-da Bakı şəhəri ərazisində müəyyən olunaraq Kürdəmir RPŞ-nə gətirilmişdir.(i.v.83) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:20-də Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.99-100) -“şəxsi axtarış və götürmə haqqında” 18 fevral 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəklişdən görünür ki, Təqsirləndirilən şəxs Şahid3 narkotik vasitə heroini 20 manata satdığını və Şahid4 narkotik vasitə heroini pulsuz verdiyini etiraf etmişdir. (i.v.110-112) -“məhkəmə-kimyəvi ekspertizası”nın 15 fevral 2025-ci il tarixli, 18/142 nömrəli rəyindən görünür ki, Şahid4 üzərindən.” sözləri və imzalar olan paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.168 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0.168 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0.118 qram qalmışdır.(i.v.123-126) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(i.v.127-128) -Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(041)-30/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə, yəni 15 may 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 18 fevral 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə qismən təqsirli bilərək demişdir ki, narkotik vasitəni bir nəfər şəxsə pulsuz yəni, pay qismində, digərinə isə Bakı şəhərindən gəldiyi zaman yol pulu olmadığından, Polad adlı şəxsə zəng edərək onun yol pulunu verməsi əvəzində narkotik maddə verəcəyini bildirmişdir.(i.v.154-159) -“maddi sübut kimi tanınmaq haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Polad Şixalıyevin üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0,237 qram olan narkotik vasitə heroinin ekspertiza tədiqiqatından sonra qalıq qalan 0,187 qram qalığı maddi sübut kimi tanınaraq saxlanılması üçün Kürdəmir RPŞ-nin saxlancına təhvil vermişdir.(i.v.165) -“Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X23 daxil olmuş 24 fevral 2025-ci il tarixli, 18- 1-49/2-199/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur.(i.v.231) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(i.v.247-248) -“baxış keçirilməsi haqqında” 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən məktubla daxil olmuş bir ədəd ağ rəngli zərfin içərisindəki üzərində 103 sözü yazılmış telefon məlumatları barədə CD diskə baxış keçirilmiş, Şahid3 istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə Kamran Məhərəmovun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə 13 fevral 2025-ci il tarixdə saat 12:00:04-də,12:03:44-də, 12:53:29-da, 15:11:45-də, 15:36:27-də danışdıqları məlum olmuşdur.(i.v.273-274) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 28 aprel 2025-cü il tarixli, 689 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəzsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(i.v.283) -“baxış keçirilməsi haqqında” 06 may 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X8, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, Kürdəmir KTQ-nin kiçik inspektoru X7, iştirakı ilə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, üzərində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, daşımasında və istifadə etməsində əsaslı şübhələr olan Məmmədov X9 şəhəri Ə.Vaqif küçəsi ərazisində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Şahid4 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli şalvarın qabaq sağ cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm Murad Vəlimətov tərəfindən açılıb içərisinə baxıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olduğunu müəyyən edilmişdir. Şifahi soğru sual zamanı Şahid4 bildirmişdir ki Bakı- Kürdəmir marşrutu üzrə taksi işləyir, 13 fevral 2025-ci il tarixdə Kamran adlı şəxs ona pay qismində pulsuz vermişdir. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin büküm bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. 14 fevral 2025-ci il tarixdə Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək qablaşdırılmış ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Kürdəmir RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Murad Vəlimətovun, Kürdəmir RPŞ-nin KTQ-nin kiçik inspektoru polis kiçik serjantı Mirbaba Mirzəyevin, müdafiəçi Qədir Qədirovun və Şahid4 iştirakı keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Şahid4 şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir, 01 ədəd gümüşü rəngli kağız bükümdədir. Ona təqdim edilmiş zərfə baxış keçirilərkən isə Şahid4 bildirmişdir ki, həmin zərf onun üzərindən aşkar edilən heroinin qablaşdırıldığı zərfdir, zərfin tamlığı pozulmayıb, onun üzərindəki isə öz imzasıdr. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd siqaretin gümüşü kağızına qablaşdırılmış büküm aşkar edilmişdir. Həmin büküm müstəntiq tərəfindən açılıb içərisinə baxıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 0.27 qram olması müəyyən edilmişdir. Şifahi suallara cavab olaraq bildirdi ki, həmin narkotik vasitə heroin ona məxsusdur, 13 fevral 2025-ci il tarixdə Bakı şəhərindən Kürdəmir rayonuna gələrkən, Kürdəmir rayonu ərazisində Kamran adlı şəxs ona pay vermişdir. Kamran adlı şəxsi isə Kürdəmir rayon sakinidir, onu təxminən 4-5 il əvvəldən üzdən tanıyır, heroini istifadə etmək məqsədi ilə üzərində saxlamışdır.(i.v.289-290) -250600028 nömrəli cinayət işi üzrə qəbul olunmuş “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Şahid4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(i.v.291) -Kürdəmir Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 4(041)-61/2025 nömrəli qərarında görünür ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 may 2025-ci il tarixdən 10 iyul 2025-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs izahat verərək bildirmişdir ki, özünü təqsirli bilir və əməlindən peşmandır. Həbsdə saxlama müddətinin uzadılmasına etiraz etmir.(i.v.295-298) -“sübutların qiymətləndirilməsi və əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında” 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə tövsif olunmuşdur.(i.v.304-318) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v.321-322) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, 13 fevral 2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri M.Əliyev küçəsində Şahid3 19 manat pul müqabilində 0.237 qram narkotik vasitə heroin satmadığını, sonuncu ilə birlikdə narkotik vasitə heroin istifadə etdiyini, polis əməkdaşları döydükləri və təzyiq etdikləri üçün etirafedici ifadə verdiyini bildirməsi ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri, satış məqsədilə etməlidir, təqsirləndirilən şəxs belə hərəkətləri qanunsuz etməlidir və narkotik vasitələri satmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən heroin narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuanın 0,15 qramdan artıq hissəsi xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, 800 qramı (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda-0.405 qram kustar üsülla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin heroinin 0.168 qram hissəsini Şahid4 pay qismində verərək qanunsuz satmış, həmin heroinin qalan 0.237 qram hissəsini isə Şahid3 19 manat pul müqabilində qanunsuz olaraq satmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra-961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə xeyli miqdarda təmiz çəkisi 0.405 qram kustar üsülla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, əldə etdiyi narkotik vasitə heroinin 0.168 qram hissəsini 13 fevral 2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri M.Əliyev küçəsində şəxsi maraq məqsədilə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkətlər edərək tanışı Şahid4 pay qismində verərək qanunsuz satmış, həmçinin bundan başqa təkrarən əldə etdiyi heroinin sonuncu qalan 0.237 qram hissəsini 13 fevral 2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri M.Əliyev küçəsində tanışı Şahid3 satmaq barədə razılaşma əldə etdikdən sonra 19 manat pul müqabilində qanunsuz olaraq təkrarən satmışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təkrar narkotik vasitə satmasına görə ittiham verilməsinə tənqidi yanaşır və törədilmiş cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmadığını bildirir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni vahid qəsdlə eyni tarixdə, vaxtda və eyni yerdə eyni bir hərəkətlə müxtəlif şəxslərə satmış, bu satmanı təşkil edən ayrı-ayrı epizodlardır və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən cinayətlərin çoxluğunu yaratmır. Həmçinin cinayət işinin obyektiv halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə heroini pay qismində verərək qanunsuz satmışdır, yəni bu epizod üzrə Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul vəsaiti əldə etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 14-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Təkrarlıq əlamətinin təfsiri zamanı Cinayət Məcəlləsinin 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz. Şəxsin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl Cinayət Məcəlləsinin 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyü üçün etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə istintaq nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinə dair dedikləri öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. İş materiallarından görünür ki, nə Təqsirləndirilən şəxs nə də onun müdafiəçisi sonuncunun döyülərək işgəncələrə məruz qalmasına dair hər hansı orqana müraciət etməmişdir. Bundan əlavə videoçəklişlə Təqsirləndirilən şəxs üzərində videoçəklişlə axtarış aparılan zaman onun bədəni üzərində hər hansı xəsarət olması müşahidə edilməmiş, sonuncu polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini bildirmişdir. Bu hal qiymətləndirilərkən həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin aşkar olunmamış, sonuncu məhkəmə istintaqı zamanı da Şahid4 narkotik vasitə heroini pay qismində verdiyini, Şahid3lə isə həmin vaxtı birlikdə narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini və onu döymədiklərini bildirmişdir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda yazılan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı döyülməsi ilə bağlı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs təkrar narkotik vasitə heroin satması sübuta yetməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyülməsinə münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmasa da, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni vahid qəsdlə eyni tarixdə, vaxtda və eyni yerdə eyni bir hərəkətlə müxtəlif şəxslərə satması təsdiq olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri M.Əliyev küçəsində Şahid3 19 manat pul müqabilində 0.237 qram narkotik vasitə heroin satmadığını, sonuncu ilə birlikdə narkotik vasitə heroin istifadə etdiyini, polis əməkdaşları döydükləri və təzyiq etdikləri üçün etirafedici ifadə verdiyini bildirməsi məzmununda obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü az ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusyon hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Məhkəmə tərkibi hesab edir ki, göstərilən bütün hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının əlamətləridir. Təqsiri qanun əsasında sübut edilənədək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X6 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Barbera, Messegi və Cabardo İspaniyaya qarşı və Yanoseviç İsveçə qarşı” işləri üzrə qərarlarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni “in dubio pro reo prinsipi” tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüquqi qiymət verilməlidir. Həmin Məhkəmənin “Karelin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin “Telfner Avstriyaya qarşı” iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin “Yanoseviç İsveçə qarşı və “Falk Niderlanda qarşı” işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. Şahid4 və Şahid3 özlərinin barələrində olan cinayət işi üzrə çıxarılmış hökmlərdə göstərilən Təqsirləndirilən şəxs ilə bağlı ifadələrin, işin digər halları, o cümlədən onların ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələri ilə müqayisəli şəkildə təhlil edərək qiymətləndirir və hesab edir ki, Şahid4 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs barəsində bildirdikləri sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət əməlində ittiham olunan hər bir şəxs, günahı qanuna uyğun olaraq sübut edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir. “Sübutların qiymətləndirilməsi və əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında” 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə tövsif olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı 01 iyun 2025-ci il tarixə kimi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə tövsif olunmuşdur. Cinayət işinin 343-344-cü səhifələrində olan vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2025-ci il tarixdən 20 iyun 2025-ci il tarixədək saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı istintaq təcridxanasından Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerinə kerilməsi ilə bağlı vəsatətdə, cinayət işinin materiallarının 346-cı səhifəsində olan “təqsirləndirilən şəxsin keçirilməsi haqqında” 10 iyun 2025-ci il tarixli qərarda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirləndirildiyi göstərilmişdir. Şərh edilənlərdən aydın olur ki, ibtidai istintaq orqanı özü belə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tövsif edən zaman tərəddüdlərə yol vermiş, ibtidai istintaqın sonuna kimi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə qiymətləndirmişdir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün tam şəkildə, məhkəmə istintaqı zamanı isə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ibtidai istintaq zamanı tərtib edilmiş protokollar, həmin protokollara əlavə edilmiş videoçəklişlər, məhkəmə-ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə heronin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 28 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü, 32.4,312.1,66.3-cü maddələri təqsirli bilinərək 5.000 manat cərimə cəzasına məhkum edilmişdir. Kürdəmir Rayon Məhkməsinin 26 dekabr 2018ci il tarixli qərarı ilə cərimə cəzası 2 (iki) il islah işləri ilə əvəz edilmişdir. Ağsu Rayon Məhkməsinin 04 iyun 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 67.1, 68.3.1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilmişdir. 16 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır.(i.v.179-180) Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilmişdir. -Müdafiə Nazirliyinin 416 nömrəli Hərbi Hissəsindən verilmiş 27 fevral 2025-ci il tarixli, 204 nömrəli arayışdan, 205 nömrəli xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, himayəsində 12 yanvar 2015-ci il təvəllüdlü Murad Məhərrəmli adlı oğlu və 16 noyabr 2017-ci il təvəllüdlü Səadət Məhərrəmova adlı qızı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(i.v.182-185) Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən atası X2 “Digər seropozitiv revmatoid artritlər. Poliartrit. DAS28-5.2 yüksək xəstəlik aktivliyi. Rentgen dövr İİİ(üç). Funksional çatışmazlıq İİİ(üç). Barmaqların deformasiyaları. Ulnar deviasiya sol əl. Oynaqların kontrakturası. R26-yerişin və hərəkətliliyin pozgunluğu. Digər ikincili artroz. İ49.8 Sinus taxikardiyası. N28.1 Qazanılmış böyrək kista Xr. Bronxit. A53.9 Dəqiqləşdirilməmiş sifilis. M51.1 Diskogen radikulopatiya” diaqnozlu xəstəliklərdən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ailə, maddi və sosial vəziyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada cəzalandırılması qənaətinə gəlir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayəthüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X19rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X17 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini kompleks şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 158.3cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 18 fevral 2025-ci il tarixdən hesablanmalı, Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(041)-30/2025 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üz məhkəmə məsrəfləri müəyyən edilməmişdir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 18 fevral 2025-ci il tarixdən hesablansın. Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(041)-30/2025 nömrəli qərar ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar