Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-377/2022 16.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X21 oğlunun sədrliyi ilə, hakimlər – X16 və X5 ibarət tərkibdə, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: «PRO BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Lənkəran Ağır Cinayətlər məhkəməsinin 1 dekabr 2020-ci il tarixli, 1(099)-445/2020 №-li hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 3 il 7 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayon məhkəməsinin 7(049)-117/2022 №-li 01 mart 2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il müddətinə azaldılmış, Lənkəran şəhəri Vidadi küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 3 (üç) ədəd bağlamada təmiz çəkiləri 2120,0 qram, 1920,0 qram və 1980,0 qram, ümumi təmiz çəkisi 6020,0 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1(bir) ədəd bağlamada təmiz çəkisi 1995,0 qram olub külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı və 1 (bir) ədəd bağlamada 1250,0 qram olub külli miqdar təşkil edən ağ rəngli kristal formada psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla, onları daşıyaraq özünə məxsus Lənkəran şəhəri, Vidadi küçəsində yerləşən yaşadığı evin həyətindəki qaraja gətirib orada saxladığı mərhum atası X4 məxsus olan Vaz 2106 markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilin mühərrik hissəsində gizlətmiş, bu barədə əməliyyat məlumatları almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 13 yanvar 2022-ci il tarixdə saat 23:30 dəqiqədə onun yaşadığı evin həyətində yerləşən qarajda saxladığı avtomobilə baxış keçirirkən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi 3 (üç) ədəd bağlamada təmiz çəkiləri 2120,0 qram, 1920,0 qram və 1980,0 qram, ümumi təmiz çəkisi 6020,0 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd bağlamada təmiz çəkisi 1995,0 qram olub külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd bağlamada 1250,0 qram olub külli miqdar təşkil edən ağ rəngli kristal formada psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan elektron tərəzi ilə birlikdə yaşadığı evin həyərində yerləşən qarajında olan Vaz 2106 markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilin mühərrik hissəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMS” markalı, “TO 5738” №-li, saz vəziyyətdə olan və atəşə yararlı yivli avtomatik döyüş silahını; bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7, 62mm kalibirli, “AKMS” markalı, “KT 7387” №-li atəşə yararsız yivli avtomatik döyüş silahını; bir ədəd zavod üsulu ilə istehsal edilmiş, sandıqçası 05 ədəd patron tutumuna malik, “Mosin” modelli “3946” №-li 7,62 mm kalibrli, atəşə yararsız yivli odlu silah olan tüfəngi; üç ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı sandıqçanı (darağı); 12(on iki) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 45 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğun uzunluğu 39 mm olan “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə yararsız patronları və bir ədəd zavod üsulu ilə istehsal edilmiş 7,65 mm kalibrli, “Walther”markalı, “PP” modelli, “786850” №-li saz vəziyyətdə olan və atəşə yararlı yivli odlu silahını əldə edərək üzərində saxlamaqla, onları daşıyaraq özünə məxsus Lənkəran şəhəri, Vidadi küçəsində yerləşən yaşadığı evin həyətinə gətirib yaşadığı evin altında basdırmış, 2021-c ilin avqust ayında sonuncunun bacısı oğlu Şahid8 həmin silahların yaşadığı evin altında torpağa basdırdığını görmüş, sonra həmin odlu silahları, onun komlekt hissəsini və döyüş sursatını qanunsuz əldə etmək məqsədilə 2021-ci ilin sentyabr ayında odlu silahları basdırdığı yerdən çıxaraq yaşadığı Lənkəran rayonu Göyşaban kəndindəki evinə daşımış və evin birinci mərtəbəsində pilləkanən altında anbar kimi istifadə edilən yerdə odlu silahları, “Walther” markalı tapançanı isə yaşadığı evin ikinci mərtəbəsində yerləşən yataq otağın şkafının altında gizlətmiş, bu barədə əməliyyat məlumatları almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 15 yanvar 2022-ci il tarixdə saat 12:50 dəqiqədə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin birinci mərtəbəsində, pilləkanınm altında yerləşən anbar kimi istifadə edilən yerə baxış zamanı oradan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMS” markalı, “TO 5738” №-li, saz vəziyyətdə olan və atəşə yararlı yivli avtomatik döyüş silahını, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7, 62mm kalibirli, “AKMS” markalı, “KT 7387” №-li atəşə yararsız yivli avtomatik döyüş silahını, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, sandıqçası 05 ədəd patron tutumuna malik, “Mosin” modelli “3946” №-li 7,62 mm kalibrli, atəşə yararsız tüfəngi, yivli odlu silahı, üç ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı sandıqça (daraq) aşkar edilərək götürülmüş, 18 yanvar 2022-ci il tarixdə isə Şahid8 anası Şahid9 “Walther”markalı, “PP” modelli, “786850” №-li saz vəziyyətdə olan və atəşə yararlı yivli odlu silahını könüllü olaraq təqdim etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda isə təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o 13 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Lənkəran şəhərində yaşadığı evdə olarkən bir neçə nəfər gəlib özlərinin polis əməkdaşları olduqlarını bildirərək həyətə daxil olmuşlar. Onlar evin arxasında yerləşən qaraja girib orada onun rəhmətlik atasına məxsus və uzun müddətdir istifadə etmədiyi ağ rəngli Vaz 2106 markalı avtomobilin qapılarını açıb içərisində axtarış aparmışlar. Həmin vaxt avtomobilin arxa oturacğında qoyulmuş toru görüb ondan bunun nə olduğunu soruşmuşlar. Onlara bunun balıq tutmaq üçün tor olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Orada ondan İran vətəndaşından narkotik vasitələr əldə edib saxlamaqda şübhələndiklərini və yaşadığı evdə narkotik vasitələr saxlayıb-saxlamadığını soruşmuşlar. Onlara heç bir narkotik vasitə saxlamadığını, İran vətəndaşı olan Məhəmməd adlı şəxsi tanıdığını və həmin şəxsin ona yalnız həyat yoldaşının skleroz xəstəliyi ilə bağlı dərman vasitələri göndərdiyini, heç vaxt narkotik vasitələr göndərmədiyini bildirmişdir. Polis şöbəsində ona 4 saata yaxın təsir və təzyiq göstərərək onu döymüşlər. Sonra həmin gün saat 23-24 radələrində polis əməkdaşları onu yaşadı evin həyətində yerləşən qaraja gətirmişlər. Videoçəkiliş vasitəsilə qarajda olan Vaz 2106 markalı avtomobilə baxış keçirmişlər. O həmin vaxt göstərilən təzyiq və təsirlərin nəticəsindən, həm də yenə də döyüləcəyindən qorxduğundan polis əməkdaşlarının qabaqcadan göstərdiyi kimi avtomobilin mühərrik olan yerindən ağ kisəni götürüb onlara təqdim etmişdir. Polis əməkdaşları tərəfindən kisəyə baxış zamanı orada üç ədəd bağlamada narkotik vasitə heroin, bir ədəd bağlamada olan metamfetamin, bir ədəd bağlamada isə qurudulmuş marixanaya bənzər kütlə və bir ədəd tərəzi aşkar olunmuşdur. O, kisənin ora kim tərəfindən qoyulduğunu bilmir, həmçinin həmin kisənin içində nə olduğunu da bilməmişdir. Polis əməkdaşının verdiyi suallara cavab olaraq həmin narkotik vasitələri 3-4 ay öncə İran vətəndaşı olan Məhəmməd adlı şəxsdən 180-cı km yol nişanı yaxınlığında götürdüyünü təzyiq və təsir nəticəsində demişdir. Sonra polis əməkdaşları onu yenə polis şöbəsinə aparmışlar. Polis şöbəsində təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olan hər hansı əşya aşkar edilməmişdir. Həmin vaxt bildirdikləri də təzyiq və təsir nəticəsində olmuşdur. O ilkin ifadələrini verdiyi zaman isə yazılanlara oxumadan imza etmişdir. Narkotik vasitələr və psixotrop maddələr onun olmamış, həmçinin ona İran vətəndaşı Məhəmməd adlı şəxs tərəfindən narkotk və psixotrop maddələr göndərilməmişdir. Bacısı oğlu Şahid8 aşkar edilərək götürülmüş odlu silahları təxminən iki il əvvəl atası X13 şəhərində Xəzər dənizi ərazisində taparaq evə gətimişdir. Həmin silahlarından bir ədəd «Kalaşnikov» markalı avtomatın taxtadan olan və çürümüş hisəsini təmir etmiş, sonra həmin silahları kimsə görməsin deyə yaşadığı evin altında basdırmışdır. Onları basdıran zaman bacısı oğlu Şahid8 görmüşdür. Həmin vaxt mərhum atası Nüsrət Əkbərov da onun yanında olmuşdur. Təxminən 2021-ci ilin iyul ayında Bakı şəhərinə gedib bir həftə orada qaldıqdan sonra evə gəldikdə silahların həyətədə basdırıldığı yerdə olmadığını görmüş, həmin vaxt mərhum atası həmin silahları çay kənarında atdığını ona bildirmişdir. O polislər tərəfindən saxlanıldıqdan sonra bacısı oğlu Ağabalanın yaşadığı Lənkəran rayonu Göyşaban kəndində yerləşən evdən odlu silahları təqdim etməsini bilmişdir. O, uzun müddət narkotik vasitələr və psixotrop maddələr istifadə etməmiş, evdə axtarış aparılarkən axtarış aparılması barədə qərar olmamış, ondan icazə alınmamış, vəkil olmamış, polis şöbəsində döyüləndən sonra ona vəkil təqdim olunmuş, silahların bacısı oğlu Ağabalanın yaşadığı evdə olduğunu bilməmiş, İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxslə təxminən 2 il əvvəl, həyat yoldaşının xəstəliyi ilə bağlı Təbirz şəhərində olarkən taksi ilə hərəkət edən zaman tanış olmuş, ondan həyat yoldlaşının qəbul etdiyi dərmanları bizdə baha olduğuna görə İrandan alıb göndəlməsini xahiş etmiş, bundan sonra onunla bir neçə dəfə “Whatsap” vasitəsilə əlaqə saxlamış, o, bir neçə dəfə Astara rayon sakini olan tanımadığı şəxs vasitəsilə ona pulunu ödəməklə “Cinnovex” adlı dərmanı göndərmişdir, onun bundan başqa Məhəmmədlə hər hansı bir mövzuda söhbəti olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun törətmiş olduğu cinayət əməlləri məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 13 yanvar 2022-ci il tarixdə şöbəyə Lənkəran şəhəri Vidadi küçəsi ev 21-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması, qəbul etməsi, satışı ilə məşğul olması və həmin naroktik vasitəni yaşadığı evin qarajında saxladığı avtomobildə gizlətməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun tərkibində o da olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və onu çağıraraq özlərini təqdim etmişlər. Sonra ona yaşadığı evin həyətində olan qarajda və orada saxladığı avtomobilində narkotik vasitələr və psixotrop maddələr olması barədə əməliyyat məlumatlarının daxil olduğunu bildirərək həmin yerləri könüllü təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitələr saxladığını bildirərək qarajına doğru hərəkət etmiş və qarajın dəmir qapısının qıfılını açmış, birlikdə qaraja daxil olmuşlar. Qarajda ağ rəngli Vaz 2106 markalı minik avtomobili olmuş, Təqsirləndirilən şəxs avtomobilin qarşısına keçərək, mühərrik hissəsini açıb oradan bir ədəd ağ rəngli kisəni təqdim etmiş, kisənin içərisinə baxdıqda oradan bir ədəd qara rəngli sellofan torba və dörd ədəd yaqışqan lentlə bağlanmış bağlamalar aşkar olunmuşdur. Həmin dörd ədəd yaqışqan lentlə bağlanmış bağlamaların üç ədədənin içərisinə baxdıqda narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz şəkilli kütlələr, bir ədədin içərisinə baxdıqda psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli kütlələr olması məlum olmuşdur. Daha sonra bir ədəd qara rəngli sellofan torbanın içərisinə baxdıqda qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Aşkar edilmiş narkotik maddələr elektron tərəzidə çəkildikdə heroinə bənzər maddənin çəkisinin təxminən 3 kq-dan artıq, metamfetaminə bənzər kütlənin çəkisinin 1 kq-dan artıq və qara rəngli sellofan torbada olan marixuanaya bənzər kütlənin çəkisinin isə 2 kiloqramdan artıq olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddələri Məhəmməd adlı İran İslam Respublikası vətndaşından təxminən 3-4 ay öncə yeni salınmış yolda 180-ci km yol nişanının yaxınlığından əldə etdiyini bildirmişdir. Avtomobilin digər yerlərinə baxış keçirilən zaman hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığı üçün o, polisin xidməti avtomobilinə əyləşdirilərək, Lənkəran ŞRPŞ-nın inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, onun üzərində qanunsuz əşya və predmet aşkar olunmamışdır.Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış, qaraja baxış videoçəkilişlə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 13 yanvar 2022-ci il tarixdə şöbəyə Lənkəran şəhəri Vidadi küçəsi ev 21-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması, qəbul etməsi, satışı ilə məşğul olması və həmin naroktik vasitəni yaşadığı evin qarajında saxladığı avtomobildə gizlətməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun tərkibində olmuşdur. Qurupun rəhbəri isə Şahid1 olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və onu çağıraraq özlərini təqdim etmişlər. Sonra ona yaşadığı evin həyətində olan qarajda və orada saxladığı avtomobilində narkotik vasitələr və psixotrop maddələr olması barədə əməliyyat məlumatlarının daxil olduğunu bildirərək həmin yerləri könüllü təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitələr saxladığını bildirərək qarajına doğru hərəkət etmiş və qarajın dəmir qapısının qıfılını açmış, birlikdə qaraja daxil olmuşlar. Qarajda ağ rəngli Vaz 2106 markalı minik avtomobili olmuş, Təqsirləndirilən şəxs avtomobilin mühərrik hissəsinin açıb oradan bir ədəd ağ rəngli kisəni təqdim etmişdir. Kisənin içərisinə baxıldıqda oradan bir ədəd qara rəngli sellofan torba və dörd ədəd yaqışqan lentlə bağlanmış bağlamalar aşkar olunmuşdur. Həmin dörd ədəd yaqışqan lentlə bağlanmış bağlamaların üç ədədənin içərisinə baxıldıqda narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz şəkilli kütlələr, bir ədədin içərisinə baxıldıqda psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli kütlələr olması məlum olmuşdur. Daha sonra bir ədəd qara rəngli sellofan torbanın içərisinə baxıldıqda qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Aşkar edilmiş narkotik maddələr elektron tərəzidə çəkildikdə heroinə bənzər maddənin çəksinin təxminən 6 kq-a yaxın, metamfetaminə bənzər kütlənin çəkisinin 1 kq-dan artıq və qara rəngli sellofan torbada olan marixuanaya bənzər kütlənin çəkisinin isə 2 kiloqramdan artıq olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddələri Məhəmməd adlı İran İslam Respublikası vətndaşından təxminən 3-4 ay öncə yeni salınmış yolda, 180-ci km yol nişanının yaxınlığından əldə etdiyini bildirmiş, avtomobilin digər yerlərinə baxış keçirilən zaman hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığı üçün o, polisin xidməti avtomobilinə əyləşdirilərək, Lənkəran ŞRPŞ-nın inzibati binasına gətirilmişdir. Orada Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, 13 yanvar 2022-ci il tarixdə şöbəyə Lənkəran şəhəri Vidadi küçəsi ev 21-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlaması, qəbul etməsi, satışı ilə məşğul olması və həmin naroktik vasitəni yaşadığı evin qarajında saxladığı avtomobildə gizlətməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi üçün yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və onu çağıraraq özlərini təqdim etmişlər. Qrupun rəhbəri Şahid1 olmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan qarajda və orada saxladığı avtomobilində narkotik vasitələr və psixotrop maddələr olması barədə əməliyyat məlumatlarının daxil olduğu bildirilmiş və həmin yerləri könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qaraja doğru hərəkət etmiş və qarajın dəmir qapısının qıfılını açmış, birlikdə qaraja daxil olmuşlar. Təqsirləndirilən şəxs qarajda olan ağ rəngli Vaz 2106 markalı avtomobilin mühərrik hissəsini açıb oradan bir ədəd ağ rəngli kisəni təqdim etmişdir. Kisənin içərisinə baxdıqda orada olan bağlamalardan narkotik vasitə heroinə bənzər kütlələr, psixotrop maddə metamfetaminə bənzər kütlələr və qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış, baxış zamanı videoçəkilişi o çəkmiş, hava qaranlıq olmuş, Rizvan özü qarajın açarını gətirib qarajı açmış və narkotik vasitələri özü təqdim etmiş, maşında tərəzi də olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin İTB-nın profilaktika üzrə baş inspektoru Şahid6 ifadəsində göstərmişdir ki, 15 yanvar 2022-ci il tarixdə Lənkəran rayonu Göyşaban kəndində yaşayan Şahid8 fərdi yaşayış evində odlu silahlar saxlaması barədə daxil olmuş məlumat əsasında onun fərdi yaşayış evinə baxış keçirməyə getmişlər. Videoçəkilişlə evə baxış keçirilmiş və evin birinci mərtəbəsinə daxil olduqda pilləkanın altında, taxtadan olan saxlanc yeri kimi istifadə edilən yerdən 1 ədəd sellofan torbada və 3 ədəd parçaya bükülmüş predmetlər aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən həmin aşkar edilmiş predmetlərə baxış zamanı ağımtıl rəngli parçaya bükülmüş prerdmeti açdıqda içərisində bir ədəd karabin odlu silhına bənzər və üzərində SVD snayper uzaqgörmə cihazı quraşdırılmış halda predmet, sellofan torbanı açıb baxdıqda içərisindən 3 ədəd avtomat darağı və 12 ədəd patron, parçalara bükülmüş predmetlər açıldıqda içərilərindən iki ədəd “Kalaşnikov” avtomat silahı aşkar olunmuş, onlar paslı olmuş, odlu silahlara baxış zamanı Şahid8 həmin silahların ona məxsus olmadığını, onların dayısı Təqsirləndirilən şəxs məxsus olduğunu və onun tərəfindən gətirib ora qoyulduğunu bildirmişdir. Onlar axtarış aparmaq üçün Göyşaban kəndinə axşam getmiş, Şahid8 həmin vaxt evdə olmuş və evdə axtarış aparılmasına etiraz etməmiş, onun razılığı ilə evə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən başqa hər hansı bir qanunazidd əşya və ya predmet aşkar edilməmiş, baxış təxminən 30-40 dəqiqə çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı X7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nın əməkdaşlarının keçiridikəri əməliyyat axtarış tədirləri nəticəsində Lənkəran şəhəri Vidadi küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən qarajında saxlaıdığı avtomobildə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr saxlaması aşkar olunmuş, həmin işin istintaqı zamanı, 15 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla Lənkəran ŞRPŞ-nin MSY-də profilaktik söhbətlər aparılarkən onun Lənkəran rayonu Göyşaban kəndində yaşayan bacısı oğlunun fərdi yaşayış evində odlu silahlar saxlaması məlum olmuşdur. O, həmin məlumatın daxil olması barədə şöbənin rəhbərliyinə raportla məruzə etmiş, həmin gün özü də əməliyyat qrupunun tərkibində olmaqla Lənkəran rayonu Göyşaban kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirməyə getmişlər. Ev sahibini evin qarşısına çağırıb ona dayısı Təqsirləndirilən şəxs məxusu odlu silahların onun evində olması barədə məlumat olduğunu bildirmişlər. Həmin şəxs evə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Sonra evə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və evin birinci mərtəbəsində pilləkanın altında, taxtadan olan saxlanc yeri kimi istifadə edilən yerdən 1 ədəd sellofan torbada və 3 ədəd parçaya bükülmüş silah və sursatlar aşkar olunmuşdur. O həmin vaxt ictimai asayişin qorunmasına cavabdeh olduğuna görə çöldə olmuş, silah və sursatların aşkar olunması xəbərini eşitdikdən sonra onların üzərində SVD snayper uzaqgörmə cihazı quraşdırılmış karabin odlu silhına bənzər silah, 3 ədəd avtomat darağı və 12 ədəd patron, iki ədəd “Kalaşnikov” avtomat silahı olduqlarını bilmiş, onlar paslanmış vəziyyətdə olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır, hələ babası Nüsrət sağ olan vaxtı o onlarda olarkən Rizvanın babası ilə nəsə basdırdıqlarını görmüş, sonra dayısı Rizvanın problemi olmuş, dayısının problemi olduğu vaxt babası onu çağırıb Rizvanla birlikdə basdırdıqları silah və sursatları oradan götürüb Göyşaban kəndindəki evlərinə aparıb orada gizlətməyini istəmişdir. O da babası ilə onları götürüb evlərinə gətirmiş və babası həmin silah-sursatları onlarda pilləkanın altında olan anbar kimi istifadə etdikləri yerdə gizlətmiş, ona bu barədə heç kimə heç nə deməməyini demişdir. Həmin vaxt dayısı Rizvan Bakı şəhərində olmuş, o, bir müddət sonra Bakı şəhərindən gəlmiş, ondan basdırdığı silah və sursatlar barədə soruşmuşdur. Ona həmin silah və sursatları Lənkəran çayına atdığını demiş, sonra 2022ci il yanvar ayında, dayısı tutulduğu günün axşamı Zülfüqar adlı polis əməkdaşına onlarda odlu silahların gizlədilməsi barədə məlumat vermişdir. Həmin axşam polis şöbəsinə aparılmış, ertəsi gün isə həmin silah və sursatları könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Sonra onun haqqında cinayət işi açılmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, evləri üzbəüzdür. 13 yanvar 2022-ci il tarixdə təxminən saat 21:00 radələrində o işdən evə gəlib maşını qapının yanında saxladıqda Rizvanın qapısının yanında və küçədə təxminən 20 nəfərə yaxın mülki geyimdə və polis formasında polis əməkdaşlarının olduğunu görmüşdür. Bu zaman nə baş verdiyini bilmək üçün Rizvan gilin həyətinə tərəf yaxınlaşmaq istəmiş, lakin polis əməkdaşları onu qovmuşlar. Bir polis əməkdaşı onu aparıb maşının qarajına basacağını deyib üstünə gəlmiş, həmin vaxt əmisi oğlu gəlib onu kənara çəkmiş və onu Rizvanın həyətinə yaxın buraxmamışlar. O, Təqsirləndirilən şəxs narkotik vasitələr satması ilə bağlı hər hansı bir faktı görməmiş, sonuncunun narkotik vasitələr satması barədə məlumatı yoxdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs yaxın qonşu kimi, problemsiz bir adam kimi tanımışdır. 13 yanvar 2022-ci il tarixdə təxminən saat 21 radələrində işdən evə gəldikdə Rizvanın qapısının yanında çoxlu polis əməkdaşlarının olduğunu görmüşdür. Bu zaman nə baş verdiyini bilmək üçün Rizvan gilin həyətinə tərəf yaxınlaşmaq istəmiş, ancaq onu ora yaxınlaşmağa qoymamışlar. Qardaşı Şərif həmin vaxt onlarla mübahisə etmiş, qardaşını mübahisə etməyə qoymayıb həyətə salmış, polislər onların həyətinə tərəf yaxınlaşmağa adam buraxmamışlar. O Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsini, satmasını görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs qardaşı Ərəstun ilə dostdur. 13 yanvar 2022-ci il tarixdə ad günü olduğuna görə Ərəstunla kafedə oturmuş, saat 19:15 radələrində Ərəstuna zəng gəlmiş və Rizvanın evinə axtarış üçün polislərin gəldiyi bildirilmişdir. Ona görə də təcili Rizvanın yaşadığı evin yanına gəlmişlər. Saat təxminən 19:20 radələrində ora çatmışlar. Ərəstun maşından düşmüş, o isə təxminən 10 dəqiqə maşında qalıb gözləmiş və onluq bir iş olmadığını görüb oranı tərk etmişdir. O, Rizvanı sakit bir adam kimi tanımış, Rizvanın narkotik vasitələr istifadə etməsini, satmasını görməmiş və eşitməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əmisi oğlunun arvadıdır, 13 yanvar 2022-ci il tarixdə axşam saat 19 radələrində balkona çıxarkən Rizvanın polis əməkdaşlarına «balam canı məndə heç nə yoxdur» deməsini görmüş, həmin vaxt polis əməkdaşlarının sayı çox olmuş, onların yarısı həyətdə, yarısı isə qarajın yanında olmuşlar. O polislərə mərdi qova qova namərd etməmələrini, Rizvanda narkotik vasitə olmadığını demiş, həmin vaxt polislərdən kimsə Rizvanın narkotik vasitənin yerini deməsə arvadını və oğlunu aparıb həbsə basacaqlarını bildirmişdir. Rizvanı polislər 1 ay olar izləmişlər və Rizvan izlənildiyini bilmişdir. Sonra polis Rizvanın yoldaşının qolundan tutub bu saat onu aparacaqlarını demiş, həmin vaxt gəlin düşüb yıxılmışdır. Polislər ayaqqabı ilə Rizvanın evinin içinə girmiş, evi alt-üst etmişlər. Rizvanın uşaqları, qardaşı uşağı ağlamış, həmçinin Rizvanın öz otağına girib oranı alt-üst etmişlər. Sonra Rizvanı aparıb maşına otuzduraraq qaraja girmişlər və əllərində bir karobka ilə çıxıb budur «mal» demişlər. O həmin vaxt polislərə «mal»dırsa bizə göstərin demiş, bu zaman Zülfüqar adlı polis onu itələmişdir. Sonra Rizvanı aparıb 2 saatdan sonra gətirmişlər. Ona işgəncə verildiyi hiss olunmuş, onun qardaşı Nazim də polisə aparılmış, Nazim Rizvana işgəncə verildiyini demişdir. Səhərə qədər bəlkə 3-4 dəfə Rizvan aparıb gətirilmiş, polislərin əllərində də bir kisə olmuşdur. Onun Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi, satması ilə bağlı məlumatı olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 13 yanvar 2022-ci il tarixli “baxış və götürmə keçirilməsi haqqında protokol” dan görünür ki, həmin tarixdə Lənkəran şəhərrayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 23:30 radələrində Təqsirləndirilən şəxs məxsus Lənkəran şəhəri Vidadi küçəsi ev 21də yerləşən fərdi yaşayış evinin həyətində yerləşən qarajına keçirilən baxış zamanı orada saxladığı Vaz 2106 markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin mühərrik hissəsinə keçirilən baxış zamanı oradan bir ədəd ağ kisə aşkar edilmişdir. Həmin kisənin içərisinə baxıldqda 1 ədəd işlək vəziyyətdə elektron tərəzi, bir dədə qara rəngli sellofan torba və 4 ədəd yapışqan lentlə bağlanmış bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara baxdıldıqda 4 ədəd bağlamalardan 3 ədədində narkotik vasitə heroinə bənzər maddələr, 1 ədədində psixotrop maddə metamfetaminə bənzər maddələr, qara rəngli sellofan torbanın içərisinə baxıldıqda isə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş bağlamaları Məhəmməd adlı İİR vətəndaşının Ələt-Astara magistral yolun Astara rayonu ərazisindən keçən hissəsinə, yolun sağ kənarında, yerə basdırılmış, üzərində 180 rəqəmi əks olunmuş, məsafəni nəzərdə tutan dəmir lövhənin yanında gizlətdiyi yerdən götürdüyünü bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 19/49 nömrəli, 14 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 03 ədəd bağlamada narkotik vasitə heroinə bənzər kütlələr.....” sözlər və imzalar olan bağlamadakı, 3 ədəd tornalarda ayrı-ayrılıqda təmiz çəkiləri: -2120,0 qr; -1920,0; -1980,0 qram; ümumi təmzi çəkisi : - 6020,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi təkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 01 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə .....” sözlər və imzalar olan bir ədəd torbada, təmiz çəkisi : -1250,0 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “X6 avtomobilindən aşkar edilmiş 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ....” sözlər və imzalar olan bir ədəd torbada təmiz çəkisi, -1995,0 qram olan bitki mənşəli kütlə təkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 01 ədəd elektron tərəzi....” sözlər və imzalar olan bağlamadakı, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisinin və tədqiqata təqdim edlimiş heroinlərlə müqayisəli tədqiat (eynilik) aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 03/66 nömrəli, 04 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMS” markalı , “TO 5738” №-li avtomat silahdır- yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Silahın üzərindəki zavod işarləri və detallarında təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd silah zavod üsulu ilə stehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMS” markalı, “KT 7387” №-li avtomat silahdır- yivli odlu döyüş silahıdır.Silahın tətik yayı qırıldığından silahın detalları bir-biri ilə qarışılıqlı əlaqəyə girmir, o cümlədən buraxıcı tətikdə təpmə enerjisi yaranmadığı üçün silah nasazdır və atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş bir ədəd silah zavod üsulu ilə istehsal edilımiş, sandıqçası 05 ədəd patron tutumuna malik, “Mosin” modelli “3946” №-li 7,62 mm kalibrli, tüfəngdir, yivli odlu silahdır. Təqdim edilmiş silah uzun müddət rütubətli, nəm şəraitdə qalma səbəbindən paslanmış, kəskin korroziyaya uğrayaraq qalın pas ləkələri ilə örtülmüşdür. Silahın qundağı sınmış vəziyyətdədir, yerində müşahidə edilmir.Göstərilən səbəblərdən həmin silah təyinatı üzrə istifadəyə, atəşə yararsızdır. Tədqiqata təqdim edilmiş üç ədəd predmet “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır) istifadəyə yararlıdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 03/146 nömrəli, 24 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd silah zavod üsulu ilə isehsal edilmiş, 7,65 mm kalibrli, “Walther” markal; “PP” modelli, “786850 ” №-li tapançadır, yivli-odlu silahdır, saz vəziyyətdədir, atəşə yararlıdır. Silahın üzərindəki zavod işarələrində, həmçinin hissə və mexanizmləri üzərilərində əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 45 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs metadondan sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 15 yanvar 2022-ci il tarixli, 4(049)-23/2022 saylı qərarın surətindən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, 13 yanvar 2022-ci il tarixdə polis əməkdaşları evinə gələrək, onun həyətindəki qarajına baxış keçirmək istədiklərini bildirmiş və o etiraz etməmişdir. O, polis əməkdaşlarına qarajdakı Vaz 2106 markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomoblinin mühərrik hissəsində gizlətdiyi 3(üç) ədəd bağlamada heroin, 1(bir) ədəd bağlamada qurdrulmuş marixauana və 1(bir) ədəd bağlamada psixotrop maddə metamfetamin və həmin maddələrin çəkisini ölçmək üçün elektron tərəzinin yerini göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 5(049)-12/2022 nömrəli qərarından görünür ki, Lənkəran şəhəri Vidadi küçəsi ev 21-də yaşayan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat axtarış keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş İstintaq zamanı alınmış əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğuldur. Lakin onun narkotik vasitələri və psixotrop maddələri satdığı şəxslərin dairəsini hələki müəyyən etmək mümkün olmamışdır. Onun yaşadığı evin həyətində yerləşən qarajında saxladığı Vaz 2106 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilini mühərrik hissəsindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələri, həmçinin yivli odlu silahları ilkin olaraq İran İR vətəndaşı “Məhəmməd” adlı şəxsdən qaçaqmalçılıq yolu ilə əldə etməsi barədə əməliyyat məlumatları daxil olsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun həmin maddələri və yivli odlu silahları qaçaqmalçılıq yolu ilə əldə etməsini təsdiq edən mötəbər əməliyyat məlumatları daxil olmadığı üçün təsdiqini tapmamışdır. Həmçinin Lənkəran rayonu Göyşaban kəndində yaşayan bacısı oğlu Şahid8 yaşadığı evindən götrülmüş yivli odlu silahları dayısı Təqsirləndirilən şəxs məxsus sonuncunun yaşadığı evin altında basdırdığı yerdən ondan xəbərsiz götürərək öz evinə aparmış və orada saxlamaqla gizlətmişdir. Həmin silahları Təqsirləndirilən şəxs Şahid8 gizlətməsi üçün verməmiş və aralarında bununla bağlı sövdələşmə olmamışdır. Əldə edilmiş əməliyyat məlumatlarına görə aşkar edilmiş yivli odlu silahları Təqsirləndirilən şəxs mərhum atası Nüsrət Əkbərov təxminən 2 il öncə Lənkəran şəhəri ərazisindən tapmış və yaşadığı evə gətirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki qarajında saxladığı avtomobilin mühərrik hissəsindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin hardan və kimdən əldə etməsi barədə də əməliyyat tədbirləri keçirilsə də, bu barədə də müsbət nəticə əldə olunmamışdır. Bu istiqamətdə əlavə əməliyyat tədbirləri davam etdirilir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-nin 15 mart 2022-ci il tarixli tələbnaməsindən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünün və Lənkəran rayon Məhkəməsinin 7(049)-117/2022 saylı, 01 mart 2022-ci il tarixli qərarının surətindən surətindən görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 3 il 7 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Lənkəran rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərarına əsasən «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-445/2020 saylı, 01 dekabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmaqla üzərində 01(bir) il 10 (on) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş lənkəran şəhər 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli xx-xx/1358 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi təqaüdçü anası, həyat yoldaşı və xx.xx.2011-ci il təvəllüdlü oğlu Hüseyn Əkbərovdan ibarətdir. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17, X11, X10 və X8 ifadələrində Təqsirləndirilən şəxs məxsus Lənkəran şəhəri Vidadi küçəsi ev 21-də yerləşən fərdi yaşayış evinin həyətində yerləşən qarajına keçirilən baxış zamanı polis əməkdaşlarının kobud rəftarına, baxışın vaxtına dair göstərdikləri xüsusatlara tənqidi yanaşaraq, hesab edir ki, onların bu cür ifadələr verməsi təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıyır və digər şahidlərin ifadələri, həmçinin işin faktiki halları ilə kifayət qədər təkzib olunur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin yaşadığı ərazi nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan 3 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 2120,0 qr; 1920,0 qr; 1980,0 qram; ümumi təmzi çəkisi 6020,0 qram olan narkotik vasitə heroinin, bir ədəd torbada, təmiz çəkisi 1250,0 qram olan psixotrop maddə metamfetaminin, bir ədəd torbada təmiz çəkisi, 1995,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan Şahid8 yaşadığı evdə təqdim etdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMS” markalı , “TO 5738”№-li atəşə yararlı avtomat silahın, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMS” markalı, “KT 7387”№-li atəşə yararsız avtomat silahın, bir ədəd silah zavod üsulu ilə istehsal edilımiş, sandıqçası 05 ədəd patron tutumuna malik, “Mosin” modelli “3946” №-li 7,62 mm kalibrli, atəşə yararsız yivli ov tüfənginin, üç ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqçanın, 12(on iki) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 45 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğun uzunluğu 39 mm olan “Kalaşnikov” konstruksiyalı “AK- 74” (“AKC-74”, “AKC-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə yararsız patronların, X1 olaraq təqdim etdiyi 1(bir) ədəd zavod üsulu ilə isehsal edilmiş, 7,65 mm kalibrli, “Walther” markal; “PP” modelli, “786850 ” №-li yivli-odlu silah olan atəşə yaralı tapançanın hökm qanuni qüvvəyə mindikdən sonra Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilməsi və iş üzrə maddi sübut olan 04 ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 178 (yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 10 (on) il 06 (attı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli, 1(099)-445/2020 №-li hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 3 il 7 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) günü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 14 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan 3 ədəd torbalarda ayrıayrılıqda təmiz çəkiləri: 2120,0 qr; 1920,0 qr; 1980,0 qram; ümumi təmzi çəkisi 6020,0 qram olan narkotik vasitə heroin, bir ədəd torbada, təmiz çəkisi 1250,0 qram psixotrop maddə metamfetamin, bir ədəd torbada təmiz çəkisi, 1995,0 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan Şahid8 yaşadığı evdə təqdim etdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMS” markalı , “TO 5738”№-li atəşə yararlı avtomat silah, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMS” markalı, “KT 7387”№-li atəşə yararsız avtomat silah, bir ədəd silah zavod üsulu ilə istehsal edilımiş, sandıqçası 05 ədəd patron tutumuna malik, “Mosin” modelli “3946” №-li 7,62 mm kalibrli, atəşə yararsız yivli ov tüfəngi, üç ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqça, 12(on iki) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 45 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğun uzunluğu 39 mm olan “Kalaşnikov” konstruksiyalı “AK- 74” (“AKC-74”, “AKC-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə yararsız patronlar, X1 olaraq təqdim etdiyi 1(bir) ədəd zavod üsulu ilə isehsal edilmiş, 7,65 mm kalibrli, “Walther” markal; “PP” modelli, “786850 ” №-li yivli-odlu silah olan atəşə yaralı tapança hökm qanuni qüvvəyə mindikdən sonra Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan 04 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 178 (yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxstutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-377/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-377/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver