Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-377/2023 05.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2012-ci il tarixli hökmü ilə CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 180.2.5, 29,180.2.2, 29, 180.2.2-ci il maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli qərarı ilə 1.2-ci bəndinə əsasən azad edilmiş, hazırda məhkumluğu olmayan, İmişli şəhəri, M.Əzizbəyov küçəsi, ev 12-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,676 qram psixotrop maddə olan metamfetamini əldə edib, daşıyaraq üzərində saxlamış, 22 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Ağsu-Kürdəmir- Bəhrəmtəpə avtomobil yolunun İmişli şəhəri ərazisindən keçən hissəsində yerləşən Mayeqaz doldurma məntəqəsinin yaxınlığında tanışı Şahid7 40 manat pul müqabilində həmin 0,676 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satmışdır. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,272 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 24 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İmişli şəhəri, M.Əzizbəyov küçəsində saxlanılaraq, İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində 02 ədəd yaşıl rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,607 qram, 04 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram, 0,297 qram, 0,290 qram, 0,317 qram olmaqla, ümumilikdə 2,272 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2022-ci ilin yanvar ayının təxminən 22-də saat 18 radələrində taksi sürücüsü kimi tanıdığı rayon sakini Orxan adlı şəxs və özü hər biri 40 manat verməklə İmişli rayonu ərazisində qaz “zaprafkası” adlanan yerdə narkotik almışlar. “Kapital Bank” kartının kodunu Orxana vermişdir ki, pulu ora atsın. Həmin narkotiki öz aralarında.yarı bölmüşlər. Orxanın da özünə düşən narkotiki kiminlə bölməsini, kimə nə qədər verib-verməməsindən məlumatı yoxdur. Nə Orxana nə də ki, başqa şəxslərə narkotik satmamışdır. Sadəcə narkotiki Orxanla bir yerdə almışlar. Orxanla narkotik istifadə etmişlər. Narkotik istifadəçisi kimi özünü təqsirli bilir. Üzərində aşkar olunan narkotik vasitəni isə Toğrul və Təbriz adlı polis əməkdaşları üzərinə qəsdən qoymuşlar. Saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Saxta videoçəkilişlə İmişli RPŞ-nın inzibati binasında yuxarıda olan otaqların birində polis əməkdaşlarının özlərinin üzərinə qoyduqları narkotiki cibindən çıxarıb qoymuşdur stolun üstünə. Buna öz etirazını bildirərək narkotikin ona məxsus olmadığını, üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Şahid7 ondan narkotik almasına dair məhkəmədə ifadəsində göstərdikləri yalandır, Orxana həm polisdə həm də məhkəmədə təzyiq olunmuşdur. Özü əvvəllər məhkum olunsa da, hazırda məhkumluğu ödənilmişdir. İstifadəsində olan ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələrə 2021-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayınadək narkotik vasitələrin satışı ilə bağlı müxtəlif nömrələrdən daxil olmuş çoxsaylı mesajlardan məlumatı olmuş, onları oxumamışdır. “Kola” almaq üçün ona yazmışlar, nə üçün ona yazdıqlarını bilmir. Bu barədə heçnə göstərə bilmir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli şahid ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, narkotki vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan çoxsaylı mesajların mətnləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, CM-nin 234.1-ci və 263-1.3-cü maddələri ilə məhkum olunduğundan hazırda Sabirabad rayonunda yerləşən məntəqə tipli cəzaçəkmə müəsisəsində cəzasını çəkir. 22 yanvar 2023-cü il tarirxdə saat 16 radələrində rayon sakini Yengibar adında tanışına zəng edib öz istifadəsi üçün yarım qram «şüşə» - metamfetamin istəmiş, Yengibar metamfetamini 40 manata satdığını demişdir. Yengibarla razılaşmışdır. Yengibar «Kapital bank»-ın kartın nömrəsini ona demiş, rayonun Heydər Əliyev prospektində yerləşən ödəmə terminallarının birindən Yengibarın kartına 40 manat pul atmışdır. Sonra Nicat adında tanışı ilə birlikdə Yengibarın dediyi yerə Kürdəmir-Bəhrəmtəpə yolunun İmişli rayonun ərazisindən keçən hissəsindəki maye-qaz doldurma məntəqəsinin yaxınlığına gəlmiş, Nicat onu düşürüb çıxıb getmiş, Yengibarın maşınına əyləşmiş, ondan yarım qram metamfetamini alıb maşından düşüb oradan piyada uzaqlaşmışdır. Sonra Nicat gəlib onu həmin yerdən götürmüş və evə aparmışdır. Saat 22 radələrində tanışı Aqşinə zəng etmiş, görüşüb birlikdə Aqşinin maşını ilə İmişli rayonu Rəsullu kəndinə getmişlər. Yolda Yengibardan aldığı «şüşə»ni Aqşin aralarında bölmüşdür. Bəhrəmtəpə qəsəbəsinə çatdıqda polis əməkdaşları tərəfindən saxlanılmışlar. Rayon polis şöbəsinə aparılmış, şəxsi axtarış zamanı aşkar olunan metamfetamini Yengibardan 40 manata aldığını etiraf etmişdir. Nə polis şöbəsində nə də ki, məhkəmədə ona təzyiq olmamışdır. Göstərdikləri doğrudur. Yengibar rayonda narkotik satıcısı kimi tanınır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş İmişli RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 24 noyabr 2022-ci il tarixdə rayon sakini Təqsirləndirilən şəxs rayonun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin gün saat 12 radələrində Yengibar İmişli şəhəri, M.Əzizbəyov küçəsi ev 12-də yerləşən evin qarşısında saxlanılmış və şöbəyə aparılmışdır. Üzərinə şəxsi axtarış keçirilmiş və qara rəngli şalvarının arxa sol cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində heroinə bənzər kütlə olan 2 və 4 ədəd şəffaf rəngli sellofan bükümlər aşkar olunmuşdur.Bu barədə protokol tərtib edilmişdir. Əməliyyat tədbirinin davamı olaraq Yengibarın maşınına və yaşadığı evə baxış keçirilmiş, qadağan olunmuş əşya aşkar olunmamışdır. Yengibar rayonda narkotik satıcısı kimi tanınır. Onun üzərinə heç kim tərəfindən narkotik vasitə qoyulmamışdır. Yengibar özünü müdafiə etmək üçün yalan danışır.Ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş İmişli RPŞ-nın əməkdaşları X1, Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək Yengibarın üzərindən bükümlərdə heroinə bənzər kütlələr aşkar olunduğunu, onun üzərinə heç kim tərəfindən narkotik vasitə qoyulmadığını, Yengibara qarşı zor tətbiq olunmadığını, rayonda onu narkotik satıcısı kimi tanıdıqlarını göstərmişlər. Təqsirləndirilən şəxs ilə şahidlər Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid4 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 18/1151 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs..." sözləri yazılmış kağız paketdə 01 ədəd şəffaf sellofan bükümün içərisində 06 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 0,445qr, 0,607qr, 0,316qr, 0,297qr, 0,290qr, 0,317qr, ümumi çəkisi-2,272qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. Məhkəmədə tədqiq edilmiş və iş materillarında olan məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 7909 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında» 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 2 ədəd göy rəngli və 4 ədəd şəffaf rəngli sellofan bükümlər aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-dən daxil olan diskə baxış keçirilməsi haqqında 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində çoxsaylı mobil nömrələrdən narkotik vasitələrin və ya psixotrop maddələrinə qanunsuz satışı ilə məşğul olması təsdiq edən çoxsaylı ismarıclar (xx.xx.2022-ci il tarixdə saat 00:12:37-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa,tez,alınaəsa,30,manat,vaə,” , xx.xx.2022-ci il tarixdə saat 06:41:52-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Sabahin xeyir. inan axwamdan gozliyirem. qonagim var imkan olarsa menim isimi yola verey zehmet olmasa 3 dene” , xx.xx.2022-ci il tarixdə saat 12:39:20-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa,kalısan,çıxım,çola” , xx.xx.2022-ci il tarixdə saat 22:29:36-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa iftixarıdi alınmırsa denən alınmır məndə gozdəmiyim amma cavab ver xaiş edirəm” , xx.xx.2022-ci il tarixdə saat 22:38:55-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa buralardayam imkan elə pulu ver uşaq var onda var gedim alim” , xx.xx.2022-ci il tarixdə saat 14:58:47-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Yengibar bu ne hereketdiye men qalmisam burda icini s...kdiyimi ver cixim gedimde gerek tutulam burda caqiriramda hay vermirsen balanin canina and icdin deye verdim yoxz vermiyecekdim elimin mayasidi o” , xx.xx.2022-ci il tarixdə saat 18:42:34-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Yengibar noldu pul” , xx.xx.2022-ci il tarixdə saat 14:46:47-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Neynedin duzelmedi yuskagil atdilar pul goturessense tez deginen” , xx.xx.2022-ci il tarixdə saat 00:44:40-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa bu nevaxta gelib cixacaq ? mene de” , xx.xx.2022-ci il tarixdə saat 17:19:07-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “20 evezıne mene kola ver siz terefdeyem” , xx.xx.2022-ci il tarixdə saat 21:17:23-də **********27 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Bahmanam zank ela gorim kiwi” , xx.xx.2022-ci il tarixdə saat 23:43:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Ay Gardas vallah gan gusuram.BUNU ALLAH DA,GOTURMEZ.MENE CEHENNEM DERMANNAN ZADDAN VER.OLDUM AXİ.” , xx.xx.2021-ci il tarixdə saat 16:25:07-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa coldaya gec olar” , xx.xx.2021-ci il tarixdə saat 22:20:55-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Salam.imkanin varsa mene daw veresen” , xx.xx.2021-ci il tarixdə saat 20:18:22-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Salam dada day uzum galmir senen nese istemeye cox utaniram cox weyler elemisen mene olene kimi borcunan cixa bilmerem dada ayaxlarim oldurur meni hec kime axz aca bilmirem erkim sene catir nolar mene yardim et qurban olum sene menem nergiz” , xx.xx.2021-ci il tarixdə saat 01:22:14-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Dada tel iwtemir gel da galan da bidana lamcka al otaxin lamckasi yandi balaca al” , xx.xx.2021-ci il tarixdə saat 23:46:34-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Mal vururam vurum yiqiram isdəmirəmki gözduyəsən burda 5dəyiqeyə yiqiram” , xx.xx.2021-ci il tarixdə saat 00:17:21-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Gözduyurəme darvazada” , xx.xx.2021-ci il tarixdə saat 00:20:25-də ********** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Gedim evə” , xx.xx.2021-ci il tarixdə saat 11:42:50-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Baqda aq erik varidi...” , xx.xx.2021-ci il tarixdə saat 07:57:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa obiri yoxundu deyirsen. Varsa kola ver meni zavoda caqirdilar duzelim gedim.bir elac et cavab de evden cixiram.cavab yaz” , xx.xx.2021-ci il tarixdə saat 22:24:01-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Afdos salam gunduzden var superi” , xx.xx.2021-ci il tarixdə saat 06:15:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “salam qaqa iwe gedirem vezyet pisdi mene nese komek et deyim sene gedim.” , xx.xx.2021-ci il tarixdə saat 14:51:18-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa dedim alinsaydi 1 qram gelerdim o terefe”) və s. daxil olmuşdur (cild 2, i.v.190-208). İş materiallarında olan 1 noyabr 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış keçirilən mobil telefon qara rəngli, smartfon tipli, üz hissədə yuxarıda bir ədəd kamerası olan, arxa hissədə yuxarıda iki ədəd kamerası və iki ədəd işığı olan, arxa hissədə boz rəngli hərflərlə “SAMSUNG” sözləri yazılmış, ön ekranı və arxa hissəsi sınaraq zədələnmiş, model nömrəsi SM-N950F, seriya nömrəsi R58K11XNWFM, İMEİ (giriş 1) **********444766 və İMEİ (giriş 2) **********44764 olan “SAMSUNG” Galaxy Note 8 markalı telefondur. Telefonda bir ədəd "xxxx" nömrəsi qoşuludur.Telefonun üz ekran fonunda səma şəkli vardır. Menyu səhifəsini oradan Qalareya bölməsinə daxil olduqda orada ekran xx.xx.2022-ci il tarixdə ekran qeydi aldınmış “WhatsApp” proqramının fotoşəkilindən görünür ki, Behrane (+**********27 saylı mobil nömrə) adı ilə qeyd olunmuş şəxslə mediada bir neçə işarələri yerlər paylaşılmış, həmin mobil nömrəyə: “5 denede das elesin”, “Qardas cox saxladux onu orda”, “Gelmir hele sen deyen adam?”, “Atmir konumnan zaddan?”, həmin mobil nömrədən “Sabli ol”, həmin mobil nömrəyə: “Qardaşım bu niye bele gecikdi bes?”, “3 saat yol gedib 1 saatdan coxdu durub orda gozder”, “Alinmirki neise?”, həmin mobil nömrədən “Sabr”, “Ela”, “Darxma”, həmin mobil nömrəyə: “Niye bele gec olduki qaqa” məzmunda mesajların yazıldığı müəyyən olunmuşdur. Bundan başqa menyu səhifəsini açdıqda ikinci səhifədə “WhatsApp” proqramı vardır. Həmin proqrama baxış zamanı orada Totiran (+**********93 saylı mobil nömrə) adı ilə qeyd olunmuş şəxs, SadiqZёma (***-***-**-** saylı mobil nömrə) adı ilə qeyd olunmuş şəxs, Serxq (***-***-**-**) adı ilə qeyd olunmuş şəxsə xx.xx.2022-ci il tarixdə saat 19:09-da “4169 7385 0429 4749” nömrəli bank kartı nömrəsi, xx.xx.2022-ci il tarixdə saat 14:10-da həmin mobil nömrədən “Wey cekirsen duw awagi”, saat 14:14-də “S”, “?”, xx.xx.2022-ci il tarixdə saat 10:36-da həmin mobil nömrəyə: “Neterdi qaqa vezyet” məzmunda ismarıclar yazıldığı, Behrane (+**********27 saylı mobil nömrə) adı ilə qeyd olunmuş şəxsdən xx.xx.2022-ci il tarixdə saat 21:14-də və saat 22:29-da 2 ədəd cavabsız zəng olduğu, +**********70 saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə narkotik vasitəyə və psixotrop maddəyə oxşar kütlələrin 6ədəd fotoşəkillərinin göndərildiyi və “Salam”, “Necasan”, “Pati cola ot gara m40 var” “Gaga istasan yaz”, xx.xx.2022-ci il tarixdə “Pati kola gara m40, ot var”, “İstasan yaz gardash” məzmunda olan narkotik vasitə axtarışı, istifadəsi, alış mənbələri mövzusunda söhbətlər aşkar olunmuşdur (cild 02, i.v: 129-149). İş materiallarında olan 01 aprel 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 2-ci və 3-cü bəndlərinə əsasən ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,972 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsunq Note 8» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli RPŞ-yə təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrindən edilən zənglərin və SMS-lərin siyahısı, mətnləri barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, Şahid7 dindirməsini əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid7 CM-nin 234.1 və 263-1.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə üzərində qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan 9 aprel 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü azyaşlı Elmar adında oğul övladı vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2012-ci il tarixli hökmü ilə CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 180.2.5, 29,180.2.2, 29, 180.2.2-ci il maddələri ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasın məhkum edilmiş, xx.xx.2016cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli qərarı ilə 1.2-ci bəndinə əsasən azad edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlillər gətirərək elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, nə Şahid7 nə də ki, digər şəxslərə narkotik vasitələr satmadığını, Orxanla yalnız birlikdə narkotik çəkdiklərini, ümumiyyətlə narkotkilərin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, aşkar edilmiş heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində 22 yanvar 2022-ci il tarixdə heroini məhz Təqsirləndirilən şəxs 40 manat pulun müqabilində aldığını israrla tədqiq etmişdir. Odur ki, məhkəmə Şahid7 ifadəsini Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut kimi qiymətləndirir. Bundan başqa, «şəxsi axtarış və götürmə aparılması haqqında” 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin işirakı ilə qara rəngli cins şalvarının arxa sol cibindən ümumilikdə 6 büküm heroini çıxarıb təqdim edir. Bu xüsusat eyni zamanda məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə də təsdiq olunur. Habelə, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxsla çoxsaylı narkomanlar arasında çoxsaylı telefon danışıqları aparılmış, habelə ona vasitələrin və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olduğunu təsdiq edən çoxsaylı ismarıclar göndərilmişdir. İsmarıcların əksəriyyətində şəxslər “lomkada”, “ağrıda” olduqlarını bildirib, ondan pul qarşılığında narkotik vasitə və ya psixotrop maddələr əldə etmək istəyirlər. Məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs üzərində aşkar olunan və ekspertizaya təqdim olunan 6 ədəd bükümdə 2,272 qram çəkidə narkotik vasitə olan heroinin eyni tərkibli olması müəyyən olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunan 6 ədəd bükümdəki narkotik vasitə olan heroinin eyni tərkibli olması, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı ismarıcların daxil olması və onun eyni məzmunlu ismarıclar göndərməsi Təqsirləndirilən şəxs külli miqdarda, yəni 2,272 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə etdiyini, daşıdığını və saxladığını təsdiq edir. Beləliklə də, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünün müdafiəsi üçün gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün dindirilmiş şahid ifadələrini, eskpertizanın rəylərini, “axtarış və baxış” protokollarını, “mobil telefon aparatına baxış keçirilməsi” haqqında protokolları və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün əsaslar yoxdur, odur ki, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməli və o, cəzasını çəkməlidir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət əməlini törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da, CM-nin 83.3.3-cü maddəsinə əsasən onun məhkumluğu hazırda ödənildiyindən məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. 30 sentyabr 2022-ci il tarixdə Yengbar Abbasov CM-nin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 1 oktyabr 2022-ci il tarixdə ittiham elan olunması üçün axtarışı elan edilmişdir. İş materiallarında olan İmişli RPŞ-nın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə İmişli şəhəri, M.Əzizbəyov küçəsində saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı bükümlərdə narkotik vasitə heroin aşkar edilmişdir. 26 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə yeni ittiham elan edilmiş və həmin tarixdə barəsində İmişli Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayətlərin təsnifatına (mad. 15.4) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri “ağır” cinayətlər növünə aiddir, həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və hazırda məhkumluğu ödənilməsinə baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən yuxarıda qeyd olunan cinayət əməlini törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olan şəxsdir. Lakin, buna baxmayaraq məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin gələcəkdə islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 24 oktyabr 2022-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda İmişli RPŞ-də saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,972 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung Note 8” markalı 01 ədəd mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, "xxxx" MMC-dən və daxil olmuş 1 ədəd CD disk, Şahid7 dindirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (atı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 24 oktyabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub hazırda İmişli RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,972 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Yengibar Ababsova məxsus “Samsung Note 8” markalı 01 ədəd mobil telefon yaxın qohumlarına qaytarılsın, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, Şahid7 dindirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-377/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-377/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver