Məhkəmə qərarları › İş №1(099)-377/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-377/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-377/2025 11.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), X7 və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə, külli miqdarda, ümumi təmiz çəkisi – 1970.0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, xx.xx.2025-ci il tarixdə saat 23:40 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı öz razılığı ilə yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evinə keçirilən baxış zamanı evin zirzəmisində saxlanc yerindən 03 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri – 1060.0 qram, 570.0 qram, 340.0 qram, külli miqdarda, ümumi çəkisi – 1970.0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü evdən çıxıb marektə getmiş, marektdən çıxarkən polis əməkdaşları onu saxlayaraq onda 5 kq narkotik vasitə saxlaması barədə şübhəli olmasını demişlər. Polislər evində axtarış apardılar, evdən heç bir şey çıxmamışdır. Polis əməkdaşları evdə axtarış apararkən evdən heç kəsin çıxmasına icazə verməmişlər. Sonra polislər evin zirzəmisində axtarış aparmışlar. Evində faktiki olaraq 450 qram marixuanan olmuşdur, həmin marixuananı polislərə təqdim etmişdir. Polis əməkdaşları bağlamada qurudulmuş marixuana üzərinə qoyaraq ona məxsus olmasını demişlər, o da etiraz edərək ona məxsus olmamadığını demişdir. Sonra orada bir ədəd “HYUNDAİ Tukson” markalı avtomibildən bir nəfər düşərək həyətinə girmişdir, onların həyətində nəsə etməsini görməmişdir. Sonra həyətində çəkiliş aparmışlar, çəkilişdən qabaq onu vuraraq etiraf etməsini, əks halda evindən başqa şeylərində çıxacağını demişlər. O da məcbur qalaraq çəkiliş zamanı polislərin qoyduğu ağ selofanda olan bağlamaların ona məxsus olmasını demişdir. Evindən aşkar olunmuş 450 qram marixuana ona məxsus olmuşdur, həmin marixuananı evinin altında gizlətmişdir. Çəkiliş zamanı bağlamıları qablaşdırıb onu şöbəyə aparmışlar. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Murtuz adlı İranlı tərəfindən Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində gizlədilmiş yerdən satıb pulunu vermək şərti ilə 12000 manat dəyərində narkotik vasitə qurudulmuş marixuana götürüb yaşadığı evə gətirmiş və həmin narkotik vasitəni yaşadığı evin zirzəmisində saxlanc yerində gizlətmişdir. xx.xx.2025-ci il tarixdə saat 23:40 radələrində yaşadığı evin yerləşdiyi Kürdəmir şəhəri, O.Mirzəyev küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları onu saxlayaraq narkotik vasitə saxlaması barədə məlumatları olm asını bildirmişlər. Sonra onu yaşadığı evə aparıb baxış keçirmişlər və narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, yaşadığı evin zirzəmisində saxlanc yerində gizlətdiyi 02 (iki) ədəd bağlamada və 01 (bir) ədəd torbada qurudulmuş marixuana kütlələrini və 01 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, «evində 450 qram narkotik vasitə marixuana saxladığını, polislər tərəfindən həyətinə daha ağır çəkidə qurudulmuş marixuana qoyulduğunu, narkotik vasitəsini ona məxsus olmasını demələrini, əks halda onun həyətindən başqa şeyləri aşkar edəcəklərini, bu səbəbdən məcbur qalaraq videoçəkiliş zamanı əməlini etiraf etməsi» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünün müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Kürdəmir rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvanında saxlaması barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 23:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına videoçəkilişlə baxış keçirilmiş, Baxış zamanı Təqsirləndirilən şəxs, yaşadığı evin zirzəmisində saxlanc yerində gizlətdiyi 02 ədəd bağlamada və 01 ədəd torbada qurudulmuş marixuanaya bənzər kütləni və 01 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Aşkar olunmuş kütlələrdə narkotik vasitə qurudulmuş marixuannaya oxşar maddələrin olması müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitə və elektron tərzi qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Murtuz” adlı şəxsin vasitəsi ilə saxlandığı gündən bir gün qabaq Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən satmaq məqsədi ilə götürdüyünü, götürdüyü bütöv narkotik vasitəni satıb həmin İran vətəndaşına 12000 manat pul verəcəyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 fevral 2025-ci il tarixli 18/186 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs.” sözləri və imzalar olan polietilen torbada olan 03 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri -1060.0qr, 570.0qr, 340.0qr, ümumi çəkisi – 1970.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır.01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın mikrohissəcikləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) iz mikrohissəciklərinin miqdarını və təqdim edilən kütlələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir.Marixuana (kannabis) -2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Tədqiqatdan sonrakı qalıq qurudulmuş marixuanna 1969,70 qram təşkil edir.. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik təşkil edir. İş materiallarında olan 05 iyun 2025-ci il tarixli 941 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 27 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Kürdəmir rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında, həmçinin yaşadığı ünvan 2 ünvanında külli miqdarda narkotik maddə gizlətməsində şübhəli olduğu üçün xx.xx.2025-ci il tarixdə saat 23:40 radələrində Əsgərov X5 şəhəri, O.Mirzəyev küçəsi, ev 3 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üzərini yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefonu, 01 (bir) ədəd nömrəsi silinmiş plastik bank kartı, həmin şalvarın sağ yan cibindən 26 (iyirmi altı) manat pulu çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon və 01 (bir) ədəd bank kartı sonuncudan götürülmüş, pul şəxsin özünə qaytarılmışdır. Daha sonra ünvan 2 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparılmışdır. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, yaşadığı evin zirzəmisində saxlanc yerində gizlətdiyi 02 (iki) ədəd bağlamada və 01 (bir) ədəd torbada qurudulmuş marixuanaya bənzər kütləni və 01 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlələrin ümumillikdə çəkisi 02 (iki) kq 164 (yüz altmış dörd) qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər, tərəzi qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otağlarına və hissələrinə baxış keçirilmişdir və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Murtuz” adlı şəxsin vasitəsi ilə saxlandığı gündən bir gün qabaq Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən satmaq məqsədi ilə götürdüyünü, götürdüyü bütöv narkotik vasitəni satıb həmin İran İslam Respublikası vətəndaşına 12000 (on iki min) manat pul verəcəyini bildirmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan 27 fevral 2025-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 27 fevral 2025-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş ekspertiza tədqiqatından sonrakı qalıq 1969,70 qram qurudulmu marixuanna və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan 04 mart 2025-ci il tarixli protkoldan görünür ki,şəxsi axtarış zaman Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd «birbank» bank kartı qayınatası X1 qaytarılmışdır. İş materiallarında olan 30 aprel 2025-ci il tarixli “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin məktubdan görünür ki, Əsgərov X5 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. Narkoloji qeydiyyatda durur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Kürdəmir şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Əsgərov X5 şəhəri, O.Mirzəyev küçəsi 3 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2007-ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmış, xx.xx.2010-cu il təvəldüllü X8 adlı yetkinlik yaşına çatmayan və xx.xx.2011-ci il təvəllüdlü X9 adlı bir ayzyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 5(041)-18/2025 nömrəli Kürdəmir rayon Məhkməsinin qərarına əsasən, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməliyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası DİN-in BNMİ-nin rəisi polis general-mayoru tərəfindən təsdiq edilmiş 26 fevral 2025-ci il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirləri qanuna uyğun hesab edilmişdir. İş materiallarında olan 10 iyun 2025-ci il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəsinin mənbəyinin müəyyən edilməsi üçün cinayət işinin materiallarından Azərbacan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşqlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini qismən etiraf etməsini məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Kürdəmir Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 1969,70 qram qurudulmu marixuana və 1 ədəd elektron tərəzi məhv edilməli dir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan ebş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 27 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplansın və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – Kürdəmir RPŞ-də saxlanılan saxlanılan ekspertizadan sonra qalıq qalmış 1969,70 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar