Məhkəmə qərarları › İş №1(099)-378/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-378/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-378/2024 11.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X20 (sədrlik edən və məruzəçi), X27 və X13 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11 və X30 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxx 1980-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan övladı olan, işləməmiş, Hacıqabul Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, 08 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, qonşusu, ünvan 2 ünvanında yaşayan X6 üç ay qabaq gecə saatlarında onun yaşadığı evin həyətyanı sahəsinə gizlicə daxil olaraq ailə üzvlərini izləməsindən və arvadı ilə münasibətinin olmasından şübhələnib, bunu aydınlaşdırmağa çalışmış, lakin məqsədinə nail olmayaraq qısqanclıq zəmnində, eləcə də aralarında uzun müddət davam etmiş şəxsi qərəzli münasibətlər zəmnində sonuncudan qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə, 19 avqust 2023-cü il tarixdə, saat 23:47 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən yaşadığı Hacıqabul şəhəri, Z.Tağıyev küçəsində Rəhman Qocalıyevin evinə gəlməsini gözləyib, onun qarşısını kəsərək mübahisə zamanı özü ilə evdən gətirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Rəhman Qocalıyevə əzab və xüsusi ağrılar verməsini dərk edərək onun bədəninin müxtəlif nahiyələrinə çoxlu sayda bıçaq zərbələri endirərək, sol bazunun yuxarı 1/3-nin arxa tış səthində deşilmiş-kəsilmiş yarası, sağ bazunun yuxarı 1/3nin iç səthində deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısında orta qoltuq xətti üzrə V-Vİ qabırğalararası sahədən boşluğa keçən deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyədə xarici kürək xətti üzrə Vİ-Vİİ qabırğalararası sahədən boşluğa keçən deşilmişkəsilmiş yarası, qarınüstü nahiyənin sol tış hissəsindən qarın boşluğuna keçən deşilmişkəsilmiş yarası, sol budun yuxarı 1/3-nin tış səthində deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ümumilikdə altı ədəd xəsarət yetirməklə zərərçəkmiş şəxs Rəhman Qocalıyevi xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Bundan başqa o, satış məqsədi olmadan, özünün istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,874 qram narkotik vasitə olan heroini əldə edib əynində olan göy rəngli şalvarının sağ cibində daşıyaraq saxlamış, 14 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonunun Muğan qəsəbəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd edilən narkotik vasitə üzərindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd 2166-Б nömrəli, ilkin variantda keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar tək lüləli, sonradan lüləsi və qundağı kustar üsulla kəsilməklə öz ilkin təyinatını itirmiş, lüləsinin uzunluğu 338 mm, ümumi uzunluğu 495 mm təşkil edən odlu yivsiz ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz və atəş üçün yararlı silahı yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 5 ünvandakı fərdi yaşayış evinin yataq otağında pəncərənin qarşısında sellofana bükülmüş vəziyyətdə saxlamış, 14 iyul 2023-cü il tarixdə, saat 15:40-da Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilən zaman həmin odlu silah yaşadığı fərdi yaşayış evinin yataq otağında sellofana bükülmüş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, lakin həmin Məcəllənin 120.1ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Belə ki, Rəhman Qocaliyevi xüsusi amansızlıqla öldürmək niyyəti olmamışdır. Rəhmanla qonşu olmuş, uşaqlıqdan birlikdə böyümüşlər. Ölüm hadisəsindən üç-dörd ay əvvəl gecə vaxtı yaşadığı evində olarkən həyətə çıxmış, bu zaman həyətində Rəhmanı görmüş, Rəhman evin pilləkəninin yanında gizlənmişdir. Rəhmandan onun həyətinə gəlməsinin səbəbini soruşmuş, o da cavabında onu çağırmağa gəldiyini, lakin onun əsəbi olduğunu görüb geri qayıtmaq istədiyini demişdir. Rəhmanın dedikləri onu qane etmədiyindən onunla mübahisə etmiş, bu vaxt Rəhmanın kiçik oğlu Şahid3 onları ayırmışdır. Rəhmanın onun həyətinə girdiyi gündən sonrakı gün ayaqqabısını geyinmək istəyəndə ayaqqabının içindən iki büküm narkotik vasitə aşkar etmişdir. Sonralar Rəhmanla görüşüb bu məsələni danışmaq istəsə də, mümkün olmamışdır. Rəhman ondan dəfələrlə polisə şikayət etmişdir. Hadisə baş verən gün, yəni 19 avqust 2023-cü il tarixdə küçəyə çıxanda Rəhmanı görmüş və Rəhman onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı birdən Rəhman əlini atıb cibindən bıçaq çıxarmış və onu vurmaq istəmişdir. Bu vaxt Rəhmanı təpiklə vurmuşdur. Həmin vaxt onun üzərində də bıçaq olmuşdur. Rəhmanın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə bıçaq zərbəsi yetirmiş, Rəhman da qışqıra-qışqıra öz evinə tərəf getmişdir. Bundan sonra hadisə yerini tərk edərək bacısı Şahid6 yaşadığı evə getmişdir. Evin darvazası açıq olduğundan həyətə daxil olmuş, əlindəki qanı yumuş və bıçağı bağa atmış, daha sonra bacısıgili çağırmış və onun səsinə bacısı Aynurə qapıya çıxmışdır. Bacısı Aynurəyə cinayət törətdiyini bildirmiş, ondan uşaqlarına yaxşı baxmasını istəmiş və təslim olmaq üçün polis şöbəsinə gedəcəyini bildirmişdir. Narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər tutulmuş və məhkumluğu olmuşdur. Həbsdən çıxandan sonra narkotik vasitə istifadə etməmiş, 14 iyul 2023-cü il tarixdə üzərində narkotik vasitə olmamışdır. Habelə evindən aşkar olunmuş silah da ona məxsus deyildir. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Rəhman Qocalıyev polisin əməliyyatçıları ilə əməkdaşlıq etmişdir. Rəhmanı onun həyətinə əməliyyatçılar salmışlar. Rəhmanın vasitəsilə evinə narkotik vasitə yerləşdirilmişdir. Arvadı Şahid1 ilə Rəhmanın arasında hər hansı yaxın münasibət olmamış, onların arasında yaxın münasibət olması barədə ona heç kim heç nə deməmişdir. Rəhman onun arvadını narahat etməmişdir. Elə bir hadisə olsaydı, Rəhmanı tikə-tikə doğrayardı. Hadisə günü Rəhmanı gözləməmiş, onunla görüşməyi qabaqcadan planlaşdırmamışdır. Rəhmanı gözləməsini ifadəyə müstəntiq özü daxil etmişdir. Mətbəxdən bıçağı küt olduğuna görə itiləmək üçün götürmüş, evin qapısını bağlayıb çölə çıxarkən bıçaq da üzərində qalmışdır. Çöldə gecə saat 12 radələrində əvvəlcə Rəhmanın oğlunu, daha sonra isə Rəhmanın özünü görmüşdür. Rəhmanla təsadüfən görüşmüş, Rəhmanı öldürmək niyyəti olmamışdır. Rəhmana ondan əl çəkməsini, onu polisə şikayət edərək tutdurmağa çalışması kimi qərəzli hərəkətlərə son verməsini tələb etmiş, mübahisə zamanı özündə olmadığı üçün bu hadisə baş vermişdir. Mütəmadi olaraq üzərində bıçaq gəzdirməmişdir. Mübahisə zamanı bıçaq əlində olmuşdur. Həmin vaxt Rəhman onu və ailəsini təhqir etmiş, o da bu təhqirlərə dözməyərək Rəhmanı vurmuşdur. Əsəbi olduğu üçün bıçaq zərbələrinin sayına diqqət yetirməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamla bağlı sualları cavablandırarkən xatırlamadığı tarixdə yaşadığı evində olduğu zaman polis əməliyyatçılarının gəlib ona, barəsində polisə şikayət daxil olduğunu deyib, ondan narkotik vasitə və silahı boynuna almasını istədiklərini, əks halda onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tutacaqlarını demələrini bildirmişdir. Polis əməkdaşları ona fiziki təzyiq göstərməsələr də, onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tutmaqla hədələyərək psixoloji təsir göstərmişlər, o da məcburiyyət qarşısında qalıb, onların dedikləri ilə razılaşmışdır. Evində aşkar olunmuş silah da ona məxsus olmamışdır. Həmin silahı polis əməkdaşları sellofan torbada gətirmişlər, onu həyətdə saxlamış və silahı evə qoyub qayıtdıqdan sonra videoçəkilişə başlamışlar. Polis əməkdaşları videoçəkiliş zamanı nə deməli olduğunu ona başa salmışlar. Polis əməkdaşlarından ailə-uşağı ilə sağollaşması və çantasını hazırlaması üçün vaxt istəmiş, ona üç gün vaxt vermişlər. Bundan sonra ona polisdən bir neçə dəfə zəng etmişlər, o isə həmin zəngləri cavablandırmamışdır. Mobil telefonu hazırda evdədir və istifadəsində olmuş mobil nömrəni xatırlamır. Bütün bu dediklərini təsdiq edən sübutları yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihamla bağlı olan hissədə yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən həmin hissədə elan edilmişdir. O, ifadəsinin qeyd olunan hissəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə istifadə edir, 13 iyul 2023-cü il tarixdə, saat 09 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində yol ilə piyada gəzən zaman yerdə bir ədəd sellofan kəsiyi bükümü görmüş, həmin büküm onda maraq yaratdığı üçün açıb içərisinə baxdıqda içərisində əvvəlcədən tanıdığı narkotik vasitə olan heroin olduğunu görmüş, həmin bükümü sonradan istifadə etmək üçün cibinə qoymuş və evə getmişdir. 14 iyul 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı evdən çıxıb Muğan qəsəbəsinə gedərkən Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona, müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuş, həmin vaxt əynində olan göy rəngli şalvarın sağ cibində olan bir ədəd sellofan kəsiyi bükümünü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, bundan sonra həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və həmin protokolu oxuduqdan sonra müdafiəçinin iştirakı ilə imzalamış, bundan sonra yaşadığı evdə qanunsuz əşya və ya predmetin olub-olmadığı soruşulduqda yaşadığı evdə qanunsuz əşya və ya predmet olmadığını bildirmiş, bu barədə yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmiş, bundan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilmiş və evin yataq otağında pəncərənin qarşısında sellofan torbada olan ov tüfəngi götürülmüş, həmin ov tüfənginin ona babasından yadigar qaldığını bildirmişdir (cild 03, i.v. 128-135). Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini bildirmiş, ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təhdid olunması, psixoloji təzyiqə məruz qalması ilə əlaqələndirmiş və məhkəmədə verdiyi ifadənin doğru olduğunu, ölüm hadisəsinin ani olaraq baş verməsini, Rəhmanı öldürmək niyyəti olmadığını, adam öldürməyə görə günahkar olduğunu, amma hadisələrin bu yerə çatmağında günahkar olmadığını deyərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin qismən etirafedici (zərərçəkmiş şəxsi xüsusi amansızlıqla deyil, yalnız bıçaqla vuraraq öldürməsi hissədə), zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qonşusudur, aralarında qohumluq, ədavət və ya düşmənçilik olmamışdır, mərhum zərərçəkmiş şəxs Rəhman Qocalıyev isə oğludur. 19 avqust 2023-cü il tarixdə, gecə saatlarında evdə yatdıqları vaxt oğlu Rəhman da evdə olmuşdur. Birdən səs eşitmiş, oğlu Rəhman “Amin, Amin” deyə qışqırmış, nəvəsi Aminə “çıx çölə gör nə olub, bəlkə atan içkilidi, yıxılıb səni köməyə çağırır” deməyə getmişdir. Bu vaxt Amin darvazadan küçəyə çıxmış, o da Aminin arxasınca küçəyə tərəf qaçmışdır. Amindən Rəhmanın harada olduğunu soruşanda, o, “Pərviz dədəmi vurdu, qaçdı” cavabını vermişdir. Amin daha sonra Rəhmanın qapının qarşısında yerdə uzandığını demiş, həyəcandan Rəhmanı görməmişdir. X37 həyətinə girdiyinə görə sonuncu Rəhmanı vurmuşdursa, bunu elə Rəhmanı gördüyü anda etməli idi. Onun fikrincə Pərviz birinci öz arvadını öldürməli, sonra gəlib onun övladını vurmalı idi. Oğlunun heç bir günahı olmamışdır. Pərviz bir dəfə ona oğlu Rəhmanı öz həyətində tutduğunu demiş, o da “həyətində tutmuşdunsa, elə oradaca vurardın” demişdir. Pərvizin ailəsi ilə onların ədavəti olmamışdır. Hadisələrin bu yerə gəlib çıxmasına Pərvizin öz ailəsi, yəni arvadı səbəb olmuşdur. Belə ki, Pərvizin arvadı Sahilə onun oğlu Rəhmanın yatağına girmiş, oğlunu dəfələrlə evinə çağırmışdır. Bu barədə Sahilə ilə danışmış, sonuncu da ona Rəhmanın ac olduğu üçün onun evinə gəldiyini demişdir. X34 arvadı Sahilənin arasında yaxın münasibət olmasını hadisədən iki-üç ay qabaq eşitmiş, hətta oğluna irad da bildirmiş, ona görə də oğlu onunla danışmamışdır. Pərviz pis qonşu olmamış, günahkar Pərvizin arvadı olmuşdur. Gülqayıt Qoçaliyeva ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirərək, ağır şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hadisə baş verən gün, yəni 2023-cü ilin avqust ayının 19-da yoldaşı Şahid6 ilə birlikdə evdə olmuşlar. Onkoloji xəstə olduğu üçün dərman atıb erkəndən yatmış, gecə saat 11-12 radələrində qapının döyüldüyünü eşitmiş, əvvəl arvadı Aynurə qapıya tərəf, daha sonra isə o, arvadının arxasınca getmişdir. Qapını döyən Pərviz idi. Pərvizin onun arvadı Aynurə ilə danışığından kimisə vurduğunu eşitmişdir. Əynini geyinməsi bir qədər vaxt aparmış, geyinib çölə çıxanda Pərvizin həyətdə olmadığını görmüş, sonra səs-küyə küçəyə çıxmışdır. Həmin vaxt qonşuluqda yaşayan Rəhman Qocaliyevgilin küçəsində çox sayda adam və təcili tibbi yardım maşınının olduğunu görmüş, Pərvizin Rəhmanı küçədə bıçaqladığını başa düşmüşdür. Şahid5 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Rəhman ilə Pərvizin münasibətləri həmişə yaxşı olmuşdur. Pərvizin hadisə zamanı istifadə etdiyi bıçaq prokurorluğa təqdim olunmuşdur. Həmin bıçağı həyətindəki hamamın arxa tərəfində ağaclıq sahədən tapmışdır. Bıçaq Pərviz həyətə gəlib gedəndən xeyli sonra aşkar olunmuşdur. Bıçaq əyilmiş vəziyyətdə olmuş, buna görə də cinayətin bu bıçaqla törədildiyini düşünmüşdür. Prokurorluğa ərizə ilə müraciət edib, bıçağın həyətində aşkar olunduğunu bildirmişdir. Pərviz onlara gələndə içkili vəziyyətdə olmuş, yalnız kimisə vurduğunu demiş, lakin onun kimi vurduğunu bilməmişdir. Pərvizgilin qapısının qarşısında polisləri görmüş, bundan sonra Pərvizin gedib polisə təslim olduğunu anlamışdır. Pərviz özü Rəhmanı öldürdüyünü desəydi belə, o, içkili olduğu üçün ona inanmazdı. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 şahid kimi dindirilmiş əri Şahid5 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, qonşudurlar, qohumluq əlaqələri yoxdur, məlum hadisəyədək onunla düşmənçiliyi və ya ədavəti olmamışdır, mərhum zərərçəkmiş Rəhman Qocalıyev isə atasıdır. Baş vermiş hadisəni düşməninə belə arzulamadığını bildirmişdir. 19 avqust 2023-cü il tarixdə, gecə saat 12-yə qalmış otağında uzandığı vaxt çöldən atasının səsini eşitmiş, atası “Amin, Amin” deyib qışqırmışdır. Tez otağından çıxmış, bu zaman nənəsi Gülqayıt da Rəhmanın səsinə oyanıb onun yanına gəlmiş və ondan çölə çıxıb nə baş verdiyini öyrənməsini istəmişdir. Həyətə çıxaraq evin darvazasına çatıb küçəyə çıxanda atasının qan içində olduğunu görmüş, ağlaya-ağlaya atasının bədənindən çölə çıxmış bağırsaqlarını əlinə alıb yerinə qaytarmaqla, onun çoxlu qan itirməsinin qarşısını almağa çalışmışdır. Atasını bu vəziyyətdə görmək onu dərindən sarsıtmışdır. Pərvizin əlindəki bıçaqla atasını vurandan sonra qaçdığını görmüşdür. Atası ona güclə yalnız “gör, Pərviz məni nə günə qoydu” deyə bilmiş, ondan sonra özündə olmadığı üçün heç nə deməmişdir. Atasının səsindən onun ağrıdan əzab çəkdiyini hiss etmişdir. Pərviz onun atası Rəhmanı öz həyətində tutduğunu demişdir. Belə olan halda həmin hadisənin üstündən beş ay keçdikdən sonra Pərvizin onun atasını öldürməsi düzgün deyildir. Əgər Pərviz atasını həyətində tutmuşdusa, elə oradaca həm öz arvadını, həm də onun atasını öldürməli idi. Pərvizin arvadı Sahilə ilə təkcə onun atası Rəhmanın deyil, çox adamın münasibəti olmuş, Sahilə yüngül həyat tərzi keçirmişdir. Şahid3 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, anası vəfat etmiş, atasının başqa qadınlarla münasibətini görməmiş, yalnız Şahid1 ilə münasibətinin şahidi olmuşdur. Atası mütəmadi olaraq Sahilənin evinə getmiş, o da bunu görmüşdür. Atası həm Pərviz cəza çəkdiyi dövrdə, həm də azadlığa buraxıldıqdan sonra Sahilə ilə görüşmüşdür. Sahilə onun atası ilə arasındakı münasibəti inkar etsə də, onların münasibətini təsdiq edən sübutlar vardır. Belə ki, Rəhmanla Sahilənin danışıqları olan səsyazıları var. Sahilənin bacısı Könül Vəliyevanın da bütün bunlardan xəbəri olmuşdur. Belə ki, Könül bir dəfə evinin boş olduğunu bildirmiş, Sahilə də Rəhman həmin evə getdikdən sonra özünün də gələcəyini demişdir. X40 səs ataraq Pərvizi tutdurmağı təklif etmişdir. Pərvizi onların münasibətlərinə əngəl yaratmaması üçün tutdurmaq istəmişlər. Bildirdiyi sübutlar atasının mobil telefonundadır, hansı ki, həmin telefon hazırda evlərindədir. Prokurorluqda həmin sübutlara baxılmışdır. Sahilə ilə münasibəti barədə atası ilə danışmış, atasından Sahilə ilə görüşməməsini istəmişdir. Sahilənin onların evlərinə gəlib-getdiyini görmüş, Pərvizin oğlu ilə dost olduğundan, sonuncuya atası Rəhmanın onlara gedib-gəldiyi barədə bildirmiş və atası onlara gələndə onu qovmasını demişdir. Sahilə ilə Rəhmanın münasibəti barədə Pərvizin qızı da bilmişdir. Pərviz onun atası Rəhmanı arvadı Sahilə ilə aralarında olan yaxın münasibətə görə vurmuşdur. Pərvizin atasına bıçaq zərbəsi vurduğu anı görməmişdir. O, görəndə Pərviz atasını bıçaqlayıb qaçırmış. Pərviz atasına çoxsaylı bıçaq zərbələri yetirmiş, atası al-qan içərisində olmuşdur. Hadisənin şokundan hələ də çıxa bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 19 avqust 2023-cü il tarixdə hadisə baş verən vaxt öz evində deyil, anasıgildə olmuşdur. Anasıgilin evi onların evinə yaxındır. Axşam çağı Pərviz özü onu və qızı Safuranı anasıgilə qoyub getmişdir. Gecə saatlarında Pərvizlə qonşuluqda yaşayan Rəhman Qocalıyevin mübahisə etdiklərini və sonuncunun Pərvizi təhqir etdiyini eşitmiş, səs-küyə həyətə çıxmışdır. Bir müddət sonra təcili tibbi yardım və post patrul xidməti avtomobillərinin gəldiyini görmüşdür. Polis əməkdaşları yanlarına gələndə baş vermiş hadisə barədə öyrənmişdir. Məlum hadisə Pərviz onları anasıgildən götürməyə gələndə baş vermişdir. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hər bir ailədə olduğu kimi əri Pərvizlə arasında ara-sıra mübahisələri olmuşdur. Mərhum Rəhmanla qonşuluq münasibətləri olmuş, onun ailəsi ilə düşmənçiliyi və ya ədavəti olmamış, lakin onların Pərvizlə ədavəti olmuşdur. Pərvizi tutduran elə zərərçəkmişin anası Gülqayıt Qoçaliyeva olmuşdur. Pərviz yeyib-içən olmuş, səsi yüksək çıxan kimi Rəhman polisə şikayət edib Pərvizin söyüş söydüyünü deyirmiş. Hətta Rəhmanın anası təqsirin öz oğlunda olduğunu, daha Rəhman adında oğlu olmadığını demişdir. Hadisə vaxtı evdə olmadığından qətl hadisəsinin baş vermə səbəbini bilməmişdir. Pərviz onu Rəhmanla bir yerdə tutduğuna görə bu cinayəti törətməmiş, onların arasında başqa problem olmuşdur. Pərviz ona Rəhmanın onların həyətini güddüyünü, bunu belə qoymayacağını demişdir. Pərviz azadlıqda olduğu dövrdə Rəhman onlara gəlib-getmişdir. Əri nəinki Rəhmangilə, ümumiyyətlə, qonşuların evinə gedibgəlməmişdir. Pərviz cəza çəkdiyi dövrdə də, Rəhman onlara gəlmişdir. Belə ki, həyətlərində usta işləyəndə Rəhman da fəhlə kimi işləmişdir. Rəhman bir neçə dəfə sərxoş olduğu vaxt onların qapısını döymüş, ayıq olanda bu barədə onunla danışmamışdır. Rəhman onu narahat etmiş, bu barədə ərinə arada düşmənçilik olmaması üçün bildirməmişdir. Pərviz əvvəllər narkotik vasitə istifadəçisi olmuş, subay vaxtı və evləndikdən sonra bir neçə dəfə tutulmuş, lakin son zamanlar narkotikdən istifadə etməmişdir. Xatırlamadığı tarixdə günorta vaxtı anasıgildə olduğu zaman Pərvizin bacısı oğlu gəlib Pərvizin onu çağırdığını demiş, evə gələndə Pərviz ona evdə oturduğu vaxt polislərin gəldiyini demişdir. Polislər Pərvizin qarşısına boynuna alması üçün narkotik vasitə qoymuşlar, Pərviz isə razılaşmamış, bu zaman ondan silah saxlamağı boynuna almasını istəmişlər, o da razılaşmalı olmuşdur. Polis əməkdaşları üç gündən sonra evə silah gətirmiş, videoçəkilişlə silahı evdən götürüb Pərvizi də özləri ilə aparmışlar. Həmin silahı görməmişdir. Silah ölüm hadisəsi baş verməmişdən bir ay qabaq evlərindən götürülmüş, sonra Pərvizi zaminə buraxmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid7 ifadəsində göstərmişdir ki, Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkkili işlədiyi vaxt 14 iyul 2023-cü il tarixdə, saat 14- 15 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə ona daxil olmuş əməliyyat məlumatının yoxlanılması barədə raportla rəhbərliyinə məruzə edəndən sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid8 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 14 iyul 2023-cü il tarixdə Hacıqabul rayonunun Muğan qəsəbəsinə getmiş, orada Təqsirləndirilən şəxs saxlamış və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Pərvizin üzərində şəxsi axtarış keçirilmiş və üzərindən bir bükümdə narkotik vasitə heroinə bənzər predmet aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı heç bir etirazının olmadığını, Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 5 ünvanında yaşadığını, evində qanunsuz olaraq cinayət xarakterli əşya və ya predmet saxlamadığını, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, onlar da Pərvizlə müdafiəçisinin iştirakı ilə birlikdə onun yaşadığı evə baxış keçirilməsi məqsədilə evinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq cinayət xarakterli əşya və ya predmet olmadığını bildirsə də, evin yataq otağında pəncərənin qarşısında bir ədəd sellofan torbada lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin ov tüfənginin özünə məxsus olduğunu, babası tərəfindən ona yadigar qaldığını, lüləsi şişdiyindən mişarla lüləsini kəsdiyini bildirmişdir. Şahid7 məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onda Təqsirləndirilən şəxs odlu silahın olması barədə də əməliyyat məlumatı olmuşdur. Narkotik vasitənin aşkar olunması barədə Təqsirləndirilən şəxs etirazı olmamışdır. Təqsirləndirilən şəxs evində aşkar olunmuş silahdan atəş açılmadığını bildirmişdir. Onun və ya başqa polis əməkdaşlarının Təqsirləndirilən şəxslə düşmənçiliyi yoxdur ki, sonuncunun üzərinə narkotik vasitə qoymuş olsunlar. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Hacıqabul Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid8 ifadəsində Şahid7 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, narkotik vasitə Təqsirləndirilən şəxs şalvarının cibindən çıxmış, Pərviz həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Pərvizin yaşadığı evdə olan silahın patronları aşkar olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokurorluğu Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01; cild 02, i.v. 120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 302 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə, saat 23:30 radələrində Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində qonşusu X6 ürək və bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirmiş və o, aldığı xəsarətlərdən həyatını itirmişdir (cild 01, i.v. 02). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinə baxış keçirilmiş və hadisənin baş verdiyi yerin Hacıqabul rayonunun Z.Tağıyev küçəsi, orada Təqsirləndirilən şəxs və mərhum X10 məxsus evlərin olması və sonuncunun fərdi yaşayış evindən 30 metrədək məsafədə torpaq yol üzərində müxtəlif yerlərdə qanabənzər ləkələrin, həmin qanabənzər ləkələrdən ən iri miqyaslısının evin darvazasından 4,8 metr aralıda yerləşən ölçüsü 180x90 sm olan qanabənzər ləkələrin olduğu yerdir. Baxış zamanı hadisənin törədilməsində istifadə edilən hər hansı bir predmet və ya əşya, bıçaq tapılmamışdır (cild 01, i.v. 03-18). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, mərhum Rəhman Qocalıyevin meyitinə baxış keçirilmiş, əynindən göy rəngli cins şalvar, qara rəngli kəmər, bozumtul-mavi rəngli alt tumanı, bir cüt idman ayaqqabısı, bir cüt qara corab, həmçinin həmin cins şalvarın ciblərindən bir ədəd 5 (beş) manat, bir ədəd 1 (bir) manat, bir ədəd alışqan, bir ədəd “İNOİ” markalı mobil telefon götürülmüşdür (cild 01, i.v. 19-26). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası’’ X38 Təcili və X21 Stansiyasının 319 nömrəli, xx.xx.2023-cü il tarixli “alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir (cild 01, i.v. 32). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 05:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə yaxın qohumuna məlumat verilmiş və ona, sənədlərin surəti təqdim olunmuşdur (cild 01, i.v. 39-42). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı, protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, vətəndaş Şahid5 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş və cinayətin aləti olan bıçaq bağın giriş qapısından 15 metr məsafədə ağacların arasında torpaq səthin üzərində yerdə aşkarlanaraq götürülmüşdür (cild 01, i.v. 62-63; 65-69). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 istifadəsində olan mobil telefondan Rəhman Qocalıyevin istifadəsində olan nömrələrlə mütəmadi olaraq danışıqlar aparılmışdır (cild 01, i.v. 74-80). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v 93-94; cild 02, i.v 121- 122). Hacıqabul Rayon Məhkəməsinin 4(071)-77/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə, saat 01:00-dan hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 113-116). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş dörd ədəd bıçaq arasından istintaq zamanı götürülmüş ümumi uzunluğu 21 sm, dəstəyi gümüşü rəngdə və dəmir materialdan olmaqla orta hissəsində üç ədəd bərkidici olan, tiyə hissəsi gümüşü rəngdə bir ucu küt, digər ucu iti olan və orta hissəsindən bir qədər əyilmiş qatlanmayan bıçağı tanıyaraq bildirmişdir ki, həmin bıçaqla qonşusu Rəhman Qocalıyevi bıçaqlayaraq öldürmüşdür (cild 01, i.v. 117-118). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı, protokolu və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman üzərində olmuş qara rəngli qısaqol köynəyi, göy rəngli cins şalvarı və qara rəngli yay başmağı götürülmüşdür (cild 01, i.v. 120-124). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərar və protokolundan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi, əri Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı, “Galaxy A 03” modelli smartfon mobil telefon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 01, i.v. 144-148). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərar və protokolundan görünür ki, ünvan 5 ünvanında fərdi yaşayış evinin hasarlarında quraşdırılmış videokameralara keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, həmin evin hasarlarında küçəni çəkən üç ədəd kamera vardır. Kameralarda səs yoxdur, vaxt və tarix düzgün işləyir. Həmin kameralardan iki nömrəli kamera hadisənin baş verdiyi Z.Tağıyev küçəsinin yarısını, daha çox küçədən çıxış tərəfi çəkir. Kamera görüntülərinə baxış keçirilərkən görünür ki, xx.xx.2023-cü il tarixdə hadisə baş verən ərəfədə həmin küçəyə hər hansı şəxs daxil olmur, saat 23:47 dəqiqədə isə zərərçəkmiş Rəhman Qocalıyevin siqaret çəkərək küçəyə daxil olması və addımlayaraq öz yaşadığı evə tərəf getməsi görünür. Rəhman Qocalıyev saat 23:47:46 saniyədə kameranın görüş dairəsindən çıxır, bundan bir neçə saniyə sonra saat 23:48:15 saniyədə təqsirləndirilən Təqsirləndirilən şəxs kameranın görünüş sahəsində küçədən çıxan istiqamətdə qaçmağa başlayır və küçədən çıxdıqdan dərhal sonra asfalt yolla sağ tərəfə qaçır. Həmin asfalt yolu çəkən yeddi nömrəli kameranın görüntülərindən görünür ki, Rəhman saat 23:47 dəqiqədə asfalt yolla öz küçələrinə tərəf piyada hərəkət edir. Həmin vaxt ətrafda hər hansı şəxsin olmadığı, Rəhmanın tək hərəkət etdiyi görünür. Saat 23:47:30 saniyədə o, asfalt yoldan sağa tərəf dönərək yaşadığı evin yerləşdiyi küçəyə daxil olur. Saat 23:48:20 saniyədə isə ilkin kamera görüntülərində olduğu kimi Pərviz qaçaraq yaşadıqları evin yerləşdiyi, hadisənin baş verdiyi küçədən sağ tərəfə hərəkət edir. Saat 23:48:26 saniyədə Pərviz qaçaraq kameranın görüş sahəsindən çıxır. Diqqətlə baxdıqda qaçarkən onun sağ əlində cinayəti törətdiyi bıçaq olduğu, şalvarının sağ diz nahiyəsinin də qaraldığı, ləkəyə bulaşdığı görünür. Eyni görüntülər həmin asfalt yolun əks tərəfini çəkən altı nömrəli kameranın görüntülərində də əks olunur. Həmin görüntülərdə də hadisə ərəfəsində asfalt küçədə hər hansı şəxsin olmadığı görünür. Saat 23:48:20 saniyədə Pərvizin həmin kameranın altından asfalt yolla qaçaraq hərəkət etdiyi, qaçan zaman onun sağ əlində gümüşü rəngli bıçağın olduğu görünür. Pərviz əlində bıçaqla qaçaraq qarşısına çıxan ilk küçədən sağa tərəf dönür və hərəkətini davam etdirir. Sözügedən DVD diskə məhkəmə iclasında da baxış keçirilmişdir (cild 01, i.v. 151-156). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərar və protokollarından görünür ki, X1 şəkildə təqdim etdiyi atası Rəhman Qocalıyevin istifadəsində olmuş “Samsung Galaxy J5” markalı mobil telefon cinayət təqibi üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüş və həmin mobil telefona baxış zamanı telefonun “kontaktlar” bölməsində Təqsirləndirilən şəxs adına və onun istifadəsində olan nömrəyə rast gəlinməmiş, həmçinin telefonun zəng tarixçəsinə baxış keçirilən zaman Pərvizin istifadəsində olan nömrələrlə danışıqların olmadığı müəyyən edilmiş, lakin Şahid1 istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrənin kontaktlar bölməsində qeydə alındığı və Rəhman Qocalıyevlə 11 aprel 2023-cü il tarixinə kimi müxtəlif vaxtlarda danışıqlar, “qalareyası”nda Sahilənin çılpaq şəkillərinin olmasından, proqram təminatında olan “whatsapp” sosial şəbəkəsində aralarında olan yazışmalardan uzun müddət yaxın münasibətdə olmaları və intim mövzuda söhbətlər keçdiyi müəyyən olunmuşdur. Sözügedən istintaq hərəkətinin icra olunmasının videogörüntülərinin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, i.v. 158-164). Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli raportlarından görünür ki, həmin tarixdə, saat 00:15-də 050 ***-**-** saylı mobil nömrədən “102” xidmətinə zəng edilərək bir nəfərin bıçaqlanması, saat 00:17-də isə Rəhman Qocalıyevin bədəni üzərində müxtəlif bıçaq xəsarətləri ilə ölü vəziyyətdə xəstəxanaya daxil olması barədə şöbəyə məlumat daxil olmuşdur (cild 01, i.v. 193-194). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X38 xx.xx.2023-cü il tarixli, xx/xx-10549 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmasa da, 2011-ci il tarixdən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin narkoloji kabinetində narkoman kimi qeydiyyatdadır (cild 01, i.v. 206). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X38 xx.xx.2023-cü il tarixli, 11547 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamışdır (cild 01, i.v. 207). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Ərazi X15 “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası’’ X38 xx.xx.2023-cü il tarixli, 18-1-41/2-442/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildən xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında dayınır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir (cild 01, i.v. 214). Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışı, xasiyyətnaməsi və şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 5-də yaşayır, ailə tərkibi arvadı, 08 fevral 2004-cü il təvəllüdlü oğlu və xx xxxx 2007-ci il təvəllüdlü qızından ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur (cild 01, i.v. 216; 219; 236; cild 02, i.v. 101-102). Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X35 Ərazi X15 “Şirvan Şəhər Mərkəzi Xəstəxanası’’ X38 xx.xx.2023-cü il tarixli, 699/1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın mərkəzi poliklinika şöbəsində ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda yoxdur (cild 01, i.v. 246). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis X24 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi hazırkı cinayət işi ilə birləşdirilərək bir icraatda istintaqın davam etdirilməsi üçün Hacıqabul Rayon Prokurorluğuna göndərilmişdir (cild 02, i.v. 08-11; 123-126). Hacıqabul Rayon Polis X24 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür (cild 02, i.v. 12; 213). Hacıqabul Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik maddə və yaşadığı mənzildə odlu silah saxlaması barədə məlumat daxil olmuşdur (cild 02, i.v. 14). Hacıqabul Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin xx.xx.2023-cü il tarixli qərarı və həmin şöbənin eyni tarixli əmrindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik maddə və yaşadığı mənzildə odlu silah saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun ətrafında təxirəsalınmadan əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cild 02, i.v. 15; 17). Hacıqabul Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:30 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsində saxlanılaraq şöbəyə aparılmışdır (cild 02, i.v. 18). Hacıqabul Rayon Polis X25 xx.xx.2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat vermək hüququ təmin edilmişdir (cild 02, 23; 35-36). Hacıqabul Rayon Polis X25 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ cibindən bir ədəd sellofan kəsiyində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək ekspertizaya göndərilməsi üçün zərfə qablaşdırılaraq möhürlənib, iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən bir ədəd disk protokola əlavə olunmuş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 02, i.v. 37-38). Hacıqabul Rayon Polis Şöbəsinə ünvanlanmış 14 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 5-də yerləşən yaşadığı evdə baxış keçirilməsi və götürmə istintaq hərəkətinin icra olunmasına heç bir etirazı olmamışdır (cild 02, i.v. 39). Hacıqabul Rayon Polis X25 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs etirazı olmadan ona məxsus Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin yataq otağında pəncərənin qarşısında sellofan torbaya bükülü bir ədəd əşya aşkar edilərək götürülmüş və sellofan torbaya baxıldıqda içərisində lüləsi və qundağı kəsilmiş, tək lüləli ov silahı aşkar edilmiş, həmin silaha baxış zamanı üzərində olan zavod istehsal nömrəsinin silinmiş vəziyyətdə olması müəyyən edilmiş və aşkar edilmiş silah ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən bir ədəd disk protokola əlavə olunmuş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 02, 40-41). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X32 Bölməsinin xx.xx.2023-cü il tarixli, 18/728 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi və ona əlavə olunmuş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,874 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (cild 02, i.v. 49-52). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/546R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən və ona əlavə edilmiş fotocədvəldən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd 2166-Б nömrəli silah ilkin variantda keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfəngi olmuşdur. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 338 mm, ümumi uzunluğu 495 mm olan silah öz ilkin təyinatını itirmiş ZK modelli çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır (cild 02, i.v. 69-63). Hacıqabul Rayon Polis X24 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v.70- 71). Hacıqabul Rayon Polis X24 xx.xx.2023-cü il tarixli, 4243 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı həmin şöbənin müvəqqəti saxlama yerindən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və bu qərar ona həmin gün saat 19:30-da elan olunmuşdur (cild 02, i.v. 78-79). Hacıqabul Rayon Polis X24 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində və ona məxsus fərdi yaşayış evində aparılmış şəxsi axtarış və götürmə, habelə baxış keçirilməsi və götürülmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən video görüntülərindən ibarət DVD disklərə baxış keçirilmişdir. Videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd sellofan kəsiyində qablaşdırılmış halda narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edərək, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxladığını və yerdən tapdığını, bundan başqa yaşadığı evin yataq otağında pəncərənin qarşısında aşkar olunmuş sellofan torbada lüləsi və qundağı kəsilmiş ov tüfənginin isə babasından ona yadigar qaldığını, tüfəngin lüləsi şişdiyindən lüləsini kəsdiyini bildirmişdir. Həmin DVD disklər məhkəmə iclasında da nümayiş etdirilmişdir (cild 02, i.v. 87-88). Hacıqabul Rayon Polis X24 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, faktiki olaraq təmiz çəkisi 0,774 qram narkotik vasitə olan heroin və bir ədəd 2166-Б nömrəli silah ilkin variantda keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli, ZK modelli, çaxmaqlı, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, hamar tək lüləli odlu yivsiz ov tüfəngi maddi sübut kimi tanınmış, saxlanılması üçün həmin şöbənin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 02, i.v. 88-89). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsi və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəza müddətinin sona çatmasına görə azad edilmiş; Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci ildə cəza müddətinin sona çatmasına görə azad edilmiş; Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatmasına görə azad edilmişdir (cild 01, i.v. 225-229; cild 02, i.v. 97-99; 104-112; 159-161; 214) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3-cü maddələrinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsində göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunur. Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi hazırkı cinayət işi ilə birləşdirilmiş, bir icraatda istintaqının davam etdirilməsi qərara alınmış və birgə istintaq qrupu yaradılmışdır (cild 02, i.v. 127- 131). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X26 X38 “meyitin ekspertizasına dair’’ xx.xx.2023-cü il tarixli, 29 nömrəli rəyində göstərilmişdir ki, mərhum X6 bədən səthində aşkar olunan sol bazunun yuxarı 1/3-nin arxa-tış səthində 2,0x0,3 sm ölçülərdə kənarları hamar, bucaqlarının biri iti, digəri küt olan deşilmiş-kəsilmiş yara (İ); sağ bazunun yuxarı 1/3-nin iç səthində 2,0x0,4 sm ölçülərdə analoji yara(İİ), döş qəfəsinin sol yarısında orta qoltuq xətti üzrə V-Vİ qabırğalararası sahədən boşluğa keçən anoloji yara (İİİ); sol kürəkaltı nahiyədə xarici kürək xətti üzrə Vİ-Vİİ qabırğalararası sahədən boşluğa keçən anoloji yara (İV); qarınüstü nahiyənin sol tış hissəsindən qarın boşluğuna keçən anoloji deşilmiş-kəsilmiş yara (V); sol budun yuxarı 1/3-nin tış səthində anoloji deşilmiş-kəsilmiş yara (Vİ) xəsarətləri, döş və qarın boşluqlarına keçərək ağciyəri, mədəaltı vəzi, enən çənbər bağırsağı və dalağı zədələyən, hər iki bazunun, sol budun bud arteriyasını zədələyən deşilmiş-kəsilmiş yaraları (cəmi Vİ yara) iti xassəyə malik alət (əşya) təsirindən törənmiş qərarın təsviri hissəsində göstərilən 19 avqust 2023-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi və ağırıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Rəhman Qocalıyevin ölümünə səbəb yuxarıda qeyd olunan deşilmiş-kəsilmiş yaralar nəticəsində baş vermiş daxilə və xaricə kəskin, massiv qanitirmə olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, ölüm meyit müayinə olunandan 10-12 saat əvvəl baş vermişdir. Rəhman Qocaliyev ölümündən əvvəl spirtli içki qəbul etmişdir. Qanda etil spirtinin qatılığı 0,48% (promilli) olmuşdur ki, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir (cild 02, 134-137). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X26 X38 “canlı şəxsin ekspertizasına dair’’ xx.xx.2023-cü il tarixli, 427 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan sağ budun aşağı 1/3-də deşilmişkəsilmiş yara, deşici-kəsici xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 19 avqust 2023-cü il tarixdə özü tərəfindən bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (cild 02, i.v. 138-139). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Kompleks məhkəmə-kriminalistik və məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-3/1364;3/1360 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir; üzərində “X6 paltarları......” yazı qeydləri olan qutudan aşkar edilmiş köynəyin, şalvarın, alt tumanının və üzərində “Təqsirləndirilən şəxs paltarları......” yazı qeydləri olan qutudan aşkar edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində sayı, ölçüləri, yerləşmə sahəsi və morfoloji quruluşu göstərilməklə təsvir edilən zədələr vardır. Rəyin tədqiqi hissəsinə əsasən, Rəhman Qocalıyevin qara rəngli qısaqol köynəyi üzərindəki zədələr:- a) köynəyin ön nisbətən aşağı hissəsində ətəyin son kənarından 145 mm yuxarıda, sağ yan tikişdən 255 mm solda bir ədəd 11 mm uzunluqda zədə; b) köynəyin ön sol aşağı hissəsində 190x110 mm ölçülü sahədə uzunluqları 7 mm, 9 mm, 15 mm və 50 mm olan dörd ədəd zədə; c) köynəyin sağ qolluğu üzərində qolluq dairə tikişindən 25 mm sağda bir ədəd 24 mm uzunluqda zədə; ç) köynəyin arxa aşağı sol hissəsində ətəyin son kənarından 20 mm yuxarıda, sol yan tikişdən 85 mm sağda bir ədəd 45 mm uzunluqda zədə; d) ”ç” zədəsindən 78 mm yuxarı nisbətən sağda bir ədəd 20 mm uzunluqda zədə; e) “d” zədəsindən 40 mm yuxarıda bir ədəd 95x45 mm ölçüdə zədə, cins şalvarı üzərindəki zədələr:- şalvarın sol ayaqlığının yan hissəsində bel tikişindən 150 mm aşağıda, sol yan tikişdən 6 mm məsafədə bir ədəd 15 mm uzunluqda zədə, alt tumanının üzərindəki zədələr:- tumanın sağ yan hissəsində (ehtimal ki, tuman tərs üzünə geyinilmişdir) bel tikişindən 150 mm aşağıda bir ədəd 15 mm uzunluqda zədə; Təqsirləndirilən şəxs cins şalvarı üzərindəki zədələr:- a) şalvarın sağ ayaqlığının yan hissəsində bel tikişindən 85 mm aşağıda, sağ yan tikişdən 5 mm məsafədə bir ədəd 9 mm uzunluqda zədə; b) “a” zədəsindən 90 mm aşağı nisbətən solda bir ədəd 20 mm uzunluqda zədə. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Tədqiqata təqdim edilmiş bıçaq hazırki vəziyyətində öz ilkin formasını itirdiyindən, tiyəsi deformasiyaya uğrayaraq əyildiyindən qeyd olunan geyim əşyaları üzərində olan zədələrin təqdim olunmuş bıçaqla yetirilib-yetirilmədiyini müəyyən etmək məqsədilə eksperiment keçirilməsi mümkün olmamışdır; geyim əşyalarının material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından üzərində “X6 paltarları......” yazı qeydləri olan qutudan aşkar edilmiş köynəyin, şalvarın, alt tumanının və üzərində “Təqsirləndirilən şəxs paltarları......” yazı qeydləri olan qutudan aşkar edilmiş şalvarın səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir; üzərində “X6 paltarları......” yazı qeydləri olan qutudan aşkar edilmiş bir cüt corabın, bir cüt idman ayaqqabısının və üzərində “Təqsirləndirilən şəxs paltarları......” yazı qeydləri olan qutudan aşkar edilmiş bir ədəd köynəyin, bir cüt yay başmağının üzərində trasoloji zədə yoxdur. Aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat müəyyən edilmişdir (cild 02, i.v. 144-149). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X26 X38 “maddi sübutların ekspertizasına dair’’ xx.xx.2023-cü il tarixli, 3182/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1, 4 benzodiazepin törəmələri, salsilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 02, i.v. 150-152). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.1, 228.1 və 234.1-cı maddələrinə tövsif edilmiş, ona həmin maddələr ilə yenidən ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 02, i.v. 162-164; 170-171). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmiş, protokola əlavə olunmuş bu barədə videogörüntülərin əks olunduğu iki ədəd CD disk məhkəmə iclasında nümayiş etdirilmişdir (cild 02, i.v. 208-211). Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolu və xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X33 Quliyevin onu təhqir etdiyini bildirərək polisə şikayət etmiş, sonradan şikayətinin olmadığını bildirmiş, toplanmış materialda inzibati hüquqpozma və cinayət tərkibi müəyyən edilməmişdir (cild 02, i.v. 217-218). Hacıqabul Rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizə və həmin şöbənin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Rəhman Qocalıyev 04 yanvar 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə müraciət edərək Təqsirləndirilən şəxs şikayət etmiş, sonradan şikayətinin olmadığını bildirmiş, toplanmış materialda inzibati hüquqpozma və cinayət tərkibi müəyyən edilməmişdir (cild 02, i.v. 219- 220). Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli protokolu və xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 təhqir etdiyini bildirərək polisə şikayət etmiş, ona xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (cild 02, i.v. 221- 222). Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, X33 Quliyevin onu təhqir etdiyini bildirərək polisə şikayət etmişdir (cild 02, i.v. 223). Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:55-də şöbənin növbətçi hissəsinə könüllü gələrək Rəhman Qocalıyevi bıçaqla vuraraq öldürdüyünü etiraf etmişdir (cild 02, i.v. 228). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/867R nömrəli rəyində göstərilmişdir ki, hadisə yerindən altı ədəd pambıq tampon üzərində götürülmüş qanabənzər ləkələr, dörd ədəd kağız bükümdə daş parçaları, bir ədəd bıçağın tiyəsi, Rəhman Qocalıyevin meyitinin əynində olan bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli tuman, bir cüt qara rəngli corab və bir cüt idman ayaqqabısı, həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd göy rəngli cins şalvar və bir cüt qara rəngli yay tərliyi üzərində insan mənşəli qan nümunələri mövcuddur. Həmin altı ədəd pambıq tampon üzərində götürülmüş qan nümunələri və daş parçaları üzərində aşkar edilmiş qan nümunələri, bir ədəd bıçağın tiyəsi üzərində aşkar edilmiş qan nümunəsi, Rəhman Qocaliyevin meyitinin əynində olan bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli tuman, bir cüt qara rəngli corab, bir cüt idman ayaqqabısı üzərində aşkar edilmiş qan nümunələri, eləcə də Təqsirləndirilən şəxs hadisə zamani əynində olmuş bir ədəd qara rəngli qısaqol köynəyin sağ qolu üzərində, bir cüt qara rəngli yay tərliyi üzərində, bir ədəd göy rəngli cins şalvarın ön sol kəmər hissəsində və sol ön balaq hissəsində aşkar edilmiş qan nümunələri Rəhman Qocalıyevə məxsusdur. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli cins şalvarın sağ cibi, sağ cibin astarı və sağ budu üzərində aşkar edilmiş qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. Təqdim edilmiş bir ədəd bıçağın dəstəyi üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş bir ədəd bıçağın dəstəyi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmamışdır (cild 02, i.v. 232-241). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X38 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 6341 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlər və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 03, i.v. 51-52). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X26” X38 məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 581/2023-MTKŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş X10 məxsus köynəyin ön səthinin orta nahiyəsində bir ədəd, sağ qolunun ön səthində bir ədəd, arxa səthinin orta nahiyəsində iki ədəd, arxa səthinin sol nahiyəsində dörd ədəd dəlib-keçən zədələr aşkar olundu və bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər; şalvar, tuman, corab, idman ayaqqabısı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır; köynəyin ön səthinin orta nahiyəsində, sağ qolunun ön səthində, arxa səthinin orta nahiyəsində, arxa səthinin sol nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş və qarın boşluqlarına keçərək ağciyəri, mədəaltı vəzi, enən çənbər bağırsağı və dalağı, hər iki bazunu zədələyən xəsarətlərlə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər, sol budun bud arteriyasını zədələyən deşilmiş-kəsilmiş yara onun şalvarı üzərində öz əksini tapmamışdır, bu da, şalvarın yerdəyişməsi ilə (aşağı düşməyi, yan tərəflərə çevrilməsi və s.) izah oluna bilər; Təqsirləndirilən şəxs məxsus köynəyin sağ qolunun ön səthində iki ədəd, şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində iki ədəd dəlibkeçən zədələr aşkar olundu və bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirində törənmişlər; çəkələk üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır; şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin sağ budun aşağı 1/3 nahiyəsində deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər, köynəyin sağ qolunun ön səthində aşkar edilmiş iki ədəd deşilmişkəsilmiş zədələr onun bədəni üzərində öz əksini tapmamışdır və bu da yalnız paltarların zədələnməsi ilə izah oluna bilər. Təqsirləndirilən şəxs və mərhum Rəhman Qocalıyev müxtəlif qarşılıqlı vəziyyətlərdə və duruşlarda ola bilərdilər. Onlarda aşkar edilmiş xəsarətlər bir neçə bıçaq zərbəsindən yetirilmişdir. X31 bıçaqla yetirilmiş zərbələrin ardıcıllığını müəyyən etmək mümkün olmamışdır (cild 03, i.v. 53-60). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X38 Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3585 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, həmçinin ittiham olunduğu əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur və buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir, cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur, keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir və o, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 03, i.v. 61-65). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı və eyni tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1, 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş; cinayətin aləti olan bir ədəd bıçaq, hadisə yerindən götürülmüş qana bulaşmış dörd ədəd bükümdə daş parçası, hadisənin baş verdiyi vaxt zərərçəkmiş şəxs X6 üzərində olmuş qara rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli kəmər, bozumtul-mavı rəngli alt tumanı, bir cüt idman ayaqqabısı, bir cüt qara corab; Təqsirləndirilən şəxs üzərində olmuş qara rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli yay tərliyi; bir ədəd 2166-Б nömrəli, ZK modelli, 16 kalıbrli, tək lüləli ov tüfənginin kəsiyi və qablaşdırılmış halda 0,774 qram narkotik vasitə olan heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Hacıqabul Rayon Prokurorluğunun maddi sübutlar otağına təqdim edilmiş; Rəhman Qocalıyevin meyitinə baxış keçirilən zaman üzərindən götürülmüş bir ədəd 5 (beş) manatlıq, bir ədəd 1 (bir) manatlıq pul əskinazları, bir ədəd siqaret qutusu, bir ədəd alışqan və bir ədəd “İNOİ” markalı mobil telefon cinayət təqibi üçün əhəmiyyət kəsb etmədiyindən, onun istifadəsində olmuş “Samsung Galaxy J5” markalı mobil telefonun yaddaşında olan əhəmiyyət kəsb edən fayllar diskə köçürülərək iş materiallarına əlavə edildiyindən hüquqi varisi X3; Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A 03” markalı mobil telefon isə cinayət təqibi üçün əhəmiyyət kəsb etmədiyindən arvadı Şahid1 qaytarılmışdır (cild 03, i.v. 79-115; 118-119). Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilərək, qərarın surəti təqdim olunmuşdur (cild 03, i.v. 120-121). Azərbayan Respublikası Vəkillər X22 Vəkil Bürosunun vəkili X12 xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqları onun tərəfindən 75 (yetmiş beş) iş saatı müddətində müdafiə olunmuşdur (cild 03, i.v. 147). Zərərçəkmiş şəxsin hüquqi varisi Gülqayıt Qoçaliyevanın məhkəməyə təqdim etdiyi 16 may 2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir və onun barəsində ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 15 (on beş) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, 125ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X23 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə birbaşa, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni Rəhman Qocaliyevi xüsusi amansızlıqla öldürmək niyyəti olmadığı, onunla qonşu olması, uşaqlıqdan birlikdə böyümələri, lakin sonradan münasibətlərinin Rəhmanın “polisə işləməsi”, onu və ailəsini güdməsi, ondan əl çəkməməsi, onu polisə şikayət edərək tutdurmağa çalışması kimi səbəblərdən pozulması nəticəsində ona bıçaqla xəsarət yetirməsi, Rəhmanın onun arvadı Şahid1 ilə yaxın münasibətinin olması barədə məlumatsız olduğu, onu qısqanclıq zəminində vurmaması, hadisə vaxtı özündə olmadığı üçün Rəhmana çoxsaylı bıçaq zərbələri vurması, habelə əvvəllər narkotikdən istifadə etdiyi üçün həbs olunsa da, azadlığa buraxıldıqdan sonra narkotik vasitələrdən istifadə etməməsi, 14 iyul 2023-cü il tarixdə üzərində narkotik vasitə olmadığı, həmçinin evindən aşkar olunmuş silahın da ona məxsus olmaması, bu hissədə ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təhdid olunması, ona ailə-uşağı ilə sağollaşması və çantasını hazırlaması üçün üç gün vaxt verilməsi, psixoloji təzyiqə məruz qaldığı üçün güya etirafedici ifadələr verməsi məzmunda dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və arvadı, şahid qismində dindirilmiş Şahid1 ifadələrindən məlum olur ki, hadisə baş verən gün, saat 18:30 radələrində Sahilə qızı ilə birlikdə yaşadıqları evə gələndə Pərviz əsəbi halda onu yanına çağıraraq tutulacağını, Rəhmanın onların qapısını güddüyünü, bunu belə qoymayacağını bildirmiş, bundan sonra ailə üzvlərini qonşuluqda yaşayan qayınanasıgilin evinə aparmış, yaşadığı evə qayıdaraq mətbəxdə olan bıçağı götürüb, küçəyə çıxaraq qapılarının ağzında Rəhmanın gəlməsini gözləmiş, saat 23:47 radələrində Rəhmanın gəldiyini gördükdə onun qarşısını kəsib, evinə xəbərsiz girməyinin cavabını verəcəyini Rəhmana dediyini xatırladaraq onu sillə və təpiklə vurmuş, şalvarının belində gizlətdiyi mətbəx bıçağını çıxarıb həyat üçün vacib olan orqanlarına (ağciyər, mədəaltı vəzi, enən çənbər bağırsağı, dalağın zədələnməsi) xəsarət yetirməklə, əsasən sol döş qəfəsi və qarın nahiyəsi istiqamətindən ona bıçaqla daxilə nüfuz edən zərbələr endirərək sol bazunun yuxarı 1/3nin arxa tış səthində deşilmiş-kəsilmiş yarası, sağ bazunun yuxarı 1/3-nin iç səthində deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısında orta qoltuq xətti üzrə V-Vİ qabırğalararası sahədən boşluğa keçən deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyədə xarici kürək xətti üzrə Vİ-Vİİ qabırğalararası sahədən boşluğa keçən deşilmiş-kəsilmiş yarası, qannüstü nahiyənin sol tış hissəsindən qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, sol budun yuxan 1/3-nin tış səthində deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ümumilikdə altı ədəd bıçaq zərbəsi endirmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerində olan kamera görüntülərinə baxış zamanı müəyyən olunur ki, hadisə təxminən 30 saniyə ərzində baş vermiş, Təqsirləndirilən şəxs Rəhman Qocalıyevə yaxınlaşıb əvvəldən planlaşdırdığı kimi ona çoxsaylı bıçaq zərbələri endirərək, Rəhmanın qışqıraraq evinə tərəf getdiyini gördükdən sonra hadisə yerindən qaçmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs Rəhman Qocalıyevlə uzun müddətdir davam edən ədavətinin olması, Rəhmanın onun yaşadığı evin həyətinə girib narkotik qoymasından, onu polislərə “satmasından” şübhələnməsi, bu məsələni dəfələrlə aydınlaşdırmağa çalışsa da, Rəhmanın ondan hər dəfə müxtəlif bəhanələrlə qaçması onda Rəhmanı qəsdən həyatdan məhrum etmək qətiyyətini yaratmış, buna görə də əvvəlcədən evdən götürdüyü mətbəx bıçağı ilə silahlanaraq Rəhmana evinə xəbərsiz girməyinin cavabını verəcəyini xatırlatmaqla həyat üçün əhəmiyyətli orqanlarına çoxsaylı bıçaq zərbələri endirərək onu qəsdən həyatdan məhrum etmişdir. Cinayət işinin materiallarında olan mərhum zərərçəkmiş şəxs X28 Quliyevdən sonuncunun onu təhqir etməsi səbəbindən polis şöbəsinə ünvanladığı çoxsaylı şikayət ərizələrinin məzmunundan da görünür ki, həqiqətən də Pərvizlə Rəhmanın arasında ədavət olmuş, yola getməmişlər. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş, mərhum zərərçəkmiş şəxs X17 Qoçaliyevin ifadəsindən görünür ki, hadisə baş verən vaxt atasının səsinə küçəyə çıxanda onun qan içində olduğunu görmüş, ağlaya-ağlaya atasının bədənindən çölə çıxmış bağırsaqlarını əlinə alıb yerinə qaytarmaqla, onun çoxlu qan itirməsinin qarşısını almağa çalışmışdır. Atasını bu vəziyyətdə görmək onu dərindən sarsıtmış, düşməninə belə bir şey arzulamadığını bildirmişdir. Pərvizin onun atasını vurandan sonra əlində bıçaqla qaçdığını öz gözləri ilə görmüşdür. Atası ona güclə “gör, Pərviz məni nə günə qoydu” deyə bilmiş, onun səsindən ağrıdan əzab çəkdiyini hiss etmişdir. Pərviz onun atasına çoxsaylı bıçaq zərbələri yetirmiş, atası al-qan içərisində olmuşdur. Hadisənin şokundan hələ də çıxa bilmir. Beləliklə, məhkəmə heyəti bu qənaətə gəlmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs Rəhman Qocalıyevə bıçaqla zərbələr endirərək yetirdiyi bədən xəsarətlərinin sayı (altı ədəd), xarakteri, həmin xəsarətlərin Rəhmanın həyat üçün vacib orqanları olan ağciyəri, mədəaltı vəzi, enən çənbər bağırsağı və dalağı zədələyən xəsarətlər olması, zərbələrin əsasən onun sol döş qəfəsi və qarın nahiyəsi istiqamətində yetirilməsi, onun Rəhmana qəsdən öldürmə prosesində əzab və xüsusi ağrılar verdiyini dərk etməsi, qəsdinin zərərçəkmişi məhz xüsusi amansızlıqla, yəni əzab və xüsusi ağrılar verməklə qəsdən həyatdan məhrum etməyə yönəldiyini şərtləndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə bağlı özünü təqsirli bilməməsi ilə əlaqədar onu qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında üzərində və ona məxsus fərdi yaşayış evində aparılmış şəxsi axtarış və götürmə, habelə baxış keçirilməsi və götürülmə aparılması kimi istintaq hərəkətləri həyata keçirilərkən üzərindən aşkarlanmış qablaşdırılmış halda narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edərək, həmin narkotik vasitəni yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını, yaşadığı evin yataq otağında pəncərənin qarşısında aşkar olunmuş sellofan torbada lüləsi və qundağı kəsilmiş ov tüfənginin isə babasından ona qaldığını, tüfəngin lüləsi şişdiyindən lüləsini kəsdiyini, tüfəngi yadigar saxladığını, həmin epizodlar üzrə ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi verdiyi ifadələrində özünü elan olunmuş bu ittihamlarla təqsirli bilərək, narkotik vasitə olan heroindən istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq və ya zor tətbiq edilməməsini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitə heroin barədə məhkəmə fiziki-kimyəvi, babasından yadigar qalmış ov tüfənginə dair məhkəmə-ballistik ekspertizalarının rəyi ilə tanış olarkən rəylər üzrə hər hansı bir şikayət və ya vəsatətinin olmadığını bildirmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyində Təqsirləndirilən şəxs opiodlər və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görüldüyü göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, o, mövcud ziddiyyəti polis əməkdaşları tərəfindən ona göstərilmiş psixoloji təsir və təzyiq, narkotik vasitələrin satışı ilə ittiham verilməməsi üçün məcburiyyət qarşısında güya etirafedici ifadələr verməsi ilə əlaqələndirmiş, bununla əlaqədar cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçı (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı tutarlı dəlillə əsaslandırmamış və izah etməmişlər. Müdafiə tərəfi ibtidai istintaq zamanı ittihamı yalnız Təqsirləndirilən şəxs Rəhman Qocalıyevi xüsusi amansızlıqla öldürməməsi hissədə mübahisələndirmiş və bu barədə ibtidai istintaq orqanına vəsatət vermişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsirə məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, 228.1-ci maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə, 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci tarixli 3 saylı Qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət Məcəlləsinin kommentariyasında qeyd olunur ki, xüsusi amansızlıqla adam öldürmə əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət hər hansı başqa amansızlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Nəzərə almaq lazımdır ki, qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirir. Təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədildiyini sübut edir. Cinayətin törədilmə üsulu və şəraiti nəzərə alınmaqla bədən xəsarətləri yetirilən və çoxlu qan itirən zərərçəkmiş şəxsi ona kömək göstərilməsinin qarşısını alaraq onun əzablarını artırmaqla öldürmə, habelə həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq zərərçəkmiş şəxsi öldürmə xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilməlidir. Əməl o halda xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, ölümün baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. “Xüsusi amansızlıq” anlayışı tibbi yox, hüquqi anlayış olduğuna görə onun müəyyən edilməsi məhkəmə tibb ekspertizasının deyil, istintaq və məhkəmə orqanlarının səlahiyyətinə daxildir. Xüsusi amansızlıqla adam öldürmə cinayətinin motivləri müxtəlif ola bilər. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və sair hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli, 422-İQ Qanununun 2-ci maddəsinin 8-ci bəndinə əsasən odlu silah barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə, qanunsuz saxlanması isə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Sözügedən Qanunla təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 0,15 qram çəkidə narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1, 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici izahat və ifadələri ilə yanaşı, hər iki istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollar, həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, mobil telefonlar və mobil telefon nömrələrindən əldə edilmiş məlumatlar, ekspert rəyləri, maddi sübutlar və digər sənədlər (fotoşəkillər), yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs polis şöbəsinə könüllü gələrək Rəhman Qocalıyevi bıçaqla vuraraq öldürdüyünü boynuna almasını və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, həmin Məcəllənin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1, 234.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində, həmin Məcəllənin 65.2-ci maddəsi nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli şəxs qismində tutularkən 2023-cü ilin iyul ayının 14-dən 15-nə kimi saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu yuxarıda göstərilən cinayət əməlləri ilə bağlı tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanaraq ona, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti cəza müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri isə 15.3-cü maddəyə görə az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər, habelə cinayətlərin residivi zamanı, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Hacıqabul Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, cinayətin aləti olan 1 (bir) ədəd bıçaq; hadisə yerindən götürülmüş qana bulaşmış 4 (dörd) ədəd bükümdə daş parçası, hadisənin baş verdiyi vaxt zərərçəkmiş şəxs Rəhman Qocalıyevin üzərində olmuş qara rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli kəmər, bozumtul-mavi rəngli alt tumanı, 1 (bir) cüt idman ayaqqabısı, 1 (bir) cüt qara corab; Təqsirləndirilən şəxs üzərində olmuş qara rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli yay tərliyi; Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,874 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra 0,774 qram qalıq çəkisi məhv edilməli; 1 (bir) ədəd 2166-B nömrəli, ZK modelli, 16 kalibrli, tək lüləli ov tüfənginin kəsiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun ibtidai istintaqda və məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həm ibtidai istintaq, həm də məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 181 (bir yüz səksən bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 20 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunmuş 18 (on səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 18 (on səkkiz) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İbtidai istintaq zamanı və məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 181 (bir yüz səksən bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğu Hacıqabul Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, cinayətin aləti olan 1 (bir) ədəd bıçaq; hadisə yerindən götürülmüş qana bulaşmış 4 (dörd) ədəd bükümdə daş parçası; hadisənin baş verdiyi vaxt zərərçəkmiş şəxs X9 üzərində olmuş qara rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli kəmər, bozumtul-mavi rəngli alt tumanı, 1 (bir) cüt idman ayaqqabısı, 1 (bir) cüt qara corab; Təqsirləndirilən şəxs üzərində olmuş qara rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli yay tərliyi; Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,874 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra 0,774 qram qalıq çəkisi məhv edilsin; 1 (bir) ədəd 2166-Б nömrəli, ZK modelli, 16 kalibrli, tək lüləli ov tüfənginin kəsiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar