Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-379/2023 24.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1986-cı ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmiş-məhkumluğu olmayan, Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonunun Ramana qəsəbəsində müvəqqəti yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında tanış olduğu “Besad” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması, daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd bağlamada külli miqdarda-450,0 qram narkotik vasitə olan heroinin Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonunun Bulaqlı kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən yarımçıq tikilinin içərisində olan tikinti üçün istifadə olunan stolun altında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, bundan əvvəl satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,237 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşımaqla, 16 dekabr 2022-ci il tarixdə, saat 22 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən-yarımçıq tikilinin içərisində olan tikinti stolunun altından bir ədəd bağlamada külli miqdarda-450,0 qram narkotik vasitə olan heroini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən 16 dekabr 2022-ci il tarixdə, saat 22 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış keçirilərkən Təqsirləndirilən şəxs polis əməkdaşlarını görüb əlində saxladığı bir ədəd bağlamada olan narkotik maddəni kənara-yerə atmış, bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,237 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, daha sonra Təqsirləndirilən şəxs göstərdiyi əraziya baxış zamanı bir ədəd bağlamada külli miqdarda-450,0 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində dörd azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olmaqla yaşamış, son vaxtlar isə Bakı şəhəri, Ramana qəsəbəsində ailəsi ilə birlikdə yaşamaqla rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada fəhləliklə məşğul olmuşdur. Əvvəllər bir dəfə oğuruluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Tutulmamışdan bir müddət əvvəl özünü İran vətəndaşı və adını “Besad” kimi təqdim edən şəxslə mobil telefon vasitəsilə tanış olmuşdur. İstifadəsində 051/428-43-37 saylı mobil telefon nömrəsi olmuş və həmin şəxs ona İran telefon nömrəsindən (+**********17 saylı nömrədən) zəng edib telefon əlaqəsi saxlamışdır. Tutulmamışdan bir müddət əvvəl-2022ci ilin dekabr ayında “Besad” adlı şəxs ona zəng edib təklif etmişdir ki, Sabirabad rayonunda bir yerə narkotik vasitə qoyacaq və o, (Təqsirləndirilən şəxs) gedib həmin narkotik vasitəni oradan götürüb onun (“Besad”ın) dediyi yerə qoysa, həmin narkotikin bir hissəsi ona (Təqsirləndirilən şəxs) çatacaq. O, “Besad”ın təklifi ilə razılaşmışdır. Həmin vaxtdan sonra bir neçə dəfə “Besad”la telefonla (vatsapla) əlaqə saxlamış və sonuncu dəfə 16 dekabr 2022-ci il tarixdə, axşam saatlarında “Besad” ona zəng edib narkotik maddəni-heroini dediyi yerə qoyduğunu həmin yerə gedib götürməsini demiş, həmçinin telefon vasitəsi ilə ona şəkil göndərib heroin olan bağlamanın Sabirabad rayonun ərazisində avtomobil yolunun kənarında “90” rəqəmi yazılmış yol nişanının yanında olan köhnə yarımçıq tikilinin içərisindəki stolun altında gizlədildiyini demişdir. O, qərara almışdır ki, arvadı və azyaşlı uşağı ilə birlikdə Sabirabad rayonuna getsin. Bundan sonra o, arvadına xəstə uşağını müalicə etdirmək üçün Sabirabad rayonuna gedib dostundan pul götürəcəyini deyib arvadı Şahid4 və azyaşlı qızı ilə birlikdə Bakı şəhərindən tanımadığı şəxsin idarə etdiyi taksi maşını ilə Sabirabad rayonuna getmişdir. Sabaradad rayonuna gedərkən üzərində az miqdarda heroin olmuş, həmin heroini tanımadığı şəxsdən alıb şəxsi istifadəsi üçün cibində saxlamışdır. Sabirabad rayonuna çatandan sonra təxminən 15-20 dəqiqə rayon ərazisində olduqdan sonra Bakı şəhərinə qayıtmağı qərara alıb arvadı və uşağı ilə birlikdə, başqa bir tanımadığı taksi sürücüsü, sonradan adını bildiyi Şahin adlı şəxsin idarə etdiyi avtomobilə minib Sabirabad rayonunun ərazisində olmaqla Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Avtomobil yolunun Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində avtomobil yolunun kənarında “90” rəqəmi yazılmış yol nişanının yanından keçərkən sürücüdən avtomobili saxlamasını, uşağı ayaqyoluna aparacağını demiş, sürücü də həmin yerdə yolun kənarında maşını saxlamışdır. Arvadı uşağı ilə maşından yerə düşmüş, sonra özü də maşından düşüb yolun kənarına baxıb “Besad”ın ona göndərdiyi şəkilə əsasən yolun kənarında olan könhə tikilini kənardan görmüşdür. Maşına oturduqdan sonra sürücüdən xahiş etmişdir ki, avtomobili bir qədər geriyə sürüb, orada olan restoranın qarşısında maşını saxlasın, sürücü də avtomobili geriyə hərəkət etdirib dediyi yerdə avtomobili yol kənarında saxlamışdır. Sonra o, yenidən sürücüyə avtomobili sürməsini demiş və sürücü avtomobili hərəkət etdirib Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “90” rəqəmi yazılan yol nişanına çatmağa 20-30 metr qalmış, yol kənarındakı köhnə yarımçıq tikilinin yanında avtomobili saxlatdırmışdır. Həmin vaxt hava qaranlıq olmaqla gecə saat 22 radələri olmuşdur. Sonra o, avtomobildən düşüb yolun kənarında olan könhə yarımçıq tikilinin içərisinə daxil olub orada olan taxta stolun yanında yerə qoyulmuş içərisində heroin olan bir ədəd bağlamanı götürüb oradan çıxıb avtomobilə tərəf gedərkən polis əməkdaşlarının avtomobilin yanında olmasını görüb əlindəki bağlamanı yerə atmış, elə bu zaman polis əməkdaşları gəlib onu tutub avtomobilin yanına aparmışlar. Sonra elə orada polis əməkdaşları tərəfindən üzərində axtarış (şəxsi axtarış) aparılmış və əynindəki gödəkcənin cibində saxladığı bir ədəd bükümdə heroin aşkar edilib götürülmüşdür. Bundan sonra avtomobilə baxış keçirilmiş və avtomobilin içərisindən sürücüyə məxsus siqaret qutusunun içərisində tiryək aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin yerə narkotik maddə götürmək üçün gəldiyini və yolun kənarında olan könhə yarımçıq tikilinin içərisindən bir bağlamada narkotik maddəni götürüb oradan çıxdıqdan sonra həmin əraziya atdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları özünün iştirakı ilə könhə yarımçıq tikilinin içərisinə və bağlamanı atdığı əraziyə baxış keçirmişlər. Baxış zamanı o, yarımçıq tikilinin içərisində narkotik maddənin qoyulduğu yeri, həmçinin bağlamanı atdığı yerə polislərə göstərmiş və polislər də həmin ərazidə yerdə bağlamanı aşkar edib götürmüşlər. Sorğu-sual zamanı o, özünü iranlı kimi təqdim edən “Besad” adlı şəxslə telefonla əlaqə saxladığını və bu şəxsin təklifi ilə həmin yerə narkotik maddəni götürmək üçün gəldiyini bildirmişdir. Onun götürəcəyi narkotik maddəni kiməsə satmaq fikri olmamış, sadəcə olaraq “Besad” adlı şəxsin dediyi yerə həmin narkotik maddəni qoymalı, bunun əvəzində isə narkotik maddədən özü üçün bir az götürəcəkmiş. Könhə yarımçıq tikilinin içərisinə narkotik maddənin nə vaxt kim tərəfindən qoyulması barədə məlumatı olmamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün heroin əldə edib saxladığına, həmçinin özünün istifadəsi üçün heroin əldə etmək məqsədi ilə Sabirabad rayonuna gedib narkotik məddə götürdüyünə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandlır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır. 16 dekabr 2022-ci il tarixdə ona Lənkəran rayon sakini Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 22 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer-Sabirabad rayonunun Bulaqlı kəndinin ərazisində avtomobil yolun kənarında olması müəyyən edilib müşahidəyə götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs yolun kənarında olan yarım tikilinin yanında olmasını görüb əməliyyat qrupu yaxılaşıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib elə orada üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. Bundan sonra həmin yerə gəlmiş müstəntiq tərəfindən vəkilin (müdafiəçinin) və hal şahidlərinin iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin cibindən bir ədəd büküm və həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini bir müddət əldə edib istifadəsi üçün üzərində saxladığını, həmçinin başqa bir şəxsin tapşırığı ilə narkotik maddəni götürmək üçün həmin yerə gəldiyini, yolun kənarında olan yarım tikilinin içərisindən içərisində narkotik maddə olan bağlamanı götürüdüyünü, sonra isə həmin bağlamanı dayandığı ərazidə kənara-yerə atdığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən vəkilin (müdafiəçinin), hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs göstərdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı yolun kənarında olan yarım tikilinin yaxınlığında yerdə bir ədəd bağlama və həmin bağlamanın içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yerdən götürülmüş bağlama onun bir az əvvəl yarım tikilinin içərisindən götürüb yerə atdığı bağlamadır və bağlamanın içərisində heroin vardır. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və əraziyə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahid X4 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, 16 dekabr 2023-cü il tarixdə, gecə saatlarında Sabirabad RPŞ-nin əməkdaşlarının xahişi ilə Sabirabad rayonunun Bulaqlı kəndinin ərazisində avtomobil yolunun kənarında saxlanılmış Babək adlı şəxsin (Təqsirləndirilən şəxs) üzərində axtarışın aparılmaşında, həmçinin bu şəxsin saxlanıldığı əraziyə baxışın keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Həmin vaxt orada özündən başqa bir nəfər Rauf adlı şəxs də (X7) hal şahid olmuşdur. Babək adlı şəxsin üzərində axtarış zamanı bu şəxsin əynindəki gödəkcənin cibindən bir büküm və həmin bükümün içərisində tanımadığı kütlə aşkar edilmişdir. Babək adlı şəxs həmin kütlənin heroin olduğunu və özünün istifadəsi üçün cibində saxladığını, həmçinin tutulduğu yerə narkotik maddə götürmək üçün gəldiyini demişdir. Bundan sonra polis əməkdaşları və tutulmuş şəxs Babək adlı şəxsin iştirakı ilə Bulaqlı kəndinin ərazisində avtomobil yolunun kənarında Babək adlı şəxsin göstərdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı yolun kənarında olan yarım tikilinin yaxınlığında yerdə bir ədəd bağlama və həmin bağlamanın içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Həmin vaxt Babək bildirmişdir ki, yerdən götürülmüş bağlama onun bir az əvvəl yarım tikilinin içərisindən götürüb yerə atdığı bağlamadır və bağlamanın içərisində heroin vardır. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və əraziyə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhərində yaşamaqla özünə məxsus “Mercedes” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvllər tanımamışdır. 16 dekabr 2022-ci il tarixdə, saat 22 radələrində Sabirabad şəhərində, “Qlobus” deyilən yerdə avtomobillə dayanıb müştəri gözləyən vaxt, tanımadığı bir nəfər saqqallı şəxs, yəni sonradan adını bildiyi Babək adlı şəxs və əlində körpə uşaq olan bir qadın ona yaxınlaşmış, həmin saqqallı kişi ona Bakı şəhərinə getmək istədiklərini demiş, o da həmin şəxslərlə adamın biri 10 manata olmaqla Bakı şəhərinə apara biləcəyini bildirmiş, bu şəxs də razılaşıb avtomobilə başqa adam götürməməsini bildirmiş, o da razılaşıb 40 manata Bakı şəhərinə aparacağını demişdir. Sonra o, həmin şəxsləri avtomobilə mindirib yola çıxmış, yolda Babək telefonla kimləsə danışmış, onun kimlə və nə barədə danışdığını bilməmişdir. Onlar Sabirabad rayonunun Bulaqlı kəndinin ərazisində hərəkətdə olarkən “90” rəqəmi yazılan yol nişanın yanında Babək avtomobili saxlamasını xahiş etmiş, o da avtomobili saxlamış, Babək və qadın azyaşlı uşaqla birlikdə avtomobildən düşüb bir qədər kənara çəkilmiş, təxminən 3-5 dəqiqə sonra onlar avtomobilə minmiş və Babək ona avtomobili “Dostluq” kafesinin qarşısına sürməyi orada kiminləsə görüşüb pul götürəcəyini demiş, o da avtomobili geriyə hərəkət etdirib kafenin qarşısına dayanmışdır. Babək avtomobildən düşmüş, bir az sonra avtomobilə minib ona avtomobili bir qədər irəli sürüb yol kənarındakı tikilinin qarşısında saxlamasını demiş, o da avtomobili sürüb həmin yerdə yol kənarında avtomobili saxlamışdır. Sonra Babək avtomobildən düşüb yolun kənarda yerləşən yarımçıq tikiliyə tərəf getmişdir. Az sonra Babəkin geriyə qayıdıb avtomobilə tərəf gələrkən bir qrup polis əməkdaşı onları əhatəyə alıb saxlamışlar. Polis əməkdaşları Babəkə narkotik maddələr saxlamaqda şübhəli olduğunu bildirib özünün və orada olan başqa şəxslərin iştirakı ilə onun (Babəkin) üzərində axtarış aparmışlar. Axtarış zamanı Babəkin üzərində heroin aşkar edilmişdir. Babək həmin heroini özünün istifadəsi üçün üstündə saxladığını demişdir. Şifahi sorğu zamanı Babək saxlandığı yerə narkotik maddə götürmək üçün gəldiyini, yolun kənarında olan tikilidən narkotik maddəni götürdüyünü, sonra polisləri gördüyü üçün yerə atdığını bildirmişdir. Bundan sonra onların iştirakı ilə polis əməkdaşları Babəkin göstərdiyi yerə baxış keçirmiş və həmin yerdən-tikilinin qarşısında boş sahədə yerdən bir ədəd bağlama aşkar edilib götürülmüşdür. Sonra polis əməkdaşları tərəfindən onun (Şahid5) avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sürətlər qutusunun yanında siqaret qutusunda özünə məxsus az miqdarda tiryək aşkar edilib götürülmüşdür. O, tiryəkdən istifadə etdiyi üçün həmin tiryəki də istifadəsi üçün tanımadığı şəxsdən alıb avtomobilində saxlamışdır. Aşkar olunmuş kütlələr qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. O, Babək adlı şəxsi ilk dəfə olaraq həmin gün görmüş, onunla hər hansı forma da heç bir əlaqəsi olmamışdır. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşının 16 dekabr 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin gün keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad rayonunun Bulaqlı kəndinin ərazisində avtomobil yolunun kənarında saxlanılmışdır. İşdə olan, “Şəxsi axtarış aparılması haqqında” 16 dekabr 2022-ci il tarixli protokolla və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞnin İB-nin müstəntiqi Mirzahid Abasov tərəfindən müdafiəçi Qədir Qədirovun və hal şahidlərinin iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı “SM- J260F” modelli mobil telefon aparatı və aşkar olunmuş heroinə oxşar kütlə müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, “Baxış keçirilməsi haqqında” 16 dekabr 2022-ci il tarixli protokolla və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Mirzahid Abasov tərəfindən müdafiəçi Qədir Qədirovun, hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs saxlandığı əraziyə baxış keçirilmişdir. Azad oğlunun üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs içərisində narkotik maddə olan bir ədəd bağlamanı götürdüyü yeri (yol kənarındakı yarımçıq tikilini), dah sonra götürdüyü bağlamanı atdığı sahəni göstərmiş və həmin sahədə bir ədəd bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş bağlamanın bir az əvvəl özü ğərəfindən həmin yerə atıldığını, bağlamanın içərisində heroin olduğunu, bu bağlamanı götürmək üçün həmin yerə gəldiyini bildirmişdir. Həmin bağlamanın içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlə müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, “Baxış keçirilməsi haqqında” 25 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı “SM-J260F” modelli mobil telefona (üzərində “Azercell” operatoruna aid 051/428-43-37 saylı mobil telefon nömrəsi olan) baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, telefonun “Whatsapp Business messenger” proqramın “söhbətlər” bölməsinə “Besad” adı ilə qeyd edilmiş +**********17 saylı telefon nömrəsi qeyd edilmiş və 16 dekabr 2022-ci il tarixdə, saat 18:37-də həmin nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 051/428-43-37 saylı mobil telefon nömrəsinə “Sabirabadda vəsait var, gedib götürə bilərsən?”, saat 18:39-da “Özüm verəcəyəm da, sənə malının deyəcəm nə qədəri sənə çatır”, saat 18:40-da “Tələsmə, qoy danışım indi sənə xəbər edəcəm”, saat 19:28-də “Ama qardaşı kimi, kişi kimi and içki sən öl sənin malını alıb fırlamayacam”, saat 20:36-da “Sən çatdın Sabirabada mənə xəbər ver, deyəcəm harasına gedəcəksən. Sabirabad ərazisinə 5-10 dəqiqə qalanda mənə denən, konumla ünvanı atacağam”, saat 23:16-da “Burdadı aaa vəsait, işarə atdım sənə”, saat 23:19-da “Nə oldu brat götürdün?”, daha sonra saat 23:19-da üç ədəd narkotik vasitənin gizlədildiyi yerin- Sabirabad rayonunun Bulaqlı kəndində asfalt yolun kənarındakı yarımçıq tikilinin şəkilləri göndərilmiş, saat 23:33-də isə “Ay qardaş, götürdün vəsaiti” məzmunlu mesajlar, səsli mesajlar və şəkillər göndərilmişdir. Qeyd edilən mesajların mətnləri, müvafiq olaraq foto şəkillər və telefon məlumatların yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 17 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərinə ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,237 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdil edilmiş üzərində “... Təqsirləndirilən şəxs təqdim etmiş olduğu ...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi-450,0 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 450,037 qramdır Ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 23 dekabr 2022-ci il tarixli və 29 mart 2023-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq, iki ədəd bükümdə olmaqla cəmi 450,037 qram narkotik vasitə olan heroin, təqsirlənqdirilən şəxs Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı “SM-J260F” modelli mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin, habelə telefon məlumatların yazıldığı iki ədəd DVD disklər iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 29 mart 2023-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində CM-nin 206 və 234.4.4-cü maddələri ilə, Şahid4 və Şahid5 barəsində CMnin 234.4.1, 234.4.3 və 307.2-ci maddələri ilə cinayət təqibinin başlanması CPM-nin 39.2.1-ci maddəsinə əsasən rədd edilmiş, habelə Şahid5 barəsində (idarə etdiyi avtomobildə 0,05 qram narkotik vasitə olan tiryəkin aşkar edilməsi faktına görə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün bu qərarın surəti Sabirabad RPŞ-nə aidiyyət üzrə verilmiş, eləcə də bu cinayət işindən digər şəxslərin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, İsmayıl Şıxəliyev, Şahid3 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (bir ədəd bağlamada aşkar olunmuş heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi və narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, İsmayıl Şıxəliyev, Şahid3 və Şahid5 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni bir ədəd bağlamada aşkar olunmuş heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi və narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, İsmayıl Şıxəliyev, Şahid3 və Şahid5 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlama cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 450,0 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə 0,237 qram heroin şəxsi istehlak miqdarından artıqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 0,237 qram heroini satış məqsədi olmadan (şəxsi istehlakı üçün) qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yanaşı, həm də onun cinayətkar qrupun digər üzvləri arasında olan razılaşmaya əsasən niyyəti külli miqdarda-450,0 qram heroini məhz satış məqsədi ilə (qazanc əldə etmək üçün) qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 18 dekabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 16 mart 2021-ci ildə cəza müddəti başa çatdığından icra qurumunda qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 07 avqust 2019-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Lənkəran rayonunun Girdəni kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Girdəni kəndində yaşamış (habelə Bakı şəhərində naməlum ünvanda yaşamaqla) və yaşadığı müddətdə mənfi (Girdəni kəndində yaşadığı müddətdə özünü yaxşı cəhətdən göstərə bilməmiş, qohumlar və qonşuları ilə yaxşı münasibətdə olmamış, narkotik aludəçisi olmaqla ailəsi münaqişəli ailə kimi tanınmaqla o, dəfələrlə şəhərdə qaraçılıq fəaliyyəti ilə məşğul olan şəxs kimi polis tərəfindən tutulmuşdur) xarakterizə olunur. İşdə olan, “Elektron Məhkəmə İnformasiya Sistemi”dən götürülmüş məlumatlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları-xx xxx 2009-cu il təvəllüdlü Şahid6, 27 may 2011-ci il təvəllüdlü X9, 26 iyul 2016-cı il təvəllüdlü X10 və 11 dekabr 2020-ci il təvəllüdlü X5 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin qəsdən törədilməsi və törədilən əməlin ağır cinayət hesab edilməsi, qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etməklə satılması və ya başqa qaydada yayılmasının dövlətə və cəmiyyətə zərərin yetirilməsinə, o cümlədən insanların sağlamlığına zərər vurulmaqla narkomanlıq xəstəliyinə düçar olmasına, eləcə də gənc nəslin tərbiyəsinə mənfi təsir göstərməsinə səbəb ola bilcəyi və s. halları), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji xətəxanada dispanser qeydiyyatına alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan iki ədəd bükümdə olmaqla cəmi 450,037 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı, “SM-J260F” modelli mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs arvadı Şahid4 təhvil verilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin, habelə telefon məlumatların yazıldığı iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji xətəxanada dispanser qeydiyyatına alınsın. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan iki ədəd bükümdə olmaqla cəmi 450,037 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı, “SM- J260F” modelli mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs arvadı Şahid4h qızına təhvil verilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin, habelə telefon məlumatların yazıldığı 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-379/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-379/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver