Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-379/2024 07.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkili X5, X2 və X4 iştirakı ilə,
1. xx xxxxx 1992-ci ildə Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1,
2. xx xxxx 1988-ci ildə Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və
3. xx xxxxxx 2002-ci ildə Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2006-cı ildə doğulmaqla yetkinlik yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə oğurlamaq barədə qardaşı Təqsirləndirilən şəxs2 və dostu Təqsirləndirilən şəxs3 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 29 iyun 2023-cü ildə saat 22 radələrində qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes C” markalı **-SC- *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Sabirabad rayonu Qaragüney kəndinə yerləşən evin yaxınlığına gəlmiş, həmin vaxt əvvəldən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 avtomobilin sükanı arxasında oturub gözləmiş, o və Təqsirləndirilən şəxs3 avtomobildən düşərək yol kənarında dayanıb Zərərçəkmiş şəxs gəlməsini gözləmiş, bir neçə dəqiqədən sonra sonuncunun onların yanından piyada evləri istiqamətində hərəkət etdiyini görüb, hər ikisi Zərərçəkmiş şəxs yaxınlaşıb o, sonuncunun sağ qolundan və ağzından, Təqsirləndirilən şəxs3 isə sol qolundan tutub Nərminəyə sağ bazunun orta 1/3-də bayır və iç səthdə, sol bazunun orta 1/3-də iç səthdə, döş qəfəsinin arxa səthində sağ kürək xətti üzrə 7-9-cu qabırğa səviyyəsində qançırlar, sağ sağrının yuxarı bayır kvadrantında sıyrıqlarla müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə zor tətbiq edib avtomobilə tərəf çəkmiş, həmin vaxt Təqsirləndirilən şəxs3 avtomobilin arxa qapısını açmış, o, Zərərçəkmiş şəxs zorla avtomobilin salonuna oturdub özü də yanına əyləşmiş, bundan sonra sükan arxasında olan qardaşı Təqsirləndirilən şəxs2 avtomobili idarə etməklə, Zərərçəkmiş şəxs Hacıqabul rayonunun Abdulabad kəndində yaşayan, qardaşı Təqsirləndirilən şəxs2 əsgər yoldaşı Şahid2 yaşadığı evə aparıb orada saxlamış, qardaşı Təqsirləndirilən şəxs2 və dostu Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq zor tətbiq etməklə oğurlamışlar. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl həmkəndlisi Zərərçəkmiş şəxs ilə evlənmək üçün valideynlərini Nərminəgilə elçiliyə göndərmiş, həmin vaxta kimi onunla hər hansı bir görüşü və ya danışığı olmamış, lakin Nərminənin yaşı az olduğundan, yəni yetkinlik yaşına çatmadığından valideynləri Nərminəni ona verməmişdir. Nərminə Qaragüney kəndində "Elşən-Gülşən" adlı supermarketdə satıcı işlədiyini bilib onu görmək və onun işə nə vaxt gəlib, nə vaxt getdiyini öyrənmək məqsədilə marketə getmişdir. X6çırmaq istədiyini deyərkən Vasif onunla razılaşmış və həmkəndlisi Təqsirləndirilən şəxs3 bu barədə məlumat vermiş, onlar razılaşaraq bu məqsədlə xx.xx.2023-cü ildə saat 22 radələrində qardaşı Vasif özünə məxsus Mercedes markalı avtomobillə onu və Hüseyni götürüb Nərminənin yaşadığı evin yaxınlığına gəlmiş, Vasif sükan arxasında oturmuş, o, isə Hüseynlə maşından düşüb yol kənarında Nərminənin gəlməsini gözləmiş, Nərminənin gəldiyini görüb yaxınlaşaraq onun qolundan tutub zorla avtomobilin arxa oturacağında oturtmuş, sonra özü onun yanında oturmiş, sonuncunun avtomobildən düşməməsi üçün əlqolunu tutmuş, yolla gedərkən Nərminənin əlindəki mobil telefonu alıb qardaşına vermiş, təxminən onlar 40 dəqiqə yol getmiş, Nərminə yolda dəfələrlə qışqıraraq onu buraxmağıni tələb etsə də, o və Vasif buna imkan verməmiş, Nərminəni Hacıqabul rayonunun Abdulabad kəndinə yaşayan Şahid2 evinə gətirmiş, Nərminə həmin gün o evdə qalmış, xx.xx.2023-cü ildə səhər saat 09 radələrində atasına zəng edərək Hacıqabulda olduqlarını bildirmiş, sonra polis əməkdaşlarının evə gələrək onları polis bölməsinə aparmış, orada Nərminəni evlənmək məqsədilə məcburi qaçırması barədə ətraflı izahat və ifadə vermişdir. Cinayət hadisə törətdiyini səmimi etiraf etməklə əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətməsini, hazırda Nərminə ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraatı zamanı verdikləri ifadələrini təsdiq etməklə hazırkı ifadələrində onlara Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özlərini təqsirli bilmiş və analoji olaraq digər Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun, yəni eyni məzmunlu ifadələr vermişlər. Əlavə olaraq onlar ifadələrində zərər çəkmiş şəxslə barışmalarını, təqsirlərini etiraf etməklə peşmanlıq keçirmələrini, ilk dəfə cinayət törətmələrini, Təqsirləndirilən şəxs3 gənc olmasını, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının və arvadının xəstə olmasını nəzərə alaraq məhkəmədən onlara həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sabirabad rayonunun Qaragüney kəndində yaşayır və həmin kənddə olan “Elşən-Gülşən” adlı supermarketdə satıcı işləyir. Səhər saatlarında işə gedir, axşam saat 22 radələrində isə işdən çıxıb yaşadığı evə qayıdır. Elgün həmkəndlisi olsa da, əvvəllər onu tanımamış, onunla heç bir münasibəti - söz söhbəti olmamışdır. Bir neçə il bundan qabaq Elgünün qardaşı Vasif və anası ona elçiliyə gəlmiş, lakin həmin vaxt yaşı az olduğundan anası onu ərə verməmişdir. xx.xx.2023-cü ildə axşam saat 22 radələrində işdən çıxıb işçilər üçün ayrılmış avtomobilə əyləşib yaşadığı evin yaxınlığına gələrək avtomobildən düşüb evlərinə piyada gedərkən yolda markasını xatırlamadığı avtomobilin dayandığını görmüş, həmin vaxt kənarda dayanan və adını sonradan öyrəndiyi Elgün adlı şəxs avtomobilin arxa tərəfdən sol qapısını açmış və bu vaxt tanımadığı 2 nəfər şəxs arxadan ona yaxınlaşaraq biri onun sol qolunu, digəri isə sağ qolunu və ağzını tutmuş, həmin vaxt çığırmış, hətta Elgünün əlini dişləmiş, lakin Elgünlə digər tanımadığı şəxs onu məcbur avtomobilə oturtmuş, Elgün onun yanında oturmuş, digər tanımadığı şəxs isə avtomobilin qapısını örtərək getmiş, Elgünün qardaşı Vasif avtomobili işə salaraq oradan uzaqlaşmış, yolda gedərkən Elgün onun mobil telefonunu əlindən almış, həmin vaxt anası Şahid1 ona zəng etmiş, Elgün telefonu açarkən o, qışqıraraq “ana, mənə kömək elə” deyə çığırmış, Elgün telefonu söndürüb onu Vasifə vermiş, təxminən 40 dəqiqə avtomobillə yol getmiş, yolda dəfələrlə qışqıraraq onlardan onu buraxmasını tələb etmiş, lakin buna məhəl qoyulmamış, onlar onu Hacıqabul rayonuna aparmış, orada evlərinə getmək istəyini bildirsə də, onu buraxmamış, ev sahiblərinə ona köməklik etmələrini desə də, heç kim onun dediklərinə əhəmiyyət verməmiş, o, məcburi şəkildə həmin evdə qalmış, Vasif və Elgün ona məcburi qaydada deyil, könüllü olaraq gəlməsi barədə onu izahat yazmağa məcbur etsələr də, o, bunu etməmiş, xx.xx.2023-cü ildə səhər saat 08 radələrində Vasif onun telefonunu özünə verərək anası Sucayətlə danışmasına imkan yaratmış, telefonla danışarkən onlar ona anasına könüllü getdiyini deməsini ondan tələb etmiş, lakin o, bunu etməmiş, harada olduqlarını dəqiq bilməmiş, anasına onu evə gətirəcəklərini bildirmiş, sonra Vasif onun mobil telefonunu əlindən alıb söndürərək özündə saxlamış, saat 12 radələrində polis əməkdaşları onun olduğu evə gələrək onu avtomobilə əyləşdirib X9 aparmış, orada baş vermiş hadisə barədə ətraflı izahat vermişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, Vasifin himayəsində xəstə arvadının və 3 azyaşlı uşaqlarının olmasını, digər təqsirləndirilən şəxslər Elgün və Hüseynin isə həmkəndliləri olmalarını, hər ikisinin gənc olmasını nəzərə alaraq təqsirləndirilən şəxslərə həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər onlarla eyni kənddə yaşayır, aralarında normal münasibətləri vardır. Bir neçə il bundan əvvəl həmkəndlisi Elgünün qardaşı Vasif və anası onun qızı Nərminəyə elçiliyə gəlmiş, lakin həmin vaxt Nərminənin yaşı az olduğundan onu ərə vermək istəməmişdir. Qızı Nərminə kəndlərində olan marketdə satıcı işləyir, səhər tezdən işə gedir, axşam saat 22 radələrində isə işdən çıxıb yaşadığı evə gəlir. Nərminə işdən evə işçilər üçün ayrılmış avtomobillə gələrkən qızı işdən gec gəldiyindən hər gün yola çıxaraq onu qarşılamış, xx.xx.2023-cü ildə Nərminə ona zəng etmədiyi üçün o, qızına dəfələrlə zəng etmiş, lakin Nərminə telefonu açmamış, lakin bir neçə dəfə zəngdən sonra Nərminənin telefonu açılmış və bu vaxt qızının “ana, mənə kömək elə!” dediyini və çığırtısını eşitmiş, qızının oğurlandığını başa düşüb X9 gedərək hadisə barədə ərizə yazmışdır. Hazırda qızı Nərminə yetkinlik yaşına çatmış, təqsirləndirilən şəxslər həmkəndliləri olduğundan qızı onlarla barışmış, onlara qarşı heç bir şikayət tələbinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 22 radələrində evdə olarkən tanışı, Vasif, qardaşı Elgün və tanımadığı bir nəfər qız uşağı onun evinə qonaq gəlmiş, Vasifdən həmin qızla bağlı maraqlanarkən Vasif ona qardaşı Elgünün evlənmək məqsədilə qızı qaçırtdığını və qızın da könüllü gəldiyini bildirmiş, qızın adının Nərminə olduğunu öyrənmiş, xx.xx.2023-cü ildə səhər saat 09 radələrində polis əməkdaşları yaşadığı evə gələrək Nərminəni özləri ilə polis şöbəsinə aparmış, həmin vaxt sonuncunun Vasif və Elgün tərəfindən könülsüz gətirildiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 457 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ bazunun orta 1/3-də bayır və iç səthdə, sol bazunun orta 1/3-də iç səthdə, döş qəfəsinin arxa səthində sağ kürək xətti üzrə 7-9-cu qabırğa səviyyəsində qançırlar, sağ sağrının yuxarı bayır kvadrantında sıyrıq küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 19 yanvar 2024-cü il tarixli, 111 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyəti müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 19 yanvar 2024-cü il tarixli, 112 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyəti müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs3 qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 113 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyəti müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan protokollardan görünür ki, “ifadənin yerində yoxlanması” istintaq hərəkəti zamanı təqsirləndirilən şəxslər cinayəti nə vaxt, harada və hansı şəraitdə törətdikləri ilə bağlı istintaqa ətraflı və səmimi ifadələr vermişlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də məhkəmədə verdikləri etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin isə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlinin tövsifi məsələsini müzakirə edərək onların hərəkətini Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsinin dizpozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilmələrini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrinə məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, onlara istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onların tərəfindən törədilmişdir, bu cinayətə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham verildiyi CM-in 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində onlar təqsirlidir və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Belə ki, Sabirabad rayon məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarlarından görünür ki, həbsetmənin əvvəli 01 iyul 2023-cü ildən hesablanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, 22 sentyabr 2023-cü ildə isə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş və notarial qaydada təsdiq olunmuş, eləcə də məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, iş üzrə zərər çəkmiş şəxs X7 təqsirləndirilən şəxslərlə barışmış, onlara həbslə bağlı olmayan cəza verilməsini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subay olmaqla valideynləri ilə birlikdə Sabirabad rayonunun Qaragüney kəndində qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 subay olmaqla valideynləri ilə birlikdə Sabirabad rayonunun Qaragüney kəndində qeydiyyatda olmaqla yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və üç azyaşlı uşağı ilə birlikdə Sabirabad rayonunun Qaragüney kəndində yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, təqsirlərini etiraf etməklə əməllərindən peşmanlıq keçirmələrini, yaşayış yerindən müsbət xarakterizə olunmaqla gənc olmalarını və ilk məhkumluqlarını CM-in 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində xəstəliyi ilə bağlı heç bir yerdə işləməyən arvadının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində də nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsinin sanksiyasında 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Lakin Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən isə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda CM-in xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən, onların cinayət hadisəsini törədərkən və cinayəti törətdikdən sonrakı davranışını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını, sonuncunun onlara həbslə bağlı olmayan cəza verilməsini xahiş etməsini, həmçinin hazırkı iş üzrə eyni bir ailənin iki üzvünün (iki qardaşın) uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməməsini, təqsirləndirilən şəxsləri cəmiyyətdən uzun müddətə təcrid etmədən də onların islah olunmasını mümkün saymasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxslərin ilk məhkumluqlarını, yaşayış yerindən müsbət xarakterizə olunmalarını, eləcə də dövlət ittihamçısının təqsirləndirilən şəxslərə təyin ediləcək cəza ilə bağlı təklifini nəzərə alaraq həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək belə nəticəyə gəlir ki, onların barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ittiham olunduqları CM-in 144.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasınının aşağı həddindən də az cəza təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxslə barışmalarını, zərər çəkmiş şəxsin onlardan heç bir şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs2 ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində xəstəliyi ilə bağlı heç bir yerdə işləməyən arvadı və 3 azyaşlı uşaqlarının olmasını, Təqsirləndirilən şəxs3 isə Qarabağ müharibəsində iştirak etməsini, təqsirlərini etiraf etməklə peşmanlıq keçirmələrini, ilk dəfə cinayət törətmələrini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onların gələcək həyatına, uşaqlarının sağlamlığına və onların bundan sonrakı tərbiyəsinə mənfi təsir göstərəcəyini, eyni zamanda cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların olmasını təqsirləndirilən şəxslərin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyi təqdirdə ailələrin maddi çətinliklərlə üzləşəcəyini, onların mənəvi iztirablar çəkəcəyini, eləcə də, təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onları cəmiyyətdən təcrid etmədən də, yəni onlara təyin olunacaq cəzanı çəkmədən də onların islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən müəyyən müddətə azalıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən etməklə onlara təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Müəyyən olunmuş sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, Təqsirləndirilən şəxs2 himayəsində olan azyaşlı uşaqlarını böyütmək, təhsil almalarına şərait yaratmaq, onların tərbiyəsi ilə məşğul olmaq vəzifələri qoyulmalıdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin ediləcəyini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiq edəcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs və ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, seçiləcək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, onların həbsdə və ev dustaqlığında olduğu müddət onlara təyin olunacaq cəzanın müddətinə hesablanmaqla çıxılmalı və qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək şərti məhkum edilmiş şəxslərin yaşadığı yerin Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak vəs. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi ziyan, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Barəsində CM-in 62-ci maddəsi tətbiq olunsun və o, 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək, yəni – 01 iyul 2023-cu ildən 07 iyun 2024-cü ilədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yəni 1 (bir) il, 10 (on) ay, 14 (on dörd) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə və ev dustaqlığında saxlamanın müddəti bir günə azadlığın məhdudlaşdırılması növündə cəzanın 2 günü bərabər tutulmaqla ona təyin edilmiş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 3 (üç) il, 1 (bir) ay, 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, həmçinin işləməklə ailəsinin qayğısına qalmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası onun qeydiyyatda olmaqla faktiki yaşadığı yer üzrə - Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindiyi andan barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Barəsində CM-in 62-ci maddəsi tətbiq olunsun və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək, yəni – 01 iyul 2023-cu ildən 07 iyun 2024-cü ilədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yəni 11 (on bir) ay 7 (yeddi) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə və ev dustaqlığında saxlanılan müddət hazırkı hökmlə ona təyin edilmiş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 3 (üç) il 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş 3 (üç) il 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindiyi andan barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, uşaqlarını böyütmək, onları tərbiyə etmək və onların qayğısına qalmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək onun faktiki yaşadığı yerin–Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Barəsində CM-in 62-ci maddəsi tətbiq olunsun və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 məhkəmə baxışınadək, yəni – 01 iyul 2023-cu ildən 07 iyun 2024-cü ilədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yəni 11 (on bir) ay 7 (yeddi) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə və ev dustaqlığında saxlanılan müddət hazırkı hökmlə ona təyin edilmiş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş 2 (iki) il 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindiyi andan barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və işləməklə ailəsinə köməklik etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək onun faktiki yaşadığı yerin – Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov