Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-379/2025 08.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1974-cü il tarixdə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, “Birinci Qarabağ” müharibəsi vetranı, İİİ dərəcəli əlilliyi olan, Cəlilabad rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, Qarabağ müharibəsi əlilləri üçün tikilmiş binada nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 179.2.3, 179.2.4, 308.2, 309.2, 311.3.2, 311.3.4, 313 və 326.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.2, 309.2, 311.3.2, 311.3.4, 313 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəlləsi) 299.3.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulubpozulmaması barədə məsələyə də baxılır. Təqsirləndirilən şəxs vəsatət verərək, Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.2, 309.2, 311.3.2, 311.3.4, 313 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Ağdaş bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X1”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin məlumatı olmadan və bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırıb, ümumi yığıncağın iclasını keçirib bu barədə protokol tərtib etmədən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb bələdiyyə sədri kimi vəzifəli şəxs olmaqla xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Cəlilabad rayonu, Vənlik kəndi ərazisində yerləşən, meşə fondu kateqoriyalı dövlət mülkiyyətində, ümumi sahəsi 0.0265 hektar, X koordinatları 282181.4670, 282192.9440, 282183.1680, 282171.2000, 282178.7720, Y koordinatları isə 4329034.1150, 4329025.1450, 4329010.1670, 4329018.3630, 4329029.7780 olan torpaq sahəsində Cəlilabad rayonu Vənlik kəndində yaşayan Şahid4 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair ilkin sənədləri hazırlayacağını, fərdi yaşayış evinin tikilməsinə icazə verəcəyini və evin tikilməsinə şərait yaradacağını bildirməklə, bunun müqabilində özü üçün birbaşa şəxsən maddi nemət olan 400 manat məbləğində pul vəsaitini 2016-cı ilin yanvar ayının istintaqla dəqiq müəyyən olunmayan günündə qeyd edilən torpaq sahəsində Şahid4 qardaşı Şahid3 rüşvət qismində istəyib almaqla, dövlət mülkiyyətində olan meşə fond torpaqlarına aid torpaq sahəsində Şahid4 fərdi yaşayış evi tikməsinə şərait yaratması dövlətin qanunla qorunan maraqlarına mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşması ağır nəticələrə səbəb olmuş, bunun müqabilində Şahid4 qardaşı Şahid3 400 manat pul vəsaitini 2016-cı ilin yanvar ayının istintaqla dəqiq müəyyən olunmayan günündə istəyib almaqla rüşvət almışdır. İttihamda Təqsirləndirilən şəxs rüşət kimi aldığı 400 manat pulun müqabilində Cəlilabad rayonu, Vənlik kəndi ərazisində yerləşən, meşə fondu kateqoriyalı dövlət mülkiyyətinə aid torpaq sahəsində Şahid4 fərdi yaşayış evi tikməsinə şərait yaratması dövlətin qanunla qorunan maraqlarına mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşması ağır nəticələrə səbəb olduğu göstərilsə də həmin epizod üzrə meşə fondu kateqoriyalı dövlət mülkiyyətinə aid torpaq sahəsi balansında olan dövlət qrumu zərərçəkmiş şəxs qismində tanınmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 87.3-cü maddəsində göstərilmişdir ki, cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir. Həmçinin Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Ağdaş bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X1”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin məlumatı olmadan və bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırıb, ümumi yığıncağın iclasını keçirib bu barədə protokol tərtib etmədən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb, bələdiyyə sədri kimi vəzifəli şəxs olmaqla xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin mülkiyyətindəki Cəlilabad rayonu Soyuqbulaq kəndi ərazisində yerləşən sahəsi 1,74 hektar olan torpaq sahəsinin Cəlilabad rayonu Soyuqbulaq kəndində yaşayan Şahid1 istifadəsinə verilməsi müqabilində sonuncu ilə danışıb razılaşdıqdan sonra özü üçün birbaşa şəxsən 2000 manat məbləğində pul vəsaitini istəməklə rüşvət qismində 2018-ci ilin avqust ayının istintaqla dəqiq müəyyən olunmayan günündə Cəlilabad rayonu, Soyuqbulaq kəndinin ərazisində almış, daha sonra 2018-2022-ci illər ərzində istintaqla dəqiq müəyyən olunmayan tarixlərdə həmin torpaq sahəsindən istifadə etməsinə şərait yaratmaqla buna himayədarlıq etmək müqabilində özü üçün birbaşa şəxsən 100-150 manat olmaqla, ümumilikdə 600 manat məbləğində maddi nemət olan pul vəsaitini rüşvət qismində almış, həmin torpaq sahəsinin Şahid1 istifadəsinə verilməsinin qanuni olması ilə bağlı bələdiyyə üzvlərinin iştirakı ilə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsi görüntüsü yaradaraq buna dair xx.xx.2018-ci il tarixli aktı tərtib edib vermiş və həmin torpaq sahəsindən Şahid1 istifadə hüququna xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli akt tərtib edərək vəzifə səlahiyyətlərini aşmış, bu hərəkəti ilə Şahid1 bələdiyyənin mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməsinə şərait yaratmaqla Cəlilabad rayon Ağdaş bələdiyyəsinin ərazisində yaşayan şəxslərin həmin torpaq sahəsindən qanunla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsini uzun müddət, yəni 2018-ci ildən 2024-cü ilin oktyabr ayının 3-nədək məhdudlaşdırmaqla vəzifə səlahiyyətlərini aşması ağır nəticələrə səbəb olmuş, bunun müqabilində ümumilikdə 2600 manat məbləğində pul vəsaitini rüşvət qismində almaqla təkrar rüşvət almışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Şahid1 ayrı-ayrı vaxtlarda olmaqla ümumilikdə 600 manat məbləğdə pul vəsaitini rüşvət kimi harada alması müəyyən edilməmiş və verilmiş ittihamda yazılmamışdır. Həmçinin ittihamda “Şahid1 bələdiyyənin mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməsinə şərait yaratmaqla Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin ərazisində yaşayan şəxslərin həmin torpaq sahəsindən qanunla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsini uzun müddət, yəni 2018-ci ildən 2024-cü ilin oktyabr ayının 3-nədək məhdudlaşdırmaqla vəzifə səlahiyyətlərini aşması ağır nəticələrə səbəb olmuşdur” yazılsa da həmin epizod üzrə də hər hansı şəxs zərərçəkmiş şəxs qismində tanınmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Ağdaş bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanununun 8-ci maddəsinə əsasən, bələdiyyə büdcəsindən pul vəsaitinin yalnız bələdiyyə iclasının qərarı ilə ayrılması və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməli olmasına baxmayaraq yerli bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırıb, ümumi yığıncağın iclasını keçirib bu barədə protokollar tərtib etmədən, həmçinin həmin Qanunun 8-ci maddəsinin 2-ci bəndinin 4-cü hissəsinə görə yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əmək haqqlarına ayırmalar ümumi büdcənin 50 (əlli) faizindən çox ola bilməz müddəasına zidd olaraq öz qulluq mövqeyindən sui-istifadə edib xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədi ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb və vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni bələdiyyə sədri kimi vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində xx.xx.2018xx.xx.2024-cü il dövrləri ərzində bələdiyyə büdcəsinə daxil olan ümumi 40474,26 manat məbləğində gəlirdən xərclənən 40449,29 manat məbləğində pul vəsaitinin 31751 manat, yəni 78,49% hissəsini bələdiyyə üzvlərinin əmək haqqısına xərcləməklə ona etibar edilmiş xeyli miqdarda, yəni 11526,36 manat məbləğində bələdiyyə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Cəlilabad rayon Ağdaş bələdiyyəsinin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə səlahiyyətlərini aşması Cəlilabad rayonu, Ağdaş bələdiyyəsinin fəaliyyəti ilə bağlı digər sahələr üzrə, yəni bələdiyyə mülkiyyətində olan sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanmasına çəkilən xərcləri məhdudlaşdırmaqla bələdiyyənin normal fəaliyyətini pozması ağır nəticələrə səbəb olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs kimə, nə vaxt, hansı məbləğlərdə və hansı üsulla pul vəsaitlərini əmək haqqı şəklində köçürməklə xərcləməsi müəyyən edilməmiş və verilmiş ittihamda yazılmamış, hansı məbləğdə pul vəsaitinin mənimsəmə və hansı məbləğdə pul vəsaitinin israf etmə yolu ilə talanması aydınlaşdırılmamış, vəzifə səlahiyyətlərini aşma cinayət əlamətlərinin nədən ibarət olması göstərilməmiş, bələdiyyənin fəaliyyəti ilə bağlı digər sahələr üzrə, yəni bələdiyyə mülkiyyətində olan sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanmasına çəkilən xərclərin məhdudlaşdırılmasının nə vaxt, hansı məbləğlərdə və hansı yollarla edilməsi ümumiyyətlə müəyyən edilməmiş və yazılmamışdır. İş materiallarının Vİİ cildinin 20-23-cü səhifələrində olan “məhkəmə-mühasibatlıq ekspertizası”nın 20 may 2025-ci il tarixli, 9/2481 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan mövcud sənədlərə (ödəniş tapşırıqlarına, hesabdan çıxarış, vergi və ödənişlərdən gələn gəli sənədləri, Bələdiyyə üzrə hesablanmış və ödənilmiş əmək haqqı barədə, xəzinədə olan pulların dövriyyəsinə dair arayışlar və Bələdiyyələrlə iş baş idarəsi tərəfindən tərtib edilən arayış məlumatları) əsasən Cəlilabad rayon Ağdaş bələdiyyəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə gəlirləri 40474,26 manat, xərcləri isə 40449,29 manat olmuşdur. Qeyd edilən dövr ərzində bələdiyyə büdcəsinin xərclərinin 78,49 faizi, yəni 31751 manat hissəsinin əmək haqlarına yönəldildiyi müəyyən edilir. Bir epizod cinayət əməli üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 4 maddəsi üzrə ittiham irəli sürlüsə də həmin ittihamlar natamamdır və dəqiqləşdirilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Ağdaş bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X1”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin məlumatı olmadan və bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırıb, ümumi yığıncağın iclasını keçirib bu barədə protokol tərtib etmədən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb bələdiyyə sədri kimi vəzifəli şəxs olmaqla xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Bələdiyyə ərazisinə aid Cəlilabad rayonu Hacıcavadlı kəndində yaşayan Şahid5 oğlu Şahid6 fərdi yaşayış evi tikməsinə himayədarlıq müqabilində maddi nemət olan 2000 manat pul vəsaitini 2019-cu ilin sentyabr ayının istintaqla dəqiq müəyyən olunmayan günündə Şahid5 rüşvət qismində özü üçün birbaşa şəxsən tələb edib istəmiş və 2019-cu ilin noyabr ayının istintaqla dəqiq müəyyən olunmayan günündə Cəlilabad rayonu, Ağdaş kəndinin ərazisində özünə məxsus avtomobildə 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almaqla Cəlilabad rayonu Hacıcavadlı kəndində yerləşən, 0.0957 hektar hissəsi yaşayış məntəqələrinin torpaqlarına, 0.10 hektar hissəsi X6 məxsus xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqlarına, 0.02 hektar hissəsi isə ümumi istifadədə olan yola aid ümumi sahəsi 0,2157 hektar, X koordinatları 285907.6790, 285926.5650, 285910.3730, 285876.3940, 285860.1100, 285891.3580, Y koordinatları isə ********.6470, 4332721.1700, 4332712.0280, 4332697.2430, 4332731.4680, 4332748.1880 olan torpaq sahəsini 2019-cu ilin sentyabr ayında Şahid6 faktiki mülkiyyətinə verməklə X6 məxsus xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmaqla vəzifə səlahiyyətlərini aşması ağır nəticələrə səbəb olmuş, bunun müqabilində 2019-cu ilin sentyabr ayının istintaqla dəqiq müəyyən olunmayan günündə Şahid5 2000 manat məbləğində pul vəsaitini rüşvət qismində tələb edib istəmiş və 2019-cu ilin noyabr ayının istintaqla dəqiq müəyyən olunmayan günündə Cəlilabad rayonu, Ağdaş kəndinin ərazisində özünə məxsus avtomobildə 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almaqla təkrar rüşvət almışdır. İttihamda təqsirləndirilən şəxs X9 Əmirova məxsus xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmaqla vəzifə səlahiyyətlərini aşmasının ağır nəticələrə səbəb olması göstərilsə də sonuncu zərərçəkmiş şəxs qismində tanınmamışdır. Həmçinin Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Ağdaş bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu, bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına baxmayaraq, bələdiyyə sədri kimi vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bələdiyyə sədri vəzifəsini icra etdiyi bütün dövr ərzində bələdiyyə üzvlərini məlumatlandırmadan, bələdiyyənin ümumi yığıncağını keçirmədən guya bələdiyyə iclaslarının keçirilməsi barədə bələdiyyənin xx.xx.2016-cı il tarixli 03 nömrəli, xx.xx.2016-cı il tarixli 06 nömrəli, xx.xx.2018-ci il tarixli 01 nömrəli, xx.xx.2018-ci il tarixli 02 nömrəli, xx.xx.2018-ci il tarixli 03 nömrəli, xx.xx.2018-ci il tarixli 05 nömrəli, xx.xx.2018-ci il tarixli 06 nömrəli, xx.xx.2018-ci il tarixli 07 nömrəli, xx.xx.2018-ci il tarixli 08 nömrəli, xx.xx.2018-ci il tarixli 09 nömrəli, xx.xx.2018-ci il tarixli 10 nömrəli, xx.xx.2018-ci il tarixli 11 nömrəli, xx.xx.2018-ci il tarixli 12 nömrəli, xx.xx.2019-cu il tarixli 01 nömrəli, xx.xx.2019-cu il tarixli 02 nömrəli, xx.xx.2019-cu il tarixli 03 nömrəli, xx.xx.2019-cu il tarixli 04 nömrəli, xx.xx.2019-cu il tarixli 05 nömrəli, xx.xx.2019-cu il tarixli 06 nömrəli, xx.xx.2019-cu il tarixli 07 nömrəli, xx.xx.2019-cu il tarixli 08 nömrəli, xx.xx.2019-cu il tarixli 09 nömrəli, xx.xx.2019-cu il tarixli 10 nömrəli, xx.xx.2019-cu il tarixli 11 nömrəli, xx.xx.2019-cu il tarixli 13 nömrəli, xx.xx.2019-cu il tarixli 14 nömrəli, xx.xx.2019-cu il tarixli 15 nömrəli, xx.xx.2020-ci il tarixli 01 nömrəli, xx.xx.2020-ci il tarixli 02 nömrəli, xx.xx.2020-ci il tarixli 03 nömrəli, xx.xx.2020-ci il tarixli 04 nömrəli, xx.xx.2020-ci il tarixli 05 nömrəli, xx.xx.2020-ci il tarixli 06 nömrəli, xx.xx.2020-ci il tarixli 07 nömrəli, xx.xx.2020-ci il tarixli 08 nömrəli, xx.xx.2020-ci il tarixli 09 nömrəli, xx.xx.2021-ci il tarixli 01 nömrəli, xx.xx.2021-ci il tarixli 02 nömrəli, xx.xx.2021-ci il tarixli 03 nömrəli, xx.xx.2021-ci il tarixli 04 nömrəli, xx.xx.2021-ci il tarixli 05 nömrəli, xx.xx.2021-ci il tarixli 06 nömrəli, xx.xx.2021-ci il tarixli 07 nömrəli, xx.xx.2021-ci il tarixli 08 nömrəli, xx.xx.2021-ci il tarixli 09 nömrəli, xx.xx.2021-ci il tarixli 10 nömrəli, xx.xx.2021-ci il tarixli 11 nömrəli, xx.xx.2021-ci il tarixli 12 nömrəli, xx.xx.2021-ci il tarixli 13 nömrəli, xx.xx.2021-ci il tarixli 13 nömrəli, xx.xx.2021-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 02 nömrəli, xx.xx.2022-ci il tarixli 03 nömrəli, xx.xx.2022-ci il tarixli 04 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 07 nömrəli, xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2023-cü il tarixli 01 nömrəli, xx.xx.2023-cü il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2023-cü il tarixli 04 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli, xx.xx.2023-cü il tarixli 06 nömrəli, xx.xx.2023-cü il tarixli 07 nömrəli, xx.xx.2023-cü il tarixli 08 nömrəli, xx.xx.2023-cü il tarixli 09 nömrəli, xx.xx.2023-cü il tarixli 10 nömrəli, xx.xx.2023-cü il tarixli 11 nömrəli, xx.xx.2023-cü il tarixli 12 nömrəli, xx.xx.2023-cü il tarixli 13 nömrəli, xx.xx.2024-cü il tarixli 01 nömrəli, xx.xx.2024-cü il tarixli 02 nömrəli, xx.xx.2024-cü il tarixli 03 nömrəli, xx.xx.2024-cü il tarixli 04 nömrəli, xx.xx.2025-ci il tarixli 05 nömrəli, xx.xx.2024-cü il tarixli 06 nömrəli, xx.xx.2024-cü il tarixli 07 nömrəli, xx.xx.2024-cü il tarixli 08 nömrəli, xx.xx.2024-cü il tarixli 10 nömrəli və xx.xx.2024-cü il tarixli 14 nömrəli iclas protokolları tərtib edərək, rəsmi sənəd hesab edilən həmin iclas protokollarına bilə-bilə yalan məlumatlar daxil edib, Cəlilabad rayonu, Ağdaş bələdiyyəsinin üzvlərinin qanunla nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını yerinə yetirmələrini məhdudlaşdırmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuş və hüquq verən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamda “iclas protokolları tərtib edərək, rəsmi sənəd hesab edilən həmin iclas protokollarına bilə-bilə yalan məlumatlar daxil edib, Cəlilabad rayonu, Ağdaş bələdiyyəsinin üzvlərinin qanunla nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını yerinə yetirmələrini məhdudlaşdırmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuşdur” göstərilsə də bələdiyyə üzvüləri zərərçəkmiş şəxs qismində tanınmamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, ittiham tərəfindən ona verilən maddələrlə özünü təqsirli bilməmiş, məhkəmədən barəsində olan cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar verilməsini xahiş etmişdir. İttiham tərəfindən ona verilən Cinayət Məcəlləsinin hər maddəsinin ləğv olunması ilə bağlı onda sübutlar vardır. Onda olan sübutları cinayət işini istintaq edən birinci müstəntiqə təqdim etmiş, həmin sübutlar ləğv edilsə də, hazırda həmin sübutlar onda vardır. Heç bir israfçılıq və mənimsəmə etməmişdir. Heç yerdən pul silməmiş və ya bina təmir etməmişdir. İşləyərək haqqı olduğu üçün əmək haqqı almışdır. Ay ərzində ona 400 manat minimum əmək haqqı hesablanmışdır, bu da il ərzində 4800 manat etmiş, o isə il ərzində 2200 manat əmək haqqı almışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, mühasib Şahid10 və yer qurluşçusu X4 pul ayrılmışdır. Bələdiyyə üzvülərinə əmək haqqı şəkilində pul ayırmamış, bələdiyyə üzvülərinin əmək haqqı almaq hüquqları olmamışdır. Verilmiş ittihamda göstərilmişdir ki, guya bələdiyyə üzvülərinə əmək haqqı ayırmışdır. İttihamda kimlərə, nə vaxt və hansı məbləğlərdə pul vəsaitlərinin ayrılması göstərilməmişdir. Bu ona qaranlıq olaraq qalmışdır. Şahid10 və Nadir Məmmədov 2019-cu ilin dekabr ayına qədər işləmişlər. 41000 manatın 50%-i 20500 manat edir, onlara isə əmək haqqı şəkilində 31000 manat ödəniş etmişlər, yəni 11000 manat artıq əmək haqqı ödədiyi yazılmışdır. Guya 11526 manat pul vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamışdır. Hansı formada pul vəsaitlərini taladığı ona verilmiş ittihamda yazılmamışdır. 2000-2400 manat pul iki nəfərə əmək haqqı şəkilində verilmiş, qalan pulu isə özü əmək haqqı şəkilində almışdır. Vəzifə səlahiyyətlərini aşmamışdır. Hazırda həmin bələdiyyənin ona 11600 manat əmək haqqı borcu vardır, bununla bağlı hesablama palatasının rəyi vardır. Bələdiyyənin büdcəsinə o qədər pul gəlməmişdir ki, haradasa gedib bağ salsın. İttihamda yazılanları müstəntiq özündən yazmışdır. Bələdiyyənin möhürünün yoxlanılması üçün ağ vərəqlərə möhür vurub təqdim etmiş və ekspertə göndərilmişdir. Ondan sonra bir neçə dəfə bələdiyyənin möhürü və ştampı dəyişmişdir. Ondan şikayət edən Şahid1 özü şikayət ərizəsində bildirmişdir ki, aktı onun yanında yazmış və saxta möhürlə aktı möhürləmişdir. Həmin akt ekspertizaya göndərildikdən sonra imzalar və möhür təsdiqlənmişdir. Daha sonra şikayətçilər prokurorluğa gəlib izahatlarında bildirmişlər ki, imzalar öz imzalarıdır. Ona irəli sürülmüş ittihamda göstərilən epizodlara dair Cəlilabad rayon prokurorluğunun 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı vardır. 2024-cü il tarixdə Cəlilabad rayon prokuroru həmin qərarları ləğv edərək cinayət işi başlamışdır. Təqsirləndirilən şəxs hüquqları pozulduğundan cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmin Məcəllənin 289.4-cü maddəsində göstərilmişdir ki, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Məhkəmə tərkibi hesab edir ki, bu hal cinayət işində sübutların konkretliyi məsələsinə toxunur. İttihamın konkret və əsaslandırılmış olması o deməkdir ki, ittihamda hadisənin yeri, vaxtı, təsviri və təqsirləndirilən şəxsin hərəkətləri dəqiq göstərilməlidir. Məhkəmə tərkibi bildirir ki, ittihamın tam təsvir olunmaması, müdafiə hüququnun həyata keçirilməsinə mane ola bilər, yəni təqsirləndirilən şəxsin alibli sübutunu təqdim etmək hüququnu məhdudlaşdırmış olur. Məhkəmə tərkibi bildirir ki, ittihamın tam təsvir olunmaması müdafiə tərəfinin alibli, digər əhəmiyyətli sübutları təqdim etməsini çətinləşdirir və ya məhdudlaşdırır ki, bu hal Konstitusiyamızın 60 və 63-cü maddələrinə əsasən ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Bu ziddiyyətin məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mattoccia İtaliyaya qarşı və Pelissier və Sassi Fransaya qarşı” qərarlarında qeyd etmişdir ki, ittihamın konkretliliyi və şəxsin onu vaxtında bilməməsi ədalətli məhkəmə araşdırması üçün şərtdir. Əgər ittiham qeyrimüəyyəndirsə və bu, müdafiəyə təsir göstərirsə Konvensiyanın 6-cı maddəsi pozulur. Məhkəmə tərkibi ibtidai istintaq orqanının diqqətinə çatdırır ki, ədalətli məhkəmə prinsipi, itthamın yalnız bildirilmiş olmasını deyil, həm də onun mahiyyətinin başa düşülməsini və müdafiə üçün kifayət qədər imkan verilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli qərarında qeyd etmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Məhz müdafiə hüququ sahəsindəki pozitiv öhdəliklərin təmin edilməsi məqsədi ilə qanunverici Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsində cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlərin görülməsini imperativ qaydada nəzərdə tutmuşdur. Məhkəmə tərkibi bildirir ki, qeyd olunan hallar Təqsirləndirilən şəxs qeyd edilən müdafiə hüquqlarının pozulması Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına daxildir. Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, ibtidai istintaqı aparan müstəntiqlər və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirmiş prokuror tərəfindən cinayət prosesi prinsipləri və şərtləri pozulub, buna görə də hazırki cinayət işi üzrə başa çatmış icraat etibarsız sayılmalı, həmin cinayət işi üzrə qəbul edilmiş qararlar ləğv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinin tələblərinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması, xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə, cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Konstitusiya Məhkəməsi Pelnumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətdə göstərilən fakt və cinayət işinin materialları məhkəmə tərkibi tərəfindən hərtərəfli, tam və obyektiv yoxlanılmış və müəyyən edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) hallarına yol verilmişdir. X3 vəsatəti müdafiə edərək Təqsirləndirilən şəxs hüquqları pozulduğundan, verilmiş ittiham aydın olmadığından cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına təyin olunmasını xahiş etmiş, məhkəmə hazırlıq iclasında araşdırılmış kobud prosessual pozuntularla bağlı konkret dəlillər irəli sürməmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs vəsatətini müdaifə edərək, cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin fikrini dinləyərək hesab edir ki, müdafiəçi Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət təmin edilməli, məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, müstəntiq Eyyub Eyyubov barəsində xüsusi qərar çıxarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.1.3-cü maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair də qərar çıxarır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan icraatın materiallarına baxılıb qanuni həll edilməsi mümkün olmayan kobud pozuntuya yol verildiyi üçün məhkəmənin hazırlıq iclası mərhələsində cinayət işinin baxılmasına xitam verilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.2, 309.2, 311.3.2, 311.3.4, 313 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi yuxarıda göstərilən prosessual pozuntuların aradan qaldırılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalı, barəsində icraat aparılan şəxsin qanunla nəzərdə tutulan pozulmuş hüququ təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məsəlləsinin 299, 300.1, 300.1.5, 303.3, 303.3.1 və 306.2-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: 1.Təqsirləndirilən şəxs vəsatəti təmin edilsin. 2.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.2, 309.2, 311.3.2, 311.3.4, 313 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. 3.Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. 4.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.4-cü maddəsinə əsasən qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. 5.Qərarın surəti zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə, təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin. 6.Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(099)-379/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-379/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver