Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-38/2023 28.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1978-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonunun Qaratəpə kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-113,253 qram narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, təsiredici maddəsinin ümumi miqdarı-0,46 qram təşkil edən 11 ədəd narkotik vasitə olan metadon həbləri əldə edib, üzərində daşıyaraq yaşadığı Sabirabad rayonunun Qaratəpə kəndində yerləşən evinə gətirib saxlamışdır. Daxil olmuş məlumat əsasında 14 may 2022-ci il tarixdə, saat 14 radələrində Sabirabad Rayon Polis Şöbəsinin və X3 Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonunun Qaratəpə kəndində yerləşən fərdi yaşayış evinə baxış zamanı evin yataq otağında olan masanın üzərində 02 ədəd sellafon bükümlərdə ayrıayrılıqda 99,154 qram və 14,099 qram olmaqla cəmi külli miqdarda-113,253 qram heroin və təsiredici maddəsinin ümumi miqdarı-0,46 qram təşkil edən 11 (on bir) ədəd metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Sabirabad rayonunun Qaratəpə kəndində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi qaydada təsərrüfat işləri ilə məşğul olmuşdur. Təxminən 5-6 ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Bir qayda olaraq hər gün, təxminən 1 qram heroindən istifadə etmişdir. Tutulmamışdan 10-15 gün əvvəl (2022-ci ilin may ayının əvvələri) yaşadığı evin yaxınlığında yerdən bir ədəd sellofan torbanın içərisində açıq halda heroin və metadon həbləri tapmış, həmçinin torbanın içərisində bir ədəd elektron tərəzi də olmuşdur. Həmin vaxtdan sonra o, tapdığı heroin və metadonu evində saxlamaqla istifadə etməyə başlamış, həmçinin gündəlik qəbul etdiyi heroinin dozasını müəyyən etmək üçün bir ədəd elektron tərəzidən özü istifadə etmiş, digər tərəzi isə evində ailəsinin istifadə etdiyi tərəzi olmuşdur. Tapdığı heroinin və metadonun bir hissəsini istifadə etmiş, qalan hissələri isə yaşadığı evdə yataq otağında olan stolun üzərinə qoymuqla saxlamışdır. Həmin otaq mütəmadi olaraq istifadə edilmədiyindən narkotik maddələri açıq halda stolun üzərinə qoymuş, istifadə edərkən özü otağa daxil olub narkotiklərdən götürüb istifadə etmişdir. 14 may 2022-ci il tarixdə, günorta saatlarında bir qrup polis əməkdaşları evinə gəlib ona narkotik maddələr əldə edib saxlamaqla şübhəli olduğunu və yaşadığı evə baxış keçiriləcəyini bildirmiş, o da etiraz etməmişdir. Bundan sonra özünün, kənd icra nümayəndəsi və başqa şəxlərin iştirakı ilə polis əməkdaşları evinə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları tərəfindən yaşadığı evin yataq otağındakı stolun üzərində 02 ədəd sellafon bükümdə heroin, metadon həbləri, iki ədəd tərəzi, həmçinin sellofan bükümdə özünün nə olmasını bilmədiyi ağ rəngli maddə də aşkar edilib götürülmüş, sonra sənədləşmə aparılmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, evində aşkar olunmuş heroin və metadonu satış məqsədilə saxlamasına görə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin yaşadığı evdə həmin narkotik maddələri şəxsi istifadəsi üçün saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır. 14 may 2022-ci il tarixdə ona, Sabirabad rayonunun Qrartəpə kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, satması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşqdur. Daxil olmuş məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 14 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana (Sabirabad rayonunun Qrartəpə kəndinə), fərdi yaşayış evinə getmişdir. Orada müstəntiq X9 Alışova qanunsuz olaraq narkotiklər əldə edib yaşadığı evdə saxlaması barədə məlumat daxil olduğunu, bu səbəbdən yaşadığı ünvana baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs da baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Qaratəpə kənd icra nümayəndəsi və hal şahidlərinin, həm də Təqsirləndirilən şəxs iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı evinin otaqların birində olan stolun üstündə iki ədəd bükümdə heroinə oxşar kütlələr, bir ədəd torbada ağ rəngli naməlum maddə, iki ədəd listdə metadon həblər və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrin və tərəzilərin özünə məxsus olmasını, narkotik maddələri özünün istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəzilər müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra baxışla bağlı protokol tərtib olunmuşdur. Yaşadığı evə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı narazılığı və ya şikayəti olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid5 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Sabirabad ŞPŞ-nin əməkdaşının 14 may 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Sabirabad rayonunun Qaratəpə kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması və günün müxtəlif vaxtlarda satması barədə əməliyyat məlumatı daxıl olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 14 may 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Mirzahid Abasov tərəfindən hal şahidləri və Təqsirləndirilən şəxs iştirakı ilə Sabirabad rayonunun Qaratəpə kəndində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evinin yataq otağındakı masanın üzərində 02 ədəd sellafon bükümdə heroinə oxşar kütlələr, 11 ədəd metadon həbləri, 02 ədəd elektron tərəzi və 01 ədəd bükümdə naməlum kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr və elektron tərəzilər qablaşdırılıb götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 14 may 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ...” sözləri və imzalar olan 02 ədəd sellafon bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 99,154 qram və 14,099 qram, ümumi təmiz çəkiləri- 113,253 qram olan maddələr tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 113,153 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 qəpik təşkil edir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Methdone-40” göstəricisi olan bir ədəd konvalyutda və bir ədəd konvalyut kəsiyində, ümumilikdə 11 ədəd həb və 1 ədəd ½ hissə qəhvəyi rəngli həblərdə üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,46 qram (1 ədəd həbdə 0,04 qram) metadondur. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq metadon həbləri 10 ədəddir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 iyul 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 113,153 qram heroin, qalıq 10 ədəd metadon həbləri və 2 (iki) ədəd elektron tərəzi, eləcə də 14,242 qram narkotik vasitə və psixotrop maddələrə aid olmayan maddə iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə şahidlər Şahid1, Şahid5 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (evində aşkar olunmuş heroinin və metadon həblərini özünün şəxsi istifadsi üçün əldə edib saxlamasına, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni evində aşkar olunmuş heroinin və metadon həblərini özünün şəxsi istifadsi üçün əldə edib saxlamasına, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid5 və Şahid2 ifadələri, maddi sübutlar (o cümlədən maddi sübut olan elektron tərəzilərin aşkar edilməsi), ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” və “Metadon” olan maddələr narkotik vasitələrdir. Heroinin 0,15 qramdan, metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin 2 qramı və metadonun 1,6 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 113,253 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə təsiredici maddəsinin ümumi miqdarı-0,46 qram təşkil edən narkotik vasitə olan metadon şəxsi istehlak miqdarından artıq miqdardadır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddələrin müxtəlif növlərdən ibarət olmaqla heroinin külli miqdarda olmasını, bir qayda olaraq narkotik vasitələrin satılmasında istifadə olunan elektron tərəzilərin aşkar edilməsini, təqsirkarın rəsmi olaraq hər hansı bir yerdə işləməməsi və qazanc yerinin olmamasını onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirilməyə əsas verən hallar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin və metadon əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 may 2022-ci il tarixdən hesablanmış, habelə həmin məhkəmənin 22 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçlmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan, Sabirabad RPŞ-nin 27 dekabr 2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, Sabirabad RPŞ-nin və BNMİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış nəticəsində 25 dekabr 2022-ci il tarixdə, Bakı şəhərində Təqsirləndirilən şəxs tutulub aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin 20 iyul 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdarılması cəzasına məhkum olunmuş və 19 aprel 2011-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 20 iyul 2010cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, sənədlərlə və Sabirabad rayonun Qaratəpə kənd İƏD üzrə icra nümayəndəsi tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun Qaratəpə kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AZE 17056020 və AZE 11682430 №-li şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, X6 16 mart 2001-ci ildə və X7 21 yanvar 2006-cı ildə anadan olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin qəsdən törədilməsi və törədilən əməlin ağır cinayət hesab edilməsi, qanunsuz olaraq satış məqsədilə narkotik vasitələr, o cümlədən külli miqdarda əldə etməklə satılması və ya başqa qaydada yayılmasının dövlətə və cəmiyyətə zərərin yetirilməsinə, o cümlədən insanların sağlamlığına zərər vurulmaqla narkomanlıq xəstəliyinə düçar olmasına, eləcə də gənc nəslin tərbiyəsinə mənfi təsir göstərməsinə səbəb ola bilcəyi və s. halları), cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə CM-nin 69.3-cü maddəsinə əsasən, onun 14 may 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 16 iyun 2022-ci il tarixdən 25 dekabr 2022-ci il tarixədək ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 14 may 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 113,153 qram heroin, 10 ədəd metadon həbləri, iki ədəd elektron tərəzi və 14,242 qram narkotik vasitə və psixotrop maddələrə aid olmayan maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-134 (bir yüz otuz dörd) manat 10 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 16 iyun 2022-ci il tarixdən 25 dekabr 2022-ci il tarixədək ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 14 may 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 113,153 qram narkotik vasitə olan heroin, 10 (on) ədəd narkotik vasitə olan metadon həbləri, 2 (iki) ədəd elektron tərəzi və 14,242 qram narkotik vasitə və psixotrop maddələrə aid olmayan maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-134 (bir yüz otuz dörd) manat 10 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-38/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-38/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver