Məhkəmə qərarları › İş №1(099)-38/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-38/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-38/2025 05.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4 və müdafiəçi-Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 318.1-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, İzlivnoy küçəsi, ev 47-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim etmiş “Əmirmehdi” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddənin, xüsusilə külli miqdarda və külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan psixotrop maddəni və narkotik vasitələri əldə edib, saxlayıb daşıyaraq alacağı 3000 manat müqabilində cinayətkar qrupun digər üzvlərinə çatdırılmasına qabaqcadan vəd vermiş, bundan sonra əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş iki ədəd torbada ayrı-ayrı qablaşdırılmış xüsusilə külli miqdarda-14885,0 qram narkotik vasitə olan heroinin, xüsusilə külli miqdarda-1985,0 qram psixotrop maddə olan metamfetaminin, külli miqdarda-15495,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın və ümumi təsir maddəsinin miqdarı 40,0 qram təşkil edən külli miqdarda-1000 ədəd narkotik vasitə olan metadon həblərin Astara rayonun Ərçivan qəsəbəsi ərazisində, “Ələt-Astara” magistral yolunun 193-cü kilometrini göstərən yol nişanının yaxınlığında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 04 fevral 2024-cü il tarixdə, saat 22 radələrində cinayət barədə əvvəlcədən xəbərsiz olan taksi sürücüsü Şahid2 idarə etdiyi “Chevrolet Nexia” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedib qeyd olunan yerdən iki ədəd torbada ayrı-ayrı qablaşdırılmış xüsusilə külli miqdarda-14885,0 qram heroini, xüsusilə külli miqdarda-1985,0 qram metamfetamini, külli miqdarda-15495,0 qram qurudulmuş marixuananı və ümumi təsir maddəsinin miqdarı 40,0 qram təşkil edən külli miqdarda-1000 ədəd metadon həbləri götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb həmin maddələri cinayətkar qrupun digər üzvlərinə çatdırılması məqsədi ilə içərisində psixotrop və narkotik maddələr qablaşdırılmış iki ədəd torbaları sərnişin qismində əyləşdiyi “Chevrolet Nexia” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən 04 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Ələt-Astara” magistral yolunun Astara rayonun Ərçivan qəsəbəsindən keçən hissəsində Təqsirləndirilən şəxs sərnişin olduğu “Chevrolet Nexia” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb həmin avtomobilə baxış zamanı avtomobilin yük yerindən iki ədəd torbalarda olan, beş ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda 3705,0 qram, 2640,0 qram, 2820,0 qram, 2490,0 qram və 3230,0 qram olmaqla cəmi xüsusilə külli miqdarda-14885,0 qram (14 kq 885,0 qram) narkotik vasitə olan heroin, bir ədəd sellofan bağlamada xüsusilə külli miqdarda-1985,0 qram (1 kq 985,0 qram) psixotrop maddə olan metamfetamin, beş ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda 3323,0 qram, 3008,0 qram, 3003,0 qram, 3153,0 qram və 3008,0 qram olmaqla cəmi külli miqdarda-15495,0 qram (15 kq 495,0 qram) narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təsir miqdarı 40,0 qram təşkil edən külli miqdarda-1000 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, İzlivnoy küçəsi, ev 47-də qeydiyyatda olmaqla tutulana qədər orada yaşamışdır. Rəsmi qaydada heç bir yerdə işləməmiş, iş olanda fəhləliklə məşğul olmuşdur. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən heroindən istifadə etmişdir. 2024-cü ilin may ayında Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1 və 318.1-ci maddələri ilə məhkum olunmuşdur. İstifadəsində 051/392-74-66 saylı mobil telefon nömrəsi olmuşdur. 2024-cü ilin fevral ayının əvvəlində instaqram sosial şəbəkəsində özünü İran vətəndaşı və adını “Əmirmehti” kimi təqdim edən şəxslə tanış olmuş, sonra həmin iranlı sosial şəbəkədə ona məktub yazmış, daha sonra həmin iranlı İran telefon nömrəsindən ona vatsapla zəng edib “konum” (məkan göstəricisi) göndərərək təklif etmişdir ki, Astara rayonunun ərazisindən içərisində 1 kq “nəşə” (marixuana) olan bağlama vardır və o, (Aqil Şirəliev) gedib həmin bağlamanı götürüb Bakı şəhərinə aparıb dediyi yerə qoysa, ona (Aqil Şirəlievə) 3000 manat pul verəcəkdir. Sonra iranlı ona narkotik maddənin qoyulduğu yerin şəklini də göndərmiş, həmin şəkildə narkotik maddənin balaca sellofan torbada olduğunu görmüşdür. 04 fevral 2024-cü il tarixdə o, uzaq qohumu və taksi sürücü Araza onu Lənkərana aparıb-gətirməsini demiş, Lənkərana getməyinin səbəbini Araz bilməmiş, ona bu barədə heç nə deməmişdir. Bundan sonra Arazın idarə etdiyi avtomobillə əvvəlcə Lənkərana şəhərinə gəlmiş, sonra Astara rayonun ərazisinə getmiş, orada telefonuna gəlmiş konumda göstərilən yerə (Ələt- Astara avtomobil yolunun 193-cü km göstərən yol nişanının yanına) gedib, yolun kənarında maşından düşüb su kanalın yanına getmiş və orada heç bir bağlama görməmiş, elə həmin vaxt kolluqdan polis əməkdaşları çıxmış, o da polisləri görüb qaçmış, lakin polislər onu tutmuş, Araz isə maşını sürüb oradan uzaqlaşmışdır. Sonra polis əməkdaşları onu Astara RPŞ-nə aparmışlar. Polis şöbəsində polis əməkdaşları onun qarşısına bir kisə qoyub həmin kisənin içərisində olan narkotik maddələr ona məxsus olmasını demişlər. Polis şöbəsində olarkən Arazın da şöbədə olduğunu görmüşdür. Sonradan bilmişdir ki, polislər yolda Arazın maşının qarşısını kəsib onu tutub maşını ilə birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkilişlə üzərində axtarış olmuş və üzərindən heç bir narkotik maddə aşkar olunmamışdır. Sonra polis əməkdaşları onun və Arazın iştirakı ilə, həm də videoçəkilişlə Arazın avtomobilinə baxış keçirmişlər. Baxış zamanı Arazın avtomobilinin yük yerində iki ədəd torba və həmin torbaların içərisində olan bağlamalarda narkotik maddələr aşkar olunmuşdur. Polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər edilərək aşkar olunan bağlamalarda olan narkotik maddələrin ona məxsus olmasını deməyə məcbur etmişlər. Həmçinin polis əməkdaşları ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini bildirmişlər. Bundan sonra o, ifadə verərək Arazın avtomobilinin yük yerinə içrərisində narkotik maddələr olan bağlamaları (torbaları) yüklədiyini və avtomobilinin yük yerində aşkar olunmuş iki ədəd bağlamalarda (torbalarda) olan narkotik maddələrin ona məxsus olmasını bildirmişdir. Əslində isə o, konumda göstərilən yerə getsə də, oradan heç bir bağlama götürməmiş və Arazın avtomobilinin yük yerinə bağlamaları (torbaları) o, qoymamışdır. Həmçinin ona deyilən qədər, ittiham aktında göstərilən miqdarda, sənədlərdə göstərilən qədər və çəkidə narkotik vasitə olmamışdır. Onun telefonuna şəkil göndərilmiş və həmin şəkildə narkotikin balaca sellofan bağlamada olmasını görmüşdür. Polis şöbəsində olarkən ona qarşı təzyiqlər olmuş və ifadə verərkən özündə olmamışdır. Bakı İstintaq Təcridxanasında tibbi müayinə zamanı özündə olmadığına görə xəsarət alması barədə heç nə deməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 2-3 ildir ki, narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, heroindən istifadə etmədiyi günlərdə bədənində güclü ağrıları olur. Maddi vəziyyəti pis olmaqla müxtəlif banklara kreditləri vardır və bu səbəbdən həmin kreditlərini bir dəfəyə ödəmək, həm də əlavə gəlir əldə etmək qərarına gəlmişdir. 01 fevral 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində özünü İran İslam Respublikasının (bundan sonra İran) vətəndaşı kimi təqdim edən “Əmirmehdi” adlı şəxslə tanış olmuş və həmin şəxs ona gəlir əldə etməsi üçün iş təklif edərək bu işin içərisində narkotik vasitələr olan bağlamanın bir yerdən götürülüb digər yerə qoyulmasından ibarət olmasını demiş, o da razılaşmışdır. Həmin iranlı İran telefon nömrəsi ilə vatsapla onunla əlaqə saxlayıb bir neçə günə narkotik vasitələr olan bağlamanın olduğu yeri ona deyəcəyini, həmin bağlamanı götürüb Bakı şəhərində müəyyən yerdə qoyduqdan sonra ona bank kartı vasitəsilə 3000 manat ödəniş edəcəyini demişdır. 04 fevral 2024-cü il tarixdə, saat 14 radələrində “Əmirmehdi” onunla vatsapla əlaqə saxlayıb dediyi bağlamanın Lənkəran şəhərində qoyulacağını demiş, dərhal uzaq qohumu, taksi fəaliyyəti ilə məşğul olan Şahid2la telefonla əlaqə saxlayıb ona Lənkəran şəhərinə gedib-qayıtmaq lazım olduğunu bildirib onu Lənkəran şəhərinə aparmasını demiş, Araz da razılaşmışdır. Sonra o, Arazın idarə etdiyi “Chevrolet Nexia” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 14 radələrində Bakı şəhərindən Lənkəran şəhərinə yola düşmüş, axşam saat 20 radələrində Lənkəran şəhərində “Ləvəngi” dairəsi adlanan yerə çatıb orada dayanıb “Əmirmehdi”nin həmin bağlamanın hara qoyulması barədə məlumat verməsini gözləmişdir. Lənkərana gələrkən yolboya və şəhərə çatdıqdan sonra “Əmirmehdi” ilə vatsapla yazışma və səsli mesajla əlaqə saxlamış, həmin vaxt Arazın şübhələnməməsi üçün “narkotik vasitə” kimi sözlərdən istifadə etməmişdir. Lənkəran şəhərində təxminən bir saat gözlədikdən sonra “Əmirmehdi” ona mesaj yazıb narkotik vasitələr olan bağlamanın “Ələt-Astara” avtomagistral yolunun Astara rayonu istiqamətində 193-cü kilometrliyində, yəni Astara rayonu ərazisində üzərində “193” rəqəmi yazılmış yol nişanının yaxınlığında, yolun kənarında otluğun içərisinə qoyulduğunu demiş, sonra həmin yerin və bağlamanın fotoşəklini, həm də xəritə də kordinatlar ataraq bağlamanın olduğu yeri daha dəqiq bildirmişdir. Sonra o, Arazın idarə etdiyi avtomobillə Astara rayonu istiqamətində getmiş, təxminən 30 dəqiqədən sonra “Əmirmehdi”nin dediyi yerə çatıb, Araza gözləməsini deyib avtomobildən düşüb yolun kənarına otluq əraziyə getmiş və orada otların arasına qoyulmuş bağlamaları (torbaları) görmüş, daha sonra həmin bağlamaları (torbaları) götürüb avtomobilin yük yerinə yerləşdirmiş, Araza həmin bağlamaların (torbaların) içərisində nə olması barədə heç nə deməmiş, Araz da bu barədə heç nə soruşmamışdır. Sonra Bakı şəhərinə geri qayıtmaları üçün o, Arazın idarə etdiyi avtomobillə yolda olarkən qarşıda mülki avtomobilin yolu kəsdiyini və içərisindən bir neçə mülki geyimli şəxslərin düşüb yaxınlaşdığını görmüş, bu vaxt Araz avtomobili dayandırmış, bu zaman o, həmin şəxslərin polis əməkdaşları olduğundan şübhələnib avtomobildən düşüb qaçmaq istəmiş, lakin hava qaranlıq olduğundan sürüşüb yıxılmış, yıxılarkən xəsarətlər almışdır. Sonra polis əməkdaşları onu tutub saxlamış və ona X1 dövriyyəsində şübhəli olduğu bildirilib onu və Arazı avtomobilləri ilə Astara RPŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, “İnstagram” sosial şəbəkəsində tanış olduğu, adını xatırlamadığı İran vətəndaşının narkotik vasitələr olan bağlamaları (torbaları) Astara rayonun ərazisində yerləşdirməsi barədə ona məlumat verdikdən sonra həmin yerə gedib bağlamaları götürüb gəldiyi avtomobilin yük yerinə qoyduğunu və bu bağlamaları (torbaları) Bakı şəhərində hər hansı bir nöqtəyə qoyduqdan sonra iranlının ona 3000 manat pul verəcəyini, Arazın həmin bağlamaların içərisində narkotik vasitələr olmasından məlumatının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun və Arazın iştirakı ilə Arazın idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən iki ədəd torbanın içərisindən psixotrop və narkotik maddələr aşkar olunub götürülmüşdür. Şifahi sorğu zamanı o, iki ədəd torbada aşkar olunmuş psixotrop və narkotik maddələri 04 fevral 2024-cü il tarixdə, saat 22 radələrində vatsapla əlaqə saxladığı İran vətəndaşı “Əmirmehdi” adlı şəxsi dediyi yerdən-Ələt-Astara avtomagistral yolunun Astara rayonu istiqamətində üzərində “193” rəqəmi yazılmış yol nişanın yaxınlığından götürdüyünü, həmin narkotik kütlələri Bakı şəhərində hər hansı yerdə qoyduqdan sonra “Əmirmehdi” adlı şəxsin bank kartı vasitəsilə ona 3000 manat pul verməli olduğunu demişdir. O, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, öz istifadəsi üçün narkotik vasitəni müxtəlif İran vətəndaşlarının Azəraycan Respublikasının ərazisində ona deyilən ünvanlardan götürüb əldə etmiş, həmin kütlələrdən kiməsə verməmiş və satmamışdır. Polis əməkdaşları tərəfindən tutulduğu vaxt ona qarşı hər hansı zor tətbiq olunmamış, üzündə olan cızıq və göyümtül izlər 04 fevral 2024-cü il tarixdə, saat 22 radələrində polis əməkdaşları onu saxlamaq istəyərkən qaçarkən yerə yıxıldığı zaman yaranmış, sonra polis əməkdaşları onu tutmuş, həmin vaxt onu döyməmişlər. İstifadəsində 051/392-74-66 saylı mobil telefon nömrəsi olmuşdur. O, İran vətəndaşı ilə əlaqə saxlayıb Astara rayonu ərazisində yerləşdirilmiş narkotik vasitələr bağlamaları götürüb Bakı şəhərinə aparıb əvəzində ona 3000 manat pul əldə edəcəyi barədə Araza heç nə deməmiş, Astara rayonu ərazisində bağlamaları (torbaları) götürüb Arazın idarə etdiyi avtomobilin yük yerinə yerləşdirdiyi zaman hava qaranlıq olduğundan Araz həmin bağlamaları (torbaları) görməmiş və bu haqda ondan heç nə soruşmamışdır. Araz sadəcə onu Astara rayonuna taksi sürücüsü kimi aparmış, Arazın həmin bağlamaların (torbaların) içərisində narkotik vasitələr olması barədə heç bir məlumatı olmamışdır. O, Araza avtomobillə onu Lənkəran şəhərinə aparmasını xahiş etdiyi zaman orada bir yerə baxıb qayıtmalı olduğunu bildirmiş, Lənkəran şəhərinə çatdıqdan sonra dostundan bağlama götürəcəyini Araza demiş, lakin həmin bağlamanın içərisində narkotik vasitə olmasını Araz bilməmişdir. İran vətəndaşı olan “Əmirmehdi” adlı şəxsi üzdən görməmiş, şəxsən tanımamış, həmin şəxslə vatsapla danışmış, həmin şəxs ona İranda yaşadığını demişdir. “Əmirmehdi” adlı şəxsin dediyinə görə o, (“Əmirmehdi”) içərisində psixotrop və narkotik maddələr olan bağlamaları (torbaları) İrandan Azərbaycan Respublikası ərazisinə keçirib Astara rayonun ərazisində gizlətmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, iranlı “Əmirmehdi” adlı şəxslə vatsapda danışıb taksi sürücüsü Arazın idarə etdiyi avtomobillə “Əmirmehdi”nin dediyi yerdən, yəni Astara rayonun ərazisində, avtomobil yolunda üzərində “193” rəqəmi yazılmış yol nişanın yaxınlığına qoyulmuş içərisində narkotik maddə olan bağlamanı götürmək üçün getmiş və həmin yerə çatıb avtomobildən düşüb yol nişanın yanına gedib orada olan bağlamanı görsə də, yaxınlaşıb həmin bağlamanı oradan götürməmiş, elə bu anda avtomobilin yanında olarkən polis əməkdaşları tərəfindən tutulmuş, sonra polis əməkdaşları həmin ərazidən bağlamaları (torbaları) götürüb gətirib Arazın maşının yük yerinə qoymuş, daha sonra onlar Astara RPŞ-nə aparılmışlar. Polis şöbəsində ona qarzı təzyiqlər olduğu üçün o, Arazın avtomobilinin yük yerində aşkar olunmuş bağlamaların (torbaların) özünə məxsus olmasını və həmin bağlamaları (torbaları) Astara rayonun ərazisində, avtomobil yolunda üzərində “193” rəqəmi yazılmış yol nişanının yaxınlığından götürdüyünü, həmin bağlamaları (içərisində psixotrop və narkotik maddələr olan torbaları) Bakı şəhərinə aparmalı olduğunu və buna görə iranlının ona 3000 manat pul verəcəyini bildirmişdir. Əslində isə o, iranlının dediyi yerə getsə də, bağlamaları (içərisində psixotrop və narkotik maddələr olan torbaları) oradan götürməmiş, bağlamaların (torbaların) içərisində nə olmasını bilməmişdir. İstifadəsində 051/392-74-66 saylı mobil telefon nömrəsi olmuş və “Əmirmehdi” adlı şəxs həmin nömrəyə İran telefon nömrəsi ilə zəng etmiş və onlar vatsapla səsli danışmaqla və mesajlaşma ilə əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, o, Astara RPŞnin əməkdaşıdır. 04 fevral 2024-cü il tarixdə ona, Bakı şəhər sakini Təqsirləndirilən şəxs Astara rayonun ərazisində X1 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 04 fevral 2024-cü il tarixdə, gecə 22 radələrində əməliyyat-axtarış tədbiri keçirilməyə başlamış və Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Chevrolet Nexia” markalı (“Chevrolet Nexia” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin Ələt-Astara avtomagistral yolunun Astara rayonun Ərçivan qəsəbəsində hərəkətdə olması müəyyən edilmiş, eyni zamanda əməliyyat qrupu həmin ərazidə gözləmə mövqeyində dayanıb ətrafı nəzarətdə saxlamışdır. Bir az sonra həmin avtomobilin Astara şəhəri istiqamətində hərəkət etdiyini görmüş və dərhal mülki avtomobillə avtomagistral yolda hərəkətə süni maneə yaradıb avtomobilin dayanmasına nail olmuş, bundan sonra əməliyyat qrupu avtomobilə yaxınlaşarkən Aqil avtomobildən düşüb qaçarkən sürüşərək yerə yıxılmış və əməliyyat qrupu Aqili tutmuş, sürücü isə avtomobildə qalmışdır. Sonra avtomobilin sürücüsü-özünü Şahid2 və saxlanmış şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslərə üzərilərində və avtomobildə narkotik vasitələr daşımalarında şübhəli olmaları izah edilib onlar avtomobillə birlikdə Astara RPŞ-nə gətirilmişlər. Polis şöbəsində müstəntiq Samir Rəsullu tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı üzərində qadağan olunmuş əşyalar və narkotik vasitələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddələri ona sosial şəbəkədə tanış olduğu İran vətəndaşının göndərdiyini və həmin narkotik maddələri Astara rayonun Ərçivan qəsəbəsinin ərazisində avtomagistral yolun kənarından götürüb taksi sürücüsü Şahid2 idarə etdiyi avtomobilin yük yerinə qoyduğunu bildirmişdir. Bundan sonra müstəntiq Samir Rəsullu tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs və sürücü Araz adlı şəxsin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən iki ədəd torbanın içərisindən psixotrop və narkotik maddələr aşkar olunub götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs torbalarda aşkar olunmuş narkotik və psixotrop maddələri 04 fevral 2024-cü il tarixdə, saat 22 radələrində vatsapla əlaqə saxladığı İran vətəndaşı “Əmirmehdi” adlı şəxsin dediyi yerdən-Ələt-Astara avtomagistral yolunun Astara rayonu istiqamətində üzərində “193” rəqəmi yazılmış yol nişanın yaxınlığından götürdüyünü, həmin narkotik maddələri Bakı şəhərində hər hansı yerdə qoyduqdan sonra “Əmirmehdi” adlı şəxsin bank kartı vasitəsilə ona (Təqsirləndirilən şəxs) 3000 manat pul verməli olduğunu demişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Əməliyyat qrupu tərfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid4 və Şahid1 Şahid5 ifadəsinə uyğun ifadələr vermişlər. Eyni zamanda məhkəmə Şahid2 məhkəmə baxışına gəlməsini istisna edən səbəblər olmasını (Rusiya Federasiyasında olmasını) nəzərə alaraq CPM-nin 329.1-ci maddəsinə əsasən Şahid2 ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq etmişdir. Belə ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, idarə etdiyi “Chevrolet Nexia” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 04 fevral 2024-cü il tarixdə, saat 13-14 radələrində uzaq qohumu Təqsirləndirilən şəxs ona zəng edib onu Bakı şəhərindən Lənkəran şəhərinə aparmağı xahiş etmiş, o da razılaşıb saat 14-15 radələrində idarə etdiyi avtomobilə Aqili götürüb Lənkəran şəhərinə getmək üçün yola düşmüşlər. Yolda olduqları vaxt Aqil telefonla kiminləsə danışıb bağlamanın harada olması və necə götürəcəyini soruşub məlumat almış və onlar saat 20 radələrində Lənkəran şəhərinə çatmışlar. Aqil kimdənsə bağlama götürəcəyini deyib orada bir saat gözləmişlər, sonra Aqil bağlamanı Astara rayonu ərazisindən götürəcəyini bildirib avtomobili Astara rayonu istiqamətində sürməsini demiş, o da avtomobili Astara istiqamətində sürmüşdür. Onlar avtomagistral yolla Astara istiqamətində hərəkətdə olarkən Aqil avtomobili dayandırmağı demiş, o da avtomobili Aqilin dediyi yerdə-yolun sağ tərəfində üzərində “193” rəqəmi yazılmış yol nişanının yanında saxlamışdır. Aqil avtomobildən düşüb yolun kənarına getmiş, sonra geri qayıdıb avtomobilin yük yerinə əşyalar qoyub yük yerini bağlayıb avtomobilə əyləşib geri, Bakı şəhərinə qayıtmağı demiş, o da avtomagistral yolun növbəti çıxışından geri dönmək üçün avtomobili Astara rayonu istiqamətində hərəkəti davam etdirmiş, təxminən 2 dəqiqə yol qət etdikdən sonra avtomobil yolunun qarşısının digər mülki avtomobillə kəsildiyini görmüş və nə baş verdiyini anlamaq üçün avtomobili dayandırmışdır. Həmin vaxt bir neçə mülki şəxsin avtomobilə yaxınlaşmasını görmüş, elə bu vaxt Aqil avtomobildən düşüb qaçmağa başlamış, hələ də nə baş verdiyini anlamadığı üçün dayanıb mülki şəxslərin yaxınlaşmasını gözləmiş, mülki şəxslər Aqilin arxası ilə qaçarkən Aqil yerə yıxılmış və bu şəxslər Aqili yaxalamış, daha sonra həmin şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, X1 dövriyyəsində şübhəli olduqları bildirilib onu və Aqili avtomobilləri ilə Astara RPŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, taksi fəaliyyəti ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs Astara rayonun ərazisinə gətirdiyini, idarə etdiyi avtomobilin yük yerində olan bağlamaların (torbaların) içərisində nə olduğunu bilmədiyini, heç vaxt narkotik vasitə isitifadə etmədiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Aqil bağlamaların (torbaların) içərisində nə olduğunu ona deməmişdir. Daha sonra müstəntiq tərəfindən idarə etdiyi “Chevrolet Nexia” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin yük yerindən iki ədəd torbanın içərisindən adlarını xatırlamadığı narkotik vasitə kütlələri aşkar olunub götürülmüşdür. İşdə olan, Şahid2 məhkəməyə mobil telefonla göndərdiyi sənədələrin surətləri, habelə yazılı mesajla müəyyən edilir ki, Şahid2 məhkəməyə çağırıldığı dövrdə Rusiya Federasiyasında olduğundan Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə keçirilən məhkəmə iclasına gələ bilmir, eyni zamanda o, həmin cinayət işi üzrə ibtidai istintaq zamanı şahid kimi verdiyi ifadəsini tam təsdiq etdiyini bildirir. İşdə olan, Astara RPŞ-nin əməkdaşının 04 fevral 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs Astara rayonunun ərazisində qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 04 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ələt-Astara avtomagistral yolunun Astara rayonun Ərçivan qəsəbəsindən keçən hissəsində yolda hərəkətə süni maneə yaradılaraq “Chevrolet Nexia” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandırılıb avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs və həmin avtomobilin sürücüsü Şahid2 saxlanılıb avtomobillə birlikdə Astara RPŞ-nə gətirilmişlər. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 04 fevral 2024-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X1 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Astara Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 04 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 04 fevral 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə (saat 23:35-dən saat 23:50-dək) Astara RPŞ-nin İB-nin müstəntiqi Samir Rəsullu tərəfindən müdafiəçi Umud Cəfərovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyalar və ya narkotik maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs adını xatırlamadığı İran vətəndaşının vatsapla göndərdiyi məkan (konum) vasitəsilə qohumu Şahid2 idarə etdiyi avtomobillə onunla birlikdə Astara rayonun Ərçivan qəsəbəsi ərazisinə gəlib “İpək yolu”nun kənarından içərisində narkotik maddələr olan torbaları götürüb avtomobilin yük yerinə qoyduğunu, həmin narkotik maddələri Bakı şəhərinə aparıb deyiləcək şəxsə verməsi müqabilində ona 3000 manat pul verilməli olduğunu, habelə saxlanılarkən polis əməkdaşlarından qaçarkən yıxılaraq xəsarətlər aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A14” markalı telefon aparatı təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 05 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə (saat 00:05-dən saat 01:20-dək) Astara RPŞ-nin İB-nin müstəntiqi Samir Rəsullu tərəfindən müdafiəçi Umud Cəfərov, Təqsirləndirilən şəxs və Şahid2 iştirakı ilə, həm də videoçəkilişlə Şahid2 məxsus “Chevrolet Nexia” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən iki ədəd ağ rəngli torbaların içərisindən beş ədəd sellofan bağlamada narkotik vasitə olan heroinə, bir ədəd sellofan bağlamada psixotrop maddə olan metamfetaminə, beş ədəd sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya və 1000 ədəd metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə və narkotik vasitələri İran vətəndaşı olan adının “Əmirmehdi” kimi bildiyi şəxsdən aldığını, həmin maddələri Astara rayonun ərazisindən yol kənarından götürüb Bakı şəhərinə deyiləcək ünvana çatdıracağı təqdirdə ona 3000 manat pul verilməli olduğunu, taksi sürücü Şahid2 bundan məlumatının olmadığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra həmin kütlələr və həblər qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə kimyəvi və bioloji ekpertizasının 05 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş və üzərində “Bakı şəhər sakini Təqsirləndirilən şəxs təqdim etdiyi və Şahid2 idarə etdiyi **-YE-*** q. nişanlı avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələrə oxşar kütlələr...” sözlər və imzalar olan kisədəki, 5 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 3705,0 qram, 2640,0 qram, 2820,0 qram, 2490,0 qram, 3230,0 qram ümumi təmiz çəkisi- 14885,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Bir ədəd bükülüdə təmiz çəkisi-1985,0 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. İki ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-3323,0 qram, 3008,0 qram, ümumi təmiz çəkisi-6331,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Tədqiqata təqdim edilmiş üzərində “Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid2 idarə etdiyi **- YE-*** q. nişanlı avtomobilin yük yerindən aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan bükülülər...” sözlər və imzalar olan kisədəki, üç ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-3003,0 qram, 3153,0 qram, 3008,0 qram olmaqla ümumi təmiz çəkisi-9164,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Tədqiqata təqdim edilmiş üzərində “Bakı şəhər sakini Şahid2 idarə etdiyi **-YE-*** qeydiyyat nişanlı, “CHEVROLET” markalı avtomobilin yük yerindən aşkar olunmuş və Təqsirləndirilən şəxs təqdim etdiyi 100 ədəd listdə üzərində “Metadon 40” yazılmış həblər ...” sözlər və imzalar olan bağlamadakı, 100 ədəd konvalyutda ümumi sayı 1000 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı-40,0 qramdır (bir həbdə 0,04 qram). Tədqiqata təqdim edilmiş üzərində “Bakı şəhər sakini Təqsirləndirilən şəxs təqdim etdiyi və Şahid2 idarə etdiyi **- YE-*** q. nişanlı avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələrə oxşar kütlələr ...’’ və “Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid2 idarə etdiyi **-YE-*** q. nişanlı avtomobilin yük yerindən aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan bükülülər ...” sözlər və imzalar olan kisələrdəki, ümumilikdə 05 bükülü olmaqla, ümumi təmiz çəkisi-15495,0 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq heroin 14884,5 qram, qalıq metamfetamin 1984,9 qram, qalıq qurudulmuş marixuana 15494,5 qram və qalıq 968 ədəd metadon həbləri. Aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat təşkil edir. İşdə olan, “Telefona baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokolla müyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A14” markalı telefona baxış zamanı telefonun vatsapa aid bölməsində İran İslam Respublikasının telefon operatoruna aid “+**********24” telefon nömrəsi “amirmahdi” adı ilə qeyd olunmuş və həmin şəxslə 02 fevral 2024-cü il tarixdə, saat 20:40-dan 05 fevral 2024-cü il saat 00:57-dək olan müddətlərdə mətn mesajları, səsli mesajlar və fotoşəkillərin göndərilməsi ilə bağlı əlaqələrin olması müəyyən olunmuşdur. Habelə danışıqlar zamanı Təqsirləndirilən şəxs “amirmahdi” adlı şəxsdən narkotik vasitə istəmiş, “amirmahdi” adlı şəxs əvvəlcə Lənkəran şəhərində hər hansı bir ünvana narkotik vasitə bağlaması göndərəcəyini, daha sonra həmin bağlamaların Lənkəran şəhərində deyil, Ələt-Astara avtomagistral yolunun Astara rayonun Ərçivan qəsəbəsindən keçən hissəsində üzərində “193” rəqəmi yazılmış yol nişanının yanında yerləşdirildiyini bildirmiş, daha həmin ərazini dəqiq tanıması üçün Təqsirləndirilən şəxs fotoşəkillər, həm də xəritə ilə kordinatlar (GPS location) göndərərək bağlamaların yolun sağ tərəfində, yol nişanından 5-6 metr arxada və 4-5 metr içəridə olduğu bildirilmişdir. Qeyd olunan mətn mesajları, səsli mesajlar və fotoşəkillər bir ədəd DVD diskə yazılıb protokola əlavə olunmuşdur. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 08 fevral 2024-cü il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 07 may 2024-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 14884,5 qram heroin, qalıq 1984,9 qram metamfetamin, qalıq 15494,5 qram qurudulmuş marixuana və qalıq 968 ədəd metadon həbləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Astara RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A14” markalı telefon aparatı, eləcə də şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan bir ədəd DVD disk maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 07 may 2024-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid2 barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Habelə həmin qərarla müəyyən olunur ki, polis əməkdaşları tərəfindən 04 fevral 2024-cü il tarixdə əməliyyat-axtarış tədbiri keçirilən vaxt cinayət törətməklə şübhəli olan Təqsirləndirilən şəxs avtomobildən düşüb qaçarkən sürüşərək yıxılması nəticəsində xəsarətlər alması faktı təsdiq olunduğundan, eləcə də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə onun bədəni üzərində aşkar olunmuş xəsarətlərlə bağlı xüsusatlar üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işinin ayrı icraata tayrılması və icraata qəbul edilməsi haqqında” 11 may 2024-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop və narkotik maddələrin mənbəyi ilə bağlı və cinayətkar qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid5, Şahid3, Şahid2, Şahid4 və Şahid1 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (yəni iranlının dediyi yerə getsə də, oradan bağlamaları (içərisində narkotik maddələr olan torbaları) götürməməsi və həmin bağlamaların (torbaların) içərisində nə olmasını bilməməsi, tutulduğu yerdə polis əməkdaşları həmin ərazidən bağlamaları (torbaları) götürüb gətirib Arazın maşının yük yerinə qoyması, özünün bağlamaları (torbaları) götürüb avtomobilin yük yerinə qoymaması, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün Arazın avtomobilinin yük yerində aşkar olunmuş bağlamaların (torbaların) içərisində olan narkotik maddələrin ona məxsus olmasını bildirməyə məcbur edilməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid5, Şahid3, Şahid2, Şahid4 və Şahid1 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni iranlının dediyi yerə getsə də, oradan bağlamaları (içərisində narkotik maddələr olan torbaları) götürməməsi və həmin bağlamaların (torbaların) içərisində nə olmasını bilməməsi, tutulduğu yerdə polis əməkdaşları həmin ərazidən bağlamaları (torbaları) götürüb gətirib Arazın maşının yük yerinə qoyması, özünün bağlamaları (torbaları) götürüb avtomobilin yük yerinə qoymaması, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün Arazın avtomobilinin yük yerində aşkar olunmuş bağlamaların (torbaların) içərisində olan narkotik maddələrin ona məxsus olmasını bildirməyə məcbur edilməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid5, Şahid3, Şahid2, Şahid4 və Şahid1 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və avtomobilə baxışla bağlı aparılmış videoçəkilişlər (həmin vaxt o, avtomobilin yük yerində aşkar olunmuş iki ədəd torbalarda olan psixotrop və narkotik maddədələrin özünə məxsus olmasını, həmin maddələri tanış olduğu iranlının göndərdiyini və bu maddələri gizlədildiyi yerdən götürüb Arazın avtomobilinin yük yerinə yığdığını, habelə ittihamda göstərilən digər xüsusatları təsdiq etmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, ittihamda göstərilənləri təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı psixotrop və narkotik maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Astara Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, uzun müddətdir ki, narotik vasitələrdən istifadə edir. Sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə telefonla əlaqə saxlayıb Ələt-Astara yolunun 193-cü km-də, yəni Astara rayonun ərazisində üzərində “193” rəqəmi yazılmış yol nişanının yaxınlığına gedib yol kənarında otluğun içərisində gizlədilmiş narkotik vasitənin bir qismini götürüb geriyə Bakı şəhərinə qayıdarkən yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop və narkotik maddələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin”, “Metadon” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələr, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan, metadonun 0,02 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, heroinin 2 qramdan 800 qramadək, metamfetaminin 2 qramdan 400 qramadək, metadonun 1,6 qramdan 160 qramadək və qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək külli miqdir, heroinin 800 qramı, metamfetaminin 400 qramı, metadonun 160 qramı və qurudulmuş marixuananın 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Habelə bu Qərarın 12-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 14885,0 qram narkotik vasitə olan heroin və 1985,0 qram psixotrop maddə olan metamfetamin xüsusilə külli miqdar, 15495,0 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar, habelə 1000 ədəd narkotik vasitə olan metadon həblərin təsiredici maddəsinin ümumi miqdarı 40,0 qram olmaqla külli miqdar təşkil edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxsin niyyəti psixotrop və narkotik maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop və narkotik maddələri əldə etmiş, saxlamış və daşımış, habelə həmin maddələrin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin bu əməli düzgün olaraq CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil, bu cinayətin tək icraçısı kimi törədilməsində iştirakı təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 32-ci maddəsinə istinad olunmaqla CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu, eləcə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop və narkotik maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi əməlinin CM-nin 234.4-1-ci maddəsi ilə tövsif olunması nəzərə alınaraq, CM-nin 234.4.1-ci maddəsində göstərilən tövsifedici əlamətin (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) CM-nin 234.4-1-ci maddəsi ilə əhatə olunmaqla bu maddənin sanksiyasında daha ağır cəza nəzərdə tutulduğundan verilmiş ittihamdan CMnin 234.4.1-ci maddəsinin rəqəm ifadəsi olaraq çıxarılmalı olduğunu və Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2 və 234.4-1-ci maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CMnin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməli, habelə verilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəsi rəqəm ifadəsi olaraq çıxarılmalı və Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli hesab edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan “Əmirmehdi” adlı iranlının) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə psixotrop və narkotik maddələrin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan bir nəfər şəxs (“Əmirmehdi” adlı iranlı) tərəfindən psixotrop və narkotik maddələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddələri qoyulduğu yerdən götürmüş, yəni göstərilən halda psixotrop və narkotik maddələrin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop və narkotik maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin bu maddələri satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan şəxs tərəfindən həmin maddələrin qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddələr İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra onları əldə edib, saxlayıb daşıyaraq qrupun digər üzvlərinə çatdırılmasını alacağı 3000 manat müqabilində təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməli, habelə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop və narkotik maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi əməlinin CM-nin 234.4-1-ci maddəsi ilə tövsif olunması nəzərə alınaraq, CM-nin 234.4.1-ci maddəsində göstərilən tövsifedici əlamətin (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) CM-nin 234.4-1-ci maddəsi ilə əhatə olunmaqla bu maddənin sanksiyasında daha ağır cəza nəzərdə tutulduğundan verilmiş ittihamdan CMnin 234.4.1-ci maddəsi rəqəm ifadəsi olaraq çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop və narkotik maddələri əldə edib, saxlayıb daşımaqla CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, habelə əldə edəcəyi xüsusilə külli miqdarda psixotrop və narkotik maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçiriləcəyini əvvəlcədən bilməklə bu maddələr İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirildikdən sonra onları əldə edib, saxlayıb daşıyaraq qrupun digər üzvlərinə çatdırılmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etməklə CM-nin 32.5,206.2-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və onun təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Astara Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmlərinin surətləri ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 05 aprel 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 178.2.2, 178.2.4 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Qobustan Rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 322.2-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə və “ev dustaqlığı”nda saxlanması müddəti nəzərə alınmaqla cəzadan azad edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1 və 318.1-ci maddələri ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-1 və 83.3.3-cü maddələrinə əsasən (böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 11 sentyabr 2020-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 08 may 2024-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Eyni zamanda Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixli hökmdə göstərilən cinayət əməllərini hazırki iş üzrə olan cinayət əməlindən əvvəl, yəni 09 may 2023-cü il tarixində törətməsi və həmin əməllərinə görə 08 may 2024-cü il tarixli hökmlə məhkum olunması nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu olsa da, hazırki iş üzrə törədilmiş cinayət əməlinə (04 fevral 2024-cü il tarixdə cinayət törədərkən Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır) münasibətdə o, məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. İşdə olan, Bakı şəhəri, Binəqədi RİHB-nın 28 May qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, İzlivnoy küçəsi, ev 47-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Bakı şəhəri, Binəqədi RİHB-nın 28 May qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli arayışı və doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində uşuqları-13 avqust 2016-cı il təvəllüdlü X5 və 12 noyabr 2021-ci il təvəllüdlü X6 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 32.5,206.2 və 234.4-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 66.5 və 66.3-cü maddələrinin müddəalarına əsasən, Biləsuvar Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmanqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Astara RPŞ-nın maddi sübutlar otağında saxlanılan 14884,5 qram heroin, 1984,9 qram metamfetamin, 15494,5 qram qurudulmuş marixuana və 968 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A14” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə olunmuş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən, Biləsuvar Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Astara Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 14884,5 qram narkotik vasitə olan heroin, 1984,9 qram psixotrop olan maddə metamfetamin, 15494,5 qram narkotik vasitə olan qurudulmuş marixuana və 968 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A14” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə olunmuş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar