Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-381/2025 23.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nuriyev Aqil Abdul oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: 2MB54KR) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 sentyabr 2025-ci il tarixdə, saat 12:15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və qəsdən digər şəxsin sağlamlığına yüngül zərər vurmuşdur.
2. Belə ki, o, arvadı Zərərçəkmiş şəxs1 xəyanət etməsindən şübhələnərək qısqanclıq zəminində onu öldürmək qərarına gəlmiş, bu niyyətlə 27 fevral 2025-ci il tarixdə, saat 09 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı həmin evdən götürdüyü, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə övladları Hüseyn Əzimov və Zərərçəkmiş şəxs2 aşkar surətdə xüsusi əzab verərək iztirab çəkdirdiyini dərk edib, bunu arzulayaraq onların gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq göstərərək şiddətli ağrılar vermək məqsədilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən ardıcıl zərbələr vurub döş qəfəsinin sol ön hissəsinin sol döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası bir ədəd, sol tərəfli pnevmohemotoraks (plevra boşluğuna sərbəst havanın və qanın yığılması) ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ çiyin nahiyəsinin bir ədəd və sol qoltuqaltı nahiyənin bir ədəd kəsilmiş-deşilmiş yarası, boynun ön hissəsinin bir ədəd və boynun sağ yan hissəsinin bir ədəd kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 aldığı bıçaq zərbələrindən öləcəyini bildirib, onu buraxması üçün yalvarıb aman diləməsinə baxmıyaraq, o, öz cinayətkar niyyətini davam etdirib, xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi əzab və ağrılar verdiyini dərk edərək ona əlavə bıçaq zərbələri vurmaq istəyərkən qızı Zərərçəkmiş şəxs2 araya girərək törətdiyi cinayətin qarşısını almaq istəyən zaman o, həmin bıçaqla sonuncunun sağ əlinin İV barmağının dırnaq falanqasının kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirərək oradan uzaqlaşıb getmiş, Zərərçəkmiş şəxs1 oraya gəlmiş şəxslərin köməyi ilə xəstəxanaya çatdırılaraq göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək, arvadı Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qızı Zərərçəkmiş şəxs2 isə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur.
İşin halları və dəlilləri:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyərək qeyd etmişdir ki, o, həyat yoldaşını öldürmək istəməmiş, yalnız onu cəzalandırmaq istəmişdir. Qızı Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə xəsarət yetirmək fikri olmamışdır. Daha sonra təqsirləndirilən şəxs məhkəmə iclasında sərbəst ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun arvadıdır, 2005-ci ildə ailə həyatı qurublar və bu evlilikdən dörd övladları dünyaya gəlmişdir. Uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və orada ev ustası işləyir. Ailəsi Masallı rayonunda yaşamışdır. Anası da onlarla birlikdə yaşamış, 08 noyabr 2024-cü ildə vəfat etmişdir və bundan sonra dayıları ona Azərbaycanda qalmağı məsləhət görsələr də, o, Rusiyada pul qazanmağa öyrəşdiyi üçün ora getməli olmuşdur. O, həyat yoldaşına birlikdə Rusiya Federasiyasına getməyi təklif etsə də, həyat yoldaşı onunla getməkdən imtina etmiş və bu da onda şübhə yaratmışdır. Təqsirləndirilən şəxs ifadəsində hələ anasının sağlığında gecələr evin yuxarı mərtəbəsindən ayaq səsləri eşitdiyini ona dediyini qeyd etmişdir. Bu şübhələrlə əlaqədar olaraq evinə səs yazma funksiyası olan kamera quraşdırmış və bu barədə oğluna məlumat vermişdir. Həyat yoldaşının da evdə və həyətdə olan kameralardan məlumatı olmuşdur. Rusiyada olarkən evə kamera vasitəsilə mütəmadi nəzarət etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həyat yoldaşını əmisi oğlu ilə birlikdə kamerada görüb və görüntüləri yaddaşda saxlayıb. Lakin videonu əmisi oğluna göstərəndə o, videoda heç kimin görünmədiyini söyləmişdir. Təqsirləndirilən şəxs həmin videonu arvadının qohumlarına və qardaşına da göndərmişdir, lakin onlar da həmin videogörüntülərdə heç nə görünmədiyini ona bildirmişlər. O, həmçinin 24 dekabr 2024-cü ildə, yəni Azərbaycandan Rusiya Federasiyasına uçmalı olduğu gün arvadının evdə bel ola-ola, kameraya baxa-baxa qonşuluqdakı əmisi oğlunun həyətindən bel götürdüyünü görmüşdür. Bundan sonra arvadına həm "WhatsApp" proqramı vasitəsilə, həm də mobil nömrə vasitəsi ilə dəfələrlə zəng etsə də, o, zənglərinə cavab verməmişdir. Daha sonra oğlu ilə danışanda arvadı telefonu onun əlindən alaraq "oğraş övladlarım səninlə danışmaq istəmir" demişdir. 11 yanvar 2025-ci ildə Azərbaycana qayıtmışdır. Həyat yoldaşı ilə aralarında dəfələrlə mübahisə olub. Arvadı bir neçə dəfə evdən getsə də, o, ailə olduqları üçün dəfələrlə onu geri gətirmişdir. Hadisə 27 fevral 2025-ci ildə, səhər saatlarında baş vermişdir. Onların arasında mübahisə stolun üstünə qoyduğu ehtiraslandırıcı dərman üstündə başlamışdır. Arvadı bunun nə dərmanı olduğunu soruşanda o, başağrısı dərmanı olduğunu demiş, arvadı isə dərmanın ehtiraslandırıcı olduğunu bildirmiş və bunu Elnurun özünün ona dediyini söyləmişdir, lakin Elnur bu barədə heç nə demədiyini bildirmiş və mübahisələri böyümüşdür. Mübahisə zamanı o, evin ikinci mərtəbəsinə qalxaraq bıçağı götürüb belinə keçirmiş və aşağı düşmüşdür. Həyat yoldaşını evin birinci mərtəbəsində, koridorda vurmuşdur. Hadisə zamanı övladları Zeynəb və Hüseyn evdə olmuşdur. O, həyat yoldaşından Qurani-Kərimi gətirib ona xəyanət etmədiyinə and içməsini tələb etmişdir. Arvadı Quran kitabına əl basıb and içsə də, o, ayağını basıb and içməsini tələb etmişdir. Arvadı bundan imtina etdiyindən ona bıçaqla zərbələr vurmuşdur. Bıçaqla vurduqdan sonra o, ayağını basıb and içmişdir. Bıçaqla vurduqdan sonra onlar arasında söhbət 5-10 dəqiqə davam etmişdir. Daha sonra könüllü olaraq gedib polisə təslim olmuşdur.
4. Məhkəmədə ona ünvanlanan suallara cavab verən təqsirləndirilən şəxs bildirmişdir ki, arvadını öldürmək yox, qorxudub yaralamaq istəmişdir. O, belindəki bıçağı çıxarıb iki zərbə vurduğunu, onlardan birinin boğaz nahiyəsinə dəydiyini xatırladığını demişdir. Qızı Zeynəb onları ayırmaq istəyərkən bıçaq ehtiyatsızlıqdan qızına dəyib və o, bundan xəbərsiz olub. Qızının barmağını kəsdiyini rayon polis şöbəsində müstəntiq deyəndən sonra bilmişdir.
5. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
6. Belə ki, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs (cild İ, iş vərəqə 64-67,91- 94,173-178, cild İİ, iş vərəqə 119-124) qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilib törətdiyi cinayət əməlini səmimi etiraf edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun arvadıdır. Zərərçəkmiş şəxs1 ilə 2005-ci ilin avqust ayında evlənmiş və həmin evlilikdən Şahid6, Zərərçəkmiş şəxs2, Şahid9, Hüseyn Əzimov adlı 4 övladı olmuşdur. Arvadı və digər ailə üzvləri ilə birlikdə Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşamışlar. 2012-ci ildən etibarən mütəmadi olaraq işləmək üçün Rusiya Federasiyasına gedib-gəlmişdir. Rusiya Federasiyasında olduğu müddət ərzində ailə üzvləri, yəni arvadı Zərərçəkmiş şəxs1, övladları və xx.xx.2024-cü il tarixdə vəfat edənədək anası X6 öz evində yaşamışdır. O, Rusiya Federasiyasında olduğu vaxtlarda mərhum anası Şərqiyyə Rəhmanova evin ikinci mərtəbəsindən gecələr müxtəlif səslərin, ayaq səslərinin gəlməsini demiş, lakin həmin səslərin siçan və digər bu kimi heyvanlar səbəbindən yarana biləcəyini fikirləşdiyindən anasının dediklərinə əhəmiyyət verməmişdir. Eşitdiklərindən sonra artıq arvadı Natəvanın ona xəyanət etməsindən şübhələnməyə başlamış, lakin özü də buna inanmaq istəmədiyi üçün həmin məsələnin üzərinə getməmişdir. Daha sonra isə yenidən Rusiya Federasiyasına getmiş, xx.xx.2024-cü il tarixdə Masallı rayonuna qayıtmışdır. Həmin vaxtlarda yaşadığı evdə baş verən hadisələri izləmək məqsədi ilə evə video müşahidə kameraları quraşdırmaq niyyəti yarandığından bu barədə arvadına və digər ailə üzvlərinə demişdir. Natəvan əvvəlcə etiraz etsə də, sonradan kameraların quraşdırılmasına razılaşmışdır. xx.xx.2024-cü il tarixdə evin və həyətin müxtəlif yerlərinə video müşahidə kameraları quraşdırmış, xx.xx.2024-cü il tarixdə yenidən Rusiya Federasiyasına getmişdir. Lakin anası Şərqiyə Rəhmanovanın vəziyyətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi barədə xx.xx.2024-cü il tarixdə məlumat aldığından xx.xx.2024-cü il tarixdə Masallı rayonuna qayıtmışdır. Anası xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən bir müddət Masallı rayonunda qalmış, həmin müddət ərzində bir neçə dəfə, o cümlədən xx.xx.2024-cü il tarixdə arvadı Natəvana birlikdə Rusiya Federasiyasına getməyi təklif etsə də, Natəvan bununla razılaşmamış, qəti şəkildə Rusiya Federasiyasına getməyəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2024-ci il tarixdə yenidən Rusiya Federasiyasına getmişdir. Həmin vaxtlarda arvadıyla arasında olan münasibətlər bu səbəbdən pisləşmişdir. Eyni zamanda qızı Zeynəbin məktəbə getməsinə etiraz etdiyi halda arvadı qızını dayısı Rakifin yaşadığı evə qonaq getdiyini deyərək ondan xəbərsiz məktəbə göndərmiş, o, bunu xx.xx.2024-cü il tarixdə videokameralardan görmüşdür. Bundan sonrakı müddətlərdə videokameralara diqqətlə baxmağa başlayaraq artıq şübhələrini sübut etmək niyyəti yaranmışdır. Bundan başqa Natəvanın qardaşı Rakifə də bu barədə demiş, Natəvanın əxlaqsız hərəkətlərlə məşğul olması barədə məlumatlandırmışdır. Rakifə “bacını ölü istəyirsən, ya diri?” sualını vermiş, ondan bacısına nəzarət etməsini tələb etmişdir. Rakif isə onun Natəvandan şübhələnməsinin əsassız olmasını bildirmiş, bundan sonra xx.xx.2025-ci il tarixdə onun evinə gedərək Natəvanı öz evlərinə aparmış, ondan Natəvanın əxlaqsız hərəkətlərlə məşğul olmasını sübut etməsini tələb etmişdir. xx.xx.2025-ci il tarixdə, gecə saatlarında kameralara baxdığı vaxt Natəvanın yenidən yaşadıqları evə gəldiyini, xx.xx.2025-ci il tarixdə, gecə satlarında sonuncunun evin həyətində yerləşən su çəninin yaxınlığında və evin həyətinin fərqli yerlərində həmin vaxt kameranın görüntü keyfiyyəti və havanın qaranlıq olması səbəbindən üzünü konkret olaraq görmədiyi, lakin xarici görünüşünə görə əmisi oğlu Şahid7 bənzəyən şəxslə qeyriəxlaqi, seksual xarakterli hərəkətlər etməsini aydın şəkildə görmüşdür. Bundan başqa həmin vaxt Rəmzinin əvvəlki hərəkətləri, tez-tez ona məxsus evin ətrafında olması, Bakı şəhərində yaşamasına baxmayaraq tez-tez Masallı rayonu Ərkivan qəsəbəsinə gəlməsini fikirləşmiş, bununla da Rəmzinin Natəvanla münasibət saxlamasına konkret şübhələr yaranmışdır. Həmin videoda olan şəxs Rəmziyə çox bənzəmişdir. Beləliklə xx.xx.2025-ci il tarixdə Masallı rayonuna yaşadığı evə gəlmiş, lakin arvadı xx.xx.2025-ci il tarixdə artıq evdən getmişdir. Həmin vaxtlarda Natəvanın ona xəyanət etməsindən qəti şəkildə şübhələnmişdir. Lakin ailəsi dağılmaması üçün bu məsələnin üzərinə getməməyi qərara almışdır. xx.xx.2025-ci il tarixdə Natəvanla münasibətlərini düzəltmək üçün onu və övladlarını qayınatasının evindən öz evinə aparmışdır. Bundan sonrakı bir neçə gün ərzində Natəvanla münasibətləri yaxşı olmuş, yenidən birlikdə Rusiya Federasiyasına getməyi təklif etmiş, lakin arvadı qəti şəkildə getməyəcəyini demişdir. xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində aralarında mübahisə yaranmış, təxminən 10-15 dəqiqə davam edən mübahisənin böyüyəcəyini bildiyi üçün yaşadığı evin ikinci mərtəbəsinə qalxaraq əşyaların saxlanılması üçün istifadə edilən otaqdan əvvəldən həmin yerdə olduğunu bildiyi, dəstəyi ilə birlikdə 31 sm uzunluğu olan, mətbəx bıçağı kimi istifadə edilməsi üçün nəzərdə tutulmuş bıçağı Zərərçəkmiş şəxs1 həmin bıçaqla vurmaq məqsədi ilə götürərək bel tərəfdən kəmərinə keçirib mübahisəni davam etdirmək üçün yenidən Zərərçəkmiş şəxs1 yanına qayıtmışdır. Natəvan həmin mübahisənin davamında barəsində təhqiredici sözlər işlətmişdir. Bundan sonra o, əvvəlcə Natəvana xəsarət yetirmək və bununla da sonuncudan xəyanət etməsinə dair etiraf almaq məqsədi ilə Natəvanın boğaz nahiyəsinə həmin bıçaqla bir ədəd zərbə endirmişdir. Həmin vaxt qızı Zərərçəkmiş şəxs2 və azyaşlı oğlu Hüseyn Əzimov da onların yanlarında, mübahisə etdikləri otaqda olmuşdur. Lakin boğaz nahiyəsinə bıçaq vurandan sonra Natəvan barəsində başqa təhqiredici sözlər də işlətmiş, bundan sonra arvadını konkret olaraq öldürmək və məsələyə son qoymaq niyyəti yaranmış, bu niyyətlə 2-ci bıçaq zərbəsini arvadının sinə nahiyəsinə vurmuş, sonra isə həmin bıçaqla öldürmək niyyəti ilə arvadının boğaz və sinə nahiyələrinə bir neçə dəfə zərbə vurmuşdur. Lakin konkret neçə zərbə endirdiyini xatırlamamışdır. Hadisəni törətdiyi vaxt etdiyi əməlin nə ilə nəticələnəcəyini başa düşmüş, lakin həm də hadisənin təsiri altında olmuşdur. Bu vaxt qızı Zeynəb onları ayırmaq üçün araya girmişdir. Həmin vaxt o, Natəvana sonuncu bıçaq zərbəsini vurmuş, Zeynəb aralarına girdiyi vaxt endirdiyi bıçaq zərbəsini geri çəkmiş, sonradan qızının da arvadına vurduğu bıçaq zərbələri nəticəsində yaralandığını bilmişdir. Ola bilər ki, sonuncu bıçaq zərbəsini geri çəkərkən həmin bıçaq qızının əlinə dəymiş, kəsmişdir. Bundan sonra evdən çıxaraq hadisəni törətdiyi bıçağı həyətdə olan su bidonunun üzərinə qoyaraq Masallı RPŞ-yə gemiş və törətdiyi əməli etiraf etmişdir. Natəvana təxminən 5 bıçaq zərbəsi vurmuşdur. O, əlavə olaraq bildirmişdir ki, hadisə zamanı mübahisənin gedişində evin ikinci mərtəbəsinə qalxaraq götürdüyü qara rəngli bıçaqla Zərərçəkmiş şəxs1 vurduğu birinci bıçağı onu qorxutmaq və bu yolla xəyanət etməsini etiraf etdirmək niyyəti ilə vurmuş, lakin Natəvanın boyun və sinə nahiyələrinə endirdiyi bıçaq zərbələrini isə konkret olaraq onu öldürmək və bununla da məsələni bitirmək niyyəti ilə vurmuşdur. Natəvanı öldürmək niyyəti isə ona vurduğu birinci bıçaq zərbəsindən sonra onu təhqir etməyə davam etməsi və artıq özlüyündə sonuncunun Rəmzi ilə xəyanət etməsini dəqiqləşdirdiyi üçün yaranmış, buna görə də boğaz və sinə nahiyələrinə zərbələr vurmuşdur. Qızına xəsarət yetirmək niyyəti olmamışdır.
7. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs bildirdi ki, məhkəmə istintaqı zamanı verdiyi ifadələri daha doğrudur və məhkəmədə verdiyi ifadələri təsdiq edir.
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
10. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə günü, yəni 27 fevral 2025-ci il tarixdə səhər namazına durmağa gecikmişdir. Elnur telefonda zəngli saatı (budilnik) qurmamışdır. O, səhər namazına gecikdiyindən Elnurdan nə üçün zəngli saatı qurmadığını soruşmuş, Elnur isə cavabında onun namaz qılmağını istəmədiyini bildirmişdir. Bundan öncə də dəfələrlə aralarında mübahisə olmuş, Elnur ona «sən nə qədər namaz qılsan da, günahlarını bağışlada bilməyəcəksən» demişdir. Bu kimi sözlərlə onu mütəmadi qıcıqlandırmışdır. Namazdan sonra Elnura səhər yeməyi hazırlamış, çay qoymuşdur. Elnur isə ona qarşı nalayiq sözlər işlətmiş, onun əxlaqsız hərəkətlər etdiyini, özünün bunu bildiyini, videoda gördüyünü və sair bu kimi sözlər işlətmişdir. O, artıq bu sözlərdən bezib onunla mübahisə etmiş, mübahisə zamanı qışqırmışdır. Həmin vaxt uşaqları Zeynəb və Hüseyn də evdə, qonaq otağında olmuşlar. Zərərçəkmiş şəxs bildirmişdir ki, Elnur onu qəsdən qıcıqlandırıb mübahisə salmışdır ki, o, qışqırsın və Elnur da mübahisə zəminində onu rahat vursun. Hətta hadisədən bir həftə əvvəl evin pəncərələrinə dəmir barmaqlıqlar (məhəccər) vurdurmuşdur ki, onu öldürərkən evdən heç yerə qaça bilməsin. Bundan əlavə, hadisə günü o, əvvəlcədən evin kameralarını söndürmüşdür ki, görüntülər yaddaşa düşməsin. Mübahisə başlamazdan öncə Elnur evin ikinci mərtəbəsindən bıçağı götürüb, belinə qoymuş, lakin Natəvanın bundan xəbəri olmamışdır. Mübahisə başlayanda və onlar qışqıranda qızı Zeynəb bunu hiss edib stolun üstündə olan digər bıçağı götürmüşdür ki, xoşagəlməz hadisələr baş verməsin. Zeynəb bıçağı stolun üstündən götürəndə Elnur qızına demişdir ki, “o bıçaq heç it başı da kəsmir, niyə götürürsən?”. Mübahisə zamanı o, belindəki bıçağı çıxarıb ona vurmuşdur. Birinci zərbəni boyun nahiyəsindən vurmuşdur. Bu zaman hər iki övladı otaqda, onların yanında olmuşdur. Birinci Zərbəni vuranda qızı Zeynəb qışqırmağa başlamışdır. Onun boğazına iki bıçaq zərbəsi vurmuşdur. Bıçağı sağ əli ilə tutmuşdur. Üçüncü bıçaq ürəyinin üstündən, digər 2 zərbəni isə kürəyindən vurmuş, ümumilikdə ardıcıl 5 bıçaq zərbəsi vurmuşdur. O, bıçağı vurarkən Zeynəb araya girmişdir. Zeynəb araya girməsəymiş, o, daha çox zərbə vuracaqmış. Hadisə zamanı Zeynəb araya girdiyindən ona da bıçaq zərbəsi dəymiş, barmağı kəsilmişdir. Həmçinin Elnur kiçik oğlu Hüseynə də xəsarət yetirmişdir, lakin polislər onu qeydiyyata almamışlar. O, qan içində olduğundan və artıq taqəti tükəndiyindən, Elnura nə istəyirsə edəcəyini bildirmiş, onu buraxmasını xahiş etmişdir, Elnur isə Quran kitabını ayağının altına qoymasını və ona xəyanət etməməsi barədə and içməsini ondan tələb etmişdir. O, ölmək istəmədiyi üçün Elnurun dediklərini etmişdir. Elnurun məcburiyyəti ilə Quran kitabını ayağının altına qoyub heç nə etmədiyinə dair and içmişdir. Bundan sonra Elnur evin qapısının qarşısında dayanmış və ona “sən qan itirib öləcəksən, mən də tutulacam” demişdir. Təxminən 20 dəqiqə qapının qarşısında dayanıb onu getməyə qoymamışdır. O, Elnura yalvarmışdır ki, onu buraxsın, onu buraxacağı təqdirdə heç yerə şikayət etməyəcəyini demişdir.
11. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Elnur onu öldürmək istəyirmiş, hətta hadisədən əvvəl onun boynuna əl vurub “sənin şah damarın burdadır?” deyə soruşmuşdur. İki bıçaq zərbəsini də elə boynundan, şah damarından vurmuşdur. O, bıçaq zərbəsini qəfil vurduğundan onun qaçmağa imkanı olmamışdır. Vurduqdan sonra isə taqəti qalmamış, həmçinin otaqdan çıxmaq üçün bir qapı olmuşdur, Elnur da həmin qapını tutmuşdur. Qızı pəncərəyə tərəf qaçıb dəmir barmaqlıqları açmağa çalışmışdır. Qızının təkidi ilə Elnur qapıdan çəkildikdən sonra o, qızının köməkliyi ilə evdən çıxıb qonşuya tərəf getmişdir. Orada qonşunun telefonu ilə qızı Zeynəb babası Eynullaya zəng vurub hadisəni bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 suallara cavab olaraq bildirmişdir ki, Elnur əvvəllər ona birlikdə Rusiyaya getməyi təklif etmiş, lakin o imtina etmişdir. Rusiyaya getməkdən imtina etməsinin 2 əsas səbəbi olmuşdur: birincisi onun qız övladları artıq böyümüşdür, o Elnura da bildirmişdir ki, “bu boyda qızı olanlar Rusiyadan Azərbaycana gəlir, mən necə bu boyda qız uşağı ilə gedib Rusiyada yaşayım?!” İkinci səbəb isə qorxması olmuşdur. Çünki Elnur onu mütəmadi olaraq evin içində döymüşdür. Azərbaycanda, yaşadığı kənddə olanda ən azından qaçacaq yeri, atasıgilin evi var, Rusiyada isə onun heç kimi yoxdur, həm də dil bilmir, Elnur onu döysə, nəsə etsə o, heç yerə gedə bilməyəcəkdi.
12. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 330 (zərərçəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir), 329 (şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin... elan edilməsinə ... həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir) 327-ci maddələrinə əsasən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
13. Belə ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 (zərərçəkmiş qismində ifadəsi-cild İ iş vərəqə 115-118, zərərçəkmiş qismində əlavə ifadəsi-cild İ iş vərəqə 195-199) göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2005-ci ilin avqust ayında ailə həyatı qurmuş, həmin vaxtdan birgə nikahda Masallı rayonu Ərkivan qəsəbəsində Təqsirləndirilən şəxs fərdi yaşayış evində yaşamışdır. Təqsirləndirilən şəxsla evliliklərindən iki qız və iki oğlan övladı var. Böyük qızı X19 Universitetində ali təhsil alır və ata evi yol kənarına yaxın olduğuna görə qızı Şahid6 babasının evində qalır. 2012-ci ildən Elnur mütəmadi olaraq işləmək məqsədilə Rusiya Federasiyasına gedib-gəlmiş, o isə övladları və qayınanası X7 ilə birlikdə Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evlərində yaşamışdır. xx.xx.2024-cü il tarixdə Elnur anasının xəstə olması ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına geri qayıtmış, xx.xx.2024-cü il tarixdə qayınanası Şərqiyyə Rəhmanova vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla birlikdə Rusiya Federasiyasına köçməyini istəmiş, o isə Elnurla razılaşmamışdır. Elnur xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan Elnurla aralarında mübahisələr şiddətlənməyə başlamışdır. Belə ki, Elnur xx.xx.2007-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs2 məktəbə göndərdiyi üçün onunla mübahisə etmişdir. Bununla yanaşı yaşadıqları evə və evin həyətindəki müxtəlif yerlərə videogörüntü kamerası quraşdırmış, onu kənar şəxslə xəyanət etməkdə ittiham etmişdir. Elnur ona şər-böhtan atıb qardaşına da onun əmisi oğlu Şahid7 ilə qeyri-rəsmi münasibət saxladığını dediyi üçün qardaşı Rakif 2025-ci ilin yanvar ayının əvvəllərində uşaqlarıyla birlikdə onu ata evinə aparmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Azərbaycan Respublikasına geri qayıtmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 atasının evinə gedərək peşman olduğunu və barışmaq istədiyini dediyi üçün övladlarını da götürüb Elnurla birlikdə birgə yaşadıqları evə geri qayıtmışdır. Bundan sonra münasibətləri bir qədər yaxşı olmuşdur. xx.xx.2025-ci il tarixdə, səhər saat 09 radələrində evdə o, 5 yaşlı oğlu Hüseyn Əzimov, qızı Zərərçəkmiş şəxs2 və Elnur olmuşdur. Oğlu Asəf məktəbə getmişdir. Saat 09 radələrində evin qonaq otağında namaz qıldığı zaman Elnur əvvəlcə müxtəlif sözlər işlədib ona sataşmış, lakin o, Elnurun dediklərinə fikir verməmişdir. Bundan sonra Elnur yenə də ona Rusiya Federasiyasına köçməyi təklif etmişdir. Azərbaycan Respublikasında yaşamağa uyğunlaşdığını və ailə üzvlərinin də ona yaxın ərazidə yaşadığını deyib Rusiya Federasiyasına köçməyəcəyini bildirmişdir. Aralarında təxminən 10-15 dəqiqə ərzində sözlü mübahisə olmuş, həmin vaxt Elnur evin ikinci mərtəbəsinə qalxıb təkrar geri qayıdaraq yenədə onunla mübahisə edib ünvanına söyüşlər söymüşdür. Elnura onu təhqir etməməsini deyəndə sonuncu həmin anda şalvarının arxa hissəsindən çıxardığı özünə məxsus qara rəngli dəstəyi olan bıçaqla birinci dəfə boyun nahiyəsinə, sonra isə hərəkətlərinə davam edərək həmin bıçaqla yenə də bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona xəsarət yetirmişdir. Elnurun onu bıçaqladığını görən qızı Zeynəb yaxınlaşıb aralarına girərək atasını ondan ayırmağa çalışmışdır. Həmin vaxt Elnurun əlində olan bıçaq qızının sağ əlinin barmağını kəsmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağının qapısına gedib dayanaraq onların otaqdan çıxmağına imkan verməyib. Zeynəb kömək çağırmaq üçün Elnurun yanına gedib qapıdan çəkilməsi üçün itələmiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs qapının qarşısından çəkilməmişdir. Bədənindən şiddətli qan axdığına görə buraxması üçün Elnura yalvarmağa başlamışdır. Elnur isə ona “sən qanın axıb öləcəksən, mən isə tutulacam” demişdir. Zeynəb dayanmadan Elnura müqavimət göstərib qapının qarşısından çölə çıxartmışdır. Bütün bunlar baş verəndə oğlu Hüseyn Əzimov da otaqda olub baş verənləri görüb ağlamışdır. Zeynəb Elnuru qapıdan uzaqlaşdırdıqdan sonra onun qoluna girib küçəyə çıxardaraq qışqırıb qonşuları köməyə çağırmışdır. Səsə çıxan qonşuları Rübeydənin mobil telefonu ilə atası Eynullaya zəng edib hadisə barədə məlumat vermişdir. Zeynəb Elnurun kənarlaşdığını görüb təkrar geri qayıdaraq qardaşı Hüseyn Əzimovu da evdən çıxarmışdır. Qonşular onun qan itirdiyini görüb X20 çağırsalar da atası özünə məxsus avtomaşınla tez çatıb onu Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan sonra nə baş verdiyini xatırlamır. O, əlavə olaraq bildirmişdir ki, əri Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində yaşadıqları Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinin qonaq otağında özünə məxsus bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə öldürmək niyyətilə beş dəfə qəsdən zərbə vuraraq xəsarət yetirmişdir. Elnur onu hər iki övladının gözü qarşısında bıcaqlamışdır. Hadisə zamanı Elnur ona ilk bıcaq zərbələrini yetirəndə qızı Zeynəb aralarına girib onu müdafiə etmək istəmiş, həmin vaxt Elnur dayanmadan ona zərbələr endirdiyinə görə bıcaq Zeynəbin əlini kəsmişdir. Elnurun onu öldürmək niyyəti olsa da Zeynəbi öldürmək və ona xəsarət yetirmək istəməmişdir.
14. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Zərərçəkmiş şəxs1 həmin ifadələri özünün verdiyini bildirərək, təsdiq etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmadığını, onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə günü, yəni 27 fevral 2025-ci ildə səhər vaxtı o, evdə yatmış, anası namaza durmuş, sonra atası ilə anası arasında mübahisə başlamışdır. Təxminən 5 dəqiqə onlar mübahisə etdikdən sonra atası onu çay hazırlamağa göndərmişdir. O, çay hazırlamaq üçün otaqdan çıxanda atası da ikinci mərtəbəyə qalxmışdır. Sonradan bilmişdir ki, atası ikinci mərtəbəyə bıçaq gətirmək üçün getmişdir. O, bunu hiss etsə də, atasının anasını bıçaqlayacağına inanmamışdır. Çay hazırladıqdan sonra gəlib otaqda oturmuşdur. Atası ilə anasının mübahisəsi daha da güclənmişdir. Anası təkidlə heç nə etmədiyini atasına bildirmiş, atası bu zaman əlini belinə atıb, bıçaq çıxararaq anasını bıçaqlamışdır. O, bıçağı görəndə özünü anasının qabağına atmışdır. Həmin vaxta qədər artıq anasına bıçaq zərbələri vurmuşdur. Özünü ortaya atandan sonra atasının anasına bıçaq zərbəsi vurub-vurmadığını dəqiq xatırlamır, amma o var gücü ilə atasının əlini sıxıb saxlamışdır ki, anasını vura bilməsin. Atası anasını bıçaqladıqdan sonra gedib qapının qarşısında dayanmış, təxminən 15 dəqiqə onları otaqdan çıxmağa qoymamışdır. Sonra o, atasını var gücü ilə itələyib anasını otaqdan çıxarmış, qonşular tərəfə aparmış və onlardan kömək istəmişdir. Babasına zəng edib hadisə barədə bildirmiş, babası gəlib anasını xəstəxanaya aparmışdır.
16. Məhkəmə istintaqı zamanı ona verilən suallara Zərərçəkmiş şəxs2 cavab olaraq bildirmişdir ki, atasının birinci bıçağı vurduğunu görmüş, lakin anasının hansı nahiyəsinə dəydiyini dəqiq xatırlamır, o, araya girdikdən sonra da atası zərbələr vurmuş, amma həmin zərbələrin anasına dəyib-dəymədiyini dəqiq xatırlamır, özünün isə əli kəsilmişdir. Hadisə baş verməzdən öncə o, stolun üstündə olan başqa bir bıçağı götürüb gizlətmişdir ki, pis hadisə baş verməsin. Atası isə bunu görüb “bekara onu götürmə, o heç it başı da kəsmir” deyə bildirmişdir. Sonradan atası belindəki bıçağı çıxarıb anasına tez-tez, ardıcıl zərbələr vurmuşdur.
17. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 330 (zərərçəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir), 329 (şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin... elan edilməsinə ... həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir) 327-ci maddələrinə əsasən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
18. Belə ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 (zərərçəkmiş qismində ifadəsi-cild İİ. iş vərəqə 106-109) göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs1 isə anasıdır. Uzun müddətdir atası və anası arasında sözlə mübahisələr olur, lakin, o, mübahisələrin konkret olaraq hansı səbəbdən baş verdiyini bilməmişdir. Atası Təqsirləndirilən şəxs mütəmadi olaraq Rusiya Federasiyasına gedib 1-2 il orada yaşadıqdan sonra 1 aylıq müddətinə geri qayıdaraq onlarla birlikdə yaşamışdır. Ata nənəsi X6 vəfat etdikdən sonra atası Təqsirləndirilən şəxs anasına təkid edərək onunla birlikdə Rusiya Federasiyasına köçməklərini istəmişdir. Lakin anası Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasına getmək istəməmişdir. Beləcə bu mövzuda dəfələrlə anası ilə atasının arasında mübahisələr olsa da, anasına hər hansı bir xəsarət yetirməmişdir. xx.xx.2025-ci il tarixdə anası onu, digər bacısı Şahid6, qardaşları Şahid9 və Hüseyn Əzimovu götürərək babası Şahid1 yaşadığı evə aparmış və bir müddət orada qalmışlar. Sonra atasının Rusiya Federasiyasından Azərbaycan Respublikasına geri qayıtdığını öyrənmişdir. xx.xx.2025-ci il tarixdə atası ana babasının evinə gələrək anası ilə münasibətini bərpa edib onları yenidən öz evinə aparmışdır. xx.xx.2025-ci il tarixdə, səhər saat 09 radələrində yaşadıqları evdə anası və atası arasında sözlə mübahisə olmuş, mübahisə əsnasında atası onları Rusiya Federasiyasına aparacağını ardıcıl təkrar edərək təkidlər etməyə davam etmişdir. Anası isə Rusiyaya getmək istəmədiyini demiş, həmin vaxt atası evin ikinci mərtəbəsinə qalxıb yenidən geri qayıdaraq daha da şiddətli şəkildə mübahisəsini davam etmişdir. Həmin vaxt o və 5 yaşlı qardaşı Hüseyn Əzimov onların mübahisə etdiyi qonaq otağında əyləşmişlər. Atası Təqsirləndirilən şəxs mübahisə anında belindən çıxardığı qara dəstəkli mətbəx bıçağıyla anasının bədəninin müxtəlif nahiyələrinə zərbə vurduğunu görüb dərhal onlara yaxınlaşaraq aralarına girib sakitləşdirməyə çalışmış, həmin vaxt əlləri ilə atasının anasına bıçaq vurmasının qarşısını almaqdan ötrü müdafiə şəkli alarkən həmin bıçaq onun sağ əlinin dördüncü barmağını kəsmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağının qapısına gedib dayanaraq onların otaqdan çıxmağa imkan verməmişdir. Anası ağrıdan ağlayaraq atasına onları buraxması üçün yalvarmışdır. Lakin atası qapının qarşısında durmağa davam etmişdir. Atasını itələyib qapının qarşısından çəkilməsini anası üçün kömək çağırıcağını demişdir. Sonda Elnur qapının qarşısından çəkilib getmiş, kənarlaşdığını görüb anasına kömək edib küçəyə çıxarmış və dərhal geri qayıdaraq qardaşı Hüseyn Əzimovu da evdən çıxartmışdır. Həmin vaxt anasının bədəni üzərindən qan axdığını görən qonşusu Rübeydanın mobil telefonu ilə babası Şahid1 verdiyi məlumatla sonuncu gəlib onları xəstəxanaya aparmışdır. O, əlavə olaraq bildirmişdir ki, hadisə zamanı evdə o, anası, atası və kiçik qardaşı Hüseyn Əzimov olmuşdur. Böyük qardaşı Asəf məktəbdə, bacısı Zəhra isə babasıgildə olmuşdur. Atası qardaşı Hüseynin və onun gözü qarşısında anasına çoxsaylı bıçaq zərbələri vurmuşdur. O, mane olmasaydı atası anasını öldürəcəkdi. Hadisə zamanı Təqsirləndirilən şəxs qarşısına keçəndə sonuncu bıçağın ona da xəsarət yetirəcəyini görsə də, onu öldürmək niyyəti olmamışdır. Atasının hədəfindəki məhz anası olmuşdur.
19. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Zərərçəkmiş şəxs2 həmin ifadələri özünün verdiyini bildirərək, təsdiq etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmadığını, onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 27 fevral 2025-ci il tarixdə, səhər saat 09 radələrində nəvəsi Zeynəb tanımadığı nömrədən ona zəng edərək, atasının anasını bıçaqladığını bildirmişdir. Tez özünə məxsus avtomaşınla arvadı Nəzirə ilə birlikdə onların evinə gedərək Natəvanı götürüb təcili Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin vaxt qızı Natəvan al-qana bulanmış, kəskin qan itirmiş, huşu özündə olsa da, danışa bilməmiş. Xəstəxanada Natəvana ilkin tibbi yardım göstərib, sonra isə əməliyyat etmişlər. Həkimlərin ixtisaslı tibbi yardımı nəticəsində qızının həyatı xilas olunmuşdur. Hadisədən sonra nəvəsi Zeynəb həmin gün səhər saat 09 radələrində atası Elnurun yenə də Rusiya Federasiyasına getmək məsələsini açıb mübahisə yaratdığını, sonradan evin ikinci mərtəbəsinə qalxıb bıçaq götürüb düşdüyünü, qonaq otağında o və kiçik qardaşı Hüseyn Əzimovun gözləri qarşısında Natəvana çoxsaylı bıçaq zərbələri vurduğunu, anasını xilas etmək üçün Elnurun qarşısına keçəndə həmin bıçağın onun da barmağını kəsdiyini bildirmişdir. Bundan başqa Zeynəb atası Elnurun Natəvanı bıçaqladıqdan sonra otağın qapısının qarşısını kəsib kömək üçün adam çağırmağa və anasını otaqdan çıxartmağa imkan vermədiyini, ölümünü gözlədiyini demişdir. O, əlavə olaraq bildirmişdir ki, Elnur qızını məhz öldürmək üçün bıçaqla 5 dəfə zərbə vurub xəsarətlər yetirmişdir. O, Natəvana çatanda Natəvan ölümcül vəziyyətdə olmuşdur. Əgər vaxtında xəstəxanaya çatdırmasaydı Natəvan öləcəkdi. Əlavə olaraq bildirmişdir ki, qızını götürüb xəstəxanaya aparanda Elnuru orada görməmişdir.
21. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, kürəkəni Elnur öz-özündən bir söz çıxartmışdır ki, guya yoldaşı Natəvan kiminləsə gəzir, hətta evə kamera da qoydurmuşdur ki, onu izləsin. Kamera qoyulanda əksinə o, sevinmişdir ki, bu cür söz-söhbətlər daha yığışar. 27 fevral 2025-ci il tarixdə, səhər saat 09 radələrində nəvəsi Zeynəb babası Eynullaya zəng edərək bildirmişdir ki, atası anasını bıçaqlamışdır, tez gəlsinlər. Onlar da tez evdən çıxıb qızıgilə getmiş, sonra qızını xəstəxanaya aparmışlar. Təfərrüatları ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, Elnur bu hadisədən qabaq dəfələrlə Natəvanı döymüşdür.
22. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs ilə doğma əmioğludurlar. Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olsa da, daimi olaraq Bakı şəhərində yaşayır. Orada müxtəlif tikinti şirkətlərində usta və fəhlə işləyir. Rayona ayda bir-iki dəfə ailə üzvlərinə baş çəkmək və xeyir-şər mərasimləri ilə əlaqədar olaraq gedib-gəlir. Təqsirləndirilən şəxs ilə əmi oğlu kimi münasibətləri yaxşı olmuşdur, əvvəllər Elnurla aralarında heç vaxt narazılıq, ədavət, davadalaş olmayıb. Elnur 2024-cü ilin noyabr ayında anası öldükdən sonra həmin ilin dekabr ayında yenidən Rusiya Federasiyasına getmiş, 2025-ci ilin yanvar ayının ortalarında isə qayıtmışdır. Elnur rayona gələn ərəfədə təsadüfən o da rayonda olmuş, təxminən 20-21 yanvar 2025-ci il tarixdə Elnur onu öz evinə çağırıb arvadı Natəvanla xəyanət etdiyini, qeyri-əxlaqi münasibət saxlamağından şübhələndiyini ona bildirmiş, o isə Elnurun dediklərinə olduqca əsəbiləşib nəyə əsasən belə şər atdığını soruşmuşdur. Elnur isə ona bu məsələdən dəqiq əmin olmadığını, bulanıq görüntülərdə guya onun kölgəsini gördüyünü, bundan şübhələndiyini ona demişdir. Lakin sonda Elnur özü də anası öldükdən sonra əsəblərinin gərgin olduğunu, bu videonu göstərdiyi digər şəxslərin də həmin görüntülərdə heç kimin olmadığını özü də ona etiraf etmiş, o isə çıxıb evinə getmişdir. Bir neçə gündən sonra yenə Bakı şəhərinə getmiş, 27 fevral 2025-ci il tarixdə Bakı şəhərində olmuş, həmin gün ailə üzvləri ona Elnurun öz evlərində aralarında baş vermiş mübahisə zamanı arvadı Natəvana çoxsaylı bıçaq xəsarətləri yetirdiyini bildirmişdir. Lakin hadisənin əsl səbəbi ona məlum olmamışdır. Elnur ona və arvadı Natəvana şər atmış, onun Natəvanla heç vaxt heç bir əlaqəsi, ümumiyyətlə salam-sağolu belə olmamışdır. Elnur evdə olmayanda onların evinə heç vaxt getməmişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, o, subaydır, evləri də Elnurgilin evlərinin qonşuluğundadır, ola bilsin bu səbəbdən Elnur məhz onun adını çəkir. Lakin, o 5-6 ildir ki, Bakıda işləyir və orada yaşayır, bibisioğlu ilə kirayədə qalır. Elnurun göstərdiyi videoya qohumlar hamısı baxmışdır amma videoda heç kim heç nə görməmişdir. Elnur həmin videonu dayısı və bacılarına da göstərib, onun atasına da bu barədə deyib, atası da bu söz-söhbəti bilmişdir. Elnurla söhbətləri təxminən 18-21 yanvar 2025-ci il ərəfəsində olmuşdur, Elnura belə bir halın olmadığını qəti şəkildə bildirmiş, belə bir halın ona yaraşmadığını, belə şey etmədiyini, əgər onun həyat yoldaşı Natəvana pis gözlə baxıbsa deməli öz bacısına pis gözlə baxdığını Elnura demişdir. Əvvələr heç vaxt belə hal olmayıb. Əgər belə bir əməl etsə o, kənddə adam üzünə çıxa bilməzdi.
23. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Elnur onun qardaşı oğludur. Elnur ona demişdir ki, yoldaşını Rusiyaya apara bilmir. O isə Elnura “yoldaşın gəlməz Rusiyaya, sən orda ailə ilə yaşayırsan, yoldaşını aparma” demişdir. Sonra Elnur ona video göstərib, “orada kölgə var, Rəmziyə oxşayır” demişdir. Videoda heç nə görünməmişdir. O isə Elnuru başa salmışdır ki, Rəmzi Bakıda yaşayır, belə bir şey ola bilməz. Həmçinin ona demişdir ki, “ailəvə şər atma, artıq sənin qızın böyüyüb, istəyənlər var” və sair.
24. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bacısıdır. Olan budur ki, hadisə baş verdiyi gündən təxminən bir həftə əvvəl, gecə saat 2 radələrində Təqsirləndirilən şəxs ona «WhatsApp»la mesaj yazaraq demişdir ki, onların həyətinə kimsə girir-çıxır, video var, videonu ona göndərəcək. Ayın 18-i isə gəlib bacısının başını kəsəcək. Bu sözlərdən sonra o, Elnura məsələni anlamadığını demiş və ondan həmin videonun nə ilə bağlı olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs həmin mesajları yazanda Azərbaycanda olmamışdır. Bundan sonra Elnur ona 2-3 dənə video göndərmiş, həmin videolarda o, heç nə görməmişdir. Çünki, həmin videolarda nə insan, nə başqa bir şey görünməmişdir. Elnur ona demişdir ki, “ayın 18-i gəlib bacıvın başın kəsəcəm”. Sonra ona demişdir ki, “mən gələnə qədər sən kəsə bilsən get kəs bacıvın başın, kəsə bilməsən mən gəlib kəsəcəm”. Həmin mesajlar onun telefonunda qalmamış, telefonu uşaq suya atdığına görə Təqsirləndirilən şəxs ona yazdığı həmin mesajlar telefonun yaddaşından silinmişdir. Elnurla aralarında olan telefon danışığında mübahisə etmişlər və o, Elnuru söyərək “yekə kişisən, bu videolarda heç nə yoxdur” demişdir, ondan gəlib belə bir şey varsa sübut etməsini istəmişdir. Elnur isə ayın 18-i gəlib sübut edəcəyini ona bildirmişdir. Elnur ona Azərbaycana ayın 18-də gələcəyini desə də, əslində ayın 12-də gəlmişdir. Şahidin fikrincə, Elnur bunu bilərəkdən etmişdir ki, o, gələnə qədər bacısını öz evinə aparmasın. O, həmin gecə gedib bacısı Natəvanı öz evinə gətirmişdir. Təqsirləndirilən şəxs ölkəyə qayıtdıqdan sonra Şahid3la görüşməmiş və heç bir sübut təqdim etməmişdir. Şahid əlavə etmişdir ki, bu hadisədən bir və ya iki həftə sonra Elnur onun atasına yalvar-yaxar edib, səhv etdiyini boynuna almış və ailəsini aparmaq istədiyini bildirmişdir. Atasının sözündən çıxmadığı üçün bacısının yenidən Elnurla getməsinə razı olmuşdur. Bacısını apardıqdan təxminən bir həftə sonra isə hadisə baş vermişdir. Şahidin sözlərinə görə, Təqsirləndirilən şəxs bacısını bıçaqlayandan sonra qapını bağlayaraq onun ölməsini gözləmiş və "səni ölməyə vurmuşam, sən burada öləcəksən" demişdir. O, həmçinin hadisədən əvvəl evin pəncərələrinə dəmir barmaqlıqlar ("raşotka") vurdurmuşdu ki, bacısı qaça bilməsin. Bütün bunları ona bacısı Zərərçəkmiş şəxs1 danışmışdır, özü hadisə yerində olmamışdır. Məhkəmədə çarpaz suallar zamanı Təqsirləndirilən şəxs şahidin ifadəsini təkzib edərək, ona "bacının başın kəsəcəm" demədiyini, əvəzində "bacını ölü istəyirsən ya diri?" yazdığını iddia etmişdir.
25. Məhkəmə istintaqı zamanı şahid qismində dəvət edilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, həmin məzmunda ifadə verməklə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 onun qonşusudur. Bir məhlədə yaşayırlar, evləri 15-20 metr məsafədədir. 27 fevral 2025-ci il tarixdə, səhər saat 09 radələrində evin həyətində təsərrüfat işlərini görən zaman məhlədən qışqırıq səsləri gəldiyini eşitmiş, sonra Natəvanın qızı Zeynəblə birlikdə boynunu əli ilə tutmuş şəkildə onlara doğru gəldiyini görmüşlər. Zeynəb azyaşlı qardaşı Hüseyni də qucağında gətirmişdir. Natəvan əri Elnurun onu bıçaqladığını bildirib kömək istəmiş, Rafiq dərhal X20 çağırmışdır. Eyni zamanda Natəvanın qızı Zeynəb mobil telefonla babası Şahid1 zəng edib babasını köməyə çağırmışdır. Onlar Natəvanın ayaqda qalmağa taqəti olmadığını görüb əyləşməsi üçün stol gətirmişdir. Natəvanın boynundan və bədənin digər nahiyələrindən qan axmış, paltarları bütöv qana bulaşmışdır. 10-15 dəqiqədən sonra Natəvanın atası Eynulla və anası Nəzirə gəlmiş, Eynulla Natəvanı avtomaşına qoyub xəstəxaya aparmışdır. Natəvanın azyaşlı oğlu Hüseyni isə o, öz evlərinə aparmışdır. Hadisədən sonra Elnurun arvadı Natəvanı qısqanclıq zəminində bıçaqladığını eşitmişdir.
26. Məhkəmə istintaqı zamanı şahid qismində dəvət edilmiş təqsirləndirilən şəxsin övladları Şahid6 və Şahid9 ifadə vermək istəmədiklərini, ibtidai isintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini məhkəməyə bildirmişlər. Bu səbəbdən məhkəmə tərəfindən hər iki şahidin ifadəsi elan edilməklə tədqiq edilmişdir.
27. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növləri kimi qəbul edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
28. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaqının aparılması üçün icraata qəbul edilmişdir. (Cild 1, i.v.1)
29. Masallı RPŞ-nin məsul növbətçisi, polis leytenantı Bəhruz Şıxəlizadənin 27 fevral 2025-ci il tarixli “Rapot”u ilə müəyyən edilir ki, 27 fevral 2025-ci il tarixdə, saat 10:45-də Masallı RMX-dən növbətçi həkim Ş.Nəbişov Masallı RPŞ-nin növbətçi hissəsinə zəng edərək bildirmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbə sakini 1990-cı il təvəllüdlü, X3 boyun, çiyin və boğazının ön hissəsinin, döş qəfəsinin sol yuxarı tərəfində kəsilmişdeşilmiş yaraları diaqnozu ilə xəstəxanaya daxil olub. Əri tərəfindən bıçaqlanmasını bildirib. Raportun yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. (Cild 1, i.v.4)
30. Masallı RPŞ-nin məsul növbətçisi, polis leytenantı Bəhruz Şıxəlizadənin 27 fevral 2025-ci il tarixli “Rapot”u ilə müəyyən edilir ki, 27 fevral 2025-ci il tarixdə, saat 13:18-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) 102 zəng xidməti mərkəzindən ********** №-li məlumat verilərək bildirilmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbə sakini Şahid1 zəng edərək kürəkəni Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs1 bıçaqlamasını, Zərərçəkmiş şəxs1 hal-hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasında olduğunu bildirmişdir. Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzindən daxil olmuş həmin məlumatın yoxlanılması üçün göstəriş verilməsi xahiş edilmişdir. (Cild 1, i.v.5)
31. «Götürmə aparılması haqqında» 27 fevral 2025-ci il tarixli, 248 saylı qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyəti daşıdığından götürülmüşdür. (Cild 1, i.v.13)
32. «Götürmə aparılması haqqında» 27 fevral 2025-ci il tarixli, 251 saylı protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qara rəngli, uzunluğu 93 sm, çiyin nahiyəsinin eni 16 sm, qollarının uzunluğu 39 sm olan, ön hissədə sol aşağı sərbəst kənardan 77 sm məsafədə bir ədəd, 79 sm məsafədə bir ədəd və 89 sm məsafədə bir ədəd, arxa hissədə orta aşağı sərbəst kənardan 77 sm məsafədə bir ədəd, 86 sm məsafədə bir ədəd və 92 sm məsafədə bir ədəd dəlib-keçən zədələri olan uzunqol üst geyimi X13 tərəfindən təqdim edilmişdir. (Cild 1, i.v.23-26)
33. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2025-ci il tarixli protokol və fotoşəkillərdən görünür ki, hadisə yeri Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs məxsus iki mərtəbəli fərdi yaşayış evinin qonaq otağıdır. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətindəki su bidonun yanında olan və arvadı Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi bir ədəd bıçağı təqdim etmiş, həmin bıçaq qablaşdırılaraq götürülmüşdür. (Cild 1, i.v.29-40)
34. «Zərərçəkmiş şəxs qismində tanınma haqqında» 27 fevral 2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 fiziki ziyan dəydiyindən o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, i.v.43-44)
35. «Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması barədə» 27 fevral 2025-ci il tarixli, 257 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdə, saat 18:24-də şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 49-50)
36. «Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» xx.xx.2025-ci il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (Cild 1, i.v. 55- 62)
37. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 01 mart 2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 1, i.v. 80-81)
38. Masallı Rayon Məhkəməsinin 01 mart 2025-ci il tarixli, № 4(050)-17/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, «Təqsirləndirilən şəxs izahat verərək bildirdi ki, törətdiyi cinayət əməlini tam olaraq etiraf edir. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 öldürmək fikri olmamış, onu qorxutmaq üçün bıçağa əl atmışdır. Hazırda əməlindən səmimi peşmançılıq çəkir. Məhkəmədən təqdimatın təmin olunmamasını xahiş edir.». (Cild 1, i.v. 101-105)
39. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından verilmiş 03 mart 2025-ci il tarixli, №170 nömrəli arayışla müəyyən olunur ki, zərərçəkmiş şəxs Əzimova X4 rayonu, Ərkivan qəsəbəsində qeydiyyat olmaqla orada yaşayır, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. (Cild 1. i.v. 129)
40. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından verilmiş 03 mart 2025-ci il tarixli, №173 nömrəli arayışla müəyyən olunur ki, təqsirləndirilən şəxs Əzimov X14 rayonu, Ərkivan qəsəbəsində qeydiyyat olmaqla orada yaşayır, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. (Cild 1. i.v. 130)
41. Masallı Rayon Mərkəzi Xəstəxanasından verilmiş 05 mart 2025-ci il tarixli, 18-1- 60/2-501/2025 nömrəli məktubla müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 «Masallı Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin psixoloji-nevroloji kabinetində dispanser qeydiyyatında durmurlar. (Cild 1. i.v. 135)
42. «Məhkəmə-tibbi ekspertizası»nın xx.xx.2025-ci il tarixli, 164 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol ön hissəsinin sol döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası (bir ədəd), sol tərəfli pnevmohemotoraks (plevra boşluğuna sərbəst havanın və qanın yığılması), sağ çiyin nahiyəsinin (bir ədəd) və sol qoltuqaltı nahiyənin (bir ədəd) kəsilmiş-deşilmiş yarası, boynun ön hissəsinin (bir ədəd) və boynun sağ yan hissəsinin (bir ədəd) kəsilmiş yarası müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, ekspertizaya təqdim olunan bıçağın və ya buna oxşar digər alətin təsiri ilə yetirilə bilərdi, törənmə müddəti tibbi sənəddə qeyd olunan 27 fevral 2025-ci il tarixə uyğun gəlir. Sağ çiyin nahiyəsinin (bir ədəd) və sol qoltuqaltı nahiyənin (bir ədəd) kəsilmiş-deşilmiş yarası, boynun ön hissəsinin (bir ədəd) və boynun sağ yan hissəsinin (bir ədəd) kəsilmiş yarası dərəcəsinə görə ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Döş qəfəsinin sol ön hissəsinin sol döş boşluğuna nüfuz edən kədilmiş-deşilmiş yarası (bir ədəd), sol tərəfli pnevmohemotoraks dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 aşkar olunan xəsarətlər ona yetirilən zaman o, müxtəlif vəziyyətlərdə (ayaq üstə, yarımoturmuş, oturmuş, uzanıqlı və s.) ola bilərdi. (Cild 1. i.v. 136-140)
43. «Cinayət əməlinin tövsif edilməsi və cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında» 13 mart 2025-ci il tarixli, 299 nömrəli qərarın nəticə hissəsindən görünür ki, iş üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif edilmiş və ibtidai istintaqın aparılmasından ötrü ********* saylı cinayət işi Masallı rayon prokurorluğuna göndərilmişdir. (Cild 1. i.v. 142-145)
44. «Məhkəmə tibbi ekspertizası»nın xx.xx.2025-ci il tarixli, 168 nömrəli rəyidən görünür ki, Zərərçəkmiş şəxs2 sağ əlin İV barmaq falanqasının kəsilmiş yarası müəyyən olunmuş, müəyyən olunan xəsarət kəsici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti tibbi sənəddə qeyd olunan 27 fevral 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (Cild 1. i.v. 160-162)
45. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 02 aprel 2025-ci il tarixli, 34 №-li qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 163-164)
46. Lənkəran Şəhər Narkoloji Xəstəxanasından verilmiş 14 aprel 2025-ci il tarixli, №483 nömrəli sorğuya cavab məktubu ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs Əzimov X12 Şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda durmur. (Cild 1. i.v. 217)
47. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, № 516 nömrəli arayışla müəyyən olunur ki, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi arvadı Zərərçəkmiş şəxs1 (xx.xx.1990-cı il təvəllüdlü), qızları Şahid6 (xx.xx.2006-cı il təvəllüdlü), Zərərçəkmiş şəxs2 (xx.xx.2007-ci il təvəllüdlü), oğulları Şahid9 (xx.xx.2010-cu il təvəllüdlü) və X8 (xx.xx.2019-cu il təvəllüdlü) ibarətdir. (Cild 1, i.v. 218)
48. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə. (Cild 1. i.v. 219)
49. «Üzləşdirmə haqqında» 27 aprel 2025-ci il tarixli, 091 saylı protokoldan görünür ki, şahid Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları israrla Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha onun törətdiyi cinayəti ifşa etmişdir. (Cild 1. i.v. 245-247)
50. «Üzləşdirmə haqqında» 27 aprel 2025-ci il tarixli, 092 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları, yəni Təqsirləndirilən şəxs onu öldürmək niyyəti ilə bıçaqla vurduğunu israrla üzünə qarşı deyərək bir daha törətdiyi cinayəti ifşa etmişdir. (Cild 1. i.v. 248-251)
51. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 158/2025-TBŞ nörməli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu – Oalfa, beta(İ). Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs1 məxsus uzunqol kofta üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigenti alınmışdır. “H” antingenti O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilərdi. (Cild 2. i.v. 05-09)
52. «Kompleks məhkəmə-trasoloji və məhkəmə-soyuq silah ekspertizası»nın xx.xx.2025-ci il tarixli, 89-MTKŞ/2025 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus üst geyiminin ön səthinin sol yuxarı nahiyəsində 02 (iki) ədəd, üst geyiminin kapuşonun ön səthində solda 01(bir) ədəd, kapuşonun arxa səthində solda 01(bir) ədəd deşilmiş-kəsilmiş və üst geyiminin arxa səthinin yuxarı nahiyəsində bir qədər sağda 04(dörd) ədəd kəsilmiş zədələr aşkar olunmuşdur. Deşilmiş-kəsilmiş zədələr küpü, ülgücü və iti ucu olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən, kəsilmiş zədələr isə iti kənarı olan alətin (alətlərin) təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus üst geyiminin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus üst geyiminin sol qolunda yuxarıda bir ədəd cırılma xarakterli zədə aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizminə malikdir, üst geyiminin müvafiq nahiyəsinin dartılması nəticəsində müxtəlif şəraitdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 2. i.v. 10-17)
53. «Yetkinlik yaşına çatmayan şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında» xx.xx.2025-ci il tarixli, 056 saylı qərardan və tədqiq edilmiş digər sənədlərdən görünür ki, ********* saylı cinayət işi üzrə Şahid9 qanuni nümayəndəsi qismində Qanuni nümayəndə2 təyin olunmuşdur. (Cild 2. i.v. 26-28)
54. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmişdir, hazırda məhkumluğu olmayan şəxs qismində tanınır. (Cild 2, i.v. 52-53)
55. «Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın xx.xx.2025-ci il tarixli, 70 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional iradi sferasında –qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik; xarakterik xüsusiyyətlərində nümayişkaranəlik, vəziyyətini qabartmağa və ətrafdakıların diqqətini öz üzərinə yönəltməyə meyillilik, inadkarlıq, özünə qarşı ətrafdakılardan yüksək hörmət tələb etmək, maraqlarını üstün tutmaq, eqosentrizim aşkar olunmaqla xasiyyətin isterik tipli cizgilərinə malik olduğu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcıqlara qarşı həssaslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin isterik tipli cizgiləri ilə şərtlənmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 2, i.v. 62-69)
56. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarxdə Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etməklə yanaşı qızı Zərərçəkmiş şəxs2 əlinə də bıçaqla xəsarət yetirmişdir. Buna görə də Zərərçəkmiş şəxs2 atası Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona xəsarət yetirdiyinə görə də cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (Cild 2, i.v. 70)
57. «Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 14 iyun 2025ci il tarixli, 065 saylı qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 29,120.2.4 və 128-ci maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. (Cild 2, i.v. 74-90)
58. «Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 14 iyun 2025ci il tarixli, 065 saylı qərarın nəticə hissəsindən görünür ki, hadisənin törədildiyi 01 (bir) ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 01 (bir) ədəd üst geyimi və ona məxsus quru qan nümunəsi maddi sübut qismində tanınmış və Masallı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (Cild 2, i.v. 74-90)
59. «Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında» 14 iyun 2025-ci il tarixli, 067 saylı qərarın nəticə hissəsindən görünür ki, ********* saylı cinayət işi üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində dindirilməsi üçün qanuni nümayəndəsi qismində Qanuni nümayəndə1 təyin olunmuş, qanuni nümayəndənin hüquq və vəzifələri ona izah edilmişdir. (Cild 2, i.v. 96-97)
60. «Zərərçəkmiş şəxs qismində tanınma haqqında» 14 iyun 2025-ci il tarixli, 068 saylı qərarın nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və zərərçəkmiş şəxsin hüquq və vəzifələri ona izah edilmişdir. (Cild 2, i.v. 101-102)
61. «Təqsirləndirilən şəxs qismində cəlb olunmuş şəxsə yenidən ittiham elan etmək haqqında» 16 iyun 2025-ci il tarixli, 070 saylı qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (Cild 2, i.v. 110-111)
62. «Vəsatətə baxılması haqqında» 16 iyun 2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs2 bilmədən xəsarət yetirməsi barədə irəli sürdüyü vəsatət əsassız olduğundan tam rədd edilmişdir. (Cild 2, i.v. 125-126)
63. Masallı rayon Məhkəməsinin 2(050)-1674/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında 08 yanvar 2008-ci il tarixdə Masallı rayon Ərkivan kənd ərazi nümayəndəliyində bağlanmış 06 saylı nikahın pozulması, xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2, xx xxxx 2010-cu il təvəllüdlü Şahid9 və 04 iyun 2019-cu il təvəllüdlü X9 anası Zərərçəkmiş şəxs1 yanında saxlanılması, 25 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx xxxx 2010-cu il təvəllüdlü Şahid9 və 04 iyun 2019-cu il təvəllüdlü X1 üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
64. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
65. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
66. «Orlov Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cımaddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.
67. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
69. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
70. CPM-in 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
71. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
72. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
73. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.
74. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.
75. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
76. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
77. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməmiş, həyat yoldaşını öldürmək məqsədi ilə deyil, onu cəzalandırmaq üçün vurduğunu, qızını isə qəsdən yaralamadığını demişdir.
78. Məhkəmə, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin, təqsirləndirilən şəxsin həyat yoldaşı Zərərçəkmiş şəxs1 qarşı qəsdən adamöldürmə niyyətinin olmaması, onu sadəcə cəzalandırmaq məqsədi daşıması və qızı Zərərçəkmiş şəxs2 isə qəsdən xəsarət yetirməməsi barədə gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir.
79. Məhkəmə təqsirləndirilən şəxsin müdafiə mövqeyini qəbul etmir və onun əməlinin məhz qəsdən adam öldürməyə cəhd və qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməsini aşağıdakı sübutların məcmusu və hüquqi əsaslarla tam sübuta yetirilmiş hesab edir.
80. Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürülməsinə cəhd cinayətinin (CM-in 29, 120.2.4-cü maddəsi) sübuta yetirilməsi: Qəsdin əvvəlcədən planlaşdırıldığını və birbaşa olduğunu sübut edən dəlillər: Hədələyici Mesajlar və Davranışlar: Məhkəmə istintaqı zamanı zərərçəkmişin qardaşı, Şahid3 ifadəsində bildirmişdir ki, hadisədən təxminən bir həftə əvvəl Təqsirləndirilən şəxs ona "WhatsApp" vasitəsilə mesaj yazaraq, ayın 18-i gəlib "bacısının başını kəsəcəyini" bildirmişdir. Təqsirləndirilən şəxs özü də çarpaz suallar zamanı arvadının qardaşına "bacını ölü istəyirsən ya diri?" yazdığını etiraf etmişdir, hər iki ifadə onun öldürmə niyyətinin olduğunu göstərir. Bundan əlavə, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində Elnurun hadisədən əvvəl onun boynuna əl vurub “sənin şah damarın burdadır?” deyə soruşduğunu bildirmişdir. Bu hərəkətlər təqsirləndirilən şəxsin cinayəti əvvəlcədən planlaşdırdığını və qəsdinin məhz həyatdan məhrum etməyə yönəldiyini göstərir. Cinayətə hazırlıq hərəkətləri: Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində Elnurun hadisədən əvvəl evin müşahidə kameralarını söndürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs özü də kameraların söndürüldüyünü etiraf etmişdir. Bu hərəkət onun cinayət törətməyə əvvəlcədən hazırlaşdığını sübut edir. Əlavə olaraq, hadisədən əvvəl evin ikinci mərtəbəsinə qalxaraq bıçaq götürüb onu bel nahiyəsində gizlətmişdir. İlkin etirafedici ifadələr: Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilərkən arvadının onu təhqir etməsindən sonra onu konkret olaraq öldürmək və məsələyə son qoymaq niyyəti ilə sinə və boğaz nahiyələrinə bir neçə dəfə bıçaq zərbəsi vurduğunu səmimi etiraf etmişdir. Məhkəmə, bu ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edildiyini və işin digər materialları ilə ziddiyyət təşkil etmədiyini nəzərə alaraq onları mötəbər sübut kimi qiymətləndirir. Onun sonradan ifadələrini dəyişməsini isə cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Hazırki cinayət hadisəsində təqsirləndirilən şəxsin birbaşa qəsdlə hərəkət etməsi, onun cinayətə hazırlıq mərhələsindəki düşünülmüş hərəkətləri ilə sübuta yetirilir. Cinayətin törədilmə üsulu və xarakterinin qəsdi sübut etməsi: Cinayətin aləti və xəsarətlərin lokalizasiyası: Təqsirləndirilən şəxs mübahisə zamanı evin ikinci mərtəbəsinə qalxaraq mətbəx bıçağı götürmüş və onu belinə keçirərək gizlətmişdir. Zərbələrin məhz həyat üçün vacib orqanların yerləşdiyi boğaz və sinə (ürək) nahiyələrinə yönəldilməsi onun öldürmə məqsədini açıq şəkildə göstərir. Həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs1 Elnurun əvvəlcədən onun şah damarının yerini soruşduğunu və iki zərbəni məhz həmin nahiyədən vurduğunu bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Zərərçəkmiş şəxs1 yetirilən döş qəfəsinin sol ön hissəsinin döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərbələrin sayı və xüsusi amansızlıq: Təqsirləndirilən şəxs arvadına ardıcıl və fasiləsiz olaraq 5 bıçaq zərbəsi endirmişdir. Zərbələrin zərərçəkmişin 2 övladının gözü qarşısında və zərərçəkmişin aman diləməsinə baxmayaraq vurulması, ona xüsusi əzab və iztirablar verməsi əməlin xüsusi amansızlıqla törədildiyini sübut edir. X10: Zərərçəkmiş Zərərçəkmiş şəxs1 və şahid qismində dindirilmiş qızı Zərərçəkmiş şəxs2 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs bıçaq zərbələri endirdikdən sonra otağın qapısının qarşısını kəsərək onların çıxmasına mane olmuşdur. Bu zaman o, qan içində olan arvadına "sən qan itirib öləcəksən, mən isə tutulacam" demişdir. Bu davranış onun nəticənin – ölümün baş verməsini arzuladığını və buna şərait yaratdığını göstərir. Hüquqi Əsaslandırma: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 3-cü bəndinə əsasən, qəsdən adam öldürməni ehtiyatsızlıqdan ölümə səbəb olan sağlamlığa qəsdən ağır zərər vurmadan fərqləndirərkən cinayətin üsulu, aləti, xəsarətlərin sayı, xarakteri və lokalizasiyası (həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırkı işdə bütün bu hallar (öldürücü silahın seçilməsi, zərbələrin həyati vacib orqanlara yönəldilməsi, zərbələrin sayı, X10) təqsirkarın birbaşa öldürmə qəsdini sübut edir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, əməl şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmadıqda, bu, cinayətə cəhd hesab olunur. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 qızının müdaxiləsi və vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi, təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan hallar kimi qiymətləndirilir. Plenumun eyni qərarının 2-ci bəndinə görə, qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir.
81. Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurma cinayətinin (CM-in 128-ci maddəsi) Sübuta Yetirilməsi: Təqsirləndirilən şəxs qızına xəsarət yetirmək niyyətinin olmadığını bildirsə də, məhkəmə onun bu əməldə də təqsirli olmasını aşağıdakı dəlillər və hüquqi əsaslarla sübuta yetirilmiş hesab edir. Cinayətin tərkibini sübut edən dəlillər: Zərərçəkmiş şəxslərin ifadələri: Həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 ifadələrində bildirmişlər ki, Elnur Natəvana bıçaqla zərbələr endirərkən Zeynəb onları ayırmaq üçün araya girmiş və bu zaman atası hərəkətlərini dayandırmadığı üçün bıçaq onun sağ əlinin barmağını kəsmişdir. Məhkəmə-Tibbi Ekspertizasının rəyi: xx.xx.2025-ci il tarixli, 168 nömrəli rəyə əsasən, Zərərçəkmiş şəxs2 yetirilmiş sağ əlin İV barmağının dırnaq falanqasının kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X11: Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində qızının aralarına girdiyi zaman ona (Zərərçəkmiş şəxs1) son zərbəni vurmaq istəyərkən bıçağın qızının əlinə dəyə biləcəyini istisna etməmişdir. Hüquqi Əsaslandırma: Cinayət Məcəlləsinin 128-ci maddəsi sağlamlığa qəsdən yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutur. Cinayət Məcəlləsinin 25.3-cü maddəsinə görə, şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs arvadına ardıcıl bıçaq zərbələri endirərkən qızının onları ayırmaq üçün araya girdiyini görmüş, bu vəziyyətdə hərəkətlərini davam etdirəcəyi təqdirdə qızına da xəsarət yetirə biləcəyini qabaqcadan görmüş və ya görməli olduğu halda, buna şüurlu surətdə yol vermişdir. O, qızının müdaxiləsinə baxmayaraq, cinayətkar əməllərini davam etdirmiş və nəticədə qızına da xəsarət yetirmişdir. Bu halda onun qızına xəsarət yetirmək istəyini birbaşa arzulamaması əməlin qəsdən törədilməsini istisna etmir. Buna görə də onun əməli Zərərçəkmiş şəxs2 münasibətdə dolayı qəsdlə sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir.
82. Yuxarıda göstərilən sübutların məcmusu və hüquqi təhlili əsasında məhkəmə Təqsirləndirilən şəxs hər iki cinayət əməlini törətməkdə təqsirli olması barədə yekun nəticəyə gəlir.
83. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təkzib olunur və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır.
84. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda şərh edilən Plenum qərarını və qanunvericilikdə formalaşmış hüquqi mövqeyi nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 29,120.2.4 və CM-in 128-ci maddələri ilə elan edilmiş ittiham əsaslıdır, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam təsdiq edilir.
85. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
86. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
87. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır.
88. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.
89. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
90. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.
91. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş şəxs icraçı sayılır.
92. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayətprosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutur, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
93. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 128-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikəri ifadələri, məhkəmə-tibbi ekspertizasının, maddi sübutların məhkəmə tibbi bioloji tədqiqinə dair ekspertiza rəyi, canlı şəxsin ekspertizasına dair məhkəmə tibbi ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi ilə tam sübut edilir.
94. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, bu əməllər cinayətlərin təsnifatına görə xüsusilə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyalarına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
95. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası CM-in, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
96. Azərbaycan Respublikası CM-in 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”.
97. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
98. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
99. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə (İus talionis), yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir.
100. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır.
101. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun.
102. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
103. Məhkumluq haqqında arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.
104. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 az yaşlı uşağının olmasını CMin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını isə CM-in 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin 2 yetkinlik yaşına çatmayan övladının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır.
105. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
106. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır.
107. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
108. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır.
109. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı).
110. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir.
111. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, 128-ci maddəsinin sanksiyasında isə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
112. Törədilmiş cinayətin xüsusilə ağır cinayətin törədilməsinə cəhd olmasını, eləcə də həmin cinayətin zorakı cinayət növünə aid olmasını, təqsirləndirilən şəxsin əməlində CM-in iki müxtəlif maddəsinin tərkib əlamətlərinin olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar.
113. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 128-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur.
114. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə CM-in 29,120.2.4-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən CM-in 60.1 və 63.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır.
115. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
116. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
117. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli plenum qərarına əsasən, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir.
118. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə cəhd etdiyindən ona başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox, yəni (((20x12)/4)x3=180 ay) 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çox müddətə cəza təyin edilə bilməz.
119. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alma halı nəzərə alındıqda isə sonuncuya təqsirləndirildiyi CM-in 29,120.2.4-cü maddəsinə əsasən ((180/4)x3=135 ay) 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmədən artıq cəza təyin edilə bilməz.
120. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsində və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən müvafiq olaraq xüsusilə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
121. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
122. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
123. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdə, saat 18:24-də şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 01 mart 2025-ci il tarixli, № 4(050)-17/2025 saylı qərarı ilə onun barəsində əvvəli 27 fevral 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
124. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 fevral 2025-ci il tarixdən hesablanmalıdır.
125. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
126. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar qeyd edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd üst geyimi və ona məxsus quru qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. Hazırki cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, sənədləri və görüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır.
127. İş üzrə ekspertiza tədqiqatı xərci yoxdur.
128. Məhkəmə qeyd edir ki, bir neçə məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmiş, daha sonra davam edən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs müqavilə əsasında özünə müdafiəçi seçdiyindən, dövlət büdcəsi vəsaiti hesabına təyin edilmiş müdafiəçinin iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə iclaslarında təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir.
129. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
130. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
131. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
132. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 51-2, 344-347, 349, 351-353, 356, 358, 381, 383, 384, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Masallı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd üst geyimi və sonuncuya məxsus quru qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva