Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-382/2023 12.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) X3 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxx 1994-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Quba rayonu Mirzəməmmədli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, daşınmış, Biləsuvar rayonu Yuxarı Ağalıkənd kəndində yerləşən “Beton kanal” adlanan su kanalının yaxınlığında gizlədilmiş külli miqdarda 500,0 qram olan qurudulmuş marixuananı, külli miqdarda 4 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 2085,0 qram; 2180,0 qram; 1570,0 qram; 1050,0 qram, ümumi təmiz çəkisi 6885,0 qram olan heroini, külli miqdarda 3 ədəd ayrı-ayırılıqda təmiz çəkiləri 2670,0qr; 1010,0 qr; 1520,0 qram, ümumi təmiz çəkisi 5200,0 qram həşiş qətranını, külli miqdarda 1 bir ədəd bükülüdə təmiz çəkisi 390,0 qram metamfetamini, külli miqdarda 23 ədəd konvolyutda ümumi sayı 230 ədəd olan qəhvəyi rəngli dairəsi formalı 9,2 qram (bir həbdə 0,04 qr) həblər metodonu cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 16 yanvar 2023-cü il tarixdə saat 02:30 radələrində cinayət barədə xəbərsiz olan Şahid6 idarə etdiyi “Mercedes C 230” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən narkotik vaitələri və psixotrop maddələri gizlədildiyi yerdən götürüb, avtomobilin sağ arxa oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yanvar 2023cü il tarixdə saat 02:40 radələrində Biləsuvar rayon Yuxarı Ağalıkənd kəndində yerləşən “Beton kanal” adlanan su kanalının yaxınlığında narkotik vasitələrin və psixotrop maddlərin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilərəkən qeyd edilən narkotik vasitə və psixotrop maddələr bir ədəd idman çantasında olmaqla həmin avtomobilin sol arxa oturacağının altından aşkar edilərək götürülmüşdür. Dindirilmiş təqsirləndiriləm şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o maşın ustası olduğundan 16 yanvar 2023-cü il tarixdə o Novruzun tanışı Sadiq və onun dostu Pərvizlə birlikdə Biləsuvar rayonunda olan bir avtomobilə baxmaq üçün Novruzun idarə etdiyi avtomobillə Biləsuvar rayonuna gəlmişlər. Orada Beton kanalın yaxınlığında avtomobilləri xarab olduğundan onu kənara çəkib xarab olan benzin nasosu düzəldib yola düşmək istəyərkən yol patrul xidmətinin əməkdaşları onları saxlayıb Biləsuvar rayon Polis Şöbəsinə aparmışlar. Orada üzərlərinə və avtomobilə baxış keçirmişlər. Avtomobildən içərisində narkotik olan əl çantası aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitələr ona aid olmamışdır. İçində narkotik vasitələr olan çantanı polis şöbəsində avtomobilə polislər qoymuşlar. Avtomobilə videoçəkilişlə baxış keçirilərkən iştirak etmiş, içərisində narkotik vasitələr olan çanta ona məxsus olmamışdır. O daha sonra ifadəsində göstərmişdir ki, o İran vətəndaşı ilə telefonla əlaqə saxlayarkən iranlı ona 800 qram marixuana göndərəcəyini onu Biləsuvar rayonu ərazisinə qoyacağın həmin narkotik vasitəni götürüb onun deyəcəyi yerə qoyduqdan sonra ona 1500 mant pul veriləcəyini, Novruzun, Sadiqin və Pərvizin onun narkotik vasitə götürəcəyindən məlumatları olmadığını bildirmişdir. O ifadəsində daha sonra göstərmişdir ki, narkotik vasitəni götürmək üçün gəldiyini Novruzun, Sadiqin və Pərvizin məlumatları olduğunu bildirsə də ifadəsini davam etdirərək onlara narkotik vasitələrin şəklini çəkəcəyini deyərkən, onlar razılaşmayaraq geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanıldıqları barədə ziddiyyətli ifadələr vermişdir. O ziddiyətlərin səbəbini deyə bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 yanvar 2023-cü il tarixdə saat 12 radələrində onun istifadə etdiyi ***-***-**-** nömrəsinə tanımadığı nömrədən mesaj gəlmiş, həmin mesajda şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş, lakin adını deməmiş, bildirmişdir ki, söhbətləri uzansa onu tanıyar. O, həmin şəxsə salam yazıb kimliyini təkrarən soruşmuş, İran İslam Respublikasının vətəndaşı ona iş təklif edərək “Biləsuvar rayonuna gəlib narkotik maddə götürüb həmin maddəni Bakı şəhərində dediyim yerə qoyacaqsan, sənə bunun əvəzində 1500 manat pul verəcəyəm” sözlərini yazmışdır. O da bu sözləri ilə razılaşmış, İran İslam Respublikasının vətəndaşı ona mesaj yazıb həmin gün gəlməyini söyləmişdir. Şahid6, Şahid8 və Şahid7 da həmin zaman onun yanında olmuşlar, lakin onların arasında olan söhbəti eşitməmişlər. O, həmin şəxslərə “bu gün Biləsuvar rayonuna getməliyəm, orada tanış vardır və mənə pul verəcəkdir, gedib götürək.” sözlərini demiş, onlar da onunla razılaşmışlar, onlar birlikdə Biləsuvar rayonuna gəlmək qərarına gəlmişlər. Həmin gün saat 22 radələrində o, Şahid8, Şahid7 və Şahid6 sonuncunun idarə etdiyi “Mersedes” markalı avtomobillə Bakı şəhərindən yola çıxmışlar, yolboyu o həmin şəxslərlə narkotik vaistələrin daşınması barədə heç bir söhbət etməmişdir. O, özü avtomobildə arxa oturacaqda, Pərviz sağ qabaq oturacaqda, Sadiq isə onunla birlikdə ortada əyləşmişdir, Şahid6 avtomobili idarə etmişdir. Sadəcə olaraq avtomobilə o, 40 manat avtomobilə benzin vurmuş və yolboyu İran İslam Respublikasının vətəndaşı “Vatsapp” mesajlaşma mərkəzi vasitəsilə ona yazaraq harada olmasını soruşmuş, onlar 16 yanvar 2023-cü il tarixə keçən gecə Biləsuvar rayonuna çatmışlar, həmin şəxs “Azpetrol” YDM-nin yanından sağa dönərək gömrük yoluna gəlməyini bildirmişdir. O avtomobili həmin istiqamətə sürdürmüş, İİR vətəndaşı narkotik maddəni “Beton kanal” deyilən ərazinin yaxınlığına qoyduğunu bildirmişdir. Onlar “Beton kanal” adlanan əraziyə çatmışlar, avtomobil hərəkətə getməmiş, avtomobili itələyib qırağa çəkmişlər. O həmçinin ayaqyoluna getmək istədiyini bildirib biraz oradan kənarlaşmışdır. O da uşaqların başının qarışıq olmasından istifadə edib İİR vətəndaşının qoyduğu 1 ədəd göy rəngli çantanı götürmüş, çanta əlində gəlib avtomaşına əyləşmiş, çantanı oturacağın alt hissəsinə qoymuş, yanındakı şəxslər onlardan qabaq oturduğuna görə çantanı və həmin çantada nə olduğunu bilməmişlər. Avtomobil 100 metr həmin yerdən uzaqlaşmışdır ki, polis əməkdaşları onlara yaxınlaşmışlar. Gəlişlərinin səbəbini izah edib onları rayon polis şöbəsinə gətirmişlər. Həmin zaman üzərində olan “Redmi” markalı mobil telefon yerə düşüb itmişdir. O, Şahid8, Şahid6 və Şahid7 onların tələblərinə tabe olub həmin polis əməkdaşları ilə birlikdə könüllü olaraq Biləsuvar Rayon Polis Şöbəsinə gəlmişlər. RPŞ-nin inzibati binasında otaqların birində o, şübhəli şəxs kimi tutulmuş, ona hüquqlarının müdafiəsi üçün öz istəyi ilə vəkil X2 təyin olunmuşdur. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, üzərində olan əşyaları təqdim etməyi bildirmişlər. O da əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən 1 (bir) manatlıq əskinazı təqdim edərək üzərində narkotik vasitə olmadığını, lakin Şahid6 idarə etdiyi «Mersedes» markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa oturacağının alt hissəsində özünə məxsus içərisində narkotik vasitə olan bir bağlama olduğunu bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Həmin protokolla o və müdafiəçisi Səfərəli Baxşiyevlə birlikdə tanış olub imzalamışlar. Bundan sonra onun, müdafiəçisi Səfərəli Baxşiyevin, Şahid8, müdafiəçisi Habil Məmmədovun, Şahid7, müdafiəçisi Fədai Quliyevin, Şahid6, müdafiəçisi Mehman Mütəllimovun və polis əməkdaşlarının iştirakları ilə Şahid6 idarə etdiyi ««Mersedes» markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Şahid6, Şahid8, Şahid7 təklif edilmişdir ki, idarə etdiyi avtomobildə qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etsin. Şahid8, Şahid7, Şahid6 idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişlər. Bundan sonra ona təklif edilmişdir ki, avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etsin. O da polis əməkdaşlarına bildirmişdir ki, Şahid6 idarə etdiyi «Mersedes» markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağının altında içərisində narkotik vasitə olan çanta gizlətmişdir. Həmin bağlamanın içərisində narkotik vasitə vardır. Həmin narkotik vasitələri ona İran İslam Respublikasının vətəndaşı göndəribdir. Həmin iranlı öz adını ona təqdim etməmişdir. Həmin göy rəngli çanta açıldıqda onun içərisində ayr-ayrı bükülülər vardır, həmin bükülülər bir-bir açılıb baxılmış, 1-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə qurudulmuş marixuanaya bənzər bitki kütləsi və 6 list olmaqla hər birində 10 konvolyut psixotrop maddəyə bənzər dərman həblərinin olması, qurudulmuş marixuanaya bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 585 qram, 2-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə heroinə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 2220 qram, 3-cü bükülü açılıb baxıldıqda həmin bükülüdə heroinə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1080 qram, 4-cü bükülü açılıb baxıldıqda həmin bükülüdə heroinə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1510 qram, 5-cü bükülü açılıb baxıldıqda həmin bükülüdə heroinə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 2115 qram, 6-cı bükülü açılıb baxıldıqda həmin bükülüdə metamfetaminə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 420 qram, 7-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə həşiş qətranına bənzər 4 list hər birində 10 konvolyut dərman həbləri olan psixotrop maddəyə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1030 qram, 8-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə həşiş qətranına bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1540 qram, 9-cu bükülü açılıb baxıldıqda həmin bükülüdə həşiş qətranına bənzər, 5 list hər birində 10 konvolyut dərman həbləri olan psixotrop maddəyə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 2705 qram və 10-cu bükülü açılıb baxıldıqda həmin bükülüdə 8 list hər birində 10 konvolyut dərman həbləri olan psixotrop maddəyə bənzər maddə müəyyən olundu. Bundan başqa içərisində heroinə bənzər maddə olan bükükülülər elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin ümumilikdə 6920 qram, içərisində həşiş qətranına bənzər maddə olan bükükülülər elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin ümumilikdə 5275 qram, ümumilikdə 23 list hər birində 10 konvolyut olmaqla 230 konvolyut dərman həbləri olan psixotrop maddəyə bənzər həblər olması, ümumilikdə çəkildikdə isə çəkilərinin 13,205 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin narkotik vasitə heroin, qurudulmuş marixuana, həşiş qətranı və psixotrop maddə metamfetamin və 230 konvolyut dərman həbləri ekspertizaya göndərilməsindən ötrü müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bağlamaya qoyulmuşdur. Möhürlənmiş zərfin üzərini digər iştirakçılar kimi o da imzalamışdır. Bundan sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolla o və müdafiəçisi Səfərəli Baxşiyev, Şahid8, müdafiəçisi Habil Məmmədov, Şahid7, müdafiəçisi Fədai Quliyev, Şahid6, müdafiəçisi Mehman Mütəllimov və digər iştirakçılar tanış olub imzalamışlar. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Həmin psixotrop maddə metamfetamin, dərman həbləri və narkotik vasitə heroini, qurudulmuş marixuananı, həşiş qətranını ona adını bilmədiyi İİR vətəndaşı göndərmişdir. Həmin narkotiki o adını bilmədiyi iranlı tanışıyla razılaşdığı kimi Biləsuvar rayonunda “Beton kanal” adlanan ərazinin yaxınlığından götürüb özündə saxlayacaqdır ki, onun dediyi yerə qoysun. Həmin yerdən narkotik vasitəni və psixotrop maddəni götürən zaman yanında olan digər şəxslər çantanı və içərisində nə olmasını görməmişlər. Ancaq həmin şəxslər bilməmişlər ki, o, həmin yerə narkotik vaistə götürmək üçün gəlir. Həmin yerə çatanda avtomobilin işlək vəziyyətə gəlməməsindən istifadə edib ayaqyoluna getmək adı ilə İranlı ilə razılaşdıqları kimi “Beton kanal” adlanan ərazinin yaxınlığından bir ədəd çantanı (bağlamanı) götürmüş və avtomobilə qoymuş, daha sonra polis əməkdaşları avtomobili saxlatdırmışlar. Həmin vaxtı yanında olan şəxslər çantada narkotik vasitə olmasını bilməmişlər. Yanında olan şəxslər yalnız rayon polis şöbəsində olan zaman bilmişlər ki, çantada narkotik vasitə və psixotrop maddə vardır. Həmin narkotik vasitə heroinin, həşişin, qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin və dərman həblərinin ora İİR vətəndaşı tərəfindən konkret olaraq nə vaxt ora gətirilməsindən və yaxud da ki, kimin vasitəsi ilə ora qoyulmasından xəbəri yoxdur. Onun avtomobili yoxdur. O, həmin şəxslərə Biləsuvar rayonunda tanışından borc alacağını deyib Şahid6 idarə etdiyi avtomobillə gəlmiş, yolda iranlı tanışı ilə danışan zaman bilmişdir ki, narkotik vasitə və psixotrop maddəni Biləsuvar rayonu Yuxarı Ağalıkənd kəndində “Beton kanal” adlalan ərazinin yaxınlığındakı yerdə gizlədilibdir. O bunu bilən kimi Şahid6 bildirmişdir ki, avtomobili “Azpetrol” YDM-nin yanından sağ tərəf gömrük yoluna sürsün. Həmin yerə çatanda avtomobil işlək vəziyyətə gəlməmiş, həmin avtomobilin işlək vəziyyətə gəlməməsindən istifadə edib o həmin çantanı götürmüş, lakin çantanı açmamış, lakin içərisində narkotik maddə olmasını bilmişdir. Şahid8, Şahid7 və Şahid6 çantadan məlumatları olmayıbdır, onlar RPŞ-də avtomobilə baxış keçirilən zaman çantada narkotik vasitə və psixotrop maddə olmasını bilmişlər. Ona, Sadiq Haverdiyevə, Şahid7 və Şahid6 polis əməkdaşları tərəfindən onlara qarşı heç bir fiziki güc və zor tətbiq edilməyib, hər şey öz istəklərilə könüllü olmuşdur. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahatından, habelə şübhəli şəxs qismində dindirmə protokolundan da görünür ki, o həmin izahat və ifadəsində törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi işin faktiki hallarına uyğun gələn ifadəsindən başqa, məhkəmədə dindirilmiş şahidlərin ifadələri , istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid8 və Şahid6 çox vaxt onun işlədiyi avtomobil təmiri sexinə gəlib getmişlər. 15 yanvar 2023cü il tarixdə saat 21 radələrində Şahid6 ona Nicatın Biləsuvar rayonuna gedəcəyini və onunla yol yoldaşı kimi getməyi təklif etmişdir. O da razılaşmış və həmin tarixdə saat 22 radələrində onlar yola çıxmışlar. O Novruzun idarə etdiyi Mersedes markalı avtomobildə sağ qabaq oturacaqda, Nicatla Sadiq isə arxa oturacaqda əyləşmişlər. Onlar həmin gün gecə Biləsuvar rayonuna çatmışlar. Nicat avtomobili “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanından gömrük yoluna getməyi və orada çobanla görüşəcəyini demişdir. Novruz da avtomobili həmin istiqamətə sürmüş, biraz getdikdən sonra avtomobil xarab olmuş və onlar avtomobildən düşmüşlər. Onların başı avtomobili təmir etməyə qarışmış, Nicat isə ayaqyoluna getmişdir. 10-15 dəqiqə sonra o, Pərviz və Novruz avtomobilə əyləşmişlər. Nicat isə onlardan əvvəl öz yerində əyləşmişdir. Bir qədər hərəkət etdikdən sonra polis əməkdaşları onları saxlayıb polis şöbəsinə aparmışlar. Orada üzərlərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onların və müdafiəçilərinin iştirakları ilə videoçəkilişlə Novruzun idarə etdiyi «Mersedes» markalı **- VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Novruz idarə etdiyi avtomobilin arxa sol oturacağının altında içərisində narkotik vasitə olan çantanı təqdim etmişdir. Çanta açılaraq içərisinə baxılmış və çantanın içərisində narkotik vasitələr və psixotrop maddələr olmuşdur.Həmin maddələr çəkildikdən sonra qablaşdırılaraq üzərləri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin vaxt Nicat çantada olan maddələrin ona məxsus olduğunu bildirmişdir. O Sadiq və Novruzun çantanın içərisində nə olduğunu bilməmişlər. Saxlanılarkən nə onlara, nə də ki Nicata heç bir təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahidlər Şahid8 və Şahid6 Yadigar oğlu oxşar məzmunlu ifadələr verərək Şahid7 ifadəsində göstərdiklərini təsdiq etdilər. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında onun cinayət əməlini ifşa edilməsi üçün 16 yanvar 2023-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. 16 yanvar 2023-cü il tarixdə saat 02:30 radələrində Biləsuvar rayonu Yuxarı Ağalıkənd kəndində Təqsirləndirilən şəxs olduğu «Mercedes C230» markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq polis şöbəsinə aparılmışdır. Polis şöbəsində avtomobildə olan səxlərin sürücü Şahid6, sərnişinlər Təqsirləndirilən şəxs, Şahid8 və Şahid7 olması müəyyən edilmişdir. Sonra da onların ayrı-ayrılıqda üzərlərində axtarış aparılmışdır. Lakin onların üzərlərində qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs isə avtomobildə arxa sol oturacağının alt hissəsində özünə məxsus içərisində narkotik vasitə və psixotrop maddə olan bağlama olduğunu bildirmişdir. Ona görə də vəkillərin və onların iştirakları ilə videoçəkilşlə Şahid6 idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sol oturacağanın alt hissəsindən içərisində narkotik vasitə heroin və psixotrop maddə olan, bir ədəd göy rəngli əl çantasını təqdim etmiş və həmin maddələri ona İran İslam Respublikasının vətəndaşı göndərdiyini, yanında olan şəxslərin həmin narkotik vasitələrdən və psixotrop maddələrdən məlumatlarının olmadığını bildirmişdir. Avtomobildən aşkar olunaraq götürülmüş göy rəngli əl çantası açılıb baxılmış, çantanın içərisində olan bükülülər bir-bir açılıb baxılmış və bağlamalarda qurudulmuş marixuana, heroin, həşiş qətranı, metamfetamin və metadon həbləri olması aşkar edilmişdir. Sonra da həmin maddələr elektron tərəzidə çəkilərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahidlər Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid4, Şahid3 Fizuli oğlu, Şahid5 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 16 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Şahid6 idarə etdiyi ««Mercedes C230» markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olması şübhəsi yarandığından videoçəkiliş aparılmaqla həmin avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmaması və varsa təqdim etməsi Şahid6, Şahid8 və Şahid7 təklif edildikdə onlar bildirmişlər ki, avtomobildə onlara qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildə ona məxsus narkotik vasitə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs avtomobilin arxa sol oturacağanın alt hissəsində bir ədəd bağlamanın olduğunu, bağlamanın içərisində narkotik vasitə və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri ona İran İslam Respublikasının vətəndaşı göndərdiyini bildirmişdir. Avtomobildən aşkar olunaraq götürülmüş çanta aşkar edilmişdir. Həmin çanta açılıb baxıldıqda Həmin iranlı da öz adını ona təqdim etməmişdir. Həmin göy rəngli çanta açıldıqda onun içərisində ayr-ayrı bükülülər vardır, həmin bükülülər bir-bir açılıb baxılmış, 1-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə qurudulmuş marixuanaya bənzər bitki kütləsi və 6 list olmaqla hər birində 10 konvolyut psixotrop maddəyə bənzər dərman həblərinin olması, qurudulmuş marixuanaya bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 585 qram, 2-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə heroinə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 2220 qram, 3-cü bükülü açılıb baxıldıqda həmin bükülüdə heroinə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1080 qram, 4-cü bükülü açılıb baxıldıqda həmin bükülüdə heroinə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1510 qram, 5-cü bükülü açılıb baxıldıqda həmin bükülüdə heroinə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 2115 qram, 6-cı bükülü açılıb baxıldıqda həmin bükülüdə metamfetaminə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 420 qram, 7-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə həşiş qətranına bənzər 4 list hər birində 10 konvolyut dərman həbləri olan psixotrop maddəyə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1030 qram, 8-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə həşiş qətranına bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1540 qram, 9-cu bükülü açılıb baxıldıqda həmin bükülüdə həşiş qətranına bənzər, 5 list hər birində 10 konvolyut dərman həbləri olan psixotrop maddəyə bənzər maddə olması, şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 2705 qram və 10-cu bükülü açılıb baxıldıqda həmin bükülüdə 8 list hər birində 10 konvolyut dərman həbləri olan psixotrop maddəyə bənzər maddə müəyyən olundu. Bundan başqa içərisində heroinə bənzər maddə olan bükükülülər elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin ümumilikdə 6920 qram, içərisində həşiş qətranına bənzər maddə olan bükükülülər elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin ümumilikdə 5275 qram, ümumilikdə 23 list hər birində 10 konvolyut olmaqla 230 konvolyut dərman həbləri olan psixotrop maddəyə bənzər həblər olması, ümumilikdə çəkildikdə isə çəkilərinin 13,205 qram olması müəyyən olunmuşdur. Baxış zamanı «Redmi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Məhkəmədə baxış və götürmə aparılması haqqında istintaq hərəkərlərinin videogörüntülərinin qeydə alındığı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış protokolunda qeyd edilənlərin diskdə olan görüntülərlə üst-üstə düşməsi təsdiq olunur. Cinayət işinin materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 18 yanvar 2023cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat müvəkkii Şahid1 Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında 15 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərməklə bir daha təstiq etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi və bioloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 19/57 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid6 idarə etdiyi avtomobildən aşkar edilib götürülmüş bükülülər...... " sözlər və imzalar olan bir ədəd kisənin içərəsində olan idman çantasındakı bir ədəd bükülüdü təmiz çəkisi - 500, 0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; dörd ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri -2085,0 qr; -2180,0 qr; -1570,0 qr; -1050,0 qram: ümumi təmiz çəkisi 6885,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər; üç ədəd bükülülərdə ayrı-ayırılıqda təmiz çəkiləri -2670,0 1qr; - 1010,0 qr; 1520,0 qram: ümumi təmiz çəkisi 5200,0 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranıdırlar, bir ədəd bükülüdə təmiz çəkisi 390,0 qram olan ağ rəsngli kristal şəkilli formada olan maddə metamfetamindir; 23 ədəd konvolyutda ümumi sayı 230 ədəd olan qəhvəyi rəngli dairəsi formalı həblər metedondurlar, həblərin təsiredici maddəsinin ümumi miqdarı; 9,2 qramdır ( bir həbdə 0,04 qr) . Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 19 yanvar 2023-cü il tarixli qərarından və raportdan görünür ki, qalıq çəkisi 6884,6 qram heroin, qalıq çəkisi 5199,85 qram həşiş qətranı, qalıq çəkisi 389, 9 qram psixotrop maddə metamfetamin, tədqiqata təqdim edilmiş 230 ədəd metodon həblərinin tədqiqatdan sonrakı 214 ədəd qalığı cinayət işi üzrə maddi sübut hesab edilmiş və Biləsuvar Rayon Polis Şöbvəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 yanvar 2023-cü il tarixli 128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 17 yanvar 2023cü il tarixli Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarının surətindən görünür ki,o qeyd edilən məhkəmə iclasında elan olunmuş ittihamla özünü təqsirli bilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 23 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən hazırki cinayət işindən cinayətin digər iştirakçıları barələrində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ayrıca cinayət işi ayrılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxs X5 ziddiyyətli ifadələr verərək əvvəlcə özünü təqsirli bilməmiş, aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin ona aid olmadığını, daha sonra ona İran vətəndaşının yalnız 800 qram marixuana göndərməsini və onunla birlikdə olan Şahid6, Şahid7 və Şahid8 bu haqda məlumatları olmadığını, daha sonra isə onun 800 qram marixuana ilə əlaqədar olaraq Biləsuvar rayonuna getməsində adları yuxarıda qeyd edilən şəxslərin də məlumatlı olduqlarını və onlar dövlət ittihamçısını vəsatəti əsasında yenidən məhkəmədə dindirilərkən, Təqsirləndirilən şəxs sualları cavablandıraraq iranlının narkotik vasitələri qoyduğu əraziyə gedərkən onlara narkotik vasitə ilə əlaqədar olaraq gəldiyini və narkotik olan bağlamanın şəklini çəkmək istədiyini dedikdə onlar razılaşmayaraq geri qayıtdıqlarını və həmin vaxt tutulduqlarını bildirmişdir. Məhkəmə onun bu ziddiyyətli ifadələrinin özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə elan olunmaqla tədqiq edilmiş vəkilinin iştirakı ilə verdiyi izahat və ifadələri, məhkəmədə dindirilmiş şahidlər Şahid6, Şahid7, Şahid8 və digər şahidlərin ifadələri, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında keçirilən məhkəmə iclasında özünü elan olunmuş ittiham üzrə təqsirli bilməsi haqqında izahatı, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, vəkilinin iştirakları ilə video çəkilişlə avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolları ilə təkzib olunduğunudan həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi həqiqətə və işin hallarına uyğun gələn ifadə olduğundan həmin ifadəni sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Cinayət işinin materiallarında olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1994-cü ildə Quba rayonunda anadan olmuşdur. Quba rayonu Mirzəməmmədli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində faktiki yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Öhtəsində İ qrup əlil atası vardır. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıda qeyd edilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və öhtəsində İ qrup əlil atasının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və işin vəziyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 16 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 499,95 qram qurudulmuş marixuana, qalıq çəkisi 6884,6 qram narkotik vasitə heroin, qalıq çəkisi 5199,85 qram həşiş qətranı, qalıq çəkisi 389,9 qram psixotrop maddə metamfetamin, qalıq qalmış 214 ədəd metadon həbləri məhv edilməlidir. İş üzrə 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 52-1, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin, o ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 499,95 qram qurudulmuş marixuana, qalıq çəkisi 6884,6 qram narkotik vasitə heroin, qalıq çəkisi 5199,85 qram həşiş qətranı, qalıq çəkisi 389,9 qram psixotrop maddə metamfetamin, qalıq qalmış 214 ədəd metadon həbləri məhv edilsin. İş üzrə 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-382/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-382/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver