Məhkəmə qərarları › İş №1(099)-382/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-382/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-382/2024 30.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1968-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Hacıqabul şəhəri, Bakı küçəsi, ev 64-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1 və 317-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,571 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən daxil olmuş məlumat əsasında 18 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.Əsədov küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda-2,466 qram heroin aşkar edilib götürülmüş, habelə istintaq təcridxanalarında hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmasına baxmayaraq Təqsirləndirilən şəxs əldə etdiyi heroinin qalan 0,105 qram hissəsini istifadə etmək məqsədilə əynindəki şalvarının zəncirbənd hissəsində gizlədib üzərində saxlayaraq 20 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına daşımış, 20 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının inzibati binasının axtarış-baxış otağında istintaq təcridxanasının əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən əynindəki şalvarının zəncirbənd hissəsində xüsusi üsulla 10 (on) AZN nominallı pul əskinazına bükülmüş halda gizlətdiyi 0,105 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Hacıqabul şəhəri, Bakı küçəsi, ev 64-də qeydiyyatda olmaqla yaşamış, vərəm xəstəliyi ilə bağlı 2-ci qrup (dərəcə) əlildir, tutulan vaxtadək heç bir yerdə işləməmişdir. O, uzun illərdir ki, narkotiklərdən istifadə etməyə başlamış, bütün növ narkotiklərdən istifadə etmiş, son vaxtlar isə heroindən istifadə etmişdir. Əvvəllər oğurluqla, həm də narkotiklə bağlı bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 2022-ci ildə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 2023-cü ilin may ayında cəzasının sonu ilə azad olunmuşdur. 18 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında oğlu Rəhim Aslanovla birlikdə Hacıqabul şəhəri ərazisində marketin qarşısında olarkən bir neçə polis əməkdaşı onu və oğlu Rəhimi saxlayıb polis şöbəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən tutularkən üzərində şalvarının zəncirbənd hissəsində gizlətdiyi az miqdarda istifadəsi üçün saxladığı herion olmuşdur. Polis şöbəsində üzərində axtarış edilmiş və üstündə saxladığı heroini polislər tapa bilməmişlər. Sonra polis əməkdaşları ona qarşı təzyiqlər edərək qarşısına bir büküm heroin qoyub üzərinə götürməsini, əks təqdirdə oğlu Rəhimin də narkotiklə tutacaqlarını bildirmiş, o da oğlunun tutulmasından qorxaraq polislərin təklifi ilə razılaşmış və onların təqdim etdiyi bir büküm heroini cibinə qoymuşdur. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmış və cibinə qoyulmuş bir ədəd bükümü özü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Əslində isə tutulan vaxt üzərində heroin olmamış, cibinə heroini bir nəfər tanımadığı polis əməkdaşı qoymuşdur. Polis əmkdaşlarının ona qarşı belə hərəkət etməsinin səbəbini bilməmişdir. 20 oktyabr 2023-cü il tarixdə o, 3 saylı İstintaq Təcridxanasına keçirilmişdir. Təcridxanaya daxil olan vaxt təcridxananın əməkdaşları onun üzərində axtarış aparmışlar. Axtarış zamanı əynindəki şalvarının zəncirbənd hissəsində pul kağızına büküb gizlətdiyi az miqdarda heroin aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, haradansa əldə etdiyini və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmiş, sonra sənədləşmə aparılmışdır. Hacıqabul RPŞ-də üzərində axtarış zamanı aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini üzərinə polis əməkdaşları qoymuş, polis əməkdaşları oğlu Rəhimi də tutacaqları ilə onu hədələdiklərinə görə o, həmin heroinin özünə məxsus olmasını bildirmişdir. İstintaq təcridxanasında üzərində axtarış zamanı aşkar edilmiş az miqdarda heroin isə özünə məxsusdur, buna görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 18 oktyabr 2023-cü il tarixdə, saat 18:30 radələrində Hacıqabul şəhəri, M.Əsədov küçəsi ilə gedərkən yerdən bir bükümdə heroin tapmışdır. Sonra həmin heroinin bir hissəsini 10 manatlıq pul əskinazına büküb əynindəki şalvarının zəncirbənd hissəsində gizlətmiş, heroinin qalan hissəsini şalvarının cibinə qoymuşdur ki, sonra özü istifadə etsin. Həmin gün, saat 19 radələrində Hacıqabul şəhəri, M.Əsədov küçəsində olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı özü əynindəki şalvarının cibində saxladığı bir ədəd bükümdə olan heroini çıxarıb polislərə təqdim etmiş, gizlətdiyi heroini təqdim etməmiş, üzərini axtarsalar da, polislər həmin heroini tapa bilməmişlər. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş heroin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. 20 oktyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçildikdn sonra Hacıqabul RPŞ-nin MSY-dən əməkdaşları onu Bakı şəhərinə, 3 saylı İstintaq Təcridxanasına aparıb təhvil vermişlər. Təcridxanaya aparılarkən şalvarında gizlətdiyi heroin üzərində olmuşdur. Təcridxanya daxil olandan sonra təcridxananın əməkdaşları onun üzərində axtarış aparmışlar. Axtarış zamanı əynindəki şalvarının zəncirbənd hissəsində 10 manatlıq pul kağızına (əskinazına) büküb gizlətdiyi heroin aşkar edilib götürülmüşdür. Orada soruşulanda aşkar olunan heroinin özünə məxsus olmasın, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutularkən heroinin üzərində olduğunu, sonra da üzərində saxlayıb təcridxanaya gətirdiyini və şəxsi istifadəsi üçün üzərində gizlədib saxladığını bildirmişdir. Sonra həmin heroin qablaşdırılıb götürülmüş və sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 18 oktyabr 2023-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 19 radələrində əməliyyataxtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.Əsədov küçəsində saxlanılıb ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib Hacıqabul RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş heroin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, 3 saylı İstintaq Təcridxanasının əməkdaşıdır. 20 oktyabr 2023-cü il tarixdə Hacıqabul RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən gətirilib 3 saylı İstintaq Təcridxanasına təhvil verilən Təqsirləndirilən şəxs üzərində özü və digər əməkdaşlar tərəfindən təcridxananın axtarışbaxış otağında axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının zəncirbənd hissəsində bir ədəd 10 manatlıq pul əskinazına bükülmüş vəziyyətdə gizlədilmiş heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroinin özünə məxsus olmasın, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutularkən həmin heroinin üzərində olduğunu, sonra da üzərində saxlayıb təcridxanaya gətirdiyini və şəxsi istifadəsi üçün üzərində gizlədib saxladığını bildirmişdir. Sonra hal şahidlərinin iştirakı ilə aşkar olunmuş heroinə oxşar kütlə qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Məhkəmə iclasında Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş, şahid X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Atası Yaşarın narkotik vasitələrdən istifadə etdiyini bilir, özü isə narkotik vasitələrdən istifadə etmir. 18 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında o, atası Yaşarla birlikdə Hacıqabul şəhərində marketin qarşısında olarkən polis əməkdaşları atasını və onu tutub rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt özünün üzərində narkotik maddə olmamış və atasının üzərində narkotik madddənin olub-olmamasını bilməmişdir. Polis şöbəsində ona qarşı heç bir təzyiq və ya zorakılıq hallarına yol verilməmiş, polis şöbəsində az müddət qaldıqdan sonra buraxılmış, atası isə buraxılmamışdır. Sonra ona məlum olmuşdur ki, atası Yaşar narkotiklə bağlı həbs olunmuşdur. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 18 oktyabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 oktyabr 2023-ci il tarixdə, saat 19 radələrində Hacıqabul şəhəri, M.Əsədov küçəsində saxlanılıb Hacıqabul RPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 20 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 18 oktyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Zahid Salahov tərəfindən müdafiəçi Füzuli Eyvazovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin heroin olduğunu yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış kağız paketdəki 01 ədəd politelin kəsiyi bükümündə təmiz çəkisi-2,466 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 2,416 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İşdə olan, 20 oktyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təqsirləndirilən şəxs Aslanov X5 RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən gətirilib Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmiş və təcridxananın əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində hal şahidlərinin iştirakı ilə axtarış-baxış keçirilmişdir. Axtarış-baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının zəncirbənd hissəsində 1 ədəd 10 AZN pul əskinazına bükülü vəziyyətdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası zərflər üçün dairəvi möhür əks olan, “X2 üzərindən” sözləri, adları, soyadları və imzalar qeyd edilmiş bir dəd on manatlıq əskmnazın içərsində təmiz çəkisi-0,105 qram madd kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 0,085 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,416 və 0,085 qram heroin kütlələri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, Hacıqabul RMX X9 26 oktyabr 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Aslanov X5 RMX-nın polikinika narkoloji kabinetində 2009-cü ildən qeydiyyatdadır. İşdə olan, Tibbi-Sosial Ekspert Komissiyasının 19 fevral 2014-cü il tarixli arayışı ilə müəyyən olunur ki, xx xxxx 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ümumi xəstəlik (sağ ağ ciyərlərinin yuxarı payının infintrativ vərəmi. Hepatit “C” diaqnozu ilə müddətsiz olaraq ikinci dərəcəli əlildir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və səhətlərinin, habelə narkomanlıq xəstəliyinə duçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona nakomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 11 noyabr 2023cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir pxisi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müaicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkə fizioloji affekt halında və ya güclü rui həyəcan vəziyyətində olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid5, Şahid4 və Rəhim Aslanovun ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Hacıqabul RPŞ-nə üzərində aşkar olunmuş heroinin tutularkən üzərində olmaması, polis şöbəsində üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini üzərinə polis əməkdaşlarının qoyması, polis əməkdaşlarının təzyiqi ilə, yəni oğlunun da narkotik maddə ilə tutulacağı ilə hədələndiyi üçün üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını deməyə məcbur olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid5, Şahid4 və Rəhim Aslanovun ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Hacıqabul RPŞ-nə üzərində aşkar olunmuş heroinin tutularkən üzərində olmaması, polis şöbəsində üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini üzərinə polis əməkdaşlarının qoyması, polis əməkdaşlarının təzyiqi ilə, yəni oğlunun da narkotik maddə ilə tutulacağı ilə hədələndiyi üçün üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını deməyə məcbur olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid5, Şahid4 və Rəhim Aslanovun ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin ona məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (ifadələrində o, polis şöbəsində üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, həmin heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən (18 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş) dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs götürülmüş 2,571 qram narkotik vasitə olan heroin külli miqdar təşkil edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,571 qram narkotik vasitə olan heroin əldə etmiş, saxlamış və daşımış, habelə istintaq təcridxanalarında hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmasına baxmayaraq əldə etdiyi heroinin 0,105 qram hissəsini üzərində gizlədib saxlamış, gəzdirmiş və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1 və 317-2.1-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmlərinin surətləri ilə müəyyən edilir ki, Hacıqabul Rayon Xalq Məhkəməsinin 07 iyun 2000-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvədə olmuş CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 26 noyabr 2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 200 saat ictimai işlər cəzasına məhkum edilmiş, məhkəmənin qərarı ilə həmin cəza 16 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş və 20 iyun 2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 05 dekabr 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 16 sentyabr 2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 12 iyul 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 04 noyabr 2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay 22 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 14 iyun 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 01 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 27 may 2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, əvvəlki hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 19 iyul 2022-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaradır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməlində cinayətlərin residivi vardır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Hacıqabul şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 26 oktyabr 2023cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, Bakı küçəsi, ev 64-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə mənfi (nümayəndəliyi ondan müsbət rəy daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1 və 317-2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.1-1 və 317-2.1-ci maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan 22,416 qram və 0,085 qram heroin kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-114 (bir yüz on dörd) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 317-2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-1 maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,416 qram və 0,085 qram narkotik vasitə olan heroin kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-114 (bir yüz on dörd) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar