Məhkəmə qərarları › İş №1(099)-383/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-383/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-383/2022 28.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X8 oğlunun sədrliyi ilə, hakimlər – X5 və X2 ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 avqust 1973-cü ildə Lənkəran rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayon məhkəməsinin 07 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 237.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, Lənkəran rayonu Yuxarı-Nüvədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və müxtəlif mənbələrdən, satış məqsədi ilə qanunsuz olaraq çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 3,894 qram olan narkotik vasitə marixuananı, külli miqdarda, təmiz çəkisi 4,83 qram olan psixotrop maddə metamfetamini, külli miqdarda, təmiz çəkisi 10,766 qram və 76,477 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzini əldə edib ünvanı ünvan 1an yardımçı tikilinin içərisində yaşadığı otaqda saxlamış, əldə etdiyi elektron tərəzidən istifadə etməklə qeyd edilən narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 3,266 qram və 0,628 qram, ümumi təmiz çəkisi 3,894 qram olan 2 (iki) ədəd bükümə, müxtəlif mənbələrdən əldə etdiyi narkotik vasitə heroini ayrı-ayrılıqda təmiz çəkiləri 7,081 qram, 1,492 qram, 1,333 qram, 0,86 qram, 73,742 qram, 1,942 qram və 0,793 qram, ümumi təmiz çəkisi 87,243 qram olan 7 (yeddi) ədəd bükümə, psixotrop maddə metamfetamini isə ayrı-ayrılıqda təmiz çəkiləri 3,761 qram, 0,858 qram, 0,037 qram, 0,038 qram, 0,021 qram, 0,031 qram, 0,024 qram və 0,032 qram, ümumi təmiz çəkisi olan 4,83 qram olan 9 (doqquz) ədəd bükümə bölərək satış üçün hazırlayaraq saxlamış, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,266 qram və 0,628 qram, ümumi təmiz çəkisi 3,894 qram olan narkotik vasitə qurudulmuş marixuananı, 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 7,081 qram, 1,492 qram, 1,333 qram, 0,86 qram, ümumi təmiz çəkisi 10,766 qram olan narkotik vasitə heroini, 7 (yeddi) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qram, 0,038 qram, 0,021 qram, 0,028 qram, 0,031 qram, 0,024 qram, 0,032 qram, ümumi təmiz çəkisi 0,211 qram olan psixotrop maddə metamfetamini üzərində saxlayıb daşıyaraq 26 yanvar 2022-ci il tarixdə Lənkəran rayonunun Qurumba kəndi ərazisinə gətirmiş, həmin kənddə qeyd edilən narkotik vasitə və psixotrop maddəni Lerik rayonu Cəngəmiran kənd sakini Şahid1 70 manat qarşılığında satmış, 26 yanvar 2022-ci il tarixdə saat 13:50 dəqiqədə Lerik RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid1 Lerik şəhəri Nəriman Nərimanov küçəsi ilə şəhər mərkəzi istiqamətində piyada hərəkətdə olan zaman saxlanılaraq Lerik RPŞ-nin ünvanı ünvan 2arış keçirilərkən qeyd edilən çəkidə və bükümdə olan narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarının arxa sol cibində olan “Classic” markalı siqaret qutusunun içərisindən, qeyd edilən çəkidə və bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əynindəki şalvarının arxa sol cibində olan “Kenu” markalı siqaret qutusunun içərisində aşkar edilib qablaşdırılaraq götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Lerik rayon məhkəməsi tərəfindən çıxralmış qərar əsasında 28 yanvar 2022-ci il tarixdə yaşadığı evdə axtarış aparılarkən evin həyətində yerləşən yardımçı tikilidə, girişlə üzbəüz olan otaqda yerləşən döşəmənin altında, rezin çəkmənin içərisində 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,793 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,761 qram və 0,858 qram, ümumi təmiz çəkisi 4,619 qram olan psixotrop maddə metamfetamin, yardımçı tikilinin girişdən sağ tərəfdə yerləşən otağında olan divanın alt hissəsindən 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 73,742 qram və 1,942 qram, ümumi təmiz çəkisi 75,684 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bundan əlavə yaşadığı evin yataq otağında qoyulmuş tumbuçkanın içərisində üzərində heroin izləri olan üç ədəd siqaret kağızı və həmin tumbuçkanın altında üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, Lənkəran rayonunda, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 0,824 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 02 mart 2022-ci il tarixdə saat 12:00-da DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Şürük kəndində yerləşən “Şürük market”in qarşısında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində X3 şəhəri Paşa Təhməzov küçəsi 8 ünvanında yerləşən inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, o Lənkəran rayonu Yuxarı-Nüvədi kəndində anası, həyat yoldaşı və bir nəvəsi ilə birlikdə yaşayır. Qızı və qardaşları azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər və halhazırda cəza çəkirlər. Özü narkotik vasitə istifadəçisi olmaqla, nəşə çəkəndir və istifadəsi üçün narkotik vasitəni Lənkəran şəhərində üzdən tandığı, lakin adını bilmədiyi şəxslərdən almışdır. Şahid1 tanıyır, Şahid1 onun dayısının yeznəsidir, Asifə heç vaxt narkotik vasitə heroin və marixuana, həmçinin psixotrop maddə metamfetamin satmamış və verməmişdir. Lənkəran rayonu Şürük kəndində yerləşən “Şürük” marketin yanında saxlanılaraq polis şöbəsinə gətirilərkən üzərində narkotik vasitə olmamışdır, kibrit qutusunun içərisində sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildikdən sonra onun cibinə qoyulmuşdur. Narkotik vasitələrin istifadəsi ilə məşğul olsa da, satışı ilə məşğul olmamışdır. Həmçinin evindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddə də ona məxsus deyildir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun törətmiş olduğu cinayət əməlləri məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, üzərində aşkar olunmuş 7 büküm psixotrop maddə «şüşə»ni və bir ədəd kibrit qutusunda marixuananı istifadə etmək məqsədilə tanımadığı şəxsdən almış, həmin narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs almamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımış, ona «Mamu» demiş, eyni zamanda Təqsirləndirilən şəxs də onu «Mamu» deyə çağırmış, onların arasında ədəb-ərkanlı davranış olmuş, aralarında narkotik söhbəti olmamışdır. Şahid1 iş üzrə istintaq zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, Lerik rayonunun Cəngəmiran kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayır. Ailəlidir, iki övladı vardır. Təxminən 1 ildən çoxdur ki, narkotik tərkibli, əsasən marixuana, son dövrlərdə isə şüşə kimi tanınan narkotik vasitədən istifadə edir. Buna görə də həmin narkotik vasitələri tanıyır. Təxminən 10 gün bundan qabaq təsadüfən Mamu adlı şəxsin mobil nömrəsini tapmışdır. Həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. 26 yanvar 2021-ci il tarixdə Mamu deyə müraciət etdiyi şəxsin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edib narkotik vasitə satıb-satmadığını soruşmuşdur. Həmin şəxs ona narkotik vasitə satdığını demişdir. O, harada görüşə biləcəkərini soruşmuşdur. Mamu ona Lənkəran rayonunun Qurumba kəndində, Qurumba körpüsündə görüşəcəklərini demişdir. Həmin gün, saat təxminən 10 radələrində tanımadığı yol maşını ilə Lənkəran rayonuna getmişdir. Qurumba kəndində həmin tanımadığı avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra Mamu deyə müraciət etdiyi şəxsə zəng edib Qurumbaya gəldiyini demişdir. Mamu ona körpüyə yaxınlaşmağını, körpünü keçdikdən sonra 70 manat pulu dəmir bardürün yanına qoymağını demişdir. O, 70 manat pulu siqaret qutusunun içərisinə yerləşdirib körpünün Lənkəran şəhəri istiqamətində olan hissəsində bardürün yanına qoymuş və bu barədə Mamuya bildirmişdir. Mamu ona üzü Lerik şəhəri istiqamətinə getməyini bildirmişdir. O, Lerik şəhəri istiqamətində hərəkət etməyə başlamış, bu zaman Lənkəran şəhəri istiqamətinə bir nəfər şəxsin üzərinə kustar üsulla mühərrik quraşdırılmış velosipedlə gəldiyini görmüşdür. Həmin şəxs yanından keçərkən fit çalıb əlindəki qutunu yerə atmışdır. O, həmin şəxsin sifətini görməmiş, həmin qutunu yerdən götürmüşdür. Qutunun içərisində 7 ədəd bükümdə şüşə və bir ədəd kibrit qutusunda marixuana olduğunu görmüşdür. O, 7 ədəd büküm olan şüşəni ayırıb bir ədəd siqaret qutusuna qoymuşdur. Marixuananı isə kibrit qutusundan bir qədər götürüb siqaret kağızına büküb qoymuşdur. Həmin narkotik vasitələr şalvarının arxa sol cibində olmuşdur. Bundan sonra sürücüsünü tanımadığı yük avtomobili ilə Lerik şəhərinə gəlib şəhərin “Şınbır” adlanan ərazisində düşmüşdür. Piyada Lerik şəhərinin mərkəzinə doğru Nəriman Nərimanov küçəsi ilə hərəkətdə olarkən Lerik RPŞ-nin əməkdaşları Şahid5 və Anar Salmanov onu saxlayıb şöbəyə dəvət etmişlər. Onlar birlikdə şöbəyə gəlmiş, daha sonra hal şahidlərinin iştirakları ilə onun üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı əynində olan şalvarın arxa sol cibindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Həmin narkotik vasitələri gələcəkdə istifadə etmək üçün əldə etmişdir. Üzərində aşkar edilmiş narkotik vasitələri 26 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində ***-***-**-** saylı mobil nömrənin istifadəçisi Mamu adlı şəxsdən Lənkəran rayonunun Qurumba kəndinin ərazisində, Qurumba körpüsünün üzərində 70 manat məbləğində almışdır. Təqsirləndirilən şəxs tanıyır, əvvəllər onunla bir neçə dəfə görüşmüşlər. Əvvəlki dövrlərdə Şahinlə narkotik vasitələrlə bağlı hər hansı alış-verişi olmamışdır. Lakin üzərində aşkar olunmuş narkotik vasitələr və psixotrop maddəni istifadə etmək məqsədilə Təqsirləndirilən şəxs almışdır. Həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələr üçün 70 manat məbləğində pul vermişdir. Əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Məhkəmə Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs törətdiyi cinayətdə iştirakçı olduğu üçün özünü müdafiə xarakterli yalan ifadə kimi qiymətləndirərək onun həmin hallara dair ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər sübut hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-in CAB-ın əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 26 yanvar 2022-ci il tarixdə Lerik rayonunun Cəngəmiran kənd sakini Şahid1 üzərində narkotik vasitə olmaqla şəhərin Nəriman Nərimanov küçəsində, yanacaqdoldurma məntəqəsinin qarşı tərəfində hərəkət etməsi barədə etibarlı mənbədən əldə olunmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Lerik rayon polis şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Anar Salmanovu yanına çağırıb onu təlimatlandırmış və birlikdə Lerik şəhəri Nəriman Nərimanov küçəsinə getmişlər. Şahid1 həmin küçə ilə şəhərin mərkəzinə doğru hərəkət etdiyini görmüş və dərhal ona yaxınlaşıb özlərini təqdim edərək saxlamaqlarının səbəbini izah edərək onu Lerik rayon polis şöbəsinə dəvət etmişlər. Asif onlarla birlikdə şöbəyə gəlmişdir. Bundan sonra o, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olan Şahid1 üzərində şəxsi axtarış aparılması barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Daha sonra şöbənin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Teymur Nuriyev tərəfindən hal şahidlərinin, müdafiəçinin iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 sağ arxa cibində “Keno” və “Classic” markalı siqaret qutuları aşkar edilmişdir. “Classic” markalı siqaret qutusunun içərisində bir ədəd kibrit qutusunda və mürəkkəb rəngində siqaret kağızına bükülmüş bükümdə içərisində narkotik vasitəyə oxşar yaşıl rəngli kütlələr aşkar edilmiş, həmin siqaret qutusunun içərisində qurumuş halda yaşıl rəngdə kütlələr olmuşdur. “Kenu” markalı siqaret qutusunun içərisində isə 4 ədəd sellofan bükümdə içərisində narkotik vasitəyə oxşar qəhvəyi rəngdə toz halında kütlələr, həmçinin siqaret kağızından hazırlanmış 7 ədəd bükümdə isə ağ rəngli, toz halında kütlələr aşkar edilmişdir. Şahid1 üzərində aşkar edilimiş narkotik vasitəyə oxşar kütlələr ekspertiza tədqiqatı üçün qablaşdırılaraq götürülmüşdür. Səhəri gün, yəni 27 yanvar 2022-ci il tarixdə icraatına Şahid1 ifadəsində üzərində aşkar edilmiş narkotik vasitələr və psixotrop maddəni Lənkəran rayonunun Qurumba kəndi ərazisində, istifadəsində ***-***-**-** nömrəli mobil telefon olan Mamu adlı şəxsdən almasını göstərməsi və həmin şəxsin müəyyən olunması barədə əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığı əsasında tərəfindən əməliyyat-axtarış tədbiri keçirilmiş və Şahid1 narkotik vasitələri və psixotrop maddəni satan şəxs, həmçinin ***-***-**-** saylı mobil nömrənin sahibinin Lənkəran rayonu Yuxarı-Nüvədi kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bununla bağlı istintaqa məlumat vermiş və Lerik rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətində yerləşən tikililərdə axtarış aparılması barədə qərar qəbul edilmişdir. 28 yanvar 2022-ci il tarixdə Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndinə gedib Təqsirləndirilən şəxs evində axtarış aparılmışdır. Axtarışda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs evdə olmamışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs məxsus evin həyətində, girişdən sağda yerləşən yardımçı tikilidə tikilinin girişi ilə üzbəüz olan otaqda döşəmənin altında olan rezin çəkmənin içərisində iki ədəd sellofan və bir ədəd siqaret kağızından hazırlanmış bükümlər aşkar edilmişdir. Həmin bükümlərdə narkotik vasitəyə oxşar kütlələr olmuşdur. Digər, yəni girişdən sağ tərəfdə yerləşən otaqda axtarış zamanı orada olan divanın içərisində iki ədəd sellofan bükümdə içərisində narkotik vasitəyə oxşar kütlələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yataq otağında axtarış aparmışlar. Axtarış zamanı yataq otağında qoyulmuş çarpayının sol tərəfində olan tumbuçkanın içərisində bir ədəd dondurma qabında içərisində dağınıq halda və 3 ədəd torbada duz kristallarına oxşar kütlələr, həmçinin həmin tubmuçkada içərisində, gümüşü, qızılı, mürəkkəb, qızılı və ağ rənglərdə narkotik vasitələrin istifadəsi və bükümlərə ayrılması üçün nəzərdə tutulmuş kağızlar, bundan əlavə həmin tumbuçkanın altında bir ədəd elektron tərəzi aşkar edilmişdir. Axtarışın sonunda aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr və digər əşyalar götürülərək qablaşdırılmış və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-in PPXB-in bölük komandiri müavini Şahid7 ifadəsində göstərmişdir ki, o, 28 yanvar 2022-ci il tarixdə Lənkəran rayonu Yuxarı-Nüvədi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətində yerləşən tikililərdə axtarış aparılmasında iştirak etmiş, həmin vaxt Təqsirləndirilən şəxs evdə olmasa da anası evdə olmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs məxsus evin həyətində, girişdən sağda yerləşən yardımçı tikilidə tikilinin girişi ilə üzbəüz olan otaqda döşəmənin altında olan rezin çəkmənin içərisində iki ədəd sellofan və bir ədəd siqaret kağızından hazırlanmış bükümlər aşkar edilmişdir. Həmin bükümlərdə narkotik vasitəyə oxşar kütlələr olmuşdur. Digər, yəni girişdən sağ tərəfdə yerləşən otaqda axtarış zamanı orada olan divanın içərisində iki ədəd sellofan bükümdə içərisində narkotik vasitəyə oxşar kütlələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yataq otağında axtarış aparmışlar. Axtarış zamanı yataq otağında qoyulmuş çarpayının sol tərəfində olan tumbuçkanın içərisində bir ədəd dondurma qabında içərisində dağınıq halda və 3 ədəd torbada duz kristallarına oxşar kütlələr, həmçinin həmin tubmuçkada içərisində, gümüşü, qızılı, mürəkkəb, qızılı və ağ rənglərdə narkotik vasitələrin istifadəsi və bükümlərə ayrılması üçün nəzərdə tutulmuş kağızlar, bundan əlavə həmin tumbuçkanın altında bir ədəd elektron tərəzi aşkar edilmişdir. Axtarışın sonunda aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr və digər əşyalar götürülərək qablaşdırılmış və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Lerik RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid6 ifadəsində göstərmişdir ki, o, 28 yanvar 2022-ci il tarixdə Lənkəran rayonu Yuxarı-Nüvədi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətində yerləşən tikililərdə axtarış aparılmasında iştirak etmiş, telefonu ilə videoçəkiliş aparmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs məxsus evin həyətində, girişdən sağda yerləşən yardımçı tikilidə tikilinin girişi ilə üzbəüz olan otaqda döşəmənin altında olan rezin çəkmənin içərisində iki ədəd sellofan və bir ədəd siqaret kağızından hazırlanmış bükümlər aşkar edilmişdir. Həmin bükümlərdə narkotik vasitəyə oxşar kütlələr olmuşdur. Digər, yəni girişdən sağ tərəfdə yerləşən otaqda axtarış zamanı orada olan divanın içərisində iki ədəd sellofan bükümdə içərisində narkotik vasitəyə oxşar kütlələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yataq otağında axtarış aparmışlar. Axtarış zamanı yataq otağında qoyulmuş çarpayının sol tərəfində olan tumbuçkanın içərisində bir ədəd dondurma qabında içərisində dağınıq halda və 3 ədəd torbada duz kristallarına oxşar kütlələr, həmçinin həmin tubmuçkada içərisində, gümüşü, qızılı, mürəkkəb, qızılı və ağ rənglərdə narkotik vasitələrin istifadəsi və bükümlərə ayrılması üçün nəzərdə tutulmuş kağızlar, bundan əlavə həmin tumbuçkanın altında bir ədəd elektron tərəzi aşkar edilmişdir. Axtarışın sonunda aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr və digər əşyalar götürülərək qablaşdırılmış və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Yuxarı-Nüvədi kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və istifadə etməsi ilə bağlı daxil olmuş məlumatlar əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilmiş və yaradılmış əməliyyat qrupuna daxil olmuşdur. 02 mart 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməllərini aşkar etmək üçün Lənkəran rayonu Yuxarı-Nüvədi kəndinə gedib müşahidələr aparmağa başlamışlar. Bir müddət orada müşahidlər aparandan sonra onun həmin kənddə olmadığını görüb Lənkəran rayonu Şürük kəndinə gəlmişlər. Həmin kənddə yerləşən “Şürük” marketin qarşısında olan zaman onu “Toyota” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə görmüşlər. O, həmin avtomobildə iki şəxslə birlikdə olmuş, onlardan biri sürücü, digəri isə sərnişin olmuşdur. Təqsirləndirilən şəxs, onunla birlikdə maşında olan digər şəxslər – Emil Ağayev və Murad Həbibovu polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Həmin şəxslər onlarla razılaşaraq polis şöbəsinə gəlmişlər. Şöbəyə gələndən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçı Famil Həsənova tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs, Emil Ağayev və Murad Həbibova şübhəli şəxs qismində tutulduqlarını bildirmilş, üzərində şəxsi axtarış keçirilməli olan Təqsirləndirilən şəxs vəkil təqdim ediləndən sonra şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Şahid4 videoçəkiliş aparmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. O, həmin bükümün içərisində narkotik vasitə istifadəçiləri arasında “kokos” kimi tanınan narkotik vasitə heroin olduğunu, 01 mart 2022-ci il tarixdə yaşadığı Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerdən tapdığını, həmin narkotik vasitədən istifadə etmədiyini, heç kimə vermədiyini və satmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində ətraflı şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxslə birlikdə saxlanılan Murad Həbibov ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahinin üzərində narkotik vasitə olmasından xəbəri olmamış, onda belə bir maddə görməmişdir. Özü narkotik vasitə aludəçisi deyil. Təqsirləndirilən şəxslə birlikdə saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilən, nəqliyyat vasitəsinin sürücüsü Emil Ağayev bildirmişdir ki, Şahini ilk dəfə həmin gün görmüşdür. Onda narkotik vasitə olduğundan xəbəri olmamışdır, özü narkotik vasitə istifadəçisi deyil. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsnın üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumi təxmini çəkisi 0,9 qram olmuşdur. Daha sonra həmin büküm kimyəvi ekspertizaya göndərilməsi üçün kağız paketə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Yuxarı-Nüvədi kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və istifadə etməsi ilə bağlı daxil olmuş məlumatlar əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əməliyyat qrupuna daxil olmuşdur. 02 mart 2022-ci il tarixdə saat 11 radələrində Lənkəran rayonu Yuxarı-Nüvədi kəndinə gəlib Təqsirləndirilən şəxs qanunsuz əməllərini aşkar etmək üçün müşahidələr aparmağa başlamışlar. Bir müddət orada müşahidlər aparandan sonra onun həmin kənddə olmadığını görüb Lənkəran rayonu Şürük kəndinə gəlmişlər. Həmin kənddə yerləşən “Şürük” marketin qarşısında olan zaman onu “Toyota” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə görmüşlər. O, həmin avtomobildə iki şəxslə birlikdə olmuş, onlardan biri sürücü, digəri isə sərnişin olmuşdur. Təqsirləndirilən şəxs, onunla birlikdə maşında olan digər şəxslər – Emil Ağayev və Murad Həbibovu polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Həmin şəxslər şöbəyə gələndən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçı Famil Həsənova tapşırılmışdır. Təqsirləndirilən şəxs vəkil təqdim ediləndən sonra üzərində şəxsi axtarış aparılmış, bu zaman o videoçəkiliş aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə istifadəçiləri arasında “kokos” kimi tanınan narkotik vasitə heroin olduğunu, 01 mart 2022-ci il tarixdə yaşadığı Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerdən tapdığını, həmin narkotik vasitədən istifadə etmədiyini, heç kimə vermədiyini və satmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində ətraflı şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsnın üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm elektron tərəzidə çəkilmiş və bükümdə olan maddənin ümumi təxmini çəkisi 0,9 qram olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş 02 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində gəzdirməsi barədə məlumat əsasında sonucu 02 mart 2022-ci il tarixdə saat 12:00 dəqiqədə “Şürük market”in yaxınlığında küçədə saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmişdir. İnzibati binaya gətiirləndən sonra videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs barəsində “şəxsi axtarış və götürmə” istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanuna qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki gödkçənin sol yan cibindən bir ədəd “F+” markalı mobil telefon və şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində “kokos” var, dünən yaşadığı Lənkəran rayonu Yuxarı Nüvədi kəndində keçədə tək olarkən tapmışdır, əldə etdiyi “kokos”dan istifadə etməmiş, heç kimə verməmiş, satmamışdır, bundan başqa onda narkotik vasitə yoxdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindəşəxsi atarış keçirilmiş, nəticədə onun üzərində hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Murad Həbibov ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahinin üzərində narkotik vasitə olmasından xəbəri olmamış, onda belə bir maddə görməmiş, Şahinin narkotik vasitə qəbul etdiyini görməmiş, özü narkotik vasitə qəbul etmir. X10 verilən suallara cavab olaraq bildirmişdir ki, Şahinin üzərində narkotik vasitə olmasında xəbəri olmamış, onda narkotik vasitə görməmiş, narkotik vasitə qəbul etdiyini eşitməmişdir. Şahini ilk dəfə görmüş və idarə etdiyi maşına götürmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkildikdə heroinibənzər kütlə 0,9 (sıfır tam onda doqquz) qram olmuşdur. daha sonra həmin sellofan büküm ekspertizaya gönədirlməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 28 yanvar 2022-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Lerik rayon məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CÖM-in 51 və 247-ci maddələrinin tələblərinə riayət etməklə həmin gün saat 12:15-də Təqsirləndirilən şəxs evində və həyətində olan tikilidə anası Mustafayeva Xanımın iştirakı ilə axtarış keçirilmişdir. Axtarış nəticəsində Təqsirləndirilən şəxs məxsus evin həyətində yerləşən yardımçı tikilidə girişlə üzbəüz olan otaqda döşəmənin altında, rezin çəkmənin içərisində iki ədəd sellofan və bir ədəd siqaret kağızından hazırlanmış bükümün içərisində narkotik vasitəyə oxşar kütlələr, girişdən sağda yerləşən otaqda olan divanın içərisində 2 (iki) ədəd sellofan bükümdə içərisində narkotik vasitəyə oxşar kütlələr aşkar edildi. Bundan əlavə Təqsirləndirilən şəxs məxsus yataq otağında olan tumbuçkanın içərisində üzərində “Klassik plombir vanilla” yazıları olan dondurma qabında içərisində dağınıq halda və 3 (üç) ədəd torbada duz kristallarına oxşar kütlələr, üzəində “Zhuoheng since 2010” yazıları yazılmış, bir ədəd qara qutuda içərisində gümüşü rəngə 3 (üç) ədəd, qızılı rəngdə 2 (iki) ədəd, mürəkkəb rəngdə 3 (üç) ədəd, qırmızı rəngdə 2 (iki) ədəd, ağ rəngdə 4 (dörd) ədəd kağız, həmin tumbuçkanın altında 1 (bir) ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2022-ci il tarixli 19/262 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,824 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2022-ci il tarixli 19/119 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs məxsus evin həyətinə yerləşən yarımçıq tikilidə qoyulmuş divanın içərisində qoyulmuş və aşkar edilərək götürülmüş bir ədəd sellofan torbada içərisində narkotik vasitəyə oxşar kütlələr və bir ədəd bükümdə içərisində narkotik vasitəyə oxşar kütlələr.....” sözlər və imzalar olan paketdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 73,742 qram, 1,942 qram, ümumi təmiz çəkisi 75,684 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi təkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus evin həyətində yerləşən yarımçıq tikilidə döşəmənin aşağı hissəsində aşkar edilmiş bir ədəd siqaret kağızından hazırlanmış və iki ədəd sellofan bükümdə içərisində narkotik vasitəyə oxşar kütlələr.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,793 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,761 qram, 0,858 qram, ümumi təmiz çəkisi 4,619 qram olan ağ rəngli kristal formada olan maddələr matamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olantumbuçkanın içərisindən götürülmüş üzərində “klassik plombir vanilla” yazıları olan və içərisində dağınıq halda və iki ədəd sellofan torbada duz kristallarına oxşar kütlələr.....” sözlər və imzalar olan paketdəki, 3 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,579 qram, 0,947 qram, 39,933 qram, ümumi təmiz çəkisi 39,459 qram olan maddələr limon duzudur. Limon duzu narkotik və ya psixotrop maddələr aid deyildir. Həmçinin üzərində psixotrop maddələrin izi yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs sair oğluna məxsus evin yataq otağında olan tumbuçkanın içərisində aşkar olunmuş üzərində “ZHUOHENG SİNCE 2010” yazıları yazılmış bir ədəd qara qutuda və içərisində gümüşü rəngdə 3 ədəd, qızılı rəngdə 2 ədəd, mürəkkəb rəngində 3 ədəd, qırmızı rəngdə 2 ədəd, ağ rəngdə 4 ədəd kağız...” sözlər və imzalar olan paketdəki, 03 ədəd gümüşü rəngli siqaret kağızlarının üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Həmçinin 1 ədəd qara qutuda olan 2 ədəd qızılı rəngli, 3 ədəd göy rəngli, 2 ədəd qırmızı rəngli, 4 ədəd ağ rəngli siqaret kağızlarının üzərində narkotik vasitə və ya psixotrop maddə izləri yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus evin həyətində yerləşən yarımçıq tikilidə qoyulmuş divanın içərisindən və döşəmənin aşağı hissəsində aşkar edilmiş 3 ədəd bükümlərdə heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2022-ci il tarixli 19/101 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid1 üzərindən götürülmüş narkotik vasitəyə oxşar kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,266 qram, 0,628 qram, ümumi təmiz çəkisi 3,894 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbiriləri ilə eynidirlər. 04 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 7,081 qram, 1,492 qram, 1,333 qram, 0,86 qram, ümumi təmiz çəkisi 10,766 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 07 ədəd bükümlərdə, ayrı-ayrılqda təmiz çəkiləri 0,037 qram, 0,038 qram, 0,021 qram, 0,028 qram, 0,031 qram, 0,024 qram, 0,032 qram, ümumi təmiz çəkisi 0,211 qram olan maddələr metamfetamindirlər. Xarici görünüşlərinə və kiməyi tərkiblərinə görə eynidirilər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 may 2022-ci il tarixli 19/563 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində “Təqsirləndirilən şəxs məxsus 3 büküm heroin, 2 büküm metamfetmain, 3 büküm limon duzu və zərli kağızlar Rəy № 19/119.....” və “Şahid1 məxsus 2 büküm marixuana, 4 büküm heroin və 7 büküm metamfetamin Rəy № 19/101” sözlər və imzalar olan 1 ədəd paketdəki və 1 ədəd zərfdəki ümumilikdə 7 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi təkiblərinə görə bir-birilərindən fərqlidirlər. Tədqiqata təqdim edilmiş, üzərlərində “Təqsirləndirilən şəxs məxsus 3 büküm heroin “Təqsirləndirilən şəxs məxsus 3 büküm heroin, 2 büküm metamfetmain, 3 büküm limon duzu və zərli kağızlar Rəy № 19/119.....” və “Şahid1 məxsus 2 büküm marixuana, 4 büküm heroin və 7 büküm metamfetamin Rəy № 19/101” sözlər və imzalar olan 1 ədəd paketdəki və 1 ədəd zərfdəki ümumilikdə 9 büküm metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərlərində “Təqsirləndirilən şəxs məxsus 3 büküm heroin “Təqsirləndirilən şəxs məxsus 3 büküm heroin, 2 büküm metamfetmain, 3 büküm limon duzu və zərli kağızlar Rəy № 19/119.....” və “Təqsirləndirilən şəxs məxsus 1 büküm heroin Rəy № 19/262.....” sözlər və imzalar olan 1 ədəd paketdəki və 1 ədəd zərfdəki ümumilikdə 4 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə fərqlidirlər. Tədqiqata təqdim edilmiş, üzərlərində Təqsirləndirilən şəxs məxsus 1 büküm heroin Rəy № 19/262.....” və “Şahid1 məxsus 2 büküm marixuana, 4 büküm heroin və 7 büküm metamfetamin Rəy № 19/101” sözlər və imzalar olan 2 ədəd zərfdəki ümumilikdə 5 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 mart 2022-ci il tarixli 268 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən və Lənkəran rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 237.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 3 (üç) il 5(beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 03 sentyabr 2019-cu il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 06 (altı) ay 18 (on səkkiz) gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 19 mart 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli 291 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Cinayət işinə əlavə olunmuş İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, 03 mart 2022-ci il tarixdə DİN-in BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Lənkəran rayon sakini Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul edir, üzərində aşkar edilmiş narkotik vasitə heroini əldə etməkdə məqsədi istifadə etmək olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evində müxtəli narkotik vasitə çeşidləri və psixotrop maddə saxlayır, onların satışını həyata keçirir. Həmin faktla bağlı Lerik RPŞ-də cinayət işi başlanmış və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satdığı şəxs müəyyən edilmişdir. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan 03 sentyabr 2019-cu il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 06 (altı) ay 18 (on səkkiz) gün cəzadan vaxtından əvvəl şərti azad edildiyinə görə Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən 03 sentyabr 2021-ci il tarixdə məhkumluğu ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs əməlləri cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaqla Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 0,824 qram olan narkotik vasitə heroinin istintaqa qaytarılmış 0,774 qram qalığının, sonuncunun yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş və Lerik RPŞ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ümumi təmiz çəkisi 76,477 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 76,327 qram qalığının, ümumi təmiz çəkisi 4,619 qram olan psxiotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 4,519 qram qalığının, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, üzərində narkotik vasitə heroin izləri olan 01 (bir) ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan “şəxsi axtarış və götürmə” aparılması, “axtarış və götürmə aparılması” haqqında protokollara əlavə edilmiş videogörüntü olan 02 (iki) ədəd DVD disklərin cinayət işi materiallarında saxlanılması, Şahid1 üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 3,894 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan qaytarılmış 3,854 qram qalığının, ümumi təmiz çəkisi 10,766 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 10,646 qram qalığının, ümumi təmiz çəkisi 0,211 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,141 qram qalığının Şahid1 barəsində olan iş üzrə yekun məhkəmə qərarı çıxarılarkən qiymət veriləcəyi nəzərə alınaraq onların Lerik RPŞ-nin maddi sübutların saxlama kamerasında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizaların dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 02 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 0,824 qram olan narkotik vasitə heroinin istintaqa qaytarılmış 0,774 qram qalığı, sonuncunun yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş və Lerik RPŞnin maddi sübutların saxlama kamerasında saxlanılan ümumi təmiz çəkisi 76,477 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 76,327 qram qalığı, ümumi təmiz çəkisi 4,619 qram olan psxiotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 4,519 qram qalığı, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, üzərində narkotik vasitə heroin izləri olan 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Şahid1 üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 3,894 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan qaytarılmış 3,854 qram qalığına, ümumi təmiz çəkisi 10,766 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 10,646 qram qalığına, ümumi təmiz çəkisi 0,211 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,141 qram qalığına Şahid1 barəsində olan iş üzrə yekun məhkəmə qərarı çıxarılarkən qiymət veriləcəyi nəzərə alınaraq onlar Lerik RPŞ-nin maddi sübutların saxlama kamerasında saxlanılsın. İş üzrə maddi sübut olan “şəxsi axtarış və götürmə” aparılması, “axtarış və götürmə aparılması” haqqında protokollara əlavə edilmiş videogörüntü olan 02 (iki) ədəd DVD disklər cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar