Məhkəmə qərarları › İş №1(099)-383/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-383/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-383/2023 08.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X1 və qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2000-ci ildə Quba rayonu, Barlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Quba rayonu, Barlı kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Zərdabi qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə xx.xx.2003-cü ildə Biləsuvar rayonu, Ağayrı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3-cü maddələri ilə xx.xx.2007-ci ildə Quba rayonu, Zərdabi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3-cü maddələri ilə xx.xx.2003-cü ildə Biləsuvar rayonu, Ağayrı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx xxxx 2007-ci ildə doğulmuş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əldə etdikləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb edib aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 07 dekabr 2022-ci il tarixdə saat 01:45 radələrində Quba rayonu, Vladimirovka kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Halal” marketin yaxınlığına getmiş, aralarında əvvəlcədən olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kənar şəxslərin gəlməsi barədə məlumat verilməsindən ötrü mağazanın yaxınlığında gözləmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 isə həmin marketin qapısını sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq mağazanın kassasından 540 (beş yüz qırx) manat kağız pulu, 30 (otuz) manat dəyərində dəmir qəpikləri, habelə bir qutusu 4 manat 10 qəpik olmaqla 123 (bir yüz iyirmi üç) manat dəyərində qalın filtrli göy rəngli Sobraniye markalı 30 (otuz) qutu siqareti, 1 qutusu 2 manat 70 qəpik olan, 135 (bir yüz otuz beş) manat dəyərində göy rəngli, kompakt Rothmans markalı 50 (əlli) qutu siqareti, bir qutusu 2 manat 70 qəpik olan, 108 ( bir yüz səkkiz) manat dəyərində 40 ( qırx) ədəd siqareti, 1 qutusu 2 manat 70 qəpik olmaqla 27 ( iyirmi yeddi) manat dəyərində nazik filtrli boz rəngli Vinston markalı 10 ( on) qutu siqareti, 1 qutusu 4 manat 10 qəpik olmaqla 82 (səksən iki) manat dəyərində nazik göy rəngli filtrli Dunhill (Dumhel) markalı 20 qutu siqareti, bir qutusu 3 manat 80 qəpik olmaqla, 114 (bir yüz on dörd) manat dəyərində, nazik filtrli Kent-4 markalı 30 (otuz) qutu siqareti, 1 qutusu 3 manat 60 qəpik olmaqla 108 (bir yüz səkkiz) manat dəyərində kompakt ağ rəngli Vinston markalı 30 (otuz) qutu siqareti gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1267 (bir min iki yüz altmış yeddi) manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx xxxx 2007-ci ildə doğulmuş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əldə etdikləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb edib aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 07 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Quba rayonu, Vladimirovka kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasının yaxınlığına getmiş, aralarında əvvəlcədən olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kənar şəxslərin gəlməsi barədə məlumat verilməsindən ötrü mağazanın yaxınlığında gözləmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 isə həmin marketin qapısını sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq mağazanın kassasından 260 (iki yüz altmış) manat kağız pulu, 40 (qırx ) manat dəyərində dəmir qəpikləri, habelə bir qutusu 4 manat 10 qəpik olmaqla 135 manat 30 qəpik dəyərində nazik filtrli göy rəngli Sobraniye markalı 33 (otuz üç) qutu siqareti, bir qutusu 3 manat 80 qəpik olmaqla 76 (yetmiş altı) manat dəyərində nazik filtrli, sarı rəngli Davidoff markalı 20 (iyirmi) qutu siqareti, bir qutusu 3 manat 80 qəpik olmaqla 45 manat 60 qəpik dəyərində nazik filtrli, göy rəngli Davidoff markalı 12 (on iki) qutu siqareti, 1 qutusu 3 manat 80 qəpik olmaqla 201 manat 40 qəpik dəyərində, nazik filtrli Kent-4 markalı 53 (əlli üç) qutu siqareti, bir qutusu 3 manat 60 qəpik olmaqla 50 manat 40 qəpik dəyərində 14 (on dörd) qutu kompakt ağ Vinston markalı siqareti, bir qutusu 2,0 manat olmaqla 40( qırx) manat dəyərində qalın filtrli qırmızı Arqo markalı 20 (iyirmi) qutu siqareti, bir qutusu 3,0 manat olmaqla 12 (on iki) manat dəyərində kompakt ağ LD markalı 4 ( dörd) qutu siqareti, bir qutusu 2 manat 70 qəpik olmaqla 81 (səksən bir) manat dəyərində nazik filtrli göy Rothmans markalı 30 (otuz) qutu siqaretləri gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 941 manat 70 qəpik məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2007-ci ildə doğulmuş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əldə etdikləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb edib aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 12 dekabr 2022-ci il tarixdə saat 01:45-də Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Günəşli market”-in kassasında olan 300 (üç yüz) manat nəğd pulu, habelə bir qutusu 3 manat 70 qəpik olmaqla 37 (otuz yeddi) manat dəyərində Winston nazik boz markalı 10 ( on ) qutu siqareti, bir qutusu 3 manat 70 qəpik olmaqla 37 (otuz yeddi) manat dəyərində Winston nazik yüngül markalı 10 (on) qutu siqareti, bir qutusu 3 manat 70 qəpik olmaqla 37 ( otuz yeddi) manat dəyərində Winston kompakt boz markalı 10 (on) qutu siqareti, bir qutusu 3 manat 90 qəpik olmaqla 39 (otuz doqquz) manat dəyərində Kent kompakt göy markalı 10 (on ) qutu siqareti, bir qutusu 2 manat 80 qəpik olmaqla ümumilikdə 28 ( iyirmi səkkiz) manat dəyərində Winchestr nazik boz markalı 10 (on) qutu siqareti, bir qutusu 2 manat 80 qəpik olmaqla 28 ( iyirmi səkkiz) manat dəyərində Winchestr nazik tünd markalı 10 (on ) qutu siqareti,bir qutusu 3 manat 30 qəpik olmaqla 33 (otuz üç) manat dəyərində LD nazik boz markalı 10 (on) qutu siqareti, bir qutusu 3 manat 10 qəpik olmaqla 31 (otuz bir) manat dəyərində LD nazik kompakt markalı 10 (on) qutu siqareti, bir qutusu 4 manat 20 qəpik olmaqla 42 (qırx iki) manat dəyərində Sobraniye göy qalın markalı 10 ( on ) qutu siqareti, bir qutusu 4 manat 20 qəpik olmaqla 42 (qırx iki) manat dəyərində Sobraniye ağ qalın markalı 10 ( on ) qutu siqareti, bir qutusu 4 manat 20 qəpik olmaqla 42 (qırx iki) manat dəyərində Sobraniye qara qalın markalı 10 ( on ) qutu siqareti, bir qutusu 4 manat 50 qəpik olmaqla 45 (qırx beş) manat dəyərində Sobraniye kompakt göy markalı 10 ( on ) qutu siqareti,bir qutusu 4 manat 50 qəpik olmaqla 45 (qırx beş) manat dəyərində Sobraniye kompakt qara markalı 10 ( on ) qutu siqareti, bir qutusu 4 manat 50 qəpik olmaqla 45 (qırx beş) manat dəyərində Sobraniye kompakt caster markalı 10 ( on ) qutu siqareti,bir qutusu 4 manat 20 qəpik olmaqla 42 (qırx iki) manat dəyərində Sobraniye göy nazik markalı 10 ( on ) qutu siqareti, bir qutusu 4 manat 20 qəpik olmaqla 42 (qırx iki) manat dəyərində Sobraniye ağ nazik markalı 10 ( on) qutu siqareti, bir qutusu 4 manat 20 qəpik olmaqla 42 (qırx iki) manat dəyərində Sobraniye qara nazik markalı 10 ( on ) qutu siqareti, bir qutusu 3 manat 30 qəpik olmaqla 33 (otuz üç) manat dəyərində LD mentol nazik markalı 10 ( on ) qutu siqareti, bir qutusu 3 manat 70 qəpik olmaqla 37 (otuz yeddi) manat dəyərində Winston kompakt mentol markalı 10 ( on ) qutu siqareti, bir qutusu 3 manat 90 qəpik olmaqla 39 ( otuz doqquz) manat dəyərində Kent-4 qara nazik markalı 10 ( on ) qutu siqareti, bir qutusu 3 manat 90 qəpik olmaqla 39 ( otuz doqquz) manat dəyərində Kent-1 nazik markalı 10 ( on ) qutu siqareti, bir qutusu 3 manat 90 qəpik olmaqla 39 ( otuz doqquz) manat dəyərində Kent-mentol nazik markalı 10 ( on ) qutu siqareti, bir qutusu 3 manat 90 qəpik olmaqla 39 ( otuz doqquz) manat dəyərində Kent-mentol sarı nazik markalı 10 ( on ) qutu siqareti,bir qutusu 3 manat 90 qəpik olmaqla 39 ( otuz doqquz) manat dəyərində Kent-4 qalın markalı 10 ( on ) qutu siqareti, bir qutusu 3 manat 90 qəpik olmaqla 39 ( otuz doqquz) manat dəyərində Kent-8 qalın markalı 10 ( on ) qutu siqareti, bir qutusu 3 manat 90 qəpik olmaqla 39 ( otuz doqquz) manat dəyərində Kent-kompakt boz markalı 10 ( on ) qutu siqareti, bir qutusu 3 manat 70 qəpik olmaqla 37 ( otuz yeddi) manat dəyərində Winston kompakt markalı 10 ( on ) qutu siqareti, bir qutusu 2 manat 10 qəpik olmaqla ümumilikdə 21 ( iyirmi bir) manat dəyərində Bakı Blue markalı 10 ( on ) qutu siqareti, bir qutusu 2 manat 60 qəpik olmaqla 26 ( iyirmi altı) manat dəyərində Want Linex nazik boz markalı 10 ( on ) qutu siqareti, bir qutusu 2 manat 50 qəpik olmaqla 25 ( iyirmi beş) manat dəyərində X8 markalı 10 ( on ) qutu siqareti, bir qutusu 2 manat 50 qəpik olmaqla 25 ( iyirmi beş) manat dəyərində X9 markalı 10 ( on ) qutu siqareti, bir qutusu 2 manat 30 qəpik olmaqla 23 ( iyirmi üç) manat dəyərində X10 markalı 10 (on) qutu siqareti və bir qutusu 2 manat 50 qəpik olmaqla 25 ( iyirmi beş) manat dəyərində X5 markalı 10 (on) qutu siqareti, isə 1482 (bir min dörd yüz səksən iki) manat dəyərində əmlakı ələ keçirmək məqsədi ilə marketin qarşısına gələrək, marketə qanunsuz daxil olmaq üçün əllərində olan dəmir parçası ilə marketin ön tərəfindəki giriş qapısını açmış, lakin marketin mühafizə siqnalizasiyasının işə düşdüyünü görüb hadisə yerindən qaçan zaman həmin tarixdə saat 02:20-də polis əməkdaşları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə hadisə yerindən qaçdığından, o, öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 07 dekabr 2022-ci il tarixdə saat 01:45 radələrində Quba rayonu, Vladimirovka kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Halal” marketin yaxınlığına getmiş, aralarında əvvəlcədən olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kənar şəxslərin gəlməsi barədə məlumat verilməsindən ötrü mağazanın yaxınlığında gözləmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 isə həmin marketin qapısını sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq mağazanın kassasından 540 (beş yüz qırx) manat kağız pulu, 30 (otuz ) manat dəyərində dəmir qəpikləri, habelə bir qutusu 4 manat 10 qəpik olmaqla 123 (bir yüz iyirmi üç) manat dəyərində qalın filtrli göy rəngli Sobraniye markalı 30 (otuz) qutu siqareti, 1 qutusu 2 manat 70 qəpik olan, 135 (bir yüz otuz beş) manat dəyərində göy rəngli, kompakt Rothmans markalı 50 ( əlli) qutu siqareti, bur qutusu 2 manat 70 qəpik olan, 108 ( bir yüz səkkiz) manat dəyərində 40 ( qırx) ədəd siqareti, 1 qutusu 2 manat 70 qəpik olmaqla 27 (iyirmi yeddi) manat dəyərində nazik filtrli boz rəngli Vinston markalı 10 ( on) qutu siqareti, 1 qutusu 4 manat 10 qəpik olmaqla 82 (səksən iki) manat dəyərində nazik göy rəngli filtrli Dunhill (Dumhel) markalı 20 qutu siqareti, bir qutusu 3 manat 80 qəpik olmaqla, 114 (bir yüz on dörd) manat dəyərində, nazik filtrli Kent-4 markalı 30 (otuz) qutu siqareti, 1 qutusu 3 manat 60 qəpik olmaqla 108 (bir yüz səkkiz) manat dəyərində kompakt ağ rəngli Vinston markalı 30 (otuz) qutu siqareti gizli talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1267 (bir min iki yüz altmış yeddi) manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girmiş, aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 07 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Quba rayonu Vladimirovka kəndində yerləşən Zərərçəkmiş şəxs2 ərzaq mağazasının yaxınlığına getmiş, aralarında əvvəlcədən olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kənar şəxslərin gəlməsi barədə məlumat verilməsindən ötrü mağazanın yaxınlığında gözləmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 isə həmin marketin qapısını sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq mağazanın kassasından 260 (iki yüz altmış) manat kağız pulu, 40 (qırx) manat dəyərində dəmir qəpikləri, habelə bir qutusu 4 manat 10 qəpik olmaqla 135 manat 30 qəpik dəyərində nazik filtrli göy rəngli Sobraniye markalı 33 (otuz üç) qutu siqareti, bir qutusu 3 manat 80 qəpik olmaqla 76 (yetmiş altı) manat dəyərində nazik filtrli, sarı rəngli Davidoff markalı 20 (iyirmi) qutu siqareti, bir qutusu 3 manat 80 qəpik olmaqla 45 manat 60 qəpik dəyərində nazik filtrli, göy rəngli Davidoff markalı 12 (on iki) qutu siqareti, 1 qutusu 3 manat 80 qəpik olmaqla 201 manat 40 qəpik dəyərində, nazik filtrli Kent-4 markalı 53 (əlli üç) qutu siqareti, bir qutusu 3 manat 60 qəpik olmaqla 50 manat 40 qəpik dəyərində 14 (on dörd) qutu kompakt ağ Vinston markalı siqareti, bir qutusu 2,0 manat olmaqla 40( qırx) manat dəyərində qalın filtrli qırmızı Arqo markalı 20 (iyirmi) qutu siqareti, bir qutusu 3,0 manat olmaqla 12 (on iki) manat dəyərində kompakt ağ LD markalı 4 (dörd) qutu siqareti, bir qutusu 2 manat 70 qəpik olmaqla 81 (səksən bir) manat dəyərində nazik filtrli göy Rothmans markalı 30 (otuz) qutu siqaretləri gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 941 manat 70 qəpik məbləğində ziyan vurmaqla oğurlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonunda qeydiyyatda olsa da, Bakı şəhərində Biləcəri qəsəbəsində kirayədə yaşayır. Biləsuvar rayon sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə Bakı şəhərində “Təbrik” restoranında ofisiant işləyərkən tanış olmuşdur. Bir müddət sonra maddi imkanları yaxşı olmadığından və pula ehtiyacları olduğu üçün Səmral və İsmayılla birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə 06 dekabr 2022-ci il tarixdə İsmayıl və Səmralla birlikdə taksi sifariş edib Quba rayonuna getmişlər. Vladimirovka kəndində dayanacaqdan öz qohumu olan Təqsirləndirilən şəxs2 götürüb “Şah house” çay evinə getmişlər. Çay evində oturarkən Vüsala Quba rayonuna oğurluq etmək üçün gəldiklərini demiş, onu da oğurluq etməyə razı salaraq əldə etdikləri puldan ona da verəcəyinə söz vermişdir. Bundan sonra onlar oğurluq etmək üçün əvvəlcə tanımadığı bir taksi ilə Qusar rayonuna getmişlər. Qusar rayonunda mağazaların yanında çoxlu adamlar olduğunudan oğurluq etmək fikrindən yayınmışlar və yenidən tanımadığı bir taksi ilə Quba rayonuna qayıtmışlar. 7 dekabr 2022-ci il tarixdə saat gecə 1 radələrində Quba rayonu, Vladimirovka kəndində yolun kənarında olan “Halal” marketin qarşısına gəlmişlər. Vüsal ara küçələrin birində, Səmral isə marketdən bir qədər kənarda puskuda dayanmışlar ki, kimsə gəlsə bu barədə onlara məlumat versinlər. O, İsmayılla birlikdə marketin giriş qapısına yaxınlaşıb təpiklə vurub qapını açmaq istəmişlər. Lakin qapının açılmadığını görüb, ətrafda olan dəmir parçası ilə qapını aralayıb İsmayılla içəri daxil olmuşlar. Özü kassadan 400 manat pul, qəpik pulları, İsmayıl isə müxtəlif bahalı siqaretləri torbaya doldurub mağazadan çıxmışlar. İsmayıl əlindəki torbanı bir qədər kənarda dayanan Səmrala vermiş, özü isə sonuncuya onları həmin yerdə gözləmələrini, yaxında olan ikinci marketə də girib qayıdacaqlarını demişdir. Bundan sonra o, İsmayılla birlikdə yaxınlıqda olan digər «Rahat» marketin qapısının şüşəsini təpiklə sındırıb içəri daxil olmuşlar. Özü kassadan təxminən 300 manat pul və məbləğini xatırlamadığı qəpik pulları götürmüş, İsmayıl isə marketdə olan bahalı siqaretləri iki torbaya yığıb mağazadan çıxmışlar. Səmralın onları gözlədiyi yerə gedib mobil telefonla bir qədər kənarda puskuda dayanan Vüsalı yanına çağırmışdır. Vüsala payına düşən pulu oğurladığı siqaretləri satıb pulunu göndərəcəyini demişdir. Vüsal onunla razılaşmış, sonra torbadan 6 paçka siqaret götürüb onlardan ayrılmışdır. Səmrala 40 manat pul vermiş, qalan pulu İsmayıl ilə aralarında bölmüş, oğurladıqları siqaretləri Bakı şəhərində sataraq pulunu İsmayılla aralarında bölmüşlər. Bundan sonra İsmayıl yaşadığı Biləsuvar rayonuna qayıtmışdır. Təqsirləndirilən şəxs1 əlavə olaraq göstərmişdir ki, 10 dekabr 2022-ci il tarixdə İsmayıla zəng edərək oğurluq etmək üçün Biləsuvara gələcəyini demiş, İsmayıl da buna etiraz etməmişdir. Həmin vaxtı Bakıda olan və onlarda qalan qohumu Vüsala da Biləsuvar rayonuna gedib oğurluq etməyi təklif etmiş, Vüsal da onunla razılaşmışdır. 11 dekabr 2022-ci il tarixdə Vüsalla birlikdə taksi ilə Biləsuvara getmiş, Biləsuvar rayonu, Ağayrı kəndində İsmayılla görüşmüşlər. 12 dekabr 2022-ci il tarixdə saat 01:30 radələrində İsmayılın göstərdiyi marketə Vüsalla birlikdə girmişlər, İsmayıl isə mağazanın kameralarına düşməmək üçün çöldə bir qədər kənarda onları gözləmişdir ki, kimsə gəlsə bu barədə məlumat versin. Vüsal marketin yanında dayanmış, özü isə arxaya keçib qapını açmaq üçün dəmir parçası axtarmışdır. Tapdığı dəmir parçası ilə marketin qapısını aralamış, Vüsal da qapını tutub dartmış və birlikdə marketin qapısını açmışlar. Saat 1.45 radələrində Vüsalla birlikdə marketə daxil olmuşlar. Bu zaman dərhal marketin siqnalizasiyası işə düşmüş, dərhal marketdən çıxıb İsmayılın onları gözlədiyi istiqamətə qaçmışlar. Kəndin içində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmışlar. Biləsuvardakı oğurluqda Səmral iştirak etməmişdir. Heç kimi oğurluq etməyə məcbur etməmişdir. Həmin mağazadan heçnə oğurlamamışlar. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Vüsalın 10-cu sinif şagirdi və 18 yaşının tamam olmadığını bilirdi. Oğurladığı siqaretləri Bakı şəhərində tanımadığı köşkə satmış, 250 manat pulu İsmayılla aralarında bölmüşdür. Hər iki marketdən oğurladığı pulun cəmi məbləği 600-700 manat olmuş, 40 manat Səmrala vermiş, qalan pulu isə İsmayılla aralarında bölmüşlər. Törətdiyi əməldən peşmandır. Əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuşdur. Vurulmuş ziyanı tam ödəmişlər, zərərçəkmiş şəxslərlə barışmışlar. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağayrı kəndində yaşayır. Biləsuvar rayon sakini Səmralı uzun müddətdir bir yerli kimi tanıyır. Təqsirləndirilən şəxs1lə Bakı şəhərində “Təbrik” restoranında ofisiant işləyərkən tanış olmuşdur. Bir müddətdən sonra maddi imkanları yaxşı olmadığından və pula ehtiyacı olduğundan Raman və Səmral ilə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə 06 dekabr 2022-ci il tarixdə Raman və Səmralla birlikdə taksi sifariş edib Quba rayonuna getmişlər. Yolda Raman qohumu Vüsala zəng edib Qubar rayonuna gəldiyini və onunla görüşmək istədiyini demişdir. Vladimirovka kəndində dayanacaqdan Ramanın qohumu olan Təqsirləndirilən şəxs2 götürüb “Şah house” çay evinə getmişlər. Çay evində söhbət zamanı Raman Vüsala rayona oğurluq etmək üçün gəldiklərini bildirmiş, Vüsala da onlarla oğurluğa getməyi təklif etmiş, Vüsal da Ramanla razılaşmışdır. Bundan sonra onlar oğurluq etmək üçün əvvəlcə Qusar rayonuna getmişlər, orada küçədə çoxlu adamların olduğunu görüb oğurluq etmələri baş tutmayacağını anlayıb yenidən tanımadığı taksi ilə Quba rayonuna qayıtmışlar. Əvvəlcə Ağbil kəndində olan marketə girmək istəmişlər, lakin yaxınlıqda adamların olduğunu görüb fikirlərindən daşınmışlar. Bundan sonra, 7 dekabr 2022-ci il tarixdə saat 1 radələrində Quba rayonu, Vladimirovka kəndinə getmişlər, kənddə yolun kənarında olan «Halal» marketdən oğurluq etmək barədə razılaşmışlar. Səmral marketdən bir qədər aralı dayanmışdır ondan ötrü ki, kimsə gəlsə bu barədə onlara məlumat versin. Özü və Raman marketin qapısını təpiklə vurub açmaq istəmişlər. Qapının açılmadığı görüb ətrafdan bir dəmir parçası tapıb qapınını arasına salıb qapını açmışlar və içəri daxil olmuşlar. Raman kassadan kağız və dəmir pulları oğurlamış, o, isə bahalı siqaretləri oğurlayıb iki ədəd selloffan torbaya yığmışdır. Ramanla mağazadan çıxmış, torbaları puskuda duran Səmrala vermişdir. Həmin vaxt Vüsal da orada olmuşdur. Daha sonra Ramanla birlikdə yaxınlıqda olan ikinci mağaza tərəfə yollanmışlar. Səmrala ikinci marketə də girib oğurlub edəcəklərini və onları orada gözləməyini demişlər. Ətrafda heç kimin olmadığını görüb qapını təpiklə vurub açmaq istəmişlər, lakin qapı açılmadığı üçün təpiklə qapının şüşqəsini sındırmışlar. Şünəi çıxarıb Ramanla birlikdə içəri daxil olmuşlar. Raman kassadan kağız və dəmir pulları oğurlamış, özü isə marketdəki bahalı siqaretləri iki seloffan torbaya yığıb Səmralın onları gözlədikləri yerə getmişlər. Bundan sonra Vüsal da onların yanına gəlmiş, Raman marketdə 120 manat pul olduğunu, həmin pulla Bakı şəhərinə gedəcəyini, Vüsalın payına düşün pulu isə siqaretləri satdıqdan sonra verəcəyini demiş, Vüsal da razılaşmışdır. Vüsal torbaların birindən 7-8 ədəd siqaret qutusu götürüb çıxıb getmişdir. Oğurladıqları puldan 40 manat Səmrala verilmiş, qalan pulu isə Ramanla aralarında bölmüşlər. Sonra Ramanla birlikdə taksi ilə Bakı şəhərinə getmişlər. Raman siqaretləri hansısa bir köşkə satmış və əldə olunan pulu yarı bölmüşlər. Bundan sonra yaşadığı Biləsuvar rayonuna qayıtmışdır. Təqsirləndirilən şəxs4 ifadəsində əlavə olaraq göstərmişdir ki, 10 dekabr 2022-ci ildə Raman “Vatsap” la ona zəng edərək Biləsuvar rayonunda oğurluq etmək üçün marketin olubolmamasını soruşmuş, Ramana yaşadığı Ağayrı kəndində bir neçə marketin olduğunu demişdir. xx.xx.2022-ci ildə saat 1 radələrində Raman və Vüsalla yaşadığı Biləsuvar rayonu, Ağayrı kəndində görüşmüş, onlara kənddə bir neçə mağaza göstərmiş və “Günəşli” market böyük olduğu üçün oradan oğurluq etmək barədə razılaşmışlar. Özü yolun döngəsində puskuda dayanmış, Raman və Vüsal isə onun göstərdiyi marketə girmişlər. Bir qədər sonra onların gəlmədiklərini görüb oradan uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə aparılmışdır. Mağazanın siqnalizasiyası işlədiyi üçün Raman və Vüsal saxlanılmışlar. Təqsirləndirilən şəxs4 verilən suallara cavab olaraq bildirmişdir ki, Biləsuvardakı oğurluqda Səmral iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 18 yaşının tamam olmadığını əvvəlcədən bilməmiş, Təqsirləndirilən şəxs2 oğurluq etməyi sonuncunun qohumu Təqsirləndirilən şəxs1 təklif etmişdir. Vurulmuş ziyanı tam ödəmişlər, zərərçəkmiş şəxslərlə barışmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağayrı kəndində yaşayır. Təqsirləndirilən şəxs4 uzun müddətdir tanıyır, Ramanla isə Bakı şəhərində “Təbrik” restoranında ofisiant işləyərkən tanış olmuşdur. Maddi imkanları yaxşı olmadığından, bir müddət sonra Raman və İsmayıl ilə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə 06 dekabr 2022-ci il tarixdə Bakı şəhərindən İsmayıl və Ramanla birlikdə taksi sifariş edib Quba rayonuna getmişlər. Quba rayonu, Vladimirovka kəndində dayanacaqdan Ramanın qohumu olan Təqsirləndirilən şəxs2 götürüb rayonda olan “Şah house” çay evinə getmişlər. Bundan sonra onlar oğurluq etmək üçün Qusar rayonuna getmişlər, lakin ətrafda çoxlu adam olduğu üçün oğurluq etmələri baş tutmamış, yenidən Quba rayonuna qayıtmışlar. Marketlərdən oğurladıqları pulu və siqaretləri bərabər böləcək idilər. 7 dekabr 2022-ci ildə saat 1 radələrində Quba rayonunda Vladimirovka kəndində yolun sağında və solunda olan hər iki -“Rahat” və “Halal” marketlərə Raman və İsmayıl oğurluğa girmiş, özü və Vüsal isə kiminsə gəlibgəlmədiyini görmək üçün çöldə bir-birlərindən aralı puskuda dayanmışlar. Oğurluqdan sonra Raman ona cəmi 40 manat pul vermişdir. Raman Vüsala siqaret oğurladıqlarını, siqaretdən əlavə isə mağazanın birindən 120 manat pul oğurladığını digər mağazada isə pul olmadığını demişdir. Raman yerdə olan torbalardan birini açıb içərisindən 7-8 qutu siqaret çıxarıb Vüsala verərək payına düşən pulu isə siqaretləri satdıqdan sonra göndərəcəyini demişdir. Vüsal da onunla razılaşmışdır. Vüsal Qubada qalmış, o, İsmayıl və Raman Bakı şəhərinə qayıtmışlar. Raman Bakı şəhərində tanımadığı köşklərin birinə siqaretləri satıb pulları İsmayıl ilə öz aralarında bölmüşlər. Biləsuvarda olan oğurluqda iştirak etməmişdir. 12 dekabr 2022-ci il tarixdə Biləsuvar rayonunda yaşadığı evdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmışdır.Təqsirləndirilən şəxs2 18 yaşının tamam olmadığını əvvəlcədən bilməmiş, Vüsala oğurluq etməyi öz qohumu Raman təklif etmişdir. Vurulmuş ziyanı tam ödəmişlər, zərərçəkmiş şəxslərlə barışmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonu, Vladimirovka kəndində yaşayır. Təqsirləndirilən şəxs1 onun qohumudur. Təqsirləndirilən şəxs4 tanıyır, Səmralı isə tanımır. 06 dekabr 2022-ci il tarixdə qohumu Raman ona zəng edərək İsmayıl və Səmralla birlikdə Bakı şəhərindən Quba rayonuna yola düşdüyünü və onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün axşam saatlarında Vladimirovka kəndində dayanacaqda onlarla görüşüb Quba rayonunda olan “Şah house” çay evinə getmişlər. Çay evində olarkən söhbət vaxtı Raman ona Quba rayonuna oğurluq etmək üçün gəldiklərini bildirmiş, onu da oğurluq etməyə razı salaraq oğuradıqları pulları və siqaretləri aralarında böləcəklərinə söz vermişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün qohumu Ramanla razılaşmışdır. Bundan sonra onlar oğurluq etmək üçün əvvəlcə Qusar rayonuna getmişlər, lakin ətrafda çoxlu adamlar olduğundan oğurluq etmələri baş tutmamış, yenidən tanımadığı taksi ilə Quba rayonuna qayıtmışlar. Raman həmin kənddəki “Halal” və “Rahat”marketlərdən oğurluq edəcəyini bildirmişdir. Həmin marketlər bir-birlərinə yaxın məsafədə yerləşirlər. Ramana həmin mağazaların yerləşdiyi ərazidə kameraların olduğunu, buna görə də kameralar olan yerə girməyəcəyini, ara küçələrin birində onları gözləyəcəyini və gələn olarsa onlara xəbər edəcəyini demişdir. 7 dekabr 2022-ci il tarixdə gecə saat 1-2 radələrində Raman, Səmral və İsmayıl həmin mağazalara doğru getmişlər, Raman və İsmayıl “Halal” və “Rahat” marketlərə oğurluq etmək üçün daxil olmuşlar. Həmin vaxtı isə Səmral kiminsə gəlib- gəlmədiyini görmək üçün çöldə ondan aralıda dayanmışdır. Bir neçə dəqiqədən sonra Raman onu yanına çağıraraq mağazadan çoxlu siqaret oğurladıqlarını, siqaretdən əlavə isə mağazanın birindən 120 manat pul oğurladığını, digər mağazada isə pulun olmadığını demişdir. Raman ona pul verməmiş, pul payını siqaretləri satdıqdan sonra verəcəyini demişdir. Raman torbadan 7-8 qutu siqaret çıxardıb ona vermiş, bundan sonra onlardan ayrılıb evə getmişdir. Raman, Səmral və İsmayıl isə həmin gecə Bakı şəhərinə qayıtmışlar. Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq göstərmişdir ki, 10 dekabr 2022-ci ildə işləmək üçün Bakı şəhərinə yollanmış, “Körpü” adlı restoranda işləyərkən qohumu olan Ramangilin Biləcəridə kirayədə yaşadıqları evdə qalmışdır. 11 dekabr 2022-ci il tarixdə Raman ona Biləsuvar rayonuna oğurluq etmək üçün gedəcəyini deyərək ona da özü ilə getməyi təklif etmişdir. Ramanla razılaşmış, birlikdə tanımadığı taksi ilə Biləsuvar rayonuna getmişlər. Axşam tərəfi Ağayrı kəndində İsmayılla görüşmüşlər. 12 dekabr 2022-ci il tarixdə saat 01:30 radələrində İsmayılın Ağayrı kəndində onlara göstərdiyi marketə Ramanla birlikdə girmişlər, İsmayıl isə çöldə onları gözləmişdir ki, gələn olsa xəbər versin. Marketin qapısını Raman dəmir parçası ilə açıb içəri daxil olduqdan sonra marketin siqnalizasiyası dərhal işə düşmüş, bundan sonra hər ikisi marketdən çıxıb qaçmışlar. Marketdən heçnə oğurlaya bilməmişlər. Kəndin içində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmışlar. Oğurluğa getməyi ona Raman təklif etmişdir.Səmral onlarla bu oğurluqda olmamışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq göstərmişdir ki, oğurluğa onu Raman cəlb etmiş, Ramanın onun 18 yaşının tamam olmadığından məlumatı olmuş, Səmral və İsmayıl ona oğurluq etməyi təklif etməmişlər. Biləsuvar rayonu, Ağayrı kəndindəki “Günəşli” marketə siqaret və pul oğulamaq üçün girmişlər. Törətdiyi əməldən peşmandır, hazırda 18 yaşı tamam olmayıb. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmişlər. Onların törətdikləri cinayət əməlləri özlərinin səmimi etarafları ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, habelə məhkəmədə tədqiq edilmiş ekspertizanın rəyi, cinayət işində olan istintaq hərəkətinin protokolları, sənədlərlə və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Quba rayonu, Vladimirovka kənd sakini Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, həmin kənddə “Halal market” adlı market işlədir. Marketdə müxtəlif ərzaqlar, içki və siqaretlər satır. 06 dekabr 2022-ci il tarixdə saat 22 radələrində mağazanı bağlayıb evə getmiş, səhərisi günü 07 dekabr 2022-ci il tarixdə saat 07 radələrində mağazaya gəldikdə qapısının açıq vəziyyətdə olduğunu görmüşüdür. Mağazaya daxil olduqda kassada olan 540 manat pulun, 30 manat məbləğində qəpik pulların, eləcə də vitrində olan 3 blok Sobraniye, 5 blok Rothmans, 4 blok Palmall, 1 blok Vinchester, 2 blok Dumhel, 3 blok nazik filtrli Kent 4, 3 blok kompakt Vinston markalı siqaretlərin oğurlandığını görmüşdür. Buna görə də DİN-nin 102 xidmətinə zəng vurub mağazadan oğurluq olması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 verilən suallara cavab olaraq bildirmişdir ki, ona məxsus mağazadan ümumilikdə 1570 manat pul, 3 blok qalın filtrli göy rəngli Sobraniye, 5 blok göy rəngli kompakt Rothmans, 4 blok nazik filtrli boz rəngli Palmall, 1 blok nazik filtrli boz rəngli Vinchester, 2 blok nazik filtrli göy rəngli Dumhel, 3 blok nazik filtrli Kent 4, 3 blok kompakt Vinston markalı siqaretlər oğurlanmışdır. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur.Onları əvvəllər tanımamışdır. Məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxldur, onlarla barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Quba rayonu, Vladimirovka kənd sakini Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, həmin kənddə “Rahat market” adlı mağaza işlədir. Marketdə müxtəlif ərzaq məhsulları, içki və siqaretlər satır. 06 dekabr 2022-ci ildə saat 23 radələrində mağazanı bağlayıb evə getmiş, 07 dekabr 2022-ci ildə saat 07 radələrində marketə gəldikdə giriş qapısının şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olduqda kassadan 260 manat pulun, 40 manat məbləğində qəpik pulların, eləcə də vitrində olan 33 qutu nazik filtrli göy «Sobraniye», 20 qutu nazik filtrli «Davidoff», 12 qutu göy rəngli «Davidoff», 53 qutu nazik filtrli «Kent 4», 14 qutu ağ «Vinston», 20 qutu qırmızı «Arqo», 4 qutu ağ «LD», 30 qutu nazik filtrli göy «Rothmans» markalı siqaretlərin oğurlandığını görmüşdür. Buna görə də DİN-nin 102 xidmətinə zəng vurub mağazadan oğurluq olması barədə məlumat vermişdir. Ona məxsus mağazadan ümumilikdə 260 manat pul, 40 manat məbləğində qəpik pul, 33 qutu nazik filtrli göy Sobraniye, 20 qutu nazik filtrli sarı Davidoff, 12 qutu kompakt göy rəngli Davidoff, 53 qutu nazik filtrli Kent 4, 14 qutu kompakt ağ Vinston, 20 qutu qalın filtrli qırmızı Arqo, 4 qutu kompakt ağ LD, 30 qutu nazik filtrli göy Rothmans markalı siqaretlər oğurlanmışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərin heç birini tanımır, onlara qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxldur, onlarla barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Biləsuvar rayonu, Ağayrı kənd sakini, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, həmin kəndə “Günəşli” adlı ərzaq mağazasını işlədir.xx.xx.2022-ci ildə saat 22 radələrində mağazanının qapısını bağlamış və siqnalizasiyanı qoşub evə getmişdir. 12 dekabr 2022-ci ildə gecə saat 01 radələrində mobil telefonuna marketin içərəsində kiminsə olması barədə zəng gəlmişdir. Dərhal marketə getmiş, marketin giriş qapısının aralı olduğunu və içəridə heç kimin olmadığını görmüşdür. Bu barədə polisə məlumat vermiş, bundan sonra marketə daxil olmuş, marketdən heçnə oğurlanmadığını görmüşdür. Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq göstərmişdir ki, Ramanı, Vüsalı və İsmayılı tanımır. Mağazanın qapısının sındırılması nəticəsində ona 400 manat məbləğində ziyan dəymişdir. Hazırda onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxldur, onlarla barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9\18 №-li rəyində göstərilmişdir ki, malların dəyəri nəzəri qaydada aşağıdakı kimi müəyyən edilmişdir: -1qutu nazik filtrli göy Sobraniye markalı siqaret— 4 manat 10 qəpik; -1 qutu nazikl filtrli sarı Davidoff markalı siqaret--- 3 manat 80 qəpik; -1 qutu kompakt göy rəngli Davidoff markalı siqaret--3 manat 80 qəpik; -1 qutu nazik fikltrli Kent-4 markalı siqaret-------------- 3 manat 80 qəpik; -1 qutu kompakt ağ Vinston markalı siqaret------------ 3 manat 60 qəpik; -1 qutu qalın filtrli qırmız Arqo markalı siqaret-------- 2,0 manat; -1 qutu kompakt ağ LD markalı siqaret------------------ 3,0 manat; -1 qutu nazik filtrli göy Rothmans markalı siqaret----- 2 manat 70 qəpik; -1 qutu qalın filtrli göy rəngli Sobraniye markalı siqaret--- 4 manat 10 qəpik; -1 qutu göy rəngli kompakt Rothmans markalı siqaret----2 manat 70 qəpik; -1 qutu nazik filtrli boz rəngli Palmall markalı siqaret ------2 manat 70 qəpik; -1 qutu nazik filtrli boz rəngli Vinchester markalı siqaret---4 manat 10 qəpik; -1 qutu nazik filtrli göy rəngli Dunhil (Dumhel) markalı siqaret ---4 manat 10 qəpik -1 qutu nazik filtrli Kent-4 markalı siqaret----3 manat 80 qəpik; -1 qutu Vinston markalı siqaret ---------------- 3 manat 60 qəpik; Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Biləsuvar "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, siqaretlərin bir qutusunun xx.xx.2022-ci il tarixə olan alqı-satqı qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: 1.Winston nazik boz markalı ---------- 3 manat 70 qəpik

2. Winston nazik yüngül markalı ---- 3 manat 70 qəpik

3. Winston kompakt boz markalı --- 3 manat 70 qəpik

4. Kent kompakt göy markalı -------- - 3 manat 90 qəpik

5. Winchestr nazik boz markalı ------- 2 manat 80 qəpik

6. Winchestr nazik tünd markalı ------ 2 manat 80 qəpik

7. LD nazik boz markalı --------------- 3 manat 30 qəpik

8. LD nazik kompakt markalı ------- 3 manat 10 qəpik

9. Sobraniye göy qalın markalı ------ 4 manat 20 qəpik

10. Sobraniye ağ qalın markalı ------- 4 manat 20 qəpik

11. Sobraniye qara qalın markalı ----- 4 manat 20 qəpik 12 Sobraniye kompakt göy markalı -- 4 manat 50 qəpik

13. Sobraniye kompakt qara markalı -4 manat 50 qəpik 14.Sobraniye kompakt caster markalı4 manat 50 qəpik

15. Sobraniye göy nazik markalı ---- 4 manat 20 qəpik

16. Sobraniye ağ nazik markalı -- 4 manat 20 qəpik

17. Sobraniye qara nazik markalı --- 4 manat 20 qəpik

18. LD mentol nazik markalı--- 3 manat 30 qəpik

19. Winston kompakt mentol markalı--3 manat 70 qəpik

20. Kent-4 qara nazik markalı ---- 3 manat 90 qəpik

21. Kent-1 nazik markalı------ 3 manat 90 qəpik

22. Kent-mentol nazik markalı ---- 3 manat 90 qəpik

23. Kent-mentol sarı nazik markalı--- 3 manat 90 qəpik

24. Kent-4 qalın markalı---- 3 manat 90 qəpik

25. Kent-8 qalın markalı ----- 3 manat 90 qəpik

26. Kent-kompakt boz markalı---- 3 manat 90 qəpik

27. Winston kompakt markalı ---- 3 manat 70 qəpik

28. Bakı Blue markalı ----- 2 manat 10 qəpik

29. Want Linex nazik boz markalı--- 2 manat 60 qəpik

30. X8 markalı --- 2 manat 50 qəpik

31. X9 markalı---- 2 manat 50 qəpik

32. X10 markalı--- 2 manat 30 qəpik

33. X5 markalı -- 2 manat 50 qəpik Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Quba rayonu, Vladimirovka kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus olan ərzaq mağazalarıdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan “Günəşli market” Biləsuvar rayonu, Ağayrı kəndində yerləşir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan «ifadələrin yerində yoxlanılması haqqında» 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022ci il tarixdə Quba rayonu, Valdimirovka kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus olan ərzaq mağazalarından oğurluq etmələri xüsusatı üzrə ifadəsində qeyd edilənləri əyani olaraq hadisə yerində göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan «ifadələrin yerində yoxlanılması haqqında» 15 dekabr 2022-ci il tarixli tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdə Quba rayonu, Valdimirovka kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus olan ərzaq mağazalarından oğurluq etmələri xüsusatı üzrə ifadəsində qeyd edilənləri əyani olaraq hadisə yerində göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan «ifadələrin yerində yoxlanılması haqqında» 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022ci il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən X2 məxsus olan “Günəşli market”-dən oğurluq edilməsinə cəhd etmələri faktı üzrə ifadəsində qeyd edilən xüsusatları əyani olaraq hadisə yerində göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan «ifadələrin yerində yoxlanılması haqqında» 13 dekabr 2022-ci il tarixli tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən X2 məxsus olan “Günəşli market”-dən oğurluq edilməsinə cəhd etmələri faktı üzrə ifadəsində qeyd edilənləri əyani olaraq hadisə yerində göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan «ifadələrin yerində yoxlanılması haqqında»13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022ci il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən X2 məxsus olan “Günəşli market”-dən oğurluq edilməsinə cəhd etmələri faktı üzrə ifadəsində qeyd edilənləri əyani olaraq hadisə yerində göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, tədqiqata təqdim edilmiş DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat zamanı əl izlərindən bir ədədinin xx.xx.2000-ci ildə Quba rayonunda anada olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağı (siqaret blokundan götürülmüş iz) əksi ilə eynilik təşkil etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 məxsus olan mobil telefona keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məxsus olan mobil telefon «Samsung A- 12» markalı, qara rəngli mobil telefondur, telefonun üzərində ***-***-**-** saylı mobil nömrə vardır. Həmin mobil telefonun “WhatsApp” proqamına baxış keçirilən zaman iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aşağıdakı SMS-ləri qarşılıqlı olarq bir-birinə göndərmələri müəyyən edildi: -Təqsirləndirilən şəxs1-axı ayıq sayıq ol mənə mene de temaları ama yazışmaları hal sil - --sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs2- mən sənə yazanda zəng elə mənə, söhbətləri danışacam bayıra çıxım 5 deq ---sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1-yaxşı, yaxşı sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs2 - ala pulu oğlan kimi niyə bölmədin, 1000-1500 pul olub səndə mənə deyirsən 120 manat---sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1 – kim deyir sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs2 –deyən deyib də nəyivə lazım---sms-ni göndərmişdir. - Təqsirləndirilən şəxs1 elə bir şey olmayıb, o harda çıxdı--- sms-ni göndərmişdir. - Təqsirləndirilən şəxs2 3 yerə nöc olmasa düz böldə,opşi səndə nə qədər pul olub kişi kimi düzün de --- sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1---kartın nömrəsini atda pul atım, kim sənə deyir məndən 1500 manat pul olub--- sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs2---- nə qədər pul olubsa de deyəcəm kim deyib—sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1—valla adama 150 manat pul düşdü aman mən öz cibimdən sənə 80 manat verəcəm, ayıbdı sənincün, kartı sabah at sabah pul atım sənə—sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs2--- **********52925 hesab kartının nömrəsini, Raman at təcili vurdun, ala ne oldu, dondum ki, aç sözüm var hə yox de heç olmasa ala bu nə hərəkətdi edirsən, sözüm var başqa sözdü, mən sənə arxayın idim—sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs1—allaha and olsun normal pul qalmamışdı, 1-2 günə yaxşı olacaq 100 manat atacam sənə, allah haqqı atacam, sən öl pul hara getdi bilmədim özdə az iydi hələ 60 manat mamaaya vermişəm, 150 manat puldan yolda taksini saymırsan 1-2 günə atacam sənə 100 manat bir az sebrli ol, İsmayıl rayona getdi mənə xəbər eliyəcəy--- sms-ni göndərmişdir. -Təqsirləndirilən şəxs2--- 150 manat pul olub 180-də siqaret --- sms-ni göndərmişdir. - Təqsirləndirilən şəxs1—elə obşi 180 manat pul olub sən öl prosta mən başa düşmədim o puldan heç nə --sms-ni göndərmişdir. İş materiallarında olan «doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2007-ci ildə Quba rayonu, Zərdabi qəsəbəsində doğulmuş, onun hazırda 18 yaşı tamam olmamış və CM-nin 84.1-ci maddəsinə əsasən, 18 yaşı tamam olmayan şəxslər yetkinlik yaşına çatmayan şəxs hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə yetkinlik yaşına çatmayan şəxsdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərinin müdafiəsi üçün hər hansı bir dəlillər irəli sürməmişlər. Beləliklə də, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaya cəhd etmə cinayət əməllərini, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini, Təqsirləndirilən şəxs1 isə yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupa cəlb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaya cəhd etmə cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi və təqsirli olmaları tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərində onların təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 əməli CM-nin 170.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 əməlləri CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı, təyin olunmuş cəzanı qanunla müəyyən edilmiş qaydada çəkməlidirlər. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 170.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi “az ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında isə 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və yə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020ci ildən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs1 iki il keçmədən və məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən, ödənilmədiyindən onun qəsdən ağır (CM-nin 170.3-cü mad.) cinayət əməlini törətməsi cinayətlərin residivini yaradır. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbəsi üzrə İƏDN-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Quba rayon Barlı qəsəbəsində qeydiyyatda olan, lakin Zərdabi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən hallarla bağlı qeyd edir ki, o, əvvəllər məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun cinayət törətməyə meyilli olan şəxs olmasını göstərir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 170.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və təyin olunmuş cəza çəkilməlidir. Bundan başqa, CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası onun təqsirləndirildiyi CM-nin 170.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrin son həddinin yarısından, az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. xx.xx.2022-ci il tarixli qərar və protokola əsasən Təqsirləndirilən şəxs1 Biləsuvar RPŞ-nın müstəntiqi tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar və protokola əsasən Təqsirləndirilən şəxs1 Quba RPŞ-nın müstəntiqi tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün barəsində Quba Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 15 mart 2023-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edildiyindən Təqsirləndirilən şəxs1 həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) ay müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 8 avqust 2023-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs4 Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır, Biləsuvar RİHB-nın Ağayrı KİƏDN-dən daxil olmuş xasiyyətnamə ilə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 isə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş törətdikləri cinayət əməlləri “az ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və yə iki ildən beş ilədək müddətə azadlıqldan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs4 cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, habelə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, gənc olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2,177.2.3-cü maddələrində müəyyən edilmiş daha yüngül cəza növü - azadlığın məhdudlaşdırıması cəzası təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətləri məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı və təyin olunmuş cəza çəkilməlidir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmaqla yaşayır. Quba RİHB-nın Vladimirovka KİƏDN-dən daxil olmuş xasiyyətnamə ilə o, müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-nin 59.1.2 və 59.1.13-cü maddələrinə əsasən, habelə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, gənc olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin təqsirləndirildiyi CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində müəyyən edilmiş daha yüngül cəza növü - azadlığın məhdudlaşdırıması cəzası təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı və təyin olunmuş cəza çəkilməlidir. Habelə, məhkəmə onu da qeyd edir ki, CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırıması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. Biləsuvar RİHB-nın Ağayrı KİƏDN-dən daxil olmuş xasiyyətnamə ilə o, müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, habelə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, gənc olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində müəyyən edilmiş daha yüngül cəza növü - azadlığın məhdudlaşdırıması cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. xx.xx.2022-ci il tarixli qərar və protokola əsasən Təqsirləndirilən şəxs4 Biləsuvar RPŞ-nın müstəntiqi tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə 29, 177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar və protokola əsasən Təqsirləndirilən şəxs4 Quba RPŞ-nın müstəntiqi tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri itəqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün barəsində Quba Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 15 mart 2023-cü ildə o, həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) ay müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından 6 (altı) ay 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzası çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin gün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərar və protokola əsasən Təqsirləndirilən şəxs3 Biləsuvar RPŞ-nın müstəntiqi tərəfindən 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, ittiham elan etmək üçün kifayət qədər sübutlar olmadığından xx.xx.2022-ci il tarixdə o, Biləsuvar RPŞ-nın MSY-dən azad olunmuşdur. Bundan başqa, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar və protokola əsasən Təqsirləndirilən şəxs3 Quba RPŞ-nın müstəntiqi tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri itəqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün barəsində Quba Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 15 mart 2023-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) ay müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından 6 (altı) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkmələrinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzanın icrası qeydiyyatda olduqları müvafiq İcra və Probasiya Şöbələrinə həvalə olunmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 12 manat 50 qəpik olmaqla tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 170.3-cü maddəsilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) ay müddət ona təyin olunmuş 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 8 avqust 2023-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 saxlanılması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilsin və Bakı İstintaq Təcridxanasına keçirilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudulaşdırılması cəzası, Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudulaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) ay müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş 3 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından 6 (altı) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin olunmuş cəza müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 3 (üç) ay müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzasından 6 (altı) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin olunmuş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması, Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin olunmuş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Quba Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 12 (on iki) manat 50 (əlli) qəpik olmaqla tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Müşfiq Məmmədov Hakimlər: Cavid Səfərli Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar