Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-383/2025 10.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1967-ci ildə Salyan rayonu rayonu Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2025-ci il fevral ayının axırlarında Salyan rayonu Qaraçala qəsəbəsində yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin 230 ədəd, külli miqdarda toxumlarını əkməklə suvarmış, həmin toxumlardan əmələ gəlmiş eyni sayda çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 aprel 2025-ci il tarixdə saat 18:41 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq onun iştirakı ilə və dieoçəkilişdən istifadə etməklə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən 230 ədəd yaş vəziyyətdə, kök üstə, ümumi təmiz çəkisi 27200 qram tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə Salyan rayonu Qaraçala qəsəbəsində yaşayır. Özü narkotik vasitə istifadəçisidir. Bir il əvvəl Kür çayının sahilindən 04 ədəd çətənə bitkisi tapmışdır. Həmin bitkiləri evinə gətirərək qurudub istifadə etmiş, toxumlarını isə evində saxlamışdır. Polis işçiləri tərəfindən evinin həyətyanı sahəsinə baxış keçirilməsindən təxminən iki ay əvvəl, yəni 2025-ci il fevral ayının axırlarında gələcəkdə özünün istifadəsi üçün çətənə bitkisinin toxumlarını evinin hyətində yerləşən istixanada əkmişdir. Həmin toxumlara su vermiş, onlardan əmələ gələn bitkilərə mütəmadi olaraq qulluq etmişdir. 28 aprel 2025-ci il tarixdə saat 18:41radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamış, evinin həyətində narkotik tərkibli bitkiləri əkib becərməsi barədə məlumat daxil olduğunu bildirmişlər. O, yaşadığı evin həyətində çətənə bitkiləri əkdiyini ehtiraf demişdir. Bundan sonra o polis əməkdaşlarını həyətində olan istixanaya apararaq orada əkdiyi çətənə bitkilərini təqdim etmişdir. Polis əməkdaşları həmin sahəyə baxış keçirmiş və 230 ədəd yaş vəziyyətdə və köküstə olan çətənə bitkilərini aşkar etmişlər. Polis işçiləri həmin çətənə bitkilərini torpaqdan çıxarmaqla kisələrə qablaşdırmışlar. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Salyan Rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 aprel 2025-ci il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində çətənə bitkilərini əkərək becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat tədbirləri həyata keçirməklə əməliyyat qrupunun üzvü olan digər polis işçiləri ilə birlikdə 28 aprel 2025-ci il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsinə getmişlər. Həmin gün saat 18:41 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğunu görmüş, onu saxlamış, videoçəkiliş aparılmaqla həyətində narkotik tərkibli bitkiləri əkib becərməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkdiyini və həmin bitkiləri onlara təqdim edəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə evinin həyətyanı sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs onları həyətyanı sahəsində olan istixanaya apararaq orada kultivasiya etdiyi çətənə bitkilərinə bənzər bitkiləri təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini təxminən iki ay əvvəl öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. İstixanada olan çətənə bitkiləri torpaqdan çıxarılaraq sayılmış, bitkilərin sayının 230 ədəd olması müəyyən olunmuşdur. Həmin bitkilər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 və RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 da Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. 28 aprel 2025-ci il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, həmin gün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan istixanada 230 ədəd yaş vəziyyətdə və köküstə olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/351 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki istixanadan götürülmüş ümumi sayı 230 ədəd, yaş vəziyyətdə, kök üstə, ümumi təmiz çəkisi 27200 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Məhkəmə-narkoloji ekspertizasının 01 may 2025-ci il tarixli, 238 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Salyan Rayon Mərkəzi Xəstəxanasının 16 may 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji qeydiyyatda yoxdur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Salyan rayonu Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2012 və 2013-cü illərdə doğulmuş azyaşlı uşaqları vardır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini əkib becərməklə kultivasiya etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesalanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq olunmaqla cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan 230 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan 230 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-383/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-383/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver