Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-384/2025 11.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-cü ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonun Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib 2025-ci ilin mart ayının sonlarında-aprel ayının əvvələrində Salyan rayonun Kürqaraqaşlı kəndində yaşadığı evin yaxınlığından keçən su kanalının ətrafında olan böyürtkən kollarının arasında üç ədəd plastik qablarda həmin toxumları qanunsuz olaraq əkmiş və bu toxumlardan cücərib bitmiş külli miqdarda-29 (iyirmi doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 23 aprel 2025-ci il tarixdə, saat 11 radələrində Salyan Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonun Kürqaraqaşlı kəndində yaşadığı evin yaxınlığında saxlanılıb onun iştirakı ilə göstərdiyi yerə-həmin ərazidən keçən su kanalının ətrafında olan böyürtkən kollarının arasına baxış keçirilərkən üç ədəd plastik qabın içərisində olmaqla cəmi külli miqdarda-29 (iyirmi doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində dörd uşağı vardır və ailəsi ilə birlikdə Salyan rayonun Kürqaraqaşlı kəndində yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi təsərrüfatla məşğul olmuşdur. O, xəstəliyi ilə bağlı İİİ dərəcə əlildir və xeyli müddətdir ki, “nəşə” adlanan marixuanadan istifadə etməyə başlamış, başqa narkotiklərdən istifadə etməmişdir. Əvvəllər bir dəfə, 2015-ci ildə istifadəsi üçün çətənə kolu əkib-yetişdirdiyinə görə məhkum olunmuşdur. Marixuanadan istifadə etdiyinə görə 2025-cilin mart ayının sonları, aprel ayının əvvələrində üç ədəd plastik qabın içərisində çətənə toxumlarını əkmiş və həmin qabları yaşadığı evin yaxınlığından keçən kanalın ətrafındakı böyürtkən kollarının arasında gizlətmişdir. Bir müddət sonra əkdiyi toxumlardan 29 ədəd çətənə kolun şitilləri bitmiş və o, vaxtaşırı həmin şitilləri suvarmaqla qulluq etmişdir. 23 aprel 2025ci il tarixdə, saat 11 radələrində yaşadığı evin yaxınlığında olarkən bir qrup polis əməkdaşı onu saxlayıb çətənə kolu əkib-becərməkdə şübhəli olduğu bildirib orada onun üstü yoxlanılmış və üzərində qadağan olunmuş əşyalar, o cümlədən narkotik maddə aşkar olunmamışdır. Sonra polislər çətənə kolu əkməsi ilə bağlı onu sorğu-sual etmiş, o da etiraf edib bildirmişdir ki, yaşadığı evin yaxınlığında olan su kanalın ətrafındakı böyürtkən kollarının arasında plastik qabların içərisində əkdiyi çətənə kolları vardır. Çətənə kolu əkdiyi yeri göstərməsi təklif olunandan sonra o, polis əməkdaşlarına həmin yeri göstərmiş, sonra polis əməkdaşları onun iştirakı ilə və videoçəkilişlə su kanalın ətrafındakı böyürtkən kollarının arasına baxış keçirilmiş və orada olan üç ədəd plastik qabların içərisində 29 ədəd çətənə kolları aşkar edilib götürülmüş, bundan sonra sənədləşmə aparılmışdır. Aşkar olunmuş həmin çətənə kollarını özü əkib-yetişdirmişdir. Özünün istifadəsi üçün çətənə bitkiləri əkib-yetişdirməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Salyan RPŞ-nin əməkdaşıdır. 23 aprel 2025-ci il tarixdə ona Salyan rayonun Kürqaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanda çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, həmin gün saat 11 radələrində əməliyyat qrupu Kürqaraqaşlı kəndinə getmiş və Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlayıb ona çətənə bitkiləri əkib-yetişdirməkdə şübhəli olduğu bildirilmiş, sonra elə orada onun üzərində yoxlama aparılmış və üzərində qanunla qadağan olunmuş əşyalar və ya narkotik maddələr aşkar edilməmişdir. Sonra şifahi qaydada sorğu-sual olunarkən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından keçən su kanalının ətrafındakı böyürtkən kollarının arasında plastik qablarda çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Ona həmin yerə göstərməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs həmin yeri göstərmiş, bundan sonra əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə su kanalın ətrafına baxış keçirilmiş və baxış zamanı su kanalın ətrafındakı böyürtkən kollarının arasında üç ədəd plastik qabların içərisində cəmi 29 ədəd çətənə kolları aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri bir müddət əvvəl əkdiyini və onları özünün şəxsi istifadəsi məqsədi ilə əkib-yetişdirdiyini bildirmişdir. Sonra aşkar olunmuş bitkilər qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs isə polis şöbəsinə gətirilmişdir. Bundan sonra aparılmış əməliyyat-axtarış tədbiri ilə bağlı müvafiq protokol tərtib olunmuş, daha sonra götürülmüş maddi sübutlar və saxlanmış şəxs aidiyyət üzrə təhvil verilmişdir. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində yoxlama və əraziyə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Araz oğlu Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Salyan Rayon Mərkəzinin baş aqronomu vəzifəsində işləyir, peşəsi aqronom-mütəxəssisdir. 23 aprel 2025-ci il tarixdə o, Salyan RPŞ-də həmin günü polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüş 29 ədəd çətənə bitkilərinin şitillərinə baxışın keçirilməsində mütəxəssis kimi iştirak etmişdir. Baxış zamanı o, müəyyən etmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkisidir və bu bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Sonra o, həmin bitkilərlə bağlı “Mütəxəssis rəyi” tərtib edib istintaqa təqdim etmişdir. İşdə olan, Salyan RPŞ-nin əməkdaşının 23 aprel 2025-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Salyan rayonun Kürqaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs çətənə bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Əməliyyat tədbirinin və şəxsin üzərinə baxışın keçirilməsinə dair” 23 aprel 2025-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 11 radələrində Salyan RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonunun Kürqaraqaşlı kəndində yaşadığı evin yaxınlığında saxlanılıb ona çətənə bitkiləri əkib-yetişdirməkdə şübhəli olduğu bildirilmiş, sonra videoçəkilişlə üzərində yoxlama aparılmış və üzərində qanunla qadağan edilmiş əşyalar və ya narkotik vasitə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından keçən su kanalının ətrafında olan böyürtkən kollarının arasında plastik qablarda çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs göstərdiyi əraziyə-su kanalın ətrafına baxış keçirilmiş və baxış zamanı su kanalın ətrafındakı böyürtkən kollarının arasında üç ədəd plastik qabların içərisində cəmi 29 ədəd çətənə kolları aşkar edilib götürülmüşdür. Əməliyat-axtarışının keçirilməsi zamanı aparılmış videoçəkiliş bir ədəd DVD dskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, 23 aprel 2025-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən Salyan RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından aşkar edilmiş 29 ədəd bitkilər yarpaq quruluşuna və spesifik qoxusuna görə çətənəkimilər fəsiləsinə aid bitki cinsli olmaqla narkotik tərkiblidirlər. Hər bir bitkinin boyu, gövdəsinin, budaq və yarpaqların inkişaf etməsi belə nəticəyə gəlməyə əsas verir ki, həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 23 aprel 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında ... 29 ədəd ...” sözləri və imzalar olan polietilen torbada 29 ədəd, yaş vəziyyətdə ümumi çəkisi-5,35 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 29 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 25 aprel 2025-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra 29 ədəd çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Salyan RPŞnin maddi sübutlar otağına təhvil verilmiş, habelə istintaq hərəkətlərinin aparılması ilə bağlı videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. İşdə olan, “X10”ndan götürülmüş 19 may 2025-ci il tarixli arayışla müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının tibbi qiymətləndirilməsinə əsasən xx xxxxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Doğuş travmasından sonra sağ tərəfli çiyin pleksitinin qalıq əlamətləri nəzərə çarpan əzə atrofiyası. Sol dirsək oynağında kəskin deformaartrozu. Sağ bazu oynağında kontraktura” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlildir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 24 aprel 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nın təqdim etdiyi arayışa əsasən İİİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlil olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 may 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmadığından onun psixiatrik müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid5 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair videoçəkilişlə və buna aid protokolla tam təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 29 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdardadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda-29 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qtimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmü və qərarının surətləri ilə müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 08 oktyabr 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin 22 aprel 2016-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 01 gün müddəti cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 08 oktyabr 2015-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Salyan rayon İHB-nin Kürqaraqaşlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan rayonun Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə şikayət daxal olmamışdır) xarakterizə olunur. Salyan rayon İHB-nin Kürqaraqaşlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli arayışla müəyyn edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2004-cü il təvəllüdlü X5, 2006-cı il təvəllüdlü X6, 2008-ci il təvəllüdlü X8 və 2015-ci il təvəllüdlü X9 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, eləcə də bir yetikinlik yaşına çatmayan uşağın olması, habelə Təqsirləndirilən şəxs üçüncü dərəcə əlil olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 29 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 29 (iyirmi doqquz) ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-384/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-384/2025
11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver