Məhkəmə qərarları › İş №1(099)-385/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-385/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-385/2024 16.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu ildə Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, azərbaycanlı, məhkumluğu olmayan, evli, hazırda işləməyən, Xocavənd rayonu, Kuropatkin kəndində qeydiyyatda olmaqla, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu 500 ailəlik qəsəbədə 60 nömrəli evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən 01 ədəd polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 14.083 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini (bundan sonra – metamfetamin) əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitə əldə edərək üzərində saxlaması və daşıması barədə Xocavənd Rayon Polis Şöbəsinə (bundan sonra – Xocavənd RPŞ) daxil olmuş əməliyyat məlumatına əsasən şöbənin əməkdaşları tərəfindən 22 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, həmin gün saat 09 radələrində etibarnamə olmadan “Hyundai Sonata” markalı, “**-KY-***” dövlət qeydiyyat nişanlı avtomobili Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisindən 320 ailəlik qəsəbə ərazisinə doğru istiqamətdə idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinin Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yerləşən inzibati binasına aparılmış, 22 oktyabr 2023-cü il tarixdə, saat 10:11də Xocavənd RPŞ-nin inzibati binasında müvafiq qaydada üzərində şəxsi axtarış aparılan zaman əynində olan yaşıl rəngli uzunqol gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 14.083 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Beyləqan rayonunda yerləşən Xocavənd qaçqın düşərgəsində usta işləyir, həmin qəsəbədə 500, 320, 146, 220 ailəlik qəsəbələr var və demək olar ki, 800 ailənin evində usta işləmiş və onların hamısı onu tanıyırlar, bilirlər ki, o, siqaret belə istifadə etmir, onu şərləyirlər. Ondan qabaq təmizlikçilər ərazini gəzib təmizlik edirlər, özü də avtomobildən istifadə edən şəxs olduğundan necə ola bilər ki, narkotik maddəni yerdən tapsın. Buna görə cinayət işində yazılanlar düzgün deyildir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik maddənin gödəkçəsinin sağ cibindən aşkar olunma səbəbi, polis şöbəsində döyülən zaman narkotiki cibinə qoyulduğunu ehtimal edir, lakin narkotik maddənin hansı polis əməkdaşı tərəfindən cibinə qoyulmasını bilmir. Saxlanıldıqdan sonra avtomobilini polis əməkdaşları sürüb şöbəyə gətirmiş, əməliyyat bölməsinin rəisi Nicat avtomobilin açarını götürmüş, sonra çəkiliş zamanı gətirib açarı ona vermişdir. Avtomobili polis əməkdaşları sürüb şöbəyə gətirdikləri üçün narkotik maddə avtomobildə aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuş, zor tətbiq olunması barədə şikayət etmişdir. Belə ki, ilkin olaraq zor tətbiq olunması barədə Xocavənd rayon prokuroluğuna demiş, sonradan Baş Prokurorluğa şikayət etmiş, lakin heç bir cavab gəlməmişdir. Onu saxlayan polis əməkdaşları xalası oğlunu tutmuş, 07 dekabr 2023-cü il tarixdə Xocavənd Rayon Məhkəməsində ona 03 il 06 ay cəza verilmişdir. Həmin ərəfələrdə polis əməkdaşı Şahid4lə mübahisəsi olmuş, o da onu tutduqdan sonra “sən bilmirdin ki, nə vaxtsa gələrsən bura” demişdir. Saxlanıldıqdan sonra onu öz maşınında polis şöbəsinə gətirmişlər, onu maşının arxa orta oturacağında əyləşdirmişlər, sağında və solunda da polis əməkdaşları əyləşmişdir. Həmin vaxt da əlləri öndən qandallı olmuş, qandalları vəkil gəldikdən sonra açmışlar. Vəkil isə onun saxlanıldığı gün təxminən saat 13:30-da Xocəvənd RPŞ-yə gəlmişdir. Polis əməkdaşları isə onu saat 08:37-də tutmuşlar. Bədənində olan xəsarətlə bağlı ekspertin yanına aparılmış, orada Fazil adlı bir həkim qulağına baxıb heç bir xəsarətin olmadığını bildirmişdir. Polis əməkdaşları ona şillə, yumruq, təpiklə xəsarət yetirmişlər. Saxlanılıb polis şöbəsinə gətirildikdən sonra onu ilkin olaraq əməliyyatçının otağına, sonra rəisin otağına 03 dəfə aparılmış, sonra müstəntiqin otağına, daha sonra isə təhqiqatçının otağına aparılmışdır. Onu rəisin otağında döymüşlər. Onu yalnız Şahid4 vurmuşdur. Təqsirləndirilən şəxs dövlət əleyhinə hər hansı fəaliyyətinin olmamasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, narkotik vasitələrlə əlaqəsinin olmamasını, narkotik vasitə istifadə etməməsini nəzərə alaraq onun barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xocavənd RPŞ-nin rəisinin əməliyyat işləri üzrə rəis müavini Şahid4 Mədət oğlu ifadəsində göstərdi ki, Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən 60 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə daşıması və istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün rayon polis şöbəsinin rəhbərliyindən icazə alınmış, müvafiq qərar əsasında onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, “** KY ***” dövlət qeydiyyat nişanlı avtomobillə 500 ailəlik qəsəbədən 320 ailəlik qəsəbə istiqamətində 22 oktyabr 2023-cü il tarixdə, saat 09 radələrində hərəkət edərkən əməliyyat qrupunün üzvləri tərəfindən saxlanılmış və ona narkotik vasitənin daşınması və istifadəsində şübhəli olması bildirilmiş və sonuncu Xocavənd Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində avtomobili dayanacağa yerləşdirilmiş və avtomobilin açarı özünə təqdim olunmuşdur. Təhqiqatçı Şahid9 otağında müdafiəçinin iştirakı ilə və videoçəkliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı bir ədəd sellofan bükümdə ümümi çəkisi 15.034 qram olan metamfetaminə bənzər kütlə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və ya vasitə aşkar olunmamışdır. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı onda olmuş, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Vilayət üzərində narkotik vasitəni özü təqdim etmiş, narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Vilayətə heç bir fiziki təsir göstərilməmişdir. Saat 09 radələrində əməliyyat tədbirləri başlamış, saat 10 yaxud 11 radələrində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Saat 09 radələrində Təqsirləndirilən şəxs avtomobili müşahidəyə götürülmüş və saat 10 radələrində saxlanılmış, saat 10:30-da müdafiəçi ilə təmin olunmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində daşıması barədə olmuş, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamış, lakin bu barədə araşdırma aparılmışdır. Aşkar olunmuş maddə metamfetamin olmuşdur. Həmin məlumat üzrə əməliyyat qeydiyyat işi açılmamış, əməliyyat məlumatı yazılmışdır. Əməliyyat məlumatı 21 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. 22 oktyabr 2023-cü il tarixdə əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarın çıxarılmasına səbəb məlumatın dəqiqləşdirilməsi olmuşdur. Belə ki, ilk öncə daxil olmuş məlumat dəqiqləşdirilir və həmin şəxsin ətrafında əməliyyat axtarış tədbiri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra üzərində narkotik maddənin olması müəyyən olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutduqdan sonra müdafiəçi ilə təmin etmiş, Vilayətə qarşı fiziki zor tətbiq edilməmişdir. Onun tərəfindən Vilayətə zor tətbiq edilməsi, döyülməsi ilə bağlı Təqsirləndirilən şəxs dedikləri yalandır. Vilayət tutularkən “Sən bilmirdin ki, haçansa buraya gələrsən” sözlərini deməmiş, Vilayəti tutulana kimi tanımamışdır. Polis şöbəsində Vilayət polislərin nəzarətində saxlanılmış, yanında polis nəfərlərinin olması onun qaça bilməməsi üçün yetərli olmuşdur. Narkotik maddəni Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Vilayətin cibində narkotik maddə olmamasını, rəisin otağında döyülərkən cibində mobil telefon, avtomobilin açarı olması barədə dedikləri düzgün deyildir. Vilayət rəsin otağına qaldırılmamış, birinci mərtəbədə saxlanılmış təhqiqatçının xidməti otağında müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs tutulduqdan təxminən 40 dəqiqə yaxud bir saat sonra müdafiəçi gəlmişdir. Müdafiəçi günorta radələrində gəlməmişdir. Cinayət işi materiallarında olan protokollarda göstərilən vaxtlar dəqiqdir. Vilayətin üzərinə şəxsi axtarış keçirilərkən aparılan videoçəkilişdə iştirak etmişdir. Video görüntülərdə olmasa da çəkilişdə iştirak etmişdir. Müdafiəçi protokolda göstərildiyi vaxtda istintaq hərəkətində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xocavənd RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə daşıması və istifadəsi barədə Xocavən RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında RPŞ-nin rəis müavini Nicat Hümbətəliyevin rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs dəqiq xatırlamadığı saatda Xocavənd rayonu 500 ailəlik və 320 ailəlik qəsəbə arasında avtomobildə hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə öz avtomobilində gətirilmiş, avtomobilin qapıları bağlanılaraq Vilayətə təhvil verilmiş, şöbədə ona müdafiəçi təyin edilmiş, baş təhqiqatçı Şahid9, müdafiəçi və digər hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs üzərində ağ maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin ona aid olmadığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Nicat Hümbətəliyevdə olmuş, əməliyyata rəhbərliyi də Nicat Hümbətəliyev həyata keçirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmiş, sonuncu narkotik maddəni cibindən özü çıxarmışdır. Üzərində aşkar edilmiş narkotik maddənin aid olmadığını, cibinə narkotik maddənin polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, ona qarşı fiziki zor tətbiq edilməmişdir. Sonuncunun üzərində narkotik maddənin olması barədə əməliyyat məlumatı ona 22 oktyabr 2023-cü il tarixdə məlumat verilmiş, saatı xatırlamasa da günorta saatları olmasını xatırlayır. Əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitənin daşınması və satışında şübhəli bilinməsi ilə bağlı olmuşdur. Əməliyyat qrupunu üzvü olması barədə onu xəbərdar etmişlər və əməliyyat 22 oktyabr 2023-cü il tarixdə başlamış, lakin saatı dəqiq xatırlamır. Əməliyyata xidməti avtomobillər ilə getmişlər, 500 ailəlik qəsəbə ilə 320 ailəlik qəsəbəyə gedən yolda Təqsirləndirilən şəxs saxlamışlar. İlk öncə yol patrul xidməti əməkdaşı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə işarə verərək saxlamışdır, sonra onu şöbəyə dəvət etmişlər, qollarına qandal vurmamışlar. Vilayəti avtomobilin arxa oturacağına otuzdurub şöbəyə aparmışlar. Vilayət polis şöbəsində təhqiqatçının otağında vəkil gələnədək saxlanılmış,vəkil Beylaqan rayonundan gəlmiş, vəkilin kim olmasını xatırlamır. Təhqiqatçının otağında Təqsirləndirilən şəxs qandal vurulmamış, sonuncu polis şöbəsinə gətirildikdən təxminən 30 dəqiqə sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış keçirilərkən iştirak etmişdir. Təqsirləndirilən şəxs avtomobilini o, idarə etmiş, Vilayət avtomobilin arxa oturacağına iki polis əməkdaş ilə birgə əyləşdirilmişdir. Vilayət barədə əvvəllər əməliyyat məlumatı daxil olmamış, Təqsirləndirilən şəxs fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xocavənd RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da Şahid4 və Şahid1 ilə eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımış, Vilayətin narkotiklə əlaqəli şəxs olması, eləcə də Təqsirləndirilən şəxs narkotik daşıması barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iştirak etmiş, səhv xatırlamırsa üzərində mobil telefon və gödəkçəsinin sol yaxud da sağ cibindən sellofan bükümdə ağ kütlə aşkar edilmişdir. Vilayət ilkin olaraq üstündə qadağan olunmuş heç bir maddənin olmadığını bildirmiş, sonradan ciblərini boşaldarkən sellofan bükümü cibindən çıxartmışdır, lakin aşkar edilmiş narkotik maddənin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki təsir göstərilməmiş, sonuncu barədə əməliyyat məlumatı Nicat Hümbətəliyevə daxil olmuş, 22 oktyabr 2023-cü il tarixdə işə çatdıqdan sonra, yəni saat 08:30-da sonuncu ona bu barədə bildirmişdir. Belə ki polis şöbəsinə işə gəlməmişdən az əvvəl də Nicat Hümbətəliyev ona əməliyyat olacağını bildirmişdir. Vilayəti 22 oktyabr 2023-cü il tarixdə, təxminən saat 09 radələrində Xocavənd rayonu 500 ailəlik qəsəbə ilə 320 ailəlik qəsəbələr arası yolda saxlamışlar. Əməliyyata isə Yol Patrul Xidmətinin əməkdaşlarının avtomobil ilə getmişdir. Təqsirləndirilən şəxs Yol Patrul Xidmətinin əməkdaşı Şahid5 saxlamış, sonradan əməliyyat qrupunun digər üzvləri ona yaxınlaşmış və polis əməkdaşı Şahid3 Təqsirləndirilən şəxs bir qolundan və o, digər qolundan tutaraq özünün idarə etdiyi avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Polis şöbəsinə çatıqda avtomobilin qapılarını baxlayıb avtomobilin açarlarını onun özünə təhvil etmişlər. Təqsirləndirilən şəxs saxlayarkən guya başını avtomobilin “kapot” hissəsinə qoyub başının arxa hissəsinə yumruqla vurması ilə bağlı bildirdikləri tamamilə yalandır. Onun bildirdiyi qeyd edilən hal olmamışdır. Avtomobilə Təqsirləndirilən şəxs əyləşdirərkən qolunda qandal olmamışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs növbətçi hissəyə, oradan baş təhqiqatçı Şahid9 otağına keçirmişlər, vəkili gəldikdən sonra üzərinə baxış keçirilmişdir. Sonuncunun üzərinə baxış təxminən saat 10-11 radələrində keçirilmişdir. Müdafiəçinin həmin gün günorta saat 13:30-dan sonra gəlməsi təqsirləndirilən şəxs tərəfindən bildirilsə də, bu belə deyildir, müdafiəçi saat 10-11 radələrində polis şöbəsində olmuşdur. Saxlanılarkən Vilayətin qoluna qandal taxmadıqları üçün qolundan tutmuş, Vilayəti yuxarı mərtəbəyə qaldırmamışlar. Belə ki, növbətçinin, təhqiqat qrupunun və təhqiqatçının otağı polis şöbəsinin inzibati binasının birinci mərtəbəsindədir. Təqsirləndirilən şəxs yanında daima olmamış, bəzən digər işlərini də görmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən cibində hər hansı bir şeyi atmağa cəhd göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xocavənd RPŞ-nin İTB-nin polis nəfəri Şahid3 da Şahid4 və Şahid1 ilə eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs usta kimi əvvəllər tanımış, sonuncunun barəsində narkotiklə bağlı məlumatlar olmamışdır. Axtarış zamanı Vilayət narkotik maddəni cibindən özü çıxartmış, sonuncuya fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs Xocavənd rayonu, 500 ailəlik qəsəbə ilə 320 ailəlik qəsəbənin çıxış yolunda saxlamışlar, onu avtomobilə əyləşdirdikdən sonra Vilayətin yanında oturaraq onu polis şöbəsinə gətirmişdir. Polis şöbəsində Vilayət təhqiqatçının otağına aparılmış, təxminən 1 saat, 1 saat 30 dəqiqə sonra vəkil gəlmiş, üzərinə baxış vəkil gəldikdən 10-15 dəqiqə sonra keçirilmişdir. Vilayət təxminən saat 09 radələrində saxlanılmışdır. Vilayət üzərindən aşkar edilən narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Yol polisi Vilayəti saxladıqdan sonra əməliyyat qrupunun digər üzvləri ona yaxınlaşmışlar. Vəkil gələnədək polis şöbəsində olan Vilayətin yanında polis nəfərləri və təhqiqatçı olmuş, sonuncunun qolunda qandal olmamışdır. Təqsirləndirilən şəxs fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xocavənd RPŞ-nin DYPB-nin polis nəfəri Şahid5 da Şahid4 və Şahid1 ilə eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aid avtomobilin “Hyundai Sonata” markalı olmasını bilmişdir. Sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi və daşıması ilə məşğul olması barədə məlumatı olmamışdır. Vilayət polis şöbəsinə gətirilərkən orada olmuş, üzərində narkotik vasitə aşkar olunarkən sakit qalmışdır. Ona qarşı fiziki təsir göstərməmişdir. Ona öncədən əməliyyatçılar tərəfindən məlumat verilmiş və əməliyyatçılar onun avtomobilində əyləşmişlər. Əməliyyatçılar Vilayəti saxlamağı və sənədlərini yoxlanılmasını ona tapşırmışlar. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə saxla işarəsi verdikdə sonuncu avtomobili saxlamış, sürücülük vəsiqəsini istədikdə o, sürücülük vəsiqəsini götürərək avtomobildən endikdə polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və şöbəyə dəvət etmişlər. Vilayətin avtomobilini saxladıqdan təxminən 1-2 dəqiqə sonra digər polis əməkdaşları ona yaxınlaşmışlar. Vilayət polis şöbəsinə gətirildikdən təxminən 1 saat sonra vəkil gəlmişdir. Vilayəti saxlayarkən patrul avtomobilin qeydiyyat kamerasına bu hallar qeyd edilmiş, müraciət edildiyi halda həmin video təqdim edilə bilər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən iştirak etməmiş, avtomobilin şöbəyə gətirilməsində iştirak etmişdir, ifadəsinin əvvəlində şəxsi axtarış istintaq hərəkətində iştirak etdiyini demiş, lakin avtomobilə baxış keçirilməsi zamanı iştirak etdiyini nəzərdə tutmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xocavənd RPŞ-nin DYPB-nin polis nəfəri Şahid6 da Şahid4 və Şahid1 ilə eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etməmiş, polis əməkdaşları tərəfindən narkotk maddə aşkar edilmişdir. Sonuncu narkotik maddənin ona aid omadığını bildirmiş, ona fiziki təsir göstərməmişdir. Təqsirləndirilən şəxs tutulmasında rolu kriminalist olaraq videoçəkiliş aparmaqdan ibarət olmuş, əməliyyat da iştirak etmiş, əməliyyat səhər tezdən keçirilmişdir. Əməliyyatın keçirilməsi barədə məlumat əməliyyat keçirilən gün elan edilmişdir. Təqsirləndirilən şəxs öz maşını ilə polis şöbəsinə gətirmişlər. Sonuncunun üzərinə şəxsi axtarış təxminən saat 10 yaxud 11-ə işləmiş keçirilmişdir. Vilayətin gətirilməsi və saxlanılma vaxtlarını dəqiq xatırlamır. Videoçəkilişlə şəxsi axtarış keçirilən zaman vəkil iştirak etmişdir. Video çəkiliş foto-video kamera ilə aparılmış, videolar baş təhqiqatçıya verildiyindən onda qalmışdır. Kameranın yaddaş tutumunun dolma səbəbi ilə yeni videolar çəkildikcə köhnə videolar silinir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 22 oktyabr 2023-cü il tarixdə təxminən saat 10 radələrində rayona gedərkən dayanacaqda avtomobilni saxlamış, bu zaman polis əməkdaşı Şahid3 ona yaxınlaşıb onu polis şöbəsinə hal şahidi kimi iştirak etmək üçün dəvət etmiş, o, da razılaşmışdır. Polis şöbəsinə çatdıqda onu Hümbət müəllimin otağına aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etmiş, sonuncu öz cibindən kağıza bükülmüş büküm çıxartmışdır. Şahid7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onun narkotik vasitəsi istifadəçisi olmasını və ya daşıması barədə eşitməmişdir. Polis şöbəsinə tək getmiş, polis şöbəsində olanda təxminən saat 11 radələri olardı. Təqsirləndirilən şəxs kağıza bükülmüş bükümü çıxartmış, təqdim etdiyi büküm barəsində nə dediyini xatırlamamışdır. Təqsirləndirilən şəxs bədənində heç bir xəsarət izi görməmişdir. Həmin vaxt orada ikinci hal şahidi də olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 da Şahid7 ilə eyni məzmunda ifadə vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs namaz qılan biri kimi tanımış, əvvəllər onun narkotik vasitədən istifadə etməsi barədə eşitməmişdir. Vilayətin üzərindən narkotik maddə çıxdıqda sonuncu bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs hal şahidi kimi iştirakının ona yaraşmadığını deməsini xatırlayır, həmin vaxt Vilayətə “Mənlik bir şey yoxdur” deyə cavab vermişdir. Vilayətin haqqında heç vaxt narkotikdən istifadə etməsi barədə eşitməmişdir. Vilayətin bədənində xəsarət izlərinin olmasını və ya onu kiminsə döyməsini görməmişdir. Polis şöbəsinə onu səhər saatlarında dəvət etmişlər. Su idarəsində sürücü işlədiyindən hər gün səhər saat 09:00 da işdə olur, hal şahidi kimi dəvət edildiyi gün şənbə yada bazar gününə düşdüyündən işə getməmişdir. Onu çağırarkən evdə yaxud çöldə olduğunu xatırlamır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Xocavənd RPŞ-nin TQnin baş təhqiqatçısı Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımış, onunla hər hansı qərəzli münasibəti olmamışdır. 2023-cü ilin oktyabr ayının səhv etmirsə 22-də səhər saat 9 radələrində xidməti otağında olarkən polis əməkdaşlarından biri yaxınlaşıb qəsəbə sakini Təqsirləndirilən şəxs nakotik vasitələrin qanunsuz olaraq saxlaması şübhəsi ilə bağlı polis əməkdaşları tərəfindən saxlanılıb RPŞyə gətirildiyini və həmin materialın da onun icraatına verildiyini bildirmişlər. Bundan sonra Vilayəti otağına dəvət etmiş, işin mahiyyətini, şübhəli şəxs kimi tutulacağını elan edib hüquqlarını müdafiə etmək üçün müdafiəçi seçməsi üçün Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən vəkil siyahısını ona təqdim etmiş, Vilayət isə hər hansı vəkillə müqaviləsinin olmadığını, hüquqlarını müdafiə etməsi üçün ona Şahid10 müdafiəçi təyin olunmasını xahiş etmiş, bundan sonra Vəkillər Kollegiyasına məktub göndərib Şahid10 Vilayətin hüquqlarını müdafiəsi üçün dəvət etmişdir. Həmin vəkil təxminən saat 10 radələrində gəldikdən sonra videoçəkilişdən istifadə edilməklə Vilayətin üzərinə şəxsi axtarış keçirilmiş, Vilayət şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, şəxsi axtarış zamanı Vilayətin üzərindən qanunsuz kütlə aşkar edilmiş, həmin kütlə qablaşdırılmış, möhürlənmiş və ekspertizaya göndərilmişdir. Az sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış keçirilmiş, iş üçün əhəmiyyətli hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Vilayətin ifadəsi də alınmış, Vilayət ifadəsini oxumuş, vəkili də suallar vermiş və tərtib edilmiş ifadəsini də imzalamışdır. Daha sonra isə saxlanılması üçün Beyləqan RPŞ-nin MSY-yə göndərilmişdir. Şahid9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən az sonra təxminən saat 09 radələrində ona təhvil verilmişdir. Vilayəti RPŞ-nin rəisinin otağına qaldırılmasından, işgəncə verilməsindən xəbəri olmamışdır. Vilayət ona təhvil verildikdən sonra onun otağında qalmışdır. Vilayət şübhəli şəxs kimi tutulduqdan sonra qoluna qandal vurulmuşdur. Şübhəli şəxs kimi tutulacağı barədə qərarı Vilayətə elan etmiş, daha sonra vəkil gəldikdən sonra prosedurları icra etmişdir. Təqsirləndirilən şəxs müstəqil olaraq vəkil seçmiş, bu barədə ərizəsi də vardır və ərizəni imzalamışdır. Vilayət hansı səbəbdən Beyləqan rayonunda fəaliyyət göstərən vəkilləri seçməyib Füzuli rayonunda fəaliyyət göstərən vəkili seçməsinin səbəbini bilmir, bu Vilayətin hüququ olmuşdur. Vəkil Şahid10 istifadə etdiyi mobil nömrənin həmin gün saat 12:13-də Xocavənd rayonu, Qaçqın düşərgəsində yerləşən antendən qidalanması barədə deyə bilər ki, müdafiəçinin özü ilə telefon gətirib-gətirməməsini bilməmiş, çəkilişdə də Şahid10 mobil telefonu görünməmişdir. Bundan əlavə həmin ərazidə olarkən “103” zəng edərkən Füzuli rayonuna yönləndirilir, digər işlərdə də olmuşdur ki, anten dairələrini yoxlayarkən Füzuli rayonu göstərilən hallar da olmuşdur. Ona görə də həmin anten dairələrinin göstəriciləri mötəbər deyildir. Vilayət günorta namazını qıldıqdan sonra Beyləqan RPŞ-nin MSY-yə göndərilmişdir. Ekspertiza rəyi daxil olduqdan sonra materialı müstəntiqə vermişdir. Prosesual hərəkətləri edərkən nə vaxt başlamışdırsa həmin tarixi də protokola yazmışdır. Vəkil Şahid10 hansı səbəbdən şəxsi axtarış istintaq hərəkətinə saat 10-da deyil başqa vaxt gəlməsi barədə Müdafiəçi1 bildirməsi ilə bağlı heç nə deyə bilməz, hətta avtomobilə baxış keçirilərkən binanın kölgəsinin düşməsindən də bilmək olar ki, həmin istintaq hərəkəti hansı saatda keçirilmişdir. İstintaq hərəkətlərinin keçirilməsi barədə protokollara müdafiəçi oxuyaraq imza etmişdir, əgər protokoldakı saatlar düz olmasaydı müdafiəçi protokola imza etməzdi. Vilayət iki ay onun evinin təmiri ilə məşğul olmuş, onu tanımışdır. Vilayətin polis əməkdaşları tərəfindən döyülməsini, cibinə psixotrop maddə qoyulmasını görməmiş, Vilayət onun otağında olarkən qolunda qandal belə olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində saxlaması və daşımasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 22 oktyabr 2023-cü il tarixli raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (İ cild, i.v. 04-09; 30-33) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 10-11; 25-26) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 22 oktyabr 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan yaşıl rəngli gödəkçənin ön sağ yan cibindən ağ rəngli sellofan bükümdə qablaşdırılmış ümumi təmiz çəkisi 14.083 qram ağ rəngli metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (İ cild, i.v. 29-33) - Materialların məhkəmə ekspertizasının 22 oktyabr 2023-cü il tarixli 18/1005 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş və üzərində : “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbacıqda 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 14,083 qram olan maddə kustar üsulla hazırlanmış metamfetamindir. (İ cild, i.v.48-51) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 63-64) -23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 14,033 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, Xocavənd RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. (İ cild, i.v. 83-84) - Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(069)-4/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 92-93) - məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 775/23 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. (İ cild, i.v. 124-125) - Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(069)-4/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Xocavənd RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Şahid4 qərarı qanuni və əsaslı hesab edilmişdir. (İ cild, i.v. 131-132) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 dekabr 2023-cü il tarixli, 7884 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmiş, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, i.v. 12-13) - kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 noyabr 2023-cü il tarixli 3287 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmiş, əqli-intellektual imkanları normaya uyğundur, ünsiyyətçilik, inadkarlıq, aqressiv davranışlara meyilli olmamaq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. (İİ cild, i.v. 15-18) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 65-66) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcridxanasının tibbi-sanitar hissəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktub və məktuba əlavə edilmiş 10224/2023 nömrəli “məhkumun tibbi kitabçası”nın surətində qeyd edilmişdir ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı bədəninə baxış keçirilərkən xəsarət aşkarlanmamış, sol budun ön nahiyəsində köhnə çapıq toxuması müşahidə olunmuşdur. - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsində polis əməkdaşı Şahid4 və digərləri tərəfindən döyülməsini bildirmiş, həmin məlumat əsasında Xocavənd rayon prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs, Şahid4, Şahid2, Şahid1, Sadiq Məmişovun və Şahid3 izahatları alınmış, məhkəmə ttibi ekspertizasının xx.xx.2023-cü il tarixli 775/23 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarətin aşkar edilməməsi və digər hallar nəzərə alınıb Təqsirləndirilən şəxs Xocavənd RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Şahid4 və digərləri tərəfindən döyülməsi, ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs müraciəti üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. (i.v. 192) - Xocavənd RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayon Məcburi Köçkünləri üçün inşa edilmiş qəsəbələrdə “Təhlükəsiz Şəhər” kameraları yoxdur. -DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil omuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Şahid5 idarə etdiyi yol patrul avtomobilinin üzərində quraşdırılmış videonəzarət avadanlığının görüntülərinin təqdim olunması üçün Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilməlidir. - Azərbaycan Respublikası Vəkillər X2 sədr müavini Ş.Məmmədovun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Şahid10 Məmməd oğlu tərəfindən təqdim edilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilməsi haqqında Xocavənd rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş, qərar həmin tarixdə daxil olmuş və vəkil tərəfindən 000453 nömrəli order tərtib edilmişdir. O, qeyd edilən tarixdə saat 10:00 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi istintaq hərəkətlərində iştirak etmişdir. Vəkil Şahid10 istifadəsində +99***-***- **-** saylı mobil nömrə olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 10876 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçi Şahid10 istifadəsində olmaqla öz adına da qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrəsinin anten dairələri 22 oktyabr 2023-cü il tarixdə saat 08:52:49-dan 09:57:34-dək “Füzuli r-nu, Horadiz” ünvanında, daha sonra isə həmin gün saat 10:09:32-də “Füzuli r-nu, Babı kəndi” , həmin gün 12:13:00-da isə “Beylaqan ray., X7” anten dairəsinin əhatəsində olmuş, həmin gün saat 17:10: 48-dən isə yenidən “Fizuli, Horodiz sheheri” anteninin əhatə dairəsində olmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində hər hansı miqdarda psixotrop maddə olmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə metamfetaminin onda olmadığını, polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilən vaxt cibinə qoyulması barədə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, metamfetamin polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. Lakin cinayət işi materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” keçirilməsi istintaq hərəkəti protokoluna əlavə edilmiş CD diskdə olan videoçəkilişə baxış keçirilərkən də müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlləri hər hansı vasitə ilə bağlanmamış, açıq olmuş və ona qarşı hər hansı kənar təsir olmamışdır. Lakin belə olduğu halda Təqsirləndirilən şəxs cibində olan psixotrop maddəni çıxarıb kənara atmamış, həmiçinin videoçəkiliş zamanı şəxsən cibindən psixotrop maddə çıxarıb təqdim etmiş, sonra hər hansı bir hala etiraz etməmiş, həmin narkotik vasitənin ona aid olmadığını bildirsə də nə vaxt, hansı şəraitdə kim tərəfindən həmin metamfetaminin cibinə qoyulması barədə bildirməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xocavənd RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 01 büküm metamfetamini sonuncu özü təqdim etmiş, Təqsirləndirilən şəxs üzərinə hər hansı polis əməkdaşı və ya digər şəxs tərəfindən narkotik vasitə qoyulmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılması üçün hakim qarşısına çıxarılan Təqsirləndirilən şəxs hər hansı hala etiraz etməmiş, üzərində aşkar edilmiş metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını bildirməmiş, hər hansı şikayət etməmişdir. Hazırkı halda məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrini eləcə də, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. - bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən onlara qarşı fiziki təzyiqlər edilməsini barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibatidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitənin ona aid olmadığını bildirərək özünü həmin cinayəti törətməkdə təqsirli olmadığını bildirmişdir. Hazırki məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edildiyini göstərsə də təqsirləndirilən şəxs ifadələrinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınması barədə heç nə bildirməmişlər, o, ibtidai istintaq zamanı verdiyi ifadələrini məhkəmə istintaqı zamanı da demək olar ki, tam təsdiq etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına dair məhkəmədə irəli sürdüyü dəlilinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onların müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Hazırkı halda Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qaldığını bildirsə də ondan ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınmasını qeyd etməmiş, ibtidai istintaq zamanı da məhkəmə istintaqına uyğun ifadələr vermişdir. Beləliklə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, cinayət işi materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı ifadə verməmiş və ona elan edilmiş ittihamda qeyd edilən psixotrop maddənin ona aid olmadığını bildirmişdir. Belə olan halda polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edilməsi halında ondan hər hansı etirafedici ifadə alınmamış, hər hansı başqa bir sübut əldə edilməmişdir. Həm daxili qanunvericiliyin, həm də beynəlxalq hüquq normalarının tələblərinə görə təqsirləndirilən şəxslər ifadələrinin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə və bu hal sübut olunduqda həmin şəxslərin ifadələri sübut kimi qəbul edilməməlidir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı ifadə verməmiş və cinayət işi üzrə sübutlar təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq tətbiq etməklə əldə edilməmişdir. Bundan əlavə Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcridxanasından daxil olmuş 10224/2023 nömrəli “məhkumun tibbi kitabçası”nın surətində qeyd edilmişdir ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı bədəninə baxış keçirilərkən xəsarət aşkarlanmamış, sol budun ön nahiyəsində köhnə çapıq toxuması müşahidə olunmuşdur. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsində polis əməkdaşı Şahid4 və digərləri tərəfindən döyülməsini bildirmiş, həmin məlumat əsasında Xocavənd rayon prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs, Şahid4, Şahid2, Şahid1, Sadiq Məmişovun və Şahid3 izahatları alınmış, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 775/23 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarətin aşkar edilməməsi və digər hallar nəzərə alınıb Təqsirləndirilən şəxs Xocavənd RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Şahid4 və digərləri tərəfindən döyülməsi, ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs müraciəti üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 noyabr 2023-cü il qərarda göstərilən xüsusatları, 10224/2023 nömrəli “məhkumun tibbi kitabçası”nda qeyd edilənləri, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı ifadə verməsə də ona qarşı fiziki təzyiq edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. - Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisinin başqa bir dəlili isə Təqsirləndirilən şəxs saxlanıldıqdan bir neçə saat keçdikdən sonra - günorta saatlarında müdafiəçi ilə təmin edilib üzərinə şəxsi axtarış keçirilməsi, həmin dövr ərzində isə polisin nəzarəti altında qalması səbəbindən onun üzərinə psixotrop maddənin qoyulması şübhəsinin real olmasını, buna görə də onun təqsirsiz olması barədə qeyd etdikləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, iş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən (İ cild, i.v. 18) görünür ki, Təqsirləndirilən şəxs Beyləqan, Füzuli, Ağacabədi və İmişli rayonları ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edildikdə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün dövlət vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şahid10 ona müdafiəçi təyin edilməsini xahiş etmiş və həmin ərizəni şəxsən imzalamışdır. Bundan sonra müvafiq qərar qəbul edilərək müdafiəçi dəvət edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:30-da şübhəli şəxs qismində saxlanılmış, hüquq və vəzifələri izah edildikdən, müvafiq hərəkətlər barədə protokollar tərtib edildikdən sonra saat 10:11-dən saat 10:47-dək üzərində şəxsi axtarış keçirilmiş, həmin istintaq hərəkətinə əlavə edilmiş video çəkilişdən görünür ki, müdafiəçi Şahid10 da həmin istintaq hərəkətində iştirak etmişdir. Həmçinin həmin protokolu müdafiəçi imzalamışdır. Müdafiəçi Şahid10 istifadəsində olan mobil nömrənin anten dairəsinin 22 oktaybr 2023-cü il tarixdə, saat 08:52:49-dan 09:57:34-dək “Füzuli r-nu, Horadiz” ünvanında, daha sonra isə həmin gün saat 10:09:32-də “Füzuli rnu, Babı kəndi”, həmin gün 12:13:00-da isə “Beylaqan ray., X7” ünvanında olması sonuncunun həmin gün saat 12:13-də Beyləqan rayonu ərazisində olmasını tam təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin hal üzrə dindirilmiş əlavə Şahid9 bildirmişdir ki, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində olarkən mobil telefonların ətraf rayonlarda, o cümlədən Fizuli rayonu ərazisində yerləşən müvafiq antenalardan qidalanması halları olmuşdur. Bundan əlavə mobil telefona zənglərin daxil olmadığı və mobil telefondan zənglər edilmədiyi, eləcə də mobil telefondan hər hansı internet istifadə edilmədiyi halda mobil nömrənin anten dairəsinin görünmədiyini nəzərə alsaq müdafiəçinin mobil nömrəsinin anten dairəsinin xx.xx.2023-cü il tarixdə, saat 12:13:00-da “Beylaqan ray., X7” ünvanında olması sonuncunun həmin saatdan əvvəlki vaxtda hər hansı ünvanda anten dairəsinin görünməməsi bu qənaətə gəlməyə əsas verir ki, Şahid10 saat 12:13-dən əvvəl də Xocavənd rayonunda ola bilərdi. Buna görə də müdafiəçi Şahid10 mobil telefonunun 12:13:00-da “Beylaqan ray., X7” ünvanında olması sonuncunun həmin gün saat 10:11-dən saat 10:47-dək keçirilən şəxsi axtarış istintaq hərəkətində iştirak etməməsi qənaətinə gəlməyə əsas vermir. Bundan əlavə bu halın araşdırılması ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış sorğuya X4 sədr müavini Ş.Məmmədovun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Şahid10 Məmməd oğlu tərəfindən təqdim edilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilməsi haqqında Xocavənd Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023cü il tarixdə qərar qəbul edilmiş, qərar həmin tarixdə daxil olmuş və vəkil tərəfindən 000453 nömrəli order tərtib edilmişdir. O, qeyd edilən tarixdə saat 10:00 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi istintaq hərəkətlərində iştirak etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkətinin cinayət işi materiallarına əlavə edilmiş protokolda qeyd edilən saatda keçirilməsini təkzib edən hər hansı hal müəyyən edilmədiyindən məhkəmə tərkibi həmin protokolu iş üzrə sübut kimi qiymətləndirir və hesab edir ki, müdafiə tərəfinin yuxarıda qeyd edilən dəlili də əsassız sayılmaqla qəbul edilməməli, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin protokolu və həmin zaman əldə edilmiş bir ədəd bükülü sübut kimi qəbul edilməlidir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Mədət oğlu, Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid6, Şahid7, Şahid8 və Şahid9 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 22 oktyabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 22 oktyabr 2023-cü il tarixli 18/1005 nömrəli rəyi, məhkəmətibbi ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 775/23 nömrəli rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 dekabr 2023-cü il tarixli, 7884 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında 03 ildən 08 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (İ cild, i.v 142) - Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi həyat yoldaşı, xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü olmaqla iki azyaşlı oğlanlarından ibarətdir. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (İ cild, i.v. 185-188) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 22 oktyabr 2023-cü il tarixdən hesablanmalı və Xocavənd Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Xocavənd RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 14,033 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Xocavənd RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 14,033 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar