Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-386/2023 04.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X11, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1978-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində sürücü işləmiş, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli, 4(032)-40/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda-3,120 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində daşımaqla saxlamış, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yanvar 2023-cü il tarixdə saat 13:10-da Şirvan şəhəri, M.Mirzəyev küçəsində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılan zaman həmin bir ədəd bükümdə külli miqdarda-3,120 qram narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, Şirvan şəhəri, Kommunal Kombinatı Müəssisəsində avtokran sürücüsü ştat vahidi ilə fəaliyyət göstərmiş və 18 yanvar 2023cü il tarixdə səhər saat 08 radələrində Şirvan şəhəri, Kommunal Kombinatı Müəssisəsinin rəhbərliyinin tapşırığı əsasında təhlükəsizliyin təmini üçün şəhərdə olan çürük ağacların kəsilməsi məqsədilə şəhərə gəlmişdir. Təyin olunmuş yerə çatdıqda ağackəsənlərin gəlmədiyini görmüş, 2-3 saat boş vaxt yaranmışdır. Avtokranın YDM-də yağını dəyişib günorta saat 02 radələrində onun üçün təyin olunmuş yerə qayıtmalı olmuşdur. YDM-nə gəlib çatdıqdan sonra onun qarşısında Elçin adlı şəxsin ağ rəngli «Prado» markalı avtomobili ona yaxınlaşmış və içərisindən 04 nəfər şəxs düşüb onu tutub qollarına qandal taxaraq maşının içərisinə salmışlar və onu Şirvan ŞPŞ-nə aparmışlar. ŞPŞ-nə gətiriləndən sonra ona ilkin olaraq baş vermiş oğurluq faktı üzrə suallar verilmiş, oğurlanmış uzunluğu 70 metr, diametri 500 sm olan metal dəmir turbalarla bağlı məlumatının olubolmaması soruşulduqda polis əməkdaşlarına qeyd etdikləri xüsusat üzrə xəbərinin olmadığını bildirmiş və ona müxtəlif işgəncələr vermişlər, yəni ayaqları stolun altına salınaraq dubinka ilə zərbələr endirilmiş, sifət nahiyəsinə zərbələr vurmağa başlamışlar. Polis əməkdaşları ona uzun müddət «Kapital Bank»da işlədiyi üçün 2016-cı ildə bankomatın oğurlanması ilə bağlı müəyyən suallar vermişlər, cavabında polis əməkdaşlarına heç vaxt hər hansı cinayətin törədilməsində iştirak etmədiyini bildirmişdir. Müxtəlif işgəncələr verildikdən sonra polislər ona telefonunda bir şəxsdən öz şəxsi istifadəsi üçün marixuana istəməyilə bağlı suallar verməyə başlamışlar. Polislər ona 3 saat işgəncə verdikdən sonra taqətsiz vəziyyətdə Şahid1 otağına aparmışlar. Polislər Namazın otağında ona müəyyən sənədlərə qol çəkdirmişlər və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirdiklərini bildirmişlər. Onu həmçinin ŞPŞ-nin rəisi Fizuli Əhmədovun otağına da aparmışlar və polis rəisi ona külli miqdarda narkotik vasitə satan şəxsin adını verməyini təklif etmiş, nəticədə ona köməklik edəcəyini bildirmişdir. Narkotik satan şəxslər tanımadığını, heç bir oğurluq etmədiyini, o cümlədən heç bir cinayət əməli törətmədiyini, sadəcə metal borular məntəqələrində işlədiyini bildirmişdir. Ona müxtəlif işgəncələr verilməsi nəticəsində ayaqları şişmiş, ağzı zədələnmiş, qolunu qandal kəsmişdir. İşgəncələr verildikdən sonra polislər ona izahat yazdırıb qol çəkdirmişlər ki, guya gecə işdə olarkən krandan yıxılmış və bunun nəticəsində ayaqları əzilmişdir. Həmin vaxtı gözləri zəif gördüyündən yaxını yaxşı oxuya bilməmişdir. Bədənində olan xəsarətlər 03 saylı İstintaq Təcridxanasına keçirilərkən orda qeydiyyata alınmışdır. Elçin adlı jurnalistin sifarişi əsasında tutulmuş, yəni Elçin polislərlə əlbir olub onu tutdurmuşdur. Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində Elçin adlı şəxslə arasında yaranan ədavətə qədər sakit həyat tərzi sürmüşdür. Qonşuluğunda kasıb bir ailə yaşamış, ailənin də boşanmış 2 qızı vardır. Həmin ailənin evini əxlaqsızlıq yuvasına çevirmişlər, Elçin ailənin iki qızını evdə istismar etmiş, həmin qızların qardaşı da Elçin tərəfindən öz çirkin niyyətləri üçün istifadə olunur. Elçin sələmə pul verir və borca sahibləri də həmin qızların qardaşı tərəfindən sosial şəbəkədə şantaj edilir. Elçinin onlara gəlib-getməsinə son qoyulması ilə bağlı qızları qardaşına irad bildirmişdir. Sonradan ona xəbər çatmışdır ki, polislər onu Elçinlə olan ədavətinə görə tutacaqlar. Hər dəfə kranla işə gedəndə Elçin onu izləmiş, Elçinə heç bir söz deməmiş, çünki Elçinin ondan şikayət edə biləcəyindən və şikayət əsasında işdən çıxarıla biləcəyindən qorxmuşdur. ŞPŞ-də 3 əməliyyatçı və 3 polis serjantının iştirakı ilə üzərində baxış keçiriləndə yanında vəkili olmamışdır. İşgəncə verildikdən 4 saat sonra sənədlərə qol çəkdirilmiş və videoçəkilişlə üzərinə baxış keçirilmiş, sonuncu dəfə MSY-dən 03 saylı İstintaq Təcridxanasına keçirilərkən vəkilini görmüşdür. Uşaqlarının olmasını, narkotik vasitə satanı deyil istifadəçisi olmasını nəzərə alaraq ədaləti cəza verilməsini məhkəmədən xahiş etdi. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ŞPŞ-nə gətirilən zaman üzərində faktiki olaraq narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı ilkin ifadələrində üzərində az miqdarda narkotik vasitə olmasını etiraf etməyinin səbəbə ona edilən işgəncələr olmuşdur. Elçin adlı şəxsin ad və soyadını bilməmiş, Elçinin avtomobilinin dövlət qeydiyyat nömrəsinin son rəqəmi 077 omuşdur. Elçinlə arasında olan ədavətini ibtidai istintaq zamanı vəkillərinə demişdir. Marixuana istifadəçisi olmuş, heroindən istifadə etməmişdir. ŞPŞ-nin əmədaşları onu Şirvan Petrol YDM-in qabağında saxlamışlar. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, 20 yanvar 2023-cü il tarixdə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, ondan aşkar edilmiş narkotik vasitənin miqdarı az olmuşdur. Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində arvadı Nurlan, oğlu Seymur və qızı Günel ilə birlikdə yaşayır, heç bir xəstəliyi yoxdur. Təxminən 5 ilə yaxındır ki, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində sürücü işləmişdir. 2022-ci ilin dekabr ayından narkotik vasitə olan heroindən istifadə edir, belə ki, o, heroini falqaya qoyub iyləyir, heroini tapanda qəbul edir. 17 yanvar 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında bir ədəd sellofan büküm görmüş və həmin büküm onun marağını cəlb etdiyi üçün yerdən götürüb açmış, narkotik vasitə olan heroindən istifadə etdiyindən tanıdığı üçün içərisinə baxan zaman içərisində narkotik vasitə heroin olmasını bilmiş və həmin narkotik vasitə heroini tapmış olduğu sellofan bükümdə əynindəki qara rəngli şalvarının sağ yan cibinə gələcəkdə istifadə etmək məqsədilə qoymuşdur. Həmin gün işlədiyi yerə getmiş, axşam saatlarında yaşadığı evə qayıtmışdır. Tapmış olduğu heroindən yaşadığı evin yaxınlığında bir qədərini istifadə etmiş, qalan hissəsini isə gələcəkdə istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. 18 yanvar 2023-cü il tarixdə təxminən saat 13 radələrində Şirvan şəhəri, M.Mirzəyev küçəsində yolun kənarında dayanarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu və üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt ətrafda başqa insanlar olduğu üçün, həmçinin onun üzərində narkotik vasitə heroin olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmişdir. Bu zaman polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, o da etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gəlmişdir. ŞPŞ-də olarkən otaqların birində ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X2. Bir qədər sonra vəkil Emil Quliyev gəldikdən sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olubolmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişlər. Əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını söyləmişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış və başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Polis əməkdaşları ondan həmin bükümdə olan heroini haradan əldə etdiyimi soruşduqda tapdığını demişdir. Polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin bükümlə birlikdə zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Ekspertiza rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinin çəkisi 3,120 qram olmuşdur. Ondan aşkar edilib götürülmüş narkotikin çəkisi az olmuş, az bir müddətdə narkotik vasitə olan heroindən istifadə etsə də, heroinin çəkisinin nə qədər olduğunu təxmini bilir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini 17 yanvar 2023-cü il tarixdə səhər saatlarında Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində, yaşadığı evin yaxınlığında yerdən tapmışdır. Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız istifadə etməsini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heroin olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərindən heroin aşkar olunmamışdır. Üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərindən aşkar olunmuş heroinin polislər tərəfindən qoyulduğunu, ona işgəncə edildiyi, həmçinin üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişdən əvvəl verilmiş işgəncələr nəticəsində polislərin ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyini bildirdiklərindən sənədləri imzaladığını, Elçin adlı şəxsin sifarişi əsasında həbs edildiyini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin NMQ-nun Baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 18 yanvar 2023-cü il tarixdə icraatına Şirvan şəhəri, Hacıqəhərmanlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə olan heroin istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqla şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yarandığından, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək 18 yanvar 2023cü il tarixdə, saat 13:10 radələrində Şirvan şəhəri, M.Mirzəyev küçəsində olarkən Təqsirləndirilən şəxs görmüşlər, sonuncu tərəflərindən saxlanılmış və onu polis şöbəsinə dəvət etdikdə, həmin vaxt ŞPŞ-nin konvoy hissəsinin konvoyu İsmayıl Babayevdə həmin küçədə olmuşdur. Onlar avtomaşını kənarda saxladığı üçün və ərtafa çoxlu sayda insanlar toplaşdığından Təqsirləndirilən şəxs polis şöbəsinə aparmaq üçün təsadüfən şəhərin M.Mirzəyev küçəsində Hacıqəhrəmanlı qəsəbəsindən Salyan dairəsi istiqamətində hərəkətdə olan Elçin Mehtiyev adlı vətəndaşa məxsus «Toyota Prado» “**-VA-***” qeydiyyat nişanlı avtomaşını əli ilə işarə edərək saxlamasını bildirmiş, həmin avtomobilin sürücüsü Elçin Mehtiyev avtəmaşını saxladıqdan sonra onlar Təqsirləndirilən şəxs Elçin Mehtiyevə məxsus avtomobillə ŞPŞ-nə aparmışlar. ŞPŞ-nə gəldikdən sonra Elçin Mehtiyev polis şöbəsinin ərazisindən avtomibildən enmədən çıxıb getmişdir. ŞPŞ-də raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat Bölməsinə həvalə olunmuşdur. X10 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin büküm içərsində narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol yan çibindən 1 ədəd qara rəngli “Samsung” maraklı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümün içərsində olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Təqsirləndirilən şəxs heç bir etirazı olmamışdır. Bundan sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin MSY-nin polis nəfəri, polis baş serjantı Şahid2 Şahid1 göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə verib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə tərkibi Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -18 yanvar 2023-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, «Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-5,8, 28-30). -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 18 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:45-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20-21). -«şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında» 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (i.v. 28-30). -məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 18/58 nömrəli rəyindən görünür ki, «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-3,120 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. ( i.v. 36-38). -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( i.v. 51-52). -Şirvan şəhər Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli, 4(032)-40/202 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 64-66, 113-114). - «Ambulator məcburi narkoloji tibbi yoxlamanın» 28 yanvar 2023-cü il tarixli, 436 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 173-174). -«məhkəmə-psixiatriya ekspertizasının» 11 fevral 2023-cü il tarixli, 365 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin həmin cinayət işindəki anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki, müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (i.v. 208-210). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin polislər tərəfindən qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişdən əvvəl polislərin ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyini bildirdiklərindən sənədləri imzaladığını, Elçin adlı şəxsin sifarişi əsasında həbs edildiyini bildirməsi ilə bağlı ifadələri obyektiv həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayətə görə məsuliyyətindən kənarda qalmasına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, digər ittiham sənədləri və sübutları ilə tamamilə təkzib edildiyindən, obyektiv həqiqəti özündə əks etdirmədiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni yerdən tapdığını, şəxsi istifadə etməsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, küçədə yerdən tapdığını bildirmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X3rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X8 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs Alim Əkbərov onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillərisaxlanılarkən polis əməkdaşları tərəfindən işgəncə verildiyi və döyüldüyü üçün həmin narkotik vasitə barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Şirvan şəhər prokurorluğunun 22 fevral 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məlumatda 20 yanvar 2023-cü il tarixdə, təxminən saat 16:40 radələrində Şirvan ŞPŞ-nin MSY-nin əməkdaşları tərəfindən təhvil verilən Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə təxminən saat 14:30 radələrində tibbi sanitar hissədə müayinə zamanı sol yanaq nahiyəsində şişkinlik, sağ bilək nahiyəsində sıyrılmış qərtməkli yara, sağ və sol daban nahiyəsində bənövşəyi rəngli qançır aşkar edilmişdir. Həmin qərardan həmçinin görünür ki, 06 fevral 2023-cü il tarixdə Respublika Baş Prokurorluğundan şəhər prokurorluğuna Təqsirləndirilən şəxs müdafiəçisi X1 Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən döyülərək qanunsuz hərəkətlərə məruz qalması barədə müraciəti daxil olmuşdur. Həmçinin 06 fevral 2023-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsindən Şirvan şəhər prokurorluğuna Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qanuniliyi ilə bağlı müdafiə tərəfinin vermiş olduğu apellyasiya şikaytinə baxılarkən sonuncunun Şirvan ŞPŞ-də saxlanıldığı müddət işgəncə və qanunsuz hərəkətlərə məruz qalmasını bildirməsi ilə bağlı araşdırma aparılması üçün məktub göndərilmişdir. Qərarda qeyd edilmiş məhkəmə-tibbi ekspertizasının 09 fevral 2023-cü il tarixli, 46 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində müayinə zamanı aşkar olunan xəsarətlər-sol yanaq nahiyəsində şişkinlik, sağ bilək nahiyəsində sıyrılmış qərtməkli yara, sağ və sol daban nahiyəsində bənövşəyi rəngli qançır küt əşya təsirindən törənmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər məhkəmətibbi müayinə zamanı öz təsdiqini tapmadığına görə onların müddəti və yetirilmə müxanizmi barədə fikir bildirmək mümkün hesab edilmir. Həmin xüsusatların dəqiqləşdirilməsində araşdırma materialları əhəmiyyət kəsb edir. Aparılmış araşdırma zamanı alınmış izahatlar və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmamışdır. Şahid1, X13, Şahid2 və X6 əməllərində və toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 167-172) Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillərnarkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 3,120 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Cinayət işi materiallarında olan «şübhəli şəxs qismində tutma haqqında» 18 yanvar 2023-cü il tarixli qərardan (i.v. 20-21) görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 1 (bir) gün sonra, yəni «Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında» 19 yanvar 2023-cü il tarixli qərarla (i.v. 1) material üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi «cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 20 yanvar 2023-ci il tarixli qərarla (i.v. 49) yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 3,120 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Halbu ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamış, həmçinin istifadəsində olan telefon nömrələri ilə aparılmış danışıqlar və ötürülmüş məlumatlar ələ keçirilsə də narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı mötəbər və obyektiv həqiqəti özündə əks etdirən ittiham sübutları əldə edilməmişdir. Belə ki, iş materiallarında olan «telefon məlumatları barədə CD diskə baxışı küçirilməsi haqqında» 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatları barədə CD diskdə (i.v. 152), «telefon məlumatları barədə CD diskə baxışı küçirilməsi haqqında» 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatları barədə CD diskdə (i.v. 197), «telefon məlumatları barədə CD diskə baxışı küçirilməsi haqqında» 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatları barədə CD diskdə (i.v. 200) iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis tərəfindən saxlanılarkən onun mobil telefonu götürülmüş və «telefona baxış keçirilməsi haqqında» 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan digər şəxslərə müxtəlif xarakterli «Watsapp» yazışmaları müəyyən edilmişdir. Yazışmalardan görünür ki, +994 55 *** ** ** nömrənin istifadəçisi olan şəxs Təqsirləndirilən şəxs içərisində marixuanaya oxşar bitki hissələri olan balon şəkli göndərmiş, Təqsirləndirilən şəxs də öz növbəsində həmin şəxsə marixunanı balon qarışıq götürə biləcəyini yazmışdır. Təqsirləndirilən şəxs «Eli Rami» (+994 51 383 42 97) adı ilə qeydiyyata alınmış şəxsə «Eliş 2 gün öncə 250 manat pul atmışdım», «Yoxdu pulu geri atın» və s. mesajını göndərmiş, «Eli Rami» adı ilə qeydiyyata alınmış şəxs isə Təqsirləndirilən şəxs «Bazarda mal yoxdu axı»,«mən pul işinə baxıram mal işinə baxanları tanımıram», «özümdə mal 5-6 gündən sonra olacaq», «mənim özümün də hələ malım yoxdu», «Sənə mal atım vəziyyətdən çıxasan» və s. mesajlarını göndərmişdir. +98 939 624 70 27 nömrəli sim kartın istifadəçisi olan şəxs Təqsirləndirilən şəxs «məndə mal olsa idi sənə köməlik edərdim», «mən pul işi görürəm hamı mənə vurdurur malın pulunu» və s. mesajlarını göndərmiş, Təqsirləndirilən şəxs də həmin şəxsə «mən də sənə vurmuşam pulu», «sən pulu geri vur mal gələndə yenə iş görəriy», «pul da yox malda» smslərini göndərmiş; +98 939 624 70 27 nömrəli sim kartın istifadəçisi olan şəxs Təqsirləndirilən şəxs «pulu götürüm yoxsa malı, mən gələrəm rayona Vallah» mesajını göndərmiş, Təqsirləndirilən şəxs isə ona «amanatsız pulsuz hara gedəcəmki mən», «malı götürəy qaqa» mesajlarını göndərmişdir. Həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yazışmaların ona məxsus olmasını inkar etməmiş, həmin yazışmalarda istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsdən «Watsapp» vasitəsi ilə 250 manat marixuana almaq istəmiş, həmin şəxsi tanımamış, pul göndərsə də tanımadığı şəxs onu aldadaraq marixuana verməyərək dələduzluq etmişdir. Həmin yazışmaların məzmunu təhlil edildikdə görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı hər hansı məzmunda yazışmaları olmamış, yazışmalar narkotik vasitə marixuananın alınması ilə bağlı olmuş, Təqsirləndirilən şəxs üzərindən isə külli miqdarda-3,120 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin iş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə alması ilə bağlı məzmunlu yazışmaları ilə bağlı istintaq tədbiriləri icra edilərək, həmin yazıları yazmış şəxslərin dairəsi müəyyən edilib müvafiq istintaq tədbirləri icra etməklə obyektiv mahiyyəti aydınlaşdırılmamışdır. Məhkəmə tərkibinin diqqətini çəkən digər mühüm hal ondan ibarətdir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktının özündə belə «Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan digər şəxslərlə müxtəlif xarakterli «Watsapp» yazışmaları» qeyd edilməmiş, Cinayət- Prosessual Məcəlləsinin 289.3.2-ci maddəsinin tələbinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilir. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - «ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticəsinə dair ekspertizası»nın 28 yanvar 2023-cü il tarixli, 436 nömrəli rəyində Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülməsi, -onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 3,120 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 1,120 qram çox olması, -onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş nəqliyyat vasitəsinə baxış keçirməməsi, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Dövlət ittihamçısı da Təqsirləndirilən şəxs iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyini bildirmiş və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, dövlət ittihamçısının cinayətin əməlinin tövsifi ilə bağlı təklifini və Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 şahid qismində verdiyi ifadəsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 18/58 nömrəli, ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticəsinə dair ekspertizasının 28 yanvar 2023-cü il tarixli, 436 nömrəli, məhkəmə-psixiatriya ekspertizasının 11 fevral 2023-cü il tarixli, 365 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. -Şirvan ŞİHB-nın Hacıqəhrəmanlı qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində iki az yaşlı uşaqları vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (i.v. 194-195). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, himayəsində iki azyaşlı uşağının olması (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), yaşayış yerində müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, əməlini qismən etiraf etməsini (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 3,070 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X9 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. «Ambulator məcburi narkoloji tibbi yoxlamanın» 28 yanvar 2023-cü il tarixli, 436 nömrəli rəyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd manat) qəpik məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,070 qram təşkil edən heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş 1 ədəd A-10 markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-386/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-386/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver