Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-387/2024 06.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Astara rayonu, Pəlikəş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara rayonu, Pəlikəş kəndində qeydiyyatda olmaqla yaşamış, 29 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 4(018)-96/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs atası X2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 06 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin (bundan sonra-CBRŞ) əməkdaşları tərəfindən tutulduqdan sonra qohumu X4 Habil Əhmədovun CBRŞ-nin inzibati binasında nahaqdan adamların üzünə durması barədə kənd camaatı arasında Habil Əhmədovu rüsvay edən şayiələr yayıb nalayiq sözlərlə təhqir etdiyindən Burhan Vahabova bu hərəkətlərindən əl çəkməsi barədə bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq sonuncu həmin hərəkətlərini davam etdirdiyinə görə aralarında olan münasibətlər pisləşmiş, 29 oktyabr 2023-cü il tarixdə saat 07:20-də ovdan evə qayıdarkən Astara rayonu, Pəlikəş kəndində Burhan Vahabovun yaşadığı fərdi yaşayış evinin yanından keçən yolda Burhan Vahabov yenə də mübahisə edib atasının ünvanına nalayiq söyüşlər söyərkən söyüş söyməməsi üçün bir daha xəbərdarlıq etsə də, sonuncunun daha da ağır söyüşlər söyməyə davam etməsindən hiddətlənərək, qisas almaq məqsədi ilə Burhan Vahabovu öldürmək qərarına gəlib, cinayətkar niyyətini icra etmək üçün əlində olan zavod üsulu ilə hazırlanmış «ИжK» modelli, «K 06571» nömrəli təklülə yivsiz odlu ov silahı ilə Burhan Vahabovun sağ göz nahiyəsinə bir dəfə qəsdən atəş açaraq sonuncunun kəllə sümüklərinin və baş-beyin toxumasının zədələnməsi ilə əlaqədar ölümünə səbəb olub dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəllə qapağı-əsası, üz (əng və göz yuvası sümükləri) və burun sümüklərini, baş beyini zədələyən, sağ üst və alt göz qapaqları-göz-burun-sağ əng nahiyələrinin (giriş) odlu silah-kor qırma yarası xəsarətləri yetirib qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Burhan Vahabov onun qohumudur. 2023-cü ilin iyul ayının əvvəllərində Burhan Vahabov, dayısı Əbülfət Fərəcov, Burhanın qardaşı Xəndan Vahabov və yeznəsi Sarvan Şükürov Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün aparılmışlar, Burhan Vahabov və Sarvan Şükürov həmin gün şöbədən buraxılsa da, Əbülfətlə Xəndan tutulmuşdur. 6 iyul 2023-cü il tarixdə isə atası Habil Əhmədovu CBRŞnin əməkdaşları narkotik vasitələrin istifadəsi ilə əlaqədar şübhəli şəxs qismində aparmışdır. Atası barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq həbs edilmişdir. Burhan Vahabov polis şöbəsindən buraxıldıqdan sonra kənddə atası barəsində xoşagəlməz və təhqiramiz söhbətlər danışmışdır. Burhan kənd camaatına atasının polis şöbəsində nahaqdan camaatın üzünə durduğunu, camaatı şərlədiyini bildirmiş və dəfələrlə onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir etmişdir. Bir neçə dəfə Burhanla danışıb ailəsini təhqir etməməsi barədə xəbərdarlıq etsə də, Burhan onun xəbərdarlığına məhəl qoymamış və hər dəfə onu görəndə ailə üzvlərini nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. 28 oktyabr 2023-cü il tarixdə dayısı oğlu Səyyad Fərəcov və anasının dayısı oğlu Şahid6lə birlikdə Astara rayonu, Pəlikəş kəndində 9-cu sərhəd zastavasına yaxın əraziyə quş ovlamağa getmiş, babası Məmmədhəsən Əhmədovdan yadigar qalan ov silahını da özü ilə götürmüşdür. 29 oktyabr 2023-cü il tarixdə gecə təxminən saat 03 radələrində ov etdiyi ərazidən evə qayıtmaq üçün yola düşmüş, yolun bir hissəsini Səyyad və Tosiflə birlikdə gəldikdən sonra onlardan ayrılıb tək kəndə qayıtmışdır. Təxminən saat 07 radələrində kəndə çatmış və babası Müzəffərin evinə getmək üçün Burhanın yaşadığı evin yanından keçən yolla hərəkət etmişdir. Saat 07:20-də Burhanın evinin yanından keçən zaman Burhan həyətindən onu çağırıb söyüş söyərək «oğraşın oğlu, sənin atan işverəndir, işverənin oğlusan» demiş, sonuncunun dediklərinə məhəl qoymadan yoluna davam etsə də, Burhan yola çıxıb arxasınca gəlmiş və bir daha çağırıb söyüş söymüşdür. Burhana söyüş söyməməsi barədə xəbərdarlıq edib yerində qalmasını tələb etmişdir. Burhan silahı görsə də, qorxmadan söyüş söyməyə davam etmiş, silahı Burhana tərəf tuşlayıb sonuncudan bir daha söyüş söyməməsini tələb etmişdir. Burhan yenə də onun atası Habilə görə polisə aparıldığını bildirərək «işverənin oğlu» deyib təhqir etmişdir. Həmin vaxt əsəbiləşib Burhanı öldürmək qərarına gəlmiş, silahı Burhana tərəf tuşlayıb Burhanın başını nişan alaraq bir dəfə atəş açmış, güllə Burhanın sağ gözünə dəymiş və sonuncu yerə yıxılmışdır. Burhanı vurduqdan sonra ora yaxın yerdə yaşayan babası Müzəffərin evinə tərəf getmişdir. Hadisə baş verdikdən sonra öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə saat 07:44-də DİN-nin «102» mərkəzinə zəng edib özünü təqdim edərək, Burhan Vahabovu qəsdən öldürməsi barədə polisə məlumat vermiş və şöbəyə gedərək təslim olacağını bildirmişdir. Polis şöbəsindən ona olduğu yerdə qalıb gözləməyi, gəlib özlərinin onu polis şöbəsinə aparacaqlarını bildirmişlər. X11 evinə çatanda evdə həmin vaxt dayısının arvadı Sevər və digər dayısının arvadı Ramilə evdə olmuş, birazdan anası Şahid7 da babasıgilə gəlmiş həmin şəxslərə Burhanı öldürdüyünü və artıq bu barədə polisə məlumat verdiyini bildirmişdir. Polis əməkdaşları gələnə qədər babasının evində qalıb gözləmiş, sonra isə silahı könüllü polislərə təqdim edib təslim olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Burhanı öldürmək fikri 29 oktyabr 2023-cü il tarixdə Bürhan onu və atasını söyən zaman yaranmışdır. Burhanı öldürməsinə səbəb sonuncunun dəfələrlə onu və ailəsini təhqir etməsi, 29 oktyabr 2023-cü il tarixdə isə yolla hərəkət edən zaman onu və ailə üzvlərini yenə də nalayiq sözlərlə təhqir etməsi olmuşdur. Bürhanı öldürən zaman istifadə etdiyi silah rəsmi şəkildə qeydiyyata alınmamışdır. Burhanı öldürərkən tək olmuşdur. Törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X1 bildirmişdir ki, Burhan Vahabov onun əri, Təqsirləndirilən şəxs isə qardaşı oğludur. 2023-cü ilin iyul ayının təxminən əvvəllərində əri Burhan Vahabov, eləcə də qohumları Əbülfət Fərəcov, Xəndan Vahabov və Sarvan Şükürov polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün aparılmış, sonra isə qardaşı Habil polislər tərəfindən CBRŞ-yə aparılmışdır. Oğlu Babək atasının işi ilə maraqlanmaq üçün Lənkərana getmiş, CBRŞ-də adını bilmədiyi polis əməkdaşları Burhanın buraxılması üçün 8 min manat pul istəmişlər. Oğlu gəldikdən sonra həmin gün təsərrüfatında olan mal-qaranı satıb 6443 manat pul düzəltmişdir. Səhəri gün aparıb pulu verdikdən sonra Burhan buraxılmışdır. Burhan buraxıldıqdan sonra Habilin onu satdığını, buna görə də polis əməkdaşları tərəfindən aparıldığını, Habilin şöbədə onun üzünə durduğunu demişdir. Sonra Burhan «mən Habilə görə əlimdə nəyim vardısa satıb polisə verdim, hər şeyim getdi, ölənə qədər Habilgilin xeyir-şər işində yoxam» demiş və onlarla əlaqə saxlamamağı tapşırmışdır. Həmin vaxtdan etibarən X6 arasında ədavət başlamışdır. 29 oktyabr 2023-cü il tarixdə səhər təxminən saat 06 radələrində yuxudan oyanmış, Burhan ona 30 manat pul verikdən sonra, Pensər bazarına getmək üçün evdən çıxmış, Pəlikəş sahə xəstəxanasına çatmağa az qalmış Burhanın vurulduğunu eşitmişdir. Bundan sonra dərhal evə qayıtmış və evə çatanda Burhanın qan içərisində evin yanında yolun ortasında yerdə uzanmış vəziyyətdə olduğunu görmüş, burada Burhanın Pərviz tərəfindən öldürüldüyünü bilmişdir. Pərvizdən şikayətçıdır, Pərvizə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 29 oktyabr 2023-cü il tarixdə səhər tezdən anası Pensər bazarına getmək üçün evdən çıxmış, bacısı Aysun və atası Burhanla evdə qalmışdır. Həmin gün səhər saatlarında evə odun gətirmiş, atası isə evin həyətində oturmuş, bacısı Aysun isə bağda olmuşdur. Evin həyətində odun yığarkən Pərvizin evin yanından yol ilə əlində silahla getdiyini görmüşdür. Həmin vaxt Pərviz onun atasına nəsə demiş, atası Pərvizə «Mənə deyirsən?» deyə soruşanda sonuncu «Hə, sənə deyirəm» deyə cavab vermişdir. Evin içinə girdiyi üçün atası ilə Pərviz arasında nə söhbət olduğunu eşitməmiş, evə girəndən təxminən 1-2 dəqiqə sonra silahdan atəş səsini eşitmişdir. Səsi eşidən kimi çölə çıxmış və atasının həyətdə olmadığını gördükdən sonra yola tərəf gedərkən atası Burhanın qan içində yolda uzandığını görmüşdür. Atasının Pərviz tərəfindən öldürüldüyünü başa düşmüş, çünki Pərvizin əlində silah olduğunu görmüşdür. Dindirilmiş Şahid1 ifadəsində Şahid2 göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əmisi nəvəsi, Burhan Vahabov isə qardaşıdır. 29 oktyabr 2023-cü il tarixdə evdə yatdığı zaman qardaşı Tarxan Vahabov zəng edərək Burhanın öldürüldüyünü demişdir. Hadisə yerinə çatanda Burhanın yolda uzandığını, başından isə qan gəldiyini görmüş, Burhanın Pərviz tərəfindən ödürüldüyünü bilmişdir. 2023-cü ilin iyul ayın əvvəllərində Burhan Vahabov BNMİ CBRŞnin əməkdaşları tərəfindən tutulmuşdu. Qardaşı oğlu Babəki BNMİ CBRŞ-nin əməkdaşlarına pul verdikdən sonra Burhanı buraxmışlar. Qardaşı tutulan ərəfədə həmin vaxt digər qohumları Habil, Xəndam və Əbülfət də CBRŞ tərəfindən tutulmuşdur. Burhan buraxıldıqdan sonra Habilin ailəsi ilə əlaqəni kəsmiş və kənddən çıxıb Bakıya parnikdə işləmək üçün getmişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 29 oktyabr 2023-cü il tarixdə evdə olduğu zaman tüfəng səsi eşidib dərhal çölə çıxmış, qardaşı Burhan Vahabovun övladlarının qışqırıq səsini eşidib dərhal ora qaçmışdır. Burhanın evinə çatanda yolda sonuncunun meyitinin başı qanlı vəziyyətdə yerdə olduğunu görmüşdür. Dərhal kənd icra nümayəndəsinə məlumat vermişdir. Bir qədər sonra isə hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları gəlmiş və cinayətin Pərviz tərəfindən törədildiyini bilmişdir. Burhanla Pərviz arasında son zamanlar ədavət olmuş və bunun səbəbi Pərvizlə Burhanın bir-birini satqınçılıqda günahlandırması olmuşdur. Dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 29 oktyabr 2023-cü il tarixdə səhər tezdən evdən çıxıb atası Müzəffərin evinə getmişdir. Təxminən saat 08 radələrində atasının evinə çatmış, Pərviz ona Burhanı öldürdüyünü və bununla bağlı DİN-ni «102» xidmətinə məlumat verib təslim olduğunu demişdir. Pərvizdən hadisənin necə baş verdiyini soruşanda, sonuncu Burhan söyüş söydüyünə görə sonuncunu əlində olan tüfənglə vurub öldürdüyünü bildirmişdir. Bir qədər sonra evə Astara RPŞ-nin əməkdaşları gəlmiş, Pərviz könüllü təslim olub polis əməkdaşları ilə birlikdə getmişdir. Pərvizlə Burhan arasında düşmənçilik onun əri Habil tutulandan sonra başlamışdır. Belə ki, 2023-cü ilin iyul ayın əvvəllərində Burhan Vahabov BNMİ CBRŞ-nin əməkdaşları tərəfindən tutulmuş, Burhan CBRŞ-də olarkən Habil də polis şöbəsinə aparılmış, Burhan bir müddət sonra buraxılsa da, Habil buraxılmamış, həbs edilmişdir. X14 telefonda danışarkən nə üçün buraxıldığını, lakin Habilin buraxılmadığını soruşanda Burhan onu söyüb təhqir etmişdir. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Burhan Vahabov onun qohumlarıdır. 28 oktyabr 2023-cü il tarixdə təxminən saat 16 radələrində kənddə olan zaman Pərviz və digər bibisinin nəvəsi Səyyadla birlikdə ova getmişlər. Məsafə uzaq olduğu üçün təxminən 4 saat piyada yol getdikdən sonra əraziyə çatmış və orada quş ovlamağa başlamışlar. Təxminən saat 03 radələrində onlar komadan birlikdə çıxmış, ovu davam etmək üçün başqa istiqamətdə getmiş, Pərviz isə kəndə evinə qayıtmışdır. Təxminən saat 05 radələrində Səyyadla kəndə qayıtmaq üçün yola düşmüş, təxminən saat 10 radələrində isə kəndə çatmışlar. Yolda gələrkən Burhanın qardaşı Sərxan zəng edib Pərvizin Burhanı öldürdüyünü demişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması haqqında» 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Astara rayonu, Pəlikəş kənd sakini xx.xx.1983-cü il təvəllüdlü X4 29 oktyabr 2023-cü il tarixdə yaşadığı kənddə qohumu Təqsirləndirilən şəxs tərəfindən odlu silahdan atəş açılaraq qəsdən öldürülməsi faktı və bu faktla əlaqədar toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v.1) -«hadisə yerinə baxış keçirilməsi haqqında» 29 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Astara rayonu, Pəlikəş kəndində Burhan Vahabovun yaşadığı fərdi yaşayış evinin yaxınlığından keçən yolda baş vermişdir. Yolun ortasında Burhan Vahabovun baş nahiyəsində sağ gözündə atəş xəsarəti olan meyiti aşkar edilmişdir. Baxış zamanı Burhan Vahabova yaxın məsafədən sağ gözünə üzbəüz atəş açıldığı, sonuncunun atəş açan şəxsə nəzərən yuxarı tərəfdə qaldığı və yaxın məsafədən atəş açılaraq Burhan Vahabovun öldürüldüyü müəyyən edilmişdir. Hadisə yerindən patron gilizi aşkar edilməmişdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs DİN-nin «102» mərkəzinə müraciət edərək, həmin cinayətin onun tərəfindən təklüləli ov silahı ilə törədildiyini bildirib könüllü təslim olmuş, cinayətin aləti olan 1 (bir) ədəd təklüləli ov silahını Astara RPŞ-nin əməkdaşlarına təqdim etmişdir.(cild 1, i.v.7-14) -«meyitə baxış keçirilməsi haqqında» 29 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, təşrih stolu üzərində arxası üstə meyit uzadılmışdır. Əynində göy rəngli cins şalvar, üzərində qara rəngli kəmər, boz rəngli qısaqol köynək, bənövşəyi rəngli tuman vardır. Müayinə olunan paltarların səthləri bulaşıqlı olub, üzəri qanaoxşar ləkələr ilə bulaşıqlıdır. Meyit kişi cinslidir. Boyu 183 sm. Düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyit soyuması bədənin bütün nahiyələrində əllə yoxladıqda eynidir Meyit qacıması bütün qrup əzələlərdə kafi inkişaf elmişdir. Meyit ləkəsi bədənin arxa səthində bozumtulbənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə avazlayır. 10-15 saniyədən sonra öz əvvəlki rəngini alır. Başında tükləri şabalıd rəngindədir. Sol göz qapağı örtülü olub, gözün birləşdirici qişasında qansızmalara yoxdur. Sağ göz alması göz yuvasında yoxdur. Göz yuvası sümüklərində sınıqlar vardır. Hər iki qulaq seyvanı və xarici qulaq keçəcəklərində qanlı bulaşıq vardır. Ağızı açıq olub, görünən dişləri özünkülər olub tamdırlar. Dili dişlərin arxasında, xususi ağız boşluğunda yerləşir. Boyunu bədəninə müvafiq olub, boyununda patoloji hərəkəllilik müşahidə olunmur. Döş qəfəsi silindrik formada olub, quruluşca simmetrikdir. Əllədikdə qabırğalar tamdırlar. Qarın divarı hamar olub, qabırğa qövsləri səviyyəsindən aşağıda yerləşir. Ağ xətt, göbək və qasıq nahiyələrində yırtıqlar yoxdur. Xarici cinsiyyət üzvləri kişi cinsinə mənsub olub, düzgün formada inkişaf etmiş, cəsarətsizdirlər. Aralıq və düz bağırsağın arxa keçəcəyi ətrafında hər-hansı bir xəsarət müşahidə olunmur. Yuxarı və aşağı ətrafların sümük oynaq sistemləri tamdırlar. Meyitin xarici müayinəsində aşağıdakı xəsarətlər aşkar edildi: Sağ üst və alt göz qapaqları-gözburun-sağ əng nahiyələrini əhatə edən 7.0x7,0 sm ölçüdə ovalvari formada toxuma çatışmamazlığı ilə müşahidə olunan odlu silah, qırma yarasının giriş dəliyi, yara kanalının istiqaməti aşağıdan bır qədər yuxarı, sağdan bir qədər sola, öndən arxaya doğru isdiqaınətdə yumşaq toxumaların, sağ göz yuvası, sağ əng və burun sümüklərinin qəlpəli yerini dəyişmis sınıqları, sağ göz almasının cırılması vardır. Meyitin xarici müayinəsində digər xəsarət aşkar edilmədi.(cild 1, i.v.19-25) -«şübhəli şəxsin tutulması haqqında» 29 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.40-41) -«təqsirini boynuna almaqla könüllü gəlmə haqqında» 29 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdə saat 07:44-də Azərbaycan Respublikası DİN-nin «102» mərkəzinə müraciət edərək, həmkəndlisi Burhan Vahabovu ov silahı ilə qəsdən öldürdüyü barədə məlumat verərək könüllü polis əməkdaşlarına təslim olmuş və cinayətin aləti olan 1 (bir) ədəd «ИжK» modelli, «K 06571»№-li, nömrəli təklülə yivsiz odlu ov silahı Astara RPŞ-nin əməkdaşlarına təqdim etmişdir.(cild 1, i.v.48) -«paltarlara baxış keçirilməsi haqqında» 29 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan cins şalvarın və köynəyin üzərlərində qeyri-müəyyən formalı ləkələr aşkar edilmişdir. Köynək və şalvarın üzərində zədə və zədə izləri aşkar edilməmişdir.(cild 1, i.v.53-56) -«paltarlara baxış keçirilməsi haqqında» 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Burhan Vahabovun əynində olan bütün paltarlarda qanabənzər ləkələr aşkar edilmişdir. Paltarlar üzərindəki qanabənzər ləkələr və zədələrlə bağlı həmin paltarların müvafiq ekspertiza keçirilməsi üçün göndərilməsi nəzərdə tutulmuşdur.(cild 1, i.v.59-64) -«əşyaya baxış keçirilməsi haqqında» 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya 1 (bir) ədəd «ИжK» modelli, «K 06571» №-li təklüləli tüfəng-yivsiz odlu ov silahıdır. Silah-lülə, qəlib, qundaq, lüləaltı yataq və vurucu-buraxıcı mexanizmdən ibarətdir. Silahın uzunluğu-1190 mm, lüləsinin uzunluğu-780 mm, patronluğunun uzunluğu-70 mm-dir. (cild 1, i.v.65-66) -«şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 30 oktyabr 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs ifadəsindəki xüsusatları təsdiq edərək hadisənin baş verdiyi yeri göstərmişdir. 29 oktyabr 2023-cü il tarixdə ovdan kəndə qayıdarkən Burhan Vahabovun evinin yanından keçmiş, həmin vaxt saat 07:20 radələri olmuşdur. Burhan Vahabovun yaşadığı evin yanından keçən yolla hərəkət edən vaxt Burhan yaşadığı evdən onu çağıraraq arxasıyca söyüş söymüşdür. Burhanın dediklərinə məhəl qoymadan yoluna davam etmiş, lakin Burhan onu bir daha çağıraraq söyüş söyə-söyə arxasıyca gəlmişdir. Dayanıb Burhandan söyüş söyməməsini tələb etmiş, həmin vaxt silah əlində olmuşdur. Burhan silahı görsə də, qorxmamış və söyüş söyməyə davam etmiş, bundan sonra silahı Burhana tərəf tuşlamış, nişan alaraq dərhal bir dəfə atəş açmışdır. Atəş Burhanın sağ gözünə dəymiş və sonuncu ölmüşdür. Təqsirləndirilən şəxs atəş açılan zaman özünün və Burhan Vahabovun dayandığı yeri istintaq hərəkəti iştirakçılarına göstərmiş və hadisənin baş vermə şəraitini əyani göstərərək bir daha təsdiq etmişdir.(cild 1, i.v.67-69) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Astara Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 4(018)-96/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.78-79, 100-101) -Astara RPŞ-dən Astara rayon prokurorluğuna 31 oktyabr 2023-cü il tarixli, 65/2- 20643/23 nömrəli məktubla daxil olmuş DİN-nin «102» xidmətinin zəng mərkəzindən Astara RPŞ-nin Növbətçi Hissəsinə daxil olmuş məlumat ilə bağlı məsul növbətçi, polis mayoru Amal Rzayev tərəfindən tərtib edilmiş 29 oktyabr 2023-cü il tarixli, 1380 nömrəli məlumat HK-1-də göstərilmişdir ki, Astara rayonu, Pəlikeş kənd sakini Təqsirləndirilən şəxs zəng edərək, Burhan Vahabov adlı şəxsin onun qarşısına çıxaraq onu təhqir etdiyi üçün onu tüfənglə öldürməsini bildirmişdir.(cild 1, i.v.115-116) -«zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında» 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X1 zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır.(cild 1, i.v.123-124) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 20 noyabr 2023-cü il tarixli, 752 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda olmamışdır. (cild 1, i.v.182) -«Astara Rayon Mərkəzi Xəstəxanası» X15 daxil olmuş 20 noyabr 2023-cü il tarixli, 8671 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-nin Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və onkoloji kabinetlərində dispanser qeydiyyatda durmur.(cild 1, i.v.184) -«məhkəmə-tibbi ekspertizası»nın 20 noyabr 2023-cü il tarixli, 18 nömrəli rəyindən görünür ki, X4 ölümünə səbəb patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində kəllə boşluğuna nüfuz edən kəllə sümüklərinin və baş beyin toxumasının zədələnməsi olmuşdur. Burhan Vahabovun ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X4 meyiti üzərində - kəllə qapağı-əsası, üz (əng və göz yuvası sümükləri) və burun sümüklərini, baş beyini zədələyən, sağ üst və alt göz qapalqları-göz-burun-sağ əng nahiyələrinin (giriş) odlu silah kor-qırma yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, patronu qırma ilə doldurulmuş odlu silahdan yaxın məsafədən bir dəfə açılmış atəş nəticəsində törənmişdir, o, cümlədən 29 oktyabr 2023-cü il tarixdə odlu silahla (ov tüfəngi) sağ göz yuvası nahiyəsinə açılmış atəş nəticəsində əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Açılmış atəşin istiqaməti (yara kanalının istiqaməti) sağdan bir qədər sola, öndən arxaya, aşağıdan bir qədər yuxarıya doğru olmuşdur. Atəş açılan vaxt xəsarət alanın şaquli (ayaq üstə) vəziyyətdə olması,qırma yarasının ön hissədə yerləşməsi belə hesab etməyə imkan verir ki, atəş açan və zərər çəkən üz-üzə (qabaq-qabağa) olmuşdur. Burhan Vahabovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında alkoqol, psixotrop və narkotik maddələr aşkar edilməmişdir.(cild 1, i.v.243-248) -«məhkəmə tibbi-kriminalistik ekspertizası»nın 22 noyabr 2023-cü il tarixli 549- MKTŞ/2023 nömrəli rəyinə əsasən Burhan Vahabova məxsus köynək, şalvar və alt tumanın, Təqsirləndirilən şəxs məxsus köynək və şalvarın üzərində zədə və zədə izləri aşkar edilməmişdir. (cild 1, i.v.250-251) -«məhkəmə-ballistik ekspertizası»nın 27 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 3/1857;3/1858 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, «ИжK» modelli, «K 06571» №-li, xarici çaxmaqlı, təklüləli tüfəngidir - yivsiz odlu ov silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyinə toxunmadan kənar fiziki təsir nəticəsində ondan öz-özünə atəş açılmır, çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 3,2 kq (normal hesab edilir) qüvvə ilə təsir etmək tələb olunur. Silahın üzərindəki zavod nişanlarında hər hansı dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir.(cild 2, i.v.1-4) -«məhkəmə-tibbi bioloji ekspertizası»nın 01 dekabr 2023-cü il tarixli, 729/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu Abeta/İİ/dir, Burhan Vahabovun ABO sistemi üzrə qan qrupu 0/İ/-dir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvar, uzunqol köynək üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə qrup antigenləri və aqqlyutininlər alınmadığı üçün bu qan ləkələrinin qrupu barəsində fikir söyləmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş Burhan Vahabova məxsus şalvar, köynək, tuman, üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələr də qanın qrupu göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alınmış, bu qan ləkələri ABO sistemi üzrə O alfa beta /İ/qruplu şəxsə, o cümlədən Burhan Vahabova məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 02 ədəd çubuğlu pambıq üzərində olan ləkələrdə insan qanı aşkar edilmiş, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alınmış, bu qan ləkələri ABO sistemi üzrə O alfa beta /İ/ qruplu şəxsə, o cümlədən Burhan Vahabova məxsus ola bilər.(cild 2, i.v.5-10) -«kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası»nın 11 dekabr 2023-cü il tarixli, 3439 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs əməli törətdikdən sonra hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21.1-ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə mane olmur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, aqressiv davranışlara meyilli olmamaq, adaptivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə zamanı Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs psixi-emosional sferasında situasiya ilə əlaqədar gərginlik, hirslilik, kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır.(cild 2, i.v.11-14) -«sübutların qiymətləndirilməsi haqqında» 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayətin törədilməsində alət kimi istifadə edilmiş 1 (bir) ədəd «K 06571» nömrəli silah, hadisə yerinə baxış zamanı aşkar edilən qanabənzər ləkələrin hopdurulduğu 2 (iki) ədəd pambıq tampon, Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan paltarlar- 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd boz rəngli uzunqol köynək, Burhan Vahabova məxsus hadisə zamanı əynində olmuş paltarlar-1 (bir) ədəd boz rəngli alt tuman, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd boz rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus məxsus «Xiaomi Redmi» markalı mobil telefon, Burhan Vahabova məxsus «Samsung A03» markalı mobil telefon, Burhan Vahabov və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələr arasında aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş CD-R disklər cinayət işi üzrə maddi sübut qismində tanınmış, saxlanılması üçün 1 (bir) ədəd «K 06571» nömrəli silah Astara RPŞ-yə, hadisə yerinə baxış zamanı aşkar edilən qanabənzər ləkələrin hopdurulduğu 2 (iki) ədəd pambıq tampon, Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan paltarlar-1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd boz rəngli uzunqol köynək, Burhan Vahabova məxsus hadisə zamanı əynində olmuş paltarlar-1 (bir) ədəd boz rəngli alt tuman, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd boz rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus məxsus «Xiaomi Redmi» markalı mobil telefon, Burhan Vahabova məxsus «Samsung A03» markalı mobil telefon Astara rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, Burhan Vahabov və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələr arasında aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş CD-R disklər cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 2, i.v.99-115) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.(cild 2, i.v.117-118) -«inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXMnin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi məqsədilə qərar aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə göndərilmişdir.(cild 2, i.v.128-129) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs atası X2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 06 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin (bundan sonra-CBRŞ) əməkdaşları tərəfindən tutulduqdan sonra qohumu X4 Habil Əhmədovun CBRŞ-nin inzibati binasında nahaqdan adamların üzünə durması barədə kənd camaatı arasında Habil Əhmədovu rüsvay edən şayiələr yayıb nalayiq sözlərlə təhqir etdiyindən Burhan Vahabova bu hərəkətlərindən əl çəkməsi barədə bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq sonuncu həmin hərəkətlərini davam etdirdiyinə görə aralarında olan münasibətlər pisləşmiş, 29 oktyabr 2023-cü il tarixdə saat 07:20-də ovdan evə qayıdarkən Astara rayonu, Pəlikəş kəndində Burhan Vahabovun yaşadığı fərdi yaşayış evinin yanından keçən yolda Burhan Vahabov yenə də mübahisə edib atasının ünvanına nalayiq söyüşlər söyərkən söyüş söyməməsi üçün bir daha xəbərdarlıq etsə də, sonuncunun daha da ağır söyüşlər söyməyə davam etməsindən hiddətlənərək, qisas almaq məqsədi ilə Burhan Vahabovu öldürmək qərarına gəlib, cinayətkar niyyətini icra etmək üçün əlində olan zavod üsulu ilə hazırlanmış «ИжK» modelli, «K 06571» nömrəli təklülə yivsiz odlu ov silahı ilə Burhan Vahabovun sağ göz nahiyəsinə bir dəfə qəsdən atəş açaraq sonuncunun kəllə sümüklərinin və baş-beyin toxumasının zədələnməsi ilə əlaqədar ölümünə səbəb olub dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəllə qapağı-əsası, üz (əng və göz yuvası sümükləri) və burun sümüklərini, baş beyini zədələyən, sağ üst və alt göz qapaqları-göz-burun-sağ əng nahiyələrinin (giriş) odlu silah-kor qırma yarası xəsarətləri yetirib qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Burhan Vahabovu qətlə yetirməsi cinayət əməlini tövsifi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin normaları qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 120.1-ci maddəsidir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Cinayət işinin müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs məqsədi Burhan Vahabovu öldürmək olmuş, hadisə zamanı niyyətini həyata keçirmək məqsədilə özü ilə götürdüyü təklülə yivsiz odlu ov silahı ilə Burhan Vahabovun sağ göz nahiyəsinə bir dəfə qəsdən atəş açaraq sonuncunun kəllə sümüklərinin və baş-beyin toxumasının zədələnməsi ilə əlaqədar ölümünə səbəb olub dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəllə qapağı-əsası, üz (əng və göz yuvası sümükləri) və burun sümüklərini, baş beyini zədələyən, sağ üst və alt göz qapaqları-göz-burun-sağ əng nahiyələrinin (giriş) odlu silah-kor qırma yarası xəsarətləri yetirib qəsdən öldürmüşdür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət-Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət-Prosessual Məcəllənin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddələri ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilən 28 noyabr 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 1, i.v.225) -Astara rayon İcra Hakimiyyəti Başçısının Pəlikeş kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 dekabr 2023-cü il tarixli, 1649 arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Pelikeş kəndində olan evdə ailə üzvüləri ilə yaşayır, subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 1, i.v. 233-234) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirici haldır. Cinayət Məcəlləsinin 61.1.10-ci maddəsinə əsasən cinayəti odlu silahdan istifadə etməklə törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir». Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli şübhəli şəxs kimi tutulduğu 29 oktyabr 2023-cü il tarixdən hesablanmalı, Astara Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 4(018)-96/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Astara Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan paltarlar- 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd boz rəngli uzunqol köynək, Burhan Vahabova məxsus hadisə zamanı əynində olmuş paltarlar- 1 (bir) ədəd boz rəngli alt tuman, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd boz rəngli qısaqol köynək, hadisə yerinə baxış zamanı aşkar edilən qanabənzər ləkələrin hopdurulduğu 2 (iki) ədəd pambıq tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus məxsus «Xiaomi Redmi» markalı mobil telefon, Burhan Vahabova məxsus «Samsung A03» markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, Burhan Vahabov və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələr arasında aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş CD-R disklər cinayət işinin materiallarında saxlanılmalı, Astara Rayon Polis şöbəsində saxlanılan 01 ədəd «K 06571» nömrəli silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət- Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 29 oktyabr 2023-cü il tarixdən hesablansın. Astara Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 4(018)-96/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Astara rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olan paltarlar-1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd köynək, X5 məxsus hadisə zamanı əynində olmuş paltarlar-1 (bir) ədəd tuman, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək, hadisə yerinə baxış zamanı aşkar edilən qanabənzər ləkələrin hopdurulduğu 2 (iki) ədəd pambıq tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış və Astara rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus məxsus «Xiaomi Redmi» markalı mobil telefon, X5 məxsus «Samsung A03» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs və X4 istifadələrində olmuş mobil nömrələr arasında aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş CD-R disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis şöbəsində saxlanılan 1 (bir) ədəd «K 06571» nömrəli silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-387/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-387/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver