Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-388/2023 31.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Ağcabədi rayonu Hindarx qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 3095,51 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq 01 ədəd sintetik torbanın içərisində yaşadığı evində saxlamış, 10 yanvar 2023-cü il tarixdə günorta saatlarında həmin marixuanadan 01 ədəd kibrit qutusunda 5,51 qramını tanışı Şahid4 Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşadığı küçədə 60 manata satmış, qalan 3090 qram narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı evində saxlamış, 11 yanvar 2023-cü il tarixdə saat 21:20 radələrindən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq yaşadığı evə baxış keçirilərkən evin giriş hissəsindən sağ tərəfdə yerləşən dəhlizdə, dəmir çarpayının altından 01 ədəd sintetik torbanın içərisində 3090 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2022-ci ilin təxminən aprel ayında yaşadığı evdə həyətyanı sahəsində dibçəklərdə 3 ədəd çətənə bitkiləri əkmiş və yetişdirmişdir. 2022-ci ilin oktyabr ayında çətənə bitkisinin yarpaqlarını yığmış, əkdiyi yerdə sərib qurutmuş və narkotik vasitə olan qurudulmuş marixuana əldə etmişdir. O, marixuananın bir hissəsini istifadə etmişdir. Onunla birlikdə yaşayan, yataq xəstəsi olan anası Şahid5 müalicəsi üçün pul tapa bilmədiyindən arabir məcbur olub öz istifadə etdiyi narkotik vasitədən az bir hissəsini tanımadığı şəxslərə satmışdır. Sonuncu dəfə isə 10 yanvar 2023-cü il tarixdə təxminən saat 13-14 radələrində Hindarx qəsəbəsi sakini Valeh adlı şəxsə 60 manat pula bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. Onda olan 120 qram marixuananı isə yaşadığı evdəki dəmir çarpayının altında torbada saxlamışdır. 11 yanvar 2023-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə gələrək evində narkotik saxlamaqda şübhəli olduğunu və yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşlarına heç bir etiraz etməmiş və onun iştirakı ilə yaşadığı evə polis əməkdaşları videoçəkiliş aparmaqla baxış keçirmişlər. Yaşadığı evə baxış zamanı evin giriş hissəsindən sağ tərəfdə yerləşən dəhlizdən dəmir çarpayının altından 01 ədəd sellofan torbanda 120 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Polis işçiləri həmin narkotik vasitəni götürmüşlər. Onu polis şöbəsinə aparmışlar. Sonradan polis işçiləri onu özləri ilə yenidən yaşadığı evə aparmışlar. Bu zaman polis işçisi Fuad əlində bir ədəd göy rəngli sellofan torbada çoxlu miqdarda narkotik vasitə qurudulmuş marixuana gətirmiş və evindəki çarpayının altına qoymuşdur. Polis işçiləri onu özlərinin gətirdikləri 3 kiloqramdan çox olan qurudulmuş marixuananın özünə məxsus olmasını etiraf etməyə məcbur etmişlər. Ona görə də həmin miqdarda marixuananın özünə məxsus olmasını etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində anası Rəna ilə birlikdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olub fəhlə işləməklə dolanmışdır. 20 il müddətdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2021-ci ildə yaşadığı evin həyətində 4 ədəd çətənə bitkisi əkmiş, həmin çətənə bitkilərini dibçəkdə əkmiş və elə dibçəkdə də yetişdirmişdir. Həmin bitkilərin hamısı çiçəklədiyi üçün istifadəyə yararsız olacağını bilib dibçəklə birlikdə məhv etmiş, əkdiyi çətənə bitkilərinin toxumlarını yığıb 2022-ci ildə əkmək məqsədi ilə yaşadığı evdə saxlamışdır. 2022-ci ilin təxminən aprel ayında yaşadığı evin həyətyanı sahəsində anası Rənanın xəbəri olmadan, həyətin gizlin yerində 7 ədəd çətənə bitkisi əkmişdir. Çətənə bitkilərini dibçəkdə əkmiş və elə dibçəkdə də yetişdirmişdir. Bitkilərdən 4 ədədi çiçəklədiyi üçün istifadəyə yararsız olacağından dibçəklə birlikdə məhv etmiş, yəni zibilliyə atmışdır. Qalan 3 ədəd çətənə bitkisinə isə tək qulluq göstərməklə yetişdirmişdir. 2022-ci ilin oktyabr ayında 3 ədəd çətənə bitkisinin yarpaqlarını yığmış, əkdiyi yerdə sərib qurutmuş və narkotik vasitə olan qurudulmuş marixuana əldə etmişdir. O, həmin narkotik vasitəni 01 ədəd torbaya yığıb yaşadığı ünvanda dəmir çarpayının altında saxlamış və narkotik vasitədən istifadə etmişdir. Anası Şahid5 2017-ci ildə infarkt keçirib və yataq xəstəsi olmuş, anasınin mualicəsi üçün pul tapa bilmədiyi üçün arabir məcbur olub öz itifadə etdiyi narkotik vasitədən az bir hissəsini tanımadığı şəxslərə satmışdır. Sonuncu dəfə isə 10 yanvar 2023-cü il tarixdə təxminən saat 13-14 radələrində Hindarx qəsəbəsi sakini Valeh istifadəsində olan nömrəsini xatırlamadığı mobil telefonla onun istifadəsində olan ********** nömrəli mobil telefona zəng etmiş və ondan narkotik vasitə istəmişdir. O, Valehə narkotik vasitəni sata biləcəyini demiş, Valehlə küçənin baş tərəfində görüşmüş, Valehə 60 manat qarşılığında bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. 11 yanvar 2023-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı evdə olan zaman evin həyət qapısının döyülməsini eşitmişdir. Həyətə düşüb qapını açdıqda bir neçə nəfər mülki və polis geyimində şəxsləri görmüş, həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı, yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu və yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşlarına heç bir etiraz etməmiş və onun iştirakı ilə yaşadığı evə polis əməkdaşları videoçəkiliş aparmaqla baxış keçirmişlər. Yaşadığı evə baxış zamanı evin giriş hissəsindən sağ tərəfdə yerləşən dəhlizdən dəmir çarpayının altından qeyd etdiyi, quruması üçün saxladığı 01 ədəd göy rəngli sellofan torbanin içərisindəki sintetik torbada olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin torba polis əməkdaşları tərəfində açılmış və içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Daha sonra həmin torba onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 3,235 kq olmuşdur. Daha sonra polis əməkdaşları və onun tərəfindən evindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmışdır. Bundan sonra həmin otaqda dolabın içərəsindən ona məxsus iki ədəd elektron tərəzi də aşkar edilmişdir. Həmin tərəzilə özünə məxsus olmaqla, tərəzilərdən qurudulmuş marixuananı çəkib satmaq üçün istifadə etmişdir. Yaşadığı evin digər otaqlara da baxış keçirilən zaman heç bir qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra yaşadığı evin həyətində yerləşən köməkçi tikiliyə də baxış keçirilmişdir. Daha sonra polis əməkdaşları onu Ağcabədi Rayon Polis Şöbəsinə gətirmişlər. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əkdiyi çətənə kollarını qurudaraq əldə etmişdir. Məqsədi həmin narkotik vasitədən istifadə etmək, bundan başqa xəstə anasının müalicəsi üçün həmin narkotik vasitələri satmaq olmuşdur. Ona narkotik tərkibli çətənə kollarını əkməkdə heç kim kömək etməmişdir. Evinin həyatyanı sahəsində əkdiyi çətənə bitkiləri haqqında bildiyi qədər heç kimin məlumatı olmamışdır. İstifadəsində ********** nömrəli mobil telefon olmuşdur. Elektron tərəziləri narkotik vasitə marixuananı çəkib satmaq üçün evində saxlamışdır. Anası Rənanın onun yaşadığ evdə narkotik vasitə saxlamasından, evin həyəyətində çətənə bitkilərini əkib-becərməsindən və narkotik vasitələrin satışı ilə məşğul olmasından heç bir məlumatı olmamışdır. 10 yanvar 2023-cü il tarixdə Şahid4 60 manat qarşılığında bir kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. Xəstə anasının müailəcisi üçün məcbur qalıb digər şəxslərə də narkotik vasitənin satışını həyata keçirmişdir. Lakin həmin şəxslərin kimliyi barədə heç bir məlumatı olmamış və həmin şəxsləri üzdən tanımışdır. Həmin şəxslər onunla konkret olaraq hər hansı vasitə ilə əlaqə saxlamamış, mütamadi olaraq narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Kimsə onu qəsəbə ərazisində görüb, yaxınlaşıb narkotik vasitə almaq istədiyini bildirən zaman narkotik vasitələri həmin şəxslərə satmışdır. Başqa yerlərdə narkotik vasitə və psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilən Şahid1 göstərdi ki, Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 yanvar 2023-cü il tarixdə icraatına Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, evində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs evinə getmişlər. Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlamasına şübhələr olduğundan evinə baxış keçirilməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin dəhlizində qoyulmuş dəmir çarpayının altından bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Göy rəngli sellofan torba açıldıqda içərisində bir ədəd ag rəngli sintetik kisənin olması müşahidə olunmuş və həmin ağ rəngli sintetik kisə açıldıqda isə içərisində yaşıl rəngli, spesfik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan ağ rəngli sintetik kisə yenidən göy rəngli sellofan torbaya qoyulub çəkilmiş, çəkisinin 3 kiloqramdan artıq olması müəyyən edilmişdir. Həmin maddə Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən polis şöbəsinə gətirilib yenidən evinə qaytarılmamış və onun evindən aşkar olunan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən artırılmamışdır. Məhkəmədə şahid qismində dindirilən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid4 məhkəmədə göstərdi ki, Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşayır. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Həmkəndlisi Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə öz istiəadəsi üçün bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almış, lakin pul verməmişdir. Təqsirləndirilən şəxs ona narkotik vasitəni pulsuz vermişdir. Lakin Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə özünə məxsus ***-***-**-** saylı mobil nömrədən zəng edərək, ondan narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. O, Zamanın narkotik vasitə istifadə etdiyini və satışını həyata keçirdiyini bilmişdir. Zamanın yaşadığı küçənin baş tərəfində onunla görüşmüş, Zamandan 60 manat qarşılığında bir kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitədən bir çəkim istifadə etmiş, qalanını isə üzərində istifadə üçün saxlamışdır. 11 yanvar 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Hindarx qəsəbəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəxsi istifadəsi üçün saxladığı 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı və sol yan cibindən isə bir ədəd özünə məxsus olan mobil telefonu çıxarıb təqdim etmişdir. Kibrit qutusunda olan marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 8,35 qram olmuşdur. Daha sonra həmin kütlə aşkar edildiyi qaydada kağız zərfdə qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı qurudulmuş marixuananı 09 yanvar 2023-cü il tarixdə qəsəbə sakini Zamandan 60 manat qarşılığında əldə etməsini bildirmişdir. Baxış keçirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı, Ağcabədi rayonu Hindarx qəısəbəsində yerləşən evinə videoçəkilişlə baxış keçirilərkən Təqsirləndirilən şəxs evin dəhlizində qoyulmuş dəmir çarpayının altından bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin torba elektron tərəzidə çəkilmiş, çəkisinin 3,235 kq olması müəyyən olunmuş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 18/42 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş bağlamada təmiz çəkisi 3090 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evdən və Şahid4 üzərindən götürülmüş marixuanalar eyni tərkiblidir. Şahid4 barəsində olan cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 18/41 nömrəli rəyindən görünür ki, Şahid4 üzərindən aşkar olunmuş 5,51 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli, 309 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə kannabioniddən epizodik istifadə etmə halları olmuşdur. Lakin narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 196 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir, cinayət əməlini törədərkən anlaqlı olmuş, əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan 01 aprel 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqından protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:32, 14:50 radələrində Şahid4 Məhərrən oğlunun istifadəsində olan +**********08 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********13 saylı mobil nömrəsinə iki dəfə zənglər edilməklə danışıq aparılmışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 31 yanvar 2023-cü il tarixli, 75 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji və nevroloji kabinetlərində qeydiyyatda dayanmır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-onda 120 qram qurudulmuş marixuananın olması, maruxananın qalan hissəsinin polis əməkdaşları tərəfindən artırılması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan iki ədəd elektron tərəzi və 3089,9 qram qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan iki ədəd elektron tərəzi və 3089,9 qram qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-388/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-388/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver