Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-388/2024 22.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müəllim - Lənkəran rayonu, Göyşaban kənd orta məktəbin müəllimi X3, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi X2 və müdafiəçisi – Astara Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 2007-ci il tarixdə Astara rayonu, Vaqo kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonu, Miki kəndində qeydiyyatda olmaqla Astara rayonu, Siyəku inzibati ərazi dairəsinin Sığaloni kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında istintaqla müəyyən edilməmiş vaxtda, öz cinsi ehtirasını təmin etmək niyyəti ilə qohumu (bacısının ögey oğlu), xx xxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs on dörd yaşına çatmadığını bilərək, onu zor tətbiq etməklə hədələyib köməksiz vəziyyətindən istifadə edərək Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi yaxınlığında Ergi düzündə yerləşən X1 məxsus fermanın həyətində olan tikiliyə aparıb, orada azyaşlı olduğu üçün ona qarşı edilənlərin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan Zərərçəkmiş şəxs əynindəki şalvarı və tumanı çıxardıb gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun anal dəliyinə yeridərək öz cinsi ehtirasını pozğun formada təmin etməklə, aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs barəsində uşaqbazlıq edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2022-ci ilin mart ayında müəyyən edilməmiş vaxtda, öz cinsi ehtirasını təmin etmək niyyəti ilə qohumu, xx xxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs on dörd yaşına çatmadığını bilərək, onu zor tətbiq etməklə hədələyib köməksiz vəziyyətindən istifadə edərək Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi yaxınlığında Ergi düzündə yerləşən X1 məxsus fermanın həyətində yerləşən tualetə aparıb, orada azyaşlı olduğu üçün ona qarşı edilənlərin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan Zərərçəkmiş şəxs əynindəki şalvarı və tumanı çıxardıb gərginləşmiş vəziyyətdə olan cinsiyyət üzvünü sonuncunun anal dəliyinə yeridərək öz cinsi ehtirasını pozğun formada təmin etməklə, aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs barəsində təkrar uşaqbazlıq edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2022-ci ilin aprel ayında müəyyən edilməmiş vaxtda, öz cinsi ehtirasını təmin etmək niyyəti ilə yaşadığı Astara rayonu, Sığaloni kəndində yerləşən evində onlarda qonaq qalmış qohumu, xx xxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs on dörd yaşına çatmadığını bilərək, onu zor tətbiq etməklə hədələyib köməksiz vəziyyətindən istifadə edərək, azyaşlı olduğu üçün ona qarşı edilənlərin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan Zərərçəkmiş şəxs əynindəki şalvarı və tumanı çıxardıb gərginləşmiş vəziyyətdə olan cinsiyyət üzvünü sonuncunun anal dəliyinə yeridərək öz cinsi ehtirasını pozğun formada təmin etməklə, aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs barəsində təkrar uşaqbazlıq edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2022-ci ilin aprel ayında istintaqla müəyyən edilməmiş vaxtda, öz cinsi ehtirasını təmin etmək niyyəti ilə yaşadığı Astara rayonu, Sığaloni kəndində yerləşən evinin həyətində onlarda qonaq qalmış qohumu, xx xxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs on dörd yaşına çatmadığını bilərək, onu zor tətbiq etməklə hədələyib köməksiz vəziyyətindən istifadə edərək, azyaşlı olduğu üçün ona qarşı edilənlərin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan Zərərçəkmiş şəxs əynindəki şalvarı və tumanı çıxardıb gərginləşmiş vəziyyətdə olan cinsiyyət üzvünü sonuncunun anal dəliyinə yeridərək öz cinsi ehtirasını pozğun formada təmin etməklə, aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs barəsində təkrar uşaqbazlıq edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, doğma bacısı Elza Astara rayonu Siyaku kənd sakini Novruzla evlənmiş, bundan sonra onlar işləmək üçün Ağcabədi rayonu, Ergi kəndinə köçərək orada fermada yaşamışlar. Eyni ilə fermada Novruzun birinci arvadı Gülnarə də orada yaşamışdır. 2022-ci ilin mart ayının ortalarında özü, atası və anası Sinanın ailəsinin yaşadığı bacısı Elzagilə Ağcabədi rayonu Ergi kəndinə fermaya qonaq getmişlər. Bacısı Elza, Novruz onun birinci arvadı Gülnarə, atası və anası bazara getmişlər, özü isə evdə Sinanla tək qalmışdır. Sinan ona, öz bibisi oğlu ilə cinsi əlaqədə olduğunu, onunla da cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Sinanla razılaşmış və Sinan onunla, o, da Sinanla arxadan bir dəfə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Sinanla bir dəfə Ağcabədi rayonunda cinsi əlaqədə olmuş, başqa vaxt olmamışdır. Sinandan başqa şəxslə cinsi əlaqədə olmamışdır. Cinsi əlaqədə olmaq üçün Sinana hədə qorxu gəlməmiş, onda bıçaq olmamışdır. Sinanın öz istəyi ilə onunla «arxadan» cinsi əlaqədə olmuşdur. Başqa vaxtlarda Sinanla cinsi əlaqədə olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, habelə tədqiq olunmuş müvafiq ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Seynur atası Novruzun ikinci arvadı Elzanın doğma qardaşıdır. X6 fermada işləyirdi və onunla birlikdə fermada qalırdılar. Seynuru ilk dəfə 2022-ci ilin mart ayında Seynur ailəsi ilə birlikdə Ağcabədi rayonu Ergi kəndində yerləşən fermaya onlara qonaq gələrkən görmüş, əvvəllər onu tanımamışdır. 2-3 gün Seynur onlarda qalarkən atasıgili bazara getmişlər və onlar evdə tək qalmışlar. Seynur ona yaxınlaşıb şalvarını çıxartmış, onun nə etdiyini başa düşməmiş, Seynur “şeyini” çıxarıb onun “arxasına” pis şey etmiş, sonra bu barədə kiməsə nəsə desə onu öldürəcəyi ilə hədələmişdir. Qorxusundan bu barədə heç kimə deməmişdir. Səhərisi gün Seynur onu ayaqyoluna apararkən təkrarən onunla fermanın ayaqyolunda arxadan “şeyi” ilə ona “pis şey” etmişdir. Qorxusundan bu barədə heç kimə heçnə deməmişdir. 2022-ci ilin aprel ayında Seynur, onun anası Cahan və bacısı Elza ilə birlikdə Seynurun yaşadığı Astara rayonu Sigaloni kəndinə getmişdir. Gecə vaxtı evdə hamı yatdıqdan sonra Seynur əli ilə onun ağzını tutub uzanıqlı vəziyyətdə “şeyini” çıxarıb arxadan ona “pis şey” etmiş və demişdir ki, bu barədə kiməsə desə onu öldürəcəkdir. Qorxusundan bu barədə heç kimə heçnə deməmişdir. Səhəri günü həyətdə oynayarkən Seynur həyətdə heç kimin olmadığını görüb kənarda onunla arxadan “pis şey” etmişdir. Həmin günü anası Gülnarə ilə telefonda danışarkən Seynurun onunla arxadan cinsi əlaqədə olduğunu demişdir. Sonra polislər gəlib onları aparmışlar. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Ağcabədidə olarkən fermanın ayaqyolusunda da Seynur zorla «şeyini» onun arxasına salıb çıxarmışdır. Seynur onunla Astarada iki dəfə, Ağcabədidə iki dəfə olmaqla ümumilikdə dörd dəfə zorla arxadan «pis şey» etmişdir. Seynur «şeyini» onun arxasına saldıqdan sonra onun “şeyini” Seynur öz ağzına salmışdır. Seynur bıçağı onun boğazına dirəyərək bu barədə kiməsə desə onu öldürəcəyi ilə hədələmişdir. Seynurdan qorxduğundan bu barədə kiməsə deməmişdir. Hadisə barədə ilk dəfə öz anası Gülnarəyə demişdir. Seynurun arxasına öz cinsiyyət orqanını salmamışdır. Seynur yalan danışır. Seynurdan şikayətçidir, onunla barışmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Rafael qızı ifadəsində göstərmişdir ki, Sinan əri Novruzla birgə nigahdan olan oğludur. Seynurun bacısı, Sinanın keçmiş analığı olan Şahid3 Sinanı Astaraya öz evlərinə aparmış, Astarada olarkən Seynur Sinana qarşı zorla “pis hərəkətlər” etmişdir. Bu barədə oğlu Sinanla mobil telefonla danışaraq oğlu məlumat vermişdir. Olanlar barədə əri Novruza bildirmiş, Novruz DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Şahid1 Rafael qızı verilən suallara cavab olaraq bildirmişdir ki, Sinanla Seynurun cinsi əlaqədə olması barədə hər hansı bir şübhəsi olmamışdır. Seynurun, oğlu Sinana Ağcabədi rayonunda da seksual xarakterli nalayiq hərəkətlər etdiyini sonradan öyrənmişdir. Seynurun üzərində bıçaq görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Sabiq oğlu ifadəsində göstərmişdir ki, keçmiş ikinci arvadı olan Şahid3 oğlu Sinanı Astaraya yaşadığı kəndə evlərinə qonaq aparmışdır. Astarada olarkən Elzanın qardaşı Seynurun onun oğlu Sinana qarşı “pis hərəkətlər” etdiyini oğlu Sinan, birinci arvadı Gülnarəyə zəng edərək məlumat vermiş, Gülnarə də ona hadisəni danışmış, bundan sonra özü 102-yə zəng edərək hadisə barədə məlumat vermiş, polisdə araşdırma aparılmışdır. Sinan ona demişdir ki, Seynur onun ağzını tutaraq arxadan ona qarşı «pis şeylər» etmişdir. Hadisə baş verəndə oğlu Sinanın 9 yaşı olmuşdur. Şahid2 Sabiq oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, Seynurun oğlu Sinana zor tətbiq etdiyini şəxsən özü görməmişdir. Seynurun, oğlu Sinana qarşı Ağcabədi rayonunda da nalayiq hərəkətlər etdiyini sonradan öyrənmişdir. Seynurun üzərində bıçaq görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sinanın atası Novruz onun keçmiş əridir, rəsmi nigahları olmamışdır. Novruzla evli olduğu zaman Ağcabədi rayonunda Ergi kəndində işlədiyi fermada yaşamışdır. Eyni zamanda fermada Novruzun birinci arvadı və onun oğlu Sinan da orada yaşamışdır. Ağcabədidə fermada olarkən əri Novruz ona zəng edərək qardaşı Seynurun Sinana qarşı “pis hərəkətlər” etdiyini demişdir. Hadisə barədə heç bir məlumatı olmamışdır. Şahid3 verilən suallara cavabında bildirmişdir ki, istintaq zamanı onun adına yazılan ifadəni təsdiq etmir, qardaşı Seynur, Sinanla cinsi əlaqədə olduğu barədə ona heçnə deməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibbi ekspertizasının 26 aprel 2022-ci il tarixli 150 saylı rəyindən görünür ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi.Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət qalmadıqda müddəti təyin etmək mümkün deyildir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının 24 avqust 2023-cü il tarixli 394 nömrəli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı anomaliya və patalogiya aşkar edilmədi. Məhkəmədə tədqiq edilmiş və işdə olan komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli 2393 saylı rəyindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “X8 Gerilik” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 70) müəyyən edilir.Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri (verilən suallara qısa primitiv cavablar verməsi, mühakimələrinin səthi olması, intelektual səviyyəsinin yaşına uyğun olmaması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı səthi tənqidi münasibətinin olması və s) sübut edir. Məhkəmə-psixoloji ekspertizası üzrə: aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs mühakimələrində səthilik, təfəkkürünün konkret olması, qavramasında lənglik, maraq dairəsinin məhdudluğu, dünya görüşünün və elmi biliklərinin kasadlığı aşkar olunmaqla əqli-intellektual imkanlarının normaya uyğun olmadığı, yüngül əqli gerilik müəyyən edilir.Yaddaşı əsasən mexaniki xarakter daşısa da digər funksiyalarında kobud pozuntular yaranmamışdır. Bilik ehtiyatı və dünya görüşü zəngin olmasa da, fikirlərini, hisslərini açıqlaya bilir.Gündəlik məişət mövzularından aktiv danışır, bilik və dünya görüşü tələb edən mövzularda çətinlik çəkdiyi müəyyən olunur. Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Məhəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqliintellektual imkanlarında (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s)yüngül gerilik müəyyən edilir. Sadəlövhlük, səthilik, yalan danışmağa meyillilik kimi xarakter xüsusiyyətlərə malikdir. Hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. O, cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs yüngül əqli gerilik olduğundan, o, təlqinə qapıla və özündən uydura bilər. Məhkəmədə tədqiq edilmiş və işdə olan komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2394 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s.sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə: aparılmış eksperimental-psixoloji müayinə zamanı Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur.O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamətə yönəlməsi).Ünsiyyətçilik, emosionallıq, həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs cinayət əməlinə məruz qalarkən azyaşlı olduğu üçün ona qarşı edilənlərin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.Zərərçəkmiş şəxs hazırda öz yaşı səviyyəsində öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur. Həssaslıq, emosionallıq, ünsiyyətçilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs cinayət əməlinə məruz qalarkən situasiya ilə əlaqəli psixi-emosional vəziyyətində qorxu, həyacan gərginlik yarana bilərdi. O, fizioloji affekt halında olmamışdır. Onda təlqinə qapılmağa, özündən uydurmağa meyillilik aşkar olunmadı. Məhkəmədə tədqiq edilmiş və işdə olan zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı etdiyi seksual xarakterli zorakılıq hərəkətlərin baş verdiyi Astara rayonu Sığaloni kəndində yerləşən yeri əyani şəkildə hadisə yerində göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə Ağcabədi rayonu Ergi kəndinin ərazisində cinsi əlaqədə olduğu yəri əyani şəkildə hadisə yerində göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində bir daha Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətlərə məruz qaldığını israrla təsdiq etmişdir. İşdə olan Astara RPŞ-nın əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərin digər şəxslər tərəfindən edilməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. İşdə olan AZ-İİ 044844 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildə Astara rayonu Vaqo kəndində doğulmuş, atası Rahim Kərimov, anası isə Cahan Nəzirovadır. İşdə olan AZ-İİ 472411 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2013-cü ildə Lənkəran şəhərində doğulmuş, atası Şahid2, anası isə Şahid1dır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib müdafiəsi üçün dəlil gətirərək ifadələrində zərərçəkmiş şəxs - yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksul xarakterli zorakılıq hərəkətlər etmədiyini, yalnız bir dəfə Ağcabədi rayonu Ergi kəndində olan fermanın ərazisində bir-birləri ilə könüllü olaraq arxadan cinsi əlaqədə olduğunu, başqa vaxtlarda Sinanla cinsi əlaqədə olmadığını, Sinana qarşı zor tətbiq etmədiyini, onu bıçaqla hədələmədiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatlara tənqidi yanaşaraq həmin ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmağa cəhd etmə və özünü müdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib olunan xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadələrində, habelə üzləşdirmə zamanı ifadəsində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən əvvəlcə Ağcabədi rayonu, Ergi kəndinin ərazisində olan fermada 2 dəfə, daha sonra isə Astara rayonunda Elzagilin kənddə yerləşən evlərində seksual xarakterli zorakılıq hərəkətlərə məruz qaldığını israrla təsdiq etmiş, Təqsirləndirilən şəxs qarşı özü tərəfindən hər hansı bir seksual xarakterli zorakılıq hərəkətlərin olmasını deməmişdir. Qeyd olunan xüsusatları Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən də təsdiq etmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının müvafiq rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Odur ki, məhkəmə, zərərçəkmiş şəxsin qeyd olunan ifadəsini uydurma kimi deyil, işin obyektiv hallarına uyğun həqiqət kimi qəbul edir. Bundan başqa, iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əqli gerilik olduğundan o, təlqinə qapıla və özündən uydura bilər. Beləliklə də, Təqsirləndirilən şəxs azyaşlı (9 yaş) Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər etməsi iş materiallarında zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər sənədləri ilə təsdiq olunur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmayaraq hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zərəçəkmiş şəxsin ifadələrini, şahidlərin ifadəsini, eskpertizanın rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri cinayət təqibi üzrə Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən mötəbər sübut hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi xüsusatları ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün mötəbər sübut növü kimi qəbul etmir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və yuxarıda qeyd olunanlar məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin xx.xx.2022-ci il tarixədək qüvvədə olan 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün hər hansı bir əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlər etməsi) maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayət”lər anlayışına daxildir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək pozğun formada cinsi ehtirasını təmin etmək məqsədi ilə ona qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk etmiş və bunu arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsində müəyyən edilmiş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu üçün ona CM-nin 85.5-ci maddəsinə əsasən on ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. 26 dekabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 1 mart 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni 1 mart 2024-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 1 mart 2024-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Cəlil Nəbiyev
Məhkəmə qərarları › İş №1(099)-388/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-388/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver