Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-388/2025 12.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, fərdi əməklə məşğul olmuş, Salyan şəhəri, X.Rza Ulutürk küçəsi, ev 30, mənzil 3-də qeydiyyatda olmaqla Cəlilabad şəhəri, V.Niftullayev küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 noyabr 2025-ci il tarixdə, saat 09:25-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında «AzFemida» proqram təminatından istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayının sonlarında xüsusilə külli miqdarda psixotrop maddəni tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə danışaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə edilib saxlanmaqla daşınaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirildikdən sonra Azərbaycan Respublikasının ərazisində satıb pulunu onunla böləcəkləri barədə qabaqcadan vəd verib razılaşaraq onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan razılaşmaya uyğun olaraq həmin şəxsin satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirərək məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dariəsi kimi tanınan yerin yaxınlığında külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün həmin ünvana gəlmiş, qeyd olunan ərazinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 14,21 qram olan ağ rəngli kristallarından ibarət olan maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla götürdüyü yerdən kənara daşımışdır.
İşin halları və dəlilləri:
2. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhəri Vüqar Niftalıyev küçəsində hərəkətdə olan zaman tanımadığı taksi sürücüsü ona yaxınlaşaraq ünvan soruşmuş, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq saxlamışlar. Polis əməkdaşları onu özləri ilə Cəlilabad RPŞ-nin inzibati binasına aparmış, orada polis əməkdaşları onu döymüş, fiziki və psixi təzyiq göstərərək cibində psixotrop maddə metamfetamin qoymuşlar. Bundan sonra videoçəkiliş aparılmışdır. Cəlilabad RPŞ-nin rəis müavini vəzifəsində işləyən Turab Əskərov əvvəllər Salyan RPŞ-də işləmiş, həmin dövrdə onun qardaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulmuş, o bu barədə müxtəlif dövlət orqanlarına şikayət etmişdir. Hesab edir ki, məhz buna görə Turab Əskərov ondan qisas alaraq onun üzərinə metamfetamin qoymuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Cəlilabad RPŞ-də MSY-də saxlanılarkən polis əməkdaşları ağrıkəsici adı ilə ona metadon həbi vermiş, buna görə də onun qanında narkotik maddə çıxmışdır. Əslində isə o, narkotik vasitələrdən istifadə etməmişdir.
3. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, onu Turab Əskərovun rəhbərliyi ilə doqquz nəfər polis əməkdaşı saxlamış, polis əməkdaşlarından Nəbi, İzzət və Rəhman onu döymüşlər. Videoçəkiliş o saxlanıldıqdan təxminən 40 dəqiqə sonra aparılmış, videoçəkilişin aparıldığı yerlə onun saxlanıldığı yer fərqli olmuşdur. Turab onunla prinsip apardığından Salyan rayonundan köçüb Cəlilabad rayonunda yerləşmiş, Cəlilabad rayonun usta kimi fəaliyyət göstərmişdir. Polis əməkdaşları tərəfindən ona qaşı edilmiş zorakılığa etiraz olaraq özünə xəsarət yetirmişdir.
4. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
5. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində (izahatı – iş vərəqə 34-35, şübhəli şəxs qismində ifadəsi - iş vərəqə 53-56 və təqsirləndirilən şəxs qismində ifadəsi iş vərəqə 67-70, 141-149) göstərmişdir ki, fərdi əməklə məşğul olub ailəsinin dolanışığını təmin edir. O, 2-3 il əvvəl narkotik vasitə istifadə etməyə başlamış, lakin bir müddət imiş ki, istifadə etmirmiş. Təxminən 2 ay əvvəl “İnstaqram” sosial şəbəkəsində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Ona psixotrop maddə olan metamfetamin almasını təklif etmiş, o da razılaşmış, ona 16 qram psixotrop maddə göndərəcəyini demiş, o isə qarşılığında 300 manat pul verəcəkmiş. Həmin şəxs ona Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi kimi tanınan yerin yaxınlığında telefonla konum atmış, o da həmin konuma uyğun olaraq körpünün altında siqaret qutusunu tapmış və içində həmin maddəni aşkar etmişdir. Həmin şəxs ona bank kartı atacaq imiş, o da həmin karta 300 manat pul göndərəcəkmiş, lakin o, həmin vətəndaşın İnstaqram profilini blok eləmiş və pulunu ödəməmişdir. Bundan sonra o, Cəlilabad şəhərinə öz evinə yollanmışdır. Cəlilabad şəhərində Bakıdən əldə etdiyi maddədən 4-5 dəfə ayrı-ayrı vaxtlarda istifadə etmişdir. Həmin maddəni bitənə qədər özü istifadə edəcəkmiş. xx.xx.2025-ci il tarixdə, saat təxminən 17:20 radələrində o, Cəlilabad şəhəri, Vidadi küçəsi ilə piyada hərəkətdə olduğum zaman ona bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə ona bildirilmişlər ki, narkotik vasitələrin əldə olunmasında, saxlanmasında və istifadəsində şübhəlidir, üzərində yoxlama aparılacaq. Bundan sonra onun üzərinə videoçəklişlə yoxlama keçirilmiş, yoxlama zamanı o, əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini və əynində olan şalvarın arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi kütləni polis əməkdaşları elektron tərəzidə çəkmişlər, çəkisi 14,67 qram olmuş, daha sonra isə onu Cəlilabad RPŞ-yə gətirmişlər. X14 Respublikasının adını və soyadını bilməmişdir. Onda psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması barədə hər hansı şəxsin məlumatı olmamışdır. O, 2 ay ərzində 4-5 dəfə istifadə etmiş, bu da təxminən 2-3 qram edir. O, İran vətəndaşından 16 qram alacağı ilə razılaşmışdır. O, polis şöbəsinə gətirilərkən və inzibati binada olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki qüvvə tətbiq olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamin onun özünə məxsusdur, həmin maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Sonda baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o da həmin protokolu imza etmişdir.
6. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, həmin ifadəni polis əməkdaşlarının fiziki təzyiqi altında vermişdir. Hal-hazırda həmin ifadəsini təsdiq etmir.
7. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
9. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 20 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 20 may 2025-ci il tarixdə, saat 17:20 radələrində Cəlilabad şəhəri, Vidadi küçəsində Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman onu saxlayaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasını bildirərək həmin bükülünü polis əməkdaşlarına təqdim etmiş, bükülüyə baxış keçirilərkən içərisində metamfetaminə bənzər kütlə aşkar edilmişdir. X5 “Redmi” markalı mobil telefon da aşkar edilərək götürülmüşdür.
10. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə davam edərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zorakılığa yol verilməmişdir. Videoçəkiliş Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra aparılmışdır. Təqsirləndirilən şəxs barədə məlumat o, saxlanılmamışdan təxminən 15 gün əvvəl daxil olmuş, həmin müddətdə Təqsirləndirilən şəxs müşahidəyə götürülmüşdür.
11. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 21 may 2025-ci il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (c İ, i.v 1)
14. Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 20 may 2025-ci il tarixli «Raport»u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 4)
15. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə haqqında» 20 may 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7)
16. «Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında» 20 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, Vidadi küçəsində piyada hərəkətdə olarkən saxlanılmış, yolun kənarında üzərinə videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş. Üzəri yoxlanmazdan əvvəl ona təklif edilmişdir ki, üzərində narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş və həmin bükülünü təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 14,67 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilən psixotrop maddə onun özünə məxsusdur bundan başqa onun üzərindən “Redmi” markalı mobil telefon da aşkar edilərək götürülmüşdür. «Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında» istintaq hərəkəti videoçəkilişlə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və protokolun düzgün tərtib edildiyi müəyyənləşdirilmişdir. (c İ, i.v 10-11)
17. «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 20 may 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 2 ədəd zərfə və 1 ədəd DVD diskə baxış keçirilmişdir. DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim olunan görüntüdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd bükümü çıxardıb, həmin bükümdə psixotrop maddə olan metamnfetamin olduğunu bildirmiş, bundan sonra əynindəki şalvarının sol arxa cibindən “Redmi” markalıə mobil telefonunu çıxardıb təqdim etmişdir. Üzərindən aşkar olunan psixotrop maddəyə bənzər kütləni şəxsi istifadəsi üçün 2 ay əvvəl İran İslam Respublikasının vətəndaşı olan şəxsdən aldığını, həmin kütlədən 2-3 qram və ya daha çox miqdarda istifadə etdiyini, sonuncu dəfə 2 gün əvvəl istifadə etdiyini, saxlanıldığı zaman polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığını bildirmişdir. Həmçinin əynində olan şalvarının sol yan cibindən 20 manat pul və əynindəki şalvarının sol arxa cibindən “Redmi” markalı mobil telefon aşkar edilmişdir. 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmış, mobil telefon isə götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs götürülən 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 14,67 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə 1 ədəd zərfdə və “Redmi” markalı telefon da bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərf açılaraq içərisində olan kütləyə baxış keçirilmiş, zərfin içərisində çəkisi 14,67 qram psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə 1 ədəd zərfdə qablaşdırılıb möhürlənmişdir. Həmçinin “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» istintaq hərəkəti videoçəkilişlə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və protokolun düzgün tərtib edildiyi müəyyənləşdirilmişdir. (c İ, i.v 14-15)
18. «Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» 20 may 2025-ci il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 16-23)
19. «Şübhəli şəxsin tutulması haqqında» 20 may 2025-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə, saat 17:45-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 24)
20. Məhkəmə kimyəvi ekspertizasının 21 may 2025-ci il tarixli, 19/211 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə” sözlər və imzalar olan 1 ədəd bükümdə təmiz çəkisi: -14,21 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. (c İ, i.v 41-42)
21. «Baxış keçirilməsi haqqında» 22 may 2025-ci il tarixli protokoldan görünür ki, «Təqdim olunan əşyaya baxış keçirilməsi» və «Şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında» 20 may 2025-ci il tarixli 02 ədəd DVD disklərə baxış keçirilmişdir. Birinci diskə baxış zamanı videogörüntülərdən müşahidə olunmuşdur ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və psixotrop maddənin götürülməsi aparılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İkinci diskə baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş zərfin içərisində psixotrop maddə metamfetamin vardır. (c İ, i.v 57)
22. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. (c İ, i.v 58- 59)
23. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(073)-29/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 may 2025-ci ildən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir: «Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs narkotik vasitə həqiqətən ondan aşkar olunduğunu, törətdiyi əməldən peşman olduğunu bildirərək təqdimatın təmin edilməsinə etirazının olmadığını bildirdi.» (c İ, i.v 76-78)
24. «Əşyanın maddi sübut hesab edilməsi haqqında» 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 14,21 qram metamfetaminin tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq qalmış 14,11 qramı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilməsi qərara alınmışdır. (c İ, i.v 81)
25. Cinayət işinin materiallarında olan Rəşad Vəliyev və Nahid Hüseynov tərəfindən imzalanmış qəbzdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış və iş üzrə maddi sübut hesab edilmiş 14,11 qram metamfetamin Cəlilabad RPŞ-nin TH-nin kiçik inspektoru VMİE, polis baş serjantı X4 təhvil verilmişdir. (c İ, i.v 83)
26. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədiyindən və ya götürülmədiyindən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olan şəxs qismində tanınır. (c İ, i.v 99-101)
27. Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(057)-190/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (c İ, i.v 106-111)
28. Məhkəmə-narkoloji ekspertizasının 23 may 2025-cü il tarixli, 287 nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 127)
29. «Törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında» 10 iyun 2025-ci il tarixli, 1723 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (c İ, i.v 129-130)
30. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. (c İ, i.v 132-134)
31. «Vəsatətə baxılması haqqında» 10 iyun 2025-ci il tarixli qərardan aydın olur ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi X6 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi barədə vəsatətləri əsassız olduğundan təmin edilmədən rədd edilmişdir. (c İ, i.v 143-144)
32. Salyan Rayon İcra Hakimiyyəti "xxxx" MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə "xxxx" MMC-yə heç bir şikayət və ərizə daxil olmamışdır. (c İ, i.v. 148)
33. Salyan Rayon İcra Hakimiyyəti "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Salyan şəhəri, X13 küçəsi, ev 30, mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. (c İ, i.v. 149)
34. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1880 saylı rəyinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v. 156-157)
35. Cəlilabad RPŞ-nin MSY-nin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin MSY-nə daxil olarkən tibbi müayinəsi zamanı üzərində heç bir xəsarət aşkar edilməmişdir. (Cild 2)
36. Təqsirləndirilən şəxs adına açılmış 1600/2025 nömrəli məhkumun tibbi kitabçasının surətindənn görünür ki, istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. (Cild 2)
37. Müdafiə tərəfinin vəsatətinə əsasən Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı gsm nömrələrin 18 may 2025-ci il saat 23:59-dan 21 may 2025-ci il saat 23:59-dək olan müddətdə aktiv olduqları ötürücü stansiyalar və zənglərin detallaşmasına dair məlumatlar müvafiq olaraq Azercell MMC, Bakcel MMC və Azerfon MMC-dən əldə edilərək məhkəmə istintaqı zamanı tədqiq edilmişdir (Cild 2)
38. Dövlət ittihamçısının vəsatətinə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamın CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı olan hissəsində cinayət işi üzrə icraata (cinayət təqibinə) xitam verilmişdir. (Cild 2)
Əməlin tövsifi və digər hüquqi məsələlər:
39. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
40. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə tərəflərin bərabərliyi, çəkişməli məhkəmə prosesi və sair prinsiplərlə yanaşı, həmçinin məhkəmə qərarlarının əsaslandırılması prinsipini ehtiva edir. Bu prinsipə əsasən məhkəmələr qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidirlər (“Papon Fransaya qarşı iş”).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur.
42. Plenum qeyd olunan qərarında daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir.
43. Konstitusiya Məhkəməsinin Plenumu başqa bir qərarında da eyni hüquqi mövqeyi məhkəmələrin diqqətinə çatdırmaqla əməlin düzgün tövsif edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərara əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
44. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
45. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığını, polis əməkdaşlarının ona fiziki zor tətbiq edərək cibinə bir büküm psixotrop maddə qoyduqlarını, polis əməkdaşlarının fiziki təzyiqi altında məcbur qalıb videoçəkiliş zamanı, eləcə də, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə metamfetaminin ona məxsus olduğunu bildirdiyini, ümumiyyətlə narkotik vasitə istifadəçisi olmadığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir.
46. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
47. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar edilmiş bir ədəd bükülüdə 14,21 qram psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, polis əməkdaşlarının ona qarşı zor tətbiq edərək həmin psixotrop maddəni onun cibinə qoyduqlarını bildirsə də, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında 20 may 2025-ci il tarixli protokola əlavə edilmiş CD diskdə olan videogörüntüdən, eləcə də, onun müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdən aydın oldur ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni tanımadığı İran İslam Respublikası vətəndaşından Bakı şəhəri ərazisində əldə etdiyini, hətta həmin psixotrop maddənin bir hissəsini istifadə etdiyini, İran İslam Respublikasının vətəndaşına əldə etdiyi psixotrop maddəyə görə 300 manat pul verməli olduğunu, lakin həmin şəxs onunla əlaqəni kəsdiyindən ödəməni həyata keçirə bilmədiyini qeyd etmişdir.
48. Eyni zamanda Təqsirləndirilən şəxs ümumiyyətlə psixotrop maddə və narkotik vasitə istifadəçisi olmadığını bildirsə də, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 287 nömrəli rəyi ilə onun Stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (TOKSİMANİYA) xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilir.
49. Bundan başqa hökmün 37-ci bəndində qeyd edilmiş, Azercell MMC və Azefon MMC-dən əldə edilmiş məlumatlara baxış zamanı da Təqsirləndirilən şəxs videoçəkilişn saxlanılmasından 40 dəqiqə sonra aparılması, saxlanıldığı yerlə videoçəkilişin aparıldığı yerin fərqli olması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
51. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini həmin hissədə işin faktiki halları ilə uzlaşan mötəbər sübut kimi qəbul edir, bu fikrin məntiqi davamı olaraq məhkəmə istintaqı zamanı üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı göstərdiklərini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut kimi qəbul etmir.
52. Bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması, polis əməkdaşlarının təzyiqi və təhdidi ilə “etirafedici” ifadə verməsi barədə göstərdikləri ilə əlaqədar məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
54. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
55. Məhkəmə istintaqı zamanı əldə edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin MSY-də tibbi müayinəsinə, eləcə də, istintaq təcridanasına daxil olarkən tibbi müayinəsinə dair sənədlərdən görünür ki, onun bədən səthində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.
56. Eyni zamanda iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər.
57. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz polis əməkdaşlarının təzyiqi nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012).
58. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün irəli sürdüyü digər dəlilə yəni, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmaması ilə bağlı göstərdiklərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
59. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası adlandırılan 21-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
60. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır.
61. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, həmin sübutlar qanunamüvafiq yəni, qanuni yolla əldə edilmiş olsun. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.
62. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə həm milli cinayət-prosessual qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir.
63. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən əldə edilməsinə, saxlanılmasına və daşınmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
64. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaranır. Bu Məcəllənin 234.1-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınmasının bu maddə ilə cinayət məsuliyyətinə səbəb olması göstərilir. Göstərilən hər iki maddədə narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak məqsədilə əldə edilməsinin cinayət məsuliyyətinə səbəb olması qeyd edilmişdir.
65. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə 234.4-cü maddəsi arasındakı fərq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə əldə edilib-edilməməsi ilə bağlıdır. Birinci halda təqsirkar narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak, ikinci halda isə satış məqsədilə əldə etmiş olur.
66. Hansı halların satış məqsədinə dəlalət etməsi cinayət qanunvericiliyində birbaşa müəyyən edilməsə də, belə məqsədin işin faktiki hallarına əsasən təsbit edilməsi mümkündür. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarında daha aydın şəkildə ifadə edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəyə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər.
67. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.
68. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
69. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısının 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir.
70. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir.
71. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən cinayət əməlinin, o cümlədən onun ayrı-ayrı hallarının sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır.
72. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
73. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir.
74. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
75. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
76. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
77. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, 2025-ci ilin aprel ayının sonlarında xüsusilə külli miqdarda psixotrop maddəni tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxsiyyəti məlum olmayan şəxslə danışaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə edilib saxlanmaqla daşınması barədə razılaşaraq onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan razılaşmaya uyğun olaraq cinayətkar qrupun məlum olmayan üzvü tərəfindən məlum olmayan tarixdə və şəxaitdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dariəsi kimi tanınan yerin yaxınlığında külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün həmin ünvana gəlmiş, qeyd olunan ərazinin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 14,21 qram olan ağ rəngli kristallarından ibarət olan maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla götürdüyü yerdən kənara daşımışdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” qərar və “şübhəli şəxsin tutulması haqqında” protokolda o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində şübhəli bilinmiş, sonra hər hansı sübut əldə edilmədən “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarda cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanılmış və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İbtidai istintaq boyunca təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəyə münasibətdə satış məqsədinin olması və onun hər hansı şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi barədə hər hansı sübut əldə olunmadan, onun əməli CM-nin 234.4.1 və 234.4.3cü maddələrinə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətidir
78. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəalarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin psixostimulayorların qəbulu nəticəsində yaranan toksimaniya xəstəliyindən əziyyət çəkməsini , üzərində məhz psixostimulyator qrupuna aid metamfetamin aşkar edilməsini, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razılığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitənin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və sair) malik olması, bu barədə məlumatların istər məhkəmə istintaqı zamanı, istərsə də, ibtidai istintaq dövründə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma barədə irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli fərziyyələr üzərində qurulmuşdur.
79. Göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddələni əldə etməsi, üzərində saxlaması və daşımasından ibarət hərəkətlərin, həmin psixotrop maddədən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də, təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olması, iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir.
80. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi (narkotik vasitələrin satışı ilə məşğul olmaması hissəsində), habelə şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır.
81. Beləliklə, məhkəmə cinayət prosesinin ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən, təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, bu Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, onun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddə olan metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir.
82. Bundan əlavə, məhkəmənin istinad etdiyi sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.
83. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, biri-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir.
84. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir.
85. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir.
86. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
87. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
88. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
89. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
90. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
91. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
92. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri).
93. Məhkəmə tərəfindən CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 (bir) azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır.
94. Təqsirləndirilən şəxsin barəsində olan tələbnamədən görünür ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir.
95. Görünüdüyü kimi Təqsirləndirilən şəxs həm xx.xx.2017-ci il tarixli həm də, xx.xx.2021-ci il tarixli barəsində olan hökmlər üzrə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir.
96. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır.
97. Odur ki, məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi əməlində residivin olmasını nəzərə alır.
98. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
99. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 6 (altı) ildən aşağı həddə cəza təyin edilə bilməz.
100. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
101. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
102. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
103. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
104. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
105. Məhkəmə, hökmün 28-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır.
106. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi - 14,21 qram olan metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış – 14,11 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, videogörüntülərin əks olunduğu 02 (iki) ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
107. Azərbaycan Respublikası CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
108. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
109. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
110. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
111. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
112. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Cəlilabad rayon polis şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi - 14,21 qram olan metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış – 14,11 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir..
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva