Məhkəmə qərarları › İş №1(099)-389/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-389/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-389/2022 22.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri-Müdafiəçi1, Müdafiəçi4 və Müdafiəçi2 iştirakı ilə xx xxxx 1989-cu ildə İmişli rayonunun Məhəmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonunun Məhəmmədli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, 26 avqust 1978-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 43-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 25 avqust 1994-cü ildə İmişli rayonunun Xubyarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada avtomobil ustası işləyən, məhkumluğu olmayan, İmişli rayonunun Xubyarlı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq 0,648 qram psixotrop maddə olan metamfetamin əldə edib, daşıyaraq üzərində saxlamış, 7 sentyabr 2021-ci il tarixdə, saat 15 radələrində həmin metamfetamini İmişli şəhəri, H.Əliyev adına parkda tanışı Şahid10 35 (otuz beş) manat pul müqabilində qanunsuz olaraq satmışdır. Bundan başqa o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlanılması, daşınması və satışı barədə razılığa gələrək, bu məqsədlə 08 noyabr 2021-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs3 onun yaşadığı İmişli rayonunun Məhəmmədli kəndində yerləşən evinə gəlib ona və orada olan Təqsirləndirilən şəxs2 satış məqsədi ilə əldə etdikləri külli miqdarda-6,195 qram narkotik vasitə olan heroini, külli miqdarda-3,899 qram psixotrop maddə olan metamfetamini və 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuananı təhvil verib evi tərk etdikdən sonra o, Təqsirləndirilən şəxs2la birlikdə həmin psixotrop və narkotik maddələri realizə etmək üçün bu maddələri evindəki elektron tərəzidə çəkib bükümlərə ayırarkən, daxil olmuş məlumat əsasında həmin gün saat 14 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, və cinayətkar qrupun digər üzvləri-Təqsirləndirilən şəxs2 onun İmişli rayonunun Məhəmmədli kəndindəki evində, Təqsirləndirilən şəxs3 isə həmin evin həyətində saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs1 evinə keçirilən baxış zamanı yataq otağında çarpayının üzərində 1 (bir) ədəd üzərində “Active muss” yazısı olan plastik dərman qabının içərisində 5 (beş) ədəd polietilen bükümdə, ayrı-ayrılıqda 0,844 qram, 0,460 qram, 0,440 qram, 0,573 qram və 0,480 qram, 1 (bir) ədəd siqaret qutusunun içərisində 1 (bir) ədəd şəffaf polietilen bükümdə 0,866 qram, 1 (bir) ədəd bükümdə 2,492 qram, 1 (bir) ədəd pul əskinasının içərisində 0,04 qram olmaqla cəmi, külli miqdarda-6,195 qram narkotik vasitə olan heroin, 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda 3,554 qram, 0,163 qram və 0,182 qram olmaqla cəmi, külli miqdarda-3,899 qram psixotrop maddə olan metamfetamin və 1 (bir) ədəd kağız bükümdə 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuana, o cümlədən psixotrop və narkotik maddələrin çəkisinin ölçülməsində istifadə olunan 1 (bir) ədəd elektron tərəzi aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlanılması, daşınması və satışı barədə razılığa gələrək, bu məqsədlə 08 noyabr 2021-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 yaşadığı İmişli rayonunun Məhəmmədli kəndində yerləşən evinə gəlib orada ona və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə etdikləri külli miqdarda-6,195 qram narkotik vasitə olan heroini, külli miqdarda-3,899 qram psixotrop maddə olan metamfetamini və 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuananı təhvil verib evi tərk etdikdən sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin psixotrop və narkotik maddələri realizə etmək üçün evdəki elektron tərəzi vasitəsilə çəkib bükümlərə ayırarkən, daxil olmuş məlumat əsasında həmin gün saat 14 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o və Təqsirləndirilən şəxs1 sonuncunun İmişli rayonunun Məhəmmədli kəndindəki evində, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 isə evin həyətində saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs1 evinə keçirilən baxış zamanı yataq otağındakı çarpayının üzərində 1 (bir) ədəd üzərində “Active muss” yazısı olan plastik dərman qabının içərisində 5 (beş) ədəd polietilen bükümdə, ayrı-ayrılıqda 0,844 qram, 0,460 qram, 0,440 qram, 0,573 qram və 0,480 qram, 1 (bir) ədəd siqaret qutusunun içərisində 1 (bir) ədəd şəffaf polietilen bükümdə 0,866 qram, 1 (bir) ədəd bükümdə 2,492 qram, 1 (bir) ədəd pul əskinasının içərisində 0,04 qram olmaqla cəmi, külli miqdarda-6,195 qram narkotik vasitə olan heroin, 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda 3,554 qram, 0,163 qram və 0,182 qram olmaqla cəmi, külli miqdarda-3,899 qram psixotrop maddə olan metamfetamin və 1 (bir) ədəd kağız bükümdə 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuana, o cümlədən psixotrop və narkotik maddələrin çəkisinin ölçülməsinə istifadə olunan 1 (bir) ədəd elektron tərəzi aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlanılması, daşınması və satışı barədə razılığa gələrək, bu məqsədlə 08 noyabr 2021-ci il tarixdə, saat 14 radələrində o, Təqsirləndirilən şəxs1 yaşadığı İmişli rayonunun Məhəmmədli kəndində yerləşən evinə gəlib orada olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə etdikləri külli miqdarda-6,195 qram narkotik vasitə olan heroini, 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda-3,899 qram psixotrop maddə olan metamfetamini təhvil verib evi tərk etdikdən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin psixotrop və narkotik maddələri realizə etmək üçün evdəki elektron tərəzi vasitəsilə çəkib bükümlərə ayırarkən, daxil olmuş məlumat əsasında həmin gün saat 14 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncunun İmişli rayonunun Məhəmmədli kəndindəki evində, o isə evin həyətyanı sahəsində saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs1 evinə keçirilən baxış zamanı yataq otağındakı çarpayının üzərində 1 (bir) ədəd ağ rəngli, üzərində “Active muss” yazısı olan plastik dərman qabının içərisində 5 (beş) ədəd polietilen bükümdə, ayrıayrılıqda 0,844 qram, 0,460 qram, 0,440 qram, 0,573 qram və 0,480 qram, 1 (bir) ədəd siqaret qutusunun içərisində 1 (bir) ədəd şəffaf polietilen bükümdə 0,866 qram, 1 (bir) ədəd bükümdə 2,492 qram, 1 (bir) ədəd pul əskinasının içərisində 0,04 qram olmaqla, cəmi, külli miqdarda-6,195 qram narkotik vasitə olan heroin, 3 (üç) ədəd bükümdə, ayrıayrılıqda 3,554 qram, 0,163 qram və 0,182 qram olmaqla, cəmi, külli miqdarda-3,899 qram psixotrop maddə olan metamfetamin və 1 (bir) ədəd kağız bükümdə 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuana, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin çəkisinin ölçülməsi üçün nəzərdə tutulan 1 (bir) ədəd elektron tərəzi aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, əvvəllər evli olmuş, hazırda subaydır, himayəsində üç azyaşlı uşağı vardır, tutulan vaxtadək azyaşlı uşaqları və anası Zenfira ilə birlikdə İmişli rayonunun Məhəmmədli kəndində yaşamışdır. Tutulandan sonra azyaşlı qızı əlindən alınıb körpələr evinə verilmiş, digər iki uşağı isə yaşlı anası Zenfira Soltanova himayəsində qalmışdır.Heç bir yerdə işləməmiş, anasının maddi köməyi ilə uşaqlarını saxlamışdır. İstifadəsində 55/697-34-09 saylı mobil telefon nömrəsi olmuşdur.Xeyli müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də “nəşə” (marixuana) və “patı” (metamfetamin) adlanan narkotiklərdən istifadə etmişdir.Əvvəllər bir dəfə istifadəsi üçün narkotik maddə əldə edib saxladığına görə məhkum olunmuş, lakin himayəsində azyaşlı uşaqları olduğu üçün o, cəza çəkməkdən azad olunmuşdur (hökmün icrası təxirə salınmışdır). İmişli şəhər sakini Şahid10 (Şahid10) tanıyır, aralarında yaxın münasibətləri olmuşdur.Aytac da narkotiklərdən istifadə edir, onunla bir neçə dəfə birlikdə narkotiklərdən istifadə etmişlər.Bir yerdə istifadə etmək üçün pul qoyub patı və nəşə alıb çəksələr, o, Aytaca heç vaxt patı və ya nəşə satmamışdır. O, 07 sentyabr 2021-ci ildə evində olmuş, həmin gün İmişli şəhərində parkda Aytacla görüşüb ona 35 manata metamfetamin satmamış, Aytacın bununla bağlı dedikləri yalandır və o, buna görə verilmiş ittiham üzrə özünü təqsirli bilmir.Aytacla telefon danışığı çox olmuş, aralarında qarşılıqlı olaraq yazılmış mesajlar nəşə əldə edib birlikdə istifadə etmək barədə olmuşdur.Təqsirləndirilən şəxs2 və “Lələ” adı ilə çağırılan Təqsirləndirilən şəxs3 xeyli vaxtdır ki, tanıyır, hər ikisi ilə münasibətləri yaxşı olmuş, onlar onun evinə gəlib-getmişlər, evinə gəldikləri vaxt onlar birlikdə narkotik maddə qəbul etmişlər. 08 noyabr 2021-ci il tarixdə, günorta vaxtı Ramillə telefonla danışarkən uşağı ac olduğu üçün ağladığını demiş və bu səbəbdən Ramil uşaq yeməyi alıb onun evinə gəlmişdir.Həmin gün səhər saatlarında Habil ona zəng etmiş, lakin o, cavab verməmiş, sonra günorta saatlarında Habil onun evinə gəlmişdir.Həmin vaxt evdə özü və Ramil olmuşlar.Habil evə daxil olub əlindəki bükümü ona vermiş, həmin bükümün içərisində heroin olmuşdur.Habil verdiyi heroni tərəzidə çəkib ona verməsini demiş, sonra gəldiyi maşının yanına gedib-gəlirəm deyib evdən həyətə çıxmışdır.Sonra o, Ramllə birlikdə Habilin gətirdiyi heroini tərəzidə çəkməyə başlayarkən bir qrup polis əməkdaşı evə daxıl olub onları tutmuşdur. Bundan sonra özünün və Ramilin iştirakı ilə evə baxış keçirilmiş və baxış zamanı evin yataq otaqdakı çarpayının üzərində olan, bir az əvvəl Habilin ona verdiyi heroini, Ramilin özü ilə gətirdiyi metamfetamini və özünün istifadəsi üçün aldığı az miqdarda marixuananı və bir ədəd elektron tərəzini aşkar edib götürmüşlər.Ramillə o, həmin maddələri tərəzidə çəkərkən polis əməkdaşları evə daxil olmuşlar.Onun narkotik maddələrin satışı ilə bağlı Ramil və Habillə əvvəlcədən razılaşması olmamış, heç kimə narkotik maddələr satmamış, Ramilin və Habilin kiməsə narkotik maddələr satması barədə məlumatı yoxdur.Habil gətirdiyi heroini tərəzidə çəkib özünə qaytarmaq üçün ona vermiş, Ramil özünün gətirdiyi metamfetamini tərəzidə çəkib istifadə etmək istəmiş, özü də marixuananı tərəzidə çəkib istifadə etmək fikrində olmuşdur. Habil və Ramil istifadə etmələri üçün özləri ilə narkotik maddənin onun evinə gətiriblər.Evində aşkar olunan heroin Habilə, metamfetamin Ramilə, marixuana və elektron tərəzi özünə aiddir. Həmin gün polis onu və Ramili saxlayandan sonra ona məlum olmuşdur ki, həyətində polislər Habili də tutmuşdur.Əvvəllər onun Habillə və Ramillə birlikdə narkotik maddələrin alqı-satqısı olmamışdır.Gülnarə və Seymur adlı şəxsləri tanımır, həmin şəxslərlə onun heç bir əlaqəsi yoxdur.İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. İstifadəsində olan həmin telefon nömrəsinə gələn zənglər və mesajlar barədə, həmçinin özünün kimlərəsə göndərdiyi mesajlarla bağlı heç nə bilmir, narkotiklə bağlı olması deyilən mesajları ona kimin göndərdiyini və belə mesajların onun kiməsə göndərməsini xatırlamır.O, narkotik maddələrin satışı ilə məşğul olmamış, buna görə verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün şəxsi istifadəsi üçün narkotik maddə əldə edib saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermiş, eyni zamanda həmin ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və “Lələ” ləqəbli Təqsirləndirilən şəxs3 yaxından tanıyır. Hər iki şəxs mütəmadi olaraq ayrı-ayrı vaxtlarda onun evinə gəlib-getmiş və evində olarkən birlikdə narkotik maddələr qəbul etmişlər.08 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində Ramil, sonra Habil onun evinə gəlmişdir.Evə daxil olarkən Habilin ovucunda selofan torbada narkotik vasitələr-“kakos, şüşə və qurudulmuş marixuana” olmuşdur. Sonra Habil əlindəki bükümdə olan narkotikləri yerdə olan taxt döşəyinin üzərinə qoyub ona “Nərgiz, mən bu malı İranlıya qoymuşam, mənə kömək et bunu əridim” demiş, o da Habilə “Bunu neyniyim, nətər edim” demiş, Habil isə ona “Açıb, tərəzidə çəkim, verim sənə” demişdir. Bu söhbətindən sonra Habil gəldiyi avtomobilin yanına gedib-gələcəyini bildirib evdən çölə çıxmışdır. Tarixini xatırlamadığı vaxtda Habil onun evinə gəlib 27 qram metamfetamin verib bu maddədən 600 manatlıq hissəsini satmasını, yerdə qalan hissəsini isə özünün istifadə etməsini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 onun evinə 1-2 dəfə gəlmiş və ona çəkisini bilmədiyi marixuana, heroin və metamfetamin vermişdir.O, Habilin ona verdiyi heroini sataraq pulunu Habilə vermiş, marixiuananı özü istifadə etmiş, metamfetamindən isə həm istifadə etmiş, həm də satmışdır. 08 noyabr 2021-ci il tarixdə Habil gətirdiyi metafetamini satmasını, qarşılığında isə ona (Habilə) 250 manat pul verməsini bildirmiş, o da evdə olan 130 manat pulu Habilə vermişdir.Evinə gələrkən Təqsirləndirilən şəxs2 üzərində istifadə etməsi üçün heroin gətirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini ümumən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, onun evində aşkar olunmuş heroin Habilə, metamfetamin Ramilə, marixuana və tərəzi özünü məxsusdur. O, Habelə 130 manatı narkotik maddəyə görə yox, borc olaraq vermişdir.O, narklotik maddələrin satışı ilə məşğul olmamış, buna görə verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün şəxsi istifadəsi üçün narkotik az miqdarda marixuana əldə edib saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli biliib ifadəsində göstərmişdir ki, o, subaydır, 3-cü qrup əlildir, rəsmi olaraq heç bir yerdə işləməsə də, tikinti sahələrində fəhlə işləmişdir.On ildən artıqdır ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmiş, hazırda narkomaniya xəstəsidir.Əvvəllər bir dəfə, 2013-cü ildə narkotik maddələr əldə edib saxladığına görə 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2019-cu ildə azadlığa buraxılmışdır.Təqsirləndirilən şəxs1 İmişli rayon sakini kimi tanımış və münasibətləri yaxşı olmuşdur.Nərgiz də narkotik istifadəçisidir və İmişli rayonunun Məhəmmədli kəndində yaşayır.O, Nərgizgilə gedib-gəlmiş və birlikdə narkotiklərdən istifadə etmişlər. Habili yaxından tanımasa da, onu Nərgizin evində bir-iki dəfə görmüş, bildiyinə görə Habil də narkotiklərdən istifadə edir. 07 noyabr 2021-ci il tarixdə, gecə saatlarında Nərgizlə telefonla danışarkən Nərgiz uşağının yeməyi olmadığını demiş, bu səbəbdən də o, mağazadan uşaq yeməyi alıb Nərgizin evinə getmiş və gecəni onun evində qalmışdır. Səhərisi gün günorta vaxtı “Lələ” adı ilə çağırılan Habil adlı şəxs Nərgizin evinə gəlmişdir. Habil evə daxil olarkən onun əlində nəsə olub-olmamasını bilməmiş, görməmiş, Habilin Nərgizə narkotik maddə verməsini bilməmişdir. Habil Nərgizlə söhbət etdikdən sonra çölə çıxmışdır. Bir az sonra bir qrup polis əməkdaşı evə daxil olub onu və Nərgizi tutmuş, sonra onun və Nərgizin iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı evdə heroin, metamfetamin, marixuana və tərəzi aşkar olunmuşdur.Aşkar olunan heroinin 2 qramı özünə aiddir, həmin heroini özünün şəxsi istifadəsi üçün gətirmişdir. Heroinin qalan hissəsi, metamfetamin, marixuananın və tərəzinin kimə məxsus olmasını bilmir.O, heç kimə narkotik maddələr satmamış və bu işlə məşğul olmamışdır. İstifadəsində 50/562-10- 12 saylı mobil telefon nömrəsi olmuşdur. İstifadəsində olan həmin telefon nömrəsinə gələn zənglər və mesajlar barədə, həmçinin özünün kimlərəsə göndərdiyi mesajlarla bağlı heç nə bilmir, narkotiklə bağlı olması deyilən mesajları ona kimin göndərdiyini və belə mesajların onun kiməsə göndərməsini xatırlamır.O, narklotik maddələrin satışı ilə məşğul olmamış, buna görə verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün şəxsi istifadəsi üçün təxminən 2 qram heroin əldə edib saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermiş, eyni zamanda həmin ifadələrində göstərmişdir ki, tanış olduğu Təqsirləndirilən şəxs1 İmişli rayonunun Məhəmmədli kəndində yerləşən evində, özü isə İmişli şəhəri, P.Həsənov küçəsi, ev 43 ünvanında olan evində yaşamışdır.O, Nərgizin evinə gedərkən onunla birlikdə narkotiklər qəbul etmişlər. 08 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində o, Nərgizin evinə getmişdir.Günorta saatlarında “Lələ” ləqəbi ilə tanıdığı şəxs Nərgizin evinə gəlmiş, evə daxil olanda “Lələ”nin (Təqsirləndirilən şəxs3) ovucunda sellofan bükümdə əşya olmuş və o, həmin əşyanı Nərgizə verib getmişdir. Həmin vaxt o, “Lələ”nin Nərgizə verdiyi bükümdə narkotik maddə olduğunu bilmişdir.Sonra o, Nərgizin evində olan elektron tərəzini götürüb, “Lələ”nin verdiyi bükümdəki narkotik maddəni Nərgizlə birlikdə ölçməyə başlamış, bu zaman polis əməkdaşları evə daxil olub onları tutmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini ümumən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ifadəsində Habilin Nərgizin evinə gələrkən narkotik maddə gətirməsinə dair yazılanları təsdiq etmir, ifadəsinin qalan hissəsini isə təsdiq edir.O, narklotik maddələrin satışı ilə məşğul olmamış, buna görə verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün şəxsi istifadəsi üçün heroin əldə edib saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Yaşadığı ərazidə fərdi qaydada avtomobil təmiri ilə məşğul olmuşdur. Əvvəllər narkotiklərdən bir neçə dəfə istifadə etsə də, sonradan istifadə etməmişdir.Tanıdığı şəxslər onu “Lələ” adı ilə çağırırlar.Nərgizi bir dəfə görüb tanısa da, yaxın münasibəti olmamış, onun narkotik satmasını isə eşitmişdir.Ramili rayon sakini kimi tanımış, onunla heç bir əlaqəsi olmamışdır. İstifadəsində 051/519-59-89 saylı mobil telefon nömrəsi olmuşdur.08 noyabr 2021-ci il tarixdə, günorta saatlarında tanışı Seymur adlı şəxs ona zəng edib İmişli şəhərinə getməyə taksi tapmasını xahiş etmiş, o da həmkəndlisi, taksi sürücüsü Mirzə ilə telfonla danışıb taksi lazım olduğunu demiş, Mirzə də razılaşıb iki nəfər məktəbli uşağı da İmişli şəhərinə məktəbə aparacağını bildirib onları da aparacağını demişdir.Sonra Mirzə maşınla gəlib əvvəl onu işlədiyi yerdən götürmüş, həmin vaxt maşında iki nəfər uşaq da olmuş, sonra Xalid adlı şəxsin fermasına gedib Seymuru və Gülnarə adlı qadınla maşına götürmüşdür.Onlar İmişli şəhərinə gəlmiş, İmişli şəhərində məktəbli uşaqlar avtomobildən düşmüş, bundan sonra Gülnarə avtomobildən düşüb Beynəlxalq bankdan pul çıxartmağa getmiş, sonra geri qayıdıb pul çıxara bilmədiyini, bankın saat 2-dən sonra işləyəcəyini demişdir.Bundan sonra onlar Seymurun sifarişi ilə həmin taksi ilə İmişli rayonunun Məhəmmədli kəndinə Nərgizin yaşadığı evə getmişlər.Mirzə avtomobili Nərgizin evinin həyət darvazanın qarşısında saxladıqdan sonra Seymur ona “bizim burda işimiz var.Taksi bir az sonra gəlib bizi götürər” demiş, o da Seymura “bunu taksi sürücüsü ilə özün danış” demişdir.Sonra Gülnarə əl sumkasını götürüb avtomobildən düşüb Nərgizin evinin həyətinə girəndə o, Gülnarənin iki ədəd sumkasını avtomobilin yük yerindən götürüb Gülnarəyə vermək istəmiş, elə bu zaman Nərgizin evinin həyətindən çıxan polis əməkdaşları onu orada tutub saxlamışlar. Həmin vaxt o, Nərgizin evinə girməmiş, ona narkotik maddələr verməmişdir. Nərgizin evində aşkar olunmuş narkotik maddələr ona məxsus deyil və həmin maddələrin kimə məxsus olmasını bilmir.O, Nərgiz və Ramillə narkotik maddələrin satışı ilə bağlı heç bir cinayət əlaqəsinə girməmiş, narkotik maddələrin satışı ilə məşğul olmamış və buna görə verilən ittiham üzrə özünü təqsirli bilmir. İstifadəsində olmuş mobil telefon nömrəsinə gələn zənglər və mesajlar barədə, həmçinin özünün kimlərəsə göndərdiyi mesajlarla bağlı heç nə bilmir, narkotiklə bağlı olması deyilən mesajları ona kimin göndərdiyini və belə mesajların onun kiməsə göndərməsini xatırlamır. Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermiş, eyni zamanda həmin ifadələrində göstərmişdir ki, o 2018-ci ildə 4-5 dəfə qurudulmuş marixuanadan istifadə etmişdir. Həmin narkotiki kimdən alması yadında deyil. 08 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində həmkəndlisi, taksi sürücüsü Mirzə avtomobili ilə tanışı Seymur və Gülnarə adlı şəxsləri Seymurun sifarişi ilə Nərgizin yaşadığı evə apararkən o da avtomobildə olmuşdur.O, Nərgizi narkotiklərin satıcısı kimi tanımış və əvvəllər Nərgizdən qurudulmuş marixuana almışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, Nərgizə heç bir narkotik maddə verməmiş, Nərgizin bununla bağlı dedikləri yalandır. O, heç bir cinayət əməli törətməmiş, bu iş üzrə ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanıyır və aralarında yaxın münasibətlər olmuşdur. O, xeyli müddətdir ki, metamfetamindən istifadə etməyə başlamış və o, dəfələrlə istifadə etməsi üçün metamfetamini tanışı Nərgiz adlı qadından almışdır.Sonuncu dəfə 07 sentyabr 2021ci il tarixdə, saat 15 radələrində o, Nərgizlə İmişli şəhərində, “H.Əliyev” adına parkında görüşüb ona 35 manat verib istifadəsi üçün bir büküm metamfetamin almışdır. Sonra o, Nərgizdən ayrılıb gedərkən polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən Nərgizdən aldığı metamfetamin əl çantasında olmuşdur. Polis şöbəsində üzərində axtarış aparılarkən əl çantasında olan bir bükümdə metamfetamin aşkar olunub götürülmüşdür. Şifahi sorğu zamanı o, aşkar olunmuş metamfetamini tanışı Nərgizdən 35 manata aldığını bildirmişdir. İstifadəsində 050/658-64-00 saylı mobil telefon nömrəsi olmuş və həmin nömrə ilə Nərgizin mobil telefon nömrəsinə zəng edib danışmış, mesajlar göndərmiş, həmçinin Nərgiz də ona zəng edib mesajlar yazmışdır. Məhkəmə iclasında Şahid5 İsmayıl oğlu ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ-nin əməkdaşıdır. 07 sentyabr 2021-ci il tarixdə İmişli şəhər sakini Şahid10 narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupu tərəfindən Şahid10 olduğu yer müəyyən edilib müşahidəyə götürülmüşdür.Həmin gün saat 15 radələrində Şahid10 İmişli şəhərindəki “H.Əliyev” adına parkda Təqsirləndirilən şəxs1 ilə görüşmüş, həmin vaxt Nərgizin əlində Aytaca nəsə verməsini müşahidə etmişlərgörmüşlər. Aytac Nərgizdən aralanıb parkdan çıxaraq əməliyyat qrupu tərəfindən saxlanılıb polis şöbəsinə gətirilmişdir. Şöbədə Şahid10 üzərində vəkilin və hal şahidlərin iştirakı ilə axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Şahid10 əl çantasının içərisindən bir bükümdə metafetaminə oxşar kütlə aşkar olunmuşdur.Şifahi sorğu zaman Şahid10 üzərində aşkar olunan kütlənin metamfetamin olduğunu və həmin metamfetamini tanışı Nərgiz adlı qadından pulla aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ-nin əməkdaşıdır. 08 noyabr 2021-ci il tarixdə İmişli rayonunun Məhəmmədli kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik maddələr saxlaması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılıb təxirəsalınmaz əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin gün, saat 14 radələrində əməliyyat qrupu Təqsirləndirilən şəxs1 yaşadığı ünvana (İmişli rayonunun Məhəmmədli kəndinə) gedib Nərgizin evi müşahidəyə götürülmüşdür.Müşahidə zamanı Təqsirləndirilən şəxs1 evinin yanında dayanmış “VAZ-2106” markalı taksi avtomobildən bir qadın və iki kişinin düşmələrini görmüşlər.Sonra müşahidə edilmişdir ki, bir qadın və bir kişi Nərgizin evinin həyətinə daxil olmuş, sürücü avtomobilin yük yerindən nəsə götürməklə məşğul olmuş, digər şəxs isə avtomobilin yanında dayanmışdır.Bundan sonra əməliyyat qrupu Təqsirləndirilən şəxs1 evinin həyətinə daxil olan şəxsləri saxlamış, daha sonra qrup Nərgizin evinə daxil olub evə baxış keçiriləcəyi bildirmiş, Nərgiz də etiraz etməmişdir. Sonra təhqiqatçı Mehdi Hüseynzadə tərəfindən Nərgizin və evdə olan Ramil adlı şəxsin iştirakı ilə, həm də videoçəkilişlə evə baxış keçirilmişdir.Baxış zamanı evin yataq otağında taxtın(çarpayının) üzərinə səpələnmiş halda pul əskinasları, bir ədəd elektron tərəzi, plastik qabın içərisində sellofann bükümlərdə heroinə oxşar kütlələr, həmçinin digər bir neçə bükümlərdə heroin və metamfetaminə oxşar kütlələr və bir bükümdə marixuanaya oxşar kütlə aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş kütlələrin heroin, metamfetamin və marixuana olduğunu, həmin narkotikləri tanışı Habil adlı şəxsin gətirdiyini və buna görə ona pul verdiyini bildirmişdir.Aşkar olunmuş kütlələr və elektron tərəzi qablaşdırıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Daha sonra saxlanılmış şəxslər polis şöbəsinə aparılmışlar. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, özünə məxsus “VAZ-2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur.Təqsirləndirilən şəxs3 həmkəndlisidir və onu “Lələ” ləqəbi ilə tanıyır. 8 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində Habil ona zəng edib müştəri olduğunu, həmin iki nəfər müştərini özü ilə birlikdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən götürüb İmişli şəhərinə aparıb-gətirməsini demiş, o da razılaşmışdır. Həmin vaxt o, iki nəfər məktəbli uşaqları də İmişli şəhərinə aparacağına Habilə demiş, Habil də etiraz etməmişdir. Sonra o, avtomobillə gedib iki nəfər məktəblini, sonra Habili götürmüş, daha sonra Bəhrəmtəpə qəsəbəsində xatırlamadığı fermadan iki nəfər-bir qadın və bir oğlanı maşına götürmüşdür. Həmin şəxslərin əllərində 2 ədəd göy rəngli sellofan torba da olmuş və o, həmin torbaları maşının yük yerinə qoymuşdur.Bundan sonra İmişli şəhərinə getmiş və Beynalxalq Bankın yanında iki nəfər məktəbli avtomobildən düşmüş, avtomobildə olan qadın isə pul çıxartmaq üçün banka getmiş, 5 dəqiqə sonra geri qayıdıb avtomobilə minib bankda nahar fasiləsi olduğu üçün pul çıxara bilmədiyini demişdir. Sonra onlar avtomobili İmişli rayonunun Məhəmmədli kəndinə sürdürmüş, Məhəmmədli kəndində əsas yolda olarkən Habil yoldan 30-40 metr aralıda yerləşən evi göstərib həmin evdə avtomobildə olan sərnişinlərin işi olduğunu və ora dəyib getmək lazım olduğunu demiş, o da avtomobili həmin evin həyət darvazasının qarşısına sürüb saxlamışdır.Sonra Habil, oğlan və qadın avtomobildən düşmüş, Habil evin həyətinə girmiş, oğlan ilə qadın darvazanın qarşısında dayanıb gözləmişlər.Həmin vaxt o, avtomobildən düşməmiş, avtomobildə telefonla məşğul olmuşdur.Sonra o, Habilin gec gəldiyini görüb onu çağırıb “Lələ gec olacaqsa mən gedim. Mən məktəbə uşaq düşürtməliyəm” demiş, bu zaman ayağı axsayan oğlan gəlib avtomobildən torbaları götürüb onun getməsini demiş, o da avtomobildən düşüb yük yerini açmış, həmin oğlan torbaları götürmək istəyərkən, polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edib onlardan evin həyətində gözləmələrini bildirmiş, onlar da polis əməkdaşlarının dediyini etmişlər.Sonra polis əməkdaşları evdəki adamları səsləyib çağırmış, evdən bir kişi və bir qadın çıxmışdır. Bundan sonra polis əməkdaşları evə daxil olub baxış keçirmişlər. Daha sonra onlar rayon polis şöbəsinə aparılmış və orada onun izahatını almışlar. Orada ona məlum olmuşdur ki, həmin evdən narkotik vasitələr aşkar olunmuşdur.O, avtomobilində olan müştərliləri tanımamış, həmin şəxslər barəsində heç bir məlumatı olmamış, onlar Habilin tanışları olmuş və onları əvvəllər görməmişdir. Avtomobildə olarkən Seymur adlı şəxsin Habilə “Bizim burda işimiz var, taksi bir az sonra gəlib bizi götürər” dediyini, Habilin isə Seymura “Bunu taksi sürücüsü ilə özün danış” deməsi söhbəti olmamışdır. Habil və iki nəfər şəxs avtomobildən düşdükdən sonra o, təxminən 5 dəqiqə gözləmiş, həmin şəxslərin gec gəldiyini görüb Habilə getməli olduğumu dedikdən sonra axsayan oğlan gəlib avtomobildən torbaları götürmüş, sonra ora polis əməkdaşları gəlmişdir.Həmin vaxt Habil evinin həyətində olmuşdur.Avtomobilin salonunda sumka olmamış, avtomobilin yük yerində 2 ədəd sellofan torba olmuş və həmin torbaları onun avtomobili ilə gələn axsayan oğlan götürmüşdür. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 sentyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə İmişli RPŞ-nin TB-nin təhqiqatçısı Ərşad Süleymanov tərəfindən müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Şahid10 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Aytac Əhmdovanın əl çantasının içərisindən bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2021-ci il tarixli rəyinin surəti ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “ Şahid10 üzərindən .” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,648 qram olan maddə küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İşdə olan, İmişli RPŞ-nin əməkdaşının 08 noyabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, İmişli rayonunun Məhəmmədli kənd sakini Təqsirləndirilən şəxs1 fərdi yaşayış evində narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. İşdə olan, “Baxış haqqında” 08 noyabr 2021-ci protokolla müəyyən edilir ki, həmin tarixdə imişli RPŞ-nin TB-nin təhqiqatçısı Mehdi Hüsyenzadə tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı İmişli rayonunun Məhəmmədli kəndində olan fərdi yaşayış evinə polis əməkdaşları, Təqsirləndirilən şəxs1 və həmin vaxt orada olan Təqsirləndirilən şəxs2 iştirakları ilə, həm də videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında olan taxtın (çarpayının) üzərində səpələnmiş halda pul əskinasları, 1 ədəd elektron tərəzi, üzərində “Active muss” yazılmış, plastik ağ rəngli dərman qabının içərisində 5 ədəd şəffaf polietilen kəsiyi bükümlərdə, narkotik vasitə olan heroinə oxşar kütlə, 1 ədəd qara rəngli siqaret qutusunda kağızın içərisində 2 ədəd şəffaf polietilen bükümlərdə və 1 ədəd pul əskinasının içərisində narkotik vasitə olan heroinə oxşar kütlə, 3 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə və 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlələr və bir ədəd elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, kompleks məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasını 09 noyabr 2021ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin ” sözləri yazılmış kağız paketi açdıqda bir ədəd ağ rəngli plastik dərman qabının içərsində 05 ədəd şəffaf polietilen bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 0,844 qram, 0,460 qram, 0,440 qram, 0,573 qram qəhvəyimtil rəngli maddə, 0,480 qram tünd qəhvəymtil rəngdə maddə, bir ədəd qara rəngli siqaret qutusunun içərsində bir ədəd şəffaf polietieln bükümdə təmiz çəkisi 0,866 qram qəhvəyimtil rəngli maddə, bir ədəd şəffaf polietieln bükümdə təmiz çəkisi 2,492 qram tünd qəhvəyimtil rəngli maddə, bir ədəd pul əskinasının içərisində təmiz çəkisi 0,04 qram qəhvəyimtil rəngli maddə, ümumi təmiz çəkisi 6,195 qram olan, qəhvəyimtil və tünd qəhvəyimtil rəngli maddələr-heroindir.Üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 3,554 qram, 0,163 qram, 0,182 qram ümumi təmiz çəkisi 3,899 qram ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddələr küstar üsullar hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Bir ədəd kağız bükümdə təmiz çəkisi 0,38 qram olan yaşımıtl rəngli xırdalanmış, xırdalanmış qurudulmuş bitki mənşləi kütlə çətənə (kanabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasiə olan qurudulmuş marixuanadır.Təqdiqata təqdim olunmuş üç ədəd bükümdə olan psixotrop maddə metamfetamin eyni tərkiblidir.Təqdiqata təqdim olunmuş beş bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,844 qram, 0,460 qram, 0,440 qram, 0,573 qram, 0,866 qram, bir ədəd pul əskinasının içərsində təmiz çəkisi 0,04 qram, ümumi təmiz çəkisi -3,223 qram olan heroin eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,480 qram, 2,492 qram ümumi təmiz çəkisi-2,972 qram olan heroin eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş beş ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi çəkisi-0,844 qram, 0,460 qram, 0,440 qram, 0,573 qram, 0,866 qram, bir ədəd pul əskinasının içərisində təmiz çəkisi 0,04 qram, ümumi təmiz çəkisi 3,223 qram olan heroin və iki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi-0,480 qram, 2,492 qram ümumi təmiz çəkisi -2,972 qram olan heroin eyni tərkibli deyil.Ekspertiza tədqiqatından sonra qalıq heroin 6,035 qram, qalıq metamfetamin 3,749 qram və qalıq qurudulmuş marixuana 0,36 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat 90 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 20 yanvar 2022-ci il tarixli və “Cinayət işinin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” 23 aprel 2022-ci il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 6,035 qram heroin, qalıq 3,749 qram metamfetamin, qalıq 0,36 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə telefon danışıqlarına dair məlumatlar yazılmış iki ədəd CD disk və baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Habelə iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0,598 qram metamfetamin Şahid10 barəsində olan cinayət işi üzrə (hazırki cinayət işinin ayrıldığı) maddi sübutdur. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlara dair məlumatlarda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055/697-34-09 saylı mobil telefon nömrəsi ilə Şahid10 istifadəsində olan 050/658-64-00 saylı mobil telefon nömrəsi arasında çoxsaylı dınışıqlar və qarşılıqlı mesajlar qeydə alınmış, o cümlədən xx/xx/2021-ci il tarixdə 050/658-64-00 nömrədən 055/697-34-09 saylı nömrəyə “Weyi aardim waka gile cekecekler”, xx/xx/2021-ci tarixdə “Az yari var sende tez xeber et”, xx/xx/2021-ci il tarixdə “05 getire bilirsen”, xx/xx/2021-ci il tarixdə “Mendrdir pul”, xx/xx/2021-ci il tarixdə 055/697-34-09 nömrədən 050/658-64-00 saylı nömrəyə “Ayka salam 10 doburu patı var .1 ceten doburdu ısteyen olsa de”, xx/xx/2021-ci il tarixdə “Az cet tapıwam”, xx/xx/2021-ci tarixdə “Ayka wey tapa bilirsen ama pul yoxdu p var”, xx/xx/2021ci il tarixdə “Menem nergizdi” və s. məzmunlu mesajlar göndərilmişdir. İşdə olan, “"xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 16 yanvar 2022-ci il tarixli protokolla müəyyən edilir ki, 050/562-10- 12 saylı mobil nömrə Təqsirləndirilən şəxs2, 051/519-59-89 saylı mobil nömrə Təqsirləndirilən şəxs3 və 055/697-34-09 saylı mobil nömrə Təqsirləndirilən şəxs1 aiddir. Həmin şəxslərin arasında və digər şəxslərlə çoxsaylı telefon danışıqları və mesajlar qeydə alınmış, o cümlədən xx.xx.2020-ci il tarixdə 055/463-76-68 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Bratka otur taksiyə tez gəl narahat olma mənim özümdə tema Var” məzmunlu, xx.xx.2021-ci il tarixdə 050/710-44-04 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Sene bugun vuracam gorum sen vexda rufet kimdi axsam telefonu malnan desrsizmis.ramil. senin agzu cirib borse qoyaram rufede vuracam telesme bilirem evin yerin gelim evde agzuza ikuzde telesme narkaman cindir ucey sen ag elemsen sen kimsenki menim telefonmu satrsan senin var o telefonu sat vexda rufet satsin size vuracam telesmeyin ikizde verecem bugun polse agzuza sizin” məzmunlu, xx.xx.2021-ci il tarixdə 055/388-46-98 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “QAQA TEZDENKİNDE QALİBSA BUNA BİR DAMÇİ VER ÇEKSİN” məzmunlu, xx.xx.2021-ci il tarixdə 055/388-46-98 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Qaqa gedirem pati goturum gelirem” məzmunlu, xx.xx.2021-ci il tarixdə 070/755-50-54 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Qaqa zeng vurandada zeng catmir sene yarim duzub qowmaq olar ? Basiva donum” məzmunlu, xx.xx.2021-ci il tarixdə 051/388-46-50 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Bu gu ki gun ancaq yalandan soz verdin duzelmir denen duzelmirde.hamsi pulun basindaymis” məzmunlu, xx.xx.2021-ci il tarixdə 051/388-46-50 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Gunde 40_50 azn sene pul veren oqlanam.100 peryod qelmeyin adi yoxdu.kim kimdi hami yaxwi bilir” məzmunlu, xx.xx.2021-ci il tarixdə 051/388-46-50 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562- 10-12 saylı nömrəyə “TEL GOTUR 20 COLA 5 PATİ” məzmunlu, xx.xx.2021-ci il tarixdə 050/338-36-16 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Qaqa gelmirsen? Öllem agridan allah haggi” məzmunlu, xx.xx.2021-ci il tarixdə 051/392- 39-77 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Telfonu acdene denen yoxdu basqa yerde axdarm bu ne hereketdi” məzmunlu, xx.xx.2021-ci il tarixdə 051/564-74-86 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “15 AZN VAR GORUSEK” məzmunlu, xx.xx.2021-ci il tarixdə 050/754-24-20 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “qaqa 20 var mene dey” məzmunlu, xx.xx.2021-ci il tarixdə 055/249-48-58 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “4169 7385 0948 0020” hesab kartı qısa məzmunlu, xx.xx.2021-ci il tarixdə 055/249-48-58 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “4169 7385 0948 0020 kapital bank mader nesirov” məzmunlu, xx.xx.2021-ci il tarixdə 055/249-48-58 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “İki uc dene 5 qramliq alda” məzmunlu, xx.xx.2021-ci il tarixdə 050/658-64-00 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Sen olenervin goru meni cixar lomkadan telimi verim ver zalox” məzmunulu, xx.xx.2021-ci il tarixdə 055/249-48-58 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Ayə tərəzini gətir ver” məzmunlu, xx.xx.2021-ci il tarixdə 050/383-27-66 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562- 10-12 saylı nömrəyə “Ramin 50 ver 50 de tapmışam” məzmunlu, xx.xx.2021-ci il tarixdə 050/676-31-34 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Sene 12 manat pul verrem teli ac emi” məzmunlu, xx.xx.2021-ci il tarixdə 050/628-50-19 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “ində 24 man pulu verəcəm narahat olma. Dediyim vaxt verə bilmədim bağışla” məzmunlu, xx.xx.2021-ci il tarixdə 051/304-13-04 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Qaqa imkan varsa mene 15 manatliq ver, veziyyet pisdi. balam cani sabah verecem, nuredinin mamasi paltaryuyan masini alir sabah” məzmunlu, xx.xx.2021-ci il tarixdə 050/305-00-10 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “mende hacan almışam 04 olub hec onu demersen” məzmunlu, xx.xx.2021-ci il tarixdə 055/249-48-58 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Firlatmaginan lomkada olassanda baxanda nolar elimden verdiyim maldan getir cixim lomkadan sen saymirsan adami” məzmunlu, xx.xx.2020-ci il tarixdəə 050/969-58-57 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Habil papanin nomresidi mama cani meni firlatdi cindir balasi zey getir mene gonder burda qonwumuzdan goturum indi gordum qapi qonsudu mene verexeydinde ele onu at cehennem olsun tupurum her weye balam cani firlatdi bura yazma cox pis haldayam”məzmunlu, xx.xx.2020-ci il tarixdə 050/878-42-68 saylı nömrədən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Pati alinmiyib duz veribler atiblar mene vereceyin pulu gonder sen ol pati goturum yaz ele pati goturen adam taksidi onan gelim balamin cani firladib” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı mobil nömrdən Təqsirləndirilən şəxs2 aid 050/562-10-12 saylı nömrəyə “Lele eldeniznese meni yix” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 aid 051/519-59-89 saylı nömrədən 050/380-15-15 saylı mobil nömrəyə “4169.7332.1354.2546. SARKHAN, SAMADOV” məzmunlu, xx.xx.2021-ci il tarixdə 51/559-40-89 saylı nömrədən Təqsirləndirilən şəxs3 aid ***-***-**-** saylı nömrəyə “Lele yarım saat bele olur meni niye bu vezyete qoyursan” məzmunlu mesajlar göndərilmişdir. İşdə olan, “"xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 29 yanvar 2022-ci il tarixli protokolla müəyyən edilir ki, 051/519-59- 89 saylı mobil nömrə Təqsirləndirilən şəxs3 və 055/697-34-09 saylı mobil nömrə Təqsirləndirilən şəxs1 aiddir. Həmin şəxslərin arasında və digər şəxslərlə çoxsaylı telefon danışıqları və mesajlar qeydə alınmış, o cümlədən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 050/454-16-17 saylı nömrəyə “Meni yix pati var verecem sene işim var senen vacibdi” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 050/760-98-97 saylı nömrəyə “Salam dada tel iwtemir deye yixa bilmirem ot yoxundu lomkaciliqdi ureyim patayir” məzmunlu, xx.xx.2021ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 sayı nömrədən 051/301-80-80 saylı nömrəyə Elka + cox + pisem + axriyram + nolar + 1 + 2 + tusuluk + varsa + mene + day” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 050/585-48-37 nömrəyə “Meni + yix + ot + kofini + deywe + ot + lazhmdi” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrəyə 050/760-98-97 nömrədən “Salam yaxwi goyati var patperesnen dayway” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 050/647- 36-27 saylı nömrəyə “Dada kola lazmdi meni yix” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 051/906-00-03 saylı nömrəyə “Tetim lomkadasa gel bura” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 99451/906-00-03 saylı nömrəyə “Gozda lamcka goturem weyda goturdum goz da gelem” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 99470/329-67-67 saylı nömrəyə “Dede men senin xetirni dunyalar qadar isteyiram mene pis olmamisan nolar bir wey. xayiw dedim men pis vezyetyam em 40 karicnivi lazmdi marketen menen eleq” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 99477/549-79-06 saylıl nömrəyə “Zaur yari var menen eleqa saxla” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı mobil nömrədən 99451/462-15-39 saylı nömrəyə “Orxan 02 yarım patı var 20 ver ıstesen gotum verım sene” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 99451/558-28-92 saylı nömrəyə “Waka pati lazim olsa pula goturub verə bilerem” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı mobil nömrəyə 99451/462-15-39 saylı nömrədən “Organ o patın 5 vere bılrsese ver men da pul azdı usutu duzedag koku gotray verey o menen koqa ıstedı bır nefar soz verıb ona kola veru gotray verey o menen koqa ıstedı bır nefar soz verıb ona kola verey 5 mantı ver ona men kola gotub ver yarım ele onu men da kolani hey 5 mantı ver ona men kola gotub ver yarım ele onu men da kolani hel edım.” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 051/665-54-46 saylı nömrəyə “Dada 1 dana kola var yarda patı var patin 25 verır kölan 40 verır ıstesen tez de saxladım” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 50/830- 60-30 saylı nömrəyə “10 cet tapıwam” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 051/552-29-09 saylı nömrəyə “Zaur yarı var” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrəyə 051/376-28-46 saylı nömrədən “Tapda 30 var 2 dana yari lazmdı ya 1 dana cet var” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı mobil nömrədən 051/571-71-95 saylı nömrəyə “Yarimin yarsi koku cet pati vere bilersen tez he yox de” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 99450/363-96-97 saylı nömrəyə “Tural 1 q koku var 40 manata verir meni yix” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı mobil nömrədən 99450/980-85-81 saylı mobil nömrəyə “1 cet var uwax var onda 10 du isteyirsensen tez de” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı mobil nömrədən 99451/519-59-89 saylı nömrəyə “LELE MENİ YİX” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 99450/826-30-04 saylı nömrəyə “senol senen gozemzdim meni lomkada qoydun uwaxa en azi yemey alardin day lazim” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı mobil nömrədən Təqsirləndirilən şəxs3 aid 051/519-59-89 saylı nömrəyə, “Lele azurun ureyme hardasan lele uwaxin axwamnan yemeyi qutarib ajdi nolar” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 050/658-64-00 saylı nömrəyə “Ayka wey tapa bilirsen ama pul yoxdu p var” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34- 09 saylı nömrədən 99455/938-06-43 saylı nömrəyə “Dede o 10 getire bilirsen getrda” məzmunlu, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 050/984-88-91 saylı nömrəyə “Sabahin xeyir cindir marketen bi dana aynyon al gel varsa alinir mene bir soz de 2 dana 05 05 varsa tez de 65 manat varisa” məzmunlu və xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aid 055/697-34-09 saylı nömrədən 99499/862-727-3 saylı nömrəyə “PATİ İSTEYEN YOXDU” məzmunlu ismarıclar göndərilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərlə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcuri müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 10 dekabr 2021-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 01 avqust 2013-cü ildən xəstəxananın həkim-narkoloji dispanser kabitenində qeydiyyatdadır. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 6 yanvar 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 opioidlərindən istifadə etmə halları olub. Halhazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamtələri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müayinəyə ehtiyacı yoxdur. Ərazi narkolji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işi materiallarından digər cinayət işinin arılması və icraata qəbul edilməsi haqqında” 23 aprel 2022-ci il tarixli il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından təqsirləndirilən şəxslərin əldə etdikləri psixotrop və narkotik maddələrin əldə edilmə mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları, telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid10, Şahid5, Şahid6, Şahid1, Şahid3, Şahid4 və Baba Mirzəyevin ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatlar-tanışı Şahid10 psixotrop maddə satmaması, tanışı Ramil və Habillə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsi, psixotrop və narkotik maddələrin satışı ilə məşğul olmaması, evində aşkar olunmuş psixotrop və narkotik maddələri şəxsi istifadəsi üçün əldə edib saxlamasına, Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatlar-evdə Habilin tanışı Nərgizə narkotik maddələr verməsini görməməsi, tanışı Nərgiz və Habillə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsi, narkotik maddələrin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs1 evində aşkar olunmuş psixotrop və narkotik maddələrdən yalnız 2 qram heroinin özünə məxsus olması və bu maddəni özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasına, Təqsirləndirilən şəxs3 ifadələrində göstərdiyi xüsusatlar-tanışı Nərgiz və Ramillə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsi, satış məqsədi ilə tanışı Nərgizə narkotik maddələr verməməsi, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş psixotrop və narkotik maddələrin ona heç bir aidiyyətinin olmaması, narkotik maddələrin satışı ilə məşğul olmaması, ümumiyyətlə heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı Şahid10 psixotrop maddə satmaması, tanışı Ramil və Habillə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsi, psixotrop və narkotik maddələrin satışı ilə məşğul olmaması, evində aşkar olunmuş psixotrop və narkotik maddələri şəxsi istifadəsi üçün əldə edib saxlamasına dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni evdə Habilin tanışı Nərgizə narkotik maddələr verməsini girməməsi, tanışı Nərgiz və Habillə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsi, narkotik maddələrin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs1 evində aşkar olunmuş psixotrop və narkotik maddələrdən yalnız 2 qram heroinin özünə məxsus olması və bu maddəni özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasına dair hallar, eləcə də Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı Nərgiz və Ramillə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsi, satış məqsədi ilə tanışı Nərgizə narkotik maddələr verməməsi, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş psixotrop və narkotik maddələrin ona heç bir aidiyyətinin olmaması, narkotik maddələrin satışı ilə məşğul olmaması, ümumiyyətlə heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid10 (ifadəsində tanışı Nərgizdən pulla psixotorp maddə aldığını göstərmişdir), Şahid5, Şahid6, Şahid1, Şahid3, Şahid4 və Baba Mirzəyevin ifadələri (həmin şahidlər ifadələrində ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişlər), maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən baxın keçirilməsi ilə bağlı aparılmış videoçəkiliş və telefon danışıqlarına dair məlumatlar, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri, həm də üzləşdirmə zamanı verdikləri ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq psixotrop və narkotik maddələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən beynəlxalq adı “Heroin” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələr, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroin və metamfetaminin 0,15 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroin və metamfetaminin 2 qramı və qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 6,195 qram narkotik vasitə olan heroin, 3,899 qram psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs1 tanışı Şahid10 satdığı 0,648 qram metamfetamin də nəzərə alınmaqla cəmi 4,547 qram metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, habelə 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıqdır. Həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qazanc əldə etmək məqsədi ilə narkotik və psixotrop maddələri əldə etmələri tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs1 əldə etdiyi metamfetamin bir hissəsini Şahid10 pul müqabilində satması təsdiq olunduğundan məhkəmə onların bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında ittihamda göstərilən cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1nın əməli düzgün olaraq CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, İmişli Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsetmənin əvvəli tutulduqları vaxtdan, yəni 08 noyabr 2021-ci il tarixdən və Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzanın çəkilməsi 06 aprel 2019-cu il tarixədək təxirə salınmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 24 iyul 2015-ci tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, İmişli rayonun Rəsullu kənd İƏD üzrə Nümayəndəliyinin 16 mart 2022-ci il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 İmişli rayonunun Məhəmmədli kəndində qeydiyyatda olmaqla ailə üzvləri-anası Zenfira Soltanova və bir azyaşlı uşağı Fərhad İsmayılovla birlikdə həmin ünvanda yaşamış və yaşayış yeri üzrə mənfi (yaşalığı evə nadir hallarda gəlməklə normal həyat tərzi keçirməməklə) xarakterizə olunur. İşdə olan, AZE 11779937 və 11779927 №-li şəxsiyyət vəsiqəsinin surətləri ilə müəyən edilir ki, X6 06 iyun 2009-cu ildə və X8 16 aprel 2011-ci ildə anada olmuşlar. İşdə olan, İmişli Rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2021-ci il tarixli Sərəncamın surəti və digər aidiyyəti sənədlərlə müəyyən edilir ki, İmişli rayonunun Məhəmmədli kənd sakini Təqsirləndirilən şəxs1 müraciəti nəzərə alınmaqla 09 avqust 2021-ci ildə anadan olmuş X4 (Təqsirləndirilən şəxs1 qızı) Bakı şəhərində yerləşən 1 saylı Körpələr Evinə yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 cazasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin 12 may 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 18 noyabr 2019-cu il tarixdə cəzasının müddəti başa çatmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkib qurtardığı gündən bir il keçdikdən məhkumluğu olmayan hesab edilir) 12 may 2018ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, İmişli rayonun Məzrəli kənd İƏD üzrə Nümayəndəliyinin 08 dekabr 2021-ci il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 ailəsi-ataanası, arvadı və azyaşlı uşağı ilə birlikdə İmişli rayonunun Xubyarlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 06 dekabr 2021-ci il tarixli tibbi arayışı və Məzrəli kənd İƏD üzrə Nümayəndəliyinin 08 dekabr 2021-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 himayəsində 2018-ci il və 2022-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs3 cazasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 9 ay 20 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 02 sentyabr 2013-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. İşdə olan, İmişli şəhər İƏD üzrə Nümayəndəliyinin 02 dekabr 2021-ci il tarixli arayışı və xasiyyətnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 İmişli şəhəri, P.Həsənov küçəsi, ev 43-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 3-cü dərəcəli əlil olması CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən aldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs1 CMnin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən hər birinin törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halı (Təqsirləndirilən şəxs2 münasibətdə), habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, yəni təyin olunacaq cəza ittiham olunduqları maddələr üzrə müəyyən edilmiş daha ciddi cəza-azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş halları, o cümlədən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəsi olması, tüfeyli həyat-tərzi keçirməsi, bir azyaşlı uşağının müvafiq icra hakimiyyəti orqanın sərəncamı ilə körpələr evinə verilməsi, digər iki azyaşlı uşağının faktiki olaraq anası Zenfira Soltanovanın himayəsində olması nəzərə alınaraq hesab edir ki, hazırda Təqsirləndirilən şəxs1 barəsində CM-nin 79-cu maddəsinin (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablanmalı və bərəlirində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyləri nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, həmçinin yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və İmişi RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrılıqda qablaşdırılmış 6,195 qram narkotik vasitə olan heroin, 3,899 qram psixotrop maddə olan metamfetamin, 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə 0,598 qram metamfetaminin Şahid10 barəsində olan cinayət işi üzrə (hazırki cinayət işinin ayrıldığı) maddi sübut olması nəzənə alınmalıdır. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə olunmuş, telefon danışıqlarına dair məlumatların yazıldığı iki ədəd CD diski və baxışla bağlı videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-63 manat 90 qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 21 manat 30 qəpik, Təqsirləndirilən şəxs2 21 manat 30 qəpik və Təqsirləndirilən şəxs3 21 manat 30 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrılıqda qablaşdırılmış 6,195 qram narkotik vasitə olan heroin, 3,899 qram psixotrop maddə olan metamfetamin, 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə olunmuş, telefon danışıqlarına dair məlumatların yazıldığı 2 (iki) ədəd CD diski və baxışla bağlı videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-63 (altmış üç) manat 90 qəpik məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 21 (iyirmi bir) manat 30 qəpik, Təqsirləndirilən şəxs2 oğlundan 21 (iyirmi bir) manat 30 qəpik və Təqsirləndirilən şəxs3 21 (iyirmi bir) manat 30 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar