Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-389/2023 07.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 katibliyiilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafəçi-Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-cı ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,230 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini bir ədəd bükümdə əldə edərək üzərində saxlamaqla daşımış, 13 dekabr 2022-ci il tarixdə saat 16:10 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Şirvan şəhəri, 1 May küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzrərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülmdə həmin heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, 13 dekabr 2022-ci il tarixdə saat 16 radələrində öz şəxsi işi ilə əlaqədar Şirvan Şəhər Polis şöbəsinə getmişdir. Polis şöbəsindən çıxaraq yaxınlıqdakı poliklinkanın yanında olan bankomatdan 124 manat pul çıxarmışdır. Orada onu polis işçiləri tutaraq polis şöbəsinə aparmışlar. Oradan isə yaşadığı evə aparmışlar. Evdə onun iştirakı ilə axtarış aparmışlar. Evdə qapının üstündə ona məxsus 1 qram narkotik vasitə heroin olmuşdur. Həmin heroini tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manat pula almışdır. Heroini qapının üstündən götürüb polis işçilərinə təqdim etmişdir. Evdən mərhum qardaşına məxsus olan elektron tərəzi də aşkar olunmuşdur. Təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkildikdə çəkisinin 2 qramdan çox olduğu məlum olmuşdur. Polis işçiləri onu CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə verəcəklərini vəd etmişlər. Həm də onu həmin işə ailəsini də qoşmaqla hədələmişlər. Ona görə də bütün sənədlərə imza etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul orlmamışdır. Narkotik vasitə istifadəçisidir. Onda aşkar olunan narkotik vasitəni satmaq məqsədi olmamışdır. Onda faktiki olaraq 1 qram heroin olmuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 13 dekabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Şirvan şəhəri 1 May küçəsində gəzən zaman yerdən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin tapmışdır. Həmin heroini istifadə etmək məqsədi ilə şalvar cibinə qoymuşdur. Heroindən başqa üzərində elektron tərəzi də olmuşdur. Həmin kün saat 16 radələrində Şirvan şəhəri 1 May küçəsində olduğu zaman polis işçiləri tərəfindən saxlanılmış, üzərində narkotik vasitə gəzdirməkdə şübhlə olduğunu bildirməklə onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman cibindən bir ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Heroin elektron tərəzidə çəkilmişdir. Təqdim etdiyi heroin və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Narkotik vasitəni satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair əsəndlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 dekabr 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq əməliyyat qrupu yaradılmaqla təxirəsalınmaz qaydada əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs həmin gün saat 16 radələrində Şirvan şəhəri, 1 May küçəsində saxlayaraq polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən şalvar cibindən bir ədəd bükümdə heroinəbənzər maddəni və bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim etdiyi heroinəbənzər maddə elektron tərəzidə çəkilmiş, həm elektron tərəzi, həm də heroinəbənzər maddə götürülməklə bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni həmin gün küçədə tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə 31 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şalvar cibindən bir ədəd büküm və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bükümə baxış keçirildikdə içərisində heroinəbənzər gütlə aşkar olunmuşdur. Onun təqdim etdiyi heroinəbənzər maddə və elektron tərəzi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni həmin gün küçədə tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 18/1316 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş, 01 ədəd bükümdə təmiz çəkisi 2,320 qram olan maddə narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 900 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə «Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi» diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Ailə tərkibi haqqında 02.3-2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 2,230 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs onda cəmi 1 qram narkotik vasitə heroin olması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs onda olan heroinin çəkisinin 1 qram olmasını göstərməklə yanaşı polis işçiləri tərəfindən narkotik vasitənin miqdarının artırılmasını da iddia etmişdir. Bundan əlavə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 2,320 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməyə görə ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla psixotrop maddə metamfetaminin aşkar olunduğu ilk anda verdiyi izahatında və ifadələrində narkotik vasitələrdən istifadə etdiyini, üzərində aşkar olunan heroini öz istifadəsi üçün saxladığını, hər hansı şəxsə satmaq məqsədinin olmadığını və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini və ya onun bir hissəsini hər hansı şəxsə satması və ya satmaq barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını-Təqsirləndirilən şəxs özünün narkomaniya xəstiəliyindən əziyyət çəkməsini, üzərində aşkar olunmuş heroinin miqdlarını, bir bükümdə olmasını, həmin maddəni satmaq barədə hər hansı şəxslə razılıq əldə etməməsini nəzərə alaraq onun heroini satmaq məqsədinin olmaması və öz istifadəsi üçün əldə etməsi barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, onun əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır. Onun narkomaniya xəstəliyindən ərazi üzrə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,270 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,270 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-389/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-389/2023
07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver