Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-389/2024 31.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Mikayılov Elbrus Əlisahib oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları ədliyyə müşaviri Dövlət ittihamçısı, baş ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxxxx 1983-cü ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, X4 ("xxxx" ASC) elektrik ustası işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 26 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonunda satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün külli miqdarda, iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,278 və 1,134 qram olmaqla, ümumi təmiz çəkisi 2,412 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 27 oktyabr 2023-cü il tarixdə, saat 00:10 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Ləj kəndi ərazisində yerləşən körpünün yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman həmin iki ədəd sellofan bükümdə narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibində olan, üzərində “LD” sözləri yazılan siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə sərbəst ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə orada yaşayır və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə “montyor” vəzifəsində işləyir. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmiş, narkotiki Lənkəran şəhəri ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. Hal-hazırda narkotik vasitədən istifadə etmir, lakin siqaret çəkir və ”Magna” markalı siqaretdən istifadə edir. 26 oktyabr 2023-cü il tarixdə, axşam saat 18- 19 radələrində Lənkəran rayonunda yerləşən Ləj körpüsünün yaxınlığında olmuş, həmin yerə özünə məxsus avtomobili ilə həmkəndlisi “Rəvan” adlı şəxslə getmişdir. Orada avtomobildən düşərək körpünün altındakı itlərin balalarına yem verdikdən sonra avtomobilinə doğru hərəkət etmiş, təsadüfən “İpək yolu”nun yaxınlığında yerdən “LD” markalı siqaret qutusu tapmış, qutunun içərisində iki ədəd siqaret və bir büküm narkotik vasitə olmuşdur. Bükümə baxanda içərisində heroin olduğunu görmüş, lakin dəqiq çəkisini bilməmişdir. Avtomobilinə əyləşib Rəvanla söhbət etdiyi vaxt Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşlarının xidməti avtomobillə onlara yaxınlaşdıqlarını görmüşdür. Bu zaman Rəvan avtomobildən düşərək boş bir əraziyə qaçmışdır. Rəvanın hansı səbəbdən avtomobildən düşüb qaçdığını, sonradan polis əməkdaşları tərəfindən tutulub-tutulmadığını bilməmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq sorğu-sual etmişlər. Onların axşam saatlarında Ləj körpüsünün yaxınlığına hansı məqsədlə gəldiyinə dair suallarına cavab olaraq, itlərin balalarına yem vermək məqsədilə oraya gəldiyini bildirmişdir. Polis əməkdaşları ona üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğu üçün onlarla getməli olduğunu deyib, onu avtomobili ilə birgə saat 20:30 radələrində şöbəyə aparmışlar, o da heç bir etiraz etməmişdir. Təxminən gecə saat 23:20-dək müvəqqəti saxlama yerində qalmış, sonra təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Ondan üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması soruşulmuş, o da şalvarının cibindən içərisində bir büküm narkotik olan “LD” markalı siqaret qutusu, avtomobil açarı və pul əskinazlarını çıxardıb təhqiqatçıya təqdim etmiş, sonra narkotikdən başqa digər əşyalar onun özünə qaytarılmışdır. Baxış keçirilən zaman avtomobilindən qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, işlədiyi yer “Ləvəngi dairəsi”nin yaxınlığında yerləşir. İş yerindən Ləj kəndinə qədər olan məsafənin neçə kilometr olduğunu bilmir. Hadisə baş verən gün axşam işdən çıxıb evə qayıdarkən, saat 19-20 radələrində Ləj körpüsünün yaxınlığında saxladığı it və onun üç balasına çörək verməyə getmişdir. İtlərə yazığı gəldiyi üçün bunu vaxtaşırı etmiş, onları ac saxlamamağa çalışmışdır. Polis əməkdaşları onu tutub saxlayanda narkotik vasitələrin heç bir növündən istifadə etməmişdir. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan başqa narkotikin digər növlərindən istifadə etməmişdir. Yerdən tapdığı “LD” markalı siqaret qutusunu şalvarının cibinə qoymuşdur. Həmkəndlisi Rəvan avtomobildə yol yoldaşı kimi onun yanında olmuşdur. İtin balalarına çörək verəndə Rəvan da yanında olmuş, polis əməkdaşları yaxınlaşanda isə qaçaraq uzaqlaşmışdır. Hava qaranlıq olduğu üçün Rəvanın hansı istiqamətə qaçdığını görə bilməmişdir. Polis əməkdaşları Rəvanı təqib etməmişlər. Rəvanı elə də yaxşı tanımamış, şəxsiyyəti haqqında məlumatı olmamış, onunla mütəmmadi olaraq görüşməmişdir. Rəvan onunla birlikdə narkotik vasitələrdən istifadə etməmişdir. Narkotik vasitəni Rəvandan almamışdır. Rəvanla arasında üzləşdirmə istintaq hərəkəti aparılmamışdır. Təhqiqatçıya təqdim etdiyi siqaret qutusunun içərisindən narkotik vasitə olan heroin “kakos” aşkar edilərək götürülmüşdür. Tapdığı narkotik vasitə olan heroindən istifadə etməmişdir. Təxminən doqquz-on ay əvvəl narkotik vasitədən istifadə etmişdir. Hadisə vaxtı onu saxlayan polis əməkdaşlarını tanımamışdır. Polis şöbəsinə öz avtomobilində gətirilməmişdir. Onu şöbəyə gətirən kimi əməliyyatçının otağına, sonra birinci mərtəbədə yerləşən zirzəmiyə salmış, daha sonra isə müvəqqəti saxlama yerində saxlamışlar. Zirzəmidə təxminən bir saat, ümumilikdə isə dörd saata yaxın şöbədə olmuş, həmin müddət ərizində cibindəki heroini atmamış, vəkili gecə saatlarında, 23:15 radələrində gəlmişdir. Mobil telefonunu avtomobilində saxlamış, həmin vaxt istifadəsində 050 ***-**-** saylı mobil nömrə olmuşdur. Avtomobili polis şöbəsinin həyətində olmuşdur. Polis şöbəsində dindirilərkən narkotik maddə olan heroindən istifadə etdiyini, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu və narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. 28 oktyabr 2023-cü il tarixdə səhər saatlarında barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra təkrar şöbəyə gətirilmiş və orada bir neçə sənədə imza etdirmişlər. Sonra qayını şöbəyə gələrək onu evə aparmışdır. Həmin vaxtdan Bakı şəhərinə getməmişdir. Latın qrafikası ilə yazıb-oxuya bilmir. İbtidai istintaq zamanı vəkili yanında olmuşdur. Müstəntiqə verdiyi ifadəsindəki imzalar ona məxsus olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə gətirilərkən və şöbədə olarkən ona qarşı hər hansı bir fiziki zor tətbiq olunmamışdır. Vaxtilə narkotik istifadə etdiyi və yerdən tapdığı bir büküm narkotiki üzərində saxladığı üçün peşiman olduğunu bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli hesab edərək bildirmişdir ki, Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olmaqla orada yaşayır, evlidir və "xxxx" MMC-də “mantyor” vəzifəsində işləyir. Uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir və narkotik vasitə olan heroindən çəkmə yolu ilə qəbul edir. Əvvəllər məhkum olunmamışdır və arabir müəyyən dozada narkotik vasitə olan heroin qəbul edir ki, ağrıları olmasın. Narkotik vasitəni Lənkəran şəhəri ərazisində tanımadığı şəxslərdən əldə edir. 26 oktyabr 2023-cü il tarixdə, saat təxminən 23 radələrində Lənkəran rayonu Ləj körpüsünün yaxınlığında adını “Rəvan” olaraq bildiyi, lakin tanımadığı şəxsdən pulsuz şəkildə iki ədəd bükümdə narkotik maddə olan “kakos” (heroin) almışdır. Həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 27 oktyabr 2023-cü il tarixdə Ləj körpüsünün yaxınlığında olduğu zaman Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik maddə gəzdirməyində şübhəli olduğunu bildirib onu, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, müdafiə hüququna əsasən vəkillə təmin edilmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması soruşulmuş, o da şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusu, sol yan cibindən avtomobil açarı və üç ədəd 5 (beş) manatlıq, üç ədəd 1 (bir) manatlıq və 80 (səksən) qəpik pul əskinaslarını təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, üzərindən qanunla qadağan olunan digər əşya yaxud predmet aşkar edilməmiş, üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindən iki ədəd heroinə bənzər büküm aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, narkotik maddə olan heroinə bənzər kütlələrin çəkisi 2.78 qram olması müəyyən olunmuş, həmin kütlələr ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq zərfə qoyulmuşdur və polis şöbəsinin 135 saylı möhürü ilə möhürlənmişdir. Üzərindən aşkarlanmış “LD” markalı siqaret qutusu, 18 (on səkkiz) manat 80 (səksən) qəpik pul və avtomobil açarı özünə geri qaytarılmışdır. Narkotik maddə olan heroindən istifadə edir və satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş iki ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlə ona məxsusdur. O, saxlanılarkən və polis şöbəsinə gətirilərkən, polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor tətbiq olunmamışdır (iş vərəqi 63-64; 78-79). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti əsaslandıra bilməmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmiş, son sözündə isə ümumiyyətlə özünü təqsirli bilmədiyini, polis şöbəsinə gətirilən zaman üzərindən qanunsuz heç bir şey çıxmadığını, polislərin belə məəttəl qaldıqlarını, Rəvan deyilən əməliyyatçını ümumiyyətlə görmədiyini, gecə saat 03 radələrinədək saxlanıldığını, işi boynuna götürməsi üçün döyülməsini, əllərinin şişməsini, arvadı ilə təhdid edilməsini bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını (təqsirləndirilən şəxs və şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması, daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu məlumatın icra olunmasından ötrü tərəfindən şöbə rəisinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq veriləndən sonra onun rəhbərlik etdiyi və polis şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 27 oktyabr 2023-cü il tarixdə, saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu Ləj kəndi ərazisində yerləşən körpünün yaxınlığında piyada hərəkət etdiyini görüb nəzarətə götürmüş, sonra yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsini bildirərək Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etmək təklif olunmuş, o da, əynində olan şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisindən iki ədəd heroinə bənzər bükümümü çıxarıb təqdim edərək, həmin kütlələrin narkotik maddə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümdən başqa üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Ondan aşkar edilmiş iki ədəd bükümdə heroinin kütləsi elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 2,78 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə olan heroini 26 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu Ləj kəndi ərazisində üzdən tanıdığı və adını Rəvan olaraq bildiyi şəxsdən təmənnasız əldə etməsini bildirsə də, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun narkotik maddə olan heroini aldığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Lənkəranlı olmasa da, Lənkəran şəhərinin ərazisini yaxşı tanıyır. Lənkəran Şəhər- Rayon Polis Şöbəsində iki il beş aydır işləyir və hal-hazırda əməliyyat müvəkkilidir. 051 ***- **-** şəxsi istifadəsində olan mobil nömrədir. Xidmətdə olduğu zaman mobil telefonunu üstündə götürmədiyi hallar da olur. Ola bilsin ki, Təqsirləndirilən şəxsla bağlı əməliyyat tədbirinə gedərkən mobil telefonu üzərində olmamışdır. İlk dəfə idi ki, ona Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında Ramidin üzərində narkotik vasitə və ya psixotrop maddələrin çəkisi, satışı, habelə onun “Hyundai” markalı avtomobillə Lənkəran rayonunun Ləj kəndi ərazisində yerləşən körpünün yanına gəlməsi barədə qeyd olunmamış, əməliyyat qrupu ilə Ramidin olduğu yerə gedəndə “Hyundai” markalı avtomobili orada görmüşdür. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı gecə saatlarında ona daxil olmuşdur. Əməliyyat qrupu üç nəfərdən ibarət olmuş və gecə saat 00:10 dəqiqə radələrində onlar Ramidi Ləj kəndi ərazisində yerləşən körpünün yanında tutub saxlamış və polis şöbəsinə aparmışlar. Ramidi axşam saat 20:00 radələrində tutub saxlamamışlar, həmin ərəfədə Ləj körpüsünün yaxınlığında olmamış, şöbədə xidmətdə olmuşdur. Hazırki iş üzrə əməliyyat-qeydiyyat işi açmamış, raport yazmışdır. 27 oktyabr 2023-cü tarixli qərarla tanış olmuşdur. Raportda göstərişlə bağlı qeydlər var. Sənədləri hazırlayıb təhqiqatçıya vermişdir. Ola bilsin ki, cinayət işinin materiallarında olan sənədlərdə tarix və saatla bağlı texniki səhvlər olsun və həmin sənədlərə o, düzəliş etməmişdir. Texniki səhv Ramidin oktyabr ayının 26-dan 27-nə keçən ərəfədə saxlanılması ilə bağlı ola bilər. Səhvlərlə bağlı dəqiq məlumat müstəntiq və təhqiqatçıda ola bilər, bu barədə xəbəri yoxdur. Cinayət işi tam hazır olandan sonra məhkəməyə göndərilmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirlməsi ilə əlaqədar qərarı qəbul etmiş, lakin həmin qərarı saat neçədə yazdığını xatırlamamışdır. Ramid tutulan gün xidmətdə olmuşdur. Şəxslər barədə olan anket məlumatları özlərində olan portaldan götürürlər. Ola bilsin ki, Ramidin üzərində aparılan şəxsi axtarışdan sonra, portaldan onun şəxsiyyəti barəsində məlumat əldə etmişlər. Portaldan axtarış təxminən saat 03:20 radələrində aparılmışdır. Ramidin olduğu yerə şöbələrinə məxsus Post Patrul Xidmətinin avtomobilində getmişlər. Avtomobildə o, İmran və Ramil olmuş, başqa heç kəs olmamışdır. Əməliyyat qrupunu polis şöbəsinin rəhbərliyi formalaşdırmışdır. Son vaxtlar ayrıca olaraq gəzinti patrul qrupları yaradılmışdır. Həmin qruplar zabitlərdən və iki polis nəfərindən ibarət olur. Gəzinti qrupları müəyyən xətt marşurutları üzrə hərəkət edirlər. Rəsmi əmrlə hərəkət etmişdir. Onlar müxtəlif ərazilərdə hərəkətə olurlar. İpək yolu Ləj kəndi ərazisindən keçir. Ramid saxlanılarkən Ləj kəndi ərazisində yerləşən körpünün altında olan itə və balalarına çörək vermək üçün oraya gəldiyini bildirmişdir. Onun gündəlik neçə qram narkotik vasitə qəbul etməsi barədə heç bir fikri yoxdur. Ramidin tutulub saxlanıldığı yerdə onlardan başqa heç kəs olmamış, avtomobilin içərisində və ətraf ərazidə heç kəsi görməmişdir. Ramidin avtomobilini polis şöbəsinə özü idarə edərək gətirmiş, Ramid isə Post Patrul Xidmətinin avtomobilində şöbəyə aparılmışdır. Ramidin saxlanıldığı yerdən polis şöbəsinə on dəqiqəlik məsafə olduğunu bildirmişdir. Polis şöbəsində təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Ramidin üzərində şəxsi axtarış aparılarkən o, əynində olan şalvarın cibindən bir ədəd siqaret qutusunun içərisindən iki ədəd heroinə bənzər bükümü çıxarıb təqdim edərək, həmin kütlələrin işərisində heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün manqa komandiri, polis baş serjantı Şahid2 və sürücü polis nəfəri, polis serjantı Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində çağırılmış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid5 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hazırki cinayət işi ilə əlaqədar tanımış, aralarında qohumluq münasibətləri, düşmənçik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman heroinə bənzər büküm aşkar olunmuşdur. Ekspertiza keçirildikdən sonra həmin predmetin narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Avtomobilə baxış keçirilən zaman qanunsuz predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus avtomobil əməliyyatçıların vasitəsilə, səhv etmirsə, Şahid1 tərəfindən gətirilmiş, lakin bunu şəxsən görməmişdir. Şöbədə avtomobilin açarı Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Videoçəkiliş zamanı avtomobilin qapısını Təqsirləndirilən şəxs özü açmış, avtomobildən qanunsuz hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmasına səbəb üzərindən aşkarlanmış bükümlərdəki qanunsuz narkotik vasitə olmuşdur. Şəxsi axtarış zamanı avtomobilin açarı Təqsirləndirilən şəxs üzərindən çıxmışdır. Onun üzərinə baxış keçirilən zaman üzərindən iki büküm aşkar olunmuş və bu videoçəkilişdə öz əksini tapmışdır. Vətəndaş çəkiliş zamanı üzərində iki deyil, bir büküm olması barədə etiraz bildirməmişdir. Tutma protokolunun nə vaxt tərtib olunduğunu dəqiq xatırlamır, səhv etmirsə, saat 00:50də tərtib olunmuşdur. Polis tərəfindən saxlanılmış şəxslərin şöbəyə gətirilmə vaxtının 1 nömrəli hadisələr kitabına daxil edildiyini, bundan sonra həmin şəxslərin üzərində şəxsi axtarış aparıldığını bildirmişdir. Hadisələr kitabına qeyd növbətçi hissədə daxil edilir. Gətirilən şəxslər barədə qeydiyyatı növbətçi aparır. Cinayət işinin materiallarında olan sənədlərdəki tarixlərdə heç bir düzəliş etməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dəvət olunmuş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Şahid6 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, dörd ildir ki, müstəntiq işləyir və polis baş leytenantıdır. Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə əlaqədar tanımış, aralarında qohumluq, ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı onun tərəfindən həyata keçirilmişdir. İlkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərində iki bükümdə narkotik vasitə olan heroin aşkar olunmuş və bu təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Təhqiqat başa çatdıqdan sonra iş aidiyyatı üzrə istintaq bölməsinə göndərilmiş, burada tərəfindən istintaq aparılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət olunmuşdur. Həmin müraciət məhkəmə tərəfindən təmin olunmamış və sonuncu barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Əməliyyat qrupu 26 oktyabr 2023-cü il tarixdə yaradılmışdır. İlkin tərtib olunmuş sənədlər dəftərxana vasitəsilə prokurorluğa və məhkəməyə göndərilmiş, sonradan sənəddəki texniki səhv digər sənədlərdə də düzəldilərək reallığa uyğunlaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılması barədə əməliyyat tədbiri oktyabr ayının 26-dan 27-nə keçəndə, gecə saatlarında baş tutmuş, sənədləşmə isə 27 oktyabr tarixində həyata keçirilmişdir. İlkin təhqiqat və istintaq sənədləri reallığı əks etdirir. Təqsirləndirilən şəxs saxlanılması isə 27 oktyabr, saat 00:10-da baş tutmuşdur. Cinayət işinin bütün materiallarını nəzərdən keçirmiş, sənəddəki tarixlə bağlı düzəliş diqqətini çəkmiş, tarixin kim tərəfindən dəyişdirilərək düzəldildiyini bilməmiş və texniki səhv hesab olunduğundan zərurət olmadığı üçün bununla əlaqədar təhqiqatçını dindirməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində çağırılmış Şahid4 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 2009-cu ildən Ramidlə evlidir. Bu müddət ərzində Ramidin narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. 26 oktyabr 2023-cü il tarixdə, saat 19-20 radələrində Ramidə zəng vurmuşdur. Həmin vaxt anasıgildə olmuşdur. Ramidlə telefonla danışmış, anasıgildə olduğunu demiş və onun dalınca gəlməsini istəmiş, Ramid də gələcəyini bildirmişdir. Həmin gün bir də gecə saat 11-ə işləmiş Ramidə zəng vurmuş, lakin ona zəng çatmamışdır. Ramidin tutulması barədə polis tərəfindən ona zəng vurulmamış, onun nə vaxt tutulması barədə məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 27 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 26 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 26 oktyabr 2023-cü il tarixli qərarı və əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanması məqsədi ilə həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 04-08). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 27 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:10 radələrində Lənkəran rayonu, Ləj körpüsünün yaxınlığında hərəkətdə olan zaman saxlanılaraq şöbəyə aparılmışdır (iş vərəqi 09). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin 27 oktyabr 2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə onun yaxın qohumlarına məlumat verilmişdir (iş vərəqi 11-12). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin 27 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:10-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonunun Ləj kəndi ərazisində körpünün yaxınlığında olan zaman saxlanılaraq polis şöbəsinə gətirilmiş onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd üzərində “LD” sözləri yazılmış siqaret qutusu, sol yan cibindən bir ədəd avtomobil açarı, üç ədəd 5 (beş) manatlıq, üç ədəd 1 (bir) manatlıq, 80 (səksən) qəpik dəmir pul əskinaslarını təqdim etmişdir. Onun təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirilərkən qutudan iki ədəd heroinə bənzər büküm aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş heroin bükümləri elektron tərəzidə çəkilərək 2,78 qram olması müəyyən olunaraq qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq aşkar olunmuş heroin bükümlərini “Rəvan” adlı tanımadığı şəxsdən təmənnasız olaraq şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən DVD disk protokola əlavə olunmuş və diskə məhkəmə iclasında baxış keçirilmişdir (iş vərəqi 29-31). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin 27 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ağ rəngli “Hyundai Elantra” markalı, 42CH956 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı oradan aşkar edilmiş bir ədəd “Nokia” markalı, çoxfunksiyalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən DVD disk protokola əlavə olunmuş və diskə məhkəmə iclasında baxış keçirilmişdir (iş vərəqi 35-37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 19/961 nömrəli, 27 oktyabr 2023-cü il tarixli ekspert rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd büküm....” sözlər və imzalar olan bir ədəd zərfdəki, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,278 qr və 1,134 qram, ümumi təmiz çəkisi 2,412 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Narkotik vasitə olan və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,212 qram heron ibtidai istintaq orqanına geri qaytarılmışdır. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir (iş vərəqi 46-49). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 28 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və bu barədə qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 55-56). Lənkəran Rayon Məhkəməsinin 4(049)-296/2023 nömrəli, 28 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq, dərhal həbsdən azad edilmiş və haqqında 4 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (iş vərəqi 70-73). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 1084 nömrəli, 28 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir ( iş vərəqi 74-75). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X11 Yoxlamanın 14 noyabr 2023-cü il tarixli, 1041 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən isifadə halları olub, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 81). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 86). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 162 nömrəli, 08 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (iş vərəqi 94). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin raportundan görünür ki, tapşırıqla əlaqədar bölmədə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs son dövrlərdə narkotik vasitələrdən əldə edərək istifadə etməyə başlamış, lakin narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini kimdən əldə etməsini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin bütün bunlara baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. Sözügedən Rəvan adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində də müəyyən əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır (iş vərəqi 95). Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12-30/117 nömrəli, 01 fevral 2024-cü il tarixli arayışı və eyni tarixli xasiyyətnaməsi, habelə şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatdadır, ailə tərkibi arvadı, 14 sentyabr 2012 və 01 avqust 2015-ci il təvəllüdlü iki azyaşlı uşağından ibarətdir və onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır (iş vərəqi 97-100). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi haqqında” 03 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,278 və 1,134 qram, ümumi təmiz çəkisi 2,412 qram olan narkotik vasitə heroin və bir ədəd DVD diskdə videogörüntü maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,212 qram çəkidə narkotik vasitə olan heroinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin saxlama kamerasına verilməsi və şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin qeydə alındığı DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (iş vərəqi 101-105). Məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Nokia” markalı mobil telefon 28 oktyabr 2023-cü il tarixdə ona qaytarılmışdır. Məhkəməyə Lənkəran Rayon Məhkəməsi və Lənkəran Rayon Prokurorluğundan daxil olmuş müvafiq olaraq 24 və 25 aprel 2024-cü il tarixli, xx/xx-2024 və 390 xid-24 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsi tərəfindən qəbul olunmuş və məlumat üçün göndərilmiş “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 27 oktyabr 2023-cü il tarixli qərarı və müşayiət məktublarının surətlərində tarix olaraq 27 oktyabr 2023-cü il göstərilmişdir. Məhkəməyə "xxxx" MMC-dən 01 may 2024-cü il tarixli, 8841 nömrəli məktubla daxil olmuş cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 627-22-66, şahidlər Şahid1 istifadəsində olmuş 051 455-55-92, Şahid2 istifadəsində olmuş 050 523-63-59, Şahid3 istifadəsində olmuş 050 491-02-42 saylı mobil nömrələrin müvafiq operatorda qeydə alınmış 26 oktyabr 2023-cü il saat 18:00-dan 27 oktyabr 2023-cü il saat 14:00-dək olan müddətdə anten məlumatları əks olunmuş CD diskə məhkəmə iclasında baxış keçirilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məxsus 050 627-22-66 mobil nömrənin anten dairəsi 26 oktyabr 2023-cü il tarixdə, saat 20:43 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində; həmin nömrə ilə 2023-cü ilin oktyabr ayının 26-da sonuncu dəfə saat 22:04-də 051 785-81-00 mobil nömrə arasında 19 (on doqquz) saniyə telefon danışığı olmuş, həmin vaxt mobil telefon nömrəsinin anten dairəsi Lənkəran rayonunun Lej qəsəbəsi (kəndi); Şahid1 istifadəsində olmuş 051 455-55-92 saylı mobil telefonun anten dairəsi 26 oktyabr 2023-cü il tarixdə saat 23:52-də Lənkəran rayonunun Boladi qəsəbəsi (kəndi), 27 oktyabr 2023-cü il tarixdə, saat 0:21-də Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, saat 0:26-da Lənkəran şəhəri, saat 1:22-də Lənkəran rayonu; Şahid2 istifadəsində olmuş 050 523-63-59 saylı mobil telefonun anten dairəsi 26 oktyabr 2023-cü il tarixdə, saat 22:20 və 22:23-də Lənkəran rayonunun Lej qəsəbəsində (kəndində), saat 23:53 və 23:59-da, habelə 27 oktyabr 2023-cü il tarixdə, saat 0:38; 1:06; 1:27; 1:53-də Lənkəran rayonu; Şahid3 istifadəsində olmuş 050 491-02-42 saylı mobil telefonun anten dairəsi 26 oktyabr 2023-cü il tarixdə, saat 23:24-də Lənkəran rayonu, saat 23:53-də Lənkəran rayonunun Lej qəsəbəsi (kəndi); 27 oktyabr 2023-cü il tarixdə, saat 1:13-də Lənkəran rayonu ərazisində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 28 (iyirmi səkkiz) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni məhkəmədəki sərbəst ifadəsində və məhkəmə istintaqının gedişində ona ünvanlanan sualları cavablandırarkən özünü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə yalnız, polis əməkdaşları tərəfindən saxlanılma tarixi və vaxtına, yəni 2023-cü ilin 27 oktyabr tarixində, gecə saat 00 radələrində deyil, 26 oktyabr tarixində, saat gah 18-19, gah da 19-20 radələrində saxlanılması, saxlanılmasında üç deyil, iki nəfər əməliyyatçının iştirak etməsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı, yəni üzərində iki büküm deyil, bir büküm heroin olmasına dair hissələrə görə qismən təqsirli bilməsi, Lej körpüsünün altındakı itlərin balalarına yem verdikdən sonra avtomobilinə doğru hərəkət edərkən təsadüfən “İpək yolu”nun yaxınlığında yerdən “LD” markalı siqaret qutusu tapması, qutunun içərisində iki ədəd siqaret və bir büküm narkotik vasitə olması, bükümə baxanda içərisində heroin olduğunu görməsi, polis əməkdaşları tərəfindən avtomobili ilə birgə saat 20:30 radələrində şöbəyə aparılması, dörd saat olmaqla gecə saat 23:20-dək müvəqqəti saxlama yerində qalması, marixuanadan başqa narkotikin digər növlərindən istifadə etməməsi, son sözündə isə ümumiyyətlə özünü ona verilmiş ittiham üzrə təqsirli bilmədiyi, polis şöbəsinə gətirilən zaman üzərindən qanunsuz heç bir şey çıxmadığı, polislərin özlərinin belə məəttəl qaldıqları, Rəvan deyilən əməliyyatçını görmədiyi, gecə saat 03 radələrinədək şöbədə saxlanıldığı, işi boynuna götürməsi üçün döyülməkdən əllərinin şişməsi, arvadı ilə təhdid edilməsi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə heyəti ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs son sözündə özünü ümumiyyətlə ona, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli bilməməsi, polis şöbəsində üzərindən qanunsuz heç bir şey çıxmaması, Rəvan deyilən əməliyyatçını görmədiyi, gecə saat 03 radələrinədək şöbədə saxlanıldığı, işi boynuna götürməsi üçün döyülməkdən əllərinin şişməsi barədə dedikləri iş üzrə ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyətə malik yeni hallar kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 342.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs son sözündə elan edilmiş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyətə malik olan yeni halları barədə məlumat verdikdə, məhkəmə, məhkəmə istintaqını təzələyir. Cinayət-Prosessual Məcəllənin kommentariyasında göstərilir ki, təqsirləndirilən şəxs son sözündə ona elan edilmiş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyətə malik olan yeni halları barədə məlumat verə bilər. Digər tərəfdən, başqa proses iştirakçıları kimi təqsirləndirilən şəxs də özünün son sözündə baxılan iş üzrə gəldiyi nəticələrin əsaslandırılması üçün yeni sübutların tədqiq edilməli olduğu zərurətindən çıxış edərək məhkəmə istintaqının təzələnməsi barədə vəsatət verə bilər. Qeyd olunan hər iki hal məhkəmə istintaqının təzələnməsinə səbəb ola bilər. Birinci halda məhkəmə öz təşəbbüsü ilə qəbul etdiyi qərarla məhkəmə istintaqını təzələməli, təqsirləndirilən şəxsin toxunduğu yeni hallar barədə məhkəmə istintaqının ümumi qaydalarına riayət etməklə onun dindirilməsini, lazım gəldikdə digər sübutların da tədqiq edilməsini təşkil etməlidir. İkinci halda məhkəmə təqsirləndirilən şəxsin vəsatəttini Cinayət-Prosessual Məcəllənin 340-cı maddəsində göstərilmiş vəsatətə analoji qaydada müzakirə edərək müvafiq qərar qəbul etməlidir. Sözügedən 340.3-cü maddədə göstərilir ki, cinayət prosesinin tərəfləri öz çıxışlarında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş sübutlara istinad edə bilməzlər. Özünün gəldiyi nəticənin əsaslandırılması üçün yeni sübutlardan istifadə etmək zərurəti yarandıqda cinayət prosesinin tərəfi hansı halların və hansı sübutlar əsasında əlavə tədqiqat tələb edildiyini göstərməklə məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırır. Məhkəmə cinayət prosesinin digər tərəfinin fikrini dinləyərək vəsatətin təmin və ya rədd edilməsi barədə qərar qəbul edir. Cinayət işinin materiallarından, habelə təqsirləndirilən şəxsin hər iki istintaq zamanı, xüsusilə məhkəmə istintaqı boyunca fərqli məzmunlarda verdiyi ifadələrindən və bu ifadələr əsasında həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlardan məlum olur ki, təqsirləndirilən şəxsin son sözündə bildirdikləri ilə əlaqədar kifayət qədər araşdırma aparılmış və əldə olunmuş mötəbər sübutlarla onun dedikləri öz təkzibini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhəmə qərarındakı ifadəsində təhdid olunması barədə bildirmiş, bundan sonra təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş, lakin bu barədə bildirməmiş, əksinə polis əməkdaşları tərəfindən hər hansı fiziki zora məruz qalmadığını göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür) təqdim etdiyi, üzərində olan siqaret qutusunun içərisində olan iki ədəd bükümdəki heroinin özünə məxsus olmasını, həmin kütləni Rəvan adlı tanımadığı şəxsdən təmənnasız olaraq alıb, şəxsi istifadəsi üçün üzərində saxladığını, izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor tətbiq edilməməsini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitə olan heroin barədə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tanış olarkən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı günün səhəri məhkəmə-tibbi ekspertizasından keçirilmiş, “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 1084 nömrəli, 28 oktyabr 2023-cü il tarixli ekspert rəyində onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədiyi göstərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı başlayandan məhkəmədə son söz söyləyənədək hər dəfə müxtəlif məzmunlu ifadələr vermiş, ona ünvanlanmış suala cavab olaraq ifadələri arasındakı ziddiyyəti əsaslandıra bilməmiş, yalnız məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirməsi ilə kifayətlənmiş, bununla da səmimi ifadə verməsini şübhə altına almışdır. Digər tərəfdən müdafiə tərəfindən ümumilikdə məhkəmə istintaqının təzələnməsi ilə əlaqədar konkret, əsaslandırılmış vəsatət təqdim olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti polis əməkdaşları tərəfindən ona gah fiziki, gah da psixoloji təsir və təzyiq göstərilməsi ilə əlaqələndirmiş, bununla əlaqədar cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, məlum olmayan səbəblərdən bu hüququndan istifadə etməmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı tutarlı dəlillə əsaslandırmamış və izah etməmişlər. Təqsirləndirilən şəxs yalnız barəsində qətimkan tədbiri seçilərkən ona verilmiş ittiham üzrə məhkəmə istintaqında olduğu kimi ittihamı yalnız saxlanma vaxtı və qaydası ilə bağlı olan hissədə təsdiq etməmiş, narkotik istifadəçisi olduğunu bildirmiş, təhdid olunduğunu bildirsə də, bundan sonrakı əlavə dindirmə protokolunda üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik istifadəçisi olmasını, polis əməkdaşları tərəfindən hər hansı fiziki zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı günün səhəri məhkəmə-tibbi ekspertizasından keçirilmiş və onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərinə məhkəmə iclasında baxış keçirilərkən, üzərində gözlə görünə biləcək dərəcədə hər hansı xəsarət izi müşahidə olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir və eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, o, məhkəmə istintaqının əvvəlində bir daha bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə gətirilərkən və şöbədə olarkən ona qarşı hər hansı bir fiziki zor tətbiq olunmamış, vaxtilə narkotik istifadə etdiyi və yerdən tapdığı narkotiki üzərində saxladığı üçün peşimandır. Bundan əlavə, məhkəmə heyəti əlavə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs arvadı Şahid4 26 oktyabr 2023-cü il tarixdə, saat 19-20 radələrində Ramidə zəng vurması, həmin vaxt anasıgildə olması, Ramidə bu barədə deyib onun dalınca gəlməsini istəməsi, Ramidin də gələcəyini bildirməsi, həmin gün bir də gecə saat 11-ə işləmiş Ramidə zəng vurması, lakin ona zəng çatmaması, Ramidin tutulması barədə polis tərəfindən ona zəng vurulmaması, onun nə vaxt tutulması barədə məlumatı olmadığı barədə dediklərini məhkəmədə araşdırılmış mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, onun təqsirləndirilənin ailə üzvü olması, bununla da təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdməsi ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadəni təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin 27 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə onun yaxın qohumlarına məlumat verilmişdir. Bundan başqa "xxxx" MMC-dən 01 may 2024-cü il tarixli, 8841 nömrəli məktubla daxil olmuş cinayət işi üzrə təqsirləndirilən şəxs və şahidlərin istifadəsində olmuş mobil nömrələrin müvafiq operatorda qeydə alınmış 26 oktyabr 2023-cü il saat 18:00-dan 27 oktyabr 2023-cü il saat 14:00-dək olan müddətdə anten məlumatlarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus 050 627-22-66 mobil nömrənin anten dairəsi 26 oktyabr 2023-cü il tarixdə, saat 20:43 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində; həmin nömrə ilə 2023-cü ilin oktyabr ayının 26-da sonuncu dəfə saat 22:04-də arvadına məxsus 051 785-81-00 mobil nömrə arasında 19 (on doqquz) saniyə telefon danışığı olmuşdur. Bundan əlavə, anten dairəsi barədə məlumatlardan o da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş əməliyyatçılar Şahid1, Şahid2 və Şahid3 həmin vaxt istifadələrində olmuş mobil telefon nömrələrinin anten dairələri demək olar ki, eyni ərazidə olmuşdur. Anten dairəsinin müəyyənləşdirilməsinin həmin müddətdə qeyd olunan mobil telefon nömrələrinə zəng, sms və sair daxil olub-olmamasından asılılığı nəzərə alınmışdır (bu barədə hökmün sənədlərin tədqiq edildiyi təsviri hissəsində ətraflı qeyd olunmuşdur). Bundan başqa, məhkəmə müdafiə tərəfinin cinayət işinin materiallarındakı bir sıra sənədlərin (Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsi tərəfindən qəbul olunmuş və məlumat üçün Lənkəran Rayon Məhkəməsi və Lənkəran Rayon Prokurorluğuna göndərilmiş “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 oktyabr 2023-cü il tarixli qərar və müşayiət məktublarının əsilləri və surətlərində) tarixində düzəliş edilməsi barədə mübahisələndirməsini araşdırmış, bununla əlaqədar ittiham aktı üzrə Şahid1, əlavə şahid qismində dəvət olunaraq dindirilmiş təhqiqatçı Şahid5 və müstəntiqin Şahid6 onlara ünvanlanmış suallara cavab olaraq ayrıayrılıqda bildirdiklərinin nəticəsində məlum olmuşdur ki, sözügedən sənədlər dəftərxana vasitəsilə prokurorluğa və məhkəməyə göndərilmiş, sonradan sənədlərdəki tarixdə olan texniki səhv digər sənədlərdə də düzəldilərək reallığa uyğunlaşdırılmışdır. Qeyd olunan əsaslandırma eyni zamanda cinayət işinin materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 oktyabr 2023-cü il tarixli qərar, Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması ilə məşğul olması barədə məlumatın daxil olmasını özündə əks etdirən 26 oktyabr 2023-cü il tarixli raport, habelə onun şübhəli şəxs qismində saxlanılması və tutlması barədə 27 oktyabr 2023-cü il tarixli raport, qərar və protokolda, habelə digər bu qəbildən olan digər istintaq hərəkətlərinin protokolları ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 234.1-ci maddəsində (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Sözügedən Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, hər iki istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının ifadələri, “şəxsi axtarışın keçirilməsi haqqında” 27 oktyabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, ekspert rəyləri, maddi sübutlar və digər sənədlər, yəni məhkəmədə toplanmış sübutların məcmusu ilə də tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarının 25-ci bəndində qeyd olunur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından, onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin 27 oktyabr tarixindən 28 oktyabr tarixinədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 1 (bir) gün, habelə ev dustaqlığında olduğu müddət cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində (məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan sənədlərin əsilləri qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə cinayət təqibi üzrə icraatın materiallarının saxlandığı yerdən asılı olaraq qaytarılan sənədlərin surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və həmin materiallarda saxlamalıdır) nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,278 və 1,134 qram olmaqla, ümumi təmiz çəkisi 2,412 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,212 qram qalığı məhv edilməli; şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı qeydə alınmış videogörüntünün qeydə alındığı DVD və məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarının əks olunduğu CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, həmin disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalında dərhal həbs edilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına köçürülüb həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X10 göndərilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarını nəzərə alıb, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin 27 oktyabr tarixindən 28 oktyabr tarixinədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 1 (bir) gün və 2023-cü ilin 28 oktyabr tarixindən 31 may 2024-cü il tarixinədək ev dustaqlığında olduğu müddət onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 27 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində olan hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun və o, Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X10 göndərilsin. Təqsirləndirilən şəxs həbs və ev dustaqlığında olduğu müddətlər cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 27 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (atmış) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,278 və 1,134 qram olmaqla, ümumi təmiz çəkisi 2,412 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,212 qram qalığı məhv edilsin; şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı qeydə alınmış videogörüntünün qeydə alındığı DVD və məhkəmə istintaqı zamanı "xxxx" MMCdən daxil olmuş anten məlumatlarının əks olunduğu CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-389/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-389/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver