Məhkəmə qərarları › İş №1(099)-39/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-39/2023

05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-39/2023 05.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçilər Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və MBM Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi Səttar Bəhlulzadə küçəsi nömrəsiz fərdi yaşayış evində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1990-cı il tarixdə Qobustan rayonunun Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qobustan rayonunun Sündü kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində nömrəsiz fərdi yaşayış evində faktiki yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1992-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində nömrəsiz fərdi yaşayış evində faktiki yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, narkotik vasitələrin qanunsuz satışını həyata keçirməklə hər birinin gəlir əldə etməsindən ibarət birgə cinayətkər niyyətlərinə uyğun olaraq 2022-ci ilin fevral ayının 11-dən 12-nə keçən gecə Təqsirləndirilən şəxs3 məxsus olmaqla sonuncunun idarə etdiyi “AZ-Samand” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonunun Qaradolaq kəndinə gələrək, Təqsirləndirilən şəxs3 narkotik vasitənin qoyulduğu yarımtikilinin yaxınlığında yolun kənarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maşından düşürmüş, şübhə çəkməmək və sonradan geri qayıdıb onları razılaşdıqları kimi Bakı şəhərinə geri aparmaq məqsədilə maşını idarə edib Ağcabədi şəhərinin girişində olan yanacaqdoldurma məntəqəsinə getmiş, bundan sonra həmin kəndin ərazisində qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən 5060 qram təmiz çəkiyə malik külli miqdarda heroini əldə etmiş cinayətkar qrupun üzvlərindən Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin gələcəkdə satışını həyata keçirməklə əldə edilmiş gəliri cinayətkar qrupun üzvləri arasında bölmək məqsədi ilə onları hər birində ayrı-ayrılıqda 2400 qram, 1360 qram və 1300 qram olmaqla üç ədəd bükümdə Ağcabədi rayonunun ərazisində Təqsirləndirilən şəxs2la birgə daşıyaraq üzərində saxlamış, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 fevral 2022-ci il saat 00:30 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2la birlikdə Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində, Təqsirləndirilən şəxs3 isə şəhərində girişində idarə etdiyi avtomobili ilə birlikdə saxlanılaraq rayon polis şöbəsinin inzabati binasına gətirilib həmin gün saat 01:10 dəqiqədə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əlində olan bir ədəd üzərində “Levis” sözləri yazılmış seloffan torbanın içindən üç ədəd polietilen torbaya bükülmüş və ayrı-ayrılıqda təmiz çəkiləri 2400 qram, 1360 qram, 1300 qram olmaqla ümumilikdə 5060 qram təmiz çəkiyə malik kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, özü narkotik vasitə marixuana və heroindən istifadə edir. İİR vətəndaşı Seyid Həsən adlı şəxslə instaqram sosial şəbəkəsində tanış olmuşdur. Həmin adam demişdir ki, sənə külli miqdarda mal (narkotik vasitələr) göndərəcəm. İlkin danışıqları zamanı narkotik vasitələrin Zərdəb rayonu ərazisinə qoyulacağını, sonra isə narkotik vasitələrin Ağcabədi rayonu ərazisinə qoyulacağını bildirmişdir. Aralarındakı razılaşmaya əsasən İİR vətəndaşının göndərdiyi narkotik vasitələri Bakı şəhərinə daşımalı, orada öz seçimi əsasında istənilən yerə qoyub, bu barədə whatsApp sosial şəbəkəsi vasitəsilə iranlıya konum və şəkil göndərməli imiş. Gördüyü işin qarşılığında isə öz istifadəsi üçün təxminən yarım kq heroini iranlı ona pay verəcəkmiş. Bu məsələ haqqında iranlı şəxslə təxminən bir ay danışmış, ilk əvvəl getməyə qorxmuş, lakin sonradan iranlı şəxslə razılaşmış, getməyə qərar vermişdir. Hadisə günü özü, Seymur və Tural birlikdə yola çıxmışlar. Yola çıxmamışdan əvvəl isə iranlı şəxslə danışmış, ona yalandan artıq yolda olduğunu bildirmiş, halbuki isə hələ yola çıxmamışdır. Həmin vaxt isə onlar Xırdalan şəhərində olmuşlar. Yola Xırdalan şəhərindən düşmüşlər. xx.xx.2022-ci ildə yola çıxmamışdan əvvəl isə küçədə tanışı olan Seymurla rastlaşmış, ona təklif etmişdir ki, onu Ağcabədi rayonuna aparıb gətirsin. Seymur əvvəl nə məsələ olduğunu soruşmuşdur. Seymura bildirmişdir ki, 1500 manat pul var bir nəfərdə gedib həmin pulu alıb qayıdacaqdır. Seymur isə avtomobilinin xarab olduğunu, uzaq yola həmin avtomobillə çıxmağın mümkün olmadığını bildirmişdir. Bu söhbətləri Seymura məxsus avtomobildə etmişlər. Daha sonra Xırdalan şəhərində «uğur marketin» qarşısında taksilər dayanır, onlar həmin yerə getmişlər ki, münasib bir maşın tapsınlar. Seymura məxsus avtomobillə marketin qarşısına getmişlər, orada tanışı olan və onlarla bir məhlədə yaşayan taksi fəaliyyəti göstərən Turalın dayandığını görmüşlər. Onlar hər ikisi Turalla görüşmüşlər. Ağcabədi rayonuna gedib-gəlmək qarşılığında isə Turalla 140-150 manata razışlaşmışlar. Beləliklə, birlikdə yola çıxmışlar. Yol boyu iranlı şəxslə danışmışdır. Həmin vaxt isə Seymur içkili olduğundan maşında yatmışdır. Tural isə onun danışıqlarını başa düşməmişdir. Nəhayət Ağcabədi rayonuna gedib çatmışlar. Orada olarkən iranlı şəxs konum atmışdır. Həmin konum isə Qaradolaq kəndi ərazisində yolun kənarını göstərmişdir. Bu zaman Turala avtomobili saxlamasını bildirmişdir. Yolun kənarında Tural avtomobili saxlayarkən isə, ona bir nəfər şəxslə görüşüb geri qayıdacağını demişdir. Seymur isə həmin vaxt yuxudan oyanmış, lakin onunla birlikdə gəlməyərək, digər istiqamətdə ayaqyoluna getmişdir. Özü maşından yüz metr aralanmış, həmin vaxt Tural və Seymuru görməmişdir. Konumun göstərdiyi yeri tapmış, orada tikilinin olduğunu görmüşdür. Həmin tikiliyə baxdıqda isə şəkildəki tikilinin olduğunu görmüşdür. Oradan təxminən beş kq heroinin olduğunu görmüş, heroini əyilib götürən zaman isə polis əməkdaşları gəlmişlər. O isə polis əməkdaşlarına heçnə deməmiş, daha sonra Ağcabədi Rayon Polis Şöbəsinə aparılmışdır. Orada biraz döyülmüş, malı haradan aldığını soruşmuşlar. Polislər onu üçü birlikdə tutulduğundan, onun isə polisə təkdir deməsi səbəbindən və telefonda iranlı şəxslə danışarkən, iranlı polis adı çəkmiş, həmin polisi isə söymüş, bunu eşidən polis də saxlanılan zaman orda olmuş və onu döymüşdür. İlk əvvəl heçnə etiraf etməmiş, malın arxasınca gəlməyini gizlətməyə çalışmış, lakin sonradan hər şeyi danışmışdır. Narkotik vasitələr çəkilərkən isə beş kq altmış qram olması müəyyən edilmişdir. Bundan sonra isə rəsmiləşdirilmişdir. Videoçəkiliş olmuş, daha sonra məhkəməyə çıxarılaraq barəsində dörd ay müddətində sanksiya seçilmişdir. Narkotiki götürməklə bağlı Seymur və Turalla aralarında heç bir razılaşma olmamış, yolda iranlı ilə danışmış amma narkotik adı çəkməmiş, “çatıram, gəlirəm” belə danışmış, Seymuru həmin gün aldatmış, başqa heçnə düşünməmiş, saxlanılarkən Seymur yanında olmamış, sonuncu narkotiki görməmişdir. Əməlindən peşmandır, məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, təxminən 10 il olar ki, marixuanadan və 5 il olar ki, narkotik vasitə heroini falqada yandırıb tüstüsünü siqaret kimi çəkməklə isitifadə edir. Seymuru təxminən 7-8 il olar tanıyır, aralarında yaxşı münasibətləri olmuş, Seymur onunla eyni məhlədə yaşayır. Seymurun narkotik vasitə alüdəçisi olmasından məlumatı olmuşdur. Belə ki, Seymurla bir neçə dəfə birlikdə narkotik vasitə marixuana çəkmiş, ancaq Seymurun narkotik vasitələrin alqı-satqısı ilə məşqul olması barədə məlumatı olmamışdır. Təxminən 1 il bundan əvvəl instaqram sosyal səhifəsində Rza adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. O, Rza ilə arada yazışmışdır. Rza ilə yazışan zaman söhbət narkotik vasitələrdən düşmüş, o, istifadə etməyi barədə yazmışdır. Rza ona lazım olarsa ona narkotik vasitə tapa bilər sözlərini demişdir. Rza ona demişdir ki, sənə kart hesabı verəcək, nə qədər lazımdırsa pulunu həmin kart hesabına vuracaqsan, pul çatdıqdan sonra sənə yer deyəcəm gedib ordan narkotiki götürəcəksən. Rza heroinin 1 qramını 15 manata satdığını demişdir. O, 2021-ci ilin sentyabr ayında Rza adlı şəxsə milliön aparatından pul göndərmiş, əvəzində narkotik vasitə heroin almış, həmin narkotik vasitəni özü istifadə etmişdir. Təxminən bundan 10-15 gün sonra o yenə narkotik vasitə almaq üçün vatsap vasitəsi ilə Rzayla danışmışdır. Bundan sonra o, 5 qram narkotik vasitənin pulunu 75 manat Rza verdiyi hesaba göndərmişdir. Rza ona votsapda konum atmışdır. O, həmin konumla gedib, gül dipçəyinin içindən siqaret qutusunda narkotik vasitəni götürmüşdür. 2021-ci ilin oktyabr ayında onun keçmiş tanışı, hazırda cəza çəkmə müəssisəsində olan Xırdalan şəhər sakini İlknur tanımadığı İran İslam Respublikası vətəndaşı Seyid Həsən adlı şəxsin nömrəsini verib narkotik vasitə lazım olarsa onunla əlaqə saxlamağını bildirmişdir. O, təxminən 1 ay sonra hardasa 2021-ci ilin noyabr ayında Seyid Həsənə votsap vasitəsi ilə yazmışdır ki, ona 50 qram narkotik vasitə heroin lazımdır. Həsənlə danışıb 1 qramını 15 manata razılaşmışdır. Seyid Həsən ona kart hesabı göndərmiş və yazmışdır ki, sənə nə qədər lazımdırsa hesaba həmin məbləğdə pul göndər, o Bakı şəhəri ərazisində yer deyəcəyini, oradan gedib narkotik vasitəni götürəcəyini demişdir. O, milliön aparatı ilə Seyid Həsən verdiyi hesaba 750 manat manat pul göndərmişdir. Çekin şəklini çəkib votsapla Seyid Həsənin istifadə etdiyi votsap nömrəsinə göndərmişdir. Bir qədər sonra Seyid Həsən votsap səhifəsinə konum atmış, o, həmin konum vasitəsi ilə Zabrat magistral yolunun kənarında siqaret qutusunda 50 qram narkotik vasitə heroini götürmüşdür. O, 50 qram narkotik vasitənin 30 qramını 1 qram olmaqla 30 bükümə bölüb qablaşdırmış və hazırda tanımadığı şəxslərə qramını 25 manatdan satmışdır. Digər qalan 20 qramını isə özü istifadə etmişdir. Bundan təxminən 10-15 gün sonra o, Seyid Həsənə yazmışdır ki, ona 80 qram narkotik vasitə heroin lazımdır. Seyid Həsənlə bu dəfə qramını 13 manata razılaşmışdır. O, Seyid Həsənə nəğd pulu göndərməsini, malı» göndər, o, satıb pulunu göndərəcəyini demişdir. Onlar razılaşmışdır ki, 80 qramına satıqdan sonra 835 manat pul göndərəcəkdir. Seyid Həsən onunla razılaşdıqdan sonra votsap vasitəsi ilə konum atmış, həmin konumla o, gedib narkotik vasitəni götürmüşdür. O, 80 qram heroindən 20 qramı özü istifadə etməyi üçün ayırmış, digər qalan 60 qramını 1 qram olmaqla bölüb polietilen kəsiyində qablaşdırmışdır. Həmin 60 ədəd bükümü tanımadığı şəxslərə qramını 20-25 manatdan satmış və təxminən 1200 manat pul əldə etmişdir. O, narkotik vasitənin satışından əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Seyid Həsən zəng edib pulunu istəyəndə hər dəfə ona tezliklə pulunu verəcəyini demiş, ancaq pulu olmadığından verə bilməmişdir. Bundan sonra təxminən 2-3 ay İranla əlaqə saxlamamışdır. Təxminən 2022-ci ilin yanvar ayının sonlarından başlayaraq Seyid Həsən ona zəng etməyə başlamışdır. Seyid Həsən ona yazmışdır ki, «mal» var onu götürüb o dediyi şəxslərə vermiş, əvəzində ona ya hər 1 kq üçün 1000 manat, ya hər 1 kq üçün 100 qram «mal» verəcək. X15 borcu olduğundan əvvəl qorxub razılaşmış, sonradan Seyid Həsən ona təklif etmişdir ki, bu işi görsə ona olan borcunu siləcək və əlavə olaraq pul və ya narkotik vasitə verəcək. Bundan sonra o, hər 1 kq-da 1500 manat qazanc olduğunu bildiyi üçün razılaşmışdır. 11 fevral 2022-ci il tarixdə səhər saatlarında Seyid Həsən mənə votsap vasitəsi ilə yazaraq 3kq 700 qram narkotik vasitə heroini Ağcabədi rayonu ərazisində qoyulacağını, həmin narkotik vasitəni gedib götürməyini bildirmişdir. Seyid Həsən onun vostapına konum atmış və nə vaxt gedə biləcəyini deyəcəyini bildirmişdir. Həmin gün təxminən saat 18 radələrində Seyid Həsən ona yazmışdır ki, gedə bilərsən, ancaq «mal» dediyindən artıq olacaqdır. O, Ağcabədi rayonuna gedib-gəlmək üçün avtomobil axtarmaq üçün küçəyə çıxmışdır. Küçədə tanışı Seymurla rastlaşmış, Seymurun özünə məxsus Volksvagen Qolf markalı avtomobili olduğundan təklif etmişdir ki, onu Ağcabədi rayonuna aparıb gətirsin. Seymur əvvəl nə məsələ olduğunu soruşmuşdur. O, demişdir ki, X14 adlı şəxs ona narkotik vasitə olan heroin verir, hər 1 kq üçün 1000 manat pul və ya hər 1 kq üçün 100 qram «mal» təklif edir, yəni o, gedib Ağcabədi rayonu ərazisindən «malı» götürəcək, Bakı şəhərində Seyid Həsən dediyi şəxslərə verəcək, əvəzində qazanc əldə edəcəkdir. O, Seymura demişdir ki, onunla getsən ona qalan qazancdan sənə də verəcəm, istəsən pul, istəsən narkotik götürə bilərsən. Seymur onunla razılaşmış, ancaq demişdir ki, onun avtomobili nasazdır, başqa maşın axtarmaq lazımdır. Xırdalan şəhərində «uğur marketin» qarşısında taksilər dayanır, onlar həmin yerə getmişdir ki, münasib bir maşın tapsınlar. Seymura məxsus avtomobillə marketin qarşısına getmiş, orada tanışı, onlarla bir məhlədə yaşayan və taksi fəaliyyəti göstərən Turalın dayandığını görmüşdür. Onlar hər ikisi avtomobildən düşüb Turalın dayandığı yerə yaxınlaşmışdır. Tural onları görüb avtombildən düşmüş və onlarla görüşmüşdür. Seymur Turala demişdir ki, onlar Ağcabədi rayonuna gedib-gəlməlidir. Tural 120 manat verərsiz aparıb gətirərəm cavabını vermişdir. O, demişdir ki, gedək gələndə yaxşı olarsa sənə əlavə 20 manat verəcəkdir. Tural soruşmamış, onlarda deməmiş hara gedirlər. Onlar birlikdə Ağcabədi rayon Qaradolaq kəndi ərazisinə gəlmişdir. O, konumda baxmışdır ki, göstərilən yerə avtomobilə getmək olmur. Bu səbəbdən Turala avtomobili yolun kənarında saxlamasını demişdir. Tural avtomobili saxlamış, o və Seymur avtomobildən düşüb təxminən 150-200 metr sahəliyə doğru hərəkət etmişdir. Həmin yerdə qarşılarına yarım tikili çıxmışdır. Onlar tikilinin içinə daxil olmuş, orada qutu olmuşdur. O, qutunu qaldırıb altına baxmış və orada olan 1 ədəd göy rəngli polietilen torbanı götürmüşdür. O, torbanı götürüb avtomobilə tərəf gələn zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları narkotik vasitə saxlamağında, satışı ilə məşqul olmağında şübhəli olduğu üçün rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bundan sonra onu və Seymuru rayon polis şöbəsinə gətirmişlər. Şəxsi axtarış zamanı o, əlində olan narkotik vasitəni təqdim etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müstəntiqə qeyd edilən kimi ifadələr vermədiyini, Seymurun narkotikin dalınca getməyindən məlumatının olmadığını, Turalın isə taksi sürücüsü kimi onları apardığını, Seymurla birlikdə maşından düşüb tikilinin yanına getmədiyini, elə halın olmadığını, elə ifadə vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Nicatı dörd-beş il olar ki, yaşadığı yerdən quşbaz kimi tanıyır, Turalı isə taksi sürcüsü kimi üç ildir ki, tanıyır. Hadisə günü, yəni xx.xx.2022-ci ildə Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən yaşadığı evinə gəlmiş, daha sonra evinin qarşısına siqaret çəkmək məqsədilə çıxmışdır. Həmin vaxt Nicat gəlmiş, onunla görüşmüş, Nicat bildirmişdir ki, Ağcabədi rayonunda tanışında alacağı 1500 manat pul var, onunla birlikdə ora gedib ona həmin pulu almaqda köməklik etməsini xahiş etmiş, bildirmiş ki, sən müharibə iştirkaçısısan sənin köməkliyinlə pulu ala bilərik, qarşılığında isə alacağı puldan 500 manatı ona verəcəkdir. Bu zaman Nicatın təklifi ilə razılaşmış, lakin avtomobilinin xarab olduğunu Nicata bildirmişdir. Bundan sonra taksi sürücüsü işləyən Turala yaxınlaşmış, ona Nicatla birlikdə rayona pul almaq məqsədilə getmək istədiklərini demişdir və yol pulu olaraq 140-150 manat ödəniş etməsini razılaşmışlar. Həmin pulu Turala özü verəcəkmiş, lakin turala əvvəlcədən pul verməmişdir. Daha sonra birlikdə yola çıxmışlar, içkili olduğundan Sədərəkdən keçəndən sonra maşında yatmışdır. Birdə maşın dayananda yuxudan ayılmış və görmüşdür ki, Nicat maşında yoxdur. Bundan sonra maşından ayaqyoluna getmək məqsədilə düşmüş, “polis, polis” deyə səslər eşitmişdir, görmüşdür ki, Nicatı gətirdilər. Həmin vaxt isə artıq Tural getmişdi. Onu da həmin polis əməkdaşları saxlayıb, Ağcabədi rayonuna şöbəyə aparmışlar. Orada polis əməkdaşları tərəfindən ayrı-ayrılıqda döyülmüşlər, boynuna bu işi qoymuşlar. Şöbədə ondan nəyə görə gəldiyini soruşduqda, demiş ki pul dalınca gəlib. Lakin, polis əməkdaşları Nicatın artıq ifadə verdiyini, narkotik üçün bura gəldiklərini, Nicatın da ona həmin narkotikdən istifadə üçün verəcəyini bildirdiyini demişlər. Məcbur olub özüdə elə ifadə vermiş ki, Nicat həmin narkotikdən istifadə etmək üçün verəcəkmiş. Ondan sonra sabahısı polislərdən biri yaxınlaşmış və üzürxahlıq edərək demiş ki, “sən veteransan, əməliyyatçılarla səni döydük”. Daha sonra məhkəməyə çıxmışlar, barəsində həbs seçilmişdir. Özü heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Nicatın həmin yerə narkotik götürmək üçün getməsindən məlumatı olmamış, bu barədə Nicatla aralarında heç bir razılıq olmamışdır. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 6-7 il olar ki, məhlə uşağı kimi tanıyır. Nicatla birlikdə bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. 11 fevral 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən küçəyə çıxmışdır, həmin vaxt Nicat ona yaxınlaşmış və ona Ağcabədi rayonuna gedib-gəlmək lazımdır sözlərini demişdir. Onun özünə məxsus Volksvagen markalı avtomobili vardır. O, Nicata demişdir ki, avtomobili nasazdır. Nicat ona demişdir ki, bir tema var, onunla əlaqədar Ağcabədi rayonuna getmək lazımdır. Bundan sonra Nicat danışmışdır ki, İran İslam Respublikasında Seyid Həsən adlı tanışı var, Həsən ona təklif edib ki, Ağcabədi rayonu ərazisində çoxlu narkotik vasitə var, onu götürüb lazımı admalara paylamaq lazımdır. Daha sonra Nicat demişdir ki, Seyid Həsən ona deyib ki, paylayacağı hər 1 kq narkotik üçün 1000 manat və ya 100 qram narkotik vasitə verəcəkdir. Nicat demişdir ki, gedək birlikdə Ağcabədidən narkotik vasitəni gətirək, Seyid Həsən dediyi şəxslərə paylayacam, sənə istəsən pul, istəsən narkotik vasitə verəcəkdir. O, razılaşmış və ona məxsus avtomobilə minib Xırdalan şəhərində Uğur marketin qarşısına getmişdir. Həmin marketin qarşısında taksilər dayanır. Ora çatanda məhlə uşuğı tanışı Turalı özünə məxsus Az-samand markalı avtomobilə dayandığını görmüşdür. Onlar yaxınlaşmışdır Turala və Ağcabədi rayonuna gedib-gəlmək lazım olduğunu demişdir. Tural 120 manata aparıb-gətirə biləcəyini demişdir. O, özünə məxsus avtomobili marketin yaxınlığında saxlayıb Turala məxsus avtomobilə əyləşmişdir. Nicat qabaq sərnişin yerində əyləşmiş və Tural avtomobili Ağcabədi rayonu istiqamətinə sürməyə başlamışdır. Yolda Nicat telefonla kiminləsə danışmış və narkotik vasitəni hara qoyulacağını, haradan gedib götürməsini demişdir. Nicat telefonla danışdığı şəxs ona konum atmış və tez-tez çatıb-çatmadığını soruşmuşdur. Nicat telefonla danışan zaman Tural başa düşmüdür ki, onlar Ağcabədi rayonuna narkotik vasitə gətirməyə getmiş. Bundan sonra Nicat Turala demişdir ki, gedirik Ağcabədi rayonunda mal var, onu götürüb qayıdacıyıq Xırdalana, yaxşı olsa 140 manat pul verəcəkdir. Onlar birlikdə Ağcabədi rayonu Qaradolaq kəndi ərazisinə gəlmişdir. Nicat telefonda konuma baxıb Turala avtomobli saxlamağını bildirmişdir. Həmin vaxt Tural avtombildə o və Nicat avtomobildən düşüb sahəlik tərəfə getməyə başlamışdır. Orada yarım tikilinin içinə girmişdir. Nicat qutunun altından 1 ədəd göy rənli polietilen torba götürmüş və birlikdə avtomobilin yanına qayıtmağa başlamışdır. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmış və rayon polis şöbəsinə gətirmişlər. Daha sonra şəxsi axtarış aparılmış, Nicatın əlində olan narkotik vasitəni aşkar edib götürmüşlər. O, təxminən 2 il olar ki, narkotik tərkibli vasitələr və psixotrop maddəni az-az hallarda istifadə etmiş, o, istifadə etdiyi narkotik vasitəni bəzi vaxtlar tapmış, bir-iki dəfə də hazırda xatırlamadığı şəxslərdən almışdır. O, heç kimə narkotik vasitə satmamış, heç kəsə də pay verməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müstəntiq tərəfindən heç bir təzyiq və təsirlərə məruz qalmadığını, lakin müstəntiqin vəkil və əməliyyatçılarla birlikdə ondan ifadə aldığını, ifadələrini digər polis əməkdaşlarının təsiri, təzyiqi nəticəsində oxumadan imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Nicatı və Seymuru tanıyır, Seymur onun qonşusudur, Nicat isə onlardan biraz aralıda yaşayır. Özü taksi sürcüsüdür. Hadisə günü yəni, xx.xx.2022-ci ildə yaşadığı ərazidə həmişə durduğu dayanacağa yenicə gəlmiş, bu zaman Seymurun öz maşını ilə ora gəldiyini görmüşdür. Həmin maşından Nicat da düşmüşdür. Həmin vaxt Seymur demiş ki, Ağcabədiyə gedib-qayıdaq, ona özünün niyə getmədiyini soruşmuşdur. Seymur isə demişdir ki, maşını nasazdır. Pul var götürüb qayıdacayıq, başqa da heçnə deməmişdir. Bundan sonra gediş-gəliş haqqı kimi Seymurdan 140 manat istəmiş, lakin Seymur 120 manat verə biləcəyini bildirmiş, onunla razılaşmışdır. Daha sonra Seymur arxa oturacaqda, Nicat isə qabaq oturacaqda oturmuş, həmin vaxt üzərində 40 manat pul olmuşdur. Bu puldan Lökbatana çatanda 20 manatlıq benzin vurmuşdur. Daha sonra yola çıxmışlar. Yolda olarkən Nicatdan siqaret istəmiş, demiş ki yoxdu Seymurdan istə, bu zaman Seymura səslənmiş görmüş ki yatıb. Yol boyu Seymur heç kimlə danışmamış, yatılı vəziyyətdə olmuşdur. Nicat isə yol boyu telefonda danışmamışdı. Seymurun isə içkili olub-olmadığını bildirməmişdir. X13 öz aralarında narkotikdən danışmamışdır. Zərdaba çatanda Nicat sual vermiş ki, “tanıyırsan yolu”, demişdir ki, birinci dəfədir bu yolu gedir. Həmin vaxt Nicata zəng gəlmiş, açmış demişdir ki, “10-15 dəqiqəyə yığıram”. Gəlib İmişli yoluna çatmışlar. Daha sonra Nicat ona göndərilən konumu telefonunda açmış və yolu göstərmişdir. Nicatın telefonundakı konuma təxminən beş dəqiqə baxmış, gerisin isə Nicat ona demişdir. Nicatdan həmin vaxt heçnə soruşmamış, heç nədən şübhələnməmişdir. Nəhayət gəlib Ağcabədiyə çatmışlar. Yolda Nicat demişdir ki, maşını saxlasın. Bu zaman Nicat maşından düşmüş demişdir ki, 5 dəqiqəyə gəlir. Nicat maşından tək düşüb getmişdir. Lakin on dəqiqə gözləmiş görmüş ki, geri qayıtmır, Seymuru yuxudan durquzmuş demiş ki, Nicat getdi qayıtmadı. Seymur da demişdir ki, indi gələr. Bundan sonra Seymur da demişdir ki, ayaqyoluna düşüb qayıdacaqdır. Seymur düşəndə hansı istiqamətə getdiyini görməmiş, hava dumanlı və qaranlıq olmuşdur. Amma 10-15 dəqiqə gözləmiş, Seymur isə qayıtmamışdır. Qarşıda isə təxminən 10-15 km uzaqlıqda bir yanacaqdoldurma məntəqəsi vardı. O zaman ora getməyə qərar vermiş və maşınla ora getmişdir. Məqsədi isə maşınına benzin vurub və geri qayıdıb onları götürmək olmuşdur. Düşünmüşdür ki, telefon vasitəsilə Nicatla əlaqə saxlayar, çünki Nicatın telefon nömrəsi onda olmuş, Seymurun isə telefonu olmamışdır. Yolda isə hava dumanlı olduğundan bir nəfər şəxsdən Bakı yolunu soruşmuş, ona izah etmişlər. Yanacaqdoldurma məntəqəsindən onları götürmək məqsədilə qayıtmaq istədikdə isə yol patrul xidməti əməkdaşları tərəfindən maşını saxlanılmış, sənədləri yoxlanılaraq yubadılmışdır. Bundan sonra arxadan polislər gəlmiş, onu tutub yerə yıxıb döymüşlər. Döydükdən sonra isə polis şöbəsinə aparmışlar. Ora gəldikdə isə görmüş ki, Nicat və Seymur da ordadır. Özünü bir başqa otağa aparmışlar, bu zaman rəisləri gəlib otaqda olan hamını bayıra çıxarmış və sorğu-sual edərək, hardan gəldiyini soruşmuşdur. Cavabında isə Xırdalandan gəldiyini, taksi sürücüsü olduğunu, çörək puluna görə gəldiyini bildirmişdir. O, isə narkotikə görə gəldiyini bildirmişdir. Bu zaman həmin rəisə narkotik istifadəçisi olmadığını, kirayədə qaldığını, uşağının olduğunu, maşınının isə kreditdə olduğunu bildirmişdir. Həmin polis isə iki şillə vuraraq, yenə də narkotikə görə gəldiyini demişdir. Bundan sonra onu MSY-nə aparmışlar, orada isə polis əməkdaşlarından birindən xahiş edərək, ona məxsus telefonla atasına zəng vurub, taksi kimi gəldiyini, başına gələnləri danışaraq ilişdiyini demişdir. Sabahısı günü isə müstəntiq gələrək, onu buraxmışdır. Bu hadisədən on gün sonra isə Rəşad adlı müstəntiq ona zəng vurub, çağırmışdır. Şöbəyə gəldikdə isə görmüş ki, onu da məsuliyyətə cəlb ediblər. Bundan sonra şöbədən çıxıb evinə qayıtmış və işinin məhkəmədə olduğunu bilmişdir. Narkotik barədə yalnız şöbədə olarkən eşitmiş, lakin narkotiki ümumiyyətlə görməmişdir. İstintaq zamanı Seymurla onu müstəntiq üzləşdirmiş, lakin nə özünün, nə də ki, Seymurun yanında müdafiəçi olmamışdır. Həmin vaxt hadisəni olduğu kimi Seymurun üzünə demiş, onun üzünə narkotiklə bağlı heçnə deməmişdir. Himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə saat 19 radələrində o, özünə məxsus avtomobillə Xırdalan şəhərində Uğur marketin qarşısında dayanmışdır. Həmin vaxt Seymur və Nicat Seymura məxsus avtomobillə gəlib onun avtomobilinn qarşısında dayanan Mersedes markalı avtomobilin sürücüsü ilə nəsə danışmışdır. Mersedes markalı avtomobilin sürücüsü bir «kliyent» götürüb getmişdir. Bundan sonra Seymur ona tərəf baxıb əli ilə qarşıya sürməyini göstərmiş, o yerindən tərpənməmişdir. Seymur avtomobili bir az qabağa sürüb dönüb qayıdıb şüşəni yendirib ona demişdir ki, işarə edir niyə gəlmirsən. Seymur və Nicat düşüb ona yaxınlaşmış, görüşmüşlər. Seymur ona demişdir ki, Ağcabədi rayonuna gedib-gəlmək lazımdır. O. özünün maşının var, niyə onunla getmirsən cavabını vermişdir. Seymur ona demişdir ki, maşını xarab olub, yoldu qızdırır. Bundan sonra o, aparıb gətirməyə razılaşmış və Seymur ona 140 manat pul verəcəklərini bildirmişdir. O, soruşmuşdur ki, narkotik teması deyilki, Seymur and içib Ağcabədi rayonunda bir nəfərlə görüşüb qayıdacaqlarını demişdir. Seymur özünə məxsus avtomobili yolun kənarında parkofka edib əyləşmiş ona məxsus avtomobilə, o, Ağcabədi rayon istiqamətinə sürməyə başlamışdır. Nicat qabaq sərnişin yerində əyləşmişdir. Yolda gələ-gələ Nicat kiminləsə telefonda danışmışdır. Həmin şəxs Nicatın telefonuna hara gedəcəyi yerin konumunu göndərmişdir. Təxminən Zərdab rayonu ərazisində Nicat həmin şəxslə video görüntü ilə danışmağa başlamışdır. Nicat telefonu o, tərəfə çevirmişdir. Həmin şəxs ona bu necə maşın sürməkdir, «arkadaşdar» sizi gözləyir, soyuqdu onlara, neçə saatdı gözləyirlər sözlərini demişdir. Bu söhbətdən sonra Nicat ona demişdir ki, onlar tema dalınca gedir, Ağcabədi rayonundan narkotik vasitə götürüb Bakı şəhərinə aparmalıdır, ehtiyatlı olmaq lazımdır, gözləriniz açıq olsun, birdən polis çıxar qarşılarına. O, heç bir söz demədən yolunu sürməyə davam etmişdir. Nicat telefonunda olan konumu şitin üzərinə qoymuş və ona konum göstərən ünvana sürməyini tapşırmışdır. Onlar ünvan 3dan sahəlik tərəfə göstərmişdir. O, həmin yola düşmüş, yol palçıqlı olduğundan o, demişdir ki, maşını təzə yuduzdurmuş, bu yolla sürə bilməyəcəkdir. Bundan sonra Nicat ona saxlamağını bildirmişdir. O avtomobili saxlamış, Nicat və Seymur avtomobildən düşmüşdür. Nicat ona demişdir ki, onların maşının nömrəsi Bakı seyriyasıdır, sən maşını sür get birdən patrul görər, biz zəng edəndə gəlib bizi götürərsən. O, avtombili sürüb oradan təxminən 10 km aralaşıb yolun kənarında yanacaq doldurma məntəqəsinə gəlmişdir ki, yanac doldurar. Həmin vaxt orada bir neçə şəxs dayanmışdır. O, soruşmuşdur ki, Bakı yoluna necə çıxa bilər, həmin şəxslərdən biri düzünə Bakı yoludu cavabını vermişdir. O, yanacaq doldurub marketin yanında saxlamışdır. Həmin vaxt mülki geyimdə bir neçə şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını deyib, rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Ağcabədi rayon polis şöbəsində inzibati binanın içində ona müdafiəçi dəvət etmiş, əvvəl üzərində şəxsi axtarış aparmış, daha sonra ona məxsus avtomobilə baxış keçirmişlər. Heç bir qanuna zidd əşya aşkar olunmamışdır. Polis şöbəsində olan zaman bilmişdir ki, Seymurla Nicat narkotik vasitəni götürüb gələn zaman polis əməkdaşları onları tutmuşdur. Xırdalan şəhərində Seymur və Nicat ona Ağcabədi rayonuna gedib-gələcəklərini deyən zaman tanışları ilə görüşəcəklərini demiş, yolda isə Nicat ona narkotik vasitə götürüb Bakı şəhərinə gətirəcəklərini demişdir. Hətta Nicat ona demişdir ki, ehtiyatlı davranmaq lazımdır, yolda polislər çoxdur. Nicat yolda telefonla bir nəfərlə görüntülü danışmış, həmin vaxt bilmişdir ki, İran İslam Respublikası vətəndaşı Seyid Həsən adlı şəxsdir. Narkotik vasitənin hansı çəkidə olması və daha sonra neyniyəcəkləri barədə deməmişdir. Nicat narkotik vasitəni götürüb Bakı şəhərinə qayıtmalıyıq demişdir. Onun bu barədə heç bir məlumatı olmamışdır. O, ümumiyyətlə narkotik vasitədən heç vaxt istifadə etməmişdir. O. özünü təqsirli bilir. tutduğu əməldən peşimandır. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı müstəntiq tərəfindən heç bir təzyiq və təsirlərə məruz qalmadığını, lakin həmin ifadələrini təsdiq etmədiyini, müstəntiqə qeyd edilən kimi ifadələr vermədiyini, polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı heç bir yerə şikayət etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 12 fevral 2022ci il tarixdə Nicat adlı şəxsin ümumilikdə üç nəfər olmaqla Ağcabədi rayonuna gələrək, qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısı ilə məşğul olacaqları barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat tərəfindən rəhbərliyə məruzə edilmiş, əməliyyat qrupu yaradılmış və onların cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətraflarında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağcabədi rayon Qaradolaq kəndi ərazisində, onların birlikdə Bakı şəhərindən gəldikləri Təqsirləndirilən şəxs3 isə şəhərin girişində saxlanılaraq avtomobili ilə birlikdə Ağcabədi RPŞ-nə gətirilmişdir. Saxlanılarkən Təqsirləndirilən şəxs1 əlində göy rəngli sellofan olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə olmuş, torba isə Nicatın əlində olmuşdur. Saxlanıldıqları ərazidə isə yarımtikili olmuşdur. Onlar saxlanılmamışdan əvvəl isə artıq gəldikləri maşının markası və nömrəsi barədə də onlarda məlmat olmuşdur. Daha sonra RPŞ-nin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 əlində olan bir ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Sellofan torba açılıb baxılarkən içərisindən 3 ədəd ağ rəngli sellofan torbada qablaşdırılmış içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, bundan sonra bükümlərlə birlikdə ümumi çəkilmiş çəkisi müəyyən edilərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra RPŞ-nin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman heç bir qanuna zidd əşya aşkar olunmamışdır. Bundan başqa RPŞ-nin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs3 üzərinə müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman heç bir qanuna zidd əşya aşkar olunmamışdır. Həmçinin bundan sonra Təqsirləndirilən şəxs3 məxsus az Samand markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı qanuna zidd əşya aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 digər şəxslərlə həmin yerə narkotik götürmək məqsədilə gəldiyini etiraf etmiş, Təqsirləndirilən şəxs2 isə artıq yolda olarkən bu barədə məlumatlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərə qarşı saxlanılarkən və polis şöbəsində olarkən nə özü, nə dəki digər polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməmiş, onlar döyülməmiş, nəyəsə məcbur edilməmişlər, təhdid edilməmişlər. Onlar ilkin izahat verərkən, müdafiəçiləri yanlarında olmuş, həmin vaxt özü və digər əməliyyatçılar orada olmamışdır. Onların bu barədə bildirdikləri tamamilə yalan və böhtandır. Özlərini müdafiə məqsədilə bildirilmiş uydurmadır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağcabədi RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti vəzifəsində işləyir, polis mayorudur. Təqsirləndirilən şəxslər narkotik vasitlərin qanunsuz dövriyyəsində şübhəli olduqlarından saxlanılaraq xx.xx.2022-ci ildə Ağcabədi RPŞ-nə gətirilmişdir. Həmin gün hər üç şəxsin üzərinə keçirilmiş şəxsi axtarışın, eləcədə avtomobilə keçirilmiş baxışın videogörüntüləri tərəfindən çəkilmişdir. Bildirir ki, RPŞ-nin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlində olan bir ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Sellofan torba açılıb baxılarkən içərisindən 3 ədəd ağ rəngli sellofan torbada qablaşdırılmış içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, bundan sonra bükümlərlə birlikdə ümumi çəkilmiş çəkisi müəyyən edilərək qablaşdırılıb götürülmüşdür. Hazırda hadisəni dəqiq xatırlamasada Nicat həmin narkotiki iranlı şəxsdən əldə etdiyini bildirdi. Bundan sonra RPŞ-nin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman heç bir qanuna zidd əşya aşkar olunmamışdır. Bundan başqa RPŞ-nin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs3 üzərinə müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman heç bir qanuna zidd əşya aşkar olunmamışdır. Həmçinin bundan sonra Təqsirləndirilən şəxs3 məxsus az Samand markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı qanuna zidd əşya aşkar olunmamışdır. İş materiallarında olan Ağcabədi RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin polis şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması, onların əldə etdikləri külli miqdarda narkotik maddələri satış məqsədilə Ağcabədi rayonundan keçməklə Bakı şəhərinə aparcaqları barədə məlumat daxil olmuşdur. (c 1, i.v 5) İş materiallarında olan «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (c 1, i.v 6) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 fevral 2022-ci il tarixdə saat 00:55-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 18-19) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 12 fevral 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun əlində olan 1 ədəd üzərində «Levis» sözləri yazılmış sellofan torbanın içindən 3 ədəd polietilen torbada qablaşdırılmış 5280 qram narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (c 1, i.v 24-26) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdə saat 02:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 41-42) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 12 fevral 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə tanışları taksi sürücüsü Tural adlı şəxsə məxsus ** PV *** dövlət qeydiyyat nişanlı, Az-Samand markalı avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Ağcabədi rayon ərazisinə narkotik maddə əldə etdiyi narkotik maddədən ona da verəcəyini bildirmişdir. (c 1, i.v 47- 49) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 12 fevral 2022-ci il tarixdə saat 02:50-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 61-62) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 12 fevral 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə özünə məxsus ** PV *** dövlət qeydiyyat nişanlı, Az-Samand markalı avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Ağcabədi rayon ərazisinə tanışı Təqsirləndirilən şəxs1 narkotik maddə heroin əldə etmək məqsədi ilə gəldiyini, lakin onun əvvəlcədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etmək üçün Ağcabədi rayonuna gəlməsindən məlumatı olmadığını, həmin məlumatı yolda, Mollakənd avtomobil yolunda öyrəndiyini bildirmişdir. (c 1, i.v 67-69) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 18/187 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən sözləri yazılmış sintetik torbanı açdıqda 03 ədəd polietilen torbanın içərisində ayrı-ayrılıqda təmiz çəkisi 2400 qram, 1360 qram, 1300 qram, ümumi çəkisi 5060 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Heroinin ümumi çəkisi – 5060 qram, cəmi tədqiqata sərf edildi – 0,30 qram, (hər ob-0,1qram), qalıq 5059,70 qramır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c 1, i.v 83-85) İş materiallarında olan 13 fevral 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri və dərhal saxlanıldığı Ağcabədi RPŞ müvəqqəti saxlama yerindən buraxılmışdır. (c 1, i.v 163-164) İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 12 iyun 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmışdır. (c 1, i.v 166) İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 12 iyun 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmışdır. (c 1, i.v 168-169) İş materiallarında olan 15 fevral 2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 5060 qram (qalıq 5059,70 qr) kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunmuş və cinayət işinin ibtidai istintaqı tamamlandıqdan sonra saxlanması üçün Ağcabədi rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (c 1, i.v 170-171) İş materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la birlikdə gəlmələrinin niyyətləri aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 onunla birlikdə narkotik vasitəni daşımasında və satmasında köməklik etməsi üçün narkotik vasitə və əldə olunmuş puldan müəyyən məbləğ alacağına razılaşmış, Təqsirləndirilən şəxs3 isə öz növbəsində narkotik vasitə daşıyacağını bilə-bilə razılaşıb gəlmişdir. (c 1, i.v 175) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abşeron RİHB-nın 4 saylı MTİİTS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Nuriyev X4 şəhəri, Quşçuluq massivi, Bəhlulzadə küçəsində qeydiyyatsız yaşayır, ailə tərkibi arvadı, atası və anasından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət və ərizə daxil olmayıb. (c 1, i.v 177-179) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abşeron RİHB-nın 4 saylı MTİİTS tərəfindən verilmiş arayışdan görünür ki, Vahidov X5 şəhəri, Quşçuluq massivi, A.Səhət küçəsində qeydiyyatsız yaşayır, ailə tərkibi arvadı və 2014-cü il təvəllüdlü oğlundan ibarətdir. (c 1, i.v 181) İş materiallarında olan xx.xx.2021-ci il tarixli Xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xidmət etdiyi müddət ərzində müsbət xarakterizə edilmişdir. (c 1, i.v 182) İş materiallarında olan xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, əsgər Təqsirləndirilən şəxs2 Vətən Müharibəsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. (c 1, i.v 184) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Füzuli RİHB-nın Böyük Bəhmənli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatdadır, evlidir, üç övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 1, i.v 186-187) İş materiallarında olan xəstəlik tarixindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs1 üzvi mənşəli dissosiativ pozuntu özünü kəsmələrlə PAM qəbulu ilə fəsadlaşma diaqnozu ilə müalicə almışdır. (c 1, i.v 188-191) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2010-cu il, xx.xx.2016-cı il və xx.xx.2011-ci il təvəllüdlü uşaqları vardır. (c 1, i.v 193, 194, 196) İş materiallarında olan 24 iyun 2022-ci il tarixli həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə Ağcabədi Rayon Məhkəməsinin qərarından görünür ki, Vahidov X6 Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin uzadılması 12 avqust 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. (c 2, i.v 56-58) İş materiallarında olan 25 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd İphone 07 markalı mobil smartfon telefona baxış keçirilən zaman “WhatsApp” bölməsində +98919 *** ** ** saylı nömrəyə öz video görüntüsünü atmış, həmin video görüntüdə Təqsirləndirilən şəxs1 “mən seyid Həsən əminin malını satıram, İranlı Həsən əminin malını satıram, bir iki dəqiqəyə çatım şəkil atıram”, Təqsirləndirilən şəxs1 üzərində LUKSOİL sözləri yazılmış yanacaq doldurma məntəqəsinin şəklini göndərib, ona isə mişar daşından tikilmiş yarımçıq tikilinin şəkli göndərilib, “malı götürdün qardaş, sən balanın canı götürdün”, “yox səbirli ol götürəndəxəbər edəcəm”, “daş toz istəyən yoxdu?”, “yarı kola saxlada mənə varındısa, belə varsa 1 dene butov saxla yoxdursa yarı saxla”, “qaqa men getmişəm orda iki dene yarı torpaq var, qaqa sennen istiyen olurda mən uzaq yol çıxmışam qaqa, valah belədə pul lazımdır yoxsa belə verərdim”, “atdığın yerlərdə mənə 1 qram saxlıya bilərsən konkret hə yox, götürəcəm səhər yenə lomakada olacam bilimki saxlamısan buralarda”, “mənə 10 manat atda nolar sene gelende 1 dene qram verəcəm” məzmununda sms və səs yazısı göndərməsi aşkar edilmişdir. (c 2, i.v 75-81) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizanın 26 iyul 2022-ci il tarixli, 1051 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 82) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizanın 26 iyul 2022-ci il tarixli, 1052 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən və psixotorop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 83) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizanın 26 iyul 2022-ci il tarixli, 1050 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 84) İş materiallarında olan Azərbaycan Respublikası SN-in Gəncə şəhər Psixonevroloji Dispanserinin 08 aprel 2022-ci il tarixli 197 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 21.1 və 22-ci maddlərinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (c 2, i.v 85-86) İş materiallarında olan Azərbaycan Respublikası SN-in Gəncə şəhər Psixonevroloji Dispanserinin 08 aprel 2022-ci il tarixli 198 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21.1 və 22-ci maddlərinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (c 2, i.v 87-88) İş materiallarında olan Azərbaycan Respublikası SN-in Gəncə şəhər Psixonevroloji Dispanserinin 29 iyun 2022-ci il tarixli 416 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs3 əməli AR CM-nin 21.1 və 22-ci maddlərinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (c 2, i.v 89-90) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. (c 2, i.v 137-138) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (c 2, i.v 139-140) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. (c 2, i.v 141-142) İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 1 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını tam olaraq çəkib qurtarmışdır. N.Hsüeynovun şəxsi işi şöbənin qeydiyyatından çıxarılmışdır. (c 2, i.v 143) İş materiallarında olan Azərbaycan Respublikası Medallarının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən Müharibəsi”də fəal iştirakına görə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. (c 3, i.v 70, 89) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı (Təqsirləndirilən şəxs1 istisna olmaqla) mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə məhkəmə istintaqı zamanı bildirdikləri istisna olmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Belə ki, işin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrlə yanaşı, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təqsirləndirlən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan maddənin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə hadisə günü Ağcabədi rayonuna gələrkən Təqsirləndirilən şəxs1 bir nəfər şəxslə görüşüb pul alacağını bilmiş, yolda olarkən spirtli içkinin təsiri altında olmuş, lakin Təqsirləndirilən şəxs1 əsil məqsədinin nə olduğunu bilməmiş, hadisə yerinə çatanadək isə özü Təqsirləndirilən şəxs3 məxsus avtomobildə yatmış, Ağcabədi rayonu ərazisində yuxudan oyandıqda isə artıq Təqsirləndirilən şəxs1 avtomobildə olmadığını görmüş, özü isə təbii ehtiyacını ödəmək məqsədilə avtomobildən düşdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış, polis şöbəsində isə polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər və pis rəftar edildiyi üçün etirafedici ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs2 işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin zorakılıq, fiziki təzyiq hərəkətləri və pis rəftar tətbiq edilməklə alındığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs2 özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, halbuki Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanılmasına baxmayaraq daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, cinayət işi xx.xx.2022-ci ildə məhkəməyə daxil olanadək isə Təqsirləndirilən şəxs2 müqavilə əsasında peşakər müdafiəçi ilə təmsil edilmiş, sonuncunun pis rəftarla bağlı iddialarının araşdırılması üçün müvafiq şikayətlə müraciət etməsi üçün kifayyət qədər vaxtı və imkanı olmuş və eyni zamanda o, bu halları hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, əməlindən peşmançılıq çəkərək özünü qınamış, polis əməkdaşları tərəfindən isə pis rəftara məruz qalması ilə bağlı isə hər hansı bir şikayəti olmamışdır, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq, təhdid və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Məhkəmə eyni zamanda hesab edir ki, hadisədən uzun müddət keçdiyindən məhkəmə istintaqı zamanı vaxtında keçirilmədiyi üçün səmərəsiz olan məhkəmə-tibbi ekspertizanın keçirilməsi ilə Təqsirləndirilən şəxs2 fiziki təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü iddanın yoxlanılması da məntiqli və ağlabatan deyil. Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 96), xx.xx.2022-ci ildə (cild İ – i.v. 140) təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində və xx.xx.2022-ci ildə (cild İ – i.v. 168- 169) barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılarkən verdiyi izahatında eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində Təqsirləndirilən şəxs2 əvvəlcə təhqiqatçının daha sonra isə müdafiəçinin suallarına vermiş olduğu cavablarında Təqsirləndirilən şəxs1 təklifi ilə İranlı şəxslə görüşüb “mal”, “patı” götürmək məqsədilə gəldiklərini, Təqsirləndirilən şəxs1 özünədə həmin “patı”dan yəni metamfetamindən pay verəcəyi barədə aralarında qabaqcadan razılıq olduğunu, Təqsirləndirilən şəxs3də bundan məlumatı olduğunu, daha sonra polis əməkdaşlarının yaxınlaşıb onları saxladığını, bundan başqa törətdiyi əməllə bağlı özünü qınayaraq “kül mənim başıma” deyərək peşmançılığını bildirməsini səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə, hədə-qorxuya və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Lakin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 qeyd olunan ifadələri digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrlə öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğunu ifadələrində və şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə söylədiyi səsli nitqində X14 adlı şəxsin ona narkotik vasitə olan heroin verib, hər 1 kq üçün 1000 manat pul və ya hər 1 kq üçün 100 qram «mal» təklif etməsini, yəni gedib Ağcabədi rayonu ərazisindən «malı» götürüb, Bakı şəhərində Seyid Həsənin dediyi şəxslərə verəcəkləri təqdirdə, əvəzində qazanc əldə edəcəkləri barədə Seymura deməsini, Seymurun da onunla getdiyi təqdirdə ona qalan qazancdan verəcəyini, istəsə pul, istəsə narkotik götürə biləcəyini, Seymurun da onunla razılaşdığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğunu ifadələrində yolda gələ-gələ Nicatın kiminləsə telefonda danışıb hara gedəcəyi yerin konumunu göndərməsini, təxminən Zərdab rayonu ərazisində Nicat həmin şəxslə video görüntü ilə danışmağa başlamasını, Nicatın telefonu onun tərəfə çevirməsini, həmin şəxsin ona bu necə maşın sürməkdir, «arkadaşdar» sizi gözləyir, soyuqdu onlara, neçə saatdı gözləyirlər sözlərini deməsini, bu söhbətdən sonra Nicatın ona onların “tema” dalınca getdiklərini, Ağcabədi rayonundan narkotik vasitə götürüb Bakı şəhərinə aparmalı olduqlarını, ehtiyatlı olmaq lazım olduğunu, gözlərinin açıq olmasını, avtomobilini saxladıqdan sonra Nicat və Seymurun avtomobildən düşdüklərini, Nicatın ona onların maşınının nömrəsinin Bakı seriyası olduğunu, “sən maşını sür get birdən patrul görər, biz zəng edəndə gəlib bizi götürərsən” deməsini bildirmişdir. Qeyd edilən ifadələrin təhlili isə bir daha göstərir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışlar. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün istər Təqsirləndirilən şəxs2, istərsə də Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə günü Ağcabədi rayonuna sonuncuları taksi sürücüsü kimi gətirmiş, Təqsirləndirilən şəxs1la aralarında narkotik vasitələrlə bağlı heç bir danışıq olmamış, Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək məqsədilə gəlməsindən məlumatsız olmuş, Təqsirləndirilən şəxs2 isə yol boyu avtomobildə yatdığından onunla da aralarında heç bir danışıq olmamış, saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmüş, pis rəftara məruz qalmış, ibtidai istintaq zamanı vermiş olduğu ifadələrindən isə məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs3 işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin zorakılıq, fiziki təzyiq hərəkətləri və pis rəftar tətbiq edilməklə alındığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs3 özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, halbuki Təqsirləndirilən şəxs3 barəsində saxlanıldığı gündən bir gün sonra yəni xx.xx.2022-ci ildən başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, cinayət işi xx.xx.2022-ci ildə məhkəməyə daxil olanadək isə Təqsirləndirilən şəxs3 peşakər müdafiəçi ilə təmsil edilmiş, sonuncunun pis rəftarla bağlı iddialarının araşdırılması üçün müvafiq şikayətlə müraciət etməsi üçün kifayyət qədər vaxtı və imkanı olmuş, lakin bunu etməmiş və eyni zamanda o, bu halları hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs3 saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs3 qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq və psi rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Məhkəmə eyni zamanda hesab edir ki, hadisədən uzun müddət keçdiyindən məhkəmə istintaqı zamanı məhkəmə-tibbi ekspertizanın keçirilməsi ilə Təqsirləndirilən şəxs3 fiziki təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü iddanın yoxlanılması da məntiqli və ağlabatan deyil. Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs3 müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 98-99), xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə (cild İ – i.v. 161-162, 207-209) təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində və xx.xx.2022-ci ildə digər Təqsirləndirilən şəxs2la üzləşdirilərkən (cild İİ – i.v. 73-74) barəsində verdiyi ifadəsində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs3 digər təqsirləndirilən şəxslərlə birlikdə yolda olarkən təxminən Zərdab rayonu ərazisində Nicatın video görüntü ilə danışmağa başlamasını, Nicatın telefonu onun tərəfinə çevirməsini, həmin şəxsin ona bu necə maşın sürməkdir, «arkadaşdar» sizi gözləyir, soyuqdu onlara, neçə saatdı gözləyirlər sözlərini deməsini, bu söhbətdən sonra Nicatın ona onların “tema” dalınca getmələrini, Ağcabədi rayonundan narkotik vasitəni götürüb Bakı şəhərinə aparmalı, ehtiyatlı olmalarını, gözlərinin açıq olmalarını, birdən polisin qarşılarına çıxa biləcəyini deməsini, özünün isə heç bir söz demədən yolunu sürməyə davam etməsini, Nicatın telefonunda olan konumu şitin üzərinə qoyub və ona konumu göstərən ünvana sürməyini tapşırmasını, onların ünvan 4umun yoldan sahəlik tərəfi göstərməsini, avtomobili saxlamasını, Nicat və Seymurun avtomobildən düşməsini, Nicatın ona maşının nömrəsinin Bakı seriyası olmasını, sən maşını sür get birdən patrul görər, biz zəng edəndə gəlib bizi götürərsən deməsini, avtombili sürüb oradan təxminən 10 km aralaşıb yolun kənarında yanacaq doldurma məntəqəsinə gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs ifadələrində göstərilmiş həmin xüsusatları bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeydşərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, müstəntiq tərəfindən ona heç bir fiziki təsirlərin, təzyiqlərin edilmədiyini, lakin ifadələrindən məlumatsız olduğunu, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Lakin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 qeyd olunan ifadələri digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrlə öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində Təqsirləndirilən şəxs3 də sonradan narkotik vasitə əldə etmək üçün gəldiklərini bilməsini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğunu ifadələrində, eləcədə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində Təqsirləndirilən şəxs3də onlarla birlikdə narkotik vasitə götürmək məqsədilə Ağcabədi rayonuna gəldiyini, bu barədə Təqsirləndirilən şəxs3də məlumatı olduğunu bildirmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində özünü təsadüfi taksi sürücüsü kimi göstərməyə çalışsa da, sonuncunun törədilmiş cinayət hadisəsinə münasibətdə digər təqsirləndirilən şəxslərlə birlikdə icraçı olması yuxarıda göstərilmiş mötəbər dəlillərlə tam təsdiq edilir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma, cinayət əməllərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən, “Vətən Müharibəsi”ndə aktiv döyüş əməliyyatlarında iştirak etməklə, medallarla təltif edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eləcədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs1 ilə müqayisədə daha az əhəmiyyətli olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandıqları müddət hər birinin cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətlərinin başlanğıcı onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan 12 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılmalı və onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və hər üç təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5059,70 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər məbləğdə (hər birindən 10 manat 65 qəpik olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək, yəni 10 (on) ay 24 (iyirmi dörd) gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 07 (yeddi) il 01 (bir) ay 06 (altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X7 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 12 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X7 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5059,70 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər məbləğdə (hər birindən 10 manat 65 qəpik olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar