Məhkəmə qərarları › İş №1(099)-39/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-39/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-39/2025 31.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi ev 24-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxx 1998-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvələr məhkum olunmamış,işsiz, Biləsuvar şəhəri, B.Abbasov küçəsi ev 27-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 “Cabir” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasına razılaşaraq, habelə qrupun üzvü tərəfindən Biləsuvar- Bəhrəmtəpə yolunun Biləsuvar rayonun ərazisindən keçən hissəsində, yolun kənarında olan üzərində «Bəhrəmtəpə-Hacırüstəmli» sözləri yazılmış lövhənin altında gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, götürəcəyi narkotik vasitələr barədə tanışı Təqsirləndirilən şəxs2 məlumat verdikdə, sonuncu həmin maddələrdən satış məqsədi olmadan öz istifadəsi üçün 0,5 qram heroini əldə etmək istədiyini bildirdikdə, o, Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün heroin verəcəyini bildirmiş, bundan sonra 12 fevral 2024-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayətdən xəbərsiz olan X1 idarə etdiyi VAZ-21074 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan yerə gələrək orada o, avtomobildə oturub gözləmiş, Təqsirləndirilən şəxs2 isə «Bəhrəmtəpə-Hacırüstəmli» sözləri yazılmış lövhənin altında gizlədilmiş içərisində psixotrop maddə və narkotik vasitələr olan bir ədəd bağlamanı götürüb avtomobilə qayıdıb ona vermiş, o isə həmin bağlamanı əyləşdiyi sağ qabaq oturacağının altına qoymuş, bundan sonra həmin avtomobillə Biləsuvar şəhəri istiqamətində hərəkət etmişlər. Daxil olmuş məlumata əsasən həmin tarixdə saat 22 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonun ərazisindən keçən 45-ci kilometrliyində, “X6 Məhsulları” MMC-nin yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 VAZ- 21074 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən birlikdə saxlanılıb avtomobilə baxış keçirilən zamanı qabaq sağ oturacağının altından üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış bağlamanın içərisindən ayrı-ayrılıqda 0,404 qram və 0,066 qram olmaqla, ümumi 0,470 qram psixotrop maddə olan metamfetamin, 18,152 qram narkotik vasitə olan qurudulmuş marixuana, ümumi təsiredici miqdarı 0,88 qram təşkil edən 22 ədəd narkotik vasitə olan metadon həbləri, ayrı-ayrılıqda 27,816 qram və 72,084 qram olmaqla ümumi külli miqdarda- 99,9 qram narkotik olan tiryək və külli miqdarda- 13,287 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 psixotrop maddə və narkotik vasitələr əldə edəcəyindən məlumat alandan sonra həmin maddələrdən satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün, 0,5 qram heroin əldə etmək məqsədi ilə 12 fevral 2024-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətdən xəbərsiz olan X1 idarə etdiyi VAZ-21074 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonun ərazisindən keçən hissəsinə gələrək orada Təqsirləndirilən şəxs1 avtomobildə gözləmiş, o, isə yolun kənarında olan üzərində «Bəhrəmtəpə-Hacırüstəmli» sözləri yazılmış lövhənin altından içərisində psixotrop maddə və narkotik vasitələr olan bir ədəd bağlamanı satış məqsədi olmadan götürüb avtomobilə qayıdıb Təqsirləndirilən şəxs1 vermiş, sonuncu isə həmin bağlamanı əyləşdiyi sağ qabaq oturacağının altına qoymuşdur. Daxil olmuş məlumata əsasən həmin tarixdə saat 22 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonun ərazisindən keçən 45-ci kilometrliyində, “X6 Məhsulları” MMC-nin yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə sərnişin olduqları VAZ-21074 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb avtomobilə baxış keçirilən zamanı qabaq sağ oturacağının altından üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış bağlamanın içərisindən ayrı-ayrılıqda 0,404 qram və 0,066 qram olmaqla, ümumi 0,470 qram psixotrop maddə olan metamfetamin, 18,152 qram narkotik vasitə olan qurudulmuş marixuana, ümumi təsiredici miqdarı 0,88 qram təşkil edən 22 ədəd narkotik vasitə olan metadon həbləri, ayrı-ayrılıqda 27,816 qram və 72,084 qram olmaqla ümumi külli miqdarda- 99,9 qram narkotik olan tiryək və külli miqdarda- 13,287 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü verilmiş ittiham üzrə qismən, yəni psixotrop maddə və narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadə etməsi üçün əldə etməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, narkotik vasitə istifadəçisidir, əsasən “kakos” deyilən narkotik vasitə heroini qəbul edir. Təqsirləndirilən şəxs2 Biləsuvar şəhər sakini kimi tanıyır, Təqsirləndirilən şəxs2 də narkotik vasitə istifadəçisidir. Narkotik vasitələrinin satışı ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Cabir adlı şəxsi 2019-cu ildən tanıyır. 10 fevral 2024-cü il tarixdə Cabirlə “WhatsApp” proqramı vasitəsilə danışan zaman narkotik vasitə göndərməyi təklif etmiş, o, da Biləsuvar-Bəhrəmtəpə yolunun kənarında istifadə etmək üçün 4-5 qram narkotik vasitə “kakos” deyilən heroin göndərəcəyini bildirmişdir. Bir müddət sonra o, tanışı Təqsirləndirilən şəxs2 ilə söhbət edərkən X7 rayonuna heroin göndərdiyini bildirmiş. Tale də öz istifadəsi üçün kiçik çəkidə heroin istəmiş, o da narkotik vasitəni gedib götürəcəyini, onunla getsə Taleyə istifadə üçün heroin verəcəyini bildirmişdir. 12 fevral 2024-cü il tarixdə, axşam saatlarında Cabirin göndərdiyi konumla Tale ilə birlikdə taksi ilə Biləsuvar-Bəhrəmtəpə yolu İmişli rayonu istiqamətində gedərək yolun kənarında, Cabirin göstərdiyi lövhənin yanında avtomobili yolun kənarında saxlatdırmışdır. Təqsirləndirilən şəxs2 avtomobdən düşərək narkotik vasitə olan bükümü götürüb avtomobilə əyləşib, bağlamanı ona vermişdir. Bundan sonra Biləsuvar şəhəri istiqamətində hərəkətdə olan zaman yol polis əməkdaşları onları saxlamış, daha sonra isə mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər, onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərilərinə baxış keçirilmiş, hər hansı qanunsuz əşya aşkar olunmamış. Daha sonra avtobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sağ qabaq oturacağının altından üzəri yapışqan lentlə bağlanmış bükümü aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş bükümə baxış keçirilərkən içərisində müxtəlif növdə narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. İranlı Cabirin ona 4-5 qram narkotik vasitə göndərdiyini bilmiş, narkotik vasitəsini götürərkən çəkisinin çox olmasını görüb şübhələnmişdir. Təqsirləndirilən şəxs2 özü ilə yol yoldaşı kimi aparmış, Cabirin göndərdiyi narkotik vasitəsindən Taleyə istifadə etmək üçün heroin verəcəyini demişdir. Cabirin göndərdiyi narkotik vasitəsini istifadə etmək üçün əldə etmiş, satış məqsədi olmamışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona verilmiş özünü qismən, yəni narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə əldə etməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, “kakos” deyilən narkotik vasitə heroini istifadə edir. Təqsirləndirilən şəxs1 Biləsuvar şəhər sakini kimi tanıyır. 12 fevral 2024-cü il tarixdə, saat 20 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market”in qarşısında Təqsirləndirilən şəxs1la görüşən zaman Samirə vəziyyətinin pis olmasını, narkotik vasitə qəbul etmək istədiyini demiş, Samir ona İran vətəndaşının Biləsuvar-Bəhrəmtəpə yolunun kənarına narkotik vasitə göndərdiyini, istəyirsə onunla birlikdə getsin, ona qəbul etmək üçün 0,5 qram heroin verəcəyini bildirmişdir. O, da narkotik vasitə istifadəçisi olduğuna görə Təqsirləndirilən şəxs1la getməyə razılaşmışdır. Onlar həmin gün taksi ilə saat 22:30 radələrində Samirin göstərməsi ilə Biləsuvar-Bəhrəmtəpə yoluna gəlmişlər, Samir avtombili saxlatdırmış o, avtomobildən düşüb “Bəhrəmtəpə-Hacırüstəmli” sözlərinin yazıldığı lövhənin altından içərisində narkotik vasitə olan bükümü götürüb avtomobilə əyləşmiş və bağlamanı Samirə vermişdir. Onlar taksi ilə Biləsuvar şəhəri istiqamətində hərəkətdə olan zaman yol polisi əməkdaşları onları saxlamışlar, daha sonra isə mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər, onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmiş və qanunsuz hər hansı əşya aşkar olunmamış. Daha sonra avtobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sağ qabaq oturacağının altından üzəri yapışqan lentlə bağlanmış büküm aşkar edilərək götürülmüşdür. Bükümə baxış keçirilərkən içərisində müxtəlif növdə narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. O, heç bir iranlını tanımır, telefonla danışmamışdır. İranlı Cabir adlı şəxslə Samir danışmış, o şəxsi istifadəsi üçün Samirdən heroin istəmiş, bu məqsədlə də Samirlə birlikdə narkotik əldə etməyə getmişdir. Narkotik vasitə və psixotrop maddələrin satmaq məqsədi olmamışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar rayon polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etmə, saxlama və daşımasında şübhəli olması barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 22 radələrində Təqsirləndirilən şəxs1 içərisində əyləşdiyini ehtimal etdikləri VAZ-2107 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar-Bəhrəmtəpə yolunda 45-ci kilometrliyində hərəkətdə olan zaman avtomobilin sürücüsünə “saxla” əmri vermişlər. Sürücü avtomobili saxladıqdan sonra həmin avtomobilə yaxınlaşıb sürücü və avtomobildə əyləşmiş iki sərnişini Biləsuvar rayon Polis şöbəsinə gətirmişlər. Avtomobilin sürücüsünün X3, sərnişinlərin isə Biləsuvar şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmasını müəyyən etmişlər. Şəxsi axtarış zamanı üzərilərində qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra videoçəkiliş aparılmaqla Kənan Qurbanlının idarə etdiyi VAZ-2107 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildə qanunsuz olaraq narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etsinlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, avtomobilin qabaq sərnişin otaracağının altında içərisində narkotik olan bağlama vardır, həmin narkotik vasitələr ona məxsusdur. İran İslam Respublikasının vətəndaşı Cabir adlı şəxsdən əldə etmişdir. İçərisində narkotik vasitə və psixotrop maddə olan bağlama qeyd olunan avtomobilin qabaq sərnişin oturacağının alt hissəsində aşkar olunaraq götürülmüşdür. Həmin bağlama açılıb baxıldıqda içərisindən ümumilikdə 6 ədəd bükülülər aşkar edildi. Bükümlərin içərisində müxtəlif növdə heroin, tiryək, marixuanna narkotik vasitələri və metamfetamin psixotrop maddələri aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr tərəzidə çəkilərək qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə kimyəvi- bioloji ekspertizasının 13 fevral 2024-cü il il tarixli 19/137 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «..... “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildən içərisində narkotik vasitə tiryəklərə bənzər bükülü, içərisində narkotik vasitə heroinə bənzər bükülü, içərisində psixotrop maddə metamfetaminə bənzər bükülü və içərisində üzərində FM-40 yazılmış 22 ədəd dərman həbinə bənzər bükülülər....» sözlər və imzalar olan zərfdəki təmiz çəkisi 13,287 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,404 və 0,066 qram, ümumi təmiz çəkisi 0,470 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər., 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 27,816 qram və 72,084 qram, ümumi təmiz çəkisi 99,9 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər ; 1 ədəd bükümdə təmiz çəkisi 18,152 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindəön kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; ümumi sayı 22 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, həblərin ümumi təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,88 qramdır. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2024-cü il tarixli 146 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yararan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2024-cü il tarixli 149 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yararan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 fevral 2024-cü il tarixli 66 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 fevral 2024-cü il tarixli 67 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan ambulator-məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1040 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin fakitiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator-məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1041 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin fakitiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 12 fevral 2024-cü il il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd «Samsung» markalı mobil telefon aşkar olunmuş, onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet, narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. İş materiallarında olan 12 fevral 2024-cü il il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən hər hansı əşya, predmet, narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. İş materiallarında olan 13 fevral 2024-cü il il tarixli «nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» protokol və videoçəkilişdən görünür ki, VAZ 21074 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının alt hissəsində bir ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Bağlama açılıb baxıldıqda içərisində 6 ədəd bükülülər aşkar edildi. Bükülülərdən 03 ədədi üzəri göy rəngli yapışqan lentlə sarılmış bükülülər, digər 03 ədəd isə şəffaf rəngli sellofan bükülülərdir. Birinci şəffaf rəngli sellofan bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi olması, ikinci üzəri göy rəngli yapışqan lentlə sarılmış bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə tiryəkə bənzər maddə olması, üçüncü üzəri göy rəngli yapışqan lentlə sarılmış bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə tiryəkə bənzər maddə olması, dördüncü şəffaf rəngli sellofan bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, beşinci şəffaf rəngli sellofan bükülüyə baxıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması və altıncı şəffaf rəngli sellofan açılıb baxıldıqda içərisində 22 ədəd üzərində FM-40 yazılmış metadona bənzər dərman həbləri olması müəyyən olunmuşdur. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Samsung Galaxy A- 10» markalı mobil telefon üzərində ***-***-**-** mobil nömrə vardır. Telefonun “kontaktlar” hissəsinə baxış keçirilərkən adı “Oxlan İran sadiq” kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********15 və adı Cabat kimi yazılmış +********** saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Həmçinin, həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə adı “Oxlan İran sadiq” kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********15 saylı mobil nömrədən üzərində “Bəhrəmtəpə-Hacırüstəmli” sözlər yazılmış lövhənin fotoşəkilinin, “konum” deyilən olduğu məkanın yerini bildirən bildiriş göndərilməsi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “WhatsApp” proqramına baxış keçirilən zaman adı “Oxlan İran sadiq” kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********15 saylı mobil nömrənin istifadəçisi ilə aşağıdakı səs yazılarını bir-birinə göndərmələri müəyyənləşdirilmişdir : -“Oxlan İran sadiq” ----- bə bu telefona cavab verdə, sən Biləsuvarda olmursan bəyəm qardaşım—səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs1---- brat heç olmasa o yana atmasın, bu zavod tərəfə atsın, İmişli yoluna gedəndə Biləsuvardan çıxanda vara ordan çıxanda zavod zad var, heç olmasa oralığa atsın ki mən rahat gedə bilim, İmşli tərəf uzaqdı brat burdan, yəni qardaşım onu deyirəm, yəni mənə də yaxın olsun, demirəm belə uzaq olsun, day bu qədər uzaq yox da başa düşdün, heç olmasa elə bir yer olsun ki mən buradan rahat gedə bilim, İmişliyə burdan iki saatlıq yol get, ora özü də oğraşxanadı, brat başına dönüm, oyan özü də qaynıyır, rayon yeri yaxşıdı da yəni həm də yaxındı belə götürəndə 15-20 dəqiqəlik yoldu, problem yoxdu qardaş oldu, yəni rayon ərazisi vara, məsəlçün beşmərtəbə var, pambıq zavodu var, süd zavodu var, PMK tərəf, İmişliyə gedən yolda, süd zavodu, yəni o hissələrə problem yoxdu, yəni atsa problem yoxdu, gəlib götürəcöy, narahat olma qardaş,şəklin də atacağıq sənə, narahat olma, nə var hamısını deyəcəyik, qardaş nağayrırsan, ay brat məsəçün onu atsa problem olmaz ki, o adamına problemi olmaz ki götürəndə eliyəndə, onu deyirəm qardaş, həye bilirəm brat, bilirəm, başuva dönərəm niyə bilmirəm, başa düşdüm qardaş başına dönərəm, Allah canuvu sağ eləsin, hə brat eşidirəm, hə brat süd zavodu vare, hə ora, PMK-19 o tərəfə denən biləcəy, zavod var süd zavodu zadı, ora atsın, denən gedim götürüm, qardaş nağayrırsan neynirsən gec çəkər—səs yazısını göndərmişdir. -“Oxlan İran sadiq” ----- konum gəlsin, demişəm balıya, şəkilnən konum atım get götür-səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs1----- yaxşı brat, yaxşı, oldu açıqdı brat, qardaş hələ alınmır brat, ay brat bu 44 kilometr aralıdı bizdən bu lap uzaqdı ye qardaşım, başuva dönərəm -- səs yazısını göndərmişdir. -“Oxlan İran sadiq” ----- mənə cavab verdə götürdün mənə izah elə----səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs1-səbrli ol sənə xəbər eliyirəm də, qardaşım—səs yazısını göndərmişdir. -“Oxlan İran sadiq” -----maşindiyəm az qalıram-------səs yazısını göndərmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 16 fevral 2024-cü il qəraradan görünür ki, ekspertiza tədqiqatından sonrakıf qalıq 13,187 qram heroin narkotik vasitəsi, 99,7 qram tiryək narkotik vasitəsi, marixuanna 18,052 qram narkotik vasitəsi, 0,410 qram metamfetamin psixotrop maddəsi və 20 ədəd metadon həbləri maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Biləsuvar RPŞ-nin sübutlar otağına təhvil veril verilmişdir. İş materiallarında olan 12 fevral 2024-cü il il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olunmasının əvvəli 12 fevral 2024-cü il il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 oğlunun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirişlməsinə dair Biləsuvr RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Asanov X4 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsanə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 11 ay, 27 gün islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu yoxdur. İş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Asanov X4 şəhəri Ş.Qurbanov küçəsi ev 24-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından, qardaşından, arvadından 2017-ci il təvəllüdlü X9 adlı azyaşlı uşağından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Cəbizadə X5 şəhəri B.Abbasov küçəsi ev 27-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından və qardaşından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 14 may 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında qərarla» təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 2 ədəd CD disk, avtombilə baxış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 1 ədəd CD disk və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən akşar edilərək götürülmüş bir ədəd «Samsung Galaxy A- 10» markalı mobil telefon maddi sübut kimi tanınmış, bir ədəd mobil telefon Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, 3 ədəd CD disk iş meteriallarına əlavə olunmuşdur. İş materiallarında 14 may 2024-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlluna külli miqdarda narkotik vasitə və psixotrop maddəni göndərmiş «Cabir» adlı şəxsin şəxsiyyətini və cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədilə hazırki cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onunn təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə və narkotik vasitələri satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddələrin satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda Taleh Cəbizadənin psixotrop maddə və külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikasının ərazisində satıb qazanc əldə etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Cabir” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək törədilməsini qeyd etmiş, halbu ki, istər istintaq materiallarında istərsə də məhkəmə baxışında X8 Asanovla və “Cabir” adlı şəxslə qabaqcadan əlbir olaraq qanunsuz maddələri satış məqsədi ilə qoyulduğu yerdən götürülməsi barədə heç bir razılaşma, (telefon danışığı, sms göndərilməsi və “WhatsApp” yazışması) olmamış, o şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1la getməyə razılaşmışdır. Sözü gedən maddələrdən tiryək və heroinin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddələrin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Taleh Cəbizadəyə satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda narkotik vasitənin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasında göstərilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-ci il tarixli 8 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında aşağıdakılar göstərilir: Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır; Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır; Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 narkotik vasitənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Həmçinin, müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələr barədə “Cabir” adlı şəxslə danışıqlar apararkən Təqsirləndirilən şəxs2 həmin danışıqlarda iştirak etməmiş, satış məqsədi ilə narkotik vasitələri əldə etmə, saxlama, daşıma və realizə edilməsinə dair vəd verməmiş, sadəcə şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs1 heroin istəmiş, sonuncu da ona heroin verəcəyini bildirmişdir. Sözü gedən Ali Məhkəmənin Plenumunda qeyd olunduğu kimi Təqsirləndirilən şəxs2 cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmişdir. Təqsirləndirilən şəxs2 hərəkətləri cinayətin iştirakçıları ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Ali Məhkəmənin həmin Plenumunda göstərilənlərə uyğun olaraq Təqsirləndirilən şəxs2 sözü gedən maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılarkən, onun narkotikin satışından hər hansı bir mənfəətin əldə edilməsi təsdiq edilmir, o, sadəcə öz istifadəsi üçün heroin əldə etmək niyyətində olmuşdur. Bu halda da, digər Təqsirləndirilən şəxs1 xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə əldə etmiş Təqsirləndirilən şəxs2 əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirə haldır. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, əməllərini etiraf etmələrini məhkəmə yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 isə CM-in 234.1-1 maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 isə CM-in 234.1-1 maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Biləsuvar RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 13,187 qram heroin narkotik vasitəsi, 99,7 qram tiryək narkotik vasitəsi, 18,052 qram marixuanna narkotik vasitəsi, 0,410 qram metamfetamin psixotrop maddəsi və 20 ədəd metadon həbləri məhv edilməli, Biləsuvar RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy A-10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, iş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 2 ədəd CD disk, avtombilə baxış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 1 ədəd CD disk cinayət təqibi üzrə materialların saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32 (otuz iki) manat 50 (əlli) qəpik tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlinin 12 fevral 2024-cü il il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2024-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 32 (otuz iki) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2024-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 32 (otuz iki) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Biləsuvar RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 13,187 qram heroin narkotik vasitəsi, 99,7 qram tiryək narkotik vasitəsi, 18,052 qram marixuanna narkotik vasitəsi, 0,410 qram metamfetamin psixotrop maddəsi və 20 ədəd metadon həbləri məhv edilsin. - Biləsuvar RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy A-10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 2 ədəd CD disk, avtombilə baxış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 1 ədəd CD disk cinayət təqibi üzrə materialların saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar