Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-390/2022 26.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Əli- Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında vieokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə, təmiz çəkisi 3,609 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış, daşımış, onun bir ədəd bükümdə təmiz çəkisi 0,121 qram təşkil edən hissəsini Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən avtovağzalın yaxınlığında Şahid1 qanunsuz olaraq müəyyən məbləğdə pula satmış, qalan bir ədəd bükümdə təmiz çəkisi 3,488 qram təşkil edən hissəsini üzərində saxlamışdır. Göstərilən kütlələr 26 yanvar 2022-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 21:10-da Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində və saat 23:20-də Şahid1 Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində “Şirvan Oil” şirkətinin yaxınlığında saxlanılıb şübhəli şəxs qismində tutulmalarından sonra üzərilərinə şəxsi axtarış keçirilərkən əyinlərində olmuş şalvarın cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər heroindən istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, eləcə də Şahid1 (bundan sonra - Oruc) heroin satmamışdır. Əvvəllər sonuncu ilə eyni cəzaçəkmə müəssisəsində cəza çəkdikləri vaxtdan yaxın münasibətdə olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. İş üzrə tutulana kimi Orucla Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən yaşadığı evdə üç dəfə görüşmüşlər. Sonuncu dəfə 26 yanvar 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən Oruc istifadəsində olmuş ***-***-**-** mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edib ona görüşmək istədiyini dediyinə görə Orucu yaşadığı evə dəvət etmişdir. Axşam saatlarında sonuncu onun yaşadığı evə gəlmişdir. Həmin vaxt evdə atası olmuş, anası isə Bakı şəhərində olmuşdur. Orucla çay içib şəxsi məsələləri barədə söhbət etmişlər. Təxminən 40 dəqiqə sonra Tural və Təbriz adlı polis əməkdaşları yaşadığı evə daxil olub onu və Orucu üzərilərində narkotik vasitə olması şübhəsi ilə saxlamış, hər ikisini zor tətbiq etdikdən sonra ayrı-ayrı avtomobillərdə Şirvan ŞPŞ-yə aparmışlar. Həmin vaxt üzərində narkotik vasitə olmamış, bundan əvvəl Orucla birlikdə narkotik vasitə qəbul etməmiş, sonuncuya heroin satmamış və Orucun üzərində narkotik vasitə olmasını bilməmişdir. Əvvəllər ona məhkəmə qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verildiyinə görə Şirvan ŞPŞnin əməkdaşları ona qarşı qərəzli mövqedə olmuşlar. Bu səbəbdən Şirvan ŞPŞ-nin xidməti otağında Tural adlı polis əməkdaşı Orucun yanında onun şalvarının sol cibinə qoyduğu heroinin özünə məxsus olmasını etiraf etməyi və həmin kütləni Orucdan almasını deməyi tələb etmişdir. Bundan imtina etdiyinə görə Tural onun sinə və qarın nahiyələrinə yumruq, ayaqlarına isə təpik zərbələri vurmaqla zor tətbiq etmiş, ona cibinə qoyduğu heroini Orucdan əldə etdiyi barədə ifadə verərsə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyinə vəd vermişdir. Göstərdiyi səbəblərdən həm məcburiyyət qarşısında qalıb, həm də Turala inanıb, üzərinə qoyulmuş heroinin ona məxsus olmasını qəbul etmiş, videoçəkiliş aparılmaqla, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən həmin heroini şalvarının sol cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, şəxsi istifadə məqsədi ilə Orucdan əldə edib üzərində saxladığını, polis əməkdaşları tərəfindən yaşadığı evin yerləşdiyi küçədə saxlanıldığını, ona qarşı qanunsuz təsir və ya zor tətbiq edilmədiyini demiş, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Göstərdiyi səbəblərdən həmin protokolun məzmununu təsdiq etmir, ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi və Oruca satdığı göstərilmiş heroinlərin ona aidiyyəti yoxdur. Polis əməkdaşları onları Şirvan ŞPŞ-yə gətirdikdən sonra onun yanında Oruca da ondan heroin alması barədə ifadə verməyə məcbur etmişlər. Buna görə də Oruc məcburiyyət qarşısında qalıb 26 yanvar 2022-ci il tarixdə ondan beş manat məbləğində pula heroin aldığı barədə yalan ifadələr vermişdir. Lakin polis əməkdaşlarının Orucun üzərinə narkotik vasitə qoymasını görməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 26 yanvar 2022-ci il tarixdə saat 21:10-da Təqsirləndirilən şəxs (bundan sonra – Ələskər) qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və narkotik vasitədən istifadə etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar əsasında yaşadığı evdə deyil, yaşadığı evin yerləşdiyi Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yaşadığı evə tərəf gedərkən üzərində narkotik vasitə olması şübhəsilə polis əməkdaşı Şahid3 ilə birlikdə saxlayıb Şirvan ŞPŞ-yə gətirmişlər. Ələskəri saxlayarkən yanında hər hansı şəxs, o cümlədən Şahid1 (bundan sonra - Oruc) olmamışdır. Şirvan ŞPŞ-də Ələskər müdafiəçisi, onun və Şahid3 iştirakları ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol cibindən bir ədəd bükümdə heroinə oxşar kütləni çıxarıb təqdim etmiş, həmin kütləni tanışı Şahid1 (bundan sonra - Oruc) şəxsi istifadə məqsədilə əldə etdiyini və polis əməkdaşlarının ona qarşı qanunsuz təsir, o cümlədən zor tətbiq etmədiklərini demiş, nəyəsə etiraz etməmişdir. O və hər hansı polis əməkdaşı Ələskərə qanunsuz təsir və ya zor tətbiq etməmiş, üzərinə heroin qoymamış və sonuncunu üzərindən aşkar edilmiş heroini Orucdan əldə etməsi barədə ifadə verməyə məcbur etməmişdir. Ələskərin üzərinə şəxsi axtarış zamanı verdiyi cinayət haqqında məlumat əsasında həmin tarixdə saat 22:30 radələrində Orucu Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən “Şirvan Oil” şirkətinin yaxınlığında saxlayıb Şirvan ŞPŞyə gətirmişlər. Oruc müdafiəçisi, onun və Şahid3 iştirakları ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol cibindən bir ədəd bükümdə heroinə oxşar kütləni çıxarıb təqdim etmiş, həmin kütləni tanışı Ələskərdən şəxsi istifadə məqsədilə əldə etdiyini demişdir. O və hər hansı polis əməkdaşı Oruca qarşı qanunsuz təsir və ya zor tətbiq etməmiş, üzərinə heroin qoymamış və sonuncunu üzərindən aşkar edilmiş heroini Ələskərdən əldə etməsi barədə ifadə verməyə məcbur etməmişdir. Ələskərin onun ifadəsində göstərdiklərinin əksi barədə verdiyi ifadələr yalandır, cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili Şahid3, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, həmçinin ibtidai istintaq zamanı sərbəst dindirilərkən və Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs (bundan sonra – Ələskər) ilə eyni cəzaçəkmə müəssisəsində cəza çəkdikləri vaxtdan yaxın münasibətdə olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Ələskərin narkotik vasitə satmasını eşitdiyinə və şəxsi istifadəsinə heroin lazım olduğuna görə 26 yanvar 2022-ci il tarixdə günorta saatlarında istifadəsində olmuş ***-***-**-** mobil nömrədən Ələskərin istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edib sonuncudan ona birdəfəlik istifadə etməsi üçün heroin verməsini xahiş etmişdir. Ələskər onunla razılaşmış, saat 21 radələrində ona Şirvan şəhərində yerləşən avtovağzalın yanında görüşərkən bir ədəd bükümdə heroin vermiş, bunun müqabilində Ələskərə beş manat məbləğində pul vermişdir. Saat 22:30 radələrində polis əməkdaşları onu Ələskərin yaşadığı evdə deyil, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən “Şirvan Oil” şirkətinin yaxınlığında tək hərəkətdə olarkən saxlayıb Şirvan ŞPŞ-yə gətirmişlər. Buna görə də polis əməkdaşları tərəfindən Ələskərlə birlikdə saxlanılmamışdır. Şirvan ŞPŞ-də videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən çıxarıb təqdim etdiyi bir ədəd bükümdə heroini sonuncudan əldə etdiyini demişdir. Hər hansı polis əməkdaşı onu üzərindən aşkar edilmiş heroini Ələskərdən əldə etdiyi barədə ifadə verməyə məcbur etməmiş, ona qarşı qanunsuz təsir və ya zor tətbiq etməmişdir. Şirvan ŞPŞ-də olarkən hər hansı polis əməkdaşı onun yanında Ələskərə qarşı qanunsuz təsir və ya zor tətbiq etməmişdir. 26 yanvar 2022-ci il tarixdə Ələskərin yaşadığı evdə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əvvəllər övladı Təqsirləndirilən şəxs (bundan sonra – Ələskər) narkotik vasitədən istifadə etməsini bilməmişdir. 26 iyun 2022-ci il tarixdə saat 18-19 radələrində arvadı şənlik məclisinə, Ələskər isə kiminləsə görüşmək üçün yaşadıqları evdən getmişlər. Saat 21 radələrində evdə tək olarkən Ələskər tanışı Oruc adlı şəxslə (bundan sonra - Oruc) onların yaşadığı evə gəlmişlər. Bundan təxminən 10-15 dəqiqə sonra bir neçə polis əməkdaşı yaşadığı evə daxil olub Ələskər və Orucu üzərilərində narkotik vasitə olması şübhəsilə saxlayıb Şirvan ŞPŞ-yə aparmışlar. Bu zaman polis əməkdaşları Ələskər və Oruca qarşı qanunsuz təsir və ya zor tətbiq etməmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 26 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və narkotik vasitədən istifadə etməsinə dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, onun və Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs və Şahid1 barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsasları, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən çıxarıb təqdim etdiyi bir ədəd bükümdəki heroinin ona məxsus olduğunu, Şahid1 əldə etdiyini, müdafiəçisinin verdiyi suallara cavab olaraq polis əməkdaşları tərəfindən yaşadığı evin yerləşdiyi küçədə saxlanıldığını, ona qarşı qanunsuz təsir və ya zor tətbiq edilmədiyini bildirməsi, Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən çıxarıb təqdim etdiyi bir ədəd bükümdəki heroini Təqsirləndirilən şəxs əldə etdiyini bildirməsi müəyyən edilir (İ cild, səh. 28-30, 61-63). - Materialların məhkəmə ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 18/106 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 3,488 qram təşkil edən maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 3,438 qram təşkil edir. Ekspertiza xərci 31,95 manatdır (İ cild, səh. 71, 72). - Materialların məhkəmə ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 18/107 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 oğunun ...” sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 0,121 qram təşkil edən maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Həmin heroinlə Təqsirləndirilən şəxs üzərindən götürülməsi göstərilmiş heroin xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,071 qram təşkil edir. Ekspertiza xərci 49,74 manatdır (İ cild, səh. 75, 76). - "xxxx" MMC-nin 27 aprel 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 müvafiq olaraq istifadələrində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında 25 yanvar 2022-ci il tarixdə saat 15:24-dən 20:29-dək cəmi yeddi dəfə, 26 yanvar 2022-ci il tarixdə saat 17:43, 17:48 və 17:58-də telefon danışıqları olmuşdur (İ cild, səh. 202-204). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Şirvan ŞPŞ-nin 11 mart 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir (İ cild, səh. 183). - Məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2022-ci il tarixli, 1967 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 210, 211). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 mart 2022-ci il tarixli, 708 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) müayinə edilərkən və ittiham olunduğu əməl törədilərkən xasiyyətin psixopatik cisgizləri aşkar edilmiş, psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir. O, hazırda və ittiham edildiyi əməlin törədildiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. O, həmin əməl barəsində anlaqlı hesab edilməlidir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 213-215). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və ya satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində polis əməkdaşları tərəfindən 26 yanvar 2022-ci il tarixdə yaşadığı evdə Şahid1 ilə olarkən saxlanılmaları, bu zaman hər ikisinə zor tətbiq edilməsi, iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş ümumi təmiz çəkisi 3,609 qram təşkil edən heroinin ona məxsus olmaması, Şahid1 narkotik vasitə satmaması, Şirvan ŞPŞ-də olarkən polis əməkdaşı Şahid2 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyinə vəd verilməklə aldadılması və ona Şahid1 yanında zor tətbiq edilməsi səbəbindən üzərinə şəxsi axtarış keçirilərkən həqiqətə uyğun olmayan etirafedici məzmunda izahat verməsi, Şirvan ŞPŞ-də olarkən sonuncuya ondan heroin alması barədə ifadə verməyə məcbur edilməsi üçün zor tətbiq edilməsi, Şahid1 məcburiyyət qarşısında qalıb 26 yanvar 2022-ci il tarixdə ondan beş manat məbləğində pula heroin aldığına dair yalan ifadələr verməsi barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə hesab edir ki, həmin dəlillər: - Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxs axtarış keçiriləkən əynindəki şalvarın cibindən çıxarıb təqdim etdiyi bir ədəd bükümdəki heroinin ona məxsus olduğunu, Şahid1 əldə etdiyini, müdafiəçisinin verdiyi suallara cavab olaraq polis əməkdaşları tərəfindən yaşadığı evin yerləşdiyi küçədə saxlanıldığını, ona qarşı qanunsuz təsir və ya zor tətbiq edilmədiyini bildirməsi, - Şahid1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı sərbəst qaydada dindirilərkən və Təqsirləndirilən şəxslə üzləşdirilərkən verdiyi ifadələrində iş üzrə üzərindən aşkar edilmiş heroini sonuncudan beş manat məbləğində pula aldığını, polis əməkdaşları tərəfindən 26 yanvar 2022-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə deyil, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində “Şirvan Oil” şirkətinin yaxınlığında tək hərəkətdə olarkən saxlanıldığını, həmin tarixdə sonuncunun yaşadığı evdə olmadığını, hər hansı polis əməkdaşının ona saxlanılarkən və Şirvan ŞPŞ-də olarkən qanunsuz təsir və ya zor tətbiq etmədiyini, onu Təqsirləndirilən şəxs qarşı ifadə verməyə məcbur etmədiyini, Şirvan ŞPŞ-də olarkən onun yanında Ələskərə qarşı qanunsuz təsir və ya zor tətbiq etmədiyini bildirməsi, - materialların məhkəmə ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 18/107 nömrəli rəyi ilə iş üzrə Şahid1 oğu və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinlərin xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olmasının, - cinayət işi materiallarına əlavə edilmiş telefon danışıqları haqqında məlumatlar əsasında Təqsirləndirilən şəxs və Şahid1 müvafiq olaraq istifadələrində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında 25 yanvar 2022-ci il tarixdə saat 15:24-dən 20:29dək cəmi yeddi dəfə, 26 yanvar 2022-ci il tarixdə saat 17:43, 17:48 və 17:58-də telefon danışıqlarının olmasının müəyyən edilməsi, - məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 övladı Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evə tanışı Oruc adlı şəxslə gəlməsi, bundan bir neçə dəqiqə sonra evə daxil olmuş polis əməkdaşlarının Təqsirləndirilən şəxs və Şahid1 saxlayarkən onlara qarşı zor tətbiq etmədiklərini bildirməklə bu hallarla bağlı hissədə Təqsirləndirilən şəxslə ziddiyyətli məzmunda ifadə verməsi, - Şirvan şəhər prokurorluğunda araşdırılması aparılmış 26 C-22 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 fevral 2022-ci il tarixli qərarla (İ cild, səh. 217-221) Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq edilməsinin müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işi başlanmasının rədd edilməsi, həmin araşdırmanın gedişində əldə edilmiş məhkəmə-tibbi ekspertizasının 28 fevral 2022-ci il tarixli, 71 nömrəli rəyində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsinin göstərilməsi və - məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri ilə tam təkzib edilir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən verdiyi izahatının üzərindən aşkar edilmiş heroinin özünə məxsus olması hissəsini müdafiəçisinin iştirakı ilə, hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini, eləcə də atası Şahid4 məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsini müvafiq olaraq özünü və ya yaxın qohumunu müdafiə etmək, cinayət məsuliyyətindən yayınmaq və ya yayındırmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2022-ci il tarixli, 1967 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, cinayət işi materialları ilə 26 yanvar 2022-ci il tarixdə sonuncunun Şahid1 oğuna təmiz çəkisi 0,121 qram təşkil edən heroini beş manat məbləğində pula satmasının sübuta yetirilməsi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 3,488 qram olmaqla külli miqdar təşkil edən heroinə münasibətdə də satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Bu hallar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Məhkəmə bu nəticəyə gələrkən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Şirvan ŞPŞ-nin 11 mart 2022-ci il tarixli məktubunda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmasının müəyyən edilməsinin göstərildiyini də nəzərə alır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi özünün üzərinə şəxsi axtarış videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən verdiyi qismən etirafedici izahatı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələr, Təqsirləndirilən şəxs və Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi barədə 26 yanvar 2022-ci il tarixli protokollar, onlara əlavə edilmiş videogörüntülər, "xxxx" MMC-nin 27 aprel 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə 30 aprel 2022ci il tarixli protokol, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Şirvan ŞPŞ-nin 11 mart 2022-ci il tarixli məktubu, materialların məhkəmə ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 18/106 və 18/107 nömrəli rəyləri, ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 mart 2022-ci il tarixli, 708 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11 mart 2021-ci il tarixli, 1(102)343/2021 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2020-ci il tarixli ittiham hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində həmin maddə ilə olan cinayət işinə xitam verilmiş, onun Şirvan Şəhər Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 10 (on) gün hissəsi üzərində qəti olaraq saxlanılmış, Şirvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkmədiyi 4 (dörd) ay 19 (on doqquz) gün hissəsi 2 (iki) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlinə münasibətdə məhkumluğu hazırki iş üzrə cinayət əməlini törətdiyinə görə ödənilməsə də, Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən onun bu məhkumluğu cinayətlərin residivini yaratmır. Buna görə də Təqsirləndirilən şəxs iş üzrə məhkumluğu olan şəxsdir (İ cild, səh. 185, 186). - Şirvan ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, valideynləri ilə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə olunmuşdur (İ cild, səh. 192, 193). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halı, ağırlığı və nəticəsini, Şirvan Şəhər Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluğu olan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Eləcə də, cinayət işi materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxladığı və daşıdığı heroinin ümumi təmiz çəkisinin 3,609 qram olması ilə yanaşı, onun təmiz çəkisi 0,121 qram hissəsini Şahid1 satması sübuta yetirildiyinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə deyil, ona yaxın həddə, konkret olaraq 5 (beş) il 6 (altı) ay müddətə təyin edilməsi məqsədəuyundur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 26 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2022-ci il tarixli, 1967 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,509 qram təşkil edən heroin məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 26 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,509 qram təşkil edən heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-390/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-390/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver