Məhkəmə qərarları › İş №1(099)-390/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-390/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-390/2023 07.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1997-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, 07 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 4(032)-9/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsinin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-3,786 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 07 yanvar 2023-cü il tarixdə saat 16:15 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində yaşadığı Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 17:05-də üzərində axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda olan üç ədəd sellofan bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1,174 qram, 1,313 qram, 1,299 qram olmaqla, ümumilikdə külli miqdarda-3,786 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, əməlindən peşman olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 07 yanvar 2023-ci il tarixdə saat 16 radələrində Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, onu Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar, ona üzərində narkotik vasitə olmasından şübhəli olduqlarını demişlər, onu döymüşlər, üzərinə narkotik vasitə qoyaraq çəkiliş zamanı təqdim etməyini bildirmişlər, o da hədələrə, təzyiqlərə görə həmin narkotik vasitəni çıxararaq təqdim etmişdir. Məhkəmədən ona ədalətli cəza verilməsini xahiş edir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitə az miqdarda və bir bükümdə olmuş, həmin narkotik vasitəni tapmışdır, həmin narkotik vasitədən istifadə etməmişdir. Şirvan ŞPŞ-də polis əməkdaşları olan Namaz, Fərman, Fərid və adını bilmədiyi digər polis əməkdaşlarının onu döydüklərini, Namaz və Fərman adlı polis əməkdaşlarının onun üzərinə narkotik vasitə qoyduqlarını, hədələr və təzyiqlər edərək həmin narkotik vasitəni çəkiliş zamanı təqdim etməyini bildirdiklərini, buna görə də şəxsi axtarış zamanı Namaz tərəfindən cibinə qoyulmuş narkotik vasitəni cibindən çıxararaq təhqiqatçıya təqdim etdiyini bildirmişdir. Döyülməsi barədə qorxduğundan müdafiəçisinə məlumat verə bilməmiş, lakin Şirvan Şəhər Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman da bildirmiş, lakin dediyi məlumatların hansı səbəbdən məhkəmə tərəfindən qərarda yazılmadığını bilməmişdir. Heroindən hər dəfə istifadə edən zaman 0,4-0,5 qramdan istifadə etmişdir. Qardaşı İİ Qarabağ müharibəsində iştirak etmişdir. İstifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Döyülməyi barədə hər hansı orqana müraciət etməmiş, İstintaq Təcridxanasına keçirilən zaman bədəni üzərində xəsarətlər olmuş, tibbi yoxlama zamanı bu barədə həkimə məlumat vermişdir. Döyülməsi barədə Şirvan Şəhər Prokurorluğunda izahat vermiş, ekspertizadan keçirilmiş, araşdırma nəticəsində qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan hər hansı orqana müraciət etməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, narkotik vasitə istifadəçisidir. 07 yanvar 2023-cü il tarixdə saat 09 radələrində Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində olmuş, küçə ilə gedən zaman yerdə 3 ədəd sellofan bükümün olduğunu görmüş, həmin bükümlər diqqətini cəlb etmiş və bükümləri yerdən götürmüş, bükümlərə baxan zaman bükümlərdə narkotik vasitə heroinin olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin 3 ədəd bükümü cibinə istifadə etmək məqsədilə qoymuşdur. Həmin 3 ədəd bükümü kibrit qutusuna qoymuş və həmin 3 ədəd bükümdə olan narkotik vasitədən istifadə etməmişdir. 07 yanvar 2023-ci il tarixdə saat 16 radələrində Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar və ona Şirvan Şəhər Polis Şöbəsin əməkdaşları olduqlarını bildirmişlər. Onun üzərində narkotik vasitə olması barədə məlumat olmasını söyləmişlər, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmaq istəmişdir. Şirvan ŞPŞ-nin əməkdaşları onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmin vaxt ətrafda insanlar olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmişdir. Polis əməkdaşları onu Şirvan ŞPŞ-nə dəvət etmişlər, buna etiraz etməmiş və polis əməkdaşları ilə Şirvan ŞPŞ-nə getmişdir. ŞPŞ-in Təhqiqat Bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir müddət sonra vəkil X10 gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olduğu təqdirdə təqdim etməyi təklif edildikdə, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmiş, həmin kibrit qutusunun içərsində 3 ədəd sellofan bükümlərdə narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərdə narkotik vasitə heroinin olduğunu bildirmişdir. Təqdim etdiyi 1 ədəd kibrit qutusunun içərsində olan 3 ədəd sellofan bükümlərdə narkotik vasitə heroini Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerdən tapdığını bildirmişdir. Sonra təqdim etdiyi 1 ədəd kibrit qutusunun içərisində olan 3 ədəd sellofan bükümlərdə narkotik vasitə heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra imza etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o tutulan zaman üzərində az miqdarda heroin olmuş, polis əməkdaşları üzərinə üstündən çıxın heroinləri qoymuşlar. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğunu, döyüldüyü üçün o, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş heroin ona məxsus olmamışdır. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik vasitədən istifadə etdiyi üçün özünü təqsirli bilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis şöbəsinə gətirildiyi zaman üzərində az miqdarda narkotik vasitə olduğunu, aşkar olunan narkotik vasitələrin onun olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq olunduğunu, polis əməkdaşlarının onu döydüyünü, üzərindən-cibindən çıxan narkotik vasitənin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə narkotik vasitə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər işgəncə verdikdən sonra olmuş hadisələr barədə qorxduğundan müdafiəçisinə məlumat verə bilmədiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə tərkibi araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə ona 07 yanvar 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək yaşadığı Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində piyada hərəkət edən zaman saxlanılıb ŞPŞ-nə gətirilmişdir. ŞPŞ-nin inzibati binasının otaqlarının birində videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuş, həmin kibrit qutusu açılıb içərisinə baxıldıqda, içərisindən üç ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Heroinə bənzər maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar imzalanmışlar. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə məlumat real olmuş, onun narkotik vasitələrin satışı barədə məlumat daxil olsa da real olmamışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, 07 yanvar 2023-cü il tarixdə icraatına Şirvan şəhəri G.Şıxbalaoğlu oğlu küçəsi, ev 42, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək 07 yanvar 2023-cü il tarixdə saat 16:15 radələrində yaşadığı Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində piyada hərəkət edən zaman saxlanılıb şəhər polis şöbəsinə gətirilmişdir. ŞPŞ-nin inzibati binasının otaqlarının birində saat 17:05-də videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuş, həmin kibrit qutusu açılıb içərisinə baxıldıqda, içərisindən üç ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümlər açılıb içərisinə baxış keçirildikdə, içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə həmin bir ədəd kibrit qutusunda ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər maddə barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması barədə məlumat real olmamış, tərəflərindən həmin məlumatın dəqiqliyi müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində çağırılaraq dindirilmiş Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 bildirmişdir ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən şöbənin inzibati binasına gətirilmiş, növbədə olduğu üçün tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmə istintaq hərəkəti icra edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən üç ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin vaxtı müdafiəçi və digər şəxslər şəxsi axtarışda iştirak etmişlər. Verilən suallara cavab olaraq X5 bildirmişdir ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət olmamış, bədəni üzərində xəsarət olamsı ilə bağlı ona hər hansı bir məlumat verməmiş və onun döyülməsinin şahidi olmamışdır. Şəxsi axtarış istintaq hərəkətini icra etməyə başlayan zaman Təqsirləndirilən şəxs sağ yan cibində bir ədəd kibrit qutusunun içərisindən üç ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olduğunu bildirdiyindən zərfin üzərində buna dair məlumatlar qeyd etmişdir. Burada məqsədi istintaq hərəkətinin tez icra etmək olmuşdur. Təqsirləndirilən şəxs və digər istintaq hərəkəti iştirakçıları yazdığı zərfi imza etmədikləri halda həmin zərfin heç bir hüquqi əhəmiyyəti yoxdur. Təqsirləndirilən şəxs həmin vaxtı üzərində narkotik vasitə olan heroin çıxmadığı halda həmin zərfi çırıb atacaqdır. Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməmiş və heç kim onun üzərinə narkotik vasitə qoymamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və dövriyyəsinə dair şübhələrin olması və buna görə Şirvan ŞPŞnə gətirilməsi haqqında 07 yanvar 2023-ci il tarixli raport, sonuncunun üzərində şəxsi axtarış keçirilməsi protokol və həmin protokola əlavə edilmiş video disklər iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsinin əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (səh. 3-9, 28-30) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20-21) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 07 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən üç ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin bükümlərin içərisində narkotik vasitə olan heroinin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi heroini 07 yanvar 2023-cü ildə səhər saat 09 radələrində yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını bildirmişdir. (i.v. 28-30) -«məhkəmə kimyəvi ekspertizası»nın 08 yanvar 2023-cü il tarixli, 18/18 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış kağız paketdəki 01 ədəd kibrit qutusunun içərisində 03 ədəd polietilen kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,174 qram, 1,313 qram, 1,299 qram, ümumi təmiz çəkisi-3,786 qram olan maddələr ksutar üsulla hazırlanmış, xarici əlmətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. (i.v. 36-32) -«cinayət əməlinin tövsif olunması barədə» 09 yanvar 2023-ci il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (i.v 51) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 53-54) -Şirvan Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il traixli, 4(032)-9/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 yanvar 2023-ci il tarixdən hesablanmışdır. (i.v. 68-69) -Şirvan Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il traixli, 4(032)-01/2023 nömrəli qərarından görünür ki, Şirvan Şəhər Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə» 07 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 76-77) -«əşyanın maddi sübut hesab edilməsi barədə» 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra ümumi çəkisi 3,636 qram qalan narkotik vasitə heroin 13 yanvar 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (i.v. 78-79) -«baxış keçirilməsi haqqında» 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş 1 ədəd «Red Mi» markalı mobil telefona baxış zamanı mesaj qovluğunda və «Whatsap» sosial şəbəkəsi vasitəsilə qeyd olunan yazı mətnlərində hər hansı məlumat aşkar olunmamışdır. (i.v. 81) -«ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticəsinə dair ekspertizası»nın 24 fevral 2023-cü il tarixli, 1081 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 100-101) - «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X14 01 fevral 2023-cü il tarixli, 112 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji kabinetində «Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi» diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin polislər tərəfindən onun üzərinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişdə polislərin sözü ilə narkotik vasitəni çıxararaq təqdim etməsini bildirməsi ilə bağlı ifadələri obyektiv həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayətə görə məsuliyyətindən kənarda qalmasına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, digər ittiham sənədləri və sübutları ilə tamamilə təkzib edildiyindən, obyektiv həqiqəti özündə əks etdirmədiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni yaşadığı küçədə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid1 və İnqilab Məmmədzadə də ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, küçədə yerdən tapdığını bildirmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X7 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarı ilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs Sənən Əhmədov onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri-saxlanılarkən polis əməkdaşları tərəfindən işgəncə verildiyi və döyüldüyü üçün həmin narkotik vasitə barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Şirvan Şəhər Prokurorluğunun 23 fevral 2023-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair toplanmış material üzrə Şirvan ŞPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polsi baş leytenantı Şahid1 və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 108-111) Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-dən Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilən zaman bədəni üzərində xəsarətlər aşkar olunması faktı ilə bağlı 3 saylı İstintaq Təcridxanasından 11 yanvar 2023-cü il tarixdə daxil olmuş 17/40-98 nömrəli xüsusi məlumat əsasında Şirvan Şəhər Prokurorluğunda aparılmış araşdırma nəticəsində 20 c-23 nömrəli material üzrə qəbul olunmuş 23 fevral 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar» dan görünür ki, onun barəsində məhkəmə-tibbi ekspertizası təyin olunaraq 11 fevral 2023-cü il tarixli, 41 nömrəli ekspert rəyi alınmış, lakin ekspert rəyinin nəticə hissəsində göstərilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İT-da həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs tibbi sanitar hissədə müayinə olunan zaman aşkar olunan xəsarətlər-sol saidin bayır səthində bir ədəd qərtməkli yara, sağ saidin proksimal hissəsində bənövşəyi rəngli qançır-küt əşya təsirindən törənmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər məhkəmə-tibbi müayinə zamanı öz təsdiqini tapmadığına görə onların müddəti və yetirilmə mexanizmi barədə fikir bildirmək mümkün hesab edilmir. Həmin xüsusatların dəqiqləşdirilməsində araşdırma materialları əhəmiyyət kəsb edə bilər.» fikirlər qərarda yazılmamış və qəbul olunmuş yekun qərarda həmin hallara hüquqi qiymət verilməmişdir. Həmçinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 12 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmış, onun sol saidinin bayır səthində 7 ədəd üzəri qərtməkli yara, sağ saidin proksimal hissəsində bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Məhkəmə istintaqı zamanı yaranmış zərurətlə əlaqədar Təqsirləndirilən şəxs barəsində 20 c-23 nömrəli araşdırma material üzrə alınmış 11 fevral 2023-cü il tarixli, 41 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmiş xüsusatlar ilə bağlı araşdırma aparılması, 20 c-23 nömrəli araşdırma material üzrə qəbul olunmuş 23 fevral 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar» ın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror nəzarəti qaydasında öyrənilməsi, qəbul olunmuş yekun qərarın surətinin məhkəməyə göndərilməsinə dair edilmiş müraciət nəticəsində 23 fevral 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ləğv edilərək əlavə araşdırma aparılmış, 26 may 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarla yenidən Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair toplanmış material üzrə Şirvan ŞPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polsi baş leytenantı Şahid1 və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillər-narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd kibrit qutusunda olan üç ədəd sellofan bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1,174 qram, 1,313 qram, 1,299 qram olmaqla, ümumilikdə külli miqdarda-3,786 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Cinayət işi materiallarında olan «şübhəli şəxs qismində tutma haqqında» 07 yanvar 2023-cü il tarixli qərardan (i.v. 17) görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 1 (bir) gün sonra, yəni «Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında» 08 yanvar 2023-cü il tarixli qərarla (i.v. 1) material üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi «cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 09 yanvar 2023-ci il tarixli qərarla (i.v. 51) yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,174 qram, 1,313 qram, 1,299 qram olmaqla, ümumilikdə külli miqdarda-3,786 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Halbu ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamış, həmçinin istifadəsində olan telefon nömrələri ilə aparılmış danışıqlar və ötürülmüş məlumatlar ələ keçirilməmişdir. İş materiallarında olan «baxış keçirilməsi haqqında» 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş 1 ədəd «Red Mi» markalı mobil telefona baxış zamanı mesaj qovluğunda və «Whatsap» sosial şəbəkəsi vasitəsilə qeyd olunan yazı mətnlərində hər hansı məlumat aşkar olunmamışdır Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - «ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticəsinə dair ekspertizası»nın 24 fevral 2023-cü il tarixli, 1081 nömrəli rəyində Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülməsi, -onun üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 3,786 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 1,786 qram çox olması, -onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməməsi, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən ibtidai istintaq orqanı və dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürülmüş dəlil və təklifləri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 şahid qismində verdiyi ifadəsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəməkimyəvi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticəsinə dair ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 01 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmişdir. -Şirvan ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 74 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (i.v. 97-98) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yerində müsbət xarakterizə olmasını, əməlini qismən etiraf etməsini (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 3,636 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X3 X8 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. «Ambulator məcburi narkoloji tibbi yoxlamanın» 24 fevral 2023-cü il tarixli, 1081 nömrəli rəyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X14 narkoloji kabinetində «Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi» diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X14 narkoloji kabinetində «Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi» diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,636 qram təşkil edən heroin məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Neymət Məmmədov Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar