Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-390/2025 24.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (məhkəmə iclasına sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X5 və Müdafiəçi3, tərcüməçi X1 iştirakı ilə xx xxxx 2001-ci ildə İran İslam Respublikasının Ərdəbil vilayətinin Germi şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, işləməyən, İran İslam Respublikası, Ərdəbil vilayəti, Germi şəhəri, Əbbasiyyə məhəlləsi, döngə Fərhənq 6 küçəsi ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə xx xxxx 1999-cu ildə İran İslam Respublikasının Ərdəbil vilayətinin Germi şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, işləməyən, İran İslam Respublikası, Ərdəbil vilayəti, Germi şəhəri, Əbbasiyyə məhəlləsi, döngə Çeşməsar ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xeyli və külli miqdarda narkotik vasitələri İran İslam Respublikasında əldə edib saxlayıb daşıyaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirib cinayətkar qrupun digər üzvlərinə çatdırılması barədə razılaşdıqdan sonra, onlar əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 09 mart 2025-ci il tarixdə, saat 03 radələrində qrupun digər üzvləri ilə görüşüb onlardan iki ədəd torbalarda qablaşdırılmış külli miqdarda-9060 qram narkotik vasitə olan qurudulmuş marixuananı və xeyli miqdarda-9,230 qram narkotik vasitə olan tiryəki birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və 09 mart 2025-ci il tarixdə, saat 03 radələrində birgə bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə iki ədəd torbalarda qablaşdırılmış külli miqdarda-9060 qram narkotik vasitə olan qurudulmuş marixuananı və xeyli miqdarda- 9,230 qram narkotik vasitə olan tiryəki daşıyaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin Cəlilabad rayonun Dələli kəndinin ərazisində yerləşən 7-ci sərhəd zastavasının 20-ci sahəsinə gətirib üzərilərində daşıyarkən, 09 mart 2025-ci il tarixdə, saat 04 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin 7-ci sərhəd zastavasının “Növbətçi operator” xidmətində olan hərbi qulluqçuları tərəfindən “PTZ” tipli videokamera vasitəsilə dövlət sərhəd xəttində aparılan müşahidə zamanı sərhəd pozucuları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilib və onların saxlanması üçün sərhəd zastavanın “Mobil qrup” sərhəd naryadı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayonun Dələli kəndinin ərazisində yerləşən 7-ci sərhəd zastavasının 20-ci sahəsindən arxa istiqamətində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmış və saxlandıqları ərazidən götürülmüş onlara məxsus olan iki ədəd torbada qablaşdırılmış 9 ədəd bağlamalarda ayrıayrılıqda 995 qram, 1045 qram, 940 qram 955 qram, 1010 qram, 1025 qram, 1025 qram, 1040 qram və 1025 qram olmaqla, cəmi külli miqdarda-9060 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə xeyli miqdarda-9,230 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasının (bundan sonra İran) vətəndaşıdır, subaydır, Ərdəbil vilayəti, Germi şəhəri, Əbbasiyyə məhəlləsi, döngə Fərhənq 6 küçəsi ünvanında yaşamışdır. 08 mart 2025-ci il tarixdə, səhər saatlarında tanışı Yusif adlı şəxs ona zəng vurub təklif etmişdir ki, ona verəcəyi torbaları aparıb Azərbaycan Respublikası tərəfdə tikanlı məftillərin qırağına qoyub geri qayıdandan sonra ona ********* tümən (təxminən 2000 min manat) pul verəcəkdir. Maddi imkansızlıqdan o, Yusif adlı şəxsin təklifi ilə razılaşmışdır. Həmçinin Yusif bir nəfərin də lazım olduğunu və eyni təklifi qonşusu Məmmədrezaya da dediyini, lakin onun razı olmadığını, onu da razı salmağı ondan xahiş etmişdir. Sonra o, Məmmədrezaya zəng vurub Yusifin təklifi ilə razılaşdığını bildirib Məmmədrezanı da razı salmışdır. Bundan sonra Məmmədreza da Yusifə zəng vurub fikirini dəyişdiyini və təklifi qəbul etdiyini bildirmışdir. Razılaşmaya əsasən onlar torbaları aparıb deyilən yerə qoyub geri qayıtdıqdan sonra Yusif onların hər birinə ********* tümən (təxminən 2000 min manat) pul verəcəyini demişdir. Bu razılaşmadan sonra 09 mart 2025-ci il tarixdə, saat 02 radələrində Yusif maşını ilə Germi şəhərinə gəlib onu və Məmmədrezanı maşına götürüb onları İranın Biləsuvar şəhərinə aparmişdır. Saat 03 radələrində onlar Biləsuvar şəhərində, İranın Azərbaycanla sərhədə yaxın olan əraziyə çatdıqdan sonra Yusif onlara Azərbaycana aparacaqları torbaların içərisində narkotik maddənin, yəni marixuananın olmasını bildirmişdir. Yusifdən həmin narkotiki hara və kimə verəcəklərini soruşduqda, Yusif dövlət sərhədini keçdikdən sonra narkotik olan torbaları Azərbaycan tərəfdə tikanlı məftillərin yanına qoymağı demiş, sonra da deyilən yerin “konumu”nu mobil telefonunda onlara göstərmişdir. Sonra Yusif onların telefonlarını da götürüb tapşırığı yerinə yetirib qayıdandan sonra telefonları qaytaracağını bildirmişdir. Bundan sonra Yusif onlara iki ədəd torba vermiş, bir ədəd torbanı özü, digər torbanı Məmmədreza götürmüşdür. Həmin gün (09 mart 2025-ci il tarixdə) gecə saat 03 radələrində o, Məmmədreza ilə birlikdə içərisində narkotik olan torbaları götürüb İrandan Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etmişlər, Yusif isə onlarla gəlməmiş, İran tərəfdə qalmışdır. Onlar təxminən bir saat piyada hərəkət edəndən sonra İranla Azərbaycan arasında olan sərhəddə çəkilmiş tikanlı məftillərə yaxınlaşıb həmin məftillərin altından keçdikdən az sonra silahlı şəxslərin (sərhədçilərin) onların üzərinə doğru qaçdığını görüb əllərində olan torbaları yerə atıb geriyə, İran tərəfə keçmək üçün qaçmağa başlamışlar. Onlar bir az qaçsalar da, İran tərəfə keçə bilməmişlər, sərhədçilər arxadan onlara çatıb onu və Məmmədrezanı tutmuşlar. Sərhədçilər onlardan nəyə görə gəldiklərini soruşmuş, onlar da İran tərəfdə Yusif adlı şəxsin verdiyi içərisində narkotik maddə olan torbaları gətirdiklərini bildirmişlər. Sonra sərhədçilər onların iştirakı ilə saxlandıqları ərazini axtarmışlar və həmin ərazidə onun və Məmmədrezanın yerə atdıqları torbaları tapıb götürmüşlər. Bundan sonra sərhədçilər onu və Məmmədrezanı hərbi hissəyə (sərhəd zastavasına) aparmışlar. Orada sərhədçilər onun və Məmmədrezanın iştirakı ilə torbalara baxış keçirmiş və həmin torbaların içərisindən marixuana və tiryək aşkar olunmuşdur. O, verilmiş ittihamlar üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, İran vətəndaşıdır, subaydır, Ərdəbil vilayəti, Germi şəhəri, Əbbasiyyə məhəlləsi, döngə Çeşməsar ünvanında yaşamışdır. 08 mart 2025-ci il tarixdə, səhər saatlarında tanışı Milad ona zəng vurub onun da tanıdığı Yusif adlı şəxsin təklifini, yəni onlara veriləcək torbaları götürüb dövlət sərhədini keçib Azərbaycan Respublikası tərəfə aparıb tikanlı məftillərin yanına qoyub geri qayıtdaqdan sonra Yusifin hər birinə ********* tümən (təxminən 2000 min manat) pul verəcəyini demiş, o da bu təkliflə razılaşmış, sonra özü də Yusifə zəng vurub təklifi qəbul etdiyini bildirmişdir. Həmin gün gecə saatlarında Yusif maşını ilə Germi şəhərində yaşadıqları ünvana gəlib onu və Miladı maşına götürüb onları Biləsuvar şəhərinə aparmışdır. Ora çatandan sonra Yusif onlara aparacaqları torbalarda narkotik maddənin olmasını və sərhədi keçəndən sonra həmin torbaları tikanlı məftillərin yaxınlığına qoyub geri qayıtmalarını bildirmişdir. Həmçinin Yusif bağlamaların qoyulacaq yerin “konumu”-nu öz mobil telefonunda onlara göstərmiş və onların mobil telefonlarını da götürüb torbaları qoyub geri qayıdandan sonra onlara qaytaracağını bildirmişdir. Bundan sonra Yusif onlara iki ədəd bağlama vermiş, bir ədəd torbanı özü, o biri torbanı Milad götürmüşdür. Həmin gecə saat 03 radələrində (09 mart 2025-ci il tarixdə) o, Milad ilə birlikdə içərisində narkotik olan torbaları götürüb İrandan Azərbaycan Respublikasının ərazisində doğru hərəkət etmişlər, Yusif isə onlarla gəlməmiş, İran tərəfdə qalmışdır. Onlar təxminən bir xeyli yol piyada hərəkət edəndən sonra İranla Azərbaycan arasında olan dövlət sərhədində çəkilmiş tikanlı məftillərə yaxınlaşıb həmin məftillərin altından keçib bir az hərəkət etdikdən sonra silahlı şəxslərin (sərhədçilərin) onlara tərəf qaçdıqlarını görüb əllərində olan torbaları yerə atıb geriyə, İran tərəfə keçmək üçün qaçmağa başlamışlar. Onlar bir az qaçsalar da, İran tərəfə keçə bilməmişlər, sərhədçilər ətrafdan onlara yaxınlaşıb onu və Miladı tutmuşlar. Sərhədçilər onlardan nəyə görə sərhədi keçib gəldiklərini soruşmuş, onlar da İran tərəfdə Yusif adlı şəxsin verdiyi içərisində narkotik maddə olan torbaları gətirdiklərini bildirmişlər. Sonra sərhədçilər onların iştirakı ilə saxlandıqları ərazini axtarmışlar və həmin ərazidə onun və Miladın yerə atdıqları torbaları tapıb götürmüşlər. Bundan sonra sərhədçilər onu və Miladı hərbi hissəyə (sərhəd zastavasına) aparmışlar. Orada sərhədçilər onun və Miladın iştirakı ilə torbalara baxış keçirmiş və həmin torbaların içərisindən marixuana və tiryək aşkar olunmuşdur. O, verilmiş ittihamlar üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, DSX-nin SQnin N saylı hərbi hissəsinin müddətli hərbi qulluqçusudur. 09 mart 2025-ci il tarixdə hər hissənin 7-ci sərhəd zastavasında “Növbətçi operator” xidməti üzrə sərhəd naryadına təyin olunmuşdur. Həmin gün gecə saat 03:49 radələrində “PTZ” tipli videokamera vasitəsi ilə zastavanın sol cinahını müşahidə edərkən 20-ci sahə istiqamətində dövlət sərhəd xəttində olan əsas mühəndis-texniki çəpərdən bir xeyli aralıqda iki nəfər şəxsin İran istiqamətindən Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etmələrini müşahidə etmiş və dərhal bu barədə sərhəd zastavasının rəisinə məruzə etmişdir. Sonra zastava rəisi ilə birlikdə həmin şəxslərinin hərəkətini müşahidə etməyə başlamışdır. Saat 04 radələrində zastava rəisi tərəfindən zastava “Silaha” komandasına qaldırılmış və “Mobil qrup” zastava rəisinin başçılığı ilə həmin istiqamətə getmişdir. Bir az sonra “Mobil qrup” tərəfindən həmin iki nəfər şəxsin saxlanılıb zastavaya gətirilməsi barədə məlumatı olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, həmin şəxslərin saxlandıqları ərazidən iki ədəd torba və həmin torbaların içərisində narkotik maddələr aşkar edilmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, DSX-nin SQ-nin N saylı hərbi hissəsinin müddətli hərbi qulluqçusudur. 09 mart 2025-ci il tarixdə 7-ci sərhəd zastavasında “Növbətçi operator” xidmətinə təyin olunmuş əsgər Şahid3 saat 03:49 radələrində “PTZ” tipli videokamera vasitəsi ilə zastavanın sol cinahını müşahidə edərkən 20-ci sahə istiqamətində, dövlət sərhəd xəttində olan əsas mühəndis-texniki çəpərdən təxminən 350 metr içəridə iki nəfər şəxsin İran istiqamətindən Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etməsini müşahidə etməsi barədə ona məruzə etmişdir. Sonra o, videokamera vasitəsi ilə həmin şəxslərin sərhədboyu hərəkət etmələrini müşahidə etmişdir. Bundan sonra saat 04 radələrində onun tərəfindən zastava “Silaha” komandasına qaldırılmış və “Mobil qrup” onun başçılığı ilə həmin istiqamətə doğru hərəkət etmiş, daha sonra iki nəfər şəxsin əllərində torba ilə qaçdığlarını görüb onları təqib etməyə başlamışlar. Həmin şəxslərə yaxınlaşıb “Dayan” komandası verilmiş, lakin həmin şəxslər əllərində olan torbaları yerə atıb İran istiqamətində qaçmağa başlamışlar. Həmin gün gecə saat 04:10 radələrində həmin şəxslər “Mobil qrup” tərəfindən saxlanılmış, həmçinin onların saxlandıqları ərazidə iki ədəd torbalar da aşkar edilmişdir. Şifahi sorğu zamanı saxlanmış şəxslər (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) İran vətəndaşları olduqlarını, iki ədəd torbalarda narkotik maddələr gətirdiklərini bildirmişlər. Sonra hərbi hissə komandanlığın nümayəndələri və təhqiqatçı əraziyə gəlmiş, ərazidən həmin iki ədəd torbalar götürülmüş, saxlanmış şəxslər isə sərhəd zastavasına aparılmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, 09 mart 2025-ci il tarixdə, səhər saatlarında sərhədçilərin xahişi ilə 7-ci sərhəd zastavasının inzibati binasında iki ədəd torbalara baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı özündən başqa Ramil adlı şəxs də (Şahid1) hal şahidi olmuş, həmçinin baxışda sərhədçilər və iki nəfər iranlı da (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) iştirak etmişlər. Baxış zamanı torbalardan çoxsaylı bağlamalar və həmin bağlamaların içərisindən narkotik maddələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı iranlılar (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) içərisində narkotik maddələr olan bağlamaları onların İrandan gətirdiklərini bildirmişlər. Sonra aşkar olunmuş kütlələr qablaşdırılıb sərhədçilər tərəfindən götürülmüşdür. Baxış zamanı hər hansı şikayət və narazılıq olmamışdır. İşdə olan, N saylı hərbi hissənin 7-ci sərhəd zastavasının rəisinin 09 mart 2025-ci il tarixli “Raport”u ilə müəyyən edilir ki, 09 mart 2025-ci il tarixdə 7-ci sərhəd zastavasında “Növbətçi operator” xidmətinə təyin olunmuş əsgər Şahid3 saat 03:49 radələrində “PTZ” tipli videokamera vasitəsi ilə zastavanın sol cinahının 20-ci sahə istiqamətində, dövlət sərhəd xəttindən təxminən 150 metr aralıda, 80 nömrəli sərhəd nişanından təxminən 450 metr solda, əsas mühəndis-texniki çəpərdən təxminən 350 metr içəridə iki nəfər şəxsin İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etməsini müşahidə etməsi barədə dərhal məruzə etmiş və zastava “Silaha” komandasına qaldırılmış, “Mobil qrup” sərhəd naryadı həmin istiqamətə doğru hərəkət edərək saat 04:10 radələrində müşahidə olunan iki nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanılmış, habelə həmin ərazidə iki ədəd qara rəngli torbalar aşkar olunmuşdur. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 mart 2025-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə N saylı hərbi hissənin təhqiqatçısı Saleh Həsənov tərəfindən “Mobil qrup” sərhəd naryadı tərəfindən saxlanılmış şəxslər-İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə N saylı hərbi hissənin Cəlilabad rayonun Dələli kəndinin ərazisində yerləşən 7-ci sərhəd zastavasının 20-ci sahəsinə (narkotik vasitələrin aşkar olunduğu yerə) baxış keçirilmişdir. Baxış zamanı ərazidə iki ədəd qara rəngli torbalar aşkar edilib qablaşdırılıb götürülmüşdür. Saxlanılmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş iki ədəd torbaların onlara məxsus olmasını və həmin torbaların içərisində olan narkotik vasitələri İrandan Azərbaycana gətirdiklərini bildirmişlər. İşdə olan, “Baxış keçirilməsi haqqında” 09 mart 2025-ci il tarixli protokolla müəyyən edilir ki həmin tarixdə N saylı hərbi hissənin təhqiqatçısı Saleh Həsənov tərəfindən sərhəd naryadı tərəfindən saxlanılmış şəxslər İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə iki ədəd qara rəngli torbalara baxış keçirilmişdir. Baxış zamanı həmin torbalardan cəmi 9 ədəd bağlamalar və bu bağlamaların içərisində marixuanaya və bir ədəd bükümdə tiryəkə oxşar kütlələr aşkar edilib qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iki ədəd torbaların onlara məxsus olmasını və həmin torbaların içərisində olan narkotik vasitələri İrandan Azərbaycana gətirdiklərini bildirmişlər. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 10 mart 2025-ci il tarixli, 7/420 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “… nömrəli hərbi hissə 7-ci sərhəd zastavası …” yazıları olan birinci polietilen torbada ümumi sayı 5 (beş) ədəd üzəri skoçla bağlanmış sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 995 qram, 1045 qram, 940 qram 955 qram və 1010 qram olmaqla, ümumi çəkisi 4945 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “… nömrəli hərbi hissə 7-ci sərhəd zastavası …” yazıları olan ikinci polietilen torbada ümumi sayı 4 (dörd) ədəd üzəri skoçla bağlanmış sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1025 qram, 1025 qram, 1040 qram və 1025 qram olmaqla, ümumi çəkisi 4115 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 960 qramdır. Ekspertiza tədqiqatından sonra qalıq marixuana 9059,1 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2025-ci il tarixli, 6/1039 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün №25” dairəvi möhür əksi olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,230 qram qəhvəyi rəngli qətranabənzər, spesfik iyə malik maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. Ekspertiza tədqiqatından sonra qalıq tiryək 9,130 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 11 mart 2025-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatdan sonra qalıq 9059,1 qram narkotik vasitə olan qurudulmuş marixuana və 9,130 qram narkotik vasitə olan tiryək iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DSX-nin İstintaq və Tədqiqat İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş, habelə dövlət sərhəd xidmətinin mühafizəsi ilə bağlı “PTZ tipli videomüşahidə” yolu ilə əldə edilmş videogörüntünün yazıldığı bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 aprel 2025-ci il tarixli, 1932 və 1936 №-li rəyləri ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacları yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid3, Şahid4 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3, Şahid4 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən dövlət sərhəd xidmətinin mühafizəsi ilə bağlı “PTZ tipli videomüşahidə” yolu ilə əldə edilmş videogörüntülərlə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərdə cinayət hadisələrinin və cinayət tərkibinin olması, cinayətlərin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop və narkotik maddələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Tiryək” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələrdir. Tiryəkin 0,5 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, tiryəkin 50 qramdan 5000 qramadək və qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək hissəsi külli miqdir, tiryəkin 5000 qramı və qurudulmuş marixuananın 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Habelə bu Qərarın 12-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 9060 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar, habelə 9,230 qram narkotik vasitə olan tiryək xeyli miqdar təşkil edir. Həmçinin təqsirləndirilən şəxslərin ifadələri ilə müəyyən olunur ki, veriləcək müəyyən miqdarda pul qarşılığında onlar həmin narkotik maddələri cinayətkar qrupun digər üzvlərinə çatdırılmaqla qazanc əldə etməsi məqsədi ilə birgə əldə edib, saxlayıb daşımışlar. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli və xeyli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməklə və qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 mart 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikasının DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasında məhkum olunmaları barədə məlumatlar yoxdur. İşdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2001-ci ildə İran İslam Respublikasının Ərdəbil vilayətinin Germi şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşıdır və İran İslam Respublikası, Ərdəbil vilayəti, Germi şəhəri, Əbbasiyyə məhəlləsi, döngə Fərhənq 6 küçəsi ünvanında qeydiyyatda olmaqla yaşamışdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 xx xxxx 1999-cu ildə İran İslam Respublikasının Ərdəbil vilayətinin Germi şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşıır və İran İslam Respublikası, Ərdəbil vilayəti, Germi şəhəri, Əbbasiyyə məhəlləsi, döngə Çeşməsar ünvanında qeydiyyatda olmaqla yaşamışdır. İş üzrə təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxslərin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindikləri üçün onlara həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən əcnəbilər onlara təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilə bilər. Həmçinin həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, habelə CM-nin 52.1-1-ci maddəsinə əsasən onların Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 09 mart 2025-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan, DSX-nin İstintaq və Tədqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 9059,1 qram qurudulmuş marixuana və 9,130 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, dövlət sərhəd xidmətinin mühafizəsi ilə bağlı “PTZ tipli videomüşahidə” yolu ilə əldə edilmş videogörüntünün yazıldığı 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-184 (bir yüz səksən dörd) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 92 (doxsan iki) manat və Təqsirləndirilən şəxs2 92 (doxsan iki) manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 09 mart 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, habelə Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 09 mart 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, habelə Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 9059,1 qram narkotik vasitə olan qurudulmuş marixuana və 9,130 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, dövlət sərhəd xidmətinin mühafizəsi ilə bağlı “PTZ tipli videomüşahidə” yolu ilə əldə edilmş videogörüntünün yazıldığı 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-184 (bir yüz səksən dörd) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 92 (doxsan iki) manat və Təqsirləndirilən şəxs2 92 (doxsan iki) manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-390/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-390/2025
24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver