Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-391/2025 03.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlu ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Rusiya Federasiyasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, sürücülük fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Suleyman Stalski rayonu, Darkuş kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti olaraq yaşayan, 28 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli, 4(004)-1064/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2025-ci il tarixli, 4(004)-230/2025 nömrəli qərarı ilə həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməklə həbsdən azad edilmiş, barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 206.3.2, 234.4.1 və və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 27 noyabr 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, ümumilikdə təmiz çəkisi 31805 (otuz bir min səkkiz yüz beş) qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayrıayrılıqda 105 ədəd folqaya sarınmış düzbucaqlı formalı bağlamada qablaşdırıb 12 ədəd “təzə alma” yükünün yığıldığı poletlərin ayaq hissəsində olan taxtanın içərisində gizlədərək saxlamış, əlavə 10 ədəd “təzə alma” yükü ilə birlikdə onun idarə etdiyi “Volvo” markalı, B527OY-159/AP7203-47 dövlət qeydiyyat nişanlı avtomobilinə yüklətmiş, bundan sonra o, qeyd edilən narkotik vasitəni Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına daşımaq üçün idarə etdiyi yük avtomobilində qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 27 noyabr 2024-cü il tarixdə, saat 21 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 28 noyabr 2024-cü il tarixdə saat 16 radələrində keçirilmiş yoxlama nəticəsində qeyd olunan narkotik vasitə gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, İran İslam Respublikasına daxil olduqdan sonra orada avtmobilinə alma yüklərini yükləmişdir. Yükü avtomobilinə İran İslam Respublikasında özləri yükləyib daha sonra blomblamışlar, burada onun iştirakı olmamışdır. 27 noyabr 2024-ci il tarixdə saat 19-20 radələrində Azərbaycan Respublikasına keçmişdir. Astara Gömrük İdarəsinin ərazisində növbə çox olduğu üçün 28 noyabr 2024-ci il tarixdə idarə etdiyi avtomobili rentgen müayinəsindən keçirilmişdir. Daha sonra avtomobilindən yüklər boşaldıqdan sonra avtomobilini boş vəziyyətdə rentgen müayinəsindən keçirmişlər. Avtomobili boş vəziyyətdə rentgen müayinəsindən keçdikdən sonra gömrük əməkdaşları ondan avtomobilində “drel” alətinin olub-olmadığını soruşmuşlar, o da gömrük əməkdaşlarına avtomobilində drelin olmadığını, lakin təkər açan açarın olduğunu demişdir. Gömrük əməkdaşları ona drelin lazım olduğunu bildirmişlər. Gömrük əməkdaşları özləri drel əldə edib avtomobilinin yük yerində olan poletləri açmışlar. Poletlərin üzərində olan yüklər bağlı halda olmuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bütün poletlər bağlı olmuş, hər bir polet 3 tərəfdən bağlanmışdır. Avtomobilindən aşkar olunmuş narkotik vasitələrdən xəbəri olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 30 noyabr 2024-cü il tarixli ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Rusiya Federasiyasının vətəndaşı olmaqla rus dilində sərbəst bildiyini, oxuduğunu, danışdığını, başa düşdüyünü, Rusiya Federasiyası, Dağıstan Respublikası, Suleyman Staliski rayonu, Darkuş kəndində qeydiyyatda olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşadığını, azyaşlı övladının olduğunu, təxminən 7 ildir yük avtomobili sürücüsü işlədiyini, Rusiya Federasiyasından İran İslam Respublikasına və başqa ölkələrə yüklərin daşınması ilə məşğul olduğunu, hazırda “Volvo” markalı B527OY159/AP720347 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini idarə etdiyini, həmin nəqliyyat vasitəsinin özünün mülkiyyətində olduğunu, 2024cü ilin noyabr ayının ortalarında Rusiya Federasiyasından idarə etdiyi nəqliyyat vasitəsi ilə “Şirvanlı” gömrük postundan Azərbaycan Respublikası ərazisinə daxil olub tranzit keçməklə Astara Gömrük İdarəsindən keçib İran İslam Respublikasının Astara şəhərinə getdiyini, həmin səfərində nəqliyyat vasitəsinin yüksüz şəkildə olduğunu, təxminən Mehdi adlı iranlı dispetçerin vasitəsilə ilə Moskva şəhərinə daşımaq üçün alma yükü tapdığını, xx.xx.2024-cü il tarixdə İİR-in Astara şəhərində “Pəyana” adlanan terminaldan təxminən 3 kilometr aralıda yolun kənarında yerləşən bir anbarda idarə etdiyi yük avtomobilinə X3 şəhərində yerləşən LLC “EDS-ELEKTRO” şirkətin ünvanına aparmaq üçün “80.05.28” saylı CMR və “063-N” nömrəli invoysa əsasən “alma” yükünün yükləndiyini, bundan sonra İranın Astara gömrüyündə daşıdığı alma yükünün boşaldılaraq xidməti it tətbiq edilməklə yoxlanıldığını, daha sonra yükün yenidən nəqliyyat vasitəsinə yükləndiyini, gömrük əməkdaşları tərəfindən yük yerinə blomb vurulduğunu, daha sonra nəqliyyat vasitəsinin rentgen qurğusunda yoxlamadan keçirildiyini, hər şeyin qaydasında olduğunu, İran- Azərbaycan dövlət sərhəddini keçmək üçün növbədə dayandığını, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrındə İran-Azərbaycan dövlət sərhədinin keçərək X6 yük maşınları uçun nəzərdə tutulmus yoxlama xəttinə daxil olub növbədə gözlədiyini, növbəsi ona çatdıqda bir nəfər gömrük əməkdaşının ona yaxınlaşaraq idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetlərın olub olmamasını soruşduğunu, olduğu halda təqdim etməsini təklif etdiyini, özünün idarə etdiyi nəqlıyyat vasitəsındə və ya üzərində belə malların olmadığını dediyini, daha sonra gömrük əməkdaşının ona idarə etdiyi “Volvo” markalı B527OY159/AP720347 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin stasionar rentgen qurğusundan keçməli olduğunu dediyini, növbədə olan yük avtomobillərinin sayı çox olduğu üçün idarə etdiyi yük nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 15 radələrində rentgen yoxlamasından keçirə bildiyini, daha sonra gömrük əməkdaşlarının ona idarə etdiyi yük nəqliyyat vasitəsinə əsaslı gömrük yoxlaması keçiriləcəyini dediyini, özünün buna etiraz etmədiyini, hal şahidlərinin iştirakı ilə yoxlama keçirildiyini, qoşquda olan 22 poletdə alma yükünün yerə boşaldılaraq xidməti itin tətbiqi ilə yoxlanıldığını, yoxlama zamanı itin poletlərə reaksiya verdiyini, xidməti itin reaksiyasına əsasən həmin poletlərin əsaslı yoxlanıldığını, nəticədə yükün yığıldığı 12 ədəd poletin ayaq hissəsindən 1 poletdə 6 ədəd, digər 11 poletin hər birində 9 ədəd olmaqla, cəmi 105 ədəd dördbucaqlı formasında, folqaya bükülmüş bağlamaların aşkar edildiyini, daha sonra həmin bağlamaların onun iştirakıı ilə açıldığını, hər birinin içərisində spesifik iyli, qurudulmuş marixuana narkotik vasitəsinə oxşayan bitki kütləsinin olduğunun məlum olduğunu, aşkar edilmiş bükümlərin elektron tərəzidə çəkildiyini, 105 ədəd bükümün qablaşdırması ilə birlikdə ümumi çəkisinin təxminən 32 kiloqram, 994 qram təşkil etdiyinin müəyyən edildiyini, bundan sonra sənədlərin tərtib olunduğunu, həmin sənədlərin ona tərcüməçi tərəfindən oxunduqdan sonra imza etdiyini, 2018-ci ildən yük avtomobili sürücülüyü ilə məşğul olduğunu, İran İslam Respublikasına tez-tez getmədiyini, 2024-cü il ərzində cəmi 2-ci səfərinin olduğunu, bundan əvvəl isə cari ilin aprel ayında İİR-dən Rusiya Federasiyasına yük apardığını, əsasən Azərbaycan Respublikasının Xaçmaz, Bakı və digər bölgələrindən Rusiya Federasiyasına meyvə-tərəvəz yüklərini daşıdığını, Mehdi adlı şəxsin İran İslam Respublikasının Astara şəhərində yaşayan yük dispetçeri olduğunu, sürücülərə yük tapılması ilə məşğul olduğunu, həmin şəxsdən keçən ilin dekabr ayında Rusiya Federasiyasına daşımaq üçün mandarin yükü təhvil aldığını, aparıb problemsiz təyinat yerinə çatdırdığını, həmin şəxsin uzun saçlı şəxs olduğunu, üzdən tanıdığını, əlaqə nömrəsinin +98 937 *** ** ** olduğunu, İrandan Rusiyaya daşınmanın qiymətinin qalxdığını, ona görə də təcili olaraq yük qəbul etmək üçün bir qədər gözlədiyini, belə ki, əvvəl daşınmanın 440000 rubl təşkil etdiyini, oraya çatanda qiymətin 320000 rubla endiyini, qiymət 370000 rubla qalxdıqda yükü qəbul etdiyini, yüksüz çıxmaqda səbəbinin İrana aparmaq üçün yük axtaracağı təqdirdə gecikə bilməsi ilə əlaqəli olduğunu, daşıdığı yükün ona İİR-in Astara şəhərində olduğu zaman Mehdi adlı dispetçer tərəfindən təklif olunduğunu, Mehdi adlı şəxsin onunla birlikdə digər 3 nəfər başqa dağıstanlı sürücüyə həmin anbardan yükünü təşkil etdiyini, digər sürücülərin idarə etdiyi yük avtomobillərinə kivi, alma və mandarin yükünün yükləndiyini, növbədə həmin sürücülərin ondan arxada olduqlarını, həmin sürücülərin adlarının İbraqim, Faiq və Zakir olduqlarını, onların gömrük nəzarətindən keçib-keçmədiklərini bilmədiyini, özünün 5 gün “Pəyana” adlı terminalda gözlədiyini, bundan sonra daşınmanın qiymətinin qalxdığını, bundan sonra Mehdi adlı şəxsin tapdığı yükü 370000 rubla Moskva şəhərinə daşımağa razılaşdığını, idarə etdiyi “Volvo” markalı B527OY159/AP720347 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin ona məxsus olduğunu, ondan başqa heç kimin həmin nəqliyyat vasitəsini idarə etmədiyini, yük nəqliyyat vasitəsinin qoşqusunda daşınan yükün yığıldığı poletlərin ayaq hissəsindən aşkar edilmiş külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsinin kimə məxsus olduğunu bilmədiyini, narkotiklə bağlı heç bir məlumatının olmadığını, həmin yükü adi qaydada digər daşıdığı yüklər kimi təhvil aldığını, yükü təhvil aldığı yerin “Pəyana” terminalından aralıda yerləşən bir anbar olduğunu, İran gömrüyündən “Yaşıl sənəd” adlı sənədi əldə etdiyini, yalnız həmin sənədlə “Pəyana” terminalını tərk edə bildiyini, həmin sənədlə terminladan çıxıb həmin anbara getdiyini, Mehdi adlı şəxsin həmin anbara kimi onu müşayiət etdiyini, özünün həmin yeri tanımadığını, orada yükün yarısının hazır vəziyyətdə olduğunu, fəhlələr tərəfindən idarə etdiyi yük avtomobilinə yükləndiyini, digər yarısının isə poletlərə yığıldığını, poletlər hazır olduqca qoşquya yükləndiyini, həmin poletlərdə narkotik vasitənin gizlədilməsi barədə məlumatı olmadığını, yüklənmə yerində iranlıların olduğunu, 2 nəfərin digərlərinə göstərişlər verdiyini, digərlərinin isə anbarın işçiləri olduğunu, özü Astara Gömrük İdarəsində olduğu zaman tanımadığı və +98 933 *** ** ** İran nömrəsindən ona ardıcıl olaraq zəng gəldiyini, özünün isə zəng edən şəxsin kim olduğunu bilmədiyini, özünün narkotik vasitələrdən, psixotrop maddələrdən, güclü təsir edən maddələrdən istifadə etmədiyini, ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda olmadığını, heç bir ağır xəstəliyinin olmadığını, ağrıkəsici və ya başqa dərmanlardan istifadə etmədiyini, narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin cinayət əməli bildiyini, lakin daşıdığı yükün içərisində narkotik vasitə olmasından məlumatının olmadığını, əvvəllər Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan olunmuş heç bir şey gətirmədiyini, ilk dəfədir ki, başına belə bir hadisə gəldiyini, özünün istifadəsində +7 932 *** **** mobil telefon nömrəsinin mövcud olduğunu, Astara gömrük idarəsində saxlanıldığı zaman, gömrük əməkdaşları tərəfindən ona fiziki və ya psixi zorakılıq olmadığını, bununla bağlı narazılığının və şikayətinin olmadığını, saxlanılan zaman üzərində olan 200 ABŞ dolları, 140-150 manat pulu və istifadəsində olan 1 ədəd “İphone 14 pro” və 1 ədəd nasaz vəziyyətdə olan “İphone 7” markalı mobil telefonu gömrük əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 27 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Astara Gömrük İdarəsinin Astara rayonu ərazisinə daxil olmuşdur. 28 noyabr 2024-cü il tarixdə avtomobil rentgen tərəfindən yoxlamaya verilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yoxlama qrupu tərəfindən yoxlanılan zaman avtomobilin yük yerində olan 22 poleti avtomobilin yük yerindən çıxartmışlar, daha sonra poletlərə itin yoxlaması tətbiq olunmuş və it poletlərə reaksiya vermişdir. 22 poletin 12-nin ayaqlarını sökmüşlər. Bir poletdən 6 ədəd, 11 poletdən isə 9 ədəd olmaqla gömrük nəzarətindən gizlədilmiş formada 4 bucaqlı falqaya bükülmüş vəziyyətdə ümumilikdə 105 ədəd bağlamanın içərisində qablaşdırılması ilə birlikdə 32 kiloqram 994 qram marixunaya bənzər kütlə aşkarlanmışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin yük yerində alma yükü olmuşdur. Avtombilin yük yerinə rentgen işarə qoyub, yoxlamaya göndərmişdir. Rentgenin işarə qoyduğu yeri açmışlar. Avtomobildə olan poletlərə baxarkən digər poletlərdən fərqlənmişdir. Direllə deşib itin yoxlamasın tətbiq etmişlər. Narkotik vasitə poletlərdə saxlayan kötüklərdə aşkarlanmışdır. Təqsirləndirilən şəxs yükə müdaxilə edib narkotik vasitəni ora qoya bilməzdi. Təcrübəsindən yararlanaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs avtomobilində olan narkotik vasitədən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin blombunu özü qırmışdır. Avtomobilin yük yerinin kənarları parça deyildi, avtomobil soyuducu avtomobil idi. Avtomobilin blombunu qırdıqdan sonra poletlər bağlı vəziyyətdə olmuşdur. Avtomobildən aşkarlanan narkotik vasitənin qoyulmasına Təqsirləndirilən şəxs müdaxilə edə bilməzdi. Baxış videoçəklişdə nümayiş etdirilən kimi olmuşdur. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, yoxlama ilə bağlı inspektor onu dəvət etmiş, o da it tətbiq etmişdir. Yoxlama apardıqdan sonra it poletin ayağına reaksiya vermiş və nəticədə itin reaksiya verdiyi poletlərdən narkotik vasitə aşkarlanmışdır. Orada açıq şəkildə müşahidə edilirdi ki, Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olmasından xəbəri olmamışdır. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 28 noyabr 2024-cü il tarixdə axşam üstü onu çağırmışlar, yük avtomobilindən alma yükü boşaltmışlar, yükü boşaldan vaxt Təqsirləndirilən şəxs də orada olmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs özünü sakit aparmışdır. Təqsirləndirilən şəxs avtomobilində olan narkotik vasitəndən xəbəri olmadığını demişdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Gömrük əməkdaşları onu dəvət etmişlər, yük avtomobili boşaldılmış, avtomobildə olan poletlərdən narkotik vasitə aşkarlanmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs avtomobilində olan narkotik vasitəndən xəbəri olmadığını bildirmişdir. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, 28 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən, “Hiradelectromeghnat” şirkətindən Rusiya Federasiyasının Moskva şəhərinə, “LLC Eds-Elektro” şirkətinin ünvanına “təzə alma” yükü daşıyan Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, B527OY159/AP720347 dövlət qeydiyyat nişanlı yük avtomobili stasionar rentgen qurğusundan keçirildikdə nəqliyyat vasitəsinin qoşqusunda şübhəli cizgilər müşahidə edilmiş, qoşquda olan 22 poletdə yük boşaldılaraq kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılarkən it 12 ədəd “təzə alma” yükünün yığıldığı poletə reaksiya vermiş və əsaslı gömrük yoxlaması zamanı həmin 12 ədəd poletin ayaq hissəsində olan taxtanın içərisindən 1 poletdə 6 ədəd, digər 11 poletin hər birində 9 ədəd olmaqla, cəmi 105 ədəd dördbucaqlı formasında, folqaya bükülmüş bağlamada külli miqdarda-31805 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülməsi faktına görə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1,i.v.1-83) -Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin rəisi Faiq Qurbanov tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli daxil olmuş “raport” dan görünür ki, Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, B527OY159/AP720347 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan 12 ədəd poletin ayaq hissəsində olan taxtanın içərisindən 1 poletdə 6 ədəd, digər 11 poletin hər birində 9 ədəd olmaqla, cəmi 105 ədəd dördbucaqlı formasında, folqaya bükülmüş bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 32994 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin aşkar edilib götürülmüşdür.(cild 1,i.v.3-4) -“malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” 28 noyabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi B527OY159/AP720347 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən LLC “EDS-ELEKTRO” şirkətinin ünvanına yükü müşaiyət edən “80.05.28” saylı CMR-ə və “063-N” nömrəli invoysa əsasən “alma” yükü apararkən, 27 noyabr 2024-cü il tarixdə 21 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onun üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra zərurət yarandığından Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, “B527OY-159/AP7203-47” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi 28 noyabr 2024-cü il tarixdə Astara Gömrük İdarəsinin inzibati ərazisində “NUCTECH PB2028TD” markalı stasionar rentgen qurğusundan keçirilmişdir. Bu zaman qeyd olunan nəqliyyat vasitəsinin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyi üçün həmin nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmişdir. 28 noyabr 2024-cü il tarixdə yoxlama qrupunda tətbiq edilmiş gömrük yoxlaması zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, “B527OY-159/AP7203-47” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda, ümumilikdə 22 (iyirmi iki) ədəd poletdə olan “alma” yükü yerə boşaldılmış və həmin yükə “Lolo” ləqəbli kinoloji xidməti iti tətbiq edilmişdir. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 12 (on iki) ədəd “alma” yükü olan poletə reaksiya vermiş, xidməti itin reaksiyasına əsasən sözügedən poletlərə əsaslı gömrük yoxlaması tədbiq edilmişdir. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda olan, yükün yığıldığı 12 (on iki) ədəd poletin ayaq hissəsindən, bir poletdə 6 (altı) ədəd, digər 11 (on bir) poletdə 9 (doqquz) ədəd olmaqla, gömrük nəzarətindən gizlədilmiş formada, dördbucaqlı, falqaya bükülmüş vəziyyətdə, ümumilikdə 105 (yüz beş) ədəd bağlama aşkar edilmişdir. Daha sonra həmin bağlamalar sayılmış, açılmış və çəkilərək, 105 (yüz beş) ədəd bağlamanın içərisində qablaşdırılması ilə birlikdə ümumi təqribi çəkisinin 32 (otuz iki) kq 994 (doqquz yüz doxsan dörd) qram təşkil etdiyi açıq yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddənin olduğu məlum olmuş və həmin maddə qablaşdırılaraq götürülmüşdür.(cild 1,i.v.9-12) -“cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 28 noyabr 2024-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.51) -“məhkəmə-bioloji ekspertizası”nın 29 noyabr 2024-cü il tarixli, 3-16-16-2-7/1944 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd polietilen torbadakı 1-ci polietilen torbada 31 (otuz bir) ədəd bağlamada ümumi çəkisi 9130 qram, 2-ci polietilen torbada 26 (iyirmi altı) ədəd bağlamada ümumi çəkisi 7945 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İki ədəd plastik qabdakı 1-ci plastik qabda 21 (iyirmi bir) ədəd bağlamada ümumi çəkisi 6400 qram, 2-ci plastik qabda 27 (iyirmi yeddi) ədəd bağlamada ümumi çəkisi 8330 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 31805 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (İ Siyahı) daxildir. Həmçinin sözügedən ekspert rəyindən görünür ki, 4,2 qram (hər obyektdən 0,04 qram) narkotik vasitəsi marixuana ekspertiza tədqiqatına sərf edilmiş, qalıq hissə 31800,8 qram təşkil etmişdir.(cild 1,i.v.79-82) -“predmetin saxlanc üçün təhvil verilməsi barədə” 29 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, ekspertiza tətqiqatından sonra qalıq qalan 31800,8 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir.(cild 1,i.v.87) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2024-cü il tarixli, 4(004)-1064/2024 nömrəli qərarı ilə həbs etmənin əvvəli 28 noyabr 2024-cü il tarixdən saat 16:00-dan hesablanmaqla barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, malları maşına dispeçerin yüklədiyini, sadəcə sürücü olduğunu və onun xəbəri olmadığını bildirmişdir.(cild 1,i.v.120-121, 155-162) -“baxış keçirilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlarının dəqiqləşdirilməsi üçün gömrük xidmətinin X1 Sisteminə (İAMAS SERVİCE) baxış keçirilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə idarə etdiyi “Volvo” markalı, B527OY159 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə 18 noyabr 2024-cü il tarixdə Astara DSMB-dən keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətinə getdiyi və xx.xx.2024-cü il tarixdə Astara DSMB-dən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəldiyi zaman, nəqliyyat vasitəsindən marixuana narkotik vasitəsi aşkar olunduğu üçün saxlanılmışdır.(cild 1,i.v.169-174) -“əşyanın maddi sübut hesab edilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tətqiqatından sonra qalıq qalan 31800,8 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanılması nəzərə alınmışdır. Qeyd olunan narkotik vasitənin daşınması və gömrük nəzarətindən gizlədilməsində alət və vasitə kimi istifadə olunmuş, 063-N nömrəli, 24 noyabr 2024-cü il tarixli invoys sənədinə əsasən netto çəkisi 18700 kiloqram, ümumi dəyəri 11220 ABŞ dolları olan “təzə alma” yükü maddi sübut kimi tanınmış, həmçinin həmin yükün tez xarab olan mal olması və uzun müddət saxlanılmasının qeyri-mümkün olması nəzərə alınaraq qanunvericiliyə müvafiq qaydada satılaraq əldə olunmuş vəsaitin depozit hesaba köçürülməsinin təmin edilməsi “Azərterminalkompleks” Birliyinə həvalə edilmiş və həmin qərar icra olunması üçün“Azərterminalkompleks” Birliyinə göndərilmişdir.(cild 1,i.v.175-177, 188) -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 4(004)- 1093/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiəçi X5 vəsatəti təmin edilməmişdir.(cild 1,i.v.207-209) -“istintaq qrupunun yaradılması haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası DGK-nin Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq idarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru X4 (istintaq qrupunun rəhbəri) və Yasamal RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 (istintaq qrupunun üzvü) ibarət tərkibdə istintaq qrupu yaradılmışdır.(cild 1,i.v.211-213) -“mobil telefona baxış keçirilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, mobil telefon “iPhone 14” markalı, 128 GB yaddaş tutumlu mobil telefondur, işlək vəziyyətdədir, üzərində Rusiya Fedeıasiyasında fəaliyyət göstərən mobil operatora məxsus+7***-***-**-** saylı 1 ədəd Sim kart vardır, İMEİ 1 **********36444, İMEİ 2 **********24141-dir. Bundan sonra telefonun "Adlar”, "Zənglər”, 'Mesajlar” və Qalareya’ bölmələrinə, eləcə də yaddaşında olan mobil əlavələrə, həmçinin “Whatsapp Messenger” və digər yazışma proqramlarına baxış keçirilmiş, baxış zamanı mobil telefonda quraşdırılmış “Whatsapp Messenger” adlı proqramda +98***-***-**-** mobil telefon nömrəsindən istifadə edən Navid Akhtariyan adlı şəxs tərəfindən ona 28 noyabr 2024-ci il tarixdə saat 02:23-dən 03:20-dək olan müddət ərzində dəfələrlə zəng edildiyi, həmçinin sonuncu tərəfindən ona 03:20-də rus dilində “Otvetite mne ə rabota svami. Esli estğ problemı, skajite mne, çtobı eznal.” mətn yazısının göndərildiyi, +98***-***-**-** mobil telefon nömrəsindən istifadə edən və “X13” adı ilə qeydə alınmış şəxslə isə hər hansı bir yazışmanın və zəngin olmadığı müəyyən edilmişdir. Mobil telefon “iPhone 7” markalı, 128 GB yaddaş tutumlu mobil telefondur, işlək vəziyyətdədir, üzərində hər hansı bir Sim kart yoxdur. Bundan sonra telefonun Adlar, Zənglər", “Mesajlar”, və “Qalareya” bölmələrinə, eləcə də yaddaşında olan mobil əlavələrə, həmçinin “Whatsapp Messenger” və digər yazışma proqramlarına baxış keçirilmiş, lakin baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir.(cild 1,i.v.214-215) -16 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(cild 1,i.v.230) -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 4(004)- 1130/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiəçi X5 vəsatəti təmin edilməmişdir.(cild 1,i.v.236-239) -Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2025-cü il tarixli, 4(103)-7/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 4(004)-1130/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.(cild 1,i.v.256-260) -“telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 07 yanvar 2025ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-dan alınmış məlumatlara baxış keçirilmişdir. Baxış zamanı 01 yanvar 2024-cü il tarixdən 10 dekabr 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan +7***-***-**-**, Mehdi Doroudi adlı şəxsin istifadəsində olan +98***-***-**-** və Navid Akhtariyan adlı şəxsin istifadəsində olan +98***-***-**-** mobil telefon nömrələrindən edilmiş telefon zənglərinin arasında iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir.(cild 1,i.v.264) -"xxxx" MMC tərəfindən aparılmış “daşınar əmlakın qiymətləndirilməsinə dair” 29 dekabr 2024-cü il tarixli hesabatından görünür ki, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin saxlanc anbarındakı xalis çəkisi 18700,0 kq olan almanın mövcud vəziyyəti qiymətləndirilməklə ədalətli bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Saxlanma şəraitinin texniki tələblərə cavab verməməsi, saxlama müddətinin normativ müddəti keçməsi meyvədə fermentatik xarab olma halının müşayiət olunması ilə nəticələnmişdir. Meyvənin istifadəsi həyati təhlükə yarada biləcəyindən istehsala, istehlaka və satışa yararsız hesab edilmişdir.(cild 1,i.v.267- 274) -“ambulator məcburi-narkoloji tibbi yoxlama” nın 28 dekabr 2024-cü il tarixli, 8012 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 1,i.v.276-277) -“cinayət işi üzrə ibtidai istintaq müdətinin uzadılmasına dair” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 3 (üç) ay, yəni 29 iyun 2025-ci il tarixədək uzadılmışdır.(cild 2,i.v.46-48) -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2025-ci il tarixli, 4(004)- 230/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur.(cild 2,i.v.54-61) -“qətimkan tədbiri seçilməsi haqqında” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir.(cild 2,i.v.62-63) -Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2025-ci il tarixli, 4(103)-330/2025 nömrəli qərarından görünür ki, Baş prokurorun müavini tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilərək dərhal məhkəmə iclas zalından azad olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2025-ci il tarixli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.(cild 2,i.v.79- 85) -Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 21 aprel 2025-ci il tarixli, 50 nömrəli ekspert rəyindən görünür ki, “Volvo” markalı, “FH Truck 4x2” modelli, 2006-cı il buraxılışlı, B527OY159 dövlət qeydiyyat nişanlı dartıcının 29 noyabr 2024-cü il tarixə olan faktiki bazar qiyməti 40000 manat, “Schmitz” markalı, “SKO 24 Refirejerat” modelli, AP720347 dövlət qeydiyyat nişanlı qoşqunun 29 noyabr 2024-cü il tarixə olan faktiki bazar qiyməti 20000 manat təşkil edir. Beləliklə, “Volvo” markalı, “FH Truck 4x2” modelli, 2006-cı il buraxılışlı, B527OY159 dövlət qeydiyyat nişanlı dartıcıdan və “Schmitz” markalı, “SKO 24 Refirejerat” modelli, AP720347 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin 29 noyabr 2024-cü il tarixə olan faktiki bazar qiyməti 60000 manat təşkil edir.(cild 2,i.v.94-99) -“əşyanın maddi sübut hesab edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, “Volvo” markalı, B527OY159/ AP720347 dövlət qeydiyyat nişanlı yük avtomobili maddi sübut kimi tanınmışdır. Həmin avtomobilin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində saxlanıldığı nəzərə alınmışdır.(cild 2,i.v.103-104) -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 5(004)- 396/2025 nömrəli qərarından görünür ki, gələcəkdə məhkəmə tərəfindən tətbiq oluna biləcək xüsusi müsadirəni təmin etmək məqsədilə, sözügedən cinayət əməlinin törədilməsində alət olaraq istifadə edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi, dartıcı hissəsi 2006-cı il buraxılışlı, B527OY159 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı, “FH Truck 4x2” modelli, qoşqu hissəsi AP720347 dövlət qeydiyyat nişanlı, “Shmitz” markalı, “SKO24 Refirejerat” modelli, orta bazar qiyməti ilə dəyəri 60000 manat təşkil edən yük avtomobilinin üzərinə həbs qoyulmuşdur.(cild 2,i.v.113-114) -“malların məhv edilməsi haqqında” 13 may 2025-ci il tarixli, 01/2025 nömrəli aktdan görünür ki, 18700 kiloqram çəkidə, ümumi invoys dəyəri 11220 ABŞ dolları təşkil edən 22 ədəd poletdə “təzə alma” istifadəyə yararsız olduğu üçün məhv edilmişdir.(cild 2,i.v.116- 117) -“sübutların qiymətləndirilməsi haqqında” 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus RUS seriyalı, 75 ******* nömrəli xarici pasportun, “Volvo” markalı, B527OY159 dövlət qeydiyyat nişanlı dartıcıya və “Schmitz” markalı AP720347 dövlət nömrə nişanlı qoşquya məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin cinayət işinin materiallarında saxlanıldığı nəzərə alınmışdır.(cild 2,i.v.139-158) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair hazırki cinayət işinin materiallarından şəxsiyyəti istintaqla müəyyən edilməmiş cinayət əməlinin törədilməsində iştirak etmiş qeyrilərinin barəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(cild 2,i.v.159-161) Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş İran İslam Respublikasının Astara şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, külli miqdarda-31805 qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayrı-ayrılıqda 105 ədəd folqaya sarınmış düzbucaqlı formalı bağlamada qablaşdırıb 12 ədəd “təzə alma” yükünün yığıldığı poletlərin ayaq hissəsində olan taxtanın içərisində gizlədərək saxlaması, həmin narkotik vasitəni Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Rusiya Federasiyasına daşımaq üçün idarə etdiyi yük avtomobilində qanunsuz olaraq qəsdən saxlaması, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 27 noyabr 2024-cü il tarixdə, saat 21 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi heç bir sübutla təsdiq edilməmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, işin faktiki halları, şahid ifadələri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə təkzibedilməz qaydada sübuta yetirilir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda 105 ədəd folqaya sarınmış düzbucaqlı formalı bağlamada qablaşdırıb 12 ədəd “təzə alma” yükünün yığıldığı poletlərin ayaq hissəsində olan taxtanın içərisində gizlədən şəxsləri tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır. X14 Respublikasında Mehdi adlı yük dispeçirini yükü daşımaya görə tanımış, yükün yüklənməsini, sənədlərin hazırlanmasını Mehdi icra etmişdir. Onun heç nədən xəbəri olmamışdır. İş materiallarında olan telefon məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefondan onun təqsirini sübut edən hər hansı məlumatlar olmamışdır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs alma yükünü daşımaya qəbul etməsi əvvəlcədən planlaşdırılmamış, məqsədli formada olmamış, növbədə olan zaman yük ona İran İslam Respublikasının Astara şəhərində Mehdi adlı dispetçer tərəfindən təklif olunmüş və yüklənməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş narkotik vasitədən məlumatı olmaması barədə ifadəsi də həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutla təkzib edilməmişdir. İş materiallarında olan videoçəkilişdən, Təqsirləndirilən şəxs özünün və gömrük əməkdaşlarının ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına alma yükü İran İslam Respublikasında yükləndikdən sonra İran İslam Respublikasının gömrük əməkdaşı yükə baxış keçirməklə blomblamışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili idarə etməklə əvvəlcə İran İslam Respublikası gömrüyündən keçmiş sonra isə 27 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Astara Gömrük İdarəsinə daxil olarkən sərbəst (neyteral) zonada ilk növbədə gömrük əməkdaşları avtomobilin yük yerinə vurulmuş blombun tamlığını yoxlamış, blombun tamlığının pozulmamasını, yükə müdaxilə edilməməsini müəyyən etmişlər. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs yükü blomblanmış vəziyyətdə qəbul etməsindən sonra yükə müdaxilə etmək imkanı olmamış və müdaxilə etmədən Azərbaycan Respublikasının gömrüyünə daxil olmuşdur. Narkotik vasitələr qoyulmuş poletlər xarici görkəminə görə digər poletlərdən fərqlənməmiş və beləliklə də heç bir şübhə doğurmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 38.3-cü maddəsinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Beynəlxalq yükdaşımaları müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8-ci maddəsinin 1ci hissəsinin və sürücü-ekspeditorun vəzifə təlimatının tələblərinə əsasən beynəlxalq yükü qəbul edən avtomobil sürücüsü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücünün) nəzarət sahəsinə aid deyildir. Göründüyü kimi, avtomobil nəqliyyatı vasitəsi ilə beynəlxalq yükdaşımaları tənzimləyən normalara əsasən sürücü-ekspeditorun vəzifəsi yüklərin yerini, yükün və onun qablaşdırılmasının xarici görkəmini yoxlamaqdır. Sürücünün daşıma üçün qəbul etdiyi yükü yerindən tərpədərək tamlığını pozmaqla yoxlamaq vəzifəsi deyildir və bununla bağlı heç bir cavabdehliyi yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin poletlərin ayaq hissəsində olan taxtanın içərisində gizlədilməsindən şübhələnməsi mümkün olmamış, poletlərin xarici görkəmi heç bir şübhə doğurmamışdır. Həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs yalnız yük dispeçiri Mehdi adlı şəxsi tanımış, yükün sahibini, yükü Rusiya Federasiyasında qəbul etməli olan şəxsləri tanımamışdır. Təqsirləndirilən şəxs yükü qəbul etdikdən sonra İran İslam Respublikası gömrüyündən, sonra Astara Gömrük İdarəsində Azərbaycan Respublikası gömrüyündən, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyası ərazisinə daxil olarkən yenidən Azərbaycan Respublikası gömrüyündən, sonra isə Rusifa Federasiyası gömrüyündən - ümumilikdə dörd dəfə gömrük yoxlamasından keçməli olduğu halda narkotik vasitələr yerləşdirilmiş poletləri daşımaya qəbul etməsi inandırıcı və məntiqli deyildir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-31805 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edilməsi, ayrı-ayrılıqda 105 ədəd folqaya sarınmış düzbucaqlı formalı bağlamada qablaşdırıb 12 ədəd “təzə alma” yükünün yığıldığı poletlərin ayaq hissəsində olan taxtanın içərisində gizlədərək İran İslam Respublikasında onun idarə etdiyi yük avtomobilinə yüklənməsi, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsi cinayətlərinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı, Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı, Lüdi İsveçrəyə qarşı, Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 31800,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana materiala əlavə edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 131.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan maddi sübut olan tez xarab olan əşyaları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır. Həmin Məcəllənin 131.2-ci maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 131.1-ci maddəsində nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, narkotik vasitənin daşınması və gömrük nəzarətindən gizlədilməsində alət və vasitə kimi istifadə olunmuş, 063-N nömrəli, 24 noyabr 2024-cü il tarixli invoys sənədinə əsasən netto çəkisi 18700 kiloqram, ümumi dəyəri 11220 ABŞ dolları olan “təzə alma” yükü maddi sübut kimi tanınmış, həmçinin həmin yükün tez xarab olan mal olması və uzun müddət saxlanılmasının qeyri-mümkün olması nəzərə alınaraq qanunvericiliyə müvafiq qaydada satılaraq əldə olunmuş vəsaitin depozit hesaba köçürülməsinin təmin edilməsi “Azərterminalkompleks” Birliyinə həvalə edilmiş və həmin qərar icra olunması üçün“Azərterminalkompleks” Birliyinə göndərilmişdir. "xxxx" MMC tərəfindən aparılmış “daşınar əmlakın qiymətləndirilməsinə dair” 29 dekabr 2024-cü il tarixli hesabatından görünür ki, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin saxlanc anbarındakı xalis çəkisi 18700,0 kq olan almanın mövcud vəziyyəti qiymətləndirilməklə ədalətli bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Saxlanma şəraitinin texniki tələblərə cavab verməməsi, saxlama müddətinin normativ müddəti keçməsi meyvədə fermentatik xarab olma halının müşayiət olunması ilə nəticələnmişdir. Meyvənin istifadəsi həyati təhlükə yarada biləcəyindən istehsala, istehlaka və satışa yararsız hesab edilmişdir. “Malların məhv edilməsi haqqında” 13 may 2025-ci il tarixli, 01/2025 nömrəli aktdan görünür ki, 18700 kiloqram çəkidə, ümumi invoys dəyəri 11220 ABŞ dolları təşkil edən 22 ədəd poletdə “təzə alma” istifadəyə yararsız olduğu üçün məhv edilmişdir. Şərh edilənlərdən aydın olduğu kimi 18700 kiloqram çəkidə, ümumi invoys dəyəri 11220 ABŞ dolları təşkil edən 22 ədəd poletdə “təzə alma” istintaq orqanı tərəfindən 28 noyabr 2024-cü il tarixdə götürülməsinə baxmayaraq 4 gün sonra, yəni 02 dekabr 2024-cü il tarixdə qəbul olunmuş qərarla tez xarab olan mal olması və uzun müddət saxlanılmasının qeyri-mümkün olması nəzərə alınaraq qanunvericiliyə müvafiq qaydada satılaraq əldə olunmuş vəsaitin depozit hesaba köçürülməsinin təmin edilməsi “Azərterminalkompleks” Birliyinə həvalə edilmiş, bundan 27 gün sonra, yəni 29 dekabr 2024-cü il tarixdə qiymətləndirmə aparılan zaman həmin yükün saxlanma şəraitinin texniki tələblərə cavab verməməsi, saxlama müddətinin normativ müddəti keçməsi meyvədə fermentatik xarab olma halının müşayiət olunması müəyyən edilmiş, meyvənin istifadəsi həyati təhlükə yarada biləcəyindən istehsala, istehlaka və satışa yararsız hesab edilmiş, bundan isə 4 ay 14 gün sonra, yəni 13 may 2025-ci il tarixdə məhv edilmişdir. İbtidai istintaq orqanı bununla bağlı hər hansı tədbir görməmiş, yalnız yekun qərarda məhv olmanı nəzərə almaqla kifayətlənilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 133.2-ci maddəsində göstərilmişdir ki, bəraət hökmü çıxarılarkən, habelə cinayət təqibi üzrə icraata xitam verilərkən ekspertiza və ya qanuni keçirilmiş digər istintaq, yaxud prosessual hərəkətlər zamanı xarab olmuş, məhv edilmiş və ya itirilmiş əşyaların dəyəri prosessual vəziyyətindən asılı olmayaraq sahibinə və ya onun qanuni mülkiyyətçisinə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Məhkəmə tərkibi hesab edir ki, maddi sübut kimi tanınmış müvafiq qaydada satılaraq əldə olunmuş vəsaitin depozit hesabına köçürülməsinin təmin edilməsi “Azərterminalkompleks” Birliyinə həvalə edilmiş 063-N nömrəli, 24 noyabr 2024-cü il tarixli invoys sənədinə əsasən netto çəkisi 18700 kiloqram, ümumi dəyəri 11220 ABŞ dolları olan “təzə alma” yükünün 28 noyabr 2024-cü il tarixdən saxlanılaraq 13 may 2025-ci il tarixli, 01/2025 nömrəli akt əsasında istifadəyə yararsız olduğu üçün məhv edilməsi ilə bağlı müvafiq araşdırma aparılaraq tədbir görülməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilmədir. Cinayət-Prosessual Məcəlləsinin 254.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. Həmin Məcəllənin 346.1.18-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı müzakirə edilməlidir. Həmin Məcəllənin 353-cü maddəsinin tələblərə əsasən bəraət hömkündə məhkəmə hökmü çıxarılanadək mülki iddianın və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görüldükdə görülmüş tədbirlərin ləğv edilməsi göstərilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 5(004)-396/2025 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş dartıcı hissəsi 2006-cı il buraxılışlı, B527OY159 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı, “FH Truck 4x2” modelli, qoşqu hissəsi AP720347 dövlət qeydiyyat nişanlı, “Shmitz” markalı, “SKO24 Refirejerat” modelli, orta bazar qiyməti ilə dəyəri 60000 manat təşkil edən yük avtomobili həbsdən azad edilməli, xüsusi müsadirənin təmin edilməsi üzrə görülmüş tədbirlər ləğv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində saxlanılan dartıcı hissəsi 2006-cı il buraxılışlı, B527OY159 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı, “FH Truck 4x2” modelli, qoşqu hissəsi AP720347 dövlət qeydiyyat nişanlı, “Shmitz” markalı, “SKO24 Refirejerat” modelli yük avtomobili, eləcə də cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus RUS seriyalı, 75 ******* nömrəli xarici pasport, “Volvo” markalı, B527OY159 dövlət qeydiyyat nişanlı dartıcıya və “Schmitz” markalı AP720347 dövlət nömrə nişanlı qoşquya məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələri Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 78 (yetmiş səkkiz) manat ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51-2, 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 78 (yetmiş səkkiz) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 31800,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana materiala əlavə edilsin. Maddi sübut kimi tanınmış müvafiq qaydada satılaraq əldə olunmuş vəsaitin depozit hesabına köçürülməsinin təmin edilməsi “Azərterminalkompleks” Birliyinə həvalə edilmiş 063-N nömrəli, 24 noyabr 2024-cü il tarixli invoys sənədinə əsasən netto çəkisi 18700 kiloqram, ümumi dəyəri 11220 ABŞ dolları olan “təzə alma” yükünün 28 noyabr 2024-cü il tarixdən saxlanılaraq 13 may 2025-ci il tarixli, 01/2025 nömrəli akt əsasında istifadəyə yararsız olduğu üçün məhv edilməsi ilə bağlı müvafiq araşdırma aparılaraq tədbir görülməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 5(004)-396/2025 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş dartıcı hissəsi 2006-cı il buraxılışlı, B527OY159 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı, “FH Truck 4x2” modelli, qoşqu hissəsi AP720347 dövlət qeydiyyat nişanlı, “Shmitz” markalı, “SKO24 Refirejerat” modelli, orta bazar qiyməti ilə dəyəri 60000 manat təşkil edən yük avtomobili həbsdən azad edilsin, xüsusi müsadirənin təmin edilməsi üzrə görülmüş tədbirlər ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində saxlanılan dartıcı hissəsi 2006-cı il buraxılışlı, B527OY159 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı, “FH Truck 4x2” modelli, qoşqu hissəsi AP720347 dövlət qeydiyyat nişanlı, “Shmitz” markalı, “SKO24 Refirejerat” modelli yük avtomobili Təqsirləndirilən şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus RUS seriyalı, 75 ******* nömrəli xarici pasport, “Volvo” markalı, B527OY159 dövlət qeydiyyat nişanlı dartıcıya və “Schmitz” markalı AP720347 dövlət nömrə nişanlı qoşquya məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələri Təqsirləndirilən şəxs qaytarılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-391/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-391/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver