Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-392/2022 16.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Şərifov Elgün Ağayar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin cəzasını çəkib qurtarmamış, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyətilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı razılığa gəlmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən məlum olmayan vaxta və şəraitdə külli miqdarda, narkotik vasitələr hesab edilən tiryəki, heroini və psixotrop maddə hesab olunan metamfetamini qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 6 saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan “Yük avtomobillərinin hərəkəti qadağandır” yol nişanının dirəyinin altında gizlədildikdən sonra bu barədə ona məlumat verilmiş, bundan sonra o, 24 fevral 2022-ci il tarixdə saat 18 radələrində qeyd olunan cinayət əməlinin törədilməsindən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi sonuncuya məxsus “Opel Vectra” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, göy rəngli sellofan torbada qeyd edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddəni gizlədildiyi Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 6 saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan “Yük avtomobillərinin hərəkəti qadağandır” yol nişanının dirəyinin altından götürərək qanunsuz olaraq əldə edib saxlayaraq həmin avtomobilin qabaq sərnişin oturcağının altında döşəməyə qoyub qanunsuz olaraq Biləsuvar-Bəhrəmtəpə yolu ilə Biləsuvar rayonu istiqamətində daşıyan zaman Cəbrayıl RPŞ-nın əməkdaşları tərəfindən saxlanılmış, baxış keçirilən zaman qeyd olunan avtomobilin qabaq oturacağının altına, döşəməyə qoyulmuş göy rəngli sellofan torbada olan 3 (üç) ədəd olmaqla bir ədəd qara rəngli polietilen torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış bükülü halında kustar üsulla alınmış küllü miqdarda, yəni təmiz çəkisi 2360,0 qram olan narkotik vasitə hesab edilən tiryək, bir ədəd qəhvəyi rəngli polietilen torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış bükülü halında kustar üsulla hazırlanmış küllü miqdarda, yəni təmiz çəkisi 1970,0 qram olan narkotik vasitə hesab edilən heroin və bir ədəd ağ rəngli (kiçik) polietilen torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış bükülü halında kustar üsulla hazırlanmış küllü miqdarda, yəni təmiz çəkisi 29,10 qram olan psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik istifadəsi olduğu üçün 2022-ci ilin fevral ayının 23-də tanımadığı iranlı Hacı adlı şəxsdən “instaqram” sosial şəbəkəsi vasitəsilə ona 100 qram narkotik yəni 70 qram heroin və 30 qram metamfetamin göndərməsini demişdir. İranlı da onunla razılaşmışdır. İranlı ona narkotiki Biləsuvar rayonu ərazisindən götürməli olduğunu bildirmişdir. Səhərisi gün fevralın 24-də saat 18 radələrində Lənkəran rayonundan uşaqlıqdan tanıdığı Əli adlı şəxsin idarə etdiyi “Opel” markalı maşınla Biləsuvar rayonuna getmişlər. İranlı Hacı adlı şəxs “vatcap”la ona “Cəbrayıl qəsəbəsi” sözləri yazılan lövhənin və “Yük avtomobillərinin hərəkəti qadağandır” yol nişanının fotoşəkillərini göndərmiş və narkotikin həmin plakatın altında olduğunu demişdir. İranlının dediyi yerdən bağlamada olan narkotiki götürüb qabaq oturacağın altına qoymuş və maşına oturub hərəkət etdikdən sonra polis əməkdaşları maşının qarşısını kəsərək maşını saxlatdırmış və onlarla polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Polis şöbəsinə gəlmişlər və maşına baxış keçirilən zaman qabaq oturacağın altından bağlama, bağlamada isə 4 kiloqramdan artıq narkotik aşkar olunmuşdur. Uzun müddət narkotik istifadəçisi olmuşdur. Narkotiki istifadəsi üçün əldə etmişdir. Heç kimə narkotik satmamışdır. Narkotik satışı ilə özünü təqsirli bilmir.Əlinin onun narkotik dalınca getməsindən məlumatı olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran şəhərində ona məxsus “Opel Vektra” markalı LJ 183 dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyətilə məşğul olur. 24 fevral 2022-ci il tarixdə saat 14 radələrində Lənkəran şəhəri 2 N-li orta məktəbin yanında müştəri gözləyərkən Vasif adında tanışı ona yaxınlaşıb 40 manatın müqabilində onu Biləsuvar rayonuna aparıb gətirməsi barədə razılaşmışlar. Biləsuvar rayonunda “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına çatdıqda maşını saxlamış, Vasif telefonla kiminləsə danışdıqdan sonra ona İmişli rayonuna gedən yol ilə getmək lazım olduğunu demişdir. Maşını İmişli rayonu istiqamətinə sürərkən “Cəbrayıl qəsəbəsi” sözləri yazılan lövhəyə çatanda Vasif ona Cəbrayıl qəsəbəsinə dönmək lazım olduğunu demiş, maşını sola sürərək təxminən 4- 5 metr getdikdən sonra Vasif ona maşını saxlamasını demiş, maşını “Yük avtomobillərinin hərəkəti qadağandı” yol nişanının yanında saxlamış və Vasif maşından düşərək, həmin yol nişanının altından nəsə götürüb tez maşına əyləşmişdir. Vasifdən torbada nə olduğunu soruşmuş, lakin Vasif ona tez maşını sürüb oradan uzaqlaşmasını demişdir. Bir qədər getdikdən sonra maşının qarşısını polis əməkdaşları kəsmiş və onlarla birlikdə Cəbrayıl rayon polis şöbəsinə getməli olduqlarını demişlər. Rayon polis şöbəsinə gəlmişlər, onun üzərində axtarış keçirilmiş, qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Sonra maşına baxış keçirilmiş və Vasifin götürdüyü torba aşkar edilmiş, torba polis əməkdaşı tərəfindən açılmış və içərisində 4 kiloqramdan artıq narkotik aşkar edilmişdir. Şöbədə Vasif torbada narkotik vasitə olduğunu demiş, lakin həmin vaxta kimi o, həmin sellofan torbada nə olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindiririlmiş Cəbrayıl rayon polis şöbəsinin cinayət axtarışı bölməsinin rəisi Şahid2 ifadəsində göstərmişdir ki, Vasif adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə 24 fevral 2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin saxlanılması üçün əməliyyat qrupu yaradılmış və əməliyyat-axiarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin gün saat 18 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış, şübhə doğuran Biləsuvar-Bəhrəmtəpə yolu ilə yaşıl rəngli “Opel Vektra” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil müşahidəyə götürülmüş, 10 dəqiqə sonra həmin maşın Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 6 saylı qəsəbəyə gedən yola dönmüş və bir qədər getdikdən sonra yolun sağ tərəfində olan “Yük avtomobillərinin hərəkəti qadağandır” yol nişanının yanında dayanmışdır. Maşının sağ qabaq oturacaqda əyləşmiş Vasif maşından düşüb həmin nişanın dirəyinin altından torbada nə isə götürmüş və tələsərək maşına əyləşmişdir. Maşın geri dönərək, yenidən Biləsuvar-Bəhrəmtəpə yolu istiqamətdə hərəkət etmək istəyən zaman maşını saxlatdırıb onları Cəbrayl RPŞ-yə aparmışlar. Şöbədə vəkilin iştirakı ilə Vasif cibində olan 1 (bir) ədəd “Soni” markalı mobil telefonu və əynindəki qara rəngli cins şalvarın sağ arxa cibində olan 1 (bir) ədəd tünd qəhvəyi rəngli pul qabını (portmanatı) çıxarıb təqdim edərək üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Vasifin üzərində heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra maşının sürücüsü Əlinin də üzərinə baxış keçirilmiş, üzərində heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Cəbrayıl RPŞ-nin inzibati binasının həyətində “Opel Vektra” markalı **-LJ-*** qeydiyyat nişanlı avtomobilə videoçəklişlə baxış keçirilmişdir. Maşının sağ qabaq oturacağının alt hissəsində, döşəmənin üzərində olan göy rəngli sellofan torba, torbada isə 1 (bir) ədəd qara rəngli sellofan torbaya yığılmaqla üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülüdə 2211 (iki min iki yüz on bir) qram narkotik vasitə hesab edilən “tiryək”ə, 1 (bir) ədəd qəhvəyi rəngli sellofan torbaya yığılmaqla üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülüdə 1924 (bir min doqquz yüz iyirmi dörd) qram “heroin”ə və 1 (bir) ədəd ağ rəngli (kiçik) sellofan torbaya yığılmaqla üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülüdə 35 (otuz beş) qram “metamfetamin”ə bənzər kütlələr olmaqla ümumilikdə cəmi 4170 (dörd min yüz yetmiş) qram kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Vasif bildirmişdir ki, Əlinin narkotikdən məlumatı yoxdur, narkotik ona məxsusdur. Məhkəmə istintaqında şahid qismində dindiririlmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 fevral 2022-ci il tarixli 18/247 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri və imzalar olan kağız paketdəki göy rəngli polietilen torbada: - üzəri yapşqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi-2360 qram olan maddə kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; - üzəri yapşqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi- 1970,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzəri yapşqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi-29,10 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 10 mart 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs məxsus “Opel Vectra” markalı **- LJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşdiyi sağ qabaq oturacağın altından, döşəmənin üzərindən aşkar edilərək götürülmüş 2359,9 qram, 1969,95 qram çəkidə heroinlər və 29,05 qram çəkidə metamfeatmin maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəbrayıl RPŞ-nin saxlancına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2022-ci il tarixli 1812 N-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. 24 yanvar 2022-ci il tarixli “Baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, “Opel Vectra” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunan və Təqsirləndirilən şəxs məxsus olan olan1 (bir) ədəd göy rəngli polietilen torbanın içindən 3 (üç) ədəd, yəni 1 (bir) ədəd qara rəngli sellofan torbaya yığılmaqla üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülüdə 2211 (iki min iki yüz on bir) qram narkotik vasitə hesab edilən “tiryək”ə, 1 (bir) ədəd qəhvəyi rəngli sellofan torbaya yığılmaqla üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülüdə 1924 (bir min doqquz yüz iyirmi dörd) qram narkotik vasitə hesab edilən “heroin”ə və 1 (bir) ədəd ağ rəngli (kiçik) sellofan torbaya yığılmaqla üzəri əri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülüdə 35 (otuz beş) qram psixotrop maddə hesab edilən “metamfetamin”ə bənzər kütlələr aşkar edilmiş, baxış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər əks olunan bir ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan 2 mart 2022-ci il tarixli Təqsirləndirilən şəxs məxsus «Soni XPERİA» markalı (smatfon tipli) mobil telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin mobil telefonun yaddaş kitabçasında İran İslam Respublikası mobil operatoruna aid “Heci +98 914 248 3351” nömrəsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Azerfon” operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” proqramından qeydiyyatdan keçmiş və həmin nömrə ilə “WhatsApp” proqramında profil açaraq istifadə etmişdir. İran mobil operatoruna aid “Heci +98 914 248 3351” nömrəsi Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə “vatsap” la 24 fevral 2022-ci il tarixdə saat 17:18-də Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun 49-cu kilometrliyində sağ tərəfində quraşdırılan “Cəbrayıl qəsəbəsi” sözləri yazılan yol nişanının və həmin avtomobil yolundan Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 6 saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılmış “Yük avtomobillərinin hərəkəti qadağandır” yol nişanının fotoşəkillərini, 24 fevral 2022-ci il tarixdə saat 17:21-də “Qardaş bi 15 metr qabağa gedirsən, Cəbrayıl rayonu yazılan plakat var, sola dönürsən qabaqda Kamaz plakatı olan znakın altındadı, götürdün mənə tez zəng elə”, 24 fevral 2022-ci il tarixdə saat 17:24-də “Qardaş götürdün xəbər elə, ay qardaş götürdün xəbər elə” və 24 fevral 2022-ci il tarixdə saat 17:33-də “Qardaş qalsın qabda iki kilo yarım tiryekdi, iki kilo kakosdu, onun 300 qramı sənindi, qalanın apar Lənkərana, qoy tərəzinin üstünə, mənə şəkil sal göndər, deyəcəm, ora ünvan eliyəcəksə” sözləri səslənən səsli mesajlar göndərilmiş, həmçinin 24 fevral 2022-ci il tarixdə saat 17:30-da və 24 fevral 2022-ci il tarixdə saat 18:15-də audio zəng, eyni zamanda 24 fevral 2022-ci il tarixdə saat 18:16-da ardıcıl olaraq 3 (üç) dəfə video zəng olunsa da, Təqsirləndirilən şəxs tərəfindən həmin audio və video zənglər cavablandırılmadığı müəyyən olunmuşdur. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən İran mobil operatoruna aid “Heci +98 914 248 3351” nömrəyə “WhatsApp” proqramı vasitəsilə 24 fevral 2022-ci il tarixdə saat 17:21-də “gedim çatım, götürdüm sənə xəbər edirəm, qoy çatım, hələm yoldayam” sözləri səslənən səsli mesaj, eyni zamanda 24 fevral 2022-ci il tarixdə saat 17:24-də “yaxw qoy catım” və “Yoldayam” sözləri yazılan mesajlar göndərildiyi müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrənin “WhatsApp” proqramı vasitəsi ilə İran mobil operatoruna aid “Heci +98 914 248 3351” saylı nömrəsinə 24 fevral 2022-ci il tarixdə saat 17:21-də göndərdiyi 9 saniyədən, “Heci +98 914 248 3351” saylı nömrənin “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxsnın istifadə etdiyi ***-***-**-** saylı nömrəyə 24 fevral 2022-ci il tarixdə saat 17:21-də 13 saniyədən, 24 fevral 2022-ci il tarixdə saat 17:24-də 3 saniyədən və 24 fevral 2022-ci il tarixdə saat 17:33-də 14 saniyədən ibarət olan səsli mesajlar iş üçün əhəmiyyət kəsb etdiyindən CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 10 may 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 8-cı bəndinə əsasən Şahid1 barəsində cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan 10 may 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 6-cı bəndinə əsasən Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilib götürülmüş, 1(bir) ədəd «Soni XPERİA» markalı mobil telefon, həmin mobil telefonda olan səs yazıları köçürüldüyü 1 (bir) ədəd CD disk, həmçinin vaxt ardıcıllığı ilə köçürülümüş yazılı mesajlar əks olunduğu A4 formatlı 01 (bir) ədəd vərəq cinayət işi üzrə maddi sübut hesab edilmiş, 1 (bir) ədəd CD diskin, həmçinin yazılı mesajlar əks olunduğu A4 formatlı 01 (bir) ədəd vərəq cinayət işinin materiallarına əlavə edilmiş, həmin mobil telefonun isə Cəbrayıl RPŞ-nin saxlancına təhvil verilmişdir. İş materiallarında olan 10 may 2022-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil öz şəxsi istifadəsi üçün əldə etməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, heç yerdə işləməyən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz saxlaması və daşıması narkotik vasitələri və psixotrop maddəni satış niyyətinin əldə etməsinə dəlalət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Vasif Musazədə qeyd olunan maddələr üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 24 fevral 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 25 fevral 2022-ci il tarixdə CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Cəbrayıl Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Musazadə X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 11 (on bir) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Lənkəran rayon İcra və Probasiya şöbəsinin 11 aprel 2022-ci il tarixli 115 N-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzasının icrası xx.xx.2021-ci il tarixdən başlanmış, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək cəzasının 03 ay 26 gününü çəkmiş, cəzanın çəkilməmiş hissəsi 07 (yeddi) ay 10 (on) gün təşkil edir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatla Lənkəran Rayon Məhkəməsinə müraciət edərək məhkum Təqsirləndirilən şəxs barəsində 8 Noyabr –Zəfər Günü münasibətilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 mart 2021-ci il tarixli hökmlə narkomaniyadan məcburi müalicə təyin olunduğundan həmin Qərarın 36-cı bəndinə əsasən (həmin şəxslərin cəzadan azad edilməsi məsələsi müalicəsi başa çatdıqdan sonra həll edilməlidir) Lənkəran rayon İcra və Probasiya şöbəsinin təqdimatı baxılmadan geri qaytarılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 8 Noyabr –Zəfər Günü münasibətilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilə bilməz. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakerizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Lənkəran Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 7 ay 10 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 3 ay 20 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası əvvəlki hökm üzrə təyin olunmuş 3 ay 20 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə narkomaniyadan məcburi müalicə təyin olunmaqla ərazi narkoloji xəstəxanasında qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəbrayıl RPŞ-də saxlanılan 2359,9 qram, 1969,95 qram narkotik vasitə heroinlər, 29,05 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Soni XPERİA» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, mobil telefona baxış keçirilməsi haqqında disklər isə cinayət işində saxlanılamalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Lənkəran Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 7 (yeddi) ay 10 (on) günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 3 (üç) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, yeni hökm üzrə təyin olunmuş 8 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası əvvəlki hökm üzrə təyin olunmuş 3 (üç) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Lənkəran Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü ilə barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda Cəbrayıl RPŞ-də saxlanılan 2359,9 qram, 1969,95 qram narkotik vasitə heroinlər, 29,05 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «Soni XPERİA» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, mobil telefona baxış keçirilməsi haqqında disklər isə cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-392/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-392/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver