Məhkəmə qərarları › İş №1(099)-392/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-392/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-392/2024 17.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Vaqif oğlu, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Ucar rayonunun Pirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmamış, 2-ci qrup əlil, təqaüdçü, Ucar rayonunun Pirkənd kəndində qeydiyyatda olmaqla olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 18:00-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanının) tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrni idarəetmə hüququna malik sürücülük vəsiqəsi və bu hüquqa dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 110-120 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan tanışı Şahid məxsus «Mercedes-Benz C200» markalı **-RF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən keçən 193-cü kilometrliyində Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətinin təmin olunması məqsədi ilə idarə olunma ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında yerinə yetirməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirdiyindən avtomobil hərəkət hissəsindən sağ tərəfə çıxaraq aşmış, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan həmin avtomobilin sərnişini 1971-ci il təvəllüdlü X4 qabırğaların çoxsaylı sınıqları, ağ ciyərin zədələnməsi, iki tərəfli hematoraks (plevra boşluğuna qanaxma) kimi xəsarətlərlə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin hadisə yerində ölümünə, digər sərnişin 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sol dirsək sümüyü çıxıntısının sınığı, sol dizin hematoması, alın və burunda sıyrıq xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ucar rayonu Pirkənd kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşayır. 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır və müharibədə gedən döyüşlər zaman yaralanmışdır. Buna görədə 2-ci qrup əlil olmaqla təqaüdçüdür. «Mercedes-Benz C200» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili qazi dostu Şahid məxsusdur. 16 oktyabr 2023-cü il tarixdə o, Kürdəmir rayonuna şəhidin bacısının ad gününə getmək üçün qazi dostu Şahid məxsus «Mercedes-Benz C200» markalı **-RF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Kürdəmir rayonuna yola düşmüşdür. Avtomobili özü idarə etmiş, avtomobildə sağ qabaqda atası X7 oturmuş, arxa sağda anası Zərərçəkmiş şəxs əyləşmişdir. O, yaşadığı Ucar rayonu Pirkənd kəndindən Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna daxil olmuş və Kürdəmir rayonuna doğru hərəkətə başlamışdır. Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə hərəkət edib, saat 18 radələrində yolun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Hava gündüz olmaqla yol quru və idarə etdiyi avtomobildə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, avtomobili yolun sağ zolaqında üzü Bakı istiqamətində 110-120 km/saat sürətlə hərəkət etdirərkən ondan qarşıda eyni zolaqda və eyni istiqamətdə düzünə hərəkətdə olan minik avtomobilinə dəyəcəyini görüb, sükanı sağa çəkmişdir. Buna görə avtomobili yolun sağına çökəklik hissəsinə sahəyə düşürüb aşırtmışdır. Avtomobil bir neçə dəfə sağ tərəfi üzərində çevirilərək aşıb dayanmışdır. Aşan zamanda atası Şamil avtomobidən yerə düşmüş və atası almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Özü və anası Rəhilə xəsarətlər almışdır. Tanımadığı şəxslər onlara köməklik etmişdir. Az sonra təcili yardım avtomobili ilə həkimlər gəlib onu və anası Rəhiləni Kürdəmir rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada anası Rəhlənin sınıq xəsarəti aldığını özünün isə qançır xəsarəti aldığını bilmişdir. Avtomobil idarə etməyə onun sürücülük vəsiqəsi yoxdur. Əməlindən peşimandır, məhkəmədən onun muharibə iştirakçısı olmasını və yaralanmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X1 onun həyat yoldaşı, Təqsirləndirilən şəxs isə oğludur. Oğlu Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsi iştirakçısıdır və müharibədə yaralanmışdır. Bu səbəbdən Taleh 2-ci qrup əlildir. xx.xx.2023-cü il tarixdə oğlu Taleh dostuna məxsus Mercedes Benz C200 markalı, ** RF *** dövlət qediyyat nişanlı avtomobili götürüb, onları Kürdəmir rayonuna şəhidin bacısının ad gününə aparmağa başlamışdır. Avtomobili Taleh özü idarə etmiş, həyat yoldaşı Şamil sağ qabaqda sərnişin oturacağında əyləşmişdir. O, özü isə sağ arxada oturmuşdur. Taleh idarə etdiyi avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna daxil olmuş və həmin yolla hərəkət edib, saat 18 radələrində yolun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Hava gündüz və yolda quru olmuşdur. Taleh yolun sağ zolağında üzü Bakı istiqamətinə hərəkət edən zaman diqqəti yayınmış və avtomobili yolun sağına boşluq çökəlik sahəsinə düşürüb aşırtmışdır. Avtomobil yoldan çıxdığından və çökəklik sahəyə düşdüyü üçün bir neçə dəfə çevrilib yanı üzərində dayanmışdır. Hadisə zamanı o, avtomobili idarə edən oğlu Taleh xəsarət almışdır. Həyat yoldaşı X7 isə hadisə nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı özünün sınıq xəsarəti almağına və eləcədə yoldaşı X4 ölməsinə görə övladı Təqsirləndirilən şəxs heç bir şikayəti və hər hansı bir tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 göstərmişdir ki, X1 onun atası və Təqsirləndirilən şəxs qardaşıdır. 16 oktyabr 2023-cü il tarixdə saat 19 radəldərində o, həyat yoldaşından eşitmişdir ki, qardaşı Təqsirləndirilən şəxs avtomobillə Kürdəmir rayonu ərazisində Bakı-Qazax-Gürcüstan yolunda yol-nəqliyyat hadisəsi törətmişdir və idarə etdiyi avtomobili aşırtmışdır. Avtomobildə olan sərnişinlər atası Şamil ilə anası Rəhilə xəsarət almışdır. Onlar Kürdəmir rayon xəstəxanasına yerləşdirilib və bundan sonra o, qohumları ilə Kürdəmir rayon xəstəxanasına gəlmişdir. Xəstəxanada anası Rəhlənin sol qolundan sınıq xəsarəti aldığını, atası Şamilin isə hadisə nəticəsində almış olduğu xəsarətlərdən öldüyünü bilmişdir. Atasının ölməsinə görədə qardaşı Talehdən heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, «Mercedes-Benz C200» markalı **-RF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur. Ucar rayonu Pirkənd kəndində yaşayan Təqsirləndirilən şəxs 2020-ci il tarixdə onunla birlikdə 2-ci Qarabağ müharibəsində iştirak etdiyindən onunla münasibəti yaranmışdır. xx.xx.2023-cü il tarixdə günorta vaxtı Təqsirləndirilən şəxs ondan «Mercedes-Benz C200» markalı **-RF- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Kürdəmir rayonuna şəhid bacısının ad gününə gedəcəyini deyib istəmişdir. O,da etiraz etməmiş və avtomobilini Təqsirləndirilən şəxs vermişdir. Həmin günü saat 18 radələrində eşitmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus avtomobili Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisində yoldan çıxarıb aşırtmış və hadisə nəticəsində Talehin yanında olan atasıda ölmüşdür. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmamasını bilməmişdir və onun sürücülük vəsiqəsinin olmadığını əvvəlcədən bilsəydi ona avtomobilini idarə etməyə verməzdir. Hazırda avtomobili ona qaytarılmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən keçən 193-cü kilometrliyində baş vermişdir. İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli 210 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktıdan görünür ki, Təqsirləndirilən şəxs “Yol nəqliyyat” hadisəsi baş verən zaman ayıq vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 14 noyabr 2023-cü il tarixli 32 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, mərhum 1971-ci il təvəllüdlü X4 meyitinin ekspertizası zamanı aşkar olunan xəsarətlər-qabırğaların çoxsaylı sınıqları, ağ ciyərin zədələnməsi, iki tərəfli hematoraks (plevra boşluğuna qanaxma)-küt əşyanın zərbəvi təsirindən törənmiş,həyatıdır, qərarın təsviri hissəsində göstərilən 16 oktyabr 2023-cü il tarixdə ölümündən az əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X4 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş kəskin daxilə qanitirmə və travmatik şok olmuşdur. İlkin meyit dəyişikliklərin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 29 dekabr 2023-cü il tarixli 580 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol dirsək sümüyü çıxıntısının sınığı, sol dizin hematoması, alın və burunda sıyrıq-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 16 oktyabr 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli 581 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol dirsək sümüyü çıxıntısının sınığı, sol dizin hematoması, alın və burunda sıyrıq-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 16 oktyabr 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası ilə bağlı tərtib olunmuş 19 yanvar 2023-cü il tarixli 8/60 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Mercedes-Benz C200 markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü T.Ş.X12 C200 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 110-120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır». İş materiallarında BD 426074 nömrəli “Nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin surətindən görünür ki, “MERSEDES-BENZ” C 200 minik markalı, **- RF-*** dövlət qeydiyyat nişanlı avtombil Ucar rayonu, Alpı kənd sakini Şahid mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin 25 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ucar rayon Pirkən kənd inzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonu, Pirkən kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından ibarətdir, 2020-ci ilin sentyabr ayından başlayan 44 günlük Vətən Müharibəsində iştirak etdiyi zaman yaralanaraq qazi adını almışdır. Vətən mübahribəsində yaralandığı üçün 2020-ci ilin oktyabr ayında təxris olmuş və Bakı şəhərində yerləşən hərbi Hospitalda müalicə almış, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan İ-35492 nömrəli vəsiqənin surətində görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli qərarı ilə “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli ********** nömrəli Azxərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X8 haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli “Silahlı Qüvvələrin Baş X2 bölməsinin xəstəlik tarixçəsinin çıxarışından və digər xəstəlik sənədlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs "Sağ qalça nahiyyəsindən dəlib qarın boşluğuna nüfuz edən, retroperıtonal və ponkreas başının hematoması, kor bağırsağın zədələnməsi, nəcis peritoniti, L4 fəqərə cisminin və hər ıkı yan çıxıntısının qəlpəli sınığı, onurğa kanalının yad cisimləri (sümük qəlpələri), onurğa beynin at quyruğunun əzilməsi, ilə müşayyət olunan kor güllə yaralanmasına görə aparılmış "laparatomiya (20 10.2020) hematomanın boşaldılması, arterial qanaxmanın dayandırılması, sekastomanın çıxarılması və qarın boşluğunun drenajı, yaraların birincili cərrahi işlənməsi" əməliyyatından sonrakı vəziyyət Qarnın sağ ön divarının funksiya edən kolostoma Sağ tərəfli aşağı monopleqıyası, sol aşağı monoparezı (11 12 2020). Postravmatık pankrıotıt Orta ağır dərəcəli posthemorragık anemiya diaqnozu ilə müalicə olunmuşdur. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli Ucar Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatında yoxdur. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlayır, ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs idarə etdiyi “MERSEDES-BENZ C200” markalı **- RF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi təhvil verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncuların onların yaxın qohumları (ailə üzvləri) olmaqla ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş maddi ziyanı tamamilə ödəməsini, əməlini səmimi etiraf etməsini, peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, özünün gənc olmasını, Azərbaycan Respublikasının Ərazi Bütövlüyü Uğrunda gedən 44 günlük Vətən Müharibəsinin iştirakçısı olması, müharibə zamanı yaralanmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması mümkünlüyünə münasibət bildirərək qeyd edir ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-in 70ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərinə vəzifələr qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - “MERSEDES-BENZ” C 200 minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtombilin mülkiyyətçisi Şahid qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərinə aşağıdakı vəzifələr qoyulsun: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Ucur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub - “MERSEDES-BENZ” C 200 minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtombilin mülkiyyətçisi Şahid qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar