Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-393/2022 14.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay şəhəri, Natəvan küçəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxxxx 1986-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay şəhəri, H.Əliyev küçəsi ev 205də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsi ilə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı «Seyid» adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında, üzərində «Biləsuvar-İran sərhədi-Bəhramtəpə-Şuşa» sözləri yazılmış lövhəsinin yanında gizlədilmiş külli miqdarda, 2115,0 qram narkotik vasitə heroini əldə etmək məqsədilə əvvəlcədən razılaşdıqları kimi 09 fevral 2022-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən narkotik vasitə heroini gizlədildiyi yerdən götürüb, avtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 111-ci kilometrliyində, “Azpetrol” yanacaqdoldurma məntəsinin yaxınlığında, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərkən qeyd edilən külli miqdarda, 2115,0 qram narkotik vasitə heroin ayrıayrılıqda 555,0 qram, 545,0 qram, 510,0 qram, və 505,0 qram olmaqla 1 (bir) ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində 4 (dörd) ədəd bükümdə olmaqla avtomobilin qabaq sağ oturacağının alt hissəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı « Seyid » adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında, üzərində «Biləsuvar-İran sərhədi-Bəhramtəpə-Şuşa» sözləri yazılmış lövhəsinin yanında gizlədilmiş külli miqdarda, 2115,0 qram narkotik vasitə heroini əldə etmək məqsədilə əvvəlcədən razılaşdıqları kimi 09 fevral 2022-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəldikdən sonra, Təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitə heroini gizlədildiyi yerdən götürüb, avtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsvar rayonu ərazisindən keçən 111-ci kilometrliyində, “Azpetrol” yanacaqdoldurma məntəsinin yaxınlığında, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərkən qeyd edilən külli miqdarda, 2115,0 qram narkotik vasitə heroin ayrıayrılıqda 555,0 qram, 545,0 qram, 510,0 qram, və 505,0 qram olmaqla 1 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində 4 ədəd bükümdə olmaqla avtomobilin qabaq sağ oturacağının alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o adını bilmədiyi iranlı ilə telefonda danışmışdır. İranlı ilə 200 qram mala, 50 qram patı (metamfetamin) və 150 qram kakosa (heroinə) razılaşmışdır. İranlı ilə danışdıqdan sonra onlar iranlı deyən ünvana getmişlər. İranlı telefonla göndərdiyi malın şəklini ona atmışdır. İranlının göndərdiyi şəkildə malın çəkisi də yazılmışdı. O, iranlının dediyi yerdən malı götürüb, maşına minmişdir. Bir qədər yol getdikdən sonra Nicata ayaq yoluna getmək istədiyini bildirib, maşını saxlamasını demiş, o da maşını saxlamış, o ayaq yoluna gedib qayıtdıqdan sonra yolla gedərkən Yol Patrul Xidmətinin əməkdaşları onlara saxla işarəsi vermiş, o isə Nicata avtomaşını saxlamamasını demişdir. O, maşında mala baxarkən malın iranlının ona dediyi həmin mal olmadığını bildiyindən onu maşından tullamışdır. Nicat maşını saxladıqdan sonra polis əməkdaşları onları Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində onları döyərək, maşında mal olmalıdır demişlər. O, isə onda mal olmadığını, onu tulladığını demişdir. Polis Şöbəsində videoçəkiliş zamanı malın onun olduğunu demişdir. Döyüldüyünə görə ifadəyə qol çəkmişdir. Avtomobilə videoçəkilişlə baxış keçirilib. Həmin vaxt vəkil iştirak edib. O, narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay şəhəri, Nətavən küçəsi ev 11-də qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində dəqiq bilmədiyi bir ünvanda kirayə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız usta işləmişdir. Subaydır, əvvəllər məhkum olunmamışdır. Ruhi-əsəb xəstəliyi və ya digər xəstəliyi yoxdur, heç bir tibb müəssisəsində qeydiyyata alınmamışdır. Təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. Daha çox “patı” deyilən metamfetamin və “kakos” deyilən heroin istifadə edir. RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmazdan təxminən iki ay əvvəl, yəni 2021-ci ilin dekabr ayında tanımadığı bir şəxs ona “WhatsApp” proqramı vasitəsilə İran nömrəsi ilə mesaj yazmışdır. O, həmin şəxsdən kim olmasını soruşmuş, həmin şəxs İran İslam Respublikası vətəndaşı olduğunu, adının Seyid olmasını və orada yaşadığını bildirmişdir. Seyid adlı həmin şəxs ona Biləsuvar rayonunda kuryerinin və narkotik vasitəsinin olmasını bildirmiş, narkotik vasitə almaq istəyirsə, plastik kartında pul atdınqdan sonra narkotik vasitə göndərməyi təklif etmişdir. Lakin o, əvvəlcə Seyidin bu təklifi ilə razılaşmamış və Biləsuvar rayonunda olan narkotik vasitəni götürdükdən sonra pul göndərməyi təklif etmişdir. Seyid də onun bu təklifi ilə razılaşmamışdır. Bu səbəbdən də Seyidlə mesajlaşarkən aralarında narazılıq yaranmış, Seyidlə uzun müddət əlaqə saxlamamışdır. Lakin 04 fevral 2022-ci il tarixdə həmin İİR-nın vətəndaşı Seyid ona yenidən “WhatsApp” proqramı vasitəsilə mesajlar yazaraq narkotik vasitə satmağı təklif etmişdir. Seyid ona “hansı narkotik vasitəni istəyirsənsə, Biləsuvar rayonundan varımdır” sözlərini demiş, hətta Bakı şəhərində də narkotik vasitəsinin olmasını bildirmişdir. O, Seyidə narkotik vasitəni əldə etdikdən sonra plastik karta pul göndərməyi təklif etmiş, Seyid də onun təklifi ilə razılaşmışdır. O, İranlı Seyid adlı həmin şəxslə danışarkən dostu X3 da yanında olmuş və narkotik vasitə əldə etmək istəməsindən məlumatı olmuşdur. O, Biləsuvar rayonundan narkotik vasitə götürmək üçün gəlməyə tərəddüd etsə də, Nicat isə narkotik vasitə götürməsinə israr etmişdir. İranlı Seyidlə “WhatsApp” proqramı vasitəsilə mesajlaşarkən və zənglə danışarkən ona 100 qram patı yəni metamfetamin və 100 qram kakos yəni heroini Bakı şəhərinə göndərməsini istəmişdir. X5 rayonunda narkotik vasitəsinin olmasını, buna baxmayaraq kuryerinin narkotik vasitəni Bakı şəhərinə aparmadığını, yalnız Biləsuvar rayonunda gizlətməsini bildirmişdir. Buna görə də istədiyi narkotik vasitəni əldə etmək üçün Biləsuvar rayonuna gəlməyin vacib olduğunu demişdir. Biləsuvar rayonundan 200 (iki yüz) qram narkotik vasitə əldə etməsi qarşılığında Seyidə məxsus olan plastik karta 3000 (üç min) manat pul göndərmək üçün razılığa gəlmişdir. Lakin, pulu tam olmadığı üçün hissə-hissə göndərməyi Seyiddən xahiş etmiş, Seyid də onun sözlərinə heç bir etiraz etməmişdir. Əslində isə niyyəti İranlı Seyidi aldatmaq olmuş, narkotik vasitəni əldə etdikdən sonra pul göndərmək istəməmişdir. İranlı ilə narkotik vasitənin alqı-satqısı barədə danışarkən dostu Nicat Manafov da yanında olduğu üçün onun narkotik vasitə əldə etməsində maraqlı olmuşdur. Narkotik vasitə istifadəçisi olduğu üçün Biləsuvar rayonundan əldə edəcəyi narkotik vasitəni özü istifadə etməyi və narkotik istifadə edən yaxın dostlarına verməyi planlaşdırmışdır. İranlı Seyidlə təxminən 3-4 gün “WhatsApp” proqramı vasitəsilə danışdıqdan sonra Biləsuvar rayonundan narkotik vasitə götürmək üçün razılaşmışdır. 09 fevral 2022-ci il tarixdə saat 15 radələrində dostu Təqsirləndirilən şəxs2la birlikdə söhbət edərkən Biləsuvar rayonundan narkotik vasitə əldə etmək üçün razılaşmışdır. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota Prius markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna gəlməyə başlamışlar. Nicat həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, buna görə də Biləsuvar rayonuna gələn zaman Qaradağ rayonu, Lökbatan qəsəbəsində yolun kənarında dayanmış 2 şəxs də sərnişin kimi avtomobilə əyləşmişdir. Nicat həmin şəxsləri Sabirabad rayonuna aparmışdır. Bundan sonra isə Biləsuvar rayonuna gəlmişlər. Biləsuvar rayonuna gələrkən o, “WhatsApp” proqramı vasitəsilə İranlı Seyidlə danışaraq narkotik vasitənin qoyulduğu yeri dəqiqləşdirmək istəmiş, lakin onlar Biləsuvara çatdıqdan sonra da İranlı kuryerin narkotik vasitəni hələ dediyi yerə qoymadığını bildirmiş və bir qədər gözləmələrini istəmişdir. Bu səbəbdən də Nicatın idarə etdiyi avtomobillə təxminən 1-2 saat gəzərək və daynaraq gözləmişlər. İranlı “WhatsApp” proqramı vasitəsilə ona fotoşəkil göndərib narkotik vasitənin gizlədildiyi yeri göstərmişdir. Həmin fotoşəkildə Biləsuvar-İran-Bəhramtəpə-Şuşa yolunu göstərən plakatın olmasını görmüşdür. Nicat Manafovdan avtomobili həmin plakatın yanına sürməsini istəmiş, Nicat da avtomobili həmin plakatın yanına sürdükdən sonra o, avtomobildən yerə düşərək plakatın vurulduğu dayağın dibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü götürüb dərhal Nicatın idarə etdiyi avtomobilə əyləşmişdir. Bundan sonra Bakı şəhərinə qayıtmağa başlamışlar. Lakin təxminən 2-3 kilometr avtomobillə hərəkət edib Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığına çatarkən YPX əməkdaşları avtomobili saxlamaq işarəsi vermişlər. O isə Nicatdan avtomobili saxlamamasını istəmiş, yolda hərəkətdə olan zaman götürdüyü narkotik vasitəni yolun kənarına atmış, yalnız təxminən 100-200 metr hərəkət etdikdən sonra Nicat avtomobili saxlamışdır. Əvvəlcə YPX əməkdaşları, daha sonra isə digər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, hər ikisini saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkili və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin üzərindən narkotik vasitə və ya qanunla qadağan edilmiş heç bir predmet aşkar edilməmişdir. Daha sonra Nicat Manafaovun idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sağ oturacağının altından bir ədəd sellofan bağlama çıxarılmış, həmin bağlama açılıb baxıldıqda içərisində 4 ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin bağlamalar açılıb baxıldıqda isə hər birinin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitə tərəzidə çəkildikdə 2125 qram olması müəyyən edilmişdir. Lakin onun Biləsuvar rayonu ərazisindən Biləsuvar-İran-Bəhramtəpə-Şuşa yolunu göstərən plakatın dibindən götürdüyüm narkotik vasitə təxminən 200 (iki yüz) qram çəkidə olmuşdur. Həmin narkotik vasitəni Nicat Manafovla birlikdə əldə etdikdən sonra bölməyi planlaşdırmışdır. O, narkotik vasitəni istifadə etmək üçün əldə etmiş, heç kimə satmaq niyyəti olmamışdır. X4 rayonu ərazisindən narkotik vasitə əldə etmək üçün o danışmış və razılığa gəlmiş, Təqsirləndirilən şəxs2la Seyid arasında heç bir danışıq və razılıq olmamışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs1lə bir məhəllədə böyümüşdür. Biləsuvar rayonuna taksi kimi getmişdir. Elmanın oraya narkotik dalıyca getməsini bilməmişdir. Elman ona Biləsuvarda bir nəfərlə görüşəcəyini demişdir. Yolda Elman ayaq yoluna getmək üçün ondan maşını saxlamasını xahiş etmişdir. O, plakatın yanından nəsə götürüb maşına qayıtmışdır. Biraz yol gedəndən sonra polislər onları saxlamışlar. Polis əməkdaşları avtomobili saxladıqdan sonra onları polis şöbəsinə aparmışlar. O polis şöbəsində Elmanda narkotik olduğunu bilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra göstərmişdir ki, müstəntiq ondan ifadə alarkən ona heç bir təsir və təziq etməyib. Avtomoblə video çəkilişlə baxış keçirilib. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göyçay şəhəri, H.Əliyev prospekti ev 205-də qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonunda dəqiq bilmədiyi bir ünvanda kirayə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, “Toyota-Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bolt” şirkətində taksi sürücüsü işləmişdir. Evlidir, bir azyaşlı uşağı vardır. Əvvəllər məhkum olunmamışdır. Ruhi-əsəb xəstəliyi və ya digər xəstəliyi yoxdur, heç bir tibb müəssisəsində qeydiyyata alınmamışdır. Təxminən 20 ildir ki, narkotik vasitələrdən istifadə etmiş, daha çox “nəşə” deyilən qurudulmuş marixuana istifadə etmişdir. Təqsirləndirilən şəxs1 dostudur, təxminən 15 ildir ki dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs1 də narkotik vasitə istifadə etməsindən məlumatı olmuşdur. Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmazdan təxminən bir həftə əvvəl, yəni 2022-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs1lə Bakı şəhərində yerləşən kirayə yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs1 “WhatsApp” proqramı vasitəsilə İranlı Seyid adlı bir şəxslə danışmasını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 İranlı Seyidlə narkotik vasitələrin əldə edilməsi ilə bağlı söhbət etmiş, İranlı Elmana narkotik vasitə göndərməsini təklif etmiş, lakin Elman narkotik vasitənin qarşılığında göndərmək üçün pulunun olmadığını bildirmişdir. Seyid isə təkidlə narkotik vasitə satmaq istədiyini demiş, Elman da həmin Seyid adlı şəxsə 200 qram narkotik vasitə heroini Biləsuvar rayonu ərazisindən götürmək istədiyini bildirmiş, sonradan həmin narkotikin qarşılığında 3000 manat pul göndərməyə razılaşmışdır. Əslində isə Elman Seyidi aldadaraq narkotikin əvəzində pul göndərməmək niyyətində olmuşdur. Elman ona narkotik vasitə heroini Biləsuvar rayonundan götürmək üçün birlikdə gəlməyi təklif etmişdir. Buna baxmayaraq birlikdə əldə edəcəkləri narkotik vasitə heroini hər hansı şəxsə satmaları və ya vermələri bağlı söhbəti Bakı şəhərinə qayıtdıqdan sonra razılaşacaqmışlar. Həmin narkotik vasitəni istifadə etmək niyyətləri olmuşdur. Elman “WhatsApp” proqramı vasitəsilə İranlı Seyidlə danışdıqda sonra 09 fevral 2022-ci il tarixdə Biləsuvar rayonuna gəlməyə razılaşmışdır. 09 fevral 2022-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Toyota-Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1lə birlikdə Biləsuvar rayonuna gəlməyə başlamışlar. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yolun kənarında dayanmış 2 şəxs də sərnişin kimi avtomobilə əyləşmiş, həmin şəxsləri Sabirabad rayonuna aparmışdır. Bundan sonra isə Biləsuvar rayonuna gəlmişlər. Biləsuvar rayonuna gələrkən Təqsirləndirilən şəxs1 “WhatsApp” proqramı vasitəsilə Seyidlə danışaraq narkotik vasitənin qoyulduğu yeri dəqiqləşdirmək istəmiş, lakin onlar Biləsuvara çatdıqdan sonra da Seyid kuryerinin narkotik vasitəni hələ dediyi yerə qoymadığını bildirmiş və bir qədər gözləmələrini istəmişdir. Bu səbəbdən də idarə etdiyi avtomobillə Biləsuvar rayonu ərazisində təxminən 1-2 saat gəzərək və daynaraq gözləmişlər. SAeyid “WhatsApp” proqramı vasitəsilə Elmanın mobil telefonuna fotoşəkil göndərib narkotik vasitənin gizlədildiyi yeri göstərmişdir. Həmin fotoşəkildə Biləsuvar-İran-Bəhramtəpə-Şuşa yolunu göstərən plakatın olmasını görmüşlər. O da idarə etdiyi avtomobili həmin plakatın yanına sürdükdən sonra Elman avtomobildən yerə düşərək plakatın vurulduğu dayağın dibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü götürüb dərhal avtomobilə əyləşmişdir. Bundan sonra Bakı şəhərinə qayıtmağa başlamışlar. Lakin təxminən 2-3 kilometr avtomobillə hərəkət edib “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına çatarkən YPX əməkdaşları ona avtomobili saxlamaq işarəsi vermişlər. O, əvvəlcə avtomobili saxlamayaraq hərəkətə davamn etmişdir. Yolda hərəkətdə olan zaman Elman götürdüyü narkotik vasitəni yolun kənarına atmış, yalnız təxminən 100-200 metr hərəkət etdikdən sonra avtomobili saxlamışdır. Əvvəlcə YPX əməkdaşları, daha sonra isə digər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, hər ikisini saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkili və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən narkotik vasitə və ya qanunla qadağan edilmiş heç bir predmet aşkar edilməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1, vəkilləri və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun idarə etdiyi Toyota-Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ilkin olaraq ona avtomobildə hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməyim təklif edilmiş, o isə avtomobildə narkotik vasitə və ya qadağan edilmiş predmet olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları avtomobilə baxış keçirmiş, baxış zamanı avtomobilin qabaq sağ oturacağının altından bir ədəd sellofan bağlama aşkar edilərək götürülmüşdür. Həmin bağlama açılıb baxıldıqda içərisində 4 ədəd sellofan bağlama aşkar olunmuş, həmin bağlamalar açılıb baxıldıqda isə hər birinin içərisindən narkotik vasitə heroinin olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə tərəzidə çəkildikdə ümumilikdə 2125 qram olması müəyyənləşdirilmişdir. Lakin, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisindən “Biləsuvar-İran-Bəhramtəpə-Şuşa” yolunu göstərən plakatın dibindən götürdüyü narkotik vasitə təxminən 200 (iki yüz) qram olmuşdur. Onlar narkotik vasitəni istifadə etmək üçün əldə etmişlər. İranlı Seyid adlı şəxslə Elman danışıb narkotik vasitənin Biləsuvar rayonu ərazisindən götürmək üçün razılaşmış, lakin o, narkotik vasitənin əldə edilməsi üçün Seyidlə danışmamış, Elman Seyidlə danışarkən yanında olmuş və nə barədə söhbət etməsini bilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham ilunan cinayət əməllərini törətmələri özlərinin məhkəmədə tədqiq edilmiş vəkillərinin iuştirakları ilə ibtidai istintaq zamanı vermiş olduqları səmimi etirafedici və işin hallarına uyğun gələn ifadələrindən başqa dindirilmiş şahiudlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə onlara tamamilə sübutdur. Belə ki, dindirilmiş şahid Biləsuvar Rayon X2rşı Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 09 fevral 2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı idi. O, həmin məlumatı şöbə rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə əməliyyat müvəkkili Şahid1 və Yol Patrul Xidmətinin əməkdaşları daxil edilmişdir. Həmin tarixdə saat 22:20 radələrində Toyota Prius markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonunda dairəvi yolda əməliyyat müşahidəsinə götürlmüşdür. Sonra avtomobil Bəhrəmtəpə Şuşa yolunda, Şuşa plakatın altında təxminən bir dəqiqə dayandı, avtomobildən sərnişin düşərək plakata yaxınlaşaraq nəisə götürüb, avtomobilə qayıtmışdır. Daha sonra avtomobil geri Bakı istiqamətinə hərəkətə başlamışdır. Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında YPX-nin əməkdaşları tərəfindən avtomobilə saxla işarəsi verilsə də, lakin sürücü avtomobil saxlamaışdır, daha sonra təkrar saxla işarəsi verildikdən sonra avtomobil saxlanılmışdır. Avtomobil saxladıqdan sonra onlar avtomobilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra saxlanılan şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduqlarını bildirib onları polis şöbəsinə dəvət etmişlər. Rayon Polis Şöbəsinə gəldikdən sonra hər iki şəxsə vəkil tədim olunmaqla ayrı-ayrı otaqlarda videoçəkliş aparılmaqla təhqitaqçı və vəkillərin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçirilmişdir. Onların özərlərindən qanunla qadağan olunun heç nə aşkarlanmamışdır. Daha sonra şöbənin həyətində saxlanılan Toyota Prius markalı avtomobilə baxış keçirilməyə başlanıldı. Baxış keçirlməmişdən öncə hər iki saxlanılan şəxsə avtomobildə qanunla qadağan olunan nə varsa təqdim etmələri təklif olunmuş, Elman Babyev könüllü surətdə qabaq sağ oturacağın altında narkotik vasitə olmasını bildirmişdir. 4 bükümdə narkotik vasitə heroin deyilən yerdən götürülüb qablaşdırılaraq, möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir. Həmin vaxt onlara heç bir təsir və ya təzyiq olunmamışdır. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, avtomoibilin sürücüsü Təqsirləndirilən şəxs2 olmuşdur. Sorğu edilərkən onlar hər ikisi avtomobildən aşkar olunan narkotik vasitənin onlara məxsus olduğunu etiraf etmişlər. Dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid2 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onlar arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində, “Gömrük yolu” deyilən yolun kənarında Biləsuvar-İran- Bəhramtəpə-Şuşa yolunu göstərən lövhənin altında gizlədilmiş içərisində 50 qram narkotik vasitə heroin və 150 qram metamfetamin olan bağlama götürməsini, lakin Biləsuvar Rayon Polis X7 Xidməti əməkdaşları Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili saxlamaq işarəsi verərkən həmin narkotik vasitəni avtomobildən kənara atmasını, X6 Şöbəsində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilərkən aşkar edilərək götürülmüş 2115,0 qram narkotik vasitə heroinin onlara məxsus olmadığını bildirmişdir. Üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs1 üzünə dediklərinin tamamilə yalan olduğunu, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil YPX əməkdaşları saxlanılarkən avtomobildən kənara heç kim hər hansı bir əşya atmasını görmədiyini, RPŞ-də Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 özünün avtomobildə narkotik vasitə gizlətməsini bildirdiyini, aşkar edilmiş narkotik vasitənin ümumi çəkisinin 2125 qram, ekspertiza tədqiqatından sonra isə təmiz çəkisinin 2115 qram olmasını demişdir. Cinayət işinin materiallarında olan «Baxış keçirilməsi və maddi sübutun götürülməsi» barədə protokoldan görünür ki, Biləsuvar Rayon X2rşı Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2, Cinayət Axtarı Bölməsinin əməliyyat müvəkkili, Şahid1, KTQ-nun baş ekspert-kriminalisti Anar Abduhəlimov, X9 Xidmətinin əməkdaşı Şahid3, vəkillər Əli Hüseynov, Mehman Mütəllimov, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ilk olaraq şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin avtomobildə özlərinə aid narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 həmin avtomobilin sağ qabaq oturacağının altında narkotik vasitə heroin gizlətməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilin sağ qabaq oturacağının altından üzəri yapışqan lentlə bağlanmış bir ədəd sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin bağlama açılıb baxıldıqda içərisindən üzəri yapışqan lentlə bağlanmış 4 ədəd bükülü aşkar olunmuşdur. Aşkar edilmiş bükümlər açılıb baxıldıqda hər birinin içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. 4 ədəd büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, birinci bağlamanın 510 qram, ikinci bağlamanın 550 qram, üçüncü bağlamanın 505 qram, dördüncü bağlamanın 560 qram, ümumilikdə isə 2125 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 10 fevral 2022-ci il tarixli 19/176 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «...Toyota Prius markalı maşından aşkar olunmuş bükülü....» sözləri və imzalar olan bir ədəd paketdəki 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 555,0 qram, 545,0 qram, 510,0 qram, 550,0 qram, ümumi təmiz çəkisi 2115,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Heroinin ümumi təmiz çəkisi 2115,0 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram (hər ob. 0,05qram) qalıq 2114,8 qram. İşdə olan ibtidai istintaq orqanının 14 fevral 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən qalıq çəkisi 2114,8 qram heroin cinayət işi üzrə maddi sübut tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan Təqsirləndirilən şəxs1 məxsus olan qara rəngli, «Redmi-6 » markalı, üzərində ***-***-**-** mobil nömrəsi olan telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman isə adı qeyd edilməmiş “İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********21 saylı mobil nömrəsindən 09 fevral 2022-ci il tarixdə qarşılıqlı olaraq narkotik vasitələnin qoyulması barədə səs yazılarını və mesajları göndərmələri müəyyən olunmuşdur:Təqsirləndirilən şəxs1 tərəfindən +**********21 mobil nömrəsinə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin fotoşəkili göndərilmişdir.Baxış zamanı həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edən başqa bir hal aşkar edilməmişdir. Aşkar edilmiş fotoşəkillər, səs yazıları və mesajlar CD diskə köçürülərək tərtib edilmiş protokola əlavə edilmişdir. İşdə olan Azercell Telekom MMC-dən 10 may 2022-ci il tarixdə Biləsuvar RPŞ-nə 7643 nömrəli məktubla göndərilmiş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 01 yanvar 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixədək olan müddətdə aparılan danışıqların siyahısı, göndərilən və qəbul edilən SMS-lərin mətni və siyahısına, həmçinin aparılan danışıqların anten dairəsinə dair məlumatlara baxış zamanı cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edə bilən heç bir hal müəyyən edilməmişdir. CD diskə baxış keçirilməsi barədə tərtib edilmiş protokol cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Biləsuvar rayon məhkəməsinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində qətimkan tədbiri seçilməsi haqqında 11 fevral 2022-ci il tarixli qərarların surətlərindən də görünür ki, qeyd edilən prosesual məcburiyyət tədbirinin seçilməsinə dair keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər izahatlarında törətdikləri əməlləri etiraf etmişlər. Cinayət işinin materiallarında olan Biləsuvar rayon məhkəməsinin 11 fevral 2022-ci il tarixli qəraının surətindən görünür ki, həmin qərara əsasən Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs1 Nadiq oğlunun ətrafında əməliyyat axtarış tədbirlərinin keçieilməsinə dair 11 fevral 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 13 may 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən hazırki cinayət işindən cinayətin digər iştirakçılarının barələrində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 may 2022ci il tarixli 548 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 metamfetamindən suiistifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 mart 2022-ci il tarixli 256 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarını tərkibində saxlayan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək dostu Təqsirləndirilən şəxs2la Biləsuvar rayonu ərazisinə qoyulmuş onun sifariş etdiyi 200 qram narkotik vasitə heroini götürmək üçün getdiklərini, lakin Təqsirləndirilən şəxs2 onun narkotik vasitə götürmək üçün getdiyini bilmədiyini, iranlı narkotiki qoyduğu yerin şəklini çəkib atdıqdan sonra narkotik vasitəni götürsə də dövlət yol polisi əməkdaşları onların avtomobilinə saxla işarəsi verən anda, torbaya baxarkən həmin torbadakı bükülülər ona aid olmadığından, torbanı avtomobildən atdığını, sonra da onları Biləsuvar Rayon Polis şöbəsinə aparıb orada üzərlərinə və avtomobilə videoçəkilişlə baxış keçirildiyini, baxış zamanı onlara təqdim edilən malın ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun ziddiyyətli ifadə verdi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu ifadələrini özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş onların və vəkillərinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokolla, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkillərinin iştirakı ilə vermiş olduqları həqiqətə və işin hallarına uyğun olan ifadələri, cinayət işinin materiallarında olan onların barələrində prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında keçirilən məhkəmə iclasındakı izahatları, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 4 ədəd narkotik vasitə heroinin eyni tərkibli olmasına dair ekspertiza rəyi və işin faktiki halları ilə təkzib olunduğundan onların ifadələrinə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsini səmimi etirafedici və işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onların tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Ona görə də onlar CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdırlar. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 1991-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Göyçay şəhəri, Natəvan küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsində müvəqqəti yaşamışdır. Himayəsində 09 sentyabr 2012-ci il tarixdə doğulmuş Nihat adlı oğlu vardır. Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1986-cı ildə Göyçay şəhərində anadan olmuşdur, Göyçay şəhəri, H.Əliyev küçəsi ev 205-də qeydiyyatda olmaqla yaşamışdır. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarlarının surətlərindən görünür ki, həmin qərarlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs etmənin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasının yüngülləşdirən halın olması və onların CM-in 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanunun tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 09 fevral 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində toksikomaniyadan, Təqsirləndirilən şəxs2 barəsində isə narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2114,8 qram heroin məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 manat alınmaqla dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132,344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: İ. Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinnin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində toksikomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2114,8 qram heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 manat alınmaqla dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.