Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-393/2023 05.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla Beyləqan şəhəri, Habil Hacıyev küçəsindəki nömrələnməmiş evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 120.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Əliyev X15 Kamil Yunis oğlu ilə keçmiş arvadı Zərərçəkmiş şəxs arasında sevgi və intim münasibətlərinin olmasından şübhələndiyi üçün qısqanclıq niyyəti ilə Kamil Fərzalıyevi qəsdən öldürmək qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə məlum olmayan bıçaq əldə edərək özünün evdəki çamadanında saxlamış, X10 əvvəl-axır vurub öldürəcəyini Zərərçəkmiş şəxs Məltəb qızına dediyinə görə sonuncu həmin bıçağı zibil maşınına atdığından o, soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağını əldə edib üzərində saxlamaqla əvvəlcədən planlaşdırdığı cinayəti törətmək üçün, yəni Kamil Fərzalıyevi qəsdən öldürmək üçün hazırlıq hərəkətləri etmiş və özünün planlaşdırdığı cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli məqam gözləmiş, 23 dekabr 2022-ci il tarixdə, saat 15:49-da yüngül dərəcəli alkoqol sərxoşluğu halında Beyləqan şəhəri, SMD-4 qəsəbəsi, Məhəmməd Əsədov küçəsindəki nömrələnməmiş ünvanda yerləşən və keçmiş arvadı Zərərçəkmiş şəxs məxsus olan “Aytac” kompüter xidmətləri mərkəzinə gəlib orada Zərərçəkmiş şəxs ilə sonuncunun Kamil Fərzalıyevlə sevgi münasibətlərinin olması ilə bağlı Kamil Fərzalıyevin ünvanına təhqir və hədə xarakterli sözlər işlətməklə mübahisə edərkən saat 15:59-da Mərkəzin yerləşdiyi tikilinin pəncərəsindən X7 gəldiyini görüb əvvəlcədən hazırlaşdığı cinayəti törətməyə şərait yarandığını düşünüb sonuncunun onu görməməsi üçün Mərkəzin içərisində arakəsmə divarla ayrılmış arxa otağa keçmiş, X3 daxil olaraq güləş üzrə keçiriləcək idman yarışları üçün sifariş etdiyi diplomları Zərərçəkmiş şəxs götürən zaman o, X7 Mərkəzin binasından çölə çıxa bilməməsi üçün Mərkəzin giriş qapısını bağlayıb X10 öldürmək məqsədilə əldə edib üzərində gəzdirdiyi və həmin anda sağ əlində saxladığı təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə X7 qarın nahiyəsinə tərəf qəsdən bir bıçaq zərbəsi vurmuş, lakin X18 onun bu zərbəsindən yayındığından həmin bıçaq zərbəsi Kamil Fərzalıyevin bədəninə dəyməmiş, bundan sonra o, cinayətkar hərəkətlərini davam etdirib sağ əlində saxladığı həmin bıçaqla qəsdən X7 boyun nahiyəsinə bir dəfə vuraraq ona ürəyin sol mədəciyinin endokard qişasının altına qansızma (Minakov ləkələri), daxili üzv və toxumaların venoz azqanlılığı ilə nəticələnmiş qan damarlarının (yuxu arteriyasının, vidaci venanın və sair) boyun səviyyəsində zədələnməsi ilə müşayiət olunan boynunun ön səthinin bir ədəd kəsilmiş-deşilmiş yarası xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, boyun qan damarlarının zədələnməsindən törənmiş kəskin qanitirmə səbəbindən onun ölümünə səbəb olmuş xəsarət yetirərək X10 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmiş, bundan sonra o, əsəbi halda sol əli ilə keçmiş arvadı Zərərçəkmiş şəxs yaxasından tutub bundan bir qədər əvvəl Kamil Fərzalıyevə zərbələr endirdiyi təsərrüfat-məişət təyinatlı turist bıçağını sağ əlində saxlayaraq qısqanclıq niyyəti ilə hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla Zərərçəkmiş şəxs öldürməklə hədələmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, CM-nin 134-cü maddəsi ilə isə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, ibtidai araşdırma dövründə vermiş olduğu ifadələri təsdiq edir, lakin ifadə verərkən özündə olmadığından hazırda əlavələri var. Vəfa onun qeyri-rəsmi arvadı olmuş, bir yerdə olmuşlar, onunla hadisədən çox əvvəl boşansada biryerdə yaşamışlar. Kamillə isə yaxşı münasibətləri olmuş, onunla bir yerdə məşq etmiş, yaxın olmuşlar. Özü Bakı şəhərində işləmiş, ay ərzində evə bir-iki dəfə gəlib dəyib, nə lazımdısa alıb verib sonra çıxıb gedirmiş. 2022-ci ilin dekabrın 10-u ya 11-i yenə evinə gəlmiş, qapını döymüş, qapını yoldaşı açmışdır. Evə daxil olduqda zirzəmidən səs gəldiyini eşitmişdir. Bu səbəbdən zirzəmiyə düşmüş, həmin vaxt orada Kamili görmüşdür. Bundan əsəbləşib Kamili orda döymüşdür, daha sonra Kamil əlindən çıxıb qaçmışdır. Sonra yoldaşı ilə danışmış, o ağlaya-ağlaya demişdir ki, Kamil sənəd üçün gəlib, qızının işi ilə bağlı pulu alıb qaytarmağa kömək edəcəkdir. Hadisənin səhəri isə Kamil ona zəng edərək, təhdid edib, onun əlini-qolunu bağlayıb, gözünün qabağında ailə uşağına pis hərəkətlər edəcəyini bildirmişdir. Eyni zamanda özünü də baqaja basıb başına pis iş gətirəcəyini deyib. Bundan sonra Kamil onu öz qardaşı uşaqları Tural və Toğrulla da hədələyib. Bu sözləri Kamil ona dedikdən sonra, o Kamilə sakit olmağını bildirib, telefonu söndürmüşdür. Sonra özü Kamili yığsa da, o cavab verməmişdir. Bundan da üç-dörd gün keçdikdən sonra Kamil ona yenidən zəng vurub, Aqilin restoranı deyilən yerə çağırmışdır. Həmin vaxt isə tanışıgildə olmuş, Kamilə ordan çıxanda zəng vuracağını demişdir. Tanışıgildən çıxdıqdan sonra Kamilə zəng vurmuş, Kamil isə demişdir ki, “gəl işim var səninlə”. Həmin vaxt Kamilə ora gəlməyəcəyini, başqa vaxta qalmağını demişdir. Sonra Kamilə geri yığsa da, o telefona cavab verməmişdir. Bu hadisədən sonra isə onu Kamilin qardaşı oğlu Toğrul yığmış demişdir ki, “bu nə haqhesabdır, qorxma sənə söz deyəcəm, görüşək işim var, Kamil mənə deyib, sən onu niyə döymüsən”. Ona harda görüşə biləcəklərini soruşduqda isə hazırda məşq keçdiyini, çıxanda görüşəcəyini bildirmişdir. Bundan sonra özü Toğrulun obyektinin qarşısına gəlmiş, Toğrulu orda görmüşdür, yaxınlıqda arxa tərəfdə olan məktəbin həyətində onunla söhbət etmişdir. Həmin vaxt ora Toğrulun qardaşı Tural da gəlmişdir. Onlar bildirmişdir ki, Kamili nə səbəbdən döyüb. O, isə cavabında demişdir ki, “Kamil bacı dediyi adamın evində zirzəmidə nə gəzirdi o zaman, o mənə qardaş deyib, niyə belə hərəkət edib”. Bu sözdən sonra onlar susmuşdur. Onlara isə bu barədə heç kimə bildirməmələrini, söhbətin bağlanmasını tapşırmışdır. Bundan xeyli sonra isə 22 dekabr 2022-ci ildə 1 nömrəli məktəbin yanında gedərkən yolda Kamillə qarşılaşmışdır. Həmin vaxt axşam tərəfi olmuşdur. Oradada Kamil onu təhqir edərək, nəslini söymüş, daha sonra onu yaşamağa qoymayacağını, itirəcəyini bildirib təhdid etmişdir. O, isə bu sözlərdən həyəcanlanıb, yanına yaxınlaşmamış, evə qaçmışdır. Səhəri xx.xx.2022-ci ildə ad günü olacağından evdə aravdı ilə məsləhətləşib, bazara gedib bazarlıq etməyi qərarlaşdırmışlar. Həmin gün isə bu məqsədlə yoldaşının işlədiyi yerə komyuter kursuna gəlmişdir. Ora gedərkən üstündə bıçaq olmuşdur, həmin bıçağı Kamil onu hədələdiyindən, özünü müdafiə etmək məqsədilə almışdır. Orada yoldaşı ilə söhbət edən vaxt Kamil gəlmişdir. Pəncərədən Kamilin gəldiyini görmüşdür. Bu zaman gizlənmiş ki, Kamil onu görməsin, çıxıb getsin. Lakin onun səsini eşitdikdə özünü saxlaya bilməyib, başı dönmüş, özünü idarə edə bilməyib, özündə olmadan çıxıb, Kamilə demişdir ki, sən kimi hədələyirdin. Qapı açıq olduğundan qapını da bağlamış ki, içəridən səs getməsin. Həmin vaxt bıçaq əlində olmuş, məqsədi Kamili qorxutmaq olmuşdur. Kamil isə demişdir ki, “vaxtı gələcək görəsən”. Kamilə bir dəfə qarnına tərəf bıçaq atmış, o isə çəkilib qırağa yayınmışdır. Bundan sonra ona aralıdan bıçaq atmış ki, qorxub çıxıb getsin. Lakin bıçaq boğazına dəymiş, Kamil bu zaman çıxıb maşına minib getmişdir. İkinci zərbəni atanda demiş ki, yayınar, qapıdan çıxıb gedər, o isə yayına bilməmiş, ağzından qan gəldiyin görəndə isə bilmiş ki, boğazına dəyib. Kamili həmin vaxt öldürmək niyyətində olmamış, onunla aralı olduğundan bıçağı boğazna atmış ki, bilsin əlində bıçaq var, qorxsun. O, yanında kimsə yoldaşla gəlmişdi. Kamili öldürmək məqsədi olmamış, məqsədi onu qorxutmaq olmuşdur. Sonrasın isə nə baş verdiyini bilməmiş, polisə könüllü getmiş, prokror isə onu dindirəndə bilmişdir ki, Kamil ölüb. Polisə gedərkən Kamilin telefonu üstündə olub, onun telefonun, öz telefonun və bıçağı polisə təhvil vermişdir. Hadisə günü evdə içki içmiş, təxminən 250-300 qram araq qəbul etmişdir. Arvadını isə öldürməklə hədələməmiş, yaxasından tutub demişdir ki, öz həyatını da həyatımı da məhv etdin. Eyni zamanda adını dəqiq xatırlamadığı şəxslərdən də eşidib bilmişdir ki, Kamil onun arvadı Vəfanı hədələyib, onu sıxışdırır. Kamil onun özünü də hədləyib, başına pis-pis işlər gətircəyini bildirmişdir. Barəsində rəhimli və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum X18 onun atasıdır, Təqsirləndirilən şəxslə onun arasında olan münasibətlərdən məlumatsızdır. Özü hazırda Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində ali təhsil alır və tələbədir. Buna görə də o, Gəncə şəhərində yaşayır və tətillərdə Beyləqan şəhərinə ailəsinin yanına gəlir. 23 dekabr 2022-ci il tarixdə o, Gəncə şəhərində olan vaxt saat 17 radələrində mobil telefonuna zəng gəlmiş və atasının ölüm xəbərini eşitmişdir. Beyləqan şəhərinə gəldikdə isə atasının Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxslə aralarında heç bir barışıq yoxdur, ondan şikayətçidir, ona ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü fərdi sahibkar kimi işlətdiyi kursunda işləyirmiş. Səhər-səhər Kamil müəllim gəlib, diplom sifariş etdiyini bildirmişdir. O isə Kamilə bura gəlməməyini, evdə problemin olduğunu bildirmişdir. Kamil müəllimdən diplomları başqa yerdə sifariş etməyi xahiş etmişdir. Kamil müəllim isə demişdir ki, “bu dəfə diplomları çıxar sonra gəlməyəcəm”. O isə cavabında diplomları hazır etdikdən sonra başqa adamın onu götürməyə gəlməsin bildirmişdir. Daha sonra sifarişləri hazır etmişdir. Lakin Kamilə dönə-dönə kursa diplomları götürməyə gəlməməyini, evdə Rafiqlə mübahisə etdiyini, Rafiqdə bıçağın olmasını, nəsə ola biləcəyini demişdir. Həmin vaxt Rafiqdən rəsmi boşansada Rafiq uşaqlara görə gəlib getmişdir. Bundan sonra Kamilin telefon nömrəsin də qara siyahıya tamışdır ki, zəng edə bilməsin. Kamil müəllim isə ona məxsus telefon nömrəsini qara siyahıdan çıxarmağını, sözünün olduğunu xahiş etmişdir. Telefonla danışanda isə dəfələrlə onun kursa gəlməməyini bildirmişdir. Həmin gün günorta saatlarında Rafiq kursa gəlmişdir. Rafiq kursda olarkən ona dəfələrlə zəng etdiyini, niyə telefona cavab vermədiyini soruşmuşdur. O isə Rafiqə telefonunda enerjinin olmadığını kənara qoyduğunu, dərsdə olduğunu bildirmişdir. Sonra Rafiq ondan telefonunu almış, aralarında mübahisə olmuşdur. Daha sonra pəncərədən görmüşlər ki, qara maşın gəldi, Kamil həmin maşından düşdü. Bu zaman Rafiq arxa tərəfə keçmişdir. Otaqda arakəsmə olmuş, düşünmüş ki, Rafiq Kamillə üz-üzə gəlməmək üçün ora keçib. Özü də tez diplomları çıxarmış ki, Kamil götürüb getsin. Necə olmuşsa Rafiq həmin vaxt arxa tərəfdən çıxıb Kamilə yaxınlaşmışdı. Rafiq həmin vaxt arxadan tez çıxıb gəlmiş, dərhal kursun qapısını bağlamışdır. Bundan sonra birbaşa əlindəki bıçaqla Kamilə hücum etmişdir. Kamilin böyür hissəsinə bıçaq atmış, lakin Kamil bıçaqdan yayınmış bıçaq Kamilə dəyməmişdi. İkinci dəfə boğaz hissəsinə bıçaqla vurmuşdu. O zaman elə bilmiş ki, bıçaq kənara dəyib. Bu zaman Kamil boğazın tutmuş, o isə tez qapını açmış, sürücü içəri keçmişdir. Ondan sonra özünü itirmişdir. Rafiq isə onun boğazından tutub demişdir ki, bura gəlməyindən xəbərin vardı, o isə demişdir ki, diplomları götürməyə gəlib. Həmin vaxt bıçaq Rafiqin əlində olmuşdur. Onu da öldürəcəyini demişdir. Rafiq onu hədələyib, o isə bundan çox qorxub həmin vaxt. O an düşünmüşdür ki, Rafiq onu da öldürə bilər. Sonra Rafiq yerin qanını silib çıxıb getməyini bildirmişdir. Hadisəyə səbəb Rafiqin qısqanclığı olmuşdur, onun Kamillə şəxsi münasibəti olmuşdur. Hazırda Rafiqdən şikayətçi deyil, uşaqlarına görə onu bağışlayır, onunla barışır, ona qarşı şikayəti və tələbi yoxdur, cinayətlə bağlı ona maddi zərər dəyməmişdir, barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş edir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, 23 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Kamil onun iş yerinə gəlmiş, həmin vaxt o, Validə müəllimə ilə kompüter hazırlığı barədə söhbət etmişdir. Validə müəllimə Beyləqan şəhərindəki məktəblərin birində biologiya müəlliməsi işləyir və Beyləqan şəhəri sakinidir. Validə müəllimə Kamildən bir neçə dəqiqə əvvəl mərkəzə gəlmişdir. Validə müəllimə ona kompüterlə bağlı bəzi proqramları bildiyini, lakin bəzi məsələləri öyrənə bilmədiyini, buna görə də onun yanına kompüter kurslarına gəlmək istədiyini demişdir. O, Validə müəlliməyə kurs barədə məlumat vermiş və suallarını cavablandırmışdır. Validə müəllimə ilə aralarında ancaq bu barədə söhbət olmuşdur. O, Validə müəllimə ilə ayaq üstə söhbət edən zaman Kamil içəri daxil olub salamlaşmışdır. Kamil ona sabah yarış olacağını, güləş yarışı üçün diplomlar sifariş verməyə gəldiyini demişdir. O, Kamilə problem olmadığını, diplomları hazır edə biləcəyini demiş və Kamildən diplomların məzmununun nədən ibarət olacağını soruşmuş, Kamillə danışa-danışa kompüterin qarşısındakı kresloda əyləşmişdir. Kamil diplomların həmişəki qaydada çıxarılmasını istədiyini, ancaq məzmunun nədən ibarət olacağını bilmədiyini, məzmunu adını bilmədiyi və tanımadığı iş yoldaşına zəng edib soruşacağını demişdir. Bundan sonra Kamil mobil telefonla həmin şəxsə zəng etmiş və danışmağa başlamışdır. Həmin vaxt Validə müəllimə də içəridə olmuşdur. Kamil gələndən sonra Validə müəllimə onunla əlaqə saxlayacağını bildirib sağollaşmış və çıxıb getmişdir. O, Kamillə Validə müəllimənin yanında ancaq diplom sifariş edilməsi barədə danışmışdır. Validə müəllimə çıxan zaman Kamil əlindəki mobil telefonu ona uzatmış, adını bilmədiyi və tanımadığı iş yoldaşının telefonda olduğunu və diplomların məzmununu ona izah edəcəyini demişdir. O, telefonu Kamildən almış, həmin şəxslə danışmağa başlamışdır. Kamilin telefondakı iş yoldaşı ona güləş yarışının 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə keçirildiyini, diplomların da buna uyğun olmalı olduğunu demiş və o, bu barədə qarşısındakı kompüterdə qeydlər aparmışdır. Telefonda diplomların məzmununu razılaşdırmış və diplomları bu günə, təxminən saat yarıma hazır edəcəyini bildirmiş, telefonu Kamilə qaytarmışdır. Telefonu qaytardıqdan sonra Kamil zəng etdiyini, ancaq zəng çatmadığını, mobil nömrəsini qara siyahıdan çıxarmasını ona demişdir. O, həmin vaxt Kamilə əsəbiləşmiş, çıxıb getməsini, ondan əl çəkməsini, Rafiqin də artıq onları evdə birlikdə gördüyünü demiş və Kamilə artıq münasibətlərini davam etdirməyin mümkün olmadığını, buna son verməli olduqlarını əsəbi şəkildə bildirmişdir. Kamil yenə mobil nömrəsini qara siyahıdan çıxarmağı və ona bir kəlmə sözünün olduğunu demişdir. O, Kamilə bir də bura gəlməməsini demişdir. Bu mövzuda o, Kamillə bir neçə dəqiqə söhbət etmişdir. Kamil ona məsələni qaydasına qoyacağını, Rafiqlə görüşəcəyini, aradakı narazılığı aradan qaldıracağını bildirmiş və mərkəzdən çıxmışdır. Kamil bir dəqiqədən sonra mərkəzə geri qayıtmış, ona telefonu uzadaraq iş yoldaşının diplomun nümunəsini telefona göndərdiyini, diplomları həmin nümunəyə əsasən çıxarmağı demişdir. O da Kamilin telefonunu götürüb həmin nümunəyə baxmış və qeydlərini aparıb telefonu Kamilə geri qaytarmışdır. Bundan sonra Kamil ondan diplomları nə vaxta hazır edə biləcəyini soruşmuşdur. O, Kamilə təxminən saat yarıma diplomları hazır edəcəyini bildirmiş, diplomları götürmək üçün özünün gəlməməsini, başqa bir şəxs göndərməsini demişdir. Kamil ona adam göndərəcəyini, özünün gəlməyəcəyini demiş və mərkəzdən çıxıb getmişdir. O, kompüterdə işləyib diplomları hazır etmişdir. 23 dekabr 2022-ci il tarixdə, saat 15-16 radələrində Rafiq onun iş yerinə gəlmişdir. Həmin vaxt o, işdə tək olmuş, kresloda əyləşib özünə məxsus “POCO 5G” markalı mobil telefonda “Youtube” tətbiqində müxtəlif videolara baxmışdır. İçəridə istiliyi söndürdüyündən içəri soyuduğu üçün üşümüş, buna görə də əynində həmin vaxt palto olmuşdur. Kamilin sifariş etdiyi diplomlar masanın üzərində olmuşdur. O, Rafiqin həmin diplomları görüb mübahisə yaradacağını fikirləşmiş, buna görə də Rafiq içəri daxil olduqdan sonra həmin diplomları götürüb masanın birinci siyirməsinə qoymuşdur. Rafiq içəri daxil olduqdan sonra onunla salamlaşmış, əvvəlcə ondan niyə tək olduğunu, bacısı Həyatın harada olduğunu soruşmuşdur. O, Rafiqə Həyatın başı ağrıdığı üçün bir az olar getdiyini bildirmişdir. Bundan sonra Rafiq zənglərinə cavab vermədiyi və mesajına cavab yazmadığı üçün onunla mübahisə etməyə başlamışdır. O, Rafiqə tələbələrə dərs keçdiyini, başının qarışıq olduğunu, telefonu enerji yığması üçün kənarda adapterə taxdığını demiş, zənglərini və mesajını görmədiyini bildirmişdir. Bir qədər bu barədə danışdıqdan sonra Rafiq onun yanındakı stula əyləşmiş, arxa cibindən özünün “Samsung” markalı mobil telefonunu çıxarmışdır. O, Rafiqin həmin vaxt nə üçün cibindən telefonunu çıxardığını bilməmişdir. Rafiq ondan zənglərinə və mesajına nə üçün cavab vermədiyini yenidən soruşmuşdur. O, Rafiqə işə başının qarışdığını, zəngləri görmədiyini, buna görə də cavab vermədiyini təkrar izah etmişdir. Rafiq bir neçə dəfə ondan öz telefonunu ona verməyi istəmiş, əli ilə telefonunu götürməyə çalışmışdır. Ancaq o, telefonunda heç nə olmadığını bildirərək öz telefonunu Rafiqə verməmiş, Rafiqin əlindəki telefonu götürməsinə imkan yaratmamışdır. Telefonu vermədiyini görüb Rafiq ona daha yaxın oturmuş, onun əlində telefonuna baxmağa başlamışdır. Bundan sonra Rafiq ondan “Whatsapp”-a daxil olmasını istəmişdir. O, “Whatsapp”-a daxil olmuş, bir-bir Rafiqə göstərmiş və “bax, görürsən, heç nə yoxdur” demişdir. Bir neçə dəfə istədikdən sonra o, Rafiqin hərəkətlərindən bezmiş, telefonunu Rafiqə vermişdir. Rafiq qısqanc xasiyyətli olduğundan əvvəllər də arabir onun telefonunda olan şəkilləri, mesajları, zəngləri yoxlamışdır. Onun telefonunu götürdükdən sonra Rafiq əvvəlcə zənglərə daxil olmuş, Kamilin adını qeyd edib-etməməyini bilmək üçün Kamilin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsini telefonda yığmış, Kamilin nömrəsini kontaktlarda axtarmış, amma heç nə tapa bilməmişdir. Rafiq buna əsəbiləşmiş və onunla mübahisə etməyə başlamış, ondan Kamilin nömrəsinin harada olduğunu, telefonda Kamillə mesajların və zənglərin niyə olmadığını soruşmuşdur. O, Rafiqə Kamilin nömrəsini bilmədiyini, Kamillə danışmadığını demişdir. Rafiq təkrar-təkrar ona Kamillə niyə danışdığını, Kamilin nə üçün zənglər etdiyini soruşmuşdur. O, da Rafiqə Kamillə danışmadığını demişdir. Rafiq onun telefonunda Kamillə zəngləri axtarsa da, tapa bilməmiş, ona əsəbi şəkildə Kamilin bildiyi nömrəsinin telefonda olmadığını, Kamilin adını başqa cür qeyd etdiyini, onu aldatdığını, əsəbindən partladığını demişdir. Rafiq ona bu sözləri əsəbi və acıqlı şəkildə, əl hərəkətləri ilə və Kamilin ünvanına nalayiq ifadələr işlədərək demişdir. O, Rafiqə təkrar-təkrar Kamillə aralarında heç nə olmadığını, Kamillə danışmadığını demişdir. Həmin vaxt Rafiqlə bir neçə dəqiqə sözlə mübahisə etmişlər. Bundan sonra Rafiq telefonunu ona geri qaytarmışdır. Rafiq gəldikdən təxminən 10 dəqiqə sonra o, mərkəzin qarşısında avtomobil dayandığını görmüş, Rafiqə heç nə demədən ayağa qalxmış və pəncərədən çölə baxa-baxa mərkəzin giriş qapısına tərəf getmişdir. O, çöldəki avtomobildən Kamilin düşdüyünü görmüşdür. Kamil qabaqda oturmuşdur. Həmin vaxt Rafiq də ayağa qalxıb pəncərədən baxmış, Kamilin avtomobildən düşdüyünü görmüş, Kamilin onu görməməsi üçün qaçaraq içəridə arakəsmənin arxasına, arxa otağa keçmişdir. O, Kamil qapını açıb içəri daxil olan kimi əlləri ilə və göz-qaş işarəsi ilə mərkəzin arxa otağını işarə etmiş, Rafiqin burada olduğunu Kamilə bildirmişdir. Kamil çölə çıxmış, avtomobildə əyləşən şəxsə işarə edərək içəri gəlməsini demiş və yenidən geri qayıdıb içəri daxil olmuşdur. Kamil diplomları götürmək üçün gəldiyini ona demişdir. O, masanın birinci siyirməsinə qoyduğu diplomları götürmüş, Kamil cibindən mobil telefonunu çıxarmışdır. O, diplomları Kamilə tərəf uzatmış, Kamil diplomları götürmək istəyən vaxt Rafiq anidən cəld şəkildə arxa otaqdan çıxmış, mərkəzin giriş qapısını bağlamışdır. Arxadan çıxanda Rafiqin sağ əlində tiyəsi açıq bıçaq olmuş, qapını bağlayıb Kamillə yaxalaşmışdır. Həmin vaxt Rafiq Kamilə “sən kimi söyürdün, sən nə deyirdin, məni təhqir edirdin” demişdir. Kamil diplom götürməyə gəldiyini, buranın söhbət yeri olmadığını, çöldə söhbət etməyi demişdir. O, diplomları əlində saxlayıb Rafiqə Kamilin diplomları götürmək üçün gəldiyini, diplomları götürüb gedəcəyini, dalaşmamağı, obyektin dava yeri olmadığını demişdir. Konkret olaraq həmin an Kamilin və Rafiqin başqa nə dediklərini xatırlamır. Rafiq Kamilə iki dəfə bıçaq zərbəsi vurmuşdur. Birinci bıçaq zərbəsini Kamilin qarnına doğru vurmuş, lakin Kamil geri çəkilmiş, bıçaq ona dəyməmişdir. İkinci dəfə Rafiq anidən Kamilin boğaz nahiyəsinə möhkəm zərbə vurmuşdur. Kamilin boynundan qan fışqırmağa başlamış, mərkəzin içərisində yer qan olmuşdur. Həmin vaxt içəridə onlardan başqa heç kəs olmamışdır. Hər iki zərbəni vuran zaman Rafiq bıçağı sağ əlində tutmuş və bıçağın tiyəsini Kamilə tərəf saxlamışdır. Rafiqin Kamili vurduğu bıçaq qatlanan, dəstəyi qırmızıya oxşar rəngdə olmuşdur. O, qapını Kamilin çölə çıxa bilməsi üçün açmışdır. Kamil Rafiqə “vurma” demiş, boğazını tutub çölə çıxmış, onu gətirən tanımadığı şəxsin avtomobilinə əyləşib çıxıb getmişdir. O da “Rafiq, sən nə etdin, uşaqları niyə fikirləşmədin” deyə-deyə qışqırmağa və ağlamağa başlamışdır. Rafiq Kamilin arxasınca çölə çıxmış və bir neçə saniyə sonra içəri qayıtmış, sol əli ilə onun yaxasından tutaraq “vurdum, rahatladım, yaxşı elədim, peşman deyiləm, sən bilirdin, o bura gələcək, səni də öldürərəm” demişdir. Bu sözü deyəndə Rafiq sağ əlindəki bıçağın tiyəsini ona tərəf tutmuşdur. O, Rafiqə “düz etmədin, Kamilə vurmamalı, uşaqları fikirləşməli idin, obyekt adam vurmaq yeri deyildi, sözün var idi, çıxıb çöldə həll edərdin, mən və özün cəhənnəmə, uşaqları bura ilə dolandırıram, bizim kreditimiz və borclarımız var” demişdir. Həmin vaxt o, çox həyəcanlı və narahat olmuş, diplomları yenidən siyirməyə qaytarıb qoymuşdur. Kamil getdikdən sonra Rafiq mobil telefonla zəng edib qardaşları Səxavət və Namiqlə danışmış, Kamili vurduğunu, onlara gəlmələrini, polisə təslim olacağını demişdir. O, Rafiqə Kamilin yaxşı adam olduğunu, yaşaya biləcəyini, şikayət etməyəcəyini demişdir. Rafiq ona “mən Kamili elə vurmamışam ki, o, yaşasın” demişdir. O da Rafiqə ağlayaraq, əlləri ilə dizlərinə döyərək uşaqları fikirləşmədiyini, borclarını necə bağlayacağını demişdir. Kamili vurduqdan Rafiq ona “buradakı qanı sil, çıx get, deyəcəm ki, hadisə yolda baş verib” demiş, ona yeri sildiyi həmin dəsmalı yuyub zibil qabına atmağı bildirmiş, özü isə çölə çıxıb telefonla danışmağa başlamışdır. O, qorxduğu üçün Rafiqin dediyini etmiş, içəridə olan göy rəngli dəsmalla yerə tökülən qanı silmiş, dəsmalı isə içəridəki əl-üz yuyan kranında yumuşdur. Onun yerdəki qanı silməkdə başqa məqsədi və niyyəti olmamışdır. Yeri sildiyi dəsmalı da atmamış, həmin dəsmal obyektdə əlüzyuyanda qalmışdır. Bundan sonra o və Rafiq mərkəzdən çıxıb getmişlər. Rafiq bir müddət Bakı şəhərində yaşamış, orada işləmiş və pul qazanmışdır. O, Kamili güləş müəllimi kimi çoxdan tanımış, Kamilin əvvəldən ondan xoşu gəlmişdir. O, Kamilin ona qarşı bir qadın kimi meyli olduğunu hiss etmişdir. Kamil həmişə onu görəndə xoş sözlər demiş, bir neçə dəfə də onun əlindən öpmüş və tərif etmişdir. Onun da bir qadın kimi Kamilin sözlərindən və davranışlarından xoşu gəlmişdir. Rafiq Bakı şəhərində olanda təxminən 2022-ci ilin ortalarından onun Kamillə münasibətləri yaxınlaşmışdır. O, Kamillə görüşməyə başlamış, Kamillə, əsasən, öz evində və iş yerində görüşmüşdür. Kamil onu avtomobillə evindən iş yerinə aparıb-gətirmiş, onun evinə gəlmiş, onun evinə yemək gətirmişdir. Kamilin Beyləqan şəhəri, “Beyləqan-Daşburun” avtomobil yolunun kənarında kafesi olmuşdur. Kamil onu bir neçə dəfə həmin kafeyə də aparıb gətirmiş, onlar həmin kafedə birlikdə yemək yemişlər. O, Kamillə evində öz razılığı və istəyi ilə xatırlamadığı sayda cinsi əlaqədə olmuş, Kamil və o ancaq təbii yolla cinsi əlaqədə olmuşlar. O, Kamillə olan münasibətlərini Rafiqdən və hamıdan gizlətmiş, bu barədə heç kəsə heç nə deməmişdir. Çünki, o, utanmış, əgər kimsə bilsə, ona pis qadın kimi baxacağını fikirləşmişdir. Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, ifadəsinin özü tərəfindən verildiyini və doğru olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, azyaşlı oğlu Osman Kamil müəllimin yanına məşqə getmişdir. 23 dekabr 2022-ci il tarixdə, 15:50 radələrində o, oğlunu idman kompleksinə gətirmiş, oğlunun saat 16:00-da məşqi başlayacaqmış. Həmin vaxt Kamillə telefonda danışmış, Kamil ona idman kompleksinin həyətində çay içdiyini demiş və onu yanına dəvət etmişdir. O, idarə etdiyi, avtomobillə Kamilin yanına gəlmiş, bu zaman Kamil ondan başqa işi yoxdursa onunla birlikdə gedib sənəd götürməyi xahiş etmişdir. O, Kamilə gedə biləcəklərini demiş və avtomobili həmin yerə sürmüşdür. Kamillə birlikdə həmin mərkəzə çatmışlar. O, mərkəzin qarşısında avtomobilini saxlamış, Kamil aşağı düşmüşdür. Kamil mərkəzə daxil olub geri qayıtmış, “düş, sən də gəl” deyib əli ilə ona da mərkəzə gəlməyi işarə etmişdir. Həmin vaxt qarşıdan dövlət qeydiyyat nişanını xatırlamadığı zibilyığan yük avtomobili gəldiyi üçün o, avtomobilini bir qədər irəli sürüb yolun sağ kənarında saxlamış və avtomobildən düşüb mərkəzə getmişdir. O, mərkəzin qapısını açıb içəri daxil olmaq istəyərkən Kamilin əlləri ilə boğazını tutub çölə çıxdığını görmüşdür. Kamil həmin vaxt qapı ilə üzbəüz dayanmış, həmin vaxt əlləri qana bulaşmış və boğazından qan axmışdır. Mərkəzin içərisində qapıdan sağ tərəfdə orada işləyən Vəfa adlı qadın, qapının arxasında isə Rafiq adlı kişi durmuşdur. Vəfa həmin vaxt həyəcanlı olmuş, Rafiqin əlində bıçaq olmuşdur. Həmin bıçağın üzəri qana bulaşmış vəziyyətdə olmuşdur. O, Kamildən nə baş verdiyini soruşduqda Kamil ona cavab verə bilməmiş və ona tərəf gəlmişdir. O və Kamil birlikdə mərkəzdən çıxmış və ona məxsus avtomobilə tərəf getmişlər. Kamil özü bir əli ilə boğazını tutmuş, bir əli ilə avtomobilin qapısını açıb avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. O, dərhal avtomobilin mühərrikini işə salıb Beyləqan rayon mərkəzi xəstəxanasına getmək üçün hərəkətə başlamışdır. O, Heydər Əliyev prospekti ilə gedərkən yolun kənarında “Chevrolet Niva” markalı polis avtomobili olduğunu, həmin avtomobildən arxada isə əlində tibbi çanta olan, təcili tibbi yardım işçisi geyimində şəxsin olduğunu görmüş, avtomobili yolun sağ kənarında saxlamış, həmin tibb işçisindən kömək etməsini istəmişdir. Tanımadığı həmin tibb işçisi dərhal əlindəki çantadan pambıq və digər tibbi ləvazimatlar çıxarmış və Kamilin boğazından axan qanı kəsmək üçün ilkin tibbi yardım göstərmişdir. Bundan sonra tibbi işçisi qanın çox sürətlə axdığını, axmasının qarşısını bu şəraitdə ala bilməyəcəyini, dərhal xəstəxanaya getməli olduğunu demişdir. O, dərhal avtomobilin hərəkətini davam etdirmiş, həmin polis avtomobili onun qarşısında avtomobilini müşayiət edərək yolu açmağa çalışmışdır. Onlar yolda olarkən Kamil müəllimin əllərinin boşaldığını, başının çiyninə düşdüyünü, artıq vəfat etdiyini görmüşdür. Onlar Beyləqan rayon mərkəzi xəstəxanasına çatmış, həkimlər dərhal köməyə gəlmiş və Kamili müayinə etdikdən sonra artıq öldüyünü demişlər. Rafiqin əlində bıçaq olduğu üçün o, Rafiqin Kamili yenə vuracağını fikirləşmiş, qorxduğu üçün Rafiqə Kamili yenə vurmamasını demişdir. O və Kamil mərkəzdən çıxdıqdan sonra Rafiqin əlində bıçaqla onların arxası ilə qapıdan çıxdığını və onlara tərəf gəldiyini görmüşdür. Rafiq onlar maşına minənədək arxalarınca gəlmişdir. Hadisədən sonra isə Kamillə Rafiqin arasında problem olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, təcili tibbi yardım şöbəsində növbətçi həkim işləmişdir. 23 dekabr 2022-ci il tarixdə, təxminən saat 16 radələrində polis şöbəsində çağırış gəlmiş, o həmin çağırışa gedib xəstələrə tibbi yardım etdikdən sonra şöbədən çıxmış və maşının gəlməsini gözləmişdir. Bu zaman piyada Beyləqan şəhəri, Heydər Əliyev prospektində Beyləqan rayon icra hakimiyyətinə tərəf yolun sağ kənarına gedib dayanmışdır. Onun əlində tibbi çanta və əynində təcili tibbi yardım geyimi olmuşdur. Orada iş yoldaşının avtomobillə gəlməsini və onu götürməsini gözləmişdir. Ondan bir neçə metr qabaqda yolun sağ kənarında “Chevrolet Niva” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı xidməti polis avtomobili də dayanmışdır. Həmin vaxt anidən yaşıl rəngli “Opel Astra” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil onun yanında saxlamışdır. “Opel” markalı avtomobilin sürücüsü, yəni sonradan adının Emil olduğunu öyrəndiyi şəxs tələsik avtomobildən düşmüş, qaçaraq avtomobilinin qabaq sağ qapısını açmış və ona həyəcanlı şəkildə avtomobildə yaralı adam olduğunu, həmin şəxsə tibbi yardım göstərməyini demişdir. O, avtomobilə yaxınlaşmış, bir nəfərin avtomobilin qabaq sağ oturacağında əyləşdiyini, sifəti, üst-başı və avtomobilin salonunun qan içində olduğunu görmüşdür. Həmin şəxsin huşu özündə olmamış və hərəkət etməmişdir, nəbzi yox səviyyəsində olmuşdur. Özü isə ilkin tibbi yardım göstərmişdir. Həmin vaxt mərhumun boynunda əsas qan damarları zədələnmiş və həmin şəraitdə müalicə etmək mümkün olmamışdır. Buna görə də o, dərhal sürücü Emilə və oradakı iki nəfər polis əməkdaşına onu dərhal xəstəxanaya aparmalı olduqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları tələsik özlərinin xidməti avtomobilinə, Emil də öz avtomobilinə əyləşmiş və tez yola düşmüşlər. O, tələsik yola düşdükləri üçün onların avtomobilinə əyləşə bilməmiş, onlardan dərhal sonra xatırlamadığı avtomobillə arxalarınca Beyləqan rayon mərkəzi xəstəxanasına gəlmişdir. Xəstəxanaya çatanda Kamil artıq avtomobildə keçinmişdir. O, əvvəlcə ilkin tibbi yardım olaraq Kamilin boğazındakı yaranı silib təmizləmiş, qanaxmanın qarşısını almaq üçün üzərinə steril bint qoymuş, Kamilin nəfəs yollarının açılması və nəfəs ala bilməsi üçün ağız və burun boşluğuna yığılmış qanı təmizləmişdir. Lakin o Kamilə baxanda artıq Kamil keçinmişdi, lakin əlindən gələni etməyə çalışmış ki, həyat möcüzələrlə doludu. İşdə olan, 23 dekabr 2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında prtokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2022-ci il tarixdə mərhum X7 meyitinə və üzərində olan paltarlara baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən əynində olmuş qara rəngli bir ədəd palto, qəhvəyi rəngli bir ədəd jaket, belində bir ədəd kəmər olan qara rəngli bir ədəd şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab, qara rəngli bir ədəd alt qış köynəyi, qara rəngli bir ədəd alt qış şalvarı, ağ rəngli bir ədəd mayka və tündgöy rəngli bir ədəd trusik, üç ədəd beş manatlıq və dörd ədəd bir manatlıq pul əskinazları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (c İ, i.v 06-15) İşdə olan, “Avtomobilin baxışının aparılması haqqında” 23 dekabr 2022-ci il tarixli prtokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxışı aparılan avtomobil “Opel Astra” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilidir. Avtomobilin çöl tərəfində qabaq sağ qapının və həmin qapının tutacağının üzərində qapının səthi boyu yayılmış halda olmaqla qeyri-müəyyən formalı qırmızı rəngli qana bənzər ləkələr vardır. Avtomobilin içəri tərəfində qabaq sağ qapı və onun dəstəyi, qabaq sərnişin oturacağının üzəri, həmin oturacağın aşağısındakı rezin ayaqaltı, avtomobilin qabaq oturacaqları arasındakı hissə və sürətlər qutusunun parça hissəsi, sürücü oturacağının sürətlər qutusuna yaxın olan tərəfi yarı qurumuş qırmızı rəngli qana bənzər maddəyə bulaşmışdır. (c İ, i.v 19-29) İşdə olan, 23 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Beyləqan şəhəri, SMD-4 qəsəbəsi, G.Əsədov küçəsində yerləşən “Aytac” kompüter hazırlıq mərkəzinin binasıdır. Hadisə yerindən asfalt üzərində aşkar edilmiş qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş beş ədəd pambıq parçası, qara-göy rəngli bir ədəd dəsmal, qara rəngli bir ədəd ayaqaltı, yetmiş bir ədəd diplom vərəqi və “Aytac” kompüter hazırlıq mərkəzinin binasının müşahidəsi üçün quraşdırılmış video-müşahidə kameralarının qoşulduğu ağ rəngli “HİKVİSİON” markalı bir ədəd yaddaş cihazı araşdırma üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (c İ, i.v 30-43) İşdə olan, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X7 meyitinin baxışının aparılması zamanı götürülmüş üç ədəd beş manatlıq və dörd ədəd bir manatlıq pul əskinazları X5 təhvil verilmişdir. (c İ, i.v 44) İşdə olan, “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən” 23 dekabr 2022-ci il tarixli, 187 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs “yüngül dərəcə sərxoşluq (alkotester – 0.5)” müəyyən edilmişdir. (c İ, i.v 68) İşdə olan, şübhəli şəxsin tutulması haqqında 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci ildə saat 21:55-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 96-97) İşdə olan, xx.xx.2022-ci il tarixli könüllü təqdim edilmiş əşyaların götürülməsi və baxışının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli bir ədəd kurtka, ağ rəngli bir ədəd jaket, belində kəmər olan qara rəngli bir ədəd şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab, qara rəngli bir ədəd mayka və göy rəngli bir ədəd trusik qablaşdırılaraq götürülmüşdür. (c İ, i.v 115-121) İşdə olan, Beyləqan RPŞ-nin məsul növbətçisi Pərviz Tarverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokoldan görünür ki, Əliyev X22 şəhər sakini güləş müəllimi Kamil Fərzalıyevi bıçaqla vurması, onun yaşayıb yaşamadığını bilməməsi barədə məlumat vermişdir. (c İ, i.v 124) İşdə olan, xx.xx.2022-ci il tarixli könüllü təqdim edilmiş əşyaların götürülməsi və baxışının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq, istifadəsində olan bir ədəd Samsung markalı mobil telefon və X7 istifadəsində olmuş bir ədəd Redmi Note 9T markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. (c İ, i.v 126-133) İşdə olan, xx.xx.2022-ci il tarixli könüllü təqdim edilmiş əşyaların götürülməsi və baxışının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Xiaomi Poco 5G markalı bir ədəd mobil telefon, qəhvəyi rəngli bir ədəd palto, qırmızı rəngli bir ədəd jaket, qara rəngli bir ədəd şalvar və qara rəngli bir cüt ayaqqabı qablaşdırılaraq götürülmüşdür. (c İ, i.v 143-149) İşdə olan, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(020)-80/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 dekabr 2022-ci ildən hesablanmışdır. (c İ, i.v 215-218) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X33 Şəxsi Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 984/22 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət ( o cümlədən fiziki qüvvə-zor tətbiq olunmaqla cinsi əlaqə və ya cinsi əlaqəyə cəhd zamanı yarana biləcək xəsarət) aşkar olunmadı. Zərərçəkmiş şəxs doğmuş qadındır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla (arxa keçəcək dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmağa xarakterik hər hansı bir əlamət (xəsarət) aşkar olunmadı. Ağız vasitəsi ilə cinsi əlaqə xəsarətlərin əmələ gəlməsi ilə müşayət olunmursa, bunu məhkəmə tibbi ekspertiza yolu ilə müəyyənləşdirmək mümkün deyildir. (c İİ, i.v 2-4) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X33 Şəxsi Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 986/22 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət aşkar olunmadı. (c İİ, i.v 17-18) İşdə olan, xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X6 ölmüş zərərçəkmiş şəxs X8 hüquqi varisi qismində tanınmışdır. (c İİ, i.v 33-34) İşdə olan, Beyləqan RİHB-nın Beyləqan şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 107 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X22 şəhəri, SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, onun barəsində nümayəndəliyə indiyədək sakinlərdən şikayət daxil olmamışdır. İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İİ, i.v 123-124) İşdə olan, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-559/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, X28 və Təqsirləndirilən şəxs arasında olan nikah pozulmuş, birgə nikahdan doğlumuş xx.xx.2004-cü il təvəllüdlü Aytac, xx.xx.2005-ci il təvəllüdlü Qubad və xx.xx.2013-cü il təvəllüdlü Zəhra adlı uşaqların anaları Zərərçəkmiş şəxs yanında qalmaları müəyyən edilmişdir. (c İİ, i.v 130-132) İşdə olan, materialların məhkəmə ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 6/7184 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X7, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 saylı cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında Kamil Fərzalıyevin paltosunun üzərindən aşkar edilmiş açıq-boz rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs köynəyinin üzərində aşkar edilmiş tündgöyümtül-qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Kamil Fərzalıyevin paltosunun tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində Təqsirləndirilən şəxs və Kamil Fərzalıyevin geyim paltarlarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində Zərərçəkmiş şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur. Kamil Fərzalıyevin paltosunun üzərindən aşkar edilmiş açıqqəhvəyi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs paltosunun tərkib liflərinə uyğun gəlirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. (c İİİ, i.v 29-36) İşdə olan, kompüter texniki ekspertizasının 16 fevral 2023-cü il tarixli, 5/50 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və Android 10 əməliyyat sistemi ilə təchiz olunmuş X37 9T markalı M2007J22G modelli mobil smartfon, bir ədəd sensor ekran və Android 8.1.0 əməliyyat sistemi ilə təchiz olunmuş Samsung Galaxy J2 Core markalı SM-J260F modelli mobil smartfon və bir ədəd sensor ekran və Android 12 əməliyyat sistemi ilə təchiz olunmuş Xiaomi Poco F3 5G markalı M2012K11AG modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. (c İİİ, i.v 37-44) İşdə olan, Kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 27 fevral 2023-cü il tarixli, 3/1833, 3/1838 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş X11 məxsus jaketin ön boyunluq hissəsində, 20 mm ölçüdə bir ədəd zədə və alt qış köynəyinin ön boyunluq hissəsində, 20 mm ölçüdə bir ədəd zədə vardır. X11 məxsus jaketin və alt qış köynəyinin üzərində olan zədələr öz formasına, quruluşuna, və sair ümumi əlamətlərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən, təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və X11 məxsus palto, şalvar, bir cüt ayaqqabı, bir cüt corab, qış şalvarı, mayka, tuman üzərində trasoloji zədənin olması aşkar edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. (c İİİ, i.v 45-49) İşdə olan, Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 yanvar 2023-cü il tarixli, 62 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilmiş əməli törədərkən psixi-emosional sferasında hirslilik, qəzəb yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda (hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq, kinlilik) situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilmiş əməli törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (c İİİ, i.v 50-54) İşdə olan, Məhkəmə-tibbi bioloji ekspertizasının 17 fevral 2023-cü il tarixli, 840/2022- MTBŞ nömrəli rəyindən görünür ki, X7 AB0 sistemi üzrə qrup göstəricisi: AB(İV) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: A(İİ)-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, iki ədəd qara rəngli rezin ayaqaltının, səkkiz ədəd pambıq tamponlar, bir ədəd dəsmal, K.Y.Fərzalıyevə məxsus qolsuz mayka, kişi trusiki, bir cüt corab, kişi alt köynəyi, bir ədəd jaket, bir ədəd palto, şalvar, bir cüt kişi ayaqqabısı, Təqsirləndirilən şəxs məxsus şalvar, kişi trusiki və bir cüt ayaqqabı üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Belə olan halda bu qan ləkələri AB(İV) qruplu şəxsə, o cümlədən də, X11 məxsus ola bilər. Ləkələrdə qanın qarışıq olduğu halında isə bu ləkələrdə, həmçinin, Abeta (İİ) qruplu şəxsin, o cümlədən də, Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs qarışıq qanının olması da inkar olunmur (əgər sonuncularda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim edilmiş K.Y.Fərzalıyevə məxsus alt qış şalvarı, Zərərçəkmiş şəxs məxsus cins şalvar, R.Q. Əliyevə məxsus jaket üzərində qan, Zərərçəkmiş şəxs məxsus jaket, bir cüt idman ayaqqabısı, qadın paltosu, Təqsirləndirilən şəxs məxsus gödəkcə, qolsuz mayka və bir cüt corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. (c İİİ, i.v 55-66) İşdə olan, Məhkəmə tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 20 fevral 2023-cü il tarixli, 655-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçağın hər iki səthində, iki ədəd rezin ayaqaltıda olan ləkələr yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. X2 məxsus palto, jaket, şalvar, bir cüt corab, alt köynəyi, alt şalvarı, mayka, alt tumanı üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. X2 məxsus bir cüt ayaqqabının üst səthində olan ləkələr qan mənbəyindən (qanlı səthdən) bucaq altında olmaqla düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus şalvar, alt tumanı üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabının üst səthində olan ləkələr qan mənbəyindən (qanlı səthdən) bucaq altında olmaqla düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlir. Bir ədəd dəsmal üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Səkkiz ədəd pambıq tamponlarında ləkələr ilkin formasını itirdiyindən əmələ gəlmə mexanizmi barədə fikir söyləmək mümkün deyildir. (c İİİ, i.v 67-71) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 41/22 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı ürəyin sol mədəciyinin endokard qişasının altına qansızma (Minakov ləkələri), daxili üzv və toxumaların venoz azqanlılığı ilə nəticələnmiş qan damarlarının (yuxu arteriyasının, vidaci venanın və sair) boyun səviyyəsində zədələnməsi ilə müşayiət olunan boynun ön səthinin bir ədəd kəsilmiş-deşilmiş yarası, sol gözaltı nahiyədə qançır aşkar olunmuşdur. X1 ölümünə səbəb boyun qan damarlarının zədələnməsindən törənmiş kəskin qanitirmə olmuşdur. Daxili üzvlərin kəskin venoz azqanlılığı və sol mədəciyin endokard qişasının altında tünd qırmızı rəngdə zolaqşəkilli formada qansızma sahəsinin olması bu növ ölümün səbəbini tam təsdiqləyir. Aşkar olunmuş yara ətrafı və yara kanalı boyu yumuşaq toxumalarda tünd qırmızı rəngli yayılmış halda qansızmaların olması xəsarətin həyatiliyini təsdiqləyir. Yara kanalının istiqaməti üfüqi olmaqla öndən arxaya, sağdan bir qədər soladır. Meyitdə aşkar olunmuş yaranın xarakterinə, ölçülərinə, forma və morfoloji əlamətlərinə görə demək olar ki, bu yara deşilmiş-kəsilmiş yara olub, ülgücə və küpə malik yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23 dekabr 2022-ci il tarixdə, maddi sübut kimi ekspertizaya təqdim olunmuş bıçaqla və ya ona oxşar konstruktiv xüsusiyyətlərə malik digər deşici-kəsici alətlərlə (bıçaqlarla) yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Hadisə yerinin müayinəsinə, istintaq materiallarına əsaslanaraq, yara kanalının istiqamətini, o cümlədən, yara ətrafında qan axıntısı izlərinin istiqamətini nəzərə alaraq demək olar ki, mərhum X19 hadisə zamanı hücum edən şəxslə ayaqüstə, onunla üzbəüz və ya yan səthi ilə təmas vəziyyətlərində ola bilərdi. X1 bədən səthi üzərində aşkar olunmuş xəsarətin qeyri-tipik lokalizasiyasına, morfoloji görünüşünə, ağırlıq dərəcəsinə və sair əsaslanaraq demək olar ki, xəsarət şəxsin özü tərəfindən yetirilə bilməzdi. X1 bədənində aşkar olunmuş xəsarət magistral qan damarlarının zədələnməsi ilə nəticələndiyi üçün o, təxminən bir neçə dəqiqə ərizində məqsədyönlü hərkətlər (danışmaq, qışqırmaq, yerimək və sair) edə bilərdi. X1 sol gözaltı nahiyəsində aşkar olunmuş qançır bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 7-10 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən, yumruq zərbəsinin təsiri nəticəsində əmələ gələ bilərdi və canlı şəxslərdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət kimi qiymətləndirilir və onun ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. X1 üst çənədə sol 2-3-4-cü dişlər in itirilməsi müddəti müayinədən 1-1.5 ay əvvələ uyğun gəlir, onun ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsini və ilin fəsilini nəzərə almaqla demək olar ki, X9 ölmünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. X1 meyitindən götürülmüş qan nümunəsində məhkəmə-kimyəvi tədqiqat zamanı etil spirti, narkotik tərkibli və digər güclü təsiredici maddələr aşkar olunmamışdır. (c İİİ, i.v 73-79) İşdə olan, “Videoçəkilişin baxışının aparılması haqqında” 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, “Aytac” kompüter hazırlıq mərkəzinin binasının içərisinin və qarşı tərəfinin müşahidəsi üçün quraşdırılmış video kameraların qoşulmuş olduğu “HİKVİSİON” markalı yaddaş cihazına baxış aparılan zaman müəyyən edilmişdir ki, birinci video kamera “Aytac” kompüter hazırlıq mərkəzinin yerləşdiyi tikilinin qarşı tərəfini və oradan keçən asfalt yolu, ikinci video kamera isə tikilinin içəri hissəsini qeydə alır. Əvvəlcə, 23 dekabr 2022-ci il tarixdə, saat 13:00-dan saat 13:11-dək həmin video kameraların qeydə aldığı kamera görüntülərinin baxışı aparıldı və müəyyən edildi ki, saat 13:00-da əynində göy rəngli bir ədəd palto və qara rəngli bir ədəd şalvar olan, əlində mobil telefon saxlayan kişi cinsli bir nəfər şəxs piyada “Aytac” kompüter hazırlıq mərkəzinə yaxınlaşır və qapını açaraq içəri daxil olur. Baxış iştirakçısı Zərərçəkmiş şəxs həmin şəxsin kim olduğu soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, həmin şəxs X12r. Saat 13:01:06-da Kamil Fərzalıyev içəri daxil olduqda mərkəzdə birinin əynində qırmızı rəngli bir ədəd köynək və qara rəngli bir ədəd şalvar, digərinin isə əynində yaşıl rəngli bir ədəd palto və göy rəngli bir ədəd şalvar olan iki nəfər qadın cinsli şəxsin üzbəüz dayanaraq ayaq üstündə söhbət edirlər. Zərərçəkmiş şəxs həmin şəxslərin kim olduğu soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, ayaqüstə dayanan əynində qırmızı rəngli bir ədəd köynək və qara rəngli bir ədəd şalvar olan şəxs özüdür, onunla üzbəüz dayanıb söhbət edən əynində yaşıl rəngli bir ədəd palto və göy rəngli bir ədəd şalvar olan digər şəxs isə Beyləqan şəhəri sakini kimi tanıdığı Validə adlı şəxsdir. Kamil Fərzalıyev içəri daxil olduqdan sonra Zərərçəkmiş şəxs Kamil Fərzalıyevlə və Validə adlı şəxslə söhbət edə-edə masanın qarşısında olan kresloda, yəni kompüterin arxasında əyləşir. Kamil Fərzalıyev ayaq üstündə əlində mobil telefon tutaraq dayanır, əlindəki mobil telefonla danışaraq mərkəzin içərisində bir qədər gəzir, Zərərçəkmiş şəxs əyləşdiyi yerin qarşısına gəlib əlində telefon onunla üzbəüz dayanır. Validə adlı şəxs də Zərərçəkmiş şəxs ilə söhbət edir və mobil telefona baxır. Zərərçəkmiş şəxs həmin vaxt Kamil Fərzalıyevlə və Validə adlı şəxslə aralarında hansı söhbətlərin olduğu soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, Validə adlı şəxs kompüter hazırlığı barədə məlumat almaq üçün mərkəzə gəlmiş, onunla kompüter kursları barədə söhbət etmiş, söhbət zamanı Kamil Fərzalıyev mərkəzə daxil olmuş, salamlaşaraq güləş yarışı üçün diplomlar çıxarmaq istədiyini ona bildirmiş, o, Kamilə Fərzalıyevə diplom çıxara biləcəyini deyərək məzmunun necə olacağını soruşmuş və Kamil Fərzalıyev mobil telefonda tanımadığı iş yoldaşı ilə diplomlar barədə danışmışdır. Saat 13:04:56-da Validə adlı şəxs mərkəzdən çıxır, Validə adlı şəxs qapını açaraq mərkəzin binasından çölə çıxan zaman Kamil Fərzalıyev əlindəki mobil telefonu Zərərçəkmiş şəxs uzadır. Zərərçəkmiş şəxs Kamil Fərzalıyevdən mobil telefonu götürür, mobil telefonda danışaraq kompüterdə qeydlər aparır. Zərərçəkmiş şəxs mobil telefonla danışdığı vaxt Kamil Fərzalıyev əllərini əynindəki paltonun ciblərinə qoyaraq mərkəzin içərisində gəzir və müxtəlif yerlərdə dayanır. Zərərçəkmiş şəxs Validə adlı şəxsin hara getdiyi, Kamil Fərzalıyevin əlindəki mobil telefonu nə üçün ona verdiyi, mobil telefonda kimlə və nə barədə danışdığı soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, o, Kamil Fərzalıyevin gəldiyini görüb Validə adlı şəxsə işinin çox olduğunu demiş, Validə adlı şəxsə kurs barədə məlumat almaq üçün onunla əlaqə saxlamasını bildirmiş, bundan sonra Validə adlı şəxs sağollaşaraq getmiş, həmin vaxt Kamil Fərzalıyev mobil telefonunu ona tərəf uzatmış, adını xatırlamadığı iş yoldaşının diplomların məzmununu ona bildirəcəyini demiş, o, Kamil Fərzalıyevdən mobil telefonu alaraq həmin şəxslə diplomlar barəsində danışmış, diplomların məzmununu dəqiqləşdirmək üçün qeydlər aparmış və mobil telefonu Kamil Fərzalıyevə geri qaytarmışdır. Saat 13:06:12-də Zərərçəkmiş şəxs mobil telefonu Kamil Fərzalıyevə geri qaytarır. Kamil Fərzalıyev mobil telefonu Zərərçəkmiş şəxs götürür. Mobil telefonu qaytardıqdan sonra Zərərçəkmiş şəxs kresloda əyləşmiş halda əl hərəkətləri və əsəbi üz mimikası ilə Kamil Fərzalıyevlə söhbət etməyə başlayır. Kamil Fərzalıyev mərkəzin içərisində Zərərçəkmiş şəxs ilə üzbəüz ayaq üstündə dayanaraq söhbət edir. Zərərçəkmiş şəxs Kamil Fərzalıyevlə mobil telefonu ona qaytardıqdan sonra həmin vaxt nə barədə söhbət etdikləri soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, mobil telefonu qaytardıqdan sonra Kamil Fərzalıyev ona mobil nömrəsini qara siyahıdan çıxarmağı və ona bir kəlmə sözünün olduğunu demiş, o, Kamil Fərzalıyevə ondan əl çəkməsini, Təqsirləndirilən şəxs də artıq onların münasibətlərindən şübhələndiyini, yaşadığı evdə onları birlikdə gördüyünü, münasibətləri davam etdirməyin mümkün olmadığını, buna son verdiyini, bir də bura gəlməməsini əsəbi şəkildə demiş, Kamil Fərzalıyev ona Təqsirləndirilən şəxslə məsələni qaydasına qoyacağını, narahat olmamağı, Təqsirləndirilən şəxs heç nə edə bilməyəcəyini demişdir. Saat 13:07:47-də Kamil Fərzalıyev qapını açaraq mərkəzdən çıxır və gəldiyi istiqamətdə gedir. Zərərçəkmiş şəxs kresloda oturmuş halda sağ əlini alnına qoyaraq bir neçə dəqiqə dayanır. Saat 13:08:36-da Kamil Fərzalıyev yenidən qapını açaraq mərkəzə daxil olur, irəli gedərək birbaşa sağ əlində saxladığı mobil telefonu Zərərçəkmiş şəxs tərəf uzadır. Zərərçəkmiş şəxs onun əlindən mobil telefonu alaraq qeydlər aparır. Qeydlər aparan zaman Vəfa X14pını örtməsini işarə edir, Kamil Fərzalıyev giriş qapısını bağlayır. Kamil Fərzalıyev ayaq üstündə əllərini cibinə qoyaraq içəridə qapının qarşısında Zərərçəkmiş şəxs gözləyir. Saat 13:09:24-də Zərərçəkmiş şəxs mobil telefonu Kamilə qaytarır, Kamil Fərzalıyev mobil telefonu götürdükdən sonra ona baxır, qapıya tərəf gedir, qapının yanında ayaq üstündə dayanır və Zərərçəkmiş şəxs ilə həmin vəziyyətdə söhbət edir. Zərərçəkmiş şəxs Kamil Fərzalıyevin nə üçün geri qayıtdığı, ona mobil telefonu nə üçün uzatdığı və Kamil Fərzalıyevlə arasında hansı söhbətlərin olduğunu soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, Kamil Fərzalıyev geri qayıdaraq iş yoldaşının diplomların nümunəsini mobil telefona göndərdiyini demiş, həmin nümunələrə baxması üçün mobil telefonu ona uzatmış, o, mobil telefonu Kamil Fərzalıyevdən almış, diplomların məzmunu barədə qeydlər aparmış, mobil telefonu Kamil Fərzalıyevə geri qaytarmış, Kamil Fərzalıyevə diplomları saat yarıma hazır edəcəyini, diplomları götürmək üçün özünün gəlməməsini, başqa şəxs göndərməsini demiş, Kamil Fərzalıyev özünün gəlməyəcəyini, diplomları götürmək üçün adam göndərəcəyini, narahat olmamağı ona demişdir. Saat 13:10:09-da Kamil Fərzalıyev qapını açaraq mərkəzdən çıxır və gəldiyi istiqamətdə geri qayıdır. Vəfa Əliyev isə kresloda oturmuş vəziyyətdədir və kompüter işləri ilə məşğul olur. Saat 13:11:00-da video görüntü sona çatır. Daha sonra 23 dekabr 2022-ci il tarixdə, saat 15:48-dən 16:04-dək həmin video kameraların qeydə aldığı kamera görüntülərinin baxışı aparıldı və müəyyən edildi ki, əynində qəhvəyi rəngli bir ədəd palto olan bir nəfər qadın cinsli şəxs mərkəzin içərisində masanın arxasındakı kresloda oturur və əlindəki mobil telefona baxır. Zərərçəkmiş şəxs həmin şəxsin kim olması və onun əlindəki mobil telefonda nəyə baxması soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, həmin şəxs özüdür, əlindəki telefon özünə məxsus “Redmi POCO 5G” markalı mobil telefondur, həmin vaxt boşluq olduğu üçün “YouTube” tətbiqində müxtəlif videolara baxmışdır. Saat 15:49-da əynində göy rəngli bir ədəd kurtka, qara rəngli bir ədəd şalvar və ağ rəngli bir ədəd köynək olan şəxs mərkəzə doğru yaxınlaşır və 15:49:36-da qapını açaraq içəri daxil olur. Zərərçəkmiş şəxs həmin şəxsin kim olduğu soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, həmin şəxs onun keçmiş əri Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs içəri daxil olduqdan sonra qapını örtür, əllərini şalvarının cibinə qoyaraq Zərərçəkmiş şəxs doğru yaxınlaşır və onunla üzbəüz vəziyyətdə ayaq üstündə dayanır. Zərərçəkmiş şəxs oturduğu kreslodan ayağa qalxaraq masanın üzərində olan ağ rəngli polietilen torbadakı əşyaları həmin masanın birinci siyirməsinə qoyur, mobil telefonu əlinə alaraq yenidən kresloda əyləşir və Təqsirləndirilən şəxslə söhbət etməyə başlayır. Zərərçəkmiş şəxs masanın üzərindəki əşyaların nə olduğu və həmin əşyaları nə üçün götürərək masanın siyirməsinə qoyduğu soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, masanın üzərindən götürərək siyirməyə qoyduğu əşyalar Kamil Fərzalıyevin sifariş etdiyi diplomlardır, o, Təqsirləndirilən şəxs həmin diplomları görüb mübahisə yaradacağını fikirləşmiş, buna görə də Təqsirləndirilən şəxs fikir vermədən həmin diplomları götürüb masanın birinci siyirməsinə qoymuşdur. Kresloya əyləşdikdən sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs söhbət edirlər. Təqsirləndirilən şəxs ayaq üstə dayanmışdır. 15:50:40-da Təqsirləndirilən şəxs Vəfa Əliyevin yanındakı stulu çəkir və orada əyləşir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun yanında əyləşənə kimi nə barədə söhbət etdikləri soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs içəri daxil olan kimi onunla salamlaşmış, əvvəlcə ondan niyə tək olduğunu, bacısı Həyat Mahmudovanın harada olduğunu soruşmuş, o, Təqsirləndirilən şəxs bacısı Həyat Mahmudovanın başı ağrıdığı üçün bir az olar getdiyini demiş, bundan sonra Təqsirləndirilən şəxs ondan zənglərinə və mesajına nə üçün cavab vermədiyini soruşmuş, o, kresloda oturmuş halda Təqsirləndirilən şəxsa tələbələrə dərs keçdiyini, başının işə qarışdığını, telefonu enerji yığması üçün kənarda adapterə taxdığını, onun zənglərini və mesajını buna görə görmədiyini demişdir. Zərərçəkmiş şəxs yanındakı stula əyləşdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindəki mobil telefona tərəf baxır, saat 15:52:08-də şalvarının arxa cibindən əşya çıxarır, Zərərçəkmiş şəxs isə ona əhəmiyyat vermədən əlindəki mobil telefona baxır. Saat 15:53:10-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qolundan tutaraq yenidən söhbət etməyə başlayır, Zərərçəkmiş şəxs əlindəki mobil telefonu götürmək istəyir. Zərərçəkmiş şəxs əlindəki mobil telefonu Təqsirləndirilən şəxs vermir. Təqsirləndirilən şəxs oturduğu stulu Zərərçəkmiş şəxs yaxınlaşdırır, birlikdə Zərərçəkmiş şəxs əlindəki mobil telefona baxmağa başlayırlar və aralarındakı söhbət həmin vəziyyətdə davam edir. Söhbət zamanı Təqsirləndirilən şəxs yenidən bir neçə dəfə Zərərçəkmiş şəxs əlindən mobil telefonu götürməyə çalışır, lakin Zərərçəkmiş şəxs yenidən ona mobil telefonunu vermir və Təqsirləndirilən şəxs onun əlindəki mobil telefonu götürməsinə imkan yaratmır. Saat 15:54:40-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindəki mobil telefonu alır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun yanında əyləşdikdən sonra aralarında hansı söhbət olduğunu, Təqsirləndirilən şəxs cibindən nə çıxardığı, Təqsirləndirilən şəxs onun əlindəki mobil telefonu nə üçün götürmək istədiyi, mobil telefonu nə üçün Təqsirləndirilən şəxs vermədiyi, birlikdə mobil telefonda nəyə baxdıqları soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun yanında əyləşdikdən sonra arxa cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu çıxarmış, Təqsirləndirilən şəxs ondan zənglərinə və mesajına nə üçün cavab vermədiyini yenidən soruşmuş, o, Təqsirləndirilən şəxs başının işə qarışdığı üçün mobil telefona baxmadığını izah etmiş, Təqsirləndirilən şəxs bir neçə dəfə onun əlindən mobil telefonu götürmək istəmiş, lakin o, Kamil Fərzalıyevin birdən ona zəng edə biləcəyini, buna görə də Təqsirləndirilən şəxslə aralarında narazılıq yaranacağını fikirləşdiyi üçün Təqsirləndirilən şəxs əvvəlcə mobil telefonunu vermək istəməmiş, Təqsirləndirilən şəxslə birlikdə mobil telefondakı “Whatsapp” tətbiqinə baxmış, bir-bir göstərərək telefonunda heç nə olmadığını Təqsirləndirilən şəxs demiş, onun mobil telefonunu istəməsindən bezib mobil telefonu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs aldıqdan sonra oturduğu stulda Zərərçəkmiş şəxs mobil telefonuna baxmağa başlayır, mobil telefona baxa-baxa Zərərçəkmiş şəxs ilə söhbətini davam etdirir. Saat 15:56-dan etibarən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı söhbət emosional qaydada davam edir, oturduqları yerdə ayağa qalxmadan Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs əl hərəkəltəri ilə bir-biriləri ilə sözlə mübahisə edirlər. Söhbət zamanı Zərərçəkmiş şəxs bir neçə dəfə Təqsirləndirilən şəxs mobil telefonunu almaq istəyir, lakin Təqsirləndirilən şəxs mobil telefonu ona vermir. Saat 15:57:05-də Təqsirləndirilən şəxs mobil telefonu əlində saxlayaraq ayağa qalxır, mərkəzin arxa tərəfinə doğru gedib yenidən geri qayıdır, Zərərçəkmiş şəxs qarşısında dayanaraq ayaq üstə əsəbi və acıqlı şəkildə əl hərəkətləri ilə Zərərçəkmiş şəxs ilə mübahisəni davam etdirir. Saat 15:57:59-da Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs yanındakı stulda əyləşir. Əyləşdikdən sonra da Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı sözlə mübahisə davam edir. Zərərçəkmiş şəxs bir neçə dəfə yenidən Təqsirləndirilən şəxs mobil telefonunu geri almağa çalışır, Təqsirləndirilən şəxs mobil telefonu ona vermir və mobil telefona baxmağa davam edir. Saat 15:59:08-də Təqsirləndirilən şəxs mobil telefonu Zərərçəkmiş şəxs geri qaytarır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs götürdükdən sonra mobil telefonuna baxır. Zərərçəkmiş şəxs həmin vaxt Təqsirləndirilən şəxslə nə üçün mübahisə etdiyi, Təqsirləndirilən şəxs onun mobil telefonunu nə üçün götürdüyü və onun nəyə baxdığı, aralarında hansı söhbətlərin olması soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, mobil telefonunu götürdükdən sonra Təqsirləndirilən şəxs zənglərə daxil olaraq Kamil Fərzalıyevin istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəni yığmış, Kamil Fərzalıyevlə olan zəngləri axtarmış, onun adının qeyd olunmadığını görmüş, Kamil Fərzalıyevə aid heç bir zəng tapa bilməmış, buna görə də əsəbiləşərək onunla mübahisə etmiş, əsəbi və acıqlı şəkildə Kamil Fərzalıyevin ünvanına nalayiq ifadələr işlətmiş, Kamil Fərzalıyevlə nə üçün danışdığını və görüşdüyünü ondan soruşmuş, onu aldatdığını demiş, o isə Təqsirləndirilən şəxs Kamil Fərzalıyevlə görüşmədiyini və danışmadığını, onu aldatmadığını demiş, həmin vaxt qeyd edilən mövzuda sözlə mübahisə etmişlər. Saat 15:59-da yaşıl rəngli “Opel Astra” markalı, **-FE- *** dövlət qeydiyyat nişanlı avtomobil mərkəzə doğru gəlir və mərkəzin giriş qapısının qarşısında dayanır. Avtomobilin qabaq sağ oturacağından əynində göy rəngli bir ədəd palto və qara rəngli bir ədəd şalvar olan kişi cinsli şəxs düşür. Zərərçəkmiş şəxs həmin şəxsin kim olduğu soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, həmin şəxs X12r. Saat 15:59:45-də Zərərçəkmiş şəxs oturduğu kreslodan ayağa qalxıb mərkəzin giriş qapısına tərəf gedir. Zərərçəkmiş şəxs ayağa qalxdıqdan sonra Rafiq Quliyev çölə tərəf boylanır, ayağa qalxıb pənəcərədən çölə baxır və qaçaraq mərkəzin içərisindəki arakəsmənin arxasına, yəni arxa otağına keçir. Zərərçəkmiş şəxs həmin vaxt özünün və Təqsirləndirilən şəxs nə üçün ayağa qalxdığı, Təqsirləndirilən şəxs arxa otağa qaçaraq nə üçün keçdiyi və həmin vaxt ona nə dediyi soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, küçədə yaşıl rəngli avtomobilin dayandığını görmüş, buna görə də ayağa qalxaraq mərkəzin giriş qapısına tərəf getmiş, həmin avtomobildən Kamil Fərzalıyevin düşdüyünü görmüş, Təqsirləndirilən şəxs onun ardınca ayağa qalxaraq pəncərədən baxmış, Kamil Fərzalıyevin avtomobildən düşərək mərkəzə gəldiyi görmüş, Kamil Fərzalıyevin barəsində nalayiq ifadələr işlədirək ona sakit durmağı və arxada gizlənəcəyini demiş, qaçaraq arxa otağa keçmişdir. Kamil Fərzalıyev mərkəzə daxil olanda Zərərçəkmiş şəxs masanın arxasına keçir, ayaq üstə dayanaraq Kamil Fərzalıyevə sağ əli ilə geri qayıtmasını işarə edir. Kamil Fərzalıyev qapını tam bağlamadan çölə qayıtmış, əyilərək onu avtomobillə gətirən şəxsə əli ilə içəri gəlməsini işarə etmiş və yenidən mərkəzə daxil olmuşdur. Zərərçəkmiş şəxs həmin vaxt Kamil Fərzalıyevin nə üçün mərkəzə gəldiyi və onunla arasında hansı söhbətlər olduğu soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, Kamil Fərzalıyev içəri daxil olduqda əli və göz-qaş işarəsi ilə arxa otağı işarə etmiş, X27 Əliyevin burada olduğunu, ona geri qayıtmasını bildirmiş, Kamil Fərzalıyevin qapını tam bağlamadan çölə çıxaraq onu avtomobillə gətirən şəxsə əli ilə işarə edib içəri gəlməsini demiş və yenidən mərkəzə daxil olmuşdur. Kamil Fərzalıyev içəri daxil olduqdan sonra ayaq üstə Zərərçəkmiş şəxs ilə üzbəüz vəziyyətdə dayanır, Zərərçəkmiş şəxs masanın birinci siyirməsinə qoyduğu diplomları götürür, Kamil Fərzalıyev cibindən mobil telefon çıxarır. Zərərçəkmiş şəxs diplomları Kamil Fərzalıyevə tərəf uzadır. Kamil Fərzalıyev diplomları götürən zaman ani olaraq Təqsirləndirilən şəxs cəld şəkildə sağ əlində tiyəsi açıq vəziyyətdə bıçaq saxlayaraq arxa otaqdan çıxır və mərkəzin giriş qapısını bağlayır. Giriş qapısını bağladıqdan sonra Təqsirləndirilən şəxs cəld Kamil Fərzalıyevin üstünə cumur, onun yaxasından tutur və onlar yaxalaşırlar. Saat 16:00:14-də Təqsirləndirilən şəxs sağ əlində saxladığı bıçaqla Kamil Fərzalıyevin qarın nahiyəsinə doğru zərbə endirir. Həmin zərbəni endirən zaman Təqsirləndirilən şəxs sağ əlində saxladığı bıçağın tiyəsi Kamil Fərzalıyevə tərəfdir. Kamil Fərzalıyev arxaya çəkilərək həmin bıçaq zərbəsindən yayınır və bıçaq zərbəsi ona dəymir. Həmin vaxt Kamil Fərzalıyev bir neçə addım geri çəkilir və onun mobil telefonu əlindən yerə düşür. Zərərçəkmiş şəxs diplomları əlində saxlayaraq onlara yaxınlaşmağa, diplomları Təqsirləndirilən şəxs göstərməyə və ona nə isə izah etməyə çalışır. Saat 16:00:23-də Təqsirləndirilən şəxs sağ əlində saxladığı bıçaqla Kamil Fərzalıyevin sağ qolunu sol əli ilə tutaraq cəld hərəkətlə Kamil Fərzalıyevin boyun nahiyəsinə bıçaqla qüvvətli zərbə endirir. Kamil Fərzalıyev bir neçə addım geri çəkilir və onun boğazından qan axmağa başlayır. Kamil Fərzalıyevin boğazından axan qan yerə tökülür. Zərərçəkmiş şəxs mərkəzin giriş qapısını açır, həmin vaxt əynində göy rəngli bir ədəd şalvar və göy rəngli bir ədəd kurtka olan bir nəfər kişi cinsli şəxs içəri yarımçıq daxil olur və tam içəri daxil olmadan cəld geri qayıdır. Zərərçəkmiş şəxs həmin şəxsin kim olması soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, həmin şəxs Kamil Fərzalıyevi gətirən yaşıl rəngli avtomobilin sürücüsüdür, onu tanımır və adını bilmir. Həmçinin, Zərərçəkmiş şəxs Rafiq X23 arasında hansı söhbətlərin olduğu, hadisə zamanı onların bir-birinə nə dedikləri soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, diplomları Kamil Fərzalıyevə uzadan anda Təqsirləndirilən şəxs sağ əlində saxladığı tiyəsi açıq bıçaqla cəld arxadan çıxmış, qapını bağlayıb Kamil Fərzalıyevin üzərinə cummuş, ona “sən kimi söyürdün, sən nə deyirdin, məni təhqir edirdin” demiş, Kamil Fərzalıyev ona “diploma görə gəlmişəm, bura yeri deyil, çıxaq çölə, orada söhbət edək” cavabı vermiş, əlində diplomları göstərərək Təqsirləndirilən şəxs Kamil Fərzalıyevin diplom üçün gəldiyini, buranın dava yeri olmadığını ona izah etmiş, Təqsirləndirilən şəxs əlində saxladığı bıçaqla vurduqdan sonra Kamil Fərzalıyevin boğazından qan fışqırmış, həmin an o, Kamil Fərzalıyevin çölə çıxma bilməsi üçün mərkəzin giriş qapısını açmış, Kamil Fərzalıyev boğazını tutaraq “vurma, gedirəm” demiş və çölə çıxıb onu gətirən tanımadığı şəxsin avtomobilinə əyləşib getmişdir. Saat 16:00:32-də Kamil Fərzalıyev və onu avtomobillə gətirən şəxs çölə çıxdıqdan sonra Təqsirləndirilən şəxs əlində bıçaq onların arxasınca çölə çıxır. Zərərçəkmiş şəxs da əlində diplomları tutaraq onların arxasınca çölə tərəf gedir, çölə tam çıxmadan geri qayıdır, diplomları masanın üzərinə qoyur. Diplomları masanın üzərinə qoyduqdan sonra Zərərçəkmiş şəxs əyilərək yerdəki əşyanı götürür və həmin əşyaya bir neçə saniyə baxaraq onu masının ikinci siyirməsinə qoyur və dizlərinə vurmağa başlayır. Zərərçəkmiş şəxs yerdən götürdüyü əşyanın nə olduğu soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, yerdən götürdüyü həmin əşya Kamil Fərzalıyevin mobil telefonudur, həmin mobil telefonu götürərək bir neçə saniyə baxmış və onu masanın ikinci siyirməsinə qoymuş, sonradan həmin mobil telefonu Təqsirləndirilən şəxs götürərək polisə təhvil vermişdir. Kamil Fərzalıyevin yerə düşmüş mobil telefonunu götürüb siyirməyə qoyduqdan sonra Zərərçəkmiş şəxs giriş qapısının qarşısına gəlir, bir neçə dəfə dizlərinə vurur və Təqsirləndirilən şəxs mərkəzə daxil olur. Saat 16:01:05-də Təqsirləndirilən şəxs sağ əlindəki bıçağın tiyəsi Zərərçəkmiş şəxs tərəf olmaqla sol əli ilə onun yaxasından tutur, əsəbi şəkildə ona qışqırır. Zərərçəkmiş şəxs həmin vaxt Təqsirləndirilən şəxslə arasında hansı söhbətlərin olduğu, Təqsirləndirilən şəxs ona nə dediyi soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxs arxasınca dizlərin vuraraq “mən bir qırağa, uşaqları niyə fikirləşmədin, bizi niyə bədbəxt etdin” demiş, Təqsirləndirilən şəxs sağ əlində bıçaqla onun yaxasından tutaraq “vurdum, rahatladım, yaxşı elədim, peşman deyiləm, sən bilirdin, o bura gələcək, səni də öldürərəm” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibindən mobil telefon çıxarır, bir neçə dəfə çölə çıxıb içəri qayıdır, mobil telefonla danışır. Zərərçəkmiş şəxs diplomları masanın birinci siyirməsinə qoyur, dizlərinə vurur və qışqırır. Bir qədər əvvəl Təqsirləndirilən şəxs əyləşdiyi stula əyləşir və yenidən ayağa qalxır. Zərərçəkmiş şəxs həmin vaxt nə dediyini, Təqsirləndirilən şəxs mobil telefonla kimlə danışdığı, aralarında hansı söhbətlər olduğu soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, dizlərinə vuraraq və ağlayaraq Təqsirləndirilən şəxs düz etmədiyini, uşaqları fikirləşmədiyini, obyektin dava yeri olmadığını, borclarının və kreditinin olduğunu demiş, Təqsirləndirilən şəxs mobil telefonla zəng edib qardaşları Səxavət və Namiqlə danışmış, onlara Kamil Fərzalıyevə vurduğunu, onlara gəlmələrini, polisə təslim olacağı barədə danışmışdır. Saat 16:01:55-də Vəda Əliyeva mərkəzin giriş qapısını bağlayır, saat 16:02:00-da mobil telefonla danışa-danışa arxa otağa doğru gedən Təqsirləndirilən şəxs arxasınca gedərək onun əlindən nə isə almağa çalışır. Zərərçəkmiş şəxs həmin vaxt mərkəzin giriş qapısını nə üçün bağladığı, Təqsirləndirilən şəxs arxasınca gedərək onun əlindən nə almağa çalışdığı soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, çox həyəcanlı və narahat olmuş, mərkəzin giriş qapısını nə üçün bağladığını və içəridə Təqsirləndirilən şəxs arxasınca gedərək arxadan onun əlindən nə almaq istədiyini xatırlamır, o, Təqsirləndirilən şəxs Kamil Fərzalıyevin yaşaya biləcəyini, onun yaxşı adam olduğunu, ondan şikayət etməyəcəyini demiş, Təqsirləndirilən şəxs ona “mən Kamili elə vurmamışam ki, o yaşasın” cavabı vermişdir. Saat 16:02:14-də Təqsirləndirilən şəxs mobil telefonla danışa-danışa çölə çıxır, 16:02:27-də içəri geri qayıdır və qapını bağlayır. Zərərçəkmiş şəxs həmin vaxt əlindəki qara-göy rəngli dəsmalı yerə tullayır və əyilərək yerə tökülmüş qanı silir. Təqsirləndirilən şəxs mobil telefonla danışır, mobil telefon danışa-danışa çölə çıxır. Zərərçəkmiş şəxs yeri sildiyi qara-göy rəngli dəsmalı kənar qoyur və Təqsirləndirilən şəxs ardınca çölə çıxır. Zərərçəkmiş şəxs əlindəki qara-göy rəngli dəsmalı haradan götürdüyü və yerdəki qanı nə üçün təmizlədiyi soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ona “burdakı qanı sil, çıx get, deyəcəm ki, hadisə yolda baş verib, dəsmalı da yu, tulla zibil qabına” demiş, o da Təqsirləndirilən şəxs sözü ilə dəsmalla yerə tökülmüş qanı silmiş, həmin dəsmalı içəridəki əlüzyuyanda yumuş və atmamışdır. Saat 16:03:35-də video görüntü sona çatır. (c İİİ, i.v 88-94) İşdə olan, xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X28 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İİİ, i.v 112) İşdə olan, 04 aprel 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, hadisə yerinin baxışının aparılması zamanı götürülmüş qara-göy rəngli bir ədəd dəsmal, qara rəngli bir ədəd ayaqaltı və yetmiş bir ədəd diplom vərəqi, avtomobilin baxışının aparılması zamanı götürülmüş qara rəngli bir ədəd ayaqaltı, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd bıçaq, üzərində iki ədəd SİM kart və bir ədəd yaddaş kartı olan bir ədəd “Samsung Galaxy J2” markalı mobil telefon və üzərində bir ədəd SİM kart olan bir ədəd “Redmi Note 9T markalı mobil telefon, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli bir ədəd kurtka, ağ rəngli bir ədəd jaket, belində bir ədəd kəmər olan qara rəngli bir ədəd şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab, qara rəngli bir ədəd mayka və göy rəngli bir ədəd trusik, zərər çəkmiş şəxs X7 meyitindən götürülmüş qara rəngli bir ədəd palto, qəhvəyi rəngli bir ədəd jaket, belində bir ədəd kəmər olan qara rəngli bir ədəd şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab, qara rəngli bir ədəd alt qış köynəyi, qara rəngli bir ədəd alt qış şalvarı, ağ rəngli bir ədəd mayka və tünd-göy rəngli bir ədəd trusik, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş üzərində iki ədəd SİM kart olan bir ədəd “Xiaomi POCO 5G” markalı mobil telefon, hadisə baş verən zaman zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş qəhvəyi rəngli bir ədəd palto, qırmızı rəngli bir ədəd jaket, qara rəngli bir ədəd şalvar və qara rəngli bir cüt ayaqqabı, məhkəmə-kompüter texniki ekspertizasının 16 fevral 2023-cü il tarixli, 5/50 nömrəli rəyinə əlavə edilmiş bir ədəd xarici yaddaş qurğusu maddi sübut kimi tanınmış və Beyləqan rayon prokurorluğunun saxlanc otağına təhvil verilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 09 mart 2023-cü il tarixli, 5531 nömrəli məktuba əlavə edilmiş bir ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 16 mart 2023-cü il tarixli AZF/LGL-2326/23 nömrəli məktuba əlavə edilmiş bir ədəd disk, “Videoçəkilişin baxışın aparılması haqqında” 27 mart 2023-cü il tarixli protokola əlavə edilmiş bir ədəd yaddaş qurğusu maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (c İİİ, i.v 177-179) İşdə olan, 04 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilərək, o, həmin Məcəllənin 120.1 və 134-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.9, 122, 126, 128, 134 (Zərərçəkmiş şəxs X7 yerə tökülmüş qanını silməyi deməsi hissəsində) 178, 182, 221 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 120.2.1, 178, 307.1 və 307.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, X13, X20 və digər şəxslərin barələrində Azərbaycan Respublikasının CM-nin 120.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şahid5 barəsində Azərbaycan Respublikasının CM-nin 120.2.1 və 307.1-ci maddələri cinayət işinin başlanması rədd edilmiş, Şahid6 barəsində Azərbaycan Respublikasının CM-nin 307.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs X10 döyməsi ilə bağlı şikayətinin olmaması nəzərə alınmış və yoxlama aparılmaması, hadisə yerinin baxışının aparılması haqqında 23 dekabr 2022-ci il tarixli protokola əsasən, hadisə yerinin baxışının aparılması götürülmüş ağ rəngli HİKVİSİON markalı bir ədəd yaddaş cihazının Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. (c İV, i.v 1-104) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə zamanı əlindəki bıçaqla məqsədi Kamili qorxutmaq olmuşdur, Kamilə ikincə dəfə aralıdan bıçaq atmasının səbəbi də onun qorxub çıxıb getməsi olmuş, lakin bıçaq sonuncunun boğazına dəymişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü dəlillərlə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs irəli sürdüyü yuxarıda göstərilən dəlilərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar, həmin cinayət hadisəsinin bilavasitə şahidi olmuş Zərərçəkmiş şəxs ifadəsi, hadisə zamanı “Aytac” kompüter hazırlıq mərkəzinin binasında quraşdırılmış video kameralardan əldə edilmiş video görüntülərlə tam təkzib edilir. Belə ki, Zərərçəkmiş şəxs ikinci dəfə Rafiqin anidən Kamilin boğaz nahiyəsinə möhkəm zərbə vurmasını təsdiq etmiş, eyni zamanda videogörüntülərdən də aşkar surətdə aydın olur ki, Kamil Fərzalıyev diplomları Zərərçəkmiş şəxs götürən zaman ani olaraq Təqsirləndirilən şəxs cəld şəkildə sağ əlində tiyəsi açıq vəziyyətdə bıçaq saxlayaraq arxa otaqdan çıxır və mərkəzin giriş qapısını bağlayır. Giriş qapısını bağladıqdan sonra Təqsirləndirilən şəxs cəld Kamil Fərzalıyevin üstünə hücum edir, onun yaxasından tutur və onlar yaxalaşırlar. Təqsirləndirilən şəxs əvvəlcə sağ əlində saxladığı bıçaqla Kamil Fərzalıyevin qarın nahiyəsinə doğru zərbə endirir. Kamil Fərzalıyev arxaya çəkilərək həmin bıçaq zərbəsindən yayınır və bundan sonra Təqsirləndirilən şəxs ikinci dəfə sağ əlində saxladığı bıçaqla Kamil Fərzalıyevin sağ qolunu sol əli ilə tutaraq cəld hərəkətlə Kamil Fərzalıyevin boyun nahiyəsinə bıçaqla qüvvətli zərbə endirir. Hadisənin baş vermə mexanizmi, yetirilən bədən xəsarətinin xarakteri və lokalizasiyası, başqa sözlə Təqsirləndirilən şəxs Kamil Fərzalıyevin həyat üçün mühüm orqan hesab edilən boyun-boğaz nahiyyəsinə qüvvətli bıçaq zərbəsi vurması, onun hadisə zamanı məqsədinin mərhum zərərçəkmiş şəxsi məhz qəsdən öldürmək olmasını tam təsdiq edir. Əks təqdirdə Təqsirləndirilən şəxs məqsədinin həqiqətən də hadisə zamanı mərhum zərərçəkmiş şəxsi qorxutmaq olması olsa idi, o bıçaqla Kamil Fərzalıyevin qarın nahiyəsinə doğru zərbə endirdikdən və Kamil Fərzalıyevin arxaya çəkilərək həmin bıçaq zərbəsindən yayındıqdan sonra bununla kifayətlənə, sonuncunun hadisə yerini tərk etməsinə şərait yarada bilərdi. Lakin Təqsirləndirilən şəxs hadisə baş verən zaman cəld şəkildə sağ əlində tiyəsi açıq vəziyyətdə bıçaq saxlayaraq arxa otaqdan çıxıb və mərkəzin giriş qapısını bağlaması, qapını bağladıqdan sonra dərhal Kamil Fərzalıyevin üstünə hücum çəkməsi, sonuncunun birinci bıçaq zərbəsindən yayındıqdan sonra isə, ikinci dəfə onun boyun-boğaz nahiyyəsinə qüvvətli bıçaq zərbəsi vurması Təqsirləndirilən şəxs məqsədinin mərhum zərərçəkmiş şəxsi qorxutmaq olması barədə dəlillərini bir daha tam təkzib edir. Göstərilən halları nəzərə alıb məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı dindirilərkən hadisə zamanı əlindəki bıçaqla məqsədinin Kamili qorxutmaq eləcə də, Kamilə ikincə dəfə aralıdan bıçaq atmasının səbəbi də onun qorxub çıxıb getməsi üçün olması barədə ifadəsinə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs mərhum Kamil Fərzalıyevi aralarında qısqanclıq zəminində yaranmış mübahisə nəticəsində, üzərində saxladığı soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə sonuncunun boyun nahiyyəsinə bir dəfə zərbə vuraraq, bununlada ürəyin sol mədəciyinin endokard qişasının altına qansızma (Minakov ləkələri), daxili üzv və toxumaların venoz azqanlılığı ilə nəticələnmiş qan damarlarının (yuxu arteriyasının, vidaci venanın və sair) boyun səviyyəsində zədələnməsi ilə müşayiət olunan boynunun ön səthinin bir ədəd kəsilmişdeşilmiş yarası xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, boyun qan damarlarının zədələnməsindən törənmiş kəskin qanitirmə səbəbindən onun ölümünə səbəb olmuş xəsarət yetirərək Kamil Fərzalıyevi qəsdən öldürmüşdür. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmə cinayəti birbaşa törədilən zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə hər bir adamöldürmə əməli insanın həyatdan məhrum edilməsi ilə nəticələnən qəddar və amansız cinayətdir. Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, həmin ittiham üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olmaması, uşaqlarına görə onu bağışlaması, onunla barışması, ona qarşı şikayəti və tələbinin olmamasını, cinayətlə bağlı ona maddi zərər dəyməməsini bildirməsinə baxmayaraq, təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza təyin edilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə ona elan edilmiş ittihamı tam olaraq mübahisələndirmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilə bilməz və onun həmin ittiham üzrə təqsirlilik məsələsinə hüquqi qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2- ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmçinin CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Odur ki, yuxarıda qeyd edildiyi kimi hazırki vəziyyətdə Təqsirləndirilən şəxs barəsində CM-nin 134-cü maddəsi ilə cinayət təqibinə bəraətverici olmayan əsasla xitam verilməsi yalnız müdafiə tərəfinin razılığı ilə yol verildiyindən, Təqsirləndirilən şəxs isə həmin ittihamla özünü ümumiyyətlə təqsirli bilmədiyindən onun barəsində sözügedən maddə ilə cinayət işi üzrə icraata xitam verilməməlidir. Məhkəmə tərkibi eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə bildirdikləri, iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi (və hadisə zamanı qeydə alınnmış videogörünütülərlə (saat 16:01:05-də Təqsirləndirilən şəxs sağ əlindəki bıçağın tiyəsi Zərərçəkmiş şəxs tərəf olmaqla sol əli ilə onun yaxasından tutur, əsəbi şəkildə ona qışqırır. Zərərçəkmiş şəxs həmin vaxt Təqsirləndirilən şəxslə arasında hansı söhbətlərin olduğu, Təqsirləndirilən şəxs ona nə dediyi soruşuldu. Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxs arxasınca dizlərin vuraraq “mən bir qırağa, uşaqları niyə fikirləşmədin, bizi niyə bədbəxt etdin” demiş, Təqsirləndirilən şəxs sağ əlində bıçaqla onun yaxasından tutaraq “vurdum, rahatladım, yaxşı elədim, peşman deyiləm, sən bilirdin, o bura gələcək, səni də öldürərəm” demişdir) tam təkzib edilir. Göründüyü kimi Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi kimi Təqsirləndirilən şəxs əlindəki bıçaqla ölmüş zərərçəkmiş şəxs Kamil Fərzalıyevi onun gözləri qarşısında bıçaqla vurduqdan sonra onu da öldürəcəyini deməsi, Rafiqin onu hədələməsindən isə çox qorxub o an Rafiqin onu da öldürə bilməsini düşünməsi barədə ifadəsi artıq ona dəlalət edir ki, Zərərçəkmiş şəxs hadisə zamanı həmin hədəni real olaraq qəbul etmişdir. Bu hal işin mübahisəsiz halıdır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə də düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120.1 və 134-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, könüllü gəlib təqsirini boynuna alması isə Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə eyni zamanda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi ilə onun əməlinin CMnin 59.1.8-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması ilə razılaşmır və hesab edir ki, nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə istintaqı zamanı istər ölümş zərərçəkmiş şəxs Kamil Fərzalıyevin, istərsə də Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı hər hansı bir qanunsuz hərəkətlər etməsinə dair sübut məhkəməyə təqdim edilməmiş, belə bir hal heç bir dəlillə əsaslandırılmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 134-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzasını çəkməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməlin – xüsusilə ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 134cü maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alması kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Beyləqan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinin baxışının aparılması zamanı götürülmüş qara-göy rəngli bir ədəd dəsmal, qara rəngli bir ədəd ayaqaltı və yetmiş bir ədəd diplom vərəqi, avtomobilin baxışının aparılması zamanı götürülmüş qara rəngli bir ədəd ayaqaltı, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd bıçaq, zərər çəkmiş şəxs X7 meyitindən götürülmüş qara rəngli bir ədəd palto, qəhvəyi rəngli bir ədəd jaket, belində bir ədəd kəmər olan qara rəngli bir ədəd şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab, qara rəngli bir ədəd alt qış köynəyi, qara rəngli bir ədəd alt qış şalvarı, ağ rəngli bir ədəd mayka və tünd-göy rəngli bir ədəd trusik məhv edilməli, üzərində iki ədəd SİM kart və bir ədəd yaddaş kartı olan bir ədəd “Samsung Galaxy J2” markalı mobil telefon Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməli, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli bir ədəd kurtka, ağ rəngli bir ədəd jaket, belində bir ədəd kəmər olan qara rəngli bir ədəd şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab, qara rəngli bir ədəd mayka və göy rəngli bir ədəd trusik Təqsirləndirilən şəxs, “Redmi Note 9T markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5, üzərində iki ədəd SİM kart olan bir ədəd “Xiaomi POCO 5G” markalı mobil telefon, hadisə baş verən zaman zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş qəhvəyi rəngli bir ədəd palto, qırmızı rəngli bir ədəd jaket, qara rəngli bir ədəd şalvar və qara rəngli bir cüt ayaqqabı, bir ədəd xarici yaddaş qurğusu Zərərçəkmiş şəxs qaytarılmalı, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 09 mart 2023-cü il tarixli, 5531 nömrəli məktuba əlavə edilmiş bir ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 16 mart 2023-cü il tarixli AZF/LGL-2326/23 nömrəli məktuba əlavə edilmiş bir ədəd disk, “Videoçəkilişin baxışın aparılması haqqında” 27 mart 2023-cü il tarixli protokola əlavə edilmiş bir ədəd yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-322 (üç yüz iyirmi iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 134-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Beyləqan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinin baxışının aparılması zamanı götürülmüş qaragöy rəngli bir ədəd dəsmal, qara rəngli bir ədəd ayaqaltı və yetmiş bir ədəd diplom vərəqi, avtomobilin baxışının aparılması zamanı götürülmüş qara rəngli bir ədəd ayaqaltı, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd bıçaq, zərər çəkmiş şəxs X7 meyitindən götürülmüş qara rəngli bir ədəd palto, qəhvəyi rəngli bir ədəd jaket, belində bir ədəd kəmər olan qara rəngli bir ədəd şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab, qara rəngli bir ədəd alt qış köynəyi, qara rəngli bir ədəd alt qış şalvarı, ağ rəngli bir ədəd mayka və tünd-göy rəngli bir ədəd trusik məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Beyləqan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan üzərində iki ədəd SİM kart və bir ədəd yaddaş kartı olan bir ədəd “Samsung Galaxy J2” markalı mobil telefon Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli bir ədəd kurtka, ağ rəngli bir ədəd jaket, belində bir ədəd kəmər olan qara rəngli bir ədəd şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab, qara rəngli bir ədəd mayka və göy rəngli bir ədəd trusik Təqsirləndirilən şəxs, “Redmi Note 9T markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5, üzərində iki ədəd SİM kart olan bir ədəd “Xiaomi POCO 5G” markalı mobil telefon, hadisə baş verən zaman zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş qəhvəyi rəngli bir ədəd palto, qırmızı rəngli bir ədəd jaket, qara rəngli bir ədəd şalvar və qara rəngli bir cüt ayaqqabı, bir ədəd xarici yaddaş qurğusu Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 09 mart 2023-cü il tarixli, 5531 nömrəli məktuba əlavə edilmiş bir ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 16 mart 2023-cü il tarixli AZF/LGL-2326/23 nömrəli məktuba əlavə edilmiş bir ədəd disk, “Videoçəkilişin baxışın aparılması haqqında” 27 mart 2023-cü il tarixli protokola əlavə edilmiş bir ədəd yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-322 (üç yüz iyirmi iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-393/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-393/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver