Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-394/2022 30.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 2001-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Qızılağac kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində 14 aprel 2022-ci ildə ev dustaqlığı qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 aprel 2022-ci ildə, saat 19 radələrində Masallı rayonunun Qızılağac kəndində yerləşən, fəaliyyət göstərməyən köhnə mədəniyyət evinin binasının zalında həmkəndlisi Zərərçəkmiş şəxs ilə həmin gün günrota saatlarında aralarında yaranmış narazılığa aydınlıq gətirmək istəyərkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu məlum olmayan üzərində olan bıçaqla üç dəfə qəsdən vuraraq ona qarnın ön divarının qarın boşluğuna nüfuz edən və nazik bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid və döş qəfəsinin sol yan hissəsinin və qarnın ön divarının döş və qarın boşluqlarına nüfuz etməyən deşilmişkəsilmiş yarası ilə nəticələnən ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, anası, qardaşı və bacısı ilə birlikdə Masallı rayonunun Qızılağac kəndində özlərinə məxsus fərdi yaşayış evlərində yaşayır, fəhləlik etməklə, eləcə də yaşadıqları kənddə kənd sakinlərinin qoyunlarını otarmaqla dolanır. 08 aprel 2022-ci ildə saat 11-12 radələrində heyvanları otararkən telefonuna bir neçə dəfə zəng gəlmiş, telefonla danışan zaman əmisi oğlu və həmkəndlisi Zərərçəkmiş şəxs ona bir neçə dəfə zəng etmiş, lakin telefonla danışdığı üçün sonuncunun zənginə cavab verməmiş, Vüsal təkrar ona zəng edərək “şişmisən telefonuma cavab vermirsən?” deyə ona qarşı nalayiq kobud ifadələr işlətmiş, Vüsal sahədən qayıtdıqdan sonra “axşam mənə dəy” demiş, axşam saat 18 radələrində Vüsalın işlətdiyi kafeyə getmiş, kafenin qapısını açarkən qapının dəstəyi əlindən çıxdığı üçün qapı bərk örtülmüş, Vüsal əsəbi halda onun danışığına lağ edərək kobud sözlər işlədib gödəkçəsindən tutub onu kənara dartaraq binanın zalına tərəf aparmış, orada Vüsal sağ cibindən nəsə çıxarb əlində saxlayaraq onun çətinliklə danışmağına lağ etmiş, Vüsalın əlindəki əşyanın bıçaq olmasını və onu vurmaq istədiyini fikirləşib gödəkçəsinin sağ cibində olan bıçağı açaraq bir dəfə sonuncunun qarın boşluğuna vurmuş, Vüsalın təkrar ona tərəf gəldiyi görüb onu vuracağını düşünərək sol əli ilə sifətini tutub geriyə addımlayaraq sağ əli ilə bıçağı sağa sola hərəkət etdirmiş, həmin vaxt bıçağın Vüsala dəyib xəsarət yetirib-yetirməməsini bilməmiş, lakin bir anlıq Vüsal yerində dayanaraq “Coşu sən neynədin məni bıçaqladın?” demiş, o isə ona “bilmədim, sənə bıçaq dəydi ki? demiş, Vüsal ona “Coşu heç kimə bir söz demə hər şey mənlikdi sən get evə” demişdir. İstintaq zamanı və hazırda təqsirini etiraf etməsini, zərər çəkmiş şəxslə barışmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən anasının, yetkinlik yaşına çatmayan bacısının olmasını, cinayəti zərər çəkmiş şəxsin ona qarşı təhqiramiz ifadələr işlədərək çətinliklə danışmasına (kəkələməsinə) lağ etdiyi üçün törətməsini və gəncliyini, ilk məhkumluğunu nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq etməklə eyni məzmunlu ifadə vermiş və əlavə olaraq Coşqun qohumu (əmisi oğlu) olmaqla həmkəndli olduğunu, onu həmişə özünə kiçik qardaş hesab etdiyini, onunla barışdığını, onu bağışladığını, Coşqunun çobanlıq etməklə ailəsini saxlamasını, sonuncu həbs olunacağı halda özünü bağışlaya bilməyəcəyini, hadisənin onun kobud hərəkətlərinə görə baş verməsini bildirərək Təqsirləndirilən şəxs yüngül cəza, yəni həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs xalası oğlu olmaqla, zərər çəkmiş şəxs həmkəndlisidir. 08 aprel 2022-ci ildə axşam saat 20 radələrində yaşadığı evdə olmuş, xalası oğlu Vüsal ona zəng edərək kənddə motoskletlə hərəkət edərkən idarəetməni itdirdiyini və yıxılaraq xəsarət almasını bildirib işlətdiyi kafeyə gəlməsini xahiş etmiş, evdən çıxaraq piyada Vüsalın işlətdiyi kafeyə getmiş, sonuncunun əllərində və paltarlarında qan ləkələri olmasını görüb hadisə barədə ondan soruşarkən Vüsal ona motoskleti idarə edərkən idarəetməni itirərək yıxılmasını və qarın nahiyəsindən xəsarət almasını bildirmiş, sonra Vüsalı həmkəndliləri Elmarla birlikdə kafedən çıxararaq onu sonuncunun maşınına qoyub Masallı rayon mərkəzi xəstəxanasına gətirmiş, xəsarətləri ağır olduğundan təcili tibbi yardım avtomobili ilə Lənkəran RMX-na aparılmış, xəstəxanada onunla söhbət edərkən həmkəndliləri Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 analoji olaraq digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan baxış protokolundan görünür ki, hadisə Masallı rayonunun Qızılağac kəndində yerləşən fəaliyyət göstərməyən Qızılağac kənd mədəniyyət evinin binasında baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 aprel 2022-ci il tarixli 289 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs qarnın ön divarının qarın boşluğuna nüfuz edən və nazik bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan hissəsinin və qarnın ön divarının döş və qarın boşluqlarına nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (cəmi iki ədəd) müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 08 aprel 2022-ci il tarixə uyğun gəlir. Vət.Zərərçəkmiş şəxs aşkar olunan qarnın ön divarının qarın boşluğuna nüfuz edən və nazik bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər- döş qəfəsinin sol yan hissəsinin və qarnın ön divarının döş və qarın boşluqlarına nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 209-MTKŞ/2022 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz gödəkçə, qolsuz mayka, qısaqol mayka və iki ədəd uzunqol sviter) ön səthində solda bir ədəd və arxa səthində solda (qolsuz mayka istisna olmaqla) bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) (ola bilsin bıçağın) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus paltarların (qısaqol mayka, iki ədəd sviter və gödəkçə) arxa səthində solda olan bir ədəd deşilmiş-kəsilmiş zədə qolsuz maykada onun tikiliş formasına görə öz əksini tapmamışdır. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 18 may 2022-ci il tarixli 254/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka, ağ futbolka, qara sviter, göy sviter və qolsun gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə qohumu və həmkəndlisi Təqsirləndirilən şəxs arasında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. 08 aprel 2022-ci ildə səhər saatlarında Təqsirləndirilən şəxs bir neçə kənd sakinlərinə və özlərinə məxsus olan xırdabuynuzlu heyvanları otarmaq üçün Qızılağac kəndində yerləşən örüş sahəsinə aparmış, həmin gün səhər saatlarında Zərərçəkmiş şəxs telefonla Təqsirləndirilən şəxs zəng etmiş, lakin Coşqun telefonla danışdığı üçün Vüsalın zənglərinə cavab verə bilməmiş, Vüsal təkrar Coşquna zəng etmiş, Coşqun telefona cavab verərkən Vüsal onun zənglərinə gec cavab verdiyi üçün Coşqunla kobud şəkildə danışaraq axşam saatlarında ona kafeyə gəlməsini demişdir. Coşqun saat 19 radələrində sahədən qayıtdıqdan sonra evinə getmədən birbaşa Vüsalın işlətdiyi kafeyə getmiş, sahədən qayıdan zaman özü ilə səhər saatlarında sahəyə apardığı bir ədəd bıçaq üzərində olmuş, Qızılağac kəndində köhnə mədəniyyət evinin içərisində yerləşən Vüsalın işlətdiyi kafeyə girərkən qapı əlindən çıxaraq zərblə örtülmüş, bu vaxt Vüsal kafedən bayıra çıxaraq Coşquna qapını möhkəm örtməsinə görə kobud tərzdə irad bildirmiş və aralarında mübahisə yaranmış, mübahisə Vüsalın təkidi ilə mədəniyyət evinin zalında davam etmiş, mübahisə zamanı Vüsalın davranışlarından Coşqun onun tərəfindən vurulacağından ehtiyat edərək cibindən çıxardığı bıçaqla Vüsalın qarın nahiyəsinə vurmuş, sonuncu bıçağı Coşqunun əlindən almağa çalışmış, bu zaman sonuncu Vüsalın onu vurmaq niyyəti ilə üzərinə gəldiyini ehtimal edərək sağ ilə bıçağı sağa sola tərəf hərəkət etdirmiş və həmin vaxt əlavə olaraq Vüsala iki dəfə də bədən xəsarəti yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yerində dayanmış Coşqunun onu bıçaqla vurmasına etiraz etmiş, lakin Coşquna çıxıb getməsini və bu barədə heç kimə bir söz deməməsini tapşırmış, Coşqun isə qorxduğu üçün hərəkətlərinə davam etmədən pəncərədən keçərək evə qaçmışdır. Hadisə qısa müddət ərzində davam etmiş, birgəyaşayış qaydaları pozulmamış, başqa şəxslərin narahatçılığına səbəb olan hallar yaşanmamış, hadisə zamanı hadisəni kənar şəxslər görməmiş, Vüsal xalası oğlu Şahid1 və sinif yoldaşı Şahid2 kömyə çağırmış, sonra həmin şəxslər tərəfindən xəstəxanaya aparılmışdır. Hadisə yerinə yaxın olan obyektlərdə və fərdi yaşayış evlərində görüntü kameralarının olması müəyyən edilmiş, lakin hadisə zamanı Təqsirləndirilən şəxs əlində olmuş bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmədə verdiyi etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri Azərbaycan Respublikası CPMin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayəti zərər çəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlini CM-in 126.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 13 aprel 2022-ci ildən hesablanmasını əsaslı sayır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Sadıqov X2 rayonunun Qızılağac kəndində qeydiyyatda olmaqla himayəsində anası, qardaşı və yetkinlik yaşına çatmayan bacısı ilə birlikdə orada yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxslə barışmasını CM-in 59.1.12-ci, cinayət nəticəsində vurulmuş maddi ziyanın tam ödənilməsini CM-in 59.1.13-cü, cinayəti zərər çəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini CM-in 59.1.8-ci, maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, zərər çəkmiş şəxslə qohum (əmisi oğlu) olmaqla həmkəndli olmasını, zərər çəkmiş şəxsin ona hər hansı bir cəza verilməməsini xahiş etməsini, vərəm xəstəliyindən əziyyət çəkməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmanlıq keçirməsini, həmçinin onun ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməlidir. Lakin, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, onun zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, gəncliyini, nitq qüsurlu olmaqla hərbi xidmətə yararsız hesab edilməsini, vərəm xəstəliyindən əziyyət çəkməsini, çobanlıq etməklə himayəsində olan ailə üzvlərini dolandırmasını, cinayətin zərər çəkmiş şəxsin təşəbbüsü və sonuncunun əxlaqsız hərəkətləri nəticəsində törətməsini, ilk məhkumluğunu, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun gələcək həyatına, sağlamlığına və bundan sonrakı tərbiyəsinə mənfi təsir göstərəcəyini, həmçinin onun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyi təqdirdə ailəsinin mənəvi iztirablar çəkəcəyini, eyni zamanda təyin olunacaq cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onu cəmiyyətdən təcrid etmədən də, yəni ona təyin olunacaq cəzanı çəkmədən də onun islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən müəyyən müddətə azalıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən etməklə ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Müəyyən olunmuş sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və işləməklə ailəsinə köməklik göstərmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunacağını nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək şərti məhkum edilmiş şəxsin yaşadığı yerin – Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni – 2022-ci ilin aprel ayının 13-dən iyun ayının 30-dək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yəni 2 (iki) ay, 17 (on yeddi) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 2 (iki) il, 9 (doqquz) ay, 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş 2 (iki) il, 9 (doqquz) ay, 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və işləyib ailəsinə köməklik göstərmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək onun faktiki yaşadığı yerin – Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək onun faktiki yaşadığı yerin – Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-394/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-394/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver