Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-394/2024 06.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran rayonu Liman şəhəri, M.Müşfiq küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının əvvəlində Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə 2,396 qram, külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə məlumat alan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X4 əməkdaşları tərəfindən 04 noyabr 2023-cü il tarixdə saat 19:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Liman şəhəri, M.Müşfiq küçəsində saxlanılaraq X7 gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Lənkəran rayonu Liman şəhərində yaşayır, «şüşə» deyilən psixotrop maddə metamfetamindən istifadə edir. 04 noyabr 2023-cü il tarixdə Lənkəran şəhəri, Kiçik Bazar deyilən ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən bir bükümdə öz istifadəsi üçün metamfetamin almış və üzərində saxlamışdır. 04 noyabr 2023-cü il tarixdə saat 19 radələrində Liman şəhəri, M.Müşfiq küçəsi ev 5 ünvanında olarkən polis işçiləri tərəfindən saxlanılmış, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Polis bölməsində şübhəli şəxs kimi tutulmuş. Müdafiəçinin iştirakı il əvə videoçəkilişdən istifadə olunaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən sellofana bükülmüş bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. O, metamfetamini 04 noyabr 2023-cü il tarixdə Lənkəran şəhərində Kiçik bazar deyilən yerdə tanımadığı şəxsdən 60 manat pula aldığını bildirmişdir. Üzərində aşkar olunan kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq-təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhəkəm istintaqında şahid qismində dindirilən, X4 sahə polis nəfəri X3 göstərdi ki, 04 noyabr 2023-cü il tarixdə Liman şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı bölmənin əməliyyat müşəkkili Şahid1 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsində iştirak etmişdir. 04 noyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs Liman şəhəri M.Müşfiq küçəsində piyada hərəkət etdiyi zaman saxlamış, üzərində narkotik vasitələr və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirməklə onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminəbənzər kütlə aşkar olunmuşdur. Şahid Əhmədzadədə aşkar edilmiş 01 ədəd bükümdə olan metamfetamin elektron tərəzidə çəkilmiş qablaşdırılaraq götürüldmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 04 noyabr 2023-cü il tarixdə Lənkəran şəhəri, Kiçik bazar adlanan ərazisində üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün əldə etməsini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. 04 noyabr 2023-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqındaprotokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmaqla X7 gətirilmiş, onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd üzərində şəffaf sellofanda olan bükümü təqdim etmişdir. Onun təqdim etdiyi şəffaf sellofanın içərisinə baxış keçirilərkən sellofandakı kütlənin psixotrop maddə olan metamfetaminə bənzər kütə olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş psixotrop maddə elektron tərəzidə çəkilərək 2,66 qram olması müəyyən olunaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq metamfetamini Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə üzdən tanıdığı şəxsdən 60 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 05 noyabr 2023-cü il tarixli, 19/987 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 2,396 qram olan ağ rəngli, kristallardan ibarət olan maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 06 noyabr 2023-cü il tarixli, 1028 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu taksikomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertinin 07 noyabr 2023-cü il tarixli, 1108 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 20 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə onun barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. 06 fevral 2024-cü il tarixli, 114 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında «Taturofka» diaqnozu ilə qeydiyyatda olmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 2,396 qram narkotik vasitə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materallarında saxlanılmalı, Lənkərəan Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,346 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materallarında saxlanılsın, Lənkərəan Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,346 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-394/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-394/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver