Məhkəmə qərarları › İş №1(099)-395/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-395/2022

01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-395/2022 01.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X11 oğlunun sədrliyi ilə, hakimlər – X7 və X4 ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1987-ci ildə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, işləməyən, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan, külli miqdarda, ümumi təmiz çəkisi - 3055,91 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və Atakilişi kəndi ərazisində yaşadığı evin yaxınlığında böyürtkən kollarının arasında saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində, o, Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,91 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 14 radələrində əməliyyat və istintaq tədbirlərinin davamı olaraq, Kürdəmir rayonu Atakişili kəndində böyürtkən kollarının arasına keçirilən baxış zamanı, 01 ədəd polietilen torbanın içərisində xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə ilə eyni tərkibli, təmiz çəkisi - 3050 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, qurudulmuş marixuanadan mütəmadi olaraq istifadə etmişdir. Öz istifadəsi məqsədilə də 2020-ci ilin yanvar ayının əvvəllərində yaşadığı kənd ərazisində tapdığı altı ədəd çətənə bitkisinin tumunu yaşadığı evin yaxınlığında olan su arxının yanında torpağa basdırıb, onlara su və peyin verərək diblərini boşaltmaqla qulluq etmişdir. Həmin altı ədəd çətənə kolunu yetişəndən sonra dərib yaşadığı evə gətirib qurutduqdan sonra polietilen torbaya doldurub istifadə etməyə başlamışdır. Sonuncu qalan hissəsini, yəni 01 ədəd qara polietilen torbada olan qurudulmuş marixuananı aparıb, su arxının yanında olan böyürtkən kolunun arasında gizlətmiş və həmin torbanın üzərindən bir ədəd kibrit qutusu marixuana istifadə etməsi üçün götürmüşdür. 15 fevral 2022-ci il tarixdə saat 12:30 radələrində yaşadığı kənd ərazisində marixuanadan istifadə etdiyi yerdə polis əməkdaşları onu saxlamış, narkiotik vasitə saxlamağında şübhəli bilindiyini bildirərək polis şöbəsinə aparmışlar. Orada şəxsi axtarış zamanı gödəkçənin qabaq sağ cibindən içərisində marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Orada şifahi sorğu-sual zamanı yaşadığı kənddə qara rəngli torbanın içərisində marixuana gizlətdiyini etiraf etmiş və polis əməkdaşları ilə yaşadığı kəndə gedərək böyürtkən kollarının arasında gizlətdiyi qara rəngli polietilen torbada olan qurudulmuş marixuananın yerini göstərmişdir. O, həmin narkotik vasitələri heç kimdən almamış və heç kimə satmamış, özü istifadə etdiyinə görə yaşadığı evin yaxınlığında olan su arxının ətrafında əkmişdir. Məhkəmə təqsirləndirilən şəxs X3 özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun törətmiş olduğu cinayət əməli məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 15 fevral 2022-ci il tarixdə rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində və evində saxlaması, daşıması və qəbul etməsi barədə daxil olmuş məxfi əməliyyat məlumatının yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş və o, həmin gün saat 12:30-da Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq Kürdəmir RPŞnə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vastəsilə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində “nəşə”, yəni qurudulmuş marixuana olduğunu deyib əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən bir ədəd kibrit qutusu çıxarıb müstəntiqə təqdim etmişdir. Onun üzərindən iş üçün əhəmiyyət kəsb edən digər heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu müstəntiq tərəfindən açılmış, içərisində yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı sorğu-sual edilərkən Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvəllərində 5-6 ədəd çətənə kolu əkib becərdiyini, həmin kolu dərib qurudaraq özü istifadə etdiyini və yaşadığı evin yaxınlığında su arxının içərisində qara rəngli polietilen torbada qurudulmuş marixuanası olduğunu bildirmişdir. Sonra onun yaşadığı Kürdəmir rayonu Atakişili kəndinə getmişlər. Videoçəkilişlə aparılan baxış zamanıTəqsirləndirilən şəxs yaşadığı evdən təxminən 150-200 metr aralı, su arxının kənarında olan böyürtkən kollarının arasını göstərərək orada qara rəngli torbanı göstərib həmin torba olduğu bildirmişdir. Həmin qara rəngli polietilen torba böyürtkən kollarının arasındakı arxdan götürülmüş, açılıb içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Orada Təqsirləndirilən şəxs su arxını göstərərək 2020-ci ilin yanvar ayında həmin yerdə çətənə kollarını əkdiyini, aşkar olunan kütlənin marixuana olduğunu, özünə məxsus olmaqla özü istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 15 fevral 2022-ci il tarixdə rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması, daşıması və qəbul etməsi barədə daxil olmuş məxfi əməliyyat məlumatının yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs həmin gün günorta vaxtı yaşadığı kəndin ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vastəsilə şəxsi axtarış keçirilərkən o, üzərində “nəşə” olduğunu deyib əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən bir ədəd kibrit qutusu çıxarıb müstəntiqə təqdim etmiş, üzərindən iş üçün əhəmiyyət kəsb edən digər heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu müstəntiq tərəfindən açılmış, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı sorğu-sual edilərkən Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvəllərində 5-6 ədəd çətənə kolu əkib becərdiyini, həmin kolu dərib qurudaraq özü istifadə etdiyini və yaşadığı evin yaxınlığında su arxının içərisində qara rəngli polietilen torbada qurudulmuş marixuanası olduğunu bildirmişdir. Sonra onun yaşadığı Kürdəmir rayonu Atakişili kəndinə getmişlər. Videoçəkilişlə aparılan baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən təxminən 150-200 metr aralı, böyürtkən kollarının arasındakı su arxını göstərərək orada qara rəngli torbanı göstərib içərisində marixuana olduğunu bildirmişdir. Həmin polietilen torba böyürtkən kollarının arasındakı arxdan götürülmüş, açılıb içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunan kütlənin ona məxsus olduğunu, özü istifadə etdiyini, 2020-ci ilin yanvar ayında həmin yerdə çətənə kollarını əkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin MSY-nin mühafizəçisi Şahid4 ifadəsində göstərmişdir ki, 15 fevral 2022-ci il tarixdə rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması, daşıması və qəbul etməsi barədə daxil olmuş məxfi əməliyyat məlumatının yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs həmin gün günorta vaxtı yaşadığı kəndin ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vastəsilə şəxsi axtarış keçirilərkən o, üzərində “nəşə” olduğunu deyib əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sağ cibindən bir ədəd kibrit qutusu çıxarıb müstəntiqə təqdim etmiş, onun üzərindən iş üçün əhəmiyyət kəsb edən digər heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu müstəntiq tərəfindən açılmış, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvəllərində 5-6 ədəd çətənə kolu əkib becərdiyini, həmin kolu dərib qurudaraq özü istifadə etdiyini və yaşadığı evin yaxınlığında su arxının içərisində qara rəngli polietilen torbada da qurudulmuş marixuanası olduğunu bildirmişdir. Sonra onun yaşadığı Kürdəmir rayonu Atakişili kəndinə getmişlər. Videoçəkilişlə aparılan baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən təxminən 150-200 metr aralı, böyürtkən kollarının arasındakı su arxını göstərərək orada qara rəngli torbanı göstərib içərisində marixuana olduğunu bildirmişdir. Həmin polietilen torba böyürtkən kollarının arasındakı arxdan götürülmüş, açılıb içərisinə baxış keçirilən zaman içərisində marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “nəşə” yəni qurudulmuş marixuna olduğunu deyib əynində olan qara rəgli qış gödəkçəsinin qabaq sağ cibindən bir ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı, üzərindən 01 ədəd siqaret və 01 ədəd alışqan aşkar edil mişdir. Aşkar edilmiş siqaret və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusu müstəntiq tərəfindən açılarkən, içərisində yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bəzər kütlə 01 ədəd Çin istehsalı olan elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə - 9 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə iştirakçıların iştirakı ilə içərisi boş poçt zərfinə qablaşdırılmış, dəqiq çəkisini və aşkar edilmiş vasitənin tərkibinin müəyyən edilməsi ilə bağlı ƏN-nın MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün Azərbaycan Respublikası DİN-in “137” saylı möhürü ilə möhürlənmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 15 fevral 2022-ci il tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı kənddə, ona məxsus fərdi yaşayış evinin yaxınlığında, 01 ədəd qara rəngli torbada qurudulmuş marixuana vardır. Buna görə də, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs qeyd etdiyi Kürdəmir rayonu Atakişili kəndinə gedilmişdir. Əməliyyat-axtarış tədbiri videoçəkiliş aparılmaqla keçirildiyinə görə hal şahidləri dəvət olunmamışdır. Videoçəkiliş başlandıqdan sonra, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, qeyd etdiyi narkotik vasitəni harada gizlətdiyini göstərsin. Təqsirləndirilən şəxs yaşadığı evdən təxminən 150-200 metr məsafədə, su arxının kənarında olan böyürtkən kollarının arasında qara rəngli torbanı göstərib həmin torba olduğu bildirmişdir. Həmin qara rəngli polietilen torba böyürtkən kollarının arasından müstəntiq tərəfindən götürülərək açılıb içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin torba içərisindəki kütlə ilə birlikdə müstəntiq tərəfindən “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və təxmini çəkisi - 3,140 qram olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs su arxını göstərərək 2020-ci ilin yanvar ayında həmin yerdə çətənə kollarını əkdiyini və aşkar olunan kütlənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə öz torbasında qablaşdırılıb üzəri yazılaraq Azərbaycan Respublikası DİN-in “137” saylı möhürü ilə möhürlənmiş və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/198 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,91 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri və imzalar olan polietilen torbadatəmiz çəkisi – 3050 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd kibrit qutusunda və 01 ədəd polietilen torbada olan marixuana eyni tərkiblidir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 523 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdənsui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli 161 nömrəli məktubdan görünür ki, Rasulov X6 RMX-sı PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş “Kürdəmir rayon Psixiatriya xəstəxanası”ndan daxil olan xx.xx.2022-ci il tarixli 59 nömrəli məktubdan görünür ki, Rasulov X6 Rayon Psixiatriya Xəstəxanasında stasionar müalicə almamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş “Azərcell Telekom MMC”dən daxil olan xx.xx.2022-ci il tarixli 5853 nömrəli məktubdan görünür ki, ***-***-**-** saylı nömrənin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində istifadəsi aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinin 1 saylı X9 Ərazi Filialından daxil olan xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə heç bir sosial ödəniş təyin olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı kənd ərazisindən aşkar edilərək götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyataxtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə və digər şəxslərə satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitlərinin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, onun narkotik vasitəni konkret olaraq kimlərə satması müəyyən edilməmişdir. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xasiyyətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlləri cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmadığını və cəzanı ağırlaşdıran halı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetdə qeydiyyata alınmaqla Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı Atakişili kənd ərazisindən aşkar olunmuş 01 ədəd kibrit qutusunda və 01 ədəd polietilen torbada olan ayrı-ayrılıqda təmiz çəkiləri – 5,91 qram və 3050 qram, ümumi çəkisi – 3055,91 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə - 3055,83 qram qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən, eləcə də yaşadığı kənd ərazisində baxış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disklərin cinayət işi materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 15 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı Atakişili kənd ərazisindən aşkar olunmuş 01 ədəd kibrit qutusunda və 01 ədəd polietilen torbada olan ayrı-ayrılıqda təmiz çəkiləri – 5,91 qram və 3050 qram, ümumi çəkisi – 3055,91 qram olan kustar üsulla hazırlanmışeyni tərkibli narkotik vasitə olan marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə - 3055,83 qram qalığıhökm qanuni qüvvəyə mindikdən sonra məhvedilsin. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən, eləcə də yaşadığı kənd ərazisində baxış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar