Məhkəmə qərarları › İş №1(099)-396/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-396/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-396/2024 23.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sabirabad Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 7 (002)- 1116/2022 nömrəli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Sabirabad şəhəri M.S.Ordubadi küçəsi, ev 53-də qeydiyyatda olmaqla yaşamış, 18 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 4(056)- 117/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan mənbədən və vaxtda külli miqdarda-50,658 qram çəkidə narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 0,667 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz daşıyaraq yaşadığı Sabirabad şəhəri, M.S.Ordubadi küçəsi 53 ünvanında yerləşən evə gətirmiş, daha sonra həmin narkotik vasitə heroinin 44,189 qramını 01 ədəd dəri materialdan hazırlanmış kiçik ölçülü pul qabının içərisində 03 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,678 qram, 18,614 qram, 4,897 qram olmaqla, evin yataq otağında yerləşən çarpayıda yastığın altında saxlamış, ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qram, 1,850 qram, 0,210 qram, 0,240 qram, 0,270 qram, 0,272 qram, 0,354 qram, 0,310 qram, 0,254 qram, 0,292 qram, 0,302 qram, 0,285 qram, 0,320 qram, 0,288 qram, 0,270 qram, 0,304 qram, 0,298 qram, 0,096 qram olmaqla, ümumilikdə 6,469 qramını isə 18 ədəd polietilen kəsiyi bükümünə yığmaqla, həmçinin təmiz çəkisi 0,667 qram olan psixotrop maddə metamfetamini 09 ədəd kağız bükümlərə və 01 ədəd polietilen bükümünə yığmaqla, üzərində qanunsuz daşımış, 18 iyul 2023-cü il tarixdə saat 20:25 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri M.S.Ordubadi küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən, saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad Rayon Polis Şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında saat 21:19 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 18 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qram, 1,850 qram, 0,210 qram, 0,240 qram, 0,270 qram, 0,272 qram, 0,354 qram, 0,310 qram, 0,254 qram, 0,292 qram, 0,302 qram, 0,285 qram, 0,320 qram, 0,288 qram, 0,270 qram, 0,304 qram, 0,298 qram, 0,096 qram olmaqla, ümumi çəkisi 6,469 qram olan kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroin, 09 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,021 qram, 0,030 qram, 0,038 qram, 0,030 qram, 0,020 qram, 0,022 qram, 0,024 qram, 0,022 qram, 0,020 qram, 01 ədəd polietilen bükümdə təmiz çəkisi 0,440 qram olmaqla, ümumi çəkisi 0,667 qram olan kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra həmin tarixdə saat 22:45 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı Sabirabad şəhəri, M.S.ünvan 3 ünvanda yerləşən evinə baxış keçirilən zaman evin yataq otağında yerləşən çarpayıda yastığın altından 01 ədəd dəri materialdan hazırlanmış kiçik ölçülü pul qabının içərisində 03 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,678 qram, 18,614 qram, 4,897 qram olmaqla, ümumi çəkisi 44,189 qram olan kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Tutulmamışdan 3-4 gün qabaq onu Yol Patrul Xidməti əməkdaşları saxlamış, narkotik vasitə istifadəçisi kimi cərimə etmişlər, daha sonra Cinayət Axtarış Bölməsinin rəisi Taleh ilə aralarında biraz pul söhbəti olmuşdur. Talehgil onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutmuşlar, test etmişlər, ondan 1500 manat pul almışlar və «sənin şərti cəzan var, sənin şərti cəzanı ləğv edib kilo qoyarıq» demişlər. Üstündən heç 3-4 keçməmiş, gəlib həyəti basmışlar, onu polis şöbəsinə aparmışlar, qabırğasını sındırmışlar. Məhkəmə tibb eksperti rəy vermiş, ancaq ekspert rəyində nə yazılmasını bilməmişdir. Qolunda da qandalın kəsiklərinə kimi qalmışdır. Gecə saat 1-də evə çəkilişə gəlmişlər, döyüldüyündən polis əməkdaşları ilə razılaşmış və imza çəkmişdir. Narkotik vasitə istifadəçisidir. Üzərindən və evindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini polis əməkdaşları qoyaraq götürmüşlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, evdə anası, arvadı və oğluyla yaşamışdır. Saxlanılmamışdan 4 gün qabaq idarə etdiyi avtomobilin qabaq dövlət qeydiyyat nişanı olmadığı üçün YPX-nin əməkdaşıları onu saxlamışlar. YPX-nin əməkdaşları onu saxlayandan sonra ekspertizaya aparmışlar, testdən keçirtmişlər. Narkotik vasitə təsiri altında avtomobil idarə etməyi təsdiq olunmuşdur. Onu Talehlə razılaşandan sonra cərimə etmişlər. Talehə 1500 manat vermişdir ki, məsələni bağlasın. YPX-nin əməkdaşları onu saxlayıb əməliyyatçılara vermişlər, əməliyyatçılar onu polis şöbəsinə aparmışlar. Polis əməkdaşları əvvəllər də onu üç dəfə saxlamışlar. Sonuncu dəfə məhkum olunduqdan sonra cəzadan şərti oalraq vaxtından əvvəl azad olunmuş, şərti cəzası 2024-cü ilin may ayının 11-də bitir. Sonuncu məhkumluğu Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olmuş, Sabirabad Rayon Məhkəməsinin hökmü ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. 28 iyul 2022-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuş, həmin vaxtı komendaturaya çıxmalı olmuş, ancaq alınmamış, sonra isə cəzasının 1 (bir) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Taleh onu əvvəllər 4 dəfə tutub pulunu alaraq buraxmışdır. Həyətdə oturub çay içdiyi yerdə polis əməkdaşları gəlib onu tutmuşlar. Həmin vaxtı özünün 1 qram narkotik vasitəsi, həyətdə stolun üstündə isə 0,002 qram psixotrop maddə metamfetamin olmuş, onu da özü istifadə etmək üçün almışdır. Evindən çıxan narkotik vasitəni əməliyyatçı gözünün qabağında balışın altına qoymuşdur. Polis əməkdaşları evə girən vaxt yoldaşıyla oğlu qardaşı qızının ad günündə olmuşlar, anası işdə olmuşdur. Həyətdə olan vaxt tək olmamış, polis əməkdaşı Sənanın qardaşı Kənanla olmuş, Kənanla bir yerdə tutulmuş, həmin vaxtda bir yerdə oturub çay içmişlər. Kənan narkotik satandır. Qabırğalarının qırılmağını 6 ay sonra ona demişlər. Qabırğasına əməliyyatçı Taleh vurmuşdur. Əllərini arxadan skoçla bağlamışlar. Taleh onu təpiklə vurmuşdur. Polis əməkdaşları Kənanı tutmamışlar. 18 iyul 2023-cü il tarixdə axşam saat 17:00-da onu həyətdə tutmuşlar. Mobil nömrəsi yadında qalmamışdır. Onu aparan vaxt anası işdən gəlmişdir. Saday əmisi oğlu və qonşusu Səid polis əməkdaşları onu aparanda görmüşlər. Polislər onu aparan vaxt anası evdə olmamış, işdə olmuşdur. Polis şöbəsinə aparandan sonra 2-ci mərtəbədə əməliyyatçı Talehin otağına qaldırmışlar. Cibindən narkotik çıxarılan vaxt vəkil gəlmiş, birdə vəkili iş bağlananda görmüşdür. İfadə verərkən vəkili görməmişdir. 1-ci ifadəsini Talehin otağında alıblar, həmin vaxt vəkil görməmişdir. Müstəntiq onu cinayət işinin materialları ilə tanış etməmişdir. Latın qrafikası ilə yazıb-oxuya bilməmişdir. Polis əməkdaşları onu evinin həyətindən aparan zaman əynində idman köynəyi və idman şalvarı olmuşdur. Üzərində olan telefonlardan «Huwei» markalı telefon işləməmiş, «Redmi» markalı telefon onun olmuş, «Samsung» markalı telefon onun olmamış, kimin olması barə də məlumatı olmamışdır. Üzərində 895 manat pul olmuş, həmin pul kreditinin pulu olmuşdur. Pulu anası banka ödəmək üçün ona vermişdir. Kredit anasının adına olmuşdur. Onu həyətdən aparanda evə də baxmışlar, evdə heç nə olmamışdır. Polis şöbəsinə aparandan sonra gecə saat 01 radələrində evə gətirmişlər, evə baxış keçirmişlər. Narkotik vasitəni cibinə Taleh qoymuş, evə narkotik vasitəni qoyan əməkdaşın adını bilməmişdir. Ondan soruşanda narkotik vasitənin özünün olduğunu demiş, çünki polis əməkdaşları onu döymüşlər, ona görə qorxub narkotik vasitələr və psixotrop maddə metamfetaminin özünün olduğunu demişdir. Kənanla hər bir yerdə görüşmüşlər, narkotik vasitəni Kənandan almışdır. Kənanı elə həyətdən buraxmışlar. Narkotik vasitəni Kənan ona gətirmişdir. Axrıncı dəfə Kənandan 70 manat pulun müqabilində narkotik vasitə almışdır. Kənanla telefon danışıqları olmuş, Kənandan narkotik vasitə almış, istintaq zamanı da bu haqda demişdir. Ona sms yazıblar ki, Kənandan narkotik vasitəni götür. Yaşadığı həyətdə onlardan başqa əmisi oğlu da yaşayır. Sənanla 50-dəfə telefon danışığı olmuşdur. Sənanın işlətdiyi qandal onda olmuşdur. Sənan ona narkotik vasitə verməmiş, həmçinin Sənana Kənanın ona narkotik vasitə verdiyini deməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilmişdir. Üzərində və evində aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr onun özünə məxsus olsa da, o, narkotik vasitələrin satışı ilə məşğul deyildir. Belə ki, o, Sabirabad şəhəri, M.S.ünvan 4-də ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 6 ildir ki, narkotik vasitə istifadə edir. Həbs olunmamışdan təxminən 10 gün əvvəl Bakı şəhəri Xırdalan qəsəbəsində yaşayan Faiq adlı şəxslə Sabirabad rayonu Qalaqayın kəndi ərazisində yerləşən mərkəzi dairənin yaxınlığında görüşərək ondan 50 qram narkotik maddə heroin və 0,667 qram psixotrop maddə metamfetamin almışdır. Həmin narkotik maddələri özü istifadə etmək məqsədilə almışdır. Faiq adlı şəxsi 2 ilə yaxın müddətdir ki, tanıyır. Onunla həbsxanada olan vaxtlarda tanış olmuşdur. Azadlığa çıxdıqdan sonra bir dəfə 2023-cü ilin əvvəllərində Faiq adlı şəxslə görüşüb ondan narkotik maddə heroin almışdır. Sonuncu dəfə təxminən 10 gün bundan əvvəl Faiq adlı şəxsdən aldığı narkotik maddələri saxlamaq məqsədilə yaşadığı Sabirabad şəhəri M.S.Ordubadi küçəsi 53 ünvanında yerləşən evinə gətirmişdir. Narkotik maddələrin bir hissəsini, yəni 3 ədəd sellofan bükümdə olan kütləni 01 ədəd dəri materialdan hazırlanmış kiçik ölçülü pul qabının içində yataq otağında yerləşən çarpayıda yastığın altında gizlətmişdir. Heroinin digər hissəsini 18 ədəd sellofan bükümdə, metamfetamini isə 09 ədəd kağız bükümdə və 1 ədəd sellofan bükümdə üzərində saxlamışdır. 18 iyul 2023-cü il tarixdə saat 20:25 dəqiqədə yaşadığı Sabirabad şəhəri, M.S.Ordubadi küçəsində piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və bu səbəbdən onu polis şöbəsinə dəvət etmişlər. O da bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞyə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təhqiqatçı ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoysun. O, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində şəffaf plastik qabın içində olan 18 ədəd sellofan bükümdə narkotik maddə heroinin, 09 ədəd kağız bükümdə və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminin olduğunu bildirib həmin kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın arxa ciblərində olan 3 ədəd smartfon tipli mobil telefonlar və 895 manat pul aşkar edilərək götürülmüşdür. Təhqiqatçı onun təqdim etdiyi bükümləri açaraq içinə baxdıqdan sonra ondan həmin kütlələr barədə soruşduqda o, həmin kütlələri təxminən 10 gün bundan əvvəl Sabirabad rayonu ərazisində Faiq adlı şəxsdən aldığını bildirmişdir. Təhqiqatçı həmin kütlələri nə üçün üzərində saxladığını soruşduqda isə öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını demişdir. Təhqiqatçı ondan həmin narkotik maddələrdən başqa hansı yerlərdə saxladığını soruşduqda yaşadığı evdə narkotik maddə heroin saxladığını bildirmişdir. Daha sonra şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş 18 ədəd sellofan bükümdə heroin, 09 ədəd ağ kağız bükümdə və 01 ədəd sellofan bükümdə metamfetamin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Həmçinin üzərindən aşkar edilmiş 03 ədəd smartfon tipli mobil telefon və 895 manat nağd pul təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı Sabirabad şəhəri M.S.Ordubadi küçəsində yerləşən evinə gedərək yataq otağında yerləşən çarpayıda yastığın altında gizlətdiyi dəri materialdan hazırlanmış kiçik ölçülü pul qabının içində olan 03 ədəd sellofan bükümdə narkotik maddə heroini təqdim etmişdir. Həmin narkotik maddə heroin təhqiqatçı tərəfindən götürülərək kağız zərfə qoyulmuş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə istintaqa verdiyi əlavə ifadəsində bildirmişdir ki, qorxduğu üçün üzərindən və evindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri Faiq adlı Xırdalan sakinindən aldığını bildirmiş, əslində isə o, narkotik vasitələri və psixotrop maddələri həmişə Azər adlı Sabirabad rayon sakinindən almışdır. Azər adlı şəxsi təxminən 4 ay müddətdir ki, tanıyır. Sonuncu dəfə 17 iyul 2023-cü il tarixdə Azərdən təxminən 50 qram narkotik maddə heroin və 0,667 qram psixotrop maddə metamfetamin almışdır. Bunun qarşılığında Azər adlı şəxsə 35 manat pul vermişdir. Azər narkotik vasitələri həmişə onun yaşadığı ünvana gələrək ona satmışdır. Azər onunla ***- ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Bundan əvvəl də bir neçə dəfə Azərdən narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə istintaqa verdiyi əlavə ifadəsində isə bildirmişdir ki, 18 iyul 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Sabirabad RPŞ-yə gətirilmişdir. Şöbədə olarkən müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. O, həmin zaman videoçəkilişdə üzərindən aşkar edilmiş narkotik vasitəni Xırdalan sakini Faiq adlı şəxsdən aldığını bildirmişdir. Lakin sonradan Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ona təzyiq göstərərək bildirmişdir ki, ifadəsini dəyişdirərək narkotik vasitəni rayon sakini olan X5 alması barədə yenidən ifadə versin. O da həmin zaman edilən təzyiqlərə dözmədiyi üçün Şahid1la razılaşmış və narkotiki Azərdən alması barədə yenidən ifadə vermişdir. Əslində isə o, narkotik vasitəni Azərdən almamışdır. Həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əməliyyat müvəkkili Şahid1 onun üzərinə qoymuşdur. Narkotik vasitələrin satışı ilə əvvəllər məşğul olmuşdur. Lakin 18 iyul 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş 18 ədəd bükümdə narkotik vasitə heroin və 10 ədəd bükümdə psixotrop maddə metamfetamin əməliyyat müvəkkili Şahid1 tərəfindən üzərinə zorla qoyulmuşdur. Həmçinin həmin tarixdə yaşadığı evə baxış keçirilərkən aşkar edilmiş 3 ədəd bükümdə narkotik vasitə heroini Şahid1 əvvəlcədən yaşadığı evə qoymuşdur. Həmin narkotik vasitə heroin ona məxsus deyildir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və evə baxış zamanı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, üzərindən və evindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin özünə məxsus deyildir, polis əməkdaşları tərəfindən doyüldüyündən həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini üzərinə götürməsini tələb etdikləri üçün üzərindən və evindən aşkar olunmuş heroin və metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində və evində narkotik vasitə heroin və psixatrop maddə metamfetamin olmadığını, aşkar olunan heroin və metamfetaminin polislərin üzərinə və evinə qoyduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən döyüldüyündən həmin heroin və metamfetamini üzərinə götürməsini tələb etdikləri üçün, üzərindən və evindən çıxan heroin və metamfetaminin özünə məxsus olduğunu deməyini tələb etdiklərini, üzərində şəxsi axtarış və evinə baxış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər döydükdən sonra bildirdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş şahid Sabirabad RPŞ-nin X2 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 18 iyul 2023-cü il tarixdə Sabirabad şəhəri, M.S.ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhəri M.S.Ordubadi küçəsində yaşadığı evin yaxınlığında müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad RPŞ-yə gəlməyi təklif etmişlər. Vamiq də razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Vamiq təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vamiqə təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf plastik qabda olan 18 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlələri, 09 ədəd kağız bükümdə və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələri təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin 18 ədəd bükümün içərisində olan kütlələrə baxış keçirilən zaman, narkotik maddə olan heroinə oxşaması müəyyən edilmişdir. 09 ədəd kağız bükümdə və 01 ədəd sellofan bükümdə olan kütlələrə baxış keçirilən zaman isə psixotrop maddə olan metamfetaminə oxşaması müəyyən edilmişdir. Vamiq həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri Xırdalan qəsəbəsində yaşayan Faiq adlı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində və yaşadığı Sabirabad şəhəri M.S.ünvan 4 ünvanında yerləşən evində saxladığını, satış məqsədinin olmadığını və yaşadığı evdə saxladığı narkotik vasitəni polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir. Aşkar edilmiş kütlələrə Vamiqin iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb götürülmüşdür. Vamiq yaşadığı Sabirabad şəhəri M.S.ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin yataq otağında yerləşən çarpayıda yastığın altında gizlətdiyi 01 ədəd dəri materialdan hazırlanmış kiçik ölçülü pul qabının içərisində 03 ədəd sellofan bükümdə olan kütləni təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin kütlələrə baxış keçirilən zaman narkotik maddə olan heroinə oxşaması müəyyən edilmişdir. Vamiq həmin narkotik vasitəni öz istifadəsi üçün yaşadığı evdə saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş kütlələrə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb götürülmüşdür. Vamiqin üzərində şəxsi axtarış keçirilərkən aşkar edilmiş 18 ədəd bükümdə narkotik vasitə heroin və 10 ədəd bükümdə psixotrop maddə metamfetamin, eləcə də həmin tarixdə yaşadığı evə baxış keçirilən zaman aşkar edilmiş 03 ədəd bükümdə narkotik vasitə heroin Vamiqin özünə məxsusdur. Həmin narkotik vasitəni və psixotrop maddəni Vamiqin üzərinə və yaşadığı evə o, qoymamışdır. Vamiq saxlanılan zaman və polis şöbəsində olarkən ona heç bir təsir və təzyiq göstərməmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Vamiqin şalvarının cibindən kauçuk qabda, daha sonra isə evindən narkotik vasitə aşkarlanmışdır. Vamiq narkotik istifadəçisi olduğunu, narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Vamiqi saxlayan zaman tək olmuş, evinə baxış keçirilən zaman anası evdə olmuşdur. Anası heç bir etiraz etməmiş, heç bir söz deməmişdir. Vamiq saxlanılan zaman narkotikin təsiri altında olmuş, Vamiqə toxunmaq olmazdı, nəyinki döymək, Vamiqi heç kim döyməmişdir. Vamiqi YPX-əməkdaşlarının saxlaması barədə məlumatı olmamışdır. Vamiqi əvvəllər 4 dəfə tutub buraxmamışdır. Vamiqə «çıtma» belə vurulmayıb, nəyin ki, Vamiqi təpiklə vurmamışdır. Şahid3 Polis Şöbəsinin əməkdaşıdır. X9 Abdullayevdən 70 manata narkotik vasitə alması barədə məlumat olmamışdır. Vamiqin yaşadığı evlə Sabirabad mərkəzi bazarına olan məsafə 1-2 km olar. Vamiqi yaşadığı evin qarşısında tutumuşlar. Vamiqi narkotik vasitəni satan zaman tutmamışdır. Vamiqin yaşadığı evə müdafiəçi ilə getmişlər, videoçəkliş olmuşdur. Saxlanılan zaman Vamiq narkotik vasitəni Faiq adlı şəxsdən aldığını bildirmiş, sonra isə müəyyən olunmuşdur ki, Vamiq narkotik vasitəni Azər adlı şəxsdən almış, Azəri də daha sonra tutmuşlar. Dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Vaqmiq Vəliyevi YPX əməkdaşları deyil Şahid1 ilə birlikdə saxlamışlar. Vamiqi Şahid1 döyməmişdir. Vamiqi axşam üstü saxlamışlar, şəxsi axtarışı şöbəyə apardıqdan sonra keçirmişlər, ancaq aradan konkret olaraq nə qədər vaxt keçməsini bilməmişdir. Vamiqi gətirib təhiqatçıya təqdim etmişlər. Şəxsi axtarışdan sonra Vamiqin evinə baxış keçirtmişlər. Vamiqin evinə baxış keçirməmişdən qabaq heç bir polis əməkdaşı onun evinə getməmişdir. Vamiqin yaşadığı həyətdə özündən başqa 3-4 ev olmuşdur. Vamiq saxlanılan vaxt və həmin gün Şahid4 saxlamamışlar. Onlarda Vamiqin narkotik vasitəni Şahid4 alması barədə məlumat olmamışdır. Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan danışır, Vamiq qardaşı Kənandan narkotik vasitə almamışdır. Vamiqlə qonşudur, qohumluq münasibətləri vardır. Vamiq tutulandan sonra eşitmişdir ki, Vamiq onlardan gedib şikayət etmiş, ancaq Vamiqin hası səbəbdən şikayət etməsini bilməmişdir. Vamiq əvvəllər ona zəng edib qardaşı Kənanın harada olmasını soruşmuşdur. Vamiq saxlanılan gün qardaşı Kənanı polis əməkdaşları saxlamamışlar. Post Patrul Xidmət Bölüyündə axşam növbəsində işləyir, axşam saat 20:00-da növbəyə gedir, səhər saat 9-da növbəni təhvil verir, evə gəlib yatır, axşam üstü Vaqmiqin anası İradə ona telefonla zəng edib hardasan demiş, həmin vaxtı evində yatılı olmuş, İradədən nə olduğunu soruşmuş, İradə ona «ədə qoyma» Vamiqi polis əməkdaşları tutmuşlar demişdir. İradə ondan Vamiqə köməklik edə bilərsən deyə soruşmuş, İradəyə «vallah mən polis serjantıyam, mənim səlahiyətimdə deyil, şöbənin rəisi deyiləm» demiş və İradə ilə sağollaşmışdır. Vamiqə qandal verməmişdir. Dindiriliş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımış, həm qohum həm də qonşudurlar. Vamiqlə münasibəti yaxşı olmuşdur. Vamiq ondan narkotik vasitə almamış, Vamiqə narkotik satmamışdır. Ali təhsillidir, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Polis əməkdaşları heç vaxt, o cümlədən Vamiq saxlanılan zaman onu saxlamamışlar. Vamiq saxlanılan gün Sabirabad rayonunda olmuşdur. Vamiq tutulan gün Vamiqlə oturub çay içmiş, sonra durub çıxıb getmişdir. Vamiqlə əvvəllər aralarında söz-söhbət və intiriqa olmamışdır. Barəsində yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi olmuş, ondan başqa barəsində cinayət işi olmamışdır. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -18 iyul 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs üzərindən 18 ədəd polietilen bükümdə ümumi çəkisi 6,469 qram olan narkotik vasitə heroin, 09 ədəd kağız bükümdə və 01 ədəd polietilen bükümdə ümumi çəkisi 0,667 qram olan psixotrop maddə metamfetamin, yaşadığı Sabirabad şəhəri, M.S.Ordubadi küçəsi 53 ünvanında yerləşən evində isə 03 ədəd polietilen bükümdə ümumi çəkisi 44,189 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı və həmin fakt əsasında toplanmış ilkin araşdırma materialları əsasında Sabirabad RPŞ-nin istintaq bölməsində 19 iyul 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.(i.v.1-45) -«şübhəli şəxsin tutulması haqqında» 18 iyul 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 18) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 18 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad RPŞ-yə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 18 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 9 ədəd kağız bükümdə, 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlələri təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd «Huawei» markalı, 01 ədəd «Redmi» markalı, 01 ədəd «Samsung» markalı mobil telefon və 01 ədəd pul qabının içərisində 895 manat nağd pul aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş kütlələr, telefonlar və pul vəsaiti müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Bakı şəhəri, Xırdalan qəsəbəsi sakini Faiq adlı şəxsdən aldığını, satmaq və istifadə etmək üçün saxladığını qeyd etmiş, həmçinin üzərindən aşkar edilmiş 895 manat nağd pulun narkotik maddə satışından əldə etdiyi pullar olduğunu bildirmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs sorğu zamanı yaşadığı evdə də narkotik vasitə olduğunu və həmin narkotik vasitəni təqdim edə biləcəyini qeyd etmişdir.(i.v.26-28) -«baxış keçirilməsi haqqında» 18 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad şəhəri M.S.Ordubadi küçəsi 53 ünvanında yerləşən evində axtarış aparılan zaman evin yataq otağında yerləşən çarpayıda yastığın altından 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş və bu barədə videoçəkiliş cinayət işi materiallarına əlavə edilmişdir.(i.v.33-35) -«məhkəmə-kimyəvi ekspertizası»nın 19 iyul 2023-cü il tarixli, 18/737 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «...Təqsirləndirilən şəxs üzərindən..» sözləri yazılmış kağız paketdə 18 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 0,254 qram, 1,850 qram, 0,210 qram, 0,240 qram, 0,270 qram, 0,272 qram, 0,354 qram, 0,310 qram, 0,254 qram, 0,292 qram, 0,302 qram, 0,285 qram, 0,320 qram, 0,288 qram, 0,270 qram, 0,304 qram, 0,298 qram, 0,096 qram, ümumi çəkisi-6,469 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. 09 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,021 qram, 0,030 qram, 0,038 qram, 0,030 qram, 0,020 qram, 0,022 qram, 0,024 qram, 0,022 qram, 0,020 qram, 01 ədəd polietilen bükümdə təmiz çəkisi- 0,440 qram, ümumi çəkisi 0,667 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: «...Təqsirləndirilən şəxs yaşadığı evdən..» sözləri yazılmış kağız paketdə 03 ədəd polietilen bükümdə ayrıayrılıqda təmiz çəkisi-20,678 qram, 18,614 qram, 4,897 qram, ümumi çəkisi-44,189 qram qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. Tədqiqata təqdim olunmuş 21 ədəd bükümdə, ümumi çəkisi-50,658 qram olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir.(i.v.40-44) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Sabirabad Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 4(056)- 117/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə vermiş olduğu ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək əməlindən səmimi peşman olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək məhkəmədən barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsini xahiş etmişdir.(i.v.52-53; 72-76) -«maddi sübut kimi tanınması barədə» 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalığı 49,608 qram olan narkotik vasitə heroin, 0,567 qram psixotrop maddə metamfetamin, 01 ədəd «Huawei» markalı, 01 ədəd «Redmi» markalı, 01 ədəd «Samsung» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş 895 manat nağd pul vəsaiti də maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabirabad RPŞnin depozit hesabına köçürülmüşdür.(i.v.77-78) -«baxış keçirilməsi» haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Huawei» və «Redmi» markalı mobil telefonlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefonun «mesajlar» bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ********** saylı mobil nömrəsindən ********** saylı mobil nömrə ilə «davu boşaldım sağol», «sonra zəng edərəm.» məzmunlu sms mətnləri aşkar edilmişdir. Telefonun «mesajlar» bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəsindən ********** saylı mobil nömrə ilə «menem asif telfonu ac heyox dedenaa bidene yarım menem asif» məzmunlu, «Kenan» adlı abonentlə «4169 7388 7496 2420» məzmunlu, «Niçat» adlı abonentlə «qardaş tezden tez dursan yıgarsan» məzmunlu, ********** saylı mobil nömrə ilə «qaqa salam 80m pul var mene kömey ele» məzmunlu, ********** saylı mobil nömrə ilə «Vamık saqol hormetıne qore sen eledıyın hormeten mende sene edecem sebırıol» məzmunlu, ********** saylı mobil nömrə ilə «aya kişisanş adamsan.ayacavab verdana.ya qaçırsanda qaqa.bir söz deyirsanda.navaxta» məzmunlu, ********** saylı mobil nömrə ilə «yeke oglansan danwanda amerkadann dannwsan 10 gundu hamya mal versen yeke kiwsenn borxuy verse neter pazvaratt edaen ozne» məzmunlu, ********** saylı mobil nömrə ilə «kelbelayi menem Adil.men kisiyem haminin sözun ozumle bir gotururem.men sozumden soyuwden otru 5000 minlik saatimi 500 manata vermwem sen yadna sal 2 gun once ucun ne soyuwu soydn geceye 200 manati mende ele 10 deqe seni cayl bilmwem» məzmunlu sms mətnləri aşkar edilmişdir. Telefonun «Whatsapp messenger» proqramına baxış keçirilərkən həmin proqramın «söhbətlər» bölməsinə baxdıqda Təqsirləndirilən şəxs istifadə etdiyi ********** saylı mobil nömrədən ********** saylı mobil nömrə ilə «X15 lomkA Olar? X7 İndi Görsən sən ancaq elə şeylər fikirləşərsən də, amma heç fikirləşmərsənki ay bilə görəsən bunun nə problemi var, bu belə eliyən deyildi axı buna noldu elə şeyləri fikirləşmərsən nəysəye tezdən gələcəmdə tezdən gələcəm tezdən deyəndəki saat nəbilim on birdə on ikidə durram gələcəm yanıva, onu da tapıb gətirəcəm 110 manat qalmışamda sənə onuda gətirib verəcəm day eləmiyəcəm nolar olar», «Eşidirsən məni? Sənin mən heç nəyivi istəmirəm səni and verirəm Allaha nə mənə salam ver nə mənə zəng elə nə mənim yanıma gəl bu 110 manatı da verirəm sənə bildün? Hə yəni sən istiyirdün krupni eliyəsən yəni həmişəki Vamiq döördə krupni eləmə 110 manat 200 manat olardıda pataloki bildün? yaxşı yol sənə», 100 defe X13 catmir İtder binanin Heyetindedi Senol guduller meni Gellem dayi cannn» məzmunlu, ********** saylı mobil nömrə ilə «Salam ay Vamiq **********798559 nömrəli bank kartı Vamiq deyəsən alınmadı? Vamiy salam Vamiy salam X10» məzmunlu, ********** saylı mobil nömrə ilə «Salam qaqa Eger yatmamisansa menle sivyaza cix Muxtarov di Mehdi» məzmunlu, ********** saylı mobil nömrə ilə «Nə var nə yox nətərsən? X8 keçən səfər sənə yarı daşnan dəyişdüye patıynan həmin daşdan məndə biraz qalıbe yenə yəni bir qram var yani nətər daş idi xoşuva gəldi? Yəni Allah haqqı superdi aa dime onnan bir qram qalır məndə onu nəsə bir bişey elemey olmazdı? Nə fikirləşirsən nə deyirsən? Mənəme rafka dənə rafka keçən səfər rafaelində yığıram deyirsən başqa yerdəyəm keçən səfər Elvingilə gələndə səynən daşnan dəyişmədüy yarımı? Didim yarım istiyirdi mən də didim daşımda var idi lazım döör daş bir qram daş var idi Rafael mənəm Rafael nətər məni yadıva sala bilmirsən bilmirəm keçən səfər dəyişdüye yarım verdim əvəzinə yarım torpaq verdüne mənə didim bidənə yarım lazım idi bidənə daş var idi ehtiyac yox idi qaqa? Keçən səfərki daş nətər oldu xoşva gəldi?» məzmunlu, +1(954)212-9051 saylı mobil nömrə ilə «**********288057 nömrəli bank kartı Vamiq bu mənim vatsapımdı məni yığarsanda bu vatsapda» məzmunlu, ********** saylı mobil nömrə ilə «Vamiq?» məzmunlu sms mətnləri aşkar edilmişdir.(i.v.116-121) -«baxış keçirilməsi haqqında» 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair diskdəki məlumatlara baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə saat 00:00-dan xx.xx.2023-cü il saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrə ilə «Gelim dunen dediyimi ver. Sen meni saxladin burda hele lomkadada qoyassan», «Gelim 10 ver bidene ollem men barat» məzmunlu, ********** saylı mobil nömrə ilə «Tezen sene qum qetrcem» məzmunlu, ********** saylı mobil nömrə ilə «Aiia yekakişisan deyiram axırram naoldğaya», «Aya day. Axşam oldı naoldğ sani kozdayiram axı alimboşdr» məzmunlu, ********** saylı mobil nömrə ilə «Qaqa mənəm elvindi. 35-manat var üstümdə. Yarı torpağ 5-diy də daş.», «Tel. Aç qaqam. Harda məsləhətdi orda görüşək» məzmunlu, ********** saylı mobil nömrə ilə «Yanda mən tapmayanda demişdin ele olanda fərdə secem Qaqa, qardawn olure hər wey qıraqda bəs sən qardawnam heçkim tapma», «Mən kefindən satmadım maqnit kəblə sənədə duz olsn sən mənə mal dey», «Qardaw desen mənə mən gecədən oluremee mən pula görə maldan etmednee», «Sən belə hörmətsizlik edən 5 gündü gör o maqnit senden alıram ya yox», «Qaqa demişdin şəhər durub yigacam qardawn axwamda olur vallah yatma», «ene saatı var şifon sensor oğlundan sora bilir bahalı saatdı der on», «u verim mənə 1 qram mal qaqa ürəyi parter varı isə gələn gedən etdi qutardı qaqa yani saat h dəyəri 200 imkan var» məzmunlu, ********** saylı mobil nömrə ilə «Telefon var bidene super bizdə metadom kristal» məzmunlu, ********** saylı mobil nömrə ilə «Kəblə.1.dene.butöy.veredun.menr»,«Vamiq.gelim.bir.qram.ver.qaqaş»,«Kelbelai.qaqa..ge lim.1.dene.ver.mene.p.duz.di» məzmunlu, ********** saylı mobil nömrə ilə «Vamik imkan varsa mani qeçikdirma» məzmunlu sms mətnləri aşkar edilmişdir.(i.v.124-126) -«ambulator məcburi narkoloji tibbi yoxlamanın» 18 avqust 2023-cü il tarixli, 5292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.131-132) -Sabirabad Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 4(056)-184/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 (üç) ay, yəni 18 fevral 2024-cü il tarixədək uzadılmışdır.(i.v.168-171) -25 yanvar 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir.(i.v.194-196) -«sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması, ayrılan cinayət işinin icraata qəbul edilməsi haqqında» 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrı icraata ayrılmışdır.(i.v. 211-227) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin polis əməkdaşı Şahid1 tərəfindən qoyulması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab edilir. Siyahılara əsasən heroin narkotik vasitə, metafetamin isə psixotrop maddədir, onların 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-50,658 qram çəkidə narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 0,667 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz daşıyaraq yaşadığı Sabirabad şəhəri, M.S.Ordubadi küçəsi 53 ünvanında yerləşən evə gətirərək hissələrə ayrıması onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütlələri satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Cinayət işinin materiallarının 174-179-cu səhifələrində olan Sabirabad rayon prokurorluğunun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 07 dekabr 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sabirabad RPŞ-nin İB-də təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində, üzərində aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmaması, həmin vasitələrin RPŞ-nin əməkdaşı Şahid1 tərəfindən onun üzərinə qoyulması barədə verdiyi məlumat əsasında aparılmış, araşdırma nəticəsində Sabirabad RPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və qeyrilərinin əməllərində cinayət tərkibi olmadığı üçün Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırmanın sonrakı dövründə və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evdən aparılması, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı işgəncə verilərək, döyülməsi nəticəsində qabırğasının sınması, üzərindən və evindən çıxan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə və evinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən və evinə baxış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polis əməkdaşları tərəfindən döyülərək məcbur edildiyi üçün deməsi barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Cinayət işinin materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Vamid Vəliyev həmçinin ciayət işinin materiallarının 31-ci səhifəsində olan izahatında, 36-cı səhifəsində olan izahatında, 48-51-ci səhifələrində olan şübhəli şəxs qismində olan ifadəsində, 60-63-cü səhifələrində olan təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq edilmədiyini, təsir və təzyiq olunmadığını bildirmişdir. Sabirabad Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 4(056)-117/2023 nömrəli qərarından da görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə vermiş olduğu ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək əməlindən səmimi peşman olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək məhkəmədən barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və qabırğasının sındırılması barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmətibbi ekspertizasının 19 noyabr 2023-cü il tarixli, 809 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə polis əməkdaşı Şahid1 onun cibinə narkotik vasitə qoyduğunu, onu təpiklə vuraraq etiraf etməsinə məcbur etdiyini, həmin vaxtı qabırğasının sındığını, tibbi yardım almadığını, döş qəfəsindəki küt ağrıdan şikayət etdiyini məhkəmə-tibb ekspertinə bildirmişdir. Təqsirləndirilən şəxs döş qəfəsi sümüklərinin rentgen müayinəsi üçün Sabirabad RMX-na göndərilmişdir. Sabirabad RMX PHŞ-in Rentgenoloqunun 17 noyabr 2023-cü il tarixli rəyində «döş qəfəsi orqanlarının rentgen müayinəsində ağciyərlərdə ocaqlı kölgəliklər aşkar olunmadı. Bronx dammar şəkli bir qədər güclənib. Sinuslar sərbəstdir. Ürək norma daxilindədir. Qabırğalarda destruktiv dəyişikliklər aşkar olunmadı» yazılmışdır. Bakı İstintaq Təcridxanasından 12 mart 2024-cü il tarixli, 3-16-17/40/2-1773/2024 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış 7560/2023 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı hər iki said nahiyəsində, qarnının ön divarında çox saylı çapıq, toxuma, hər iki baldırda postinyeksion çapıq toxuma müşahidə edilmişdir. Həbs olunan zaman zədə almadığını və şikayəti olmadığını bildirmişdir. Sabirabad RPŞ-dən daxil olmuş 04 aprel 2024-cü il tarixli, 3-13-103/2-8415/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sabirabad RPŞ-nin MSY-nə qəbul edilərkən həkim müayinəsindən keçmiş və onun bədəni üzərində hər hansı bir xəsarət izləri aşkar olunmamışdır. Sabirabad RPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 da ifadələrində Təqsirləndirilən şəxs döyülmədiyini, ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişlər. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında»,«baxış keçirilməsi barədə» protokollar, həmin protokollara əlavə edilmiş videoçəklişlər, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 49,608 qram təşkil edən narkotik vasitə heroin, 0,567 qram təşkil edən psixotrop maddə metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə narkotik vastitələrin qanunsuz dövriyyəsinə və digər cinayətlərə görə məhkum olunmuş, sonuncu dəfə Sabirabad rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir.(i.v 100-101). -Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Sabirabad şəhər İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2023-ci il tarixli, 780 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri M.S.ünvan 4-də qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilməmişdir.(i.v.89-90) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluq ödənilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, baxılan iş üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ağır cinayəti törətmiş Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 iyul 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ona ittiham elan edilən əməli, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli 18 iyul 2023-cü il tarixdə, yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzanın bitməsindən əvvəl törətmişdir. Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulduğundan həmin maddədə nəzərdə tutulan əməl ağır cinayət hesab edilir. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir Buna görə də Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 7 (002)-1116/2022 nömrəli qərarı ilə 1 (bir) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və ona Sabirabad Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 18 iyul 2023-cü il tarixdən hesablanmalı və Sabirabad Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 4(056)-117/2023 nömrəli ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 7 (002)- 592/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. «Ambulator məcburi narkoloji tibbi yoxlamanın» rəyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. İttiham aktında yazılmış istintaq zamanı məhkəmə-linqvistik və dinşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərci təqsirləndirilən şəxs Ramil Əliyevə həmin halla bağlı ittiham elan edilmədiyindən ona aid edilməməlidir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Sabirabad RPŞ-dən daxil olmuş 13 fevral 2024-cü il tarixli «maddi sübutun təhvil verilməsi bardə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd «Redmi» markalı və 01 ədəd «Huawei» markalı mobil telefonlar Təqsirləndirilən şəxs oğlu Fərid Vəliyevə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan «maddi sübut kimi tanınması barədə» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş 895 (səkkiz yüz doxsan beş) manat nağd pul vəsaiti də maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabirabad RPŞ-nin depozit hesabına köçürülmüşdür. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş cinayət yolu ilə, yəni narkotiklərin satışından əldə olunması iddia olunan 895 (səkkiz yüz doxsan beş) manat məbləğdə pul vəsatinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışından əldə etməsi sübut olunmamış, hətta keçirilmiş əməliyyataxtarış tədbirlərinə rəhblərik etmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satan zaman tutmadıqlarını bildirmiş, dövlət itithamçısı çıxışında Təqsirləndirilən şəxs üzərindən götürülmüş 895 (səkkiz yüz doxsan beş) manat nağd pul vəsaitinin Təqsirləndirilən şəxs ailə üzvülərinə qaytarılmasını təklif etmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «24» dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 76-cı bəndində göstərilir ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidirsə, xüsusi müsadirə əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasında ifadə olunan, cinayət cəzası ilə yanaşı cinayət məsuliyyətinin realizə edilməsinə xidmət edən cinayəthüquqi xarakterli tədbirdir. Odur ki, hökmdə mülki iddianın təmin edilməsinə təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməsinin əsası kimi istinad edilməməli, xüsusi müsadirə mülki iddianın verilib-verilməməsindən asılı olmayaraq cinayət prosesində CM-in 99-1.1.1- 99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş əmlak müəyyən edildiyi hər bir halda tətbiq edilməlidir. Həmin qərarın 78-ci bəndində göstərilmişdir ki, CPM-in 346.1.18, 346.1.19-cu maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə digər məsələlərlə yanaşı, həmçinin «cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığını», habelə «hansı əmlakın xüsusi müsadirə edilməli olduğunu» müzakirə etməli, CPM-in 353.4.12-ci maddəsinə görə isə ittiham hökmünün nəticəvi hissəsində xüsusi müsadirə edilən əmlakın siyahısını göstərməlidir. Həmin qərarın 80-ci bəndində göstərilmişdir ki, xüsusi müsadirə üzrə məsələlər həll edilərkən cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunmuş, lakin qanuni sahibinə qaytarılmalı olan əmlakın, eləcə də cinayət yolu ilə əldə olunsa da (həmin əmlak hesabına əldə edilmiş gəlir olsa da), qanuni sahibinə qaytarılmalı olan əmlakın müsadirəsini istisna edən müvafiq olaraq CM-in 99-1.1.1 və 99-1.1.2-ci maddələrinin müddəaları nəzərdən qaçırılmamalıdır. Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində həmin Məcəllənin 99-1.1-ci maddəsinə istinad olunmuş, bu maddədə isə xüsusi müsadirəyə məruz qoyula bilən əmlak sırasından, o cümlədən müsadirə edilməli olan cinayət yolu ilə edilmiş pul və əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər dairəsindən qanuni sahiblərinə qaytarılmalı olan pul vəsaitləri və digər əmlak istisna edilmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 49,608 qram təşkil edən narkotik vasitə heroin, 0,567 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş «Samsung» markalı mobil telefon və 895 (səkkiz yüz doxsan beş) manat məbləğdə pul ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Sabirabad Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 7(002)-1116/2022 nömrəli qərarı ilə 1 (bir) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sabirabad Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrumetmə əsas cəzası hazırkı hökm üzrə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 18 iyul 2023-cü il tarixdən hesablansın. Sabirabad Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 4(056)-117/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniya məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 49,608 qram təşkil edən narkotik vasitə heroin, 0,567 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş «Samsung» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 895 (səkkiz yüz doxsan beş) manat məbləğdə pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar