Məhkəmə qərarları › İş №1(099)-397/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-397/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-397/2024 26.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi5 və Müdafiəçi2, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1980-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində 07 may 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, 07 yanvar 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3ə yaşamış, barəsində 07 may 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə s axlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri, 08 oktyabr 1977-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 4 ünvanda yaşamış, barəsində 07 may 2023cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 2023-cü ilin may ayının əvvəllərində qanunsuz yolla qazanc əldə etmək üçün Türkiyə Cümhuriyyəti ərazisində olarkən tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti məlum olmayan «Anar» adlı şəxs və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri Türkiyə Respublikası ərazisində əldə etmə, saxlama, daşıma, gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə Azərbaycan Respublikası ərazisində satışı ilə bağlı əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən məlum olmayan tarixdə, «Anar» adlı şəxsdən külli miqdarda 458,917 qram narkotik vasitə kokain, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3284 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini və külli miqdarda 17,323 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib idarə etdiyi «Mersedes» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabin hissəsində gizlədərək 04 may 2023-cü ildə, saat 12:15-də Gürcüstan-Azərbycan dövlət sərhədində yerləşən «Qırmızıkörpü» adlanan gömrük-sərhəd buraxılış məntəqəsindən gömrük nəzarətindən gizli keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq daşımış, həmin gün Qazax rayonunun Qazaxbəyli kəndinin ərazisində idarə etdiyi «Mersedes» markalı yük avtomobili ilə qəza törətdikdən sonra onların qaçaqmalçılıq cinayəti törətməsindən məlumatı olmayan qohumu Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlayaraq onunla cinayət əlaqəsinə girib onu hadisə yerinə çağırmış, sonuncu taksi ilə Hacıqabul şəhərindən Qazax rayonunun Qazaxbəyli kəndinə gedərək ondan 458,917 qram narkotik vasitə kokaini və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3284 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini qanunsuz əldə edərək yaşadığı Hacıqabul şəhəri, Şirvan küçəsi, ev 50 ünvanında yerləşən mənzilinə qanunsuz olaraq daşımış, Təqsirləndirilən şəxs3 əldə etdiyi kokainin külli miqdarda 3,189 qram hisəsini və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 0,36 qram təşkil edən 02 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini üzərində saxlamış, ertəsi gün, yəni 05 may 2023-cü ildə Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyata Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Hacıqabul şəhərinə gedərək gunorta saatlarında Təqsirləndirilən şəxs3la sonuncunun yaşadığı evin yaxınlığında görüşüb külli miqdarda 458,917 qram narkotik vasitə kokaini, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3282 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini bir ədəd sellofan torbada qanunsuz olaraq əldə edib külli miqdarda kokainin 451,985 qram hissəsini, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 588,96 qram təşkil edən 3272 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini idarə etdiyi «Toyata Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə və külli miqdarda kokainin 3,743 qram hissəsini və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 1,8 qram təşkil edən 10 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini üzərində yerləşdirib Bakı şəhəri istiqamətində qanunsuz olaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 13:45-də Bakı-Qazax magistral yolunun 10-cü kilometrliyində idarə etdiyi «Toyoto Pirius» markalı avtomobillə birlikdə saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə aparılıb orada saat 15:00-da üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərdə, külli miqdarda 3,743 qram çəkidə narkotik vasitə kokain və külli miqdarda, tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 1,8 qram təşkil edən 10 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbləri aşkar olunaraq götürülmüş, həmin gün saat 16:00-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 özünün razılığı və iştirakı ilə idarə etdiyi «Toyoto Pirius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Hacıqabul Rayon Polis Şöbəsinin həyətində baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən bir ədəd politelin torbada külli miqdarda 451,985 qram narkotik vasitə kokain və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 588,96 qram təşkil edən 3272 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbləri aşkar olunaraq götürülmüşdür. Həmin gün saat 15:40-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri davam etdirilərkən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Qazax rayonunun Qazaxbəyli kəndində, yolun kənarında saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə aparılıb orada saat 16:50-də üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 17,323 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, həmin gün saat 16:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən YDM-nin yaxınlığında saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə aparılıb orada saat 18:00-da üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 3,189 qram narkotik vasitə kokain və külli miqdarda, tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 0,36 qram təşkil edən 02 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həblər aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəlindən «Mersedes» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili olan TİR-da sürücü işləməklə Türkiyə Respublikasına yük daşımışdır. 05 may 2023-cü ildə idarə etdiyi avtomobillə Türkiyədən Azərbaycana yük daşıyarkən Qazax rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində avtomobilin yük yerində olan mallar yola dağılmış, dağılan malların ətrafdan yığılmasına köməklik göstərmək məqsədilə xalası oğlu Təqsirləndirilən şəxs3 zəng edərək ona hadisə barədə məlumat vermiş və ona köməklik etməsi üçün hadisə yerinə gəlməsini xahiş etmiş, Xəyyam taksi avtomobili ilə onun yanına gəlmiş, o, avtomobilin kabinəsinə qoyduğu şəxsi əşyalarını, yorğan-döşəyi və içərisində digər əşyalarla yanaşı psixotrop maddə olan idman çantasını Xəyyama verib ondan əşyalarını öz evlərinə aparmasını, onun evinə verməməsini, evinə verəcəyi təqdirdə evdəkilərin narahat olacağını, hadisədən sonra gəlib əşyalarını götürəcəyini bildirmiş, lakin sonuncuya bu barədə hər hansı bir söz deməmiş, həmin gün günortadan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Qazax rayon polis şöbəsinə aparılmış, orada sorğu-sual zamanı heç vaxt dövlət sərhəddindən narkotik vasitə keçirmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törədilmiş cinayətlər haqqında ətraflı ifadələr vermiş və ifadəsində göstərmişdir ki, 2017-ci ildən Türkiyə Respublikası ilə əlaqəsi olmuş, 2020-ci ilin əvvəlindən Qəmbər Qəmbərov adlı şəxsə məxsus «Mersedes» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili olan TİR-da sürücü işləməklə Türkiyə Respublikasına yük daşımış, İstanbul şəhərində olarkən Anar adlı şəxslə tanış olmuş, bir neçə dəfə sonuncunun pul müqabilində (kartına pul köçürməklə) Azərbaycana aparmaq məqsədi ilə ona verdiyi dərman həblərini gətirib Bakıda tanımadığı şəxsə çatdırmış, sonuncu dəfə Türkiyənin Keysəri şəhərində olarkən Anar yenə onunla əlaqə saxlayıb Azərbaycana psixotrop maddə göndərmək istədiyini və bunun müqabilində ona 2000 manat pul verəcəyini deyərkən onunla razılaşmış, bir gün sonra onun və sonuncunun Samir adlı tanışı yanına gələrək ona dörd ədəd kolbasa formasında sellofan bağlamalar vermiş, Samirin ona verdiyi bağlamaların içərisində narkotik vasitə kokain deyil, psixotrop maddələr olduğunu fikirləşmiş, Samirdən bağlamaları alıb gömrükdən keçərkən aşkar olunmasın deyə onları çirkli paltarlarının içərisinə qoymuş, 04 may 2023-cü ildə günorta saatlarında «Qırmızıkörpü» sərhəd buraxılış məntəqəsində gömrükdən keçən zaman gömrük əməkdaşı tərəfindən avtomobili və yükləri yoxlanılarkən psixotrop dərmanların aşkar olunmaması üçün sonuncuya orada çirkli paltarlarının olduğunu demiş, gömrük işçisi çantaya ətraflı baxmamış, sərhəd buraxılış məntəqəsindən keçib Qazax rayonu istiqamətinə yola düşmüş, Qazaxbəyli kəndində avtomobilin arxa təkəri partladığından avtomobili yoldan çıxarıb aşırmış, nəticədə avtomobilin qoşququsuna yığılmış əşya və yüklərin, həmçinin kabinədə gizlədib saxladığı bağlamaların içərisində olan psixotrop maddələrin yola səpənəndiyini görüb cəld onları götürüb çirkli paltara büküb bir ədəd sellofan torbaya və sonra sellofan torbanı idman çantasının içərisinə qoymuş, sonra Anara və xalası oğlu Təqsirləndirilən şəxs3 zəng edərək onlara hadisə barədə məlumat vermiş və Xəyyama ona köməklik etməsi üçün hadisə yerinə gəlməsini xahiş etmiş, Xəyyam taksi avtomobili ilə onun yanına gəlmiş, o, avtomobilin kabinəsinə qoyduğu şəxsi əşyalarını, yorğan-döşəyi və içərisində digər əşyalarla yanaşı psixotrop maddə olan idman çantasını Xəyyama verib ondan əşyalarını öz evinə aparmasını, onun yaşadığı evə verəcəyi təqdirdə evdəkilərin narahat olacağını, hadisədən sonra özü onlara gələrək əşyalarını götürəcəyini bildirmiş, Xəyyamgil gedəndən sonra gecəni avtomobilin yanında qalmış, ertəsi gün Anar onunla əlaqə saxlayaraq təcili olaraq psixotrop maddələri Xalidə çatdırılmasını tapşırmış, sonuncuya onun “malını” artıq xalası oğlu ilə Hacıqabula yola saldığını bildirmiş, Xalid günortadan sonra Hacıqabul rayonuna gedərək Xəyyamla göndərdiyi və içərisində psixotrop maddələr olan bağlamaları sonuncudan götürüb aparmış, həmin gün saat 15:40 radələrində hadisə yerində olarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlayıb Qazax Rayon Polis Şöbəsinə aparmış, orada sorğu-sual edilərkən idarə etdiyi avtomobillə Azərbaycana psixotrop maddə gətirdiyini, onu Anarın tanışı Xalid adlı şəxsə çatdırmalı olduğunu, lakin hadisə baş verdiyindən psixotrop maddəni xalası oğlunun vasitəsi ilə Xalidə göndərdiyini səmimi olaraq etiraf etdiyini, lakin xalası oğlunun bundan məlumatsız olduğunu bildirmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları üzərinə psixotrop maddə metamfetamin qoyaraq həmin psixotrop maddəni çəkiliş zamanı onlara təqdim etməsini demiş, o da artıq cinayət başında yaxalandığını fikirləşib heç bir etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Türkiyədə yaşayan Anar adlı tanışı bir neçə dəfə Təqsirləndirilən şəxs1 vasitəsi ilə Türkiyədən ona narkotik vasitə və psixotrop maddə göndərmiş, o da Elmanla Hacıqabulda görüşüb həmin malları götürmüş, 04 may 2023-cü ildə Anar onunla yenidən əlaqə saxlayıb Elmanın idarə etdiyi TİR-la Azərbaycana narkotik vasitə göndərdiyini, onunla görüşüb içərisində narkotik vasitə olan bağlamanı ondan götürməsini tapşırmış, sonuncu dəfə 05 may 2023-cü ildə Anarın tanışı Elmanla göndərdiyi bağlamanı sonuncunun qohumu Xəyyam adlı şəxsdən Hacıqabul rayonunda götürdükdən sonra tutulmuşdur. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 heç bir təsirtəzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törədilmiş cinayətlər haqqında ətraflı ifadələr vermiş və ifadəsində göstərmişdir ki, təxminən tutulmazdan 3 il əvvəl Türkiyədə yaşayan, əslən Azərbaycanlı olan, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan «Anar» adlı şəxslə «sosial şəbəkə»də tanış olmuş, 2023-cü ilin əvvəllərində «Anar» ona tanışları vasitəsi ilə Azərbaycana göndərdiyi narkotik vasitə kokaini götürüb özündə saxlayacağı, sonra onları onun dediyi yerlərə qoyacağı və həmin yerlərin fotoşəklini çəkib ona göndərəcəyi halda ona 20 manat pul verəcəyinə söz vermiş, maddi imkanı aşağı olduğundan sonuncu ilə razılaşmış, əvvəllər Təqsirləndirilən şəxs1 tanımasa da, lakin sonralar bir neçə dəfə Anarın göndərdiyi və içərisində kokain olan bağlamaları sonuncu ilə görüşüb ondan götürmüş, sonra bu barədə Anara məlumat vermiş, sonuncu dəfə 04 may 2023-cü ildə Anar onunla əlaqə saxlayıb Elmanın idarə etdiyi TİR-la ona kokain gətirdiyini, onunla görüşüb həmin narkotik vasitəni ondan götürməsini tapşırmış, lakin Elman Qazax rayonu ərazisində qəzaya düşdüyündən Elmanın gətirdiyi narkotik vasitəni sonuncunun Hacıqabul şəhərində yaşayan qohumu Təqsirləndirilən şəxs3la görüşərək ondan götürüb idarə etdiyi «Toyota Prius» markalı avtomobillə Bakı şəhərinə apararkən Hacıqabul rayonu ərazisində yerləşən Nəvai postunda DYP-nin əməkdaşları ona saxla komandası vermiş, əvvəlcədən orada dayanıb onu gözləyən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlayaraq onu Hacıqabul Rayon Polis Şöbəsinə aparmış, orada hər şeyi etiraf etmiş, sonra videoçəklişlə avtomobilə baxış zamanı sellofan torbada olan kokaini, həmçinin əvvəlcədən məlumatsız olduğu ekstazi həblərini polis əməkdaşlarına təqdim etmiş, torbada olan narkotik vasitə kokain çəkilərkən çəkisi 0,5 kiloqrama yaxın olmuşdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 may 2023-cü ildə axşam vaxtı xalası oğlu Elman zəng edərək yük avtomobili olan TİR-la Türkiyədən gələrkən yolda avtoqəza törətdiyini bildirib ona Qazax rayonuna gəlməsini xahiş etmiş, o da tanış taksi sürücüsü ilə hadisə yerinə getmiş, ora çatarkən avtomobilin kabinəsində və qoşqusunda olan bütün əşyaların asfalta səpələndiyini görmüş, Elman ona idman çantası, yorğan-döşək, şampun, yağ və s. kimi əşyalar vermiş, sonra onları onun gəldiyi taksiyə yükləyib ondan əşyaları öz evinə aparmasını xahiş etmiş, əşyaları onun yaşadığı evə verəcəyi halda evdəkilərin narahat olacağını, hadisədən sonra özü onlara gələrək əşyalarını götürəcəyini bildirmiş, o da həmin əşyaları gecə saatlarında Hacıqabula gətirib evinin həyətinə yığmış, Elmanın verdiyi sumkaları ertəsi gün sahibləri ilə əlaqə saxlayaraq onlara təhvil vermiş, sumkanı Xalid adlı şəxsə verdikdən təxminən 2 saat sonra polis əməkdaşı Mürsəl adlı şəxs axşam saat 8-9 radələrində ona zəng etmiş, sonra polis əməkdaşları onu yolda saxlayaraq Hacıqabul rayon polis şöbəsinə aparmış, şöbədə olan zaman Xalid onun yanına gətirilmiş, polis əməkdaşı ondan həmin şəxslə görüşüb ona sumka verib-verməməsini soruşarkən xalası oğlu Elmanın onunla göndərdiyi sumkanı Xalidə verdiyini, lakin sumkanın içində narkotik vasitə olduğunu bilmədiyini etiraf etmiş, şöbədə polis əməkdaşları onu təhdid edərək üzərinə narkotik vasitə qoymuş, həmin polis əməkdaşlarının adlarını xatırlamadığını, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, 05 may 2023-cü ildə İdarənin sabiq baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 İdarə etdiyi «Mersedes» markalı yük atomobili ilə Türkiyə Respublikasından yük gətirməklə yanaşı satış məqsədilə külli miqdarda narkotik vasitə və psioxtrop maddə əldə edərək gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirməsi, gətirdiyi narkotik vasitə və psixotrop maddələri Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 isə Bakı şəhərində satışını həyata keçirməsi, Təqsirləndirilən şəxs1 04 may 2023-cü ildə Gürcüstandan Azərbaycana daxil olduqdan sonra Qazax rayon ərazisində avtomobili aşırması, gətirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs2 çatdırılması üçün Qazax rayonunda qohumu Təqsirləndirilən şəxs3 verməsi və sonucunun xx.xx.2023-cü ildə Hacıqabul rayonu ərazisində görüşüb Təqsirləndirilən şəxs2 təhvil verəcəyi barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında polis əməkdaşlarından ibarət olaraq əməliyyat qrupu yaradılmış, həmin gün Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyoto Prius» markalı avtomobillə Hacıqabul rayonu istiqamətində hərəkət etməsi müəyyən edilərək müşahidəyə götürülmüş, saat 13:45-də Təqsirləndirilən şəxs2 Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayon ərazisindən keçən hisəsində, Nəvai qəsəbəsində yerləşən DYP postunda tərəfimizdən saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlər açıldıqda bükümlərin birinin içərisindən narkotik vasitə kokainə, digərinin içərisindən isə ektazi həblərinə oxşar maddələr aşkar edilmiş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kokain və ekstazi həblərini Xəyyam adlı şəxsdən Hacıqabul rayonu ərazisində əldə etdiyini, külli miqdarda narkotik vasitəni və psixotrop maddəni təxminən 5 ay əvvəl sosial şəbəkələrdən tanış olduğu, Turkiyədə yaşayan Anar adlı şəxsin Elman adlı şəxs vasitəsi ilə ona göndərdiyini, əvvəllər 3 dəfə Elmanla Hacıqabul rayonu ərazisində yerləşən «Qədimxum» restoranın qarşısında görüşüb Anarın göndərdiyi narkotik vasitəni qəbul etdiyini, hazırda idarə etdiyi avtomobildə külli miqdarda narkotik vasitə kokain və psixotrop maddə ekstazi həbləri olduğunu və avtomobilinə baxış keçirilməsinə etirazı etmədiyini bildirmiş, şöbənin həyətində Xalidin idarə etdiyi ağ rəngli, «Toyata Prius» markalı avtomobilə baxış keçirilərkən sonuncu avtomobilin arxa oturacağına qoyduğu polietilen torbanı götürüb onlara təqdim edərək həmin torbada narkotik vasitə kokain və psixotrop maddə olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ilkin istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazıkı ifadəsində göstərmişdir ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 04 may 2023-cü ildə Turkiyədən Gürcüstan vasitəsilə Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitə gətirməsi və gələrkən Qazax rayonu ərazisində avtomobili aşırtması, gətirdiyi narkotik vasitəni tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 çatdırılması üçün onu qohumu Təqsirləndirilən şəxs3 vasitəsi ilə Hacıqabul rayonuna göndərməsi və Təqsirləndirilən şəxs2 rayonda görüşüb onu götürməsi barədə daxil olmuş məlumat əsasında sonuncu xx.xx.2023-cü ildə saat 13:45-də idarə etdiyi «Toyoto Prius» markalı avtomobillə Hacıqabul rayonu ərazisində, Nəvai qəsəbəsində yerləşən DYP postunda saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlər açıldıqda bükümlərin birinin içərisindən ağ rəngli, tozşəkilli, narkotik vasitə kokainə oxşar maddə, digərinin içərisindən isə çəhrayı rəngli, kərpic formalı, ektazi həblərinə oxşar həblər aşkar edilmiş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kokain və ekstazi həblərini adını dəqiq bilmədiyi, ilk dəfə gördüyü Xəyyam adlı şəxsdən Hacıqabul rayonu ərazisində əldə etdiyini, külli miqdarda narkotik vasitəni və psixotrop maddəni təxminən 5 ay əvvəl sosial şəbəkələrdən tanış olduğu, Turkiyədə yaşayan Anar adlı şəxsin Elman adlı şəxs vasitəsi ilə ona göndərdiyini, əvvəllər 3 dəfə Elmanla Hacıqabul rayonu ərazisində yerləşən «Qədimxum» restoranın qarşısında görüşüb Anarın göndərdiyi narkotik vasitəni qəbul etdiyini, hazırda idarə etdiyi avtomobildə külli miqdarda narkotik vasitə kokain və psixotrop maddə ekstazi həbləri olduğunu və avtomobilinə baxış keçirilməsinə etirazı etmədiyini bildirmiş, şöbənin həyətində Təqsirləndirilən şəxs2 idarə etdiyi ağ rəngli, «Toyata Prius» markalı avtomobilə baxış keçirilərkən sonuncu avtomobilin arxa oturacağına qoyduğu polietilen torbanı götürüb onlara təqdim edərək həmin torbada narkotik vasitə kokain və psixotrop maddə olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ilkin istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazıkı ifadəsində göstərmişdir ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 İdarə etdiyi «Mersedes» markalı yük atomobili ilə Türkiyə Respublikasından Azərbaycana gətirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddənin qohumu Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs3 vasitəsi ilə Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 çatdırması barədə daxil olmuş məlumata əsasən sonuncu Şirvan-Hacıqabul avtomobil yolunda, YDM-in yaxınlığında, idarə etdiyi VAZ 2104 markalı avtomobilin yanında saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəklişlə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü və iki ədəd həbi çıxarıb onlara təqdim etmiş, həmin sellofan bükümə baxış keçirlərkən oradan ağ rəngli, spesifik iyə malik, narkotik vasitə kokainə oxşar maddə aşkar olunmuş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş narkotik vasitələri Təqsirləndirilən şəxs1 əldə etdiyini, qohumu Təqsirləndirilən şəxs1 onunla göndərdiyi külli miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs2 verdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 da istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə onunla birgə əməliyyat qrupunda iştirak etmiş Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə baxışında şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-in baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıkı ifadəsində göstərmişdir ki, 05 may 2023-cü ildə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 İdarə etdiyi «Mersedes» markalı yük avtomobili ilə Türkiyə Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddə gətirməsi və onları qohumu Təqsirləndirilən şəxs3 və Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 vasitəsi ilə realizə etməsi barədə daxil olmuş məlumatına əsasən yaradılan əməliyyat qrupu Təqsirləndirilən şəxs1 həmin gün saat 15:40-da Qazax rayonunun Qazaxbəyli kəndinin ərazisində qəza etdiyi yük avtomobilin yanında saxlayaraq Qazax rayon polis şöbəsnə aparmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, şifahi sorğu-sual zamanı sonuncu həmin bükümün içərisində «şüşə» yəni psixotrop maddə metamfetamin olduğunu, onu 6-7 gün əvvəl Turkiyənin Merzafon şəhərindən Anar adlı şəxsdən əldə etdiyini, Anarın onun vasitəsi ilə Türkiyədən göndərilən narkotik vasitəni ağ rəngli «Prius» markalı avtomobilin sürücüsü Xalid adlı şəxsə çatdırdığını, dünən Qazax rayonu, Qazaxbəyli kəndində qəza etdiyini, qohumu Təqsirləndirilən şəxs3 yanına gəldiyini, şəxsi əşyalarını onunla göndərərkən narkotik vasitəni də göndərdiyini, narkotik vasitəni Xalidlə görüşüb ona verməsini xalası oğlu Xəyyamdan xahiş etdiyini, narkotiki gətirməyinin müqablində ona 500 manat pul veriləcəyini, bundan əvvəl də bir dəfə narkotik vasitə gətirdiyini və bunun müqabilndə ona 300 ABŞ dolları pul verildiyini, həmin narkotiki də Bakı şəhəri ərazisində Xalidə çatdırdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Sabir oğlu da Şahid7 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair» 05 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin əsasla hər üç şəxsin müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat - axtarış tədbirləri həyata keçirilmişdir. İş materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 may 2023-cü il tarixli protokolla və protokola əlavə edilmiş şəxsi axtarış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskdəki videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin gün saat 15:00-da Hacıqabul RPŞ-nin inzibati binasında müdafiəçilərin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd yarı-ayrı şəffaf sellofan bükümlərdə narkotik vasitə kokain və 10 ədəd MDM həbi aşkar olunaraq götürlmüşdür. İş materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 may 2023-cü il tarixli protokolla və protokola əlavə edilmiş şəxsi axtarış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskdəki videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin gün saat 16:00-da Hacıqabul RPŞ-nin inzibati binasının həyətində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus «Toyata Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərindən bir ədəd politelin torbada narkotik vasitə kokain və 3272 ədəd MDMA həbləri aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 may 2023-cü il tarixli protokolla və protokola əlavə edilmiş şəxsi axtarış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskdəki videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin gün saat 18:00-da Hacıqabul RPŞ-nin inzibati binasında müdafiəçilərin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə kokain və 2 ədəd MDM həbi aşkar olunaraq götürlmüşdür. İş materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 may 2023-cü il tarixli protokolla və protokola əlavə edilmiş şəxsi axtarış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskdəki videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin gün saat 16:50-dən etibarən Qazax RPŞ-nin inzibati binasında müdafiəçilərin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1n əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürlmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 may 2023-cü il tarixli 6/2628 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində - üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən» və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,743qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir, 10 ədəd üzərlərində «555» yazısı həkk olunmuş çəhrayı rəngli həblərin tərkibində ümumilikdə 1,8qram təsiredici maddə - MDMA (metilendioksimetamfetamin, ekstazi) müəyyən edildi; üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilindən...» və s. yazılar, imzalar olan bağlamadakı 01 ədəd p/e bükümdə təmiz çəkisi 451,985qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir, 3272 ədəd üzərlərində «555» yazısı həkk olunmuş çəhrayı rəngli həblərin tərkibində ümumilikdə 588,96 qram təsiredici maddə - MDMA (metilendioksimetamfetamin, ekstazi) müəyyən edildi; üzərində ‘Şübhəli şəxs Təqsirləndirilən şəxs3» və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,189 qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir, 02 ədəd üzərlərində «555» yazısı həkk olunmuş çəhrayı rəngli həblərin tərkibində ümumilikdə 0,36 qram təsiredici maddə-MDMA (metilendioksimetamfetamin, ekstazi) müəyyən edildi; üzərində «Təqsirləndirilən şəxs1 üzərindən» və s. yazılar, imzalar olan paketdə 01 ədəd bükümdə təmiz çəkisi 17,323 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs2 üzərindən və avtomobilindən aşkar olunmuş ümumilikdə təmiz çəkiləri 455,728 qram kokain kütlələri ilə Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş kokain kütləsi kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Həmçinin həmin şəxslərdən aşkar olunmuş MDMA (metilendioksimetamfetamin, ekstazi) həbləri də kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 203 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 204 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannaboidlərdən istifadə etmə halları olub, müayinə zamanı, həkim təyin etmədən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan preqabalindən asılılıq aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 205 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan «Samsung» markalı mobil telefon aparatına baxış keçirilərkən mobil telefon aparatında narkotik vasitələrin elektron tərəzidə çəkilmiş fotoların olduğu müəyyən edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınmış, dörd ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı müvafiq qalıq çəkiləri 3,643 qram, 451,885 qram, 3,089 qram kokain, 17,223 qram metamfetamin və 3280 ədəd həb Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olan «Samsung» markalı mobil telefon aparatı maddi sübut kimi tanınanaraq iş materiallarına əlavə edilmişdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri qismən etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onların törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə verdikləri ifadəsinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş külli miqdar təşkil edən narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz yolla qazanc əldə etmək üçün əldə etmişlər. Məhkəmə, onların ifadəsində göstərdiyi bu xüsusatları onlara təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə baxışının çıxışlar mərhələsində dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərkən Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini və Təqsirləndirilən şəxs3 isə elan edilən CM-in 32.5, 206.3.2-ci maddəsindən imtina etdiyini bildirmiş, onların təqsirli bilinərək həmin maddələrin sanksiya həddində cəzalandırılmalarını məhkəməyə təklif etmiş və məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq bu barədə qərar qəbul etmişdir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlinin CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs3 isə əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır və hesab edir ki, onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs3 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü və Təqsirləndirilən şəxs2 isə CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onlara təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin tələbini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldıqları müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, onlara təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduqları gündən, yəni 05 may 2023cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 may 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 05 may 2023-cü ildən hesablanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əsədov X1 Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmdən verilmiş apelyasiya şikayətinə Şirvan Apelyasiyası Məhkəməsində 29 aprel 2022-ci ildə baxılaraq hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon İcra və Probasiya şöbəsinin 30 iyul 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 may 2023-cü il tarixə, yəni həbs olunduğu günə çəkilməmiş hissəsi 1 (bir) ay 03 (üç) gün təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin olunmuş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 20 (iyirmi) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 1 (bir) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə alaraq hesab edir ki, onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanda arvadı, bir azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla 3 uşağı ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3ə himayəsində arvadı və bir azyaşlı uşağı ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əsədov X1 şəhəri, Şirvan küçəsi, ev 50-də qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində heç bir yerdə işləməyən arvadının və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda yaşayış yerindən müsbət xarakterizə olunmasını və himayəsində heç bir yerdə işləməyən arvadının və bir uşağının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan və ekspertiza tədqiqatından sonra 4 (dörd) ədəd kağız paketdə, qalıq çəkiləri 3,643 qram, 451,885 qram və 3,089 qram kokain, həmçinin 17,223 qram psixotrop maddə olan metamfetamin və 3280 ədəd MDM həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun yaxın qohumuna qaytarılmalı, şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış keçirilməsi hərəkətlərinin qeydə alındığı 04 (dörd) ədəd DVD-R disk, eyni zamanda telefon məlumatları qeyd olunan 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat hər birindən 36 (otuz altı) manat 67 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 05 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 05 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) ay 03 (üç) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il, 6 (altı) ay, 6 (altı) gün müddətə azadıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 05 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan və ekspertiza tədqiqatından sonra 4 (dörd) ədəd kağız paketdə, qalıq çəkiləri 3,643 qram, 451,885 qram və 3,089 qram kokain, həmçinin 17,223 qram psixotrop maddə olan metamfetamin və 3280 ədəd MDM həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun yaxın qohumuna qaytarılsın, şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış keçirilməsi hərəkətlərinin qeydə alındığı 04 (dörd) ədəd DVD-R disk, eyni zamanda telefon məlumatları qeyd olunan 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat hər birindən 36 (otuz altı) manat 67 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov Əsli ilə düzdür: Hakim Cəlil NƏBİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar