Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-397/2025 16.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, bəydili kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədəndə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə Azərbaycan Respublikası ərazisində külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddələri satıb qazanc əldə etmək məqsədi ilə “Tik-tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, İran İslam Respublikası vətəndaşı güman edilən “İsa” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək xx.xx.2025-ci il tarixdə “Chevrolet Malibu” markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Biləsuvar rayonuna gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun üzvü tərəfindən Biləsuvar rayon Xırmandalı kəndi ərazisində yolun sağ kənarında quraşdırılmış işıq dirəyinin yanında gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -10035,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda -395,0 qram çəkidə narkotik vasitə tiryəki və xüsusilə külli miqdarda -725 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, daşıyaraq “Chevrolet Malibu” markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, həmin gün saat 23:52-də Biləsuvar rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndində keçən hissəsində yerləşən “Cənnət bağı” adlanan restoranın yaxınlığında saxlanılaraq, orada avtomobilə baxış keçirilərkən qeyd olunan avtomobilin salonunun arxa sağ ayaqaltı hissəsində bir ədəd ağ rəngli kisənin içərisindən 09 ədəd üzəri yapışqanlı lentlə sarılmış bağlamalarda ayrı-ayrı təmiz çəkiləri -975,0 qram, -1195,0 qram, -940,0 qram, -1245,0 qram, -1525,0 qram, 955,0 qram, 1580,0 qram, 690,0 qram, 930,0 qram olmaqla, ümumi təmiz çəkisi: -10035,0 qram olan külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə bir-birləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd üzəri yapışqan lentlə sarılmış bağamada təmiz çəkisi -395,0 qram olan külli miqdarda maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 02 ədəd üzəri yapışqan lentlə sarılmış bağlamalarda ayrı-ayrı təmiz çəkiləri -415 qram və - 310 qram olmaqla, təmiz çəkisi -725 qram olan xüsusilə külli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə qəsdən adam öldürmə cinayətini törətdiyinə görə 9 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 2021-ci ildə azadlığa buraxılmışdır. Narkotik vasitələrdən istifadə edir. Hadisədən bir müddət əvvəl “Tik-tok” sosial şəbəkəsində İsa adlı İran vətəndaşı ilə tanış olmuş, mobil nömrələrini bildirərək bir neçə dəfə telefonla danışmışlar. 24 mart 2025-ci il tarixdə saat 18 radələrində İsa Whatsapp vasitəsi ilə zəng vurub, Biləsuvar rayon ərazisində iki bağlamada narkotik vasitələr olmasını deyərək, götürəndən deyəcəyi yerə qoymasını təklif etmiş, bunun müqabilində isə ona pul verəcəyini demişdir. O da İsanın təklifi ilə razılaşmışdır. Bundan sonra həmin gün tanışı Şahid4 idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobillə Biləsuvar rayon, Əliabad kəndi ərazisinə gəlmiş, iranlının dediyi yerdən, kənd ərazisində yolun kənarında quraşdırılmış işıq dirəyinin altında olan bir ədəd kisəni götürmüş və avtomobilə geri qayıdaraq, əyləşmiş və kisəni ayağının altına qoymuşdur. Bir qədər getdikdən sonra polis əməkdaşları avtomobili saxlatdırmışlar, bundan sonra videoçəkilişlə maşına baxış keçirilmiş, avtomobilin arxa oturacağının sağ tərəfinin ayaqaltı hissəsinə 1 ədəd kisə aşkar edilmiş, həmin kisənin içərisində narkotik vasitələr və psixotrop maddələr olması müəyyən edilmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Əməlindən peşimandır, qardaşı övladının xəstəliyinə görə pul lazım olduğu üçün narkotik daşımağa razılaşmışdır, məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə məlumat daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 23:52-də videoçəkilişlə Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Chevrolet Malibu” markalı **-YU-*** nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndində keçən hissəsində yerləşən “Cənnət bağı” adlanan restoranın yaxınlığında saxla işarəsi verilib saxlanılmışdır. Avtomobildə Təqsirləndirilən şəxs başqa avtomobilin sürücüsü Şahid4 olmuşdur. Həmin avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının sağ tərəfinin ayaqaltı hissəsindən 1 ədəd ağ rəngli kisə aşkar edilmişdir. Həmin kisə açılıb baxıldıqda içərisində 13 ədəd bağlama olması müəyyən edilmişdir. Aşkar olunmuş bağlamalara baxış keçrilərkən bağlamalırn içərisində qurudulmuş marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin ona məxsus olmasını, iranlının tapşırığı ilə pul müqabilində narkotik vasitələri götürərək dediyi yerə qoyacağını bildirmişdir. Aşkar olunmuş bükümlər təqəridə çəkilərək qablaşdırılaraq götürülmüşdür. Şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdşları Şahid2 və X4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə bioloji ekspertizasının 25 mart 2025-ci il tarixli 7/496 saylı rəyindən görünür ki, “Chevrolet Malibu” markalı, **-YU-*** avtomobildən aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus narkotik vasitələr" yazılar və imzalar olan bir ədəd qara rəngli sintetik torbada 09 (doqquz) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri -975 qram, -1195 qram, -940 qram, -1245 qram, -1525 qram, 955 qram, 1580 qram, 690 qram, 930 qram olmaqla ümumi təmiz çəkisi -10035,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir.Həmin sintetik torbanın içərisində olan bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi -395,0 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir.Ekspertiza tədqiqatından sonrakı qalıq qurudulmuş marixuana 10034,1 qram, tiryək narkotik vasitəsi 394,95 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2025-ci il tarixli 6/1180 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs məxsus.." sözləri olan zərfi açdıqda içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -415 qram və 310 qram, ümumi təmiz çəkisi -725 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonrakı qalıq psixotrop maddə metamfetamin 724,8 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edır. İş materiallarında olan 04 aprel 2025-ci il tarixli 182 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 05 may 2025-ci il tarixli 1435 saylı ambulator məhkəmə psixitarik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 18 aprel 2025-ci il tarixli 3/412 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş orta və uzunlüləli silahlarda istifadə üçün nəzərdə tutulmuş gecəgörmə cihazıdı monokulyar optik nişangahdır, hərbi sursat və döyüş susrsatı hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan 25 mart 2025-ci il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi haqqında» protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:52də “Chevrolet Malibu” markalı **-YU-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində saxlanılmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşmış və salonun arxa oturacağının sağ tərəfinin ayaqaltı hissəsindən 1 ədəd ağ rəngli kisə təqdim edərək içərisində narkotik vasitələr və psixotrop maddələr olmasını bildirmişdir. Həmin kisə açılıb baxıldıqda içərisində qurudulmuş marixuana, tiryək narkotik vasitələri və metamfetamin psixotrop maddəsi aşkar edilmişdir. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefonu korpusu boz rəngli olmaqla “İnfinix” markalı olması, telefonda "xxxx" mobil operatoruna məxsus ***-***-**-** saylı və Azerfonn mobil operatoruna məxsus ***-***-**-** saylı nömrəsinin olması müəyyən edildi. Telefonun «zənglər», «mesajlar», şəkillər, vatsap və instagram proqramlarına baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı məlumatlar aşkar edilmişdir.Mobil telefonun vatsap proqramına baxış zamanı orada–Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə İran İslam Respublikasına məxsus olan adı yazılmamış, İsa adlı şəxsin istifadə etdiyi +98 991 *** **** saylı mobil nömrə ilə vatsap sosial şəbəkəsi vasitəsi ilə mesajlaşması müəyyən edilmişdir. Həmin mesajlara baxış zamanı İran İslam Respublikasının vətəndaşının 24 mart 2025-ci il tarixdə saat 23:19-cu dəqiqədə Təqsirləndirilən şəxs vatsap sosial şəbəkəsi vasitəsilə zəng etməsi və 1 dəqiqə ərzində danışması, həmin tarixdə saat 23:22-dən 23:35-də kimi 10 ədəd mesaj yazması, lakin həmin mesajların silinməsi müəyyən edilmişdir.Təqsirləndirilən şəxs- İran İslam Respublikasının vətəndaşına “Qaqam şəklini at” sözləri ilə mesaj yazmışdır.İran İslam Respublikasına məxsus olan adı “Seyid” kimi qeydiyyata alınmış +98 991 917 0233 saylı nömrənin olması müəyyən edilmişdir. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Diskdə nömrələrin göstərilən müddət ərzində mövcud olan zənglər siyahısına, SMS, əhatə dairəsinə və abunəçilərə dair məlumatların təqdim edildiyi göstərilmişdir. ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs istifadə etməsi müəyyən edilmişdir.Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsindən göndərilən SMS-lərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir: 1. xx/xx/2025-ci il tarixdə 20:05:14-də **********69 saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Eldar hamsini veremirsense az az vur pulumdan” sözləri yazılmış SMS göndərilmişdir. 2. xx/xx/2025-ci il tarixdə saat 17:07:40-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə (Yeke oglansan agridan senol olurem) smsi göndərilmişdir. İş materiallarında olan 25 mart 2025-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 26 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 25 mart 2025-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə əsasən 09 il azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 27 mart 2025-ci il tarixli «maddi sübut qismində tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 10034,1 qram qurudulmuş marixuana, 394,95 qram narkotik vasitəsi tiryək və 724,8 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış saxlanılması üçün Biləsuvar RPŞ-nin saxlanc anbarına verilmişdir. İş materiallarında olan 21 iyun 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla “İNFİNİX” markalı bir ədəd mobil telefon, həmin şöbədə saxlanılan zavod üsulu ilə istehsal olunmuş orta və uzunlüləli silahlarda istifadə üçün nəzərdə tutulmuş monokulyar optik nişangahlı gecəgörmə cihazı, şəxsi axtarış keçirilməsi və avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD disk, həmçinin Azercell MMC-dən daxil olmuş 1 ədəd CD disk maddi sübut kim tanınmış, dsiklər iş materiallarına əlavə olunmuş gecəgörmə cihazı və bir ədəd mobil telefon Biləsuvar RPŞ-də saxlanılan saxlanılır. İş materiallarında olan 21 iyun 2025-ci il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərarla İİR-nın vətəndaşı İsa adlı şəxsin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət məlumatlarına və ailə tərkibi haqqında arayışdan görünür ki, Məmmədov X2 rayonu, bəydili kəndində qeydiyyatdadır, ailə tərkibi atası və anasından ibarətdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 10034,1 qram qurudulmuş marixuana, 394,95 qram narkotik vasitə tiryək və 724,8 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmin şöbədə saxlanılan “İNFİNİX” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, həmin şöbədə saxlanılan zavod üsulu ilə istehsal olunmuş orta və uzunlüləli silahlarda istifadə üçün nəzərdə tutulmuş monokulyar optik nişangahlı gecəgörmə cihazı Daxili İşlər Nazirliyinin X5 Baş İdarəsinə təhvil verilməli, cinayət işinin materiallarında saxlanılan şəxsi axtarış keçirilməsi və avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD disk, həmçinin Azercell MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət təqibi üzrə materialların saxlama müddətində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 217 (iki yüz on yeddi) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 25 mart 2025-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə 271 (iki yüz yetmiş bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – Biləsuvar RPŞ-də saxlanılan saxlanılan ekspertizadan sonra qalıq qalmış 10034,1 qram qurudulmuş marixuana, 394,95 qram narkotik vasitə tiryək və 724,8 qram psixotrop maddə metamfetamin məhv edilsin. Biləsuvar RPŞ-də saxlanılan saxlanılan “İNFİNİX” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxsn yaxın qohumlarına qaytarılsın. Biləsuvar RPŞ-də saxlanılan saxlanılan zavod üsulu ilə istehsal olunmuş orta və uzunlüləli silahlarda istifadə üçün nəzərdə tutulmuş monokulyar optik nişangahlı gecəgörmə cihazı Daxili İşlər Nazirliyinin X5 Baş İdarəsinə təhvil verilsin. Cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış keçirilməsi və avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD disk, həmçinin Azercell MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-397/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-397/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver