Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-398/2025 04.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Vaqif oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X13 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Laçın rayonu, Minkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 2-ci Alatava, ev 2-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə zidd olaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobil idarə edərək 29 yanvar 2025-ci il tarixdə, saat 13:50 radələrində B kategoriyalı AD seriyalı 082510 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus X19 markalı Sedan tipli, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobililə Zərdab-Ağcabədi yolunun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində keçən hissəsində, 15-ci kilometrində Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etmədən, yəni yol və metereoloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almalı, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan surətlə sürməli, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən eyni istiqamətdə yolun sağ kənarında (ehtiyyat hissəsində), 1 metr əsas yoldan sağda duran və etibarnamə əsasında idarə etdiyi avtomobilini saxlayan Mercedes Benz E220 CDİ minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilindən qapısını açaraq düşən X5 ehtiyyatsızlıqdan vurmuş, vurulma nəticəsində Rafiq Məmmədovun baş beyinin sağ yarımkürəsi üzərinə yayılmış qansızma, sağ təpə sümüyündə xətti sınıq, kəllə əsası sümüyünün xətti sınığı, sol diz oynağında və sol baldırda əzilmiş-cırılmış yara, sağ ayaq pəncəsində sıyrıq xəsarətləri yetirilərməklə ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus Hyundai Accent sedan markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı təlim avtomobili vardır. Sürücülük təlim məktəbində müəllim işləmişdir. 29 yanvar 2025-ci il tarixdə saat 10 radələrində o, qan azlığından əziyyət çəkdiyindən həkimin məsləhəti ilə yarım stakan çaxır içib yaşadığı evdən çıxıb Ağcabədi rayonu, Hüsülü kəndində 40 mərsimində iştirak etmək üçün yola düşmüşdür. Həmin gün saat 13:50 radələrində hərəkətdə olarkən arxasında hərəkətdə olan QAZel markalı avtomobil ötmə əməliyyatına keçmiş, bu səbəbdən də o, həmin avtomobilə şərait yaradılmasından ötrü avtomobilini yolun sağ kənarına çəkmiş, həmin vaxtı yol kənarında dayanmış Mercedes Benz markalı avtomobilin sürücüsünün qəfildən avtomobilinin qapısını açıb avtomobildən düşüdüyünü görmüş, həmin an dərhal ayağını əyləcə sıxsa da, həmin avtomobilin sürücüsünü avtomobilnən vurub yol-nəqliyyat hadisəsini törətmişdir. Bundan sonra avtomobilini saxlamış, hadisə baş verən yerə çoxlu sayda insanlar topalaşmış, o isə şok halında avtomobilində oturmuşdur. Hadisə yerinə toplaşan şəxslərdən təcili tibbi yardım çağırmasını xahiş etmişdir. X16 markalı avtomobilin sürücsünün X9 olduğunu, onun hadisə vaxtı vəfat etdiyini bilmişdir. Hazırda qan xəstəliyindən əziyyət çəkir, İİ qrup əlildir. Həkim məsləhəti əsasaında hər bir saatdan bir yarım stəkan çaxır içir. Hazırda tutduğu əməldən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 29 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Zərdab- Ağcabədi yolunun 15-ci kilometrində, Ağcabədi rayonu istiqamətində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüş X9 onun atasıdır. Ona məlumat verilən kimi hadisə yerinə gələndə atasının artıq keçindiyini, təcili tibbi yardım avtombilinin atasının meyitinin apardıqlarını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X19 Sedan” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab-Ağcabədi yolunun 15-ci kilometri ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolun sağ ehtiyyat hissəsində avtomobilini saxlayan və həmin avtomobildən düşən atasını vurmuşdur. Atası isə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2025-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi saat 13:50 radələrində Ağcabədi-Zərdab yolunun 15-ci kilometrində baş vermişdir. Yolun hadisə baş verən hissəsi asfalt örtüklü olmaqla düz və qurudur, avtomobillərinin hərəkəti üçün heç bir maneə yoxdur, hava şəraiti günəşli, 12 dərəcə temperaturda olmuşdur. “X19 Sedan” markalı **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin kateqoriyadan olan avtomobili idarə etməyə görə hüququ olmuş, həmin avtomobil onun özünə məxsusdur. Hadisə baş verən ərazi yaşayış yeri olmamaqla, maksimum hərəkət surəti 90 km/saatdır. Hadisə baş verən yol bir hərəkət hissəli, iki hərəkət istiqamətli, bir hərəkət zolaqlıdır. Yolun sağ kənarlarında yol çiyni, boşluq sahə, yolun sol kənarında isə yol çiyni və boşluq sahəsi yerləşir. Yolun eni 8 metr olmaqla, hər iki istiqamətinin eni 4 metrdir. “X19 Sedan” markalı avtomobilin tormozlama izi olmamışdır. Piyadanı vurma yolun sağ ehtiyyat hissəsində baş vermişdir. Sürücü piyadanı sah ehtiyyat hissədə ( sarı həddən sağda) vurmuşdur. Piyada hadisədən əvvəl etibarnamə əsasında idarə etdiyi Mercedes Benz E220 CDİ minik” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ ehtiyyat hissəsində (sarı həddən 1 metr sağda) saxlamışdır. Piyadanı vurma yerindən yolun sol tərəfinə 1 metr, məsafə vardır. Piyadanı vurduqdan sonra “X19 Sedan” markalı **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobilini piyadanı vurma baş vermiş yerdən 350 metr qabaqda yolun sağ ehtiyyat hissəsində dayandırmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 29 yanvar 2025-ci il tarixli 05 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, 1. X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun meyitində aşağıdakı xəsarətlər aşkar edildi: --- baş beyinin sağ yarımkürəsi üzərinə yayılmış qansızma. --- sağ təpə sümüyündə xətti sınıq. --- kəllə əsası sümüyünün xətti sınığı. --- sol diz oynağında və sol baldırda əzilmiş-cırılmış yara. --- sağ ayaq pəncəsində sıyrıq.
2. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X3 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 29 yanvar 2025-ci il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə qeyd edilən xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və məhrumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər.
3. X3 ölümünə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş baş beyinə yayılmış qansızma olmuşdur.
4. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X3 ölümü onun meyitinin məhkəmə-tibbi müayinəsindən 1-2 saat əvvəl, yəni 29 yanvar 2025-ci il tarixdə baş vermişdir.. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 17 mart 2025-ci il tarixli 1081/K nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, X1 götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Etil spirtin qatılığı – 0,5%-dir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan 13 iyun 2025-ci il tarixli, 359 nömrəli ambulator məhkəməpsixatrik ekspertizasının rəyində göstərilmişdir ki,Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı törətmiş olduğu əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2025-ci il tarixli, 999 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası ilə bağlı tərtib olunmuş 08 may 2025-ci il tarixli 8/800 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Hyundai Accent markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X4 Accent markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır». İş materiallarında BA 321862 nömrəli “Nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin surətindən görünür ki, “HYUNDAİ ACCENT” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtombil Təqsirləndirilən şəxs mülkiyyətindədir. İş materiallarında ACN 905697 nömrəli “Nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin surətindən görünür ki, “MERCEDES BENZ E220 CDİ” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtombil Beyləqan rayonu Sarısu qəsəbəsində qeydiyyatda olan X6 mülkiyyətindədir. İş materiallarında olan AD082510 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “qəbz”-dən görünür ki, “HYUNDAİ ACCENT” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtombil Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “qəbz”-dən görünür ki, “MERCEDES BENZ E220 CDİ” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtombil mülkiyyətçisi Beyləqan rayonu Sarısu qəsəbəsində qeydiyyatda olan X8 qaytarılmışdır. İş materiallarında olan Ağcabədi RQİ və TBŞ-nin verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Laçın rayonu, Minkənd kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixində AD082510 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsinin etibarlıq müddəti xx.xx.2027-ci il tarixinədəkdir və BDYP-nin X2 həmin sürücülük vəsiqəsinin üzərində məhdudlaşdırılma ilə bağlı hazırkı vaxtadək məlumat qeydə alınmamışdır. İş materiallarında Laçın MRX-sı X20 tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Laçın rayon MX-da ruhi-əsəb və narkoloji dispanser qeydiyyatda durmur. İş materiallarında olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı mənzil Kommunal İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda Laçın rayonundan məcburi köçkün kimi qeydiyyatsız yaşayır, ailə tərkibi 2 yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli ümumi səbəbdən (uşaqlıqdan) əlildir. İş materiallarında olan 02 iyun 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X6 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, onu bağışlayır, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonunun ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş maddi ziyanı tamamilə ödəməsini, əməlini səmimi etiraf etməsini, peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, İİ qrup əlil olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış - “HYUNDAİ ACCENT” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtombilin Təqsirləndirilən şəxs və “MERCEDES BENZ E220 CDİ” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtombilin Beyləqan rayonu Sarısu qəsəbəsində qeydiyyatda olan X8 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan - “HYUNDAİ ACCENT” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “MERCEDES BENZ E220 CDİ” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Beyləqan rayonu Sarısu qəsəbəsində qeydiyyatda olan X10 qaytarılması qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev