Məhkəmə qərarları › İş №1(099)-399/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-399/2022

20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-399/2022 20.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri- Müdafiəçi1 və Müdafiəçi2 Əflatun oğlunun iştirakları ilə, xx xxxx 1990-cı ildə Samux rayonu, Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində müvəqqəti yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri və xx xxxxxx 1991-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 3-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində müvəqqəti yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 228.4, 234.4.1 və 234.4.3-cü ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs2, habelə İran İslam Respublikası vətəndaşı olan «Mehran» adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında, üzərində «Biləsuvar-İran sərhədi-Bəhramtəpə-Şuşa» sözləri yazılmış lövhəsinin yanında gizlədilmiş külli miqdarda, 200,362 qram narkotik vasitə heroini və külli miqdarda 58,203 qram psixotrop maddə metamfetamini əldə etmək məqsədilə cinayətdən xəbərsiz olan tanışları X5 ilə birlikdə sonuncunun idarə etdiyi “Nissan Suny” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 23 fevral 2022-ci il tarixdə, saat 23 radələrində həmin yerə gələrək qeyd edilən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürüb, əynindəki gödəkçənin sol yan cibinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:20 radələrində Ələt-Astara yolunun Biləsvar rayonu ərazisindən keçən 111-ci kilometrliyində, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən qeyd edilən külli miqdarda, 200,362 qram narkotik vasitə heroin və külli miqdarda 58,203 qram psixotrop maddə metamfetamin 1 (bir) ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində 2 (iki) ədəd ayrı-ayrı bükümlərdə olmaqla əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 soyuq silah hesab edilən, zavod üsulu ilə hazırlanmış bir ədəd ov bıçağını əldə edərək əynindəki gödəkçənin sol yan cibində saxlamış və gəzdirmiş, habelə külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs1, habelə İran İslam Respublikası vətəndaşı «Mehran» adı ilə tanınan şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında, üzərində «Biləsuvar-İran sərhədi-Bəhramtəpə-Şuşa» sözləri yazılmış lövhəsinin yanında gizlədilmiş külli miqdarda, 200,362 qram narkotik vasitə heroini, və külli miqdarda 58,203 qram psixotrop maddə metamfetamini əldə etmək məqsədilə cinayətdən xəbərsiz olan tanışları X5 ilə birlikdə sonuncunun idarə etdiyi “Nissan Suny” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 23 fevral 2022-ci il tarixdə, saat 23 radələrində həmin yerə gəldikdən sonra, Təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürüb, əynindəki gödəkçənin sol yan cibinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:20 radələrində Ələt-Astara yolunun Biləsvar rayonu ərazisindən keçən 111-ci kilometrliyində, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən soyuq silah hesab edilən bir ədə bıçaq onun əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən isə qeyd edilən külli miqdarda, 200,362 qram narkotik vasitə heroin və külli miqdarda 58,203 qram psixotrop maddə metamfetamin 1 (bir) ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində 2 (iki) ədəd ayrı-ayrı bükümlərdə olmaqla əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni əldə etdiyi narkotik vasitəni satış məqsədilə deyil, öz istifadəsi üçün əldə etdiyini bildirməklə ifadəsində göstərmişdir ki, Samux rayonunda qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsində kirayə yaşamışdır. Əvvələr məhkum olunmamışdır. Evlidir, bir azyaşlı uşağı vardır. Fəhlə kimi işləyərək ailəsini dolandırır. Təxminən bir ildir ki, narkotik vasitə istifadə edir, daha çox narkotik vasitə kakos yəni heroini çəkmək yolu ilə qəbul edir. Təqsirləndirilən şəxs2 Keşlə qəsəbəsində onunla eyni məhəllədə yaşayır, təxminən 5-6 aydır ki, dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs2lə birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. Narkotiki Ceyhun adlı şəxsdən alırmış. 21 fevral 2022-ci il tarixdə saat 14 radələrində tanımadığı bir şəxs İran İslam Respublikasının mobil operatorlarına məxsus olan mobil nömrədən ona “WhatsApp” proqramı vasitəsilə zəng edərək adının Mehran olduğunu, İranda yaşadığını, Ceyhunun dostu olmasını bildirmişdir. Mehran ona bildirmiş ki, Biləsuvar rayonuna 200 qram heroin göndərib, həmin narkotiki götürməsini təklif etmişdir. O, da öz istifadəsi üçün həmin narkoti əldə etməsinə razılaşmışdır. 23 fevral 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 zəng edərək Biləsuvar rayonunda olan tanışından pul götürəcəyini, onunla yol yoldaşı kimi Biləsuvara gelməsini xahiş etmiş və taksi təşkil etməsini istəmişdir. Təxminən saat 20 radələrində Zamir ona zəng edərək Biləsuvar rayonuna getmək üçün taksi tapdığını bildirmişdir. Bundan sonra yaşadığı məhlədə Zamirlə, adını sonradan bildiyi Sərhab adlı taksi sürücüsünün idarə etdiyi “Nissan Suny” markalı avtomobillə Biləsuvar rayonuna yola düşmüşlər. Yolda olarkən “WhatsApp” proqramı vasitəsilə Mehran adlı şəxsə zəng edərək narkotik vasitənin olduğu bağlamanı harada gizlətdiyini soruşmuşdur. Mehran isə ona narkotik vasitənin olduğu bağlamanın gizlədildiyi yerin fotoşəklini çəkib göndərmişdir. Həmin fotoşəkildə Bəhramtəpə-Şuşa sözləri yazılmış lövhənin olmasını görmüşdür. Saat 23 radələrində onlar Biləsuvar rayonuna çatmışlar. “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında taksi sürücüsü Səhraba avtomobili orada saxlamasını və bir qədər kənarda dostu ilə görüşüb pul alıb geri qayıdacağını bildirmişdir. Bundan sonra o, avtomobildən düşərək təxminən 50 metr irəli gedərək Bəhramtəpə-Şuşa sözləri yazılmış lövhənin yanında gizlədilmiş bir ədəd ağ rəngli sellofan bağlamanı götürüb əynindəki gödəkçənin sol yan cibinə qoyaraq avtomobilə qayıdan kimi polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsinə şübhəli olduqlarını izah edərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində axtarış keçirilən zaman, üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı əşya vardırsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, da əynindəki gödəkçənin sol yan cibindən bir ədəd sellofan bağlamanı çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bağlamada yalnız heroin olmuş, çəkisidə 200 qram təşkil etmiş, metamfetamin isə ümumiyyətlə olmamışdır. Zamirin onun narkotik dalınca getməsindən məlumatı olmamış, bir nəfər şəxsdən pul alacağını bildirmişdir. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, Mehran ona Biləsuvar rayonuna gəlməsini və göndərdiyi 200 qram narkotik vasitə heroini deyəcəyi yerdən götürməsini, bunun qarşılığında isə 5 qram heroin verməyi təklif etmişdir. Mehrana Biləsuvar rayonuna gəlmək üçün pulu olmadığını bildirmiş, Mehran isə hardan olursa pul tap gəl narkotiki götür, sənin də bu işdə xeyirin vardır sözlərini demişdir. O, yalnız bundan sonra Mehranın təklifi ilə razılaşmışdır. Mehran onun Biləsuvar rayonundan götürdüyü narkotik vasitə heroini Bakı şəhərində, 20 Yanvar metrosunun yaxınlığında deyəcəyi yerə atmasını, başqa bir şəxsin həmin bağlamanı götürəcəyini izah etmişdir. Təqsirləndirilən şəxs2 ilk olaraq narkotik vasitə əldə etməsi barədə bir söz deməmiş, Biləsuvarda tanışından pul almasını bildirmiş, lakin 23 fevral 2022-ci il tarixdə Biləsuvara çatandan sonra avtomobildən düşüb mağazaya gedən zaman Zamirə yalan danışdığını, Biləsuvar rayonuna dostundan pul götürmək üçün deyil, narkotik vasitə əldə etmək üçün gəldiyini bildirmişdir. Zamirə əldə edəcəyi narkotik vasitəni Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığına aparacağını, həmin narkotikdən istifadə etmək üçün 3 qram verəcəyini bildirmişdir. Zamir də onun təklifi ilə razılaşmışdır. Daha sonra “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında o, avtomobildən düşərək təxminən 50 metr irəli gedərək Bəhramtəpə-Şuşa sözləri yazılmış lövhənin yanında gizlədilmiş bir ədəd ağ rəngli sellofan bağlamanı götürüb əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur. Bundan sonra dərhal geri qayıdaraq avtomobilə əyləşmişdir. Zamirə başı ilə işarə edərək narkotik vasitəni götürdüyünü bildirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə qismən, yəni narkotik vasitə əldə etməməsi, soyuq silah üzərində gəzdirməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara şəhərində qeydiyyatda olsa da, uzun müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda, faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən ünvanı dəqiq bilmədiyi evdə kirayə yaşamışdır. Evlidir, bir azyaşlı uşağı vardır. 2015-ci ildə narkotik vasitələrinin satışı ilə ittiham olunaraq məhkum edilmişdir. 2015-ci ildən narkotik vasitə “nəşə” yəni qurudulmuş marixuna istifadə edir. 2019-cu ildə həbsdən azad olunduqdan sonra mərhum dayısı Niyaməddin Mirzəyevdən qalmış bir ədəd bıçaqı götürərək özündə saxlamışdır. Təqsirləndirilən şəxs1 ilə eyni məhəllədə yaşayır, aralarında dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etməsindən heç bir məlumatı olmamışdır. 23 fevral 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1la rastlaşmış, sonuncu Biləsuvar rayonunda bir tanışından pul alacağını bildirmiş, buna görə də birlikdə getməsini xahiş etmiş və taksi tapmasını istəmişdir. O, taksi fəaliyyəti ilə məşğul olan tanışı Səhrab Əliyevə zəng edərək onları Biləsuvar rayonuna idarə etdiyi avtomobillə taksi kimi gətirməsini istəmişdir. Səhrab da Biləsuvar rayonuna gəlib qayıtması qarşılığında 60 manat pul alacağını bildirmiş, onlar Səhrabın dediyi qiymətlə razılaşmışlar. Bundan sonra həmin gün saat 20 radələrində Səhrab Əliyevin idarə etdiyi avtomobillə o və Emil Biləsuvar rayonuna yola düşmüşlər. Biləsuvar rayonuna gələn zaman bıçağı da əynindəki gödəkçənin sol yan cibinə atmışdır. Saat 22:40 radələrində Biləsuvar rayonuna çatmışlar, saat 23 radələrində Biləsuvar rayonu ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına çatmışlar, Emilin mobil telefonla kimləsə danışırmış, bu zaman Emil Səhrabdan avtomobili saxlamasını istəmiş, yaxınlqda dostu görüşüb pul alacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobildən düşüb getmiş, təxminən 2-3 dəqiqə sonra yenidən geri qayıdaraq avtomobilə əyləşmişdir. Avtomobil ilə təxminən 1-2 dəqiqə ərzində Bakı şəhəri istiqamətində hərəkət etdikdən sonra polis əməkdaşları onları saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı narkotik vasitə aşkar edilməmiş, yalnız bıçaq aşkar edilmişdir. Yalnız polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar edilərək götürülməsini bilmişdir. Emilin narkotik vasitə əldə etməsindən heç bir məlumatı olmamışdır, yalnız soyuq silah saxlamasına görə cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 23 fevral 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin gün saat 23:10 radələrində Təqsirləndirilən şəxs1 içərisində əyləşdiyi ehtimal etdikləri “Nissan Suny” markalı avtomobil Biləsuvar şəhəri, H.Əliyev prospektində əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin avtomobil üzərində «Biləsuvar-İran sərhədi-Bəhramtəpə-Şuşa» sözləri yazılmış lövhəsinin yanında dayanmış, daha sonra həmin avtomobil geri döndərərək Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Ələt-Astara yolunun 111-ci kilometrliyində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında həmin avtomobil saxlanılmış, avtomobildə olan üç nəfər şəxs polis şöbəsinə gətirmişlər. Avtomobilin sürücüsünün X6, sərnişin kimi əyləşmiş şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 da əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bağlamanı çıxarıb təqdim etmiş, həmin bağlamanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlama açılaraq baxılmış, bu zaman həmin bağlamanın içərisində iki ədəd bükülü olması müəyyən edilmişdir. Birinci bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər, ikinci bükülü açılıb baxıldıqda isə içərisində psixotrop maddə metamfetamə bənzər maddələr olmuşdur. Emil həmin narkotik maddələri iranlıdan aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə aşkar edilməmişdir, əynindəki gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli bıçaq aşkar edilmiş, həmin bıçağın özünə məxsus olmasını bildirmişdir. Zamir narkotik barədə məlumatı olmadığını bildirmişdir. Səhrab Əliyevin üzərinə baxış keçirilmiş, hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Müəyyən olmuşdur ki, Sərhab sadəcə taksi sürücüsüdür, Emil və Zamirə taksi xidməti göstərmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermiş. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19/232 nömrəli, 24 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs1 aşkar olunmuş bükülü....» sözləri və imzalar olan bir ədəd bükümdə təmiz çəkisi 200,362 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 58,203 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 3/282 nömrəli, 15 mart 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 313 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarını tərkibində saxlayan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 314 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarını tərkibində saxlayan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmiş. Bağlama açılaraq baxıldıqda iki ədəd bükülü olması müəyyən edilmişdir. Birinci bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər, ikinci bükülüdə isə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və sol arxa cibindən bir ədəd qara rəngli bıçaq aşkar edilmişdir. İş materiallarında olan 26 fevral 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 məxsus «mobil telefona baxış keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 telefonunda İran İslam Respublikası mobil operatoruna məxsus telefon nömrələri vasitəsi ilə narkotik maddələrin əldə edilməsi, daşınması, qanunsuz dövrüyyəsi və satışı mövzusunda danışıqlar aparmışdır. İş materiallarında olan 23 may 2022-ci il tarixli «Azercell MMC-dən daxil olmuş məlumatlara baxış keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə narkotik vasitələrin qanunsuz dövrüyyəsi mövzusunda danışıqlar aparmışdır. İş materiallarında olan istintaq orqanının 25 fevral 2022-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, ekspertiza tədqiqatdan sonrakı qalıq 200,312 qram narkotik vasitə heroin və 58,153 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və Biləsuvar rayon polis şöbəsinin saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan istintaq orqanının 15 mart 2022-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, 1 ədəd bıçaq maddi sübut hesab edilmiş və Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi, cinayət əməlinin tövsifi edilməsi haqqında» Təqsirləndirilən şəxs1 məxsus “Redmi-8” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edildiyindən maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı aşka edilərək götürülmüş “Nokia” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ona məxsus bir ədəd “Nokia” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən onların yaxın qohumlarına qaytarılmasından ötrü Biləsuvar RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Biləsuvar rayon polis şöbəsinin 09 fevral 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbs olmanın əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 16 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Samux şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Samux rayonu, Samux şəhərində qeydiyyatdadır, hal-hazhırda Samux şəhərində yaşamır, yaşadığı müddətdə özünü tərbiyəli aparmış, faydalı əməklə məşğul olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailə tərkibi ata və anasından ibrətdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünün ki, Təqsirləndirilən şəxs1 himayəsində 14 iyul 2012-ci il təvəllüdlü X12 adlı azyaşlı uşağı vardır. İş materiallarında olan arayış və doğum haqqında şəhadətnamənin surətindən görünün ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatdadır və onun himayəsində 30 iyul 2014-cü il təvəllüdlü X2 adlı azyaşlı uşağı vardır. İş materiallarında olan 25 may 2022-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, “Mehran” adlı şəxsin şəxsiyyət şəxsiyyətini həmçinin cinayətin digər iştirakçılarını müəyyən etmək məqsəd ilə hazırki cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəməyə verdiyi ifadəsinə tənqidi yanaşaraq “İran İslam Respublikası vətəndaşı Mehrandan əldə etdiyi narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etməsi, Təqsirləndirilən şəxs2 narkotik əldə etməsi üçün deyil tanışından pul almaq üçün Biləsuvara getməsi, Təqsirləndirilən şəxs2 narkotik barədə məlumatı olmaması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Həmçinin, Məhkəmə digər Təqsirləndirilən şəxs2 ifadəsinə tənqidi yanaşaraq “Biləsuvar rayonuna narkotik əldə etmək məqsədi ilə getməməsi, Emil Həsəvonun ona tanışından pul almaq üçün Biləsuvara yol yoldaşı kimi onunla getməsini xahiş etməsi, narkotik barədə məlumatı olmaması” hissəsini Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifşa edən ifadə verməsi, həmçinin məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və metamfetamin psixotrop maddəsini əldə etmişdilər. Məhkəmə, onların ifadələrində bildirdikləri bu xüsusatları onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2un əməli Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 həmin məcəllənin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməli təyin edilməlidir.Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqtından sonrakı qalıq 200,312 qram narkotik vasitə heroin, 58,153 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş sonuncuya məxsus bir ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Redmi 8” markalı, «Nokia» markalı və Təqsirləndirilən şəxs2 məxsus “Nokia” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 114 manat məbləğində ekspertiza xərci müştərək qaydada olmaqla təqsirləndirilən şəxslərin hər birindən 57 (əlli yeddi) manat tutularaq dövlət nəfinə keçirilməsini, cəzaçəkmə müddətinin 23 fevral 2022-ci il tarixdən başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 57 (əlli yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 228.4-cü maddəsi ilə ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 57 (əlli yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 200,312 qram narkotik vasitə heroin, 58,153 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş sonuncuya məxsus olan bir ədəd bıçaq məhv edilsin. - Təqsirləndirilən şəxs1 məxsus “Redmi-8” markalı, «Nokia» markalı və Təqsirləndirilən şəxs2 məxsus “Nokia” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar