Məhkəmə qərarları › İş №1(099)-399/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-399/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-399/2024 25.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, ev 32-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Fəyyaz” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə qabaqcadan razılığa gəlmiş, cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə o, 09 noyabr 2023-cü il tarixdə Bakı- Naxçıvan sərnişin avtobusu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına getmiş, oradan Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusla 10 noyabr 2023-cü il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikasının Culfa X9 Məntəqəsindən keçərək İran İslam Respublikasının Culfa şəhərində cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti məlum olmayan üzvündən satış məqsədi ilə qanunsuz olaraq iki ədəd ayaqqabının içərisinə yerləşdirilmiş külli miqdarda-205,776 qram psixotrop maddə olan metamfetamini, külli miqdarda-189,610 qram narkotik vasitə olan heroini və təsiredici maddəsinin ümumi miqdarı külli miqdar-4,93 qram təşkil edən 194 həb bütöv, 4 ədəd ¼ və 5 ədəd isə ½ həb hissələri olmaqla narkotik vasitə olan metadon həblərini 1000 manat müqabilində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasında olan cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvünə çatdırılması üçün əldə etmiş və malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə, ayağına geyindiyi, üzərində “PB” yazılmış, 45 ölçülü, ağ-qara rəngli bir cüt ayaqqabının hər iki tayının içərisində, tərliyin altında gömrük nəzarətindən gizlədilmiş, sol tayında 1 ədəd sellofan qablaşmada 94,728 qram metamfetamin psixotrop maddəsi, 1 ədəd plastik qablaşmada 90,302 qram heroin narkotik vasitəsi, 1 ədəd plastik qablaşmada tərkibində metadon narkotik vasitəsi olan “F/M20” yazılı 88 həb bütöv və 4 ədəd isə ½ həbləri və sağ tayında 1 ədəd sellofan qablaşmada 111,048 qram metamfetamin psixotrop maddəsi, 1 ədəd plastik qablaşmada 99,308 qram heroin narkotik vasitəsi, 1 ədəd plastik qablaşmada tərkibində metadon narkotik vasitəsi olan “F/M20” yazılı 106 həb bütöv, 4 ədəd ¼ və 1 ədəd isə ½ həb hissələrini saxlayıb 11 noyabr 2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınmaqla, həmin gün saat 05 radələrində Biləsuvar rayonu ərazisində yerləşən Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş və həmin gün gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlamalar nəticəsində Təqsirləndirilən şəxs ayağına geyindiyi üzərində “PB” yazılmış, 45 ölçülü, ağ-qara rəngli bir cüt ayaqqabının hər iki tayının içərisindən 2 sellofan qablaşmada külli miqdarda-205,776 qram psixotrop maddə olan metamfetamin, 2 plastik qablaşmada külli miqdarda-189,610 qram narkotik vasitə olan heroin və 2 plastik qablaşmada tərkibində metadon narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı külli miqdar-4,93 qram təşkil edən “F/M20” yazılı 194 həb bütöv, 4 ədəd ¼ və 5 ədəd isə ½ həb hissələrini aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, himayəsində nənəsi Firəngiz Məcidova olmaqla nənəsi ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, ev 32-də qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən üç ildir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən və metamfetamindən istifadə etmişdir. Təxminən bir neçə il əvvəl “İnstagram” sosial şəbəkəsində özünü iranlı kimi təqdim edən “Fəyyaz” adlı şəxslə tanış olmuş, sonradan aralarında yaxşı münasibətləri yaranmışdır. Həmin şəxslə istifadəsində olan, üzərində 077/320-59-55 mobil telefon nömrəli “Redmi” markalı mobil telefonla vatsapla əlaqə saxlamış və telefonunda iranlının adını “Fazil Tokar” və “Fazil iw nar” kimi qeyd etmişdir. İranlı “Fəyyaz” da onunla İrana aid telefon nömrələri ilə (+**********18, +**********35) əlaqə saxlamışdır. Bu tanışlıqdan sonra o, bir neçə dəfə “Fəyyaz”la əlaqə saxlayıb onun dediyi bank kartının nömrəsinə müəyyən qədər pul ödəməklə ondan istifadəsi üçün narkotik maddə almışdır. Tutulmamışdan bir müddət əvvəl “Fəyyaz” ona təklif etmişdir ki, yol xərcini ödəmək şərti ilə İrana gəlib verəcəyi narkotik maddəni götürüb gizlincə Azərbaycana aparsa ona yaxşı pul verə bilər. Maddi vəziyyəti yaxşı olmadığı üçün o, iranlının təklifi ilə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən “Fəyyaz” onun İrana gedib-gəlmək üçün yol və qalmaq xərclərini əvvəlcədən ödəməli, narkotik maddəni İrandan Azərbaycana keçirib Bakı şəhərinə gətirib çatdırdıqdan sonra ona əlavə 1000 manat pul da veriləcəkmiş. Bu razılaşmadan sonra o, 08 noyabr 2023-cü il tarixdə, Bakı şəhərindən Bakı-Naxçıvan sərnişin avtobusu ilə İrandan keçməklə Naxçıvan şəhərinə getmiş, yolda olarkən “Fəyyaz” onun bank kartına (**********372114 №-li “KapitalBank”a aid karta) 170 manat pul göndərmişdir. 09 noyabr 2023-cü il tarixində Naxçıvan şəhərində oteldə qalmış, orada olarkən “Fəyyaz” ona zəng edib ayaqqabı ölçüsünü soruşmuş, həm də aparacağı narkotik maddələrin onun (Fəyyazın) verəcəyi ayaqqabının içərisində olacağını bildirmişdir. 10 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində o, Naxçıvan-Bakı avtobusu ilə Naxçıvan şəhərindən Bakı şəhərinə yola düşmüş, yolda olarkən “Fəyyaz” ona zəng edib İran ərazisində olarkən avtobusun harada dayanacağını soruşmuş, o avtobusun İranın ərazisində “Yeddibulaq” adlanan ərazidə dayanacağını bildirmiş, “Fəyyaz” da həmin yerdə onunla görüşəcəyini demişdir. Naxçıvandan yola düşdükdən təxminən 4 saatdan sonra avtobus “Yeddibulaq” adlanan yerə çatmış və o, avtobusdan düşərkən “Fəyyaz” ona zəng edib qardaşının orada olduğunu, ona əl edəcəyini bildirmiş, bundan sonra o, bulağa doğru yaxınlaşmış, orada “Fəyyaz”ın dediyi adamı tapıb onunla görüşmüş, daha sonra onlar ayaqlarında olan ayaqqabıları qarşılıqlı dəyişmişlər və o, içərisində narkotik vasitələr olan ayaqqabıları ayağına geyinmişdir. “Fəyyaz”la aralarında olan danışığa əsasən o, Bakıya çatdıqdan sonra “Fəyyaz”la əlaqə saxlamalı, “Fəyyaz” da narkotik vasitələri kimə verəcəyini ona deməliymiş. Bundan sonra o, avtobusa minib yoluna davam etmişdir. 11 noyabr 2023-cü il tarixdə, səhərçağı saat 05 radələrində avtobusla İran tərəfdən-İranın Biləsuvar gömrüyündən keçib Azərbaycan Respublikasının ərazisinə-Biləsuvar gömrük postuna daxil olub pasport yoxlamasından keçərkən gömrük əməkdaşları onunla şifahi sorğu-sual aparıb üzərində və əşyalarının içərisində qadağan olunmuş əşyalaran, narkotik vaçitələrin olub-olmamasını soruşmuş, o da üzərində gizlədilmiş belə əşyaların olmadığını bildirmişdir. Sonra əlində olan çantası rentgen qurğusundan keçirilməklə yoxlanılmış, daha sonra qadın gömrük əməkdaşı ona ayağındakı ayaqqabılarını da çıxarıb yoxlanması üçün rentgen qurğusundan keçirməyini bildirmiş, o da ayaqqabılarını çıxarıb rentgen qurğusuna yerləşdirmişdir. Ayaqqabılarını rentgen qurğusundan keçirdikdən sonra gömrük əməkdaşları şübhələnib ona ayaqqabıların yoxlanacağını bildirmiş, o da etiraz etməmişdir. Bundan sonra gömrük əməkdaşları özünün iştirakı ilə ayaqqabıların içərisini yoxlamış və ayaqqabıların hər iki tayının içərisində gizlədilmiş narkotik maddələr aşkar edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, ayaqqabıların içərisində gizlədilmiş maddələr heroin, metamfetamin və metadondur. Sonra aşkar edilmiş narkotik maddələr orada elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. Həmçinin həmin vaxt gömrük əməkdaşları ondan mobil telefonunu və bank kartını da götürmüşlər. Bundan sonra o, əvvəl izahat, sonra ifadə verərək iranlı “Fəyyaz”la aralarında olan bütün məsələləri bildirib həmin iranlının tapşırığı ilə 1000 manat qarşılığında narkotik maddələri İrandan gətirdiyini etiraf etmişdir. Həmçinin o, gətirdiyi narkotik maddələri ondan qəbul edəcək şəxslərin aşkar olunması üçün gömrük əməkdaşlarına kömək etmiş, lakin həmin şəxslər gəlib ondan narkotik maddələri qəbul etməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Biləsuvar Gömrük İdarəsinin əməkdaşıdır. 11 noyabr 2023-cü il tarixdə, səhər saatlarında İran ərazisindən keçməklə Biləsuvar gömrük postuna daxil olan, Naxçıvan MR-dan gələn, Naxçıvan-Bakı avtobusundakı sərnişinlərə gömrük nəzarətini həyata keçirərkən piyada keçid xətti ilə gömrük nəzarəti həyata keçirilən salona daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs özünü həyəcanlı və narahat aparmasını müşahidə etmişdir. Sonra onunla şifahi sorğu-sual aparıb üzərində və əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olub-olmamasını soruşmuş, belə əşyalar varsa könüllü təhvil verilməsini izah etmiş, Təqsirləndirilən şəxs da üzərində qadağan olunmuş əşyaların olmadığını bildirmişdir. Əl yükü yoxlanıldıqdan sonra, Təqsirləndirilən şəxs özünü yenə də şübhəli və narahat apardığını müşahidə etdiyindən ayaqqabılarının içərisində narkotik vasitə gizlədə biləcəyini ehtimal edib onun ayaqqabılarını piyada keçid xəttində olan rentgen yük yoxlama qurğusunda yoxlamaq qərarına gəlinmişdir. Rentgen qurğusunda yoxlanılan zaman Təqsirləndirilən şəxs məxsus ayaqqabının hər iki tayının tərliyinin altında şübhəli bükümlərin olması müşahidə olunmuşdur. Bundan sonra gömrük əməkdaşları tərfindən Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus ayaqqabıların hər iki tayına baxış keçirilmişdir. Baxış zamanı ayaqqabının hər iki tayının tərliyinin altından gömrük nəzarətindən gizlədilmiş, sağ tayında 2 ədəd plastik qabda, 1 ədəd sellofanda qablaşdırılmış və sol tayında da 2 ədəd plastik qabda, 1 ədəd sellofanda qablaşdırılmış cəmi 4 ədəd plastik qab və 2 ədəd sellefon büküm aşkar edilmişdir. Həmin bükümlərin və plastik qabların içərisində narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə oxşar kütlələr, həmçinin çoxlu sayda naməlum həblər və həb qırıntıları aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, dərman həbləri sayılmış, sonra həmin kütlələr və dərman həbləri qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Biləsuvar Gömrük İdarəsinin əməkdaşıdır. 11 noyabr 2023-cü il tarixdə, səhər saatlarında İran ərazisindən keçməklə Biləsuvar gömrük postuna daxil olan, Naxçıvan MR-dan gələn, Naxçıvan-Bakı avtobusundakı sərnişinlərə gömrük əməkdaşları tərəfindən gömrük nəzarəti həyata keçirilərkən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ayağına geyindiyi ayaqqabıların hər iki tayının içərisində narkotik və psixotrop maddələr aşkar olunub götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Biləsuvar Gömrük İdarəsinə gətirilib izahatı alınıb, üzərində olan əşyalar-telefon və digər əşyalar götürüldükdən sonra Rövşənin Bakı şəhərinə aparılıb istintaqa təhvil verilməsi ona həvalə edilmişdir. Sonra onlar avtomobillə Biləsuvar rayonundan çıxıb Bakı şəhərinə gedərkən yolda Təqsirləndirilən şəxs əşyalarının arasında mobil telefonuna zənglər gəlməyə başlamış, həmin zəngə baxdıqda telefonda “Fazil Tokar” adı ilə qeyd edilmiş +**********18 nömrəsindən vatsapla Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edildiyi görüb zəng edən şəxsin kim olduğunu Rövşəndən soruşmuş, o da zəng edən şəxsin iranlı “Fəyyaz” olduğunu, ayaqqabısından aşkar olunmuş narkotik və psixotrop maddələri Bakı şəhərində “Fəyyaz”ın ona deyəcəyi şəxsə çatdırmaq üçün həmin şəxs barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra qərara alınmışdır ki, Bakı şəhərində maddələri qəbul edəcək şəxsin müəyyən edilməsi üçün gömrükdə yoxlama zamanı saxlanması və narkotik maddələrin aşkar edilməsini “Fəyyaz”a bildirməmək şərti ilə Təqsirləndirilən şəxs telefon zənginə cavab verməyinə (telefon səsucaldan rejimə qoyulmaqla) şərait yaradılmış, Rövşən də narkotik maddələri ondan qəbul edəcək şəxsin aşkar edilməsi üçün onlara köməklik etmək məqsədilə könüllü olaraq “Fəyyaz”la danışıqlar aparıb “Fəyyaz”a gömrükdən rahat keçdiyini, ayaqqabısındakı malların aşkar edilmədiyini, hazırda avtobusla Bakı şəhəri istiqamətində getdiyini bildirmiş, “Fəyyaz” da Bakı şəhərinə çatana yaxın onunla əlaqə saxlamağını bildirmişdir. Bakı şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs “Fəyyaz” adlı şəxslə əlaqə saxlayıb narkotik və psixotrop maddələri təhvil alacaq şəxsin gəlib ondan götürməsini demiş, həmin şəxs də narkotik maddələri götürəcək şəxsə onun (Rövşənin) mobil nömrəsini verəcəyini və bu şəxsin (narkotik maddələri qəbul edəcək şəxsin) onunla (Təqsirləndirilən şəxsla) əlaqə saxlayacağını bildirmişdir. Bir neçə dəqiqədən sonra hazfroda xatırlamadığı mobil nömrədən (050/448- 66-66 mobil nömrəsindən) Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə (077/320-59-55 mobil nömrəsinə) zəng gəlmiş, danışıq şəxs Rövşənə nömrəsini “Fəyyaz”ın ona verdiyini, taksi ilə Binə və ya Hövsan qəsəbəsi istiqamətində gəlməsini bildirmişdir. Bir qədər sonra həmin nömrənin istifadəçisi Rövşənə təkrar zəng edib harada olmasını soruşmuş, Rövşən də üzərində taksiyə verəcək pulunun olmadığını, bu səbəbdən də Yasamal rayonu ərazisində yaşayan xalasıoğlugilə gedəcəyini deyib həmin şəxsin Yasamala gəlməsini bildirmiş, sonra zəng edən şəxs Rövşənə “Fəyyaz”ın ona nə qədər pul veriləcəyini soruşmuş, Rövşən də ona 1000 manat pulun veriləcəyini demiş, zəng edən şəxs də Rövşənə 1000 manat pulunun onda olduğunu, taksi ilə gəlib həmin pulu götürə biləcəyini demişdir. Bir qədər sonra həmin nömrədən təkrar zəng gəlmiş və Rövşəndən harada olduğu soruşulmuş, Rövşən də həmin şəxsə Yasamal rayonunda olacağını və ora gəlməsini bildirdikdə zəng edən şəxs “yaxşı” deyərək telefon danışığı tamamlamışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs telefon nömrəsinə başqa bir mobil nömrədən (050/239-42-39 nömrəsindən) zəng gəlmiş və zəng edən şəxs Rövşəndən hansı tərəfdə olduğunu soruşmuş, Rövşən də Yasamal rayonu ərazisində olduğunu bildirmiş, həmin şəxs də Rövşənə “yaxşı” deyib telefon əlaqəsini kəsmişdir. Sonra aradan bir müddət keçsə də, narkotik və psixotrop maddələri Rövşəndən götürmək üçün kimsə onunla əlaqə saxlamamış, ona görə də o, Təqsirləndirilən şəxs Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinə gətirib təhvil vermişdir. Təqsirləndirilən şəxs danışıqlarını telefonun səsucaldan rejimində olmaqla onun yanında aparırmış, Rövşənə zəng edən şəxslər özlərini təqdim etməmişlər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 11 noyabr 2023-cü il tarixdə, səhər saatlarında bir nəfər gömrük əməkdaşının xahişi ilə Biləsuvar gömrük postunda İrandan avtobusla Azərbaycana gələn Rövşən adlı şəxsin (Təqsirləndirilən şəxs) üzərində və ayaqqabılarının yoxlanması aparılan vaxt hal şahidi kimi iştirak etmişdir. Həmin vaxt həmyerlisi İqbal da (Şahid3) orada onunla birlikdə hal şahidi olmuşdur. Gömrük əməkdaşları əvvəl Rövşən adlı şəxsin ayaqqabılarını içərisini yoxlamış və ayaqqabıların hər iki tayının tərliyinin altından dəqiq xatırlamadığı sayda bükümlər və xırda plastik qablar, həmin bükümlərin və plastik qabların içərisində isə tanımadığı maddələr və dərman həbləri aşkar olunmuşdur. Gömrük əməkdaşları aşkar olunmaş maddələrin narkotik maddələr olmasını bildirmişlər. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, dərman həbləri sayılmış, sonra həmin kütlələr və dərman həbləri gömrük əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Bundan sonra Rövşən adlı şəxsin üzərində axtarış aparılmış, lakin onun üzərindən qadağan olunmuş əşyalar aşkar olunmamışdır. İşdə olan, “Baxış keçirilməsi haqqında” 11 noyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində götürülmüş məlumatlara əsasən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdə, saat 22:05-də Biləsuvar X9 Məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, 09 noyabr 2023-cü il tarixdə, saat 07:22-də Culfa X9 Məntəqəsindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, 10 noyabr 2023-cü il tarixdə, saat 19:24-də Culfa X9 Məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, 11 noyabr 2023-cü il tarixdə, saat 04:23-də Biləsuvar X9 Məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İşdə olan, “Malların yoxlanılması haqqında” 11 noyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki həmin tarixdə, saat 05 radələrində Biləsuvar Gömrük İdarəsinin əməkdaşı Şahid1 tərəfindən hal şahidlərinin və Naxçıvan MR-dan İrandan keçməklə sərnişin avtobusu ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs məxsus (ayağına geyindiyi) üzərində “PB” yazılmış, 45 ölçülü, ağ-qara rəngli bir cüt ayaqqabıya ayaqqabıya yoxlama (baxış) keçirilmişdir. Yoxlama zamanı bir cüt üzərində “PB” markalı, “45” ölçülü, ağ-qara rəngli ayaqqabının hər iki tayının tərliyinin altından- sağ tayında 2 ədəd plastik qabda, 1 ədəd sellofanda qablaşdırılmış və sol tayında 2 ədəd plastik qabda, 1 ədəd sellofanda qablaşdırılmış cəmi 4 ədəd plastik qab və 2 ədəd sellefon büküm, həmin qablar və bükümlərin içərisində narkotik və psixotrop maddələrə (heroinə, metafetaminə və metadon həblərinə) oxşar kütlələr və həblər və həb qırıntıları aşkar edilmişdir. Aşkar edilmiş kütlələr və həblər qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüş və yoxlama ilə bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş iki ədəd kağız paketdə üzərində “Travat” qeyd edilmiş iki ədəd çəhrayı rəngli plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 99,308 qram, 90,302 qram ümumi təmiz çəkisi 189,610 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Munix” qeyd edilmiş iki ədəd sellofan bağlamada ayrıayrılıqda təmiz çəkisi 111,048 qram, 94,728 qram ümumi təmiz çəkisi 205,776 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, psixotrop maddə- metamfetamindir. Üzərində “Venum” yazısı qeyd edilmiş bir ədəd plastik qabda üzərində “F/M20” göstəricisi olan 106 ədəd bütöv 4 ədəd ¼ hissə və bir ədəd ½ hissə qəhvəyi rəngli həb hissəsində və üzərində “Boxing” yazısı olan plastik qabın içərisində üzərində “F/M20” göstəricisi olan 88 ədəd bütöv həb, 4 ədəd ½ hissə qəhvəyi rəngli həb hissəsində metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 4,93 qram (1 ədəd həbdə 0,02 qram) təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Ekspertiza tədqiqatından sonra qalıq heroin189,510 qram, qalıq metamfetaminin 205,676 qram və qalıq metadon 188 ədəd həb. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 13 noyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus “Redmi 5” markalı mobil telefon aparatına baxış zamanı telefonun üzərində 077/320-59-55 saylı mobil telefon nömrəsi olmaqla telefonun vatsap proqramı tətbiqi hissəsində “Fazil Tokar” adı ilə +**********18 saylı telefon nömrəsi qeyd edilmiş və həmin telefon nömrələri arasında aşağıda göstərilən mesaj məntləri üzrə söhbətlər, yəni 11 noyabr 2023-cü il tarixdə “Fazil Tokar”- “Alo”, 077/320-59-55 (Rövşən)- “Hə Fəyyaz neynirsən?, Mən çıxmışam, avtobusu gözləyirik, bi dənə avtobusu yoxlasınlar, çıxırıq”, “Fazil Tokar”- “ok. Neynək qadanı alım, avtobusa minəndə mənə bir xəbər ver”, 077/320-59-55 (Rövşən)- “Hə Fəyyaz avtobus gəldi, minirəm indi, düşürəm yola, xəbər eləyərəm sənə, salamatçılıqdı”, “Fazil Tokar”- “Ok”, 077/320-59-55 (Rövşən)-“Hə Fəyyaz zəng vurmuşdun, set zəif idi ee, ona görə götürə bilmədim. Səs at, internet zəifdi aça bilmirəm”, “Fazil Tokar-“O ev adamı tez-tez məni yığır, deyir mənə bi dənə səs qoysun ki salamatçılıqdı. Bi dənə onlara səs qoy, denə salamatçılıqdı. Alo”, 077/320-59-55 (Rövşən)-“Fəyyaz zəng vurmusan eşitməmişəm ee, səssizdə olub telefon, gəlirəm da mən yoldayam, sən mənə deyərsən hara gələcəm, vağzalda düşüm sənə xəbər eləyirəm”, “Fazil Tokar”-“Bazara çox qalırsan?, bilərsən da özün gedəndə bilərsən, deyirəm yəni çox qalırsan ya az qalırsan? Onun bi dənə mənə xəbərin verərsən”, 077/320-59-55 (Rövşən)-“1 saata çataram inşallah, çatıəm xəbər eləyirəm”, “Fazil Tokar”-“ok”, 077/320-59-55 (Rövşən)-“Çatıram bazar tərəfinə, bazar deyirsən sən yoxsa vağzal?”, “Fazil Tokar”-“Harda düşəcəysən? Oranı deynən dənə”, 077/320-59-55 (Rövşən)-“Avtovağzalda düşəcəm da, harda minmişdim Bakıdan gedəndə? Yenə qayıdıram həmin yerə, avtovağzala. Hə Fəyyaz çatdım ee, avtovağzaldayam. Burdan hara gedim?, neyniyim?”, “Fazil Tokar”-“Bi dəyqə dayan deyim”, 077/320-59-55 (Rövşən)-“Ok”, “Fazil Tokar”-“Rövşən canı qadasın alım, harda durubsan? Ordan mənə bi dənə şəkil atginən. Alo. Alo. Alo. Hardasan. Aloo” mesajlar və 12 buraxılmış zəng qeyd edilmişdir. Bundan əlavə “ “Fazil Tokar” adı ilə qeyd edilmiş +**********18 nömrəsinin istifadəçisi vatsapla 10 və 11 noyabr 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs 077/320-59-55 saylı nömrəsinə qarşılıqlı zənglər olunmaqla aralarında danışıqlar aparılmışdır. Bundan başqa telefonun zənglər bölməsində adı qeyd edilməmiş 050/448-66-66 nömrəsindən (müəyyən edilmişdir ki, həmin nömrə X6 aiddir) Təqsirləndirilən şəxs istifadəsində olan 077/320-59-55 mobil nömrəsinə zəng edilərək 11 noyabr 2023-cü il tarixdə, saat 09:11-də 48 saniyə, saat 09:16-da 1 dəqiqə 9 saniyə, saat 09:25-də 9 saniyə, saat 09:28-də 55 saniyə, habelə 050/239-42-39 nömrəsindən (müəyyən edilmişdir ki, həmin nömrə X8 aiddir) Təqsirləndirilən şəxs istifadəsində olan 077/320-59-55 mobil nömrəsinə zəng edilərək 11 noyabr 2023-cü il tarixdə, saat 09:36-da 33 saniyə danışıq aparılmış, sonuncu nömrədən 17 dəfə cavabsız zənglər gəlmişdir. Bundan əlavə “ “Fazil Tokar” adı ilə qeyd edilmiş +**********18 nömrəsinin istifadəçisi vatsapla 10 və 11 noyabr 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs 077/320-59-55 saylı nömrəsinə qarşılıqlı zənglər olunmaqla aralarında danışıqlar aparılmışdır. İşdə olan, “Mobil telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 19 dekabr 2023-cü il və 24 yanvar 2024-cü il tarixli protokollarla müəyyən edilir ki, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş 077/320-59-55 saylı mobil telefon nömrəsi ilə digər şəxslər arasında müxtəlif vaxtlarda narkotik maddələrin alqı-satqısını özündə ehtiva edən çoxsaylı danışıqlar və mesajlar aşkar edilmişdir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 14 noyabr 2023-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra 205,676 qram metamfetamin, 189,510 qram heroin və 188 ədəd metadon həbləri, eləcə də üzərində “PB” yazılmış, 45 ölçü, ağ-qara rəngli bir cüt ayaqqabı iş üzrə maddi sübut kimi tanınmış və narkotik və psixotorp maddələr saxlanması üçün DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağına, bir cüt ayaqqabı saxlanılması üçün DGK-nin “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs məxsus bir bir ədəd “Redmi 5” markalı mobil telefon aparatı (üzərində 077/320-59-55 saylı mobil telefon nömrəsi olmaqla) və Təqsirləndirilən şəxs adına olan **********372114 №-li “KapitalBank”a aid bir ədəd bank kartı iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 12 fevral 2024-cü il tarixli qərarla müəyyən edilir ki, hazırki cinayət işinin materiallarından cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvlərinin barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid4 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid4 və Şahid5 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən cinayətləri törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” və “Metadon” olan maddələr narkotik vasitələr, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroin və metamfetamin 0,15 qramdan, metadonun 0,02 qramdan artıq hissəsi xeyli miqdar, heroinin 2 qramdan 800 qramadək, metamfetaminin 2 qramdan 400 qramadək və metadonun 1,6 qramdan 160 qramadək külli miqdar, heroinin 800, metamfetamin 400 qram və metadonun 160 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs və qrupun digər üzvlərinə aid olmaqla götürülmüş 205,776 qram psixotrop maddə olan metamfetamin, 189,610 qram narkotik vasitə olan heroin və tərkibində narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 4,93 qram təşkil edən metadon külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik və psixotrop maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımış, habelə həmin maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Bakı şəhəri, Xəzər rayon Binə qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 08 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, ev 32də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Binə qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 02 aprel 2024-cü il tarixli və Binə Bələdiyyəsinin 04 aprel 2024-cü il tarixli arayışlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 1949-cu il təvəllüdlü nənəsi X3 olmaqla onunla birlikdə Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, ev 32-də yaşamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs könüllü olaraq cinayət törətmiş digər iştirakçıların ifşa edilməsi (narkotik və psixotrop maddələri qəbul edəcək şəxslərin ifşa olunması) istiqamətində mümkün köməklik göstərməsi CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs könüllü olaraq cinayət törətmiş digər iştirakçıların ifşa edilməsi (narkotik və psixotrop maddələri qəbul edəcək şəxslərin ifşa olunması) istiqamətində mümkün köməklik göstərməsini CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edib, həmin Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı həmin Məcəllənin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 60-cı maddəsinin müddəaları tətbiq olunub cəza təyin edilərkən ona təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyatda alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DGK Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 205,676 qram metamfetamin, 189,510 qram heroin və 188 ədəd metadon həbləri, habelə Azərbaycan Respublikası DGK-nin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan üzərində “PB” yazılmış, 45 ölçü, ağ-qara rəngli bir cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, psixotrop və narkotik maddələrin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi 5” markalı mobil telefon aparatı (üzərində 077/320-59-55 saylı mobil telefon nömrəsi olmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs nənəsi X1 təhvil verilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs adına olan **********372114 №-li “KapitalBank”a aid bir ədəd bank kartı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2023-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyatda alınsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 205,676 qram psixotrop maddə olan metamfetamin, 189,510 qram narkotik vasitə olan heroin və 188 ədəd narkotik vasitə olan metadon həbləri, habelə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan üzərində “PB” yazılmış, 45 ölçü, ağ-qara rəngli bir cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi 5” markalı mobil telefon aparatı (üzərində 077/320-59-55 saylı mobil telefon nömrəsi olmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs nənəsi X1 təhvil verilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs adına olan **********372114 №-li “KapitalBank”a aid bir ədəd bank kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar