Məhkəmə qərarları › İş №1(099)-399/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-399/2025

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-399/2025 03.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu ildə İmişli rayonunun Qaravəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Qaravəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 12.1, 218.2 və 274-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə İranın Qum şəhərində qeyri-rəsmi dini təhsil aldığı müddətdə X73 Mühafizəçiləri Korpusu – «SEPAH»ın nümayəndələri tərəfindən məxfi əməkdaşlıq təklifinə tamah niyyəti və İran İslam Respublikasının vətəndaşlığını əldə edib yaşamaq üçün İrana köçməyə şərait yaradılacağı şərti ilə razılığını bildirdikdən sonra «Fazil Dərbəndi» təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilmişdir. Məxfi əməkdaşlıq barədə yazılı iltizam verdikdən sonra Təqsirləndirilən şəxs İran xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası ərazisində təsir dairəsinin genişləndirilməsi, o cümlədən fəaliyyəti həmin orqan tərəfindən idarə olunmaqla maliyyələşdiriləcək «Hicab və X9 müdafiə komitəsi» adlı təşkilatın yaradılması, həmin təşkilatın adından Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş şəxslərin həbslərinə müxtəlif dini İnternet səhifələr və sosial şəbəkələr vasitəsilə etiraz bəyanatlarının verilməsi, terrorçuluq və dövlətə xəyanət cinayət əməllərinə görə beynəlxalq axtarışda olmaqla İran ərazisində gizlənən X1 rəhbəri olduğu “haqqyolu.com”, “nur-az.com” və digər informasiya saytlarında xarici xüsusi xidmət orqanları ilə razılaşdırılmış formada dini dövlət ideyalarının təbliği, Azərbaycan Respublikası ərazisində həmin xüsusi xidmət orqanının təsir edə biləcəyi radikal dini kontingentin formalaşdırılmasına yönələn dinisiyasi məqalələrin dərc edilməsi, yayılması, dünyəvi dövlət ideyalarına və Azərbaycan hüquq mühafizə orqanlarının qanuni fəaliyyətinə kölgə salan, onların və digər dövlət qurumlarının işgüzar nüfuzuna xələl gətirən təxribat xarakterli məlumatların yayılması, etibarlı hesab etdiyi həmin şəxslərdən İran xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilməsi, İran xüsusi xidmət orqanının Azərbaycan Respublikasında fəaliyyət istiqamətləri üzrə maraqlarının təmini üçün dini təbliğat yolu ilə iranyönümlü sosial bazanın yaradılması məqsədilə dini örtük altında Azərbaycan və digər xarici ölkə ərazisində iranyönümlü dini icma, cəmiyyət və digər qurumların təsis edilməsi, xarici xüsusi xidmət orqanı ilə razılaşdırmaqla həmin qurumların əsasnamələrinin, nizamnamələrinin, fəaliyyət proqramlarının, kitabça və broşurlarının hazırlayaraq dövlət qeydiyyatından keçirilməsi, Azərbaycan Respublikasının şəhər və rayonlarında olan məscidlərin, həmin məscidlərin strateji əhəmiyyəti, istifadə təyinatı, sahəsi, vəziyyəti, statusu, tələb olunan xərcləri, məscidə məsul şəxslərin anket məlumatları, muvafiq məscidin yerləşdiyi şəhər və rayon əhalisinin məzhəb üzrə dəqiq sayı və digər hallar barədə ətraflı məlumatların toplanılması, məscidlərin və onların yerləşdiyi ərazilərin fotoşəkillərinin çəkilməsi, Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslərin izlənilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması, aldığı ayrı-ayrı tapşırıqların icrasını özündə əks etdirən hesabatları fars dilində hazırlayaraq İran xüsusi xidmət orqanına çatdırılması barədə və sair hallara dair tapşırıqlar verilmişdir. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «SEPAH»-ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2024-cü ilin iyul ayının 22-dək olan müddət ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərərək 2010-2011-ci illər ərzində Azərbaycan Respublikasının Bakı, Sumqayıt, Lənkəran, Şirvan, Ağstafa, Cəlilabad, Sabirabad, Göyçay, İmişli, Beyləqan, Bərdə, Şəmkir, Xaçmaz, İsmayıllı, Neftçala, Salyan, Astara, Naftalan, Lerik, Saatlı, Masallı, Goranboy, Biləsuvar və Yardımlı şəhər və rayonlarında yerləşən məscidlərin və onların yerləşdiyi ərazilərin fotoşəkillərini çəkməklə ayrı-ayrılıqda hər bir məscidin strateji əhəmiyyəti, istifadə təyinatı, sahəsi, vəziyyəti, statusu, təmir və bərpa üçün tələb olunan xərcləri, məscidə məsul şəxslərin anket məlumatlarını, qeyd olunan məscidlərin yerləşdiyi şəhər və rayon əhalisinin məzhəblər üzrə dəqiq sayı barədə “məscid və hüseyniyyələr haqqında ümumiləşdirilmiş məlumat” adlı fars dilində məlumatlar toplamış, 2011-ci ildə İranın Qum şəhərində “Hicab və X9 müdafiə komitəsi” adlı radikal dini təşkilat yaratmış, həmin təşkilatın adından “hicab qadağası” adlandırdıqları “orta və ali təhsil müəssisələrində vahid geyim formasının tətbiqi”nə qarşı, habelə Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin həbsinə etiraz olaraq xarici xüsusi xidmət orqanları ilə razılaşdırmış formada bəyanatlar vermiş, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «SEPAH»-ın İranın Azərbaycan Respublikasındakı səfirlik daxili rezidenturasının rəhbəri X51 Hasraqinin tapşırığı əsasında İranın Tehran şəhərində təşkil ediləcək konfransda iştirak etmək adı altında 07 dekabr 2011-ci il tarixdə həmin şəhərə səfər edərək Azərbaycan İslam Partiyası adlı təşkilatın sədri Mövsüm Səmədov və partiyanın digər üzvlərinin, həmçinin Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə ibtidai və məhkəmə istintaqı aparılan bir sıra şəxslərin anket məlumatları, tutulma şəraitləri, onlara verilmiş ittihamların mahiyyəti barədə topladığı digər məlumatları, eləcə də, qeyd olunan şəxslərlə bağlı ayrı-ayrı siyasi partiyaların və ictimai təşkilatların, o cümlədən ABŞ səfirliyinin və ATƏT-in Bakı ofisinin 05 oktyabr 2011-ci il tarixdə verdiyi bəyanatlara dair mətnləri hazırlayaraq xarici xüsusi xidmət orqanına təqdim etmiş, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X3 digər şəxslərlə birgə ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə, o cümlədən onun rəhbərliyi və nəzarəti altında müxtəlif ölkələrdə terrorçuluq cinayətlərinin törədilməsində istifadə etmək niyyətilə yaratdığı «Hüseyniyun» adlandırdıqları cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olmuş, həmin cinayətkar birliyin dayanıqlı fəaliyyətinin təmin edilməsində və mənafeyinin qorunmasında iştirak etməklə 2013-ü ilin əvvəlindən İranda qeyri-rəsmi dini təhsil alan radikallığı ilə seçilən Azərbaycan Respublikası vətəndaşlarının qeyd olunan cinayətkar birliyin üzvlüyünə cəlb edilməsi işini təşkil etmiş, Azərbaycan Respublikası ərazisində xarici xüsusi xidmət orqanının təsir edə biləcəyi radikal dini kontingentin formalaşdırılmasına yönələn, İslam dini adı altında bu və ya digər məqsədlərə xidmət edən, fəaliyyəti qanuna zidd xarakter daşıyacaq dini kontentin təbliğinə və təqdirinə yönələn materiallar, məqalələr, xəbər xarakterli, eləcə də dini dözümsüzlük, dini nifrət və düşmənçilik təbliğ edən fikirləri, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə 26 noyabr 2015-ci il tarixdə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyatın keçirilməsinə dair təxribat xarakterli əvvəlcədən xarici xüsusi xidmət orqanları ilə razılaşdırmaqla məqsədyönlü bəyanatlar hazırlayaraq onları müxtəlif dini İnternet səhifələr və sosial şəbəkələr vasitəsilə, o cümlədən İran xüsusi xidmət orqanının nəzarətində olmaqla onlar tərəfindən maliyyələşdirilərək idarə olunan “www nur-az.com”, «www.hicab.org» və «www.nur.az» saytlarında, həmçinin “Youtube” portalında “Quran oxu_Hacı Faiq” (youtube.com@quranoxu_hacfaiq3971) adlı kanalında yerləşdirib yayılmasını təşkil etmiş, İran xüsusi xidmət orqanının maraqlarının təmini üçün dini təbliğat yolu ilə iranyönümlü sosial bazanın yaradılması məqsədilə dini örtük altında 2001-2008-ci illərdə Rusiya Federasiyasının Sankt-Peterburq, 2015-2020-ci illərdə Rostov, 2021-2023-cü illərdə Krasnodar şəhərlərində, 2024-cü ilin iyul və avqust aylarında isə Qazaxıstan Respublikasının Aktau şəhərində üzvləri Azərbaycan Respublikasının vətəndaşlarından ibarət “Əhli-beyt dini, elmi-mədəni mərkəz” adlı dini təşkilat yaratmaqla onların fəaliyyətinə rəhbərlik etmiş, topladığı digər məlumatları 2024-cü ilin iyul ayının 22-dək olan müddət ərzində İran İslam Respublikasına, Qazaxıstan Respublikasına, Rusiya Federasiyasına etdiyi səfərlərində konspirativ görüş üçün nəzərdə tutulmuş xüsusi məkanlarda X73 Mühafizəçiləri Korpusu – «SEPAH»ın nümayəndələrinə, o cümlədən Mehdi Baxtəvəri, “Hizbullah” təxəllüsü ilə tanınmış Əbdullah Qeybi adlı əməkdaşına vermiş, digər formada bütün davranış və fəaliyyətini xarici xüsusi xidmət orqanının nümayəndələri ilə razılaşdırmaqla Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslərlə bağlı Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olan topladığı həmin informasiyaları xarici xüsusi xidmət orqanı nümayəndələrinə ötürmüş, onların müvafiq tapşırıqlarının yerinə yetirilməsinə köməklik və casusluq etməklə dövlətə xəyanət etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1990-cı ildən 35 ildir ki, quran və quran elmləri üzrə akademik səviyyədə elmini davam etdirmişdir. 1993-cü ildə İ Qarabağ döyüşündə iştirak etmiş, müharibə qurtardıqdan sonra Azərbaycandan köçmüş, təxminən 1995-ci ildən 2025-ci ilədək xaricdə yaşamışdır. Sonuncu 10 ilin ümumiyyətlə Azərbaycanda olmamış, 10-15 il Rusiya Federasiyasında yaşayaraq Azərbaycanın milli dəyərlərinin qorunması uğrunda fəaliyyət göstərmiş, Rusiyanın böyük şəhərlərində 4 elmi mərkəz açılmış, həmin mərkəzlərin fəaliyyətlərində xidmət etmiş, hazırda cavanlar orada dua edirlər. Ona verilmiş ittihama münasibətdə bildirir ki, heç vaxt Azərbaycandan qaçmamışdır, heç bir axtarışda olmamış, sadəcə Azərbaycanda olmamış, arabir yay aylarında gəlib-getmişdir. Sonuncu dəfə 2025-ci ildə Qazaxıstan Respublikasının şirkətinin dəvəti ilə iqtisadi investorun 4 nümayəndəsi kimi getmişdir. Bununla bağlı onda sənədlər mövcuddur, lakin həmin sənədlər DTX-də saxlanılmışdır. Həmin sənədlərdə onun diplomları, Azərbaycan Konsulluğunun onun elmlər doktoru olmasının təsdiqi və digər sənədlər olmuşdur. O, 12 avqust 2025-ci il tarixdə Azərbaycana gətirilmiş, məhkəmə qarşısına çıxarılmış, 11 ay həbsdə qalmış, CM-nin 279-cu maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır ki, guya o 2014-cü ildə Suriyada «Hüseyniyə» qruplaşmasına qoşulmuşdur. Halbuki o, 2015-ci ilədək Azərbaycanda olmuşdur. Barəsində olan cinayət işinin istintaqı 4 dəfə uzadılmış, hər bir məhkəmədə onun Suriyada iştirakı ilə bağlı sənəd təqdim olunmamışdır. Sonra onun maddəsinin CM-nin 279-cu maddəsindən CM-nin 12.1, 218.2 və 274-cü maddələrinə tövsif etmişlər. O, dövlətə və vətənə xəyanət etməmiş, dövlətin prinsiplərinə zidd hərəkət etməmişdir. İ Qarabağ uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. O, Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmiş, 3 ədəd rəsmi diplomu vardır. Milli və mənəvi dəyərlərinin qorunması sahəsində 2000-2025-ci ildə Rusiyanın böyük şəhərləri olan Sankt-Peterburq, Krımın Simferopol, Krasnodar və Rostov şəhərlərində Rusiya Ədliyyə Nazirliyinin çıxardığı sertifikatlar əsasında elmi, mədəni və mənəvi mərkəzlər açılıb və orada Azərbacanın milli mənəvi, milli mentalitetin qorunmasında iştirak etmişdir. Ailəlidir, 4 qızı vardır, həmin uşaqlar da ali təhsillidirlər. Xaricdə aldığı elmlər doktorluğu diplomu 135 ölkədə tanınır, bu səbəbdən də CMnin 274-cü maddəsi ilə özünü qəti təqsirli bilmir, o Azərbaycanı sevir, qohumlarından vətənə şəhid verənlər, qazi olanlar vardır, vətən yolunda canını fəda etməyə hazırdır. Elmlər akademiyasında aldığı statusu ondan başqa heç kəs almamışdır. O, təxminən 2 cilddə 1000 səhifəyə yaxın kitab yazmış, həmin kitab, ərəb və fars dillərində Quran ayələri əsasında yazmışdır, həmin kitab müdafiə olunub, elmin fəlsəfi cəhəddə qərbin qabağında Quranın möcüzəsini isbat etmiş, Quran hüquqi cəhətdən möcüzədir, insana verdiyi dəyər heç bir kitabda, heç bir bəşər elmində ola bilməzdir. Quran, bəşəriyyətdir, Quran insaniyyət deməkdir, Quran, yəni Allahın eşqi deməkdir. 15 ay müddətində DTX-da saxlannıldığı vaxtda 7 kitab yazmışdır. Uşaqları orta məktəbi İran İslam Respublikasında oxumuşlar, həmin müddətdə o da orada yaşamış, İranda yaşadığı müddətdə konsulluqda olmuş, qeydiyyatda olmuş, sadəcə elmlə məşğul olmuşdur. 15 il Rusiyyada olduğu fəaliyyət dövründə Azərbaycanın diasporası onların məclislərində iştirak etmiş, birlikdə fotoşəkillər çəkmişlər, onların Xocalı faciəsinin il dönümünü qeyd edən vaxtları onların şəkillərini çəkib aparmışdırlar. Rusiyada göstərdiyi fəaliyyəti rəsmi olmuşdur. Heç vaxt milli mentalitetdən kənara çıxmamışdır. Hazırda 20 kitabın müəllifidir, həmin kitabların 12 kitabı xaricdə çap olunmuşdur, həmin kitablarla bağlı sənədlər DTX-da saxlanılır. Həmin kitablar da sadəcə milli mənəvi dəyərlərlə bağlı olmuşdur. Sonuncu dəfə Qazaxıstan səfərinə gəlmişdir, Qazaxstanda olan vaxtı yolla gedərkən ona iki nəfər şəxs yaxınlaşaraq onu vurmaq istəmişdirlər. O, Qazaxstana rəsmi dəvət olunmuşdur, 4 universitetin nümayəndəsi kimi gəlmişdir, orada onu prezident Tokayevlə görüşü də baş tutacaqdı. Həmin 2 nəfər şəxs ona yaxınlaşdıqdan sonra onlardan bir nəfəri onu vurduğunu deyib onu polisə aparmışlar. Polisdə ona bir nəfəri vurduğunu, şahidin də olduğunu deyib, protokollar tərtib edərək onu 5 gün saxlamışlar. Sonra onu Azərbaycana deportasiya etmişdirlər. Qəti olaraq barəsində verilmiş ittihamı qəbul etmir. Yazdığı 12 kiabdan 1-cisi xaricdə yaşayan Azərbaycan Respublikasının ən görkəmli alimləri haqqında olmuşdur. Hazırda bir böyrəyi işləmir, səhhəti yaxşı deyildir. Qeyd olunanları nəzərə alıb barəsində olan cinayət işi üzrə ona verilmiş CM-nin 274-cü maddəsinin 279-cu maddəsinə tövsif etməklə işin istintaqa qaytarılması və barəsində cinayət işinə xitam verilməsini tələb edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs 1991-ci ildə İrana təhsil almaq məqsədi ilə getdiyini, 1995-ci ilədək təhsil aldığını, 2001-ci ilədək Azərbaycana gəlmədiyini, 2001-ci ildə aspiranturanı qurtardıqdan sonra 2008-ci ildə Rusiya Federasiyasının Sankt Peterburq şəhərinə dəvət aldığını, 2009-cu ildə Azərbaycana qayıtdığını, Azərbaycanda elmi fəaliyyətinə şəraitin olmadığını, bu səbəbdən də fəaliyyətini davam etdirməkdən, elmlər doktorunun müdafiəsindən ötrü İrana getdiyini, İrana getdikdən sonra imtahana hazırlaşaraq imtahandan keçdiyini, Sankt Peterburq şəhərində yaşadığı müddətdə onu həmvətənləri tərəfindən maliyyələşdiyini, orada nəzir qutusu qoyulduğunu, orada yığılan pullardan öz dolanışığı üçün götürdüyünü, Həsən Məlikzadə və İnqilab Əhədovla heç bir əlaqəsinin olmadığını, Hicab qadağası komitəsini yaratmadığını, hicabla bağlı heç bir məqaləsi olmadığını, Türkiyədə konfransda iştirak etdiyini, orada hicabın qadağası ilə bağlı deyil, hicabın xeyri, hicab-örtük nə üçündür, bununla bağlı çıxışının olduğunu, «Hüseyniyun» təşkilatının üzvü olmadığını, həmin təşkilatdan heç bir göstəriş almadığını, Nardaran hadisələrində heç bir tapşırıq almadığını, həmin vaxtı Rusiya Federasiyasında olduğunu, məscidlərin şəkillərinin çəkməsinə səbəb yarımçıq tikilməkdə olan məscidlərin bərpa olunması ilə bağlı olduğunu, Əli-Mustafa universitetini bitirdikdən sonra ona heç bir iş təklifi olmadığını, həmin universitetdə oxuyarkən Mehdi Baxtavari, Abdulla Qeybi, Amuli kimi şəxslərin ona dərs demədiyini, sadəcə həmin universitetin müəllimləri olduğunu, həmin şəxslərin alimlər olduğunu, onun hazırda Quran və Quran haqları üzrə elmlər dotoru olduğunu, Baxtavari, Qeybi, Amuli ilə heç bir əlaqəsi olmadığını, həmin şəxslərdən heç bir asılılığı olmadığını, Sankt Peterburqa həmvətənlər tərəfindən dəvət aldığını, orada elmi-dini mərkəz yaradıldığını, həmin mərkəz rəsmiyyətdə olduğunu, həmin mərkəz Rusiya dövləti tərəfindən nəzarətdə saxlanıldığını, Rusiyada heç bir məsuliyyətə cəlb olunmadığını, SEPAH-la heç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumudur. O, istintaqda dindirilmişdir. Təqsirləndirilən şəxs tutulmamışdan da qabaq onu bir neçə dəfə DTX-ya çağıraraq dindirmişlər. Təqsirləndirilən şəxs ilə bağlı istintaq zamanı ona suallar verilərək İrana oxumağa Təqsirləndirilən şəxs tərəfindən aparılıb-aparılmadığı soruşulmuş, o da Faiq tərəfindən aparılmadığını, özünün getdiyini bildirmişdir. Faiq barəsində suallar verilmiş, Faiqi İranda görmüş, arabir görüşmüşlər, lakin onun İranda oxumağı ilə bağlı Faiqin ona heç bir köməkliyi dəyməmişdir. Faiq əsasən Rusiyada olduğu üçün çox gec görüşürmüşlər. İranda oxuduğu vaxt əvvəl 1-2 gün Faiqin evində qalmış, sonra isə başqa yerdə yaşamışdır. Əvvəl qum şəhərində yaşamış, sonra Məşəd şəhərinə getmişdir. İranda nevroz xəstəliyinə tutulduğu üçün təhsilini başa vurmamışdır. Qum şəhərinə gedəndə onu Faiq qarşılamamışdır, eləcə də Məşəd şəhərində onları heç kəs qarşılamamışdır. İrana tələbələrlə birlikdə getmişdir, orada onları heç kəs qarşılamamışdır, onlara verdikləri ünvana mədrəsəyə getmişdirlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımır, sadəcə adını eşitmiş, 2011-ci ildən qiyabi olaraq ruhani kimi tanımışdır. DTX-ti tərəfindən çağrılaraq Təqsirləndirilən şəxs tutulduğunu bilmişdir. İstintaqda dindiriləndən sonra Faiqin Nardaran hadisələri ilə bağlı çıxışları olmuşdur. Təqsirləndirilən şəxs sosial şəbəkədə çıxışlarını izləməsə də onun Azərbaycana, Azərbaycan müstəqilliyinə əks çıxan insanlardan olmuş, lakin şahidi olmamış, sadəcə başqa şəxslərdən eşitmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sadəcə bir dəfə görmüşdür. Naftalan şəhəri Cümə məscidinin dini icmasının sədri – imamı vəzifəsində çalışırmış. Bir nəfər şəxs onu 2010-2011-ci illərdə Təqsirləndirilən şəxs ilə tanış etmiş, onlar bir qədər söhbət etmişlər. Orada söhbətləri Azərbaycanda hicabın qadağası ilə bağlı, axundu olduğu məscidin tarixi haqqında söhbət etmişlər. Məscidin qabağında şəkil çəkmişlər, sonra Faiq də özü məscidin şəklini çəkmişdir. Təqsirləndirilən şəxs dini radikallarla bağlı çıxışının olmasını bilmir, eşitməmişdir. Naftalan məscidi 2007-ci ildə tikilmişdir. O, Təqsirləndirilən şəxs ilə söhbət edərkən onun hicab qadağası ilə bağlı danışıqlar apararkən onun radikalyönümlü olduğunu başa düşmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs alim və dini təbliğatçı kimi tanımışdır. Onunla dost münasibəti olmamışdır. O, təhsil aldığı vaxt təqribən Faiqi bir iki dəfə görmüş, Faiq oxuduğu məktəbə gələrək onlardan təhsillərinin necə getməsi, harada və necə yaşamaqları ilə maraqlanmış, Hacı Faiq onları inqilab sevər gənclər adlandırmış, «Azərbaycanın sizlərə çox ehtiyacı olacaq, siz Ağamızın əsgərlərisiz, gələcəkdə lazım olacaqsız» fikirlərini onlara demiş, dərsləri yaxşı oxumağı tövsiyə etmişdir. Təqsirləndirilən şəxs «Hüseyniyun» adlı qanunsuz silahlı birləşmənin rəhbəri Tohid İbrahimbəyli ilə yaxın münasibətlərdə olduğunu bilmir. 2012-ci ildə oxumaq məqsədi ilə İrana getmişdir, İranın Məşəd şəhərində oxumuşdur. Faiqi 2013-cü ildə onun məktəbə qəbul olunmasında Faiq ona köməklik etmişdir. Faiq ona sənədlərin verilməsində, tərcüməçi kimi köməklik etmişdir. Sonuncu dəfə Faiqi 2013-2014-cü illərdə görmüşdür. Onun Təqsirləndirilən şəxs ilə birbaşa söhbəti olmamışdır, Orxan Məmmədov və Tohid adlı şəxsləri tanıyır, onları Faiqlə birlikdə görməmişdir. İskəndər adlı şəxsi tanıyır, lakin onun Faiqlə əlaqəsinin olmasını bilmir. Təqsirləndirilən şəxs ona və digər şəxslərə hər hansı inqilab etməsini deməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Faiq təxminən 15 il bundan qabaq onu Gənclik metrosunun yaxınlığında «Mahidə» restoranı yerə ehsan süfrəsinə dəvət etmişdir. O, oğlu ilə birlikdə həmin hüzürdə iştirak etmiş, ona bir dini ilahiyyətçi müəllimə kimi söz verilmiş, çıxış etmiş, sonra məclis qurtardıqdan sonra evinə qayıtmışdır. “Hüseyniyyun”-un qrupunu sosial şəbəkədən tanımışdır. Faiqi ümmiyyətlə 2011-ci ildə bir dəfə görmüşdür. “Hüseyniyyun”-un təşkilatının üzvlərindən şəkildə gördüyü Tohid adlı şəxsin adını eşitmişdir, Təqsirləndirilən şəxs “Hüseyniyyun”-un təşkilatının üzvü olmasını bilmir. Şahid5 ibtidai istintaqla məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğundan onun istintaq zamanı verdiyi ifadəsi elan olunmuş. Həmin ifadədə o bildirmişdir ki, Azərbaycan İslam Partiyasının «Qadınlar Şurası»nın sədri kimi fəaliyyət göstərdiyi müddətdə təxminən 2011-ci ildə tanımadığı nömrədən mobil telefonuna gələn zəngə cavab verərkən, zəng edən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Danışıq zamanı, Təqsirləndirilən şəxs ona Gənclik metrosunun yaxınlığında adını xatırlamadığı restoranda X58 həbsi ilə bağlı keçirilən yığıncağa dəvət etmişdir. O da, şura sədri kimi həmin yığıncağa qatılmışdır. İlk dəfə Təqsirləndirilən şəxs orada görmüş, həmin yığıncağa təxminən 40-50 nəfər qadınlı və kişili ruhanilər dəvət edilmişdi. Hər kəs də, həbslə bağlı öz fikirlərini bildirmişdir. O, Azərbaycan İslam Partiyasının «Qadınlar Şurası»nın sədri kimi fəaliyyət göstərdiyi müddətdə İranda keçirilən bəzi konfranslara dəvət alaraq qatılmışdır. Təxminən 2011-ci ildə İranda da ruhani məhbuslar olan X74, X27, Seyid Elman və digərlərin həbsi ilə bağlı keçirilən “Hicab və iffət” adlı konfransa getmiş, həmin yığıncaqda da, Təqsirləndirilən şəxs görmüş, xatırladığı qədər həmin konfransda “Hicab və X9 müdafiəsi komitəsi” yaradılmış və iştirak edənlərin əksəriyyəti, o da daxil olmaqla həmin komitəyə üzv olmuşlar. Yığıncaqda ən fəal iştirak edən şəxslərdən biri Təqsirləndirilən şəxs olmuşdur və uzun mətnlərlə çıxışlar etmişdir. Təqsirləndirilən şəxs də, komitənin rəhbər şəxslərdən biri seçilmişdir. O, həmin komitənin üzvü olsa da belə, komitənin fəaliyyəti ilə bağlı heç bir məlumatı və əlaqəsi olmamışdır. Bundan başqa onun Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi olmamışdır. Bundan başqa Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid4 tərəfindən dəvətnamə alaraq Tehran şəhərində keçirilən “İsrailin Fələstin xalqına qarşı dövlət terrorizminin dünya xalqlarına çatdırılması” mövzusunda konfransda iştirak etmiş, Təqsirləndirilən şəxs yığıncaqlarda çox fəal və cəsarətli çıxışlar etməsinin xüsusi xidmət orqanın dəstəyi olmadan mümkünsüz olduğunu hesab etmişdir. Həmçinin, o, daim “Hüseyniyyun” adlı qanunsuz birşləşmənin üzvlərinin internet saytlarında paylaşdıqları məqalələri izləyirmiş, Təqsirləndirilən şəxs də məqalələrinin, çıxışlarının ümumi mətni, məqsədi və digər halları “Hüseyniyyun”-un üzvlərinin paylaşımları ilə eynilik təşkil etdiyinə görə Təqsirləndirilən şəxs “Hüseyniyyun”-la əlaqəsinin olmasını ehtimal etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid5 istintaq zamanı verdiyi ifadəsinin düzgün olmadığını, hazırki məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirir. Məhkəmə Şahid5 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tədqiq edərək hesab edir ki, məhkəmə baxışında ifadələrində göstərdiyi «Təqsirləndirilən şəxs ümmiyyətlə 2011-ci ildə bir dəfə görmüşdür. Təqsirləndirilən şəxs “Hüseyniyyun”-un təşkilatının üzvü olmasını bilmir» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır. Məhkəmə Şahid5 istintaq zamanı verdiyi ifadəsini əsaslı hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 Vəliağa oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tələbə yoldaşı olmuşdur. Faiq ona tələbə vaxtı evini vermiş, onun evində qalmışdır. Faiqlə bağlı sadəcə yaxşı fikirlərini bildirə bilər. Faiqin SEPAHla bağlı heç bir əlaqəsi ola bilməz, Faiq dini təbliğ edən şəxs olmuşdur. O əvvələr İslam partiyasında işləmişdir, əvvələr «SEPAH»-la əlaqəsi olmuşdur, SEPAH-ın dəvətnaməsini Azərbaycana gətirmişdir, sadəcə kimin dəvət etməsini xatırlamır. SEPAH tərəfindən bayramlarda və tədbirlərdə Azərbacanın görkəmli şəxslərinin dəvətləri olmuş, islam partiyasında işlədiyi üçün həmin dəvətləri Azərbacanda olan şəxslərə o çatdırmışdır. O İslam partiyasından istefa vermişdir. “Hüseyniyyun”-un təşkilatını eşitmiş, Azərbaycanda olan şəxslərin bəzilərini tanıyır, lakin həmin təşkilatın üzvü olmamışdır. Faiqin “Hüseyniyyun”-un təşkilatında olmasına inanmır. SEPAH tərəfindən Faiqə heç bir dəvətnamə verməmişdir. Şahid4 ibtidai istintaqla məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğundan onun istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Əslən İmişlidən olan Təqsirləndirilən şəxs ilə təxminən 1995-ci ildə Qum şəhərində təhsil aldığı müddətdə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə birlikdə təhsil almasa da, bir azərbaycanlı tələbə kimi bir-birilərini tanıyırmışlar. Təqsirləndirilən şəxs çox ünsiyyətcil, hamı ilə xoş münasibət qurmağa çalışan, yaxşı nitq bacarığı olan, oxuyan və aktiv tələbə olmuşdur. Təhsilini başa vurduqdan sonra, Təqsirləndirilən şəxs Rusiyada dini fəaliyyətlə məşğul olmuşdur. Bundan başqa Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “SEPAH”-ın İranın Azərbaycandakı səfirlik daxili rezidenturasının əməkdaşı X51 Hasraqi 01.xx.xx-2011-ci il tarixlərdə “İsrailin Fələstin xalqına qarşı dövlət terrorizminin dünya xalqlarına çatdırılması” mövzusunda Tehran şəhərində keçiriləcək konfransda iştirak etmək məqsədilə “Yaşıllar” partiyasının sədri Mais Güləliyev, Təqsirləndirilən şəxs, “Ziyalılar” birliyinin sədri Eldəniz Quliyev, “Mənəvi saflığa dəvət” ictimai birliyinin sədri Elşən Mustafayev, radikal iranyönümlü dindar X26, radikal iranyönümlü dindar Sərdar Babayev, Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova, Azərbaycan İslam Partiyasının “Qadınlar Şurası”-nın sədri Şahid5 və radikal iranyönümlü dindar Əli Əliyevə üzərində “İİR-in Bakıdakı Səfirliyi” yazılmış konvertlərin içərisində olan dəvətnamələrin çatdırılmasını ona tapşırmışdır. O da dəvətnamələri həmin şəxslərə vermişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs Bakı şəhərində olmuş, o da Təqsirləndirilən şəxs ilə xatırladığı qədər 3-cü mikrorayonunun ərazisində, “üçün kruqu” adlanan ərazidə görüşərək dəvətnaməni Faiqə vermişdir. Həmin konfrans “SEPAH” tərəfindən təşkil edilmişdir. Həmçinin Şahid4 bildirmişdir ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “SEPAH”-ın nümayəndələri daim tələbələr arasında daha aktiv, nitq cəhətdən mahir olanları seçirmişlər və həmin tələbələri özlərinə cəlb etməyə çalışırmışlar, Təqsirləndirilən şəxs də, belə bir tələbə olduğu üçün “SEPAH”-la əlaqələrinin olduğunu hesab etmişdir. “Hüseyniyyun” adlı qanunsuz silahlı birləşmənin rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov ilkin mərhələdə “SEPAH”-la əlaqəni İranda Qum şəhərində tərcümə və redaksiya fəaliyyəti ilə məşğul olan müəssisənin rəhbəri İsgəndər Hüseynov vasitəsilə əlaqə qururmuşlar. Təqsirləndirilən şəxs də, daim İsgəndər Hüseynovla görüşürmüş və bir-biri ilə yaxın münasibətləri olduğundan Təqsirləndirilən şəxs “Hüseyniyyun”-la əlaqəsi olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 istintaq zamanı verdiyi ifadəsinin düzgün olmadığını, hazırki məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirir. Təqsirləndirilən şəxs Hüseyniyyun”-un üzvünün olmasını təsdiq etmir. Məhkəmə Şahid4 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tədqiq edərək hesab edir ki, məhkəmə baxışında ifadələrində göstərdiyi « Faiqin “Hüseyniyyun”-un təşkilatında olmasına inanmır. SEPAH tərəfindən Faiqə heç bir dəvətnamə verməmiş. Təqsirləndirilən şəxs Hüseyniyyun”-un üzvünün olmasını təsdiq etmir.» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır. Məhkəmə Şahid4 istintaq zamanı verdiyi ifadəsini əsaslı hesab edərək sübut kimi qəbul edir. İş üzrə Şahid3 ölkə xaricində olduğundan, onun məhkəmə iclasında iştirakı mümkün olmadığından, onun istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədədə Şahid3 göstərmişdir ki, o, həyat yoldaşı Faiqlə ailə qurduqdan sonra, təxminən 1995-ci ilin sonlarında İran İslam Respublikasının Qum şəhərinə köçmüşdür. Qum şəhərinə köçməyinin səbəbi Faiqin orada dini təhsil almaq istəyi olmuşdur. Qum şəhərində onlar Azadiqan meydanı, “Behişti 3” ünvanında yerləşən binanın mənzilində kirayədə qalırmışlar. Faiq həmin şəhərdə yerləşən “Əl- Mehdi” və “İmam Xomeyni” adına universitetlərdə ali təhsil və doktorantura dərəcəsini almaqla uzun müddət ali məktəblərdə dini təhsil almışdır. Təxminən 2000-ci ildə onlar İmişli rayonun Qaravəlli kəndinə qayıtmışlar və yoldaşı Faiq dini fəaliyyətlə məşğul olmağa, yəni məclislərə gedib moizələr oxumağa başlamışdır. Təxminən 2001-ci ildə Faiq Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan tanışlarından iş təklifi alaraq həmin şəhərə getmişdir. Həmin təklifə əsasən, Faiq Sankt-Peterburqda olan məscidlərdə dini dərslər keçməli olmuşdur. Təxminən 2004-cü ildə, o da qızları ilə birlikdə Sankt-Peterburq şəhərinə yoldaşının yanına köçmüşlər. Həmin şəhərdə onlar Uşınskı rayonunda yerləşən bina evində kirayədə qalırmışlar. Təxminən 2008-ci ildə uşaqları böyüdüklərinə görə onların təhsil almaqlarına ehtiyac yarandığından onlar ailəvi şəkildə Qum şəhərinə qayıtmışlar və orada Azadiqan meydanında yerləşən nömrəsini xatırlamadığı mənzildə kirayədə yaşamağa başlamışlar. Həmin ildən yoldaşı dini təhsil almağa davam etdirməyə başlamışdır. Təxminən 2015-ci ildə yoldaşı Faiq Krım Respublikasının Simferopol şəhərində yaşayan tanışlarından dini işlər görülməsi ilə bağlı təklif almış və həmin şəhərə köçmüşdür. O isə uşaqlarla birlikdə Qum şəhərində qalmışdır. Faiq Simferopolda məscidin tikilməsi və dini dərslərin keçirilməsi ilə məşğul olurmuş. Faiq 2020-ci ilədək Simferopol şəhərində yaşamış və tez-tez, yəni təxminən ildə 3-4 dəfə onların yanına gəlirmiş. Təxminən 2021-ci ildə Faiq Rusiya Federasiyasının Krasnodar şəhərinə köçmüş, orada da Faiq məscidin tikilməsi və dini təlimlərin keçirilməsi ilə məşğul olurmuş. 2023-cü ilin təxminən sentyabr ayında Faiq diabet xəstələyinin kəskinləşməsi ilə əlaqədar Ərdəbil şəhərinə onların yanına qayıtmış və 2024-cü ilin iyun ayına kimi onlarla yaşamışdır. 23 iyun 2024-cü il tarixdə o, qızları ilə birlikdə Qaravəlli kəndinə gəlmiş, yoldaşı Faiq isə 2024-cü ilin təxminən iyul ayının ortalarında dini fəaliyyətlə əlaqədar Qazaxıstan Respublikasının Aktau şəhərinə getmişdir. Bundan başqa Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, yoldaşı Faiq ona işi barədə ətraflı heç bir məlumat verməmiş, Faiq kimlərdən iş təklif alması barədə ona heç nə deməmiş, sadəcə dini fəaliyyətlə məşğul olmaq üçün həmin şəhərlərə getdiyini bildirmişdir. X88 İslam Respublikasında yaşadığı müddət ərzində Azərbaycan pulu ilə təxminən 200 manat civarında tələbə təqaüdü almış və bu onların aylıq xərclərini qarşılayırmış. Rusiya Federasiyasında yaşadıqları müddət ərzində isə kirayə haqqı, eləcə də aylıq ərzaqı Faiqin dostları tərəfindən ödənilirmiş. O, qızları ilə İranda, yoldaşı Faiq isə xaricdə yaşadığı müddət ərzində Faiq onlara təxminən aylıq 150-200 manat pul göndərmişdir. Yoldaşı ona öz aylıq gəlirləri barədə heç bir məlumat verməmişdir. Onun və yoldaşı Faiqin “Hüseyniyun” adlı qanunsuz silahlı birləşmə ilə heç bir əlaqələri olmamış, yoldaşı həmin birləşmənin bəzi üzvlərini hələ həmin birləşmə yaranmamışdan öncə təhsil aldığı universitetlərdə tanımışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan 07 avqust 2024-cü il tarixli Dövlət Təhlükəsizliyi Xidmətinin Əks- Kəşfiyyat baş idarəsi tərəfindən İstintaq baş idarəsinə ünvanlanmış ilkin təhqiqat arayışından görünür ki, xx.xx.1969-cu ildə İmişli rayonunda anadan olmuş, İmişli rayonunun Qaravəlli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 2015-ci ildən etibarən İİR-də və RF-də yaşayır, həmin ölkələrdə yaşayan azərbaycanlı dindar kontingent arasında radikal iranyönümlü dini ideoloji təbliğat aparmaqla İran İslam Respublikasının maraqları istiqamətində dini fəaliyyət göstərir. Təqsirləndirilən şəxs 1993-cü ildə İran İslam Respublikasına (İİR) gedərək 2005-ci ilə kimi həmin ölkənin Ərdəbil şəhərində yerləşən «Mirzə Ələkbər», Təbriz şəhərində yerləşən «Talibiyyə», Qum şəhərində yerləşən «Əl- Mehdi» və «İmam Xomeyni» mədrəsələrində qeyri-rəsmi dini təhsil almışdır. Həmin müddət ərzində Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanı - «SEPAH»ın əməkdaşları ilə əlaqələri yaranmış və daha sonra «SEPAH» tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişdir. 2005-2007-ci illərdə Təqsirləndirilən şəxs Rusiyanın Sankt-Peterburq şəhərində yaşamış, orada olduğu müddətdə «SEPAH»ın tapşırığı əsasında «Əhli-beyt» mərkəzi ilə əlaqəli formada dini təbliğatla məşğul olmuş, dini dərslər keçmiş, eyni zamanda «Kalinski» bazarı adlanan ərazidə fəaliyyət göstərən şiəyönümlü məscidə rəhbərlik etmiş və AR-ə qarşı dini ideoloji təbliğatın aparılmasını həyata keçirmişdir. 2007-ci ildə yenidən İranda məskunlaşmış Təqsirləndirilən şəxs, «SEPAH» əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin «dövlətə xəyanət» və «terrorçuluq» maddələri ilə beynəlxalq axtarışda olan X1 maliyyə dəstəyi və tapşırığı ilə 2011-ci ildə İranın Qum şəhərində «Hicab və X9 müdafiə komitəsi» adlı radikal dini təşkilat yaratmış və Azərbaycan əleyhinə fəaliyyət göstərməyə başlamışdır. «Hicab və X9 müdafiə komitəsi» adlı təşkilat «SEPAH» tərəfindən maliyyələşdirilir və onun nəzarəti altında fəaliyyətini həyata keçirir. Ötən müddət ərzində Təqsirləndirilən şəxs İsgəndər Hüseynovun tapşırığı əsasında «Hicab və X9 müdafiə komitəsi» adından Azərbayan Respublikası əleyhinə bəyanatlar hazırlayaraq «Haqqyolu.com» internet saytında paylaşılmasını təşkil etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs İsgəndər Hüseynovun rəhbərlik etdiyi «Haqqyolu.com» internet saytında Azərbaycan əleyhinə radikal dini və siyasi məzmunlu müxtəlif məqalələr paylaşmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər üzvləri radikal iranyönümlü dindarlardan ibarət olan və Azərbaycan Respublikası əleyhinə fəaliyyət göstərmiş «Mübariz Rühanilər Cəmiyyəti»nin təsisçilərindən biri olmuş, həmin cəmiyyətdə ölkə əleyhinə radikal fikirlər səsləndirmiş və bəyanatlar vermişdir. Təqsirləndirilən şəxs İranda olduğu müddət ərzində Azərbaycan Respublikası vətəndaşlarının İranın Qum və Məşhəd şəhərlərində dini təhsilə cəlb olunmasında, onların mədrəsələrə yerləşdirilməsində, həmçinin azərbaycanlı tələbələrin dini təhsili ilə bağlı maliyyə dəstəyinin təmin edilməsində, eləcə də onlar arasından İran İslam Respublikasının xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığına verilə biləcək namizədlərin seçilməsində fəal iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs «Camuətül Mustafa» dini mərkəzinin Məşhəd şəhərindəki filialına azərbaycanlı tələbələrin qəbul edilməsini, onların yataqxanalara yerləşdirilmələrini, gündəlik xərclərinin təmin edilməsini, həmin azərbaycanlı tələbələrin «SEPAH» tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «terrorçuluq» və «dövlətə xəyanət» maddələri ilə axtarışda olan X8 ilə əlaqələndirilməsini və onun təsiri altına salınmasını təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, azərbaycanlı tələbələrin Tohid İbrahimbəyli tərəfindən təşkil olunmuş dini yığıncaqlara cəlb olunmasını həyata keçirmişdir. Keçirilən dini məclislərdə Təqsirləndirilən şəxs mütəmadi olaraq azərbaycanlı tələbələrə İranın dini rejiminin əsgərləri olduğunu, gələcəkdə Azərbaycan Respublikasında inqilab etmək üçün yetişdirildiklərini bildirmişdir. Təqsirləndirilən şəxs 2015-ci ilə kimi arabir Azərbaycan Respublikasına səfərlər etmiş, sonuncu dəfə radikal dindarlar tərəfindən keçirilən məclislərin birində iştirak etmiş, dindarların həbs olunması ilə bağlı dövlət əleyhinə radikal fikirlər səsləndirmiş, Azərbaycan Respublikasının hüquq-mühaifzə orqanları tərəfindən həbs olunacağından ehtiyatlanaraq xx.xx.2015-ci ildə İran istiqamətində ölkəni tərk etmişdir. O, İranda olduğu müddətdə «Allahın elçisi» və «Tarixi və dini bəhslər» adlı radikal dini məzmunlu kitablar yazaraq nəşr etdirmişdir. Təqsirləndirilən şəxs sosial şəbəkələr üzərindən «Hicab və X9 müdafiə komitəsi» adından paylaşımlar edərək Azərbaycan Respublikasında şiəyönümlü dindarların repressiyalara məruz qaldığını, şərlənərək həbs olunduğunu bildirmiş, dindarların həbsinin sifarişlər əsasında həyata keçirildiyini vurğulamış və Azərbaycan Respublikasının siyasi hakimiyyətini terrorçu rejim adlandırmaqla radikal fikirlər səsləndirmişdir. Müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs «Hicab və X9 müdafiə komitəsi» adından İsgəndər Hüseynovun rəhbərlik etdiyi və İranın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən «nur-az.com» saytında yerləşdirmiş 15 bənddən ibarət olan bəyanatında, şiə yönümlü məhbus dindarların fəaliyyətinin mətbuatda işıqlandırılması, sosial şəbəkələrdə aparılan kampaniyalara qoşulması, «İslamçı məhbuslara azadlıq» devizi altında konfrans, seminar və dəyirmi masaların təşkil edilməsi, məhbus ailələri üçün bank hesablarının açılması, onların azadlığa buraxılması üçün imza toplama kampaniyalarının təşkil edilməsi, həmçinin məhbuslar barədə CD disk, kitabça və broşuraların çıxarılması qeyd olunmuşdur. Ötən müddət ərzində İranın Qum şəhərində qeyri-rəsmi dini təhsil alan tələbələrlə keçirilən görüş zamanı Təqsirləndirilən şəxs və həmin vaxt «Hicab və X18 Komitəsi»nin sədr müavini olmuş - İranda yaradılmış qanunsuz “Hüseyniyyun” silahlı qruplaşmasının hazırkı rəhbəri X8 Azərbaycandakı dindar məhbuslara dəstək məqsədilə 25 may - 3 iyun 2014-cü il tarixlərini «İslamçı məhbuslarla həmrəylik ongünlüyü» kimi qeyd olunmasını təklif etmiş və tələbələrin yekdil razılığı ilə bu təklif qəbul edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən İsgəndər Hüseynovun rəhbərlik etdiyi və İran İSlam Respublikasının xüsusi xidmət orqanı tərəfindən maliyyələşdirilən «www.haqqyolu.com» saytında «Hicab və X9 Müdafiə Komitəsi»nin adından verilmiş növbəti bəyanatların birində, Azərbaycan hakimiyyətinin guya qərbin sifarişi ilə din xadimlərinə və möminlərə qarşı geniş şər-böhtan kampaniyası aparması fikri yer almış, həmin vaxt məhkum X5 qarşı «təzyiqlər qətiyyətlə pislənərək», məhkum olunmuş digər ruhanilərin, gənc dindarların daima lider olacaqları vurğulanmışdır. «www.haqqyolu.com» saytında «Hicab və X9 Müdafiə Komitəsi» adından verilən bəyanatlardan birində Təqsirləndirilən şəxs, islam partiyasının həmin vaxt həbsdə olan sədri Mövsüm Səmədovun səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya köçürülməsində guya hakimiyyətin M.Səmədovun fiziki məhvinə nail olmaq istəməsi fikirləri yer almışdır. Bəyanatın sonunda «Hicab və X9 Müdafiə Komitəsi» Mövsüm Səmədov və həbsdə olan digər dindarlarla bağlı Azərbaycan hakimiyyətinə «qəti və ciddi xəbərdarlıq edərək», «nə qədər ki, gec deyil, islam alimləri, möminlər və ümumiyyətlə bütün vicdan məhbusları təcili, şərəf və izzətlə azad olunmalıdır!» tələbini irəli sürmüş və təhdid xarakterli fikirlər paylaşmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə İrandan Tehran-Aktau reysi ilə Qazaxıstana getmiş, həmin vaxtdan orada AR vətəndaşları arasında radikal şiə yönümlü dini ideoloji təbliğat həyata keçirməyə başlamış, xx.xx.2024-cü il tarixdə Qazaxıstanın Aktau şəhərində Manqstau vilayətinin polis şöbəsi tərəfindən qanunsuz missionerlik fəaliyyəti ilə məşğul olduğu üçün saxlanılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 08 avqust 2024-cü il tarixli tələbnaməsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxfi əməkdaşlıqla bağlı fəaliyyətini həyata keçirmək üçün topladığı məlumatları İran İslam Respublikasının xüsusi xidmət orqanlarına çatdırmaq məqsədilə Azərbaycan Respublikasının sərhəd-keçid məntəqələrindən keçməklə İran İslam Respublikası istiqamətində çoxsaylı səfərlər etmişdir. İş materiallarında olan 23 sentyabr 2024-cü il tarixli 2/5485 №-li məktubdan görünür ki, Qazaxıstan Respublikasının Aktau şəhərində missionerlik fəaliyyəti ilə məşğul olduğu üçün həmin ölkə ərazisində saxlanılaraq xx.xx.2024-cü ildə Azərbaycan Respublikasına deportasiya olunmuş Təqsirləndirilən şəxs əvvəllər İran İslam Respublikasının Məşhəd şəhərində yerləşən «Camuətül Mustafa» adlı teoloji tədris mərkəzinin rəhbəri olmuş, daha sonra Rusiyada yaşayan azərbaycanlılar arasında radikal iranyönümlü dini təbliğatın aparılması və Azərbaycan Respublikasına qarşı radikal iranyönümlü sosial bazanın formalaşdırılmasını həyata keçirmək məqsədilə Rusiya Federasiyasının Moskva şəhərində məskunlaşmış və birbaşa İran İslam Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında və İran dini rejiminin maraqları istiaqamətində fəaliyyət göstərən 1963-cü il təvəllüdlü İran vətəndaşı Mehdi Baxtəvəri ilə əlaqəli olmuşdur. Əməliyyat məlumatlarına görə, Təqsirləndirilən şəxs ilə əlaqəli olan X65 İslam Respublikasının xüsusi xidmət orqanı ilə əlaqəlidir və həmin xüsusi xidmət orqanının tapşırıqları istiqamətində xarici ölkələrdə radikal iranyönümlü dini təbliğatın aparılmasını təşkil edirlər. İş materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat baş idarəsi tərəfindən İstintaq baş idarəsinə ünvanlanmış 20 noyabr 2024-cü il tarixli 2/6921 №-li məktubdan görünür ki, İranda yaradılmış qanunsuz «Hüseyniyyun» silahlı qruplaşmasının rəhbərlərindən biri - 2018-ci ildə Gəncə şəhərində baş vermiş məlum terror aktının təşkilatçısı qismində axtarışda olan X7 bacanağı - Təqsirləndirilən şəxs 2015-ci ildə Bakı şəhərində radikal dindarlar tərəfindən keçirilən dini mərasimlərin birində iştirak edən zaman dövlət əleyhinə radikal fikirlər səsləndirmiş, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən həbs olunacağından ehtiyatlanaraq xx.xx.2015-ci ildə ölkəni tərk etmiş və İran İslam Respublikasına səfər edərək orada müxtəlif ölkələrdə terror-təxribat aktları həyata keçirilməsi üçün İran xüsusi xidmət orqanı - «SEPAH» tərəfindən İranda yaradılmış «Hüseyniyyun» adlı qanunsuz silahlı birləşmənin tərkibinə daxil olmuşdur. Təqsirləndirilən şəxs İranda olduğu müddət ərzində Azərbaycan Respublikası vətəndaşlarının İranın Qum və Məşhəd şəhərlərində qeyri-rəsmi dini təhsilə və radikal dindarların isə «Hüseyniyyun» adlı qanunsuz silahlı birləşmənin tərkbinə cəlb olunması prosesində, həmçinin azərbaycanlı tələbələrin radikal dini ideoloji təbliğatı ilə bağlı maliyyə dəstəyinin təmin edilməsində, eləcə də onlar arasından İran xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa namizədlərin seçilməsində fəal iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs, İranın Qum şəhərində fəaliyyət göstərən «Camuətül Mustafa» dini mərkəzinin müxtəlif filiallarında qeyri-rəsmi dini təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının, «SEPAH» tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycana qarşı terror-təxribat fəaliyyətinə cəlb olunmuş və Cinayət Məcəlləsinin «terrorçuluq» və «dövlətə xəyanət» maddələri ilə beynəlxalq axtarışda olan X2 və «Hüseyniyyun» silahlı qruplaşmasının rəhbəri X15 ilə əlaqələndirilməsini, eləcə də onların təsiri altına salınmasını təşkil edərək Azərbaycan Respublikası əleyhinə dini ideoloji təbliğata cəlb olunmasını təmin etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, İranda qeyri-rəsmi dini təhsil alan Aərbaycan vətəndaşlarının İsgəndər Hüseynov və Tohid İbrahimbəyli tərəfindən Azərbaycan Respublikası əleyhinə təşkil olunmuş toplantılara cəlb olunmasını həyata keçirmişdir. İranın Qum şəhərində keçirilən dini mərasim və tədbirlərdə iştirak edən Təqsirləndirilən şəxs mütəmadi olaraq orada dini təhsil alan azərbaycanlı tələbələrə İranın dini rejiminin «əsgərləri» olduğunu, gələcəkdə Azərbaycan Respublikasında inqilab etmək üçün «yetişdirildiklərini» vurğulamışdır. İş materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat baş idarəsinin 31 yanvar 2025-ci il tarixli 2/663 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildə İran İslam Respublikasına gedərək 2005-ci ilə kimi “Fazil Dərbəndi” təxəllüsü ilə həmin ölkənin Ərdəbil şəhərində yerləşən “Mirzə Ələkbər”, Təbriz şəhərində yerləşən “Talibiyyə”, Qum şəhərində yerləşən “Əl-Mehdi” və “İmam Xomeyni” mədrəslərində qeyri-rəsmi dini təhsil almışdır. Təqsirləndirilən şəxs 2005-ci ildən 2015-ci ilə qədər müxtəlif vaxtlarda Azərbaycan Respublikasına səfərlər etmiş, 2015-ci ildən etibarən İran və Rusiya ərazisində yaşamış, həmin ölkələrdə yaşayan azərbaycanlı dindar kontingent arasında radikal iranyönümlü dini ideoloji təbliğat aparmaqla İİR-in maraqları istiqamətində dini fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “dövlətə xəyanət” və “terrorçuluq” maddələri ilə beynəlxalq axtarışda olan və İran İslam Respublikasının xüsusi xidmət orqanı – “SEPAH”ın tapşırığı əsasında Azərbaycana qarşı terror-təxribat fəaliyyəti həyata keçirən X2 ilə sıx əlaqəlidir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanının tapşırığı əsasında və İsgəndər Hüseynovun maliyyə dəstəyi ilə 2011-ci ildə İranın Qum şəhərində “Hicab və X9 müdafiə komitəsi” adından Azərbaycana əleyhinə radikal ideoloji təxribat aparmağa başlamışdır. Təqsirləndirilən şəxs İsgəndər Hüseynovun tapşırığı əsasında “Hicab və X9 müdafiə komitəsi” adından Azərbaycan əleyhinə bəyanatlar hazırlayaraq “Haqqyolu.com” internet saytında paylaşılmasını təşkil etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər üzvləri radikal iranyönümlü dindarlardan ibarət olan və AR əleyhinə fəaliyyət göstərmiş “Mübariz Ruhanilər Cəmiyyəti”nin təsisçilərindən biri olmuş, həmin cəmiyyətdə ölkə əleyhinə radikal fikirlər səsləndirmiş və bəyanatlar vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan əleyhinə pozuculuq fəaliyyəti birbaşa “SEPAH” və İsgəndər Hüseynov tərəfindən koordinasiya olunmuşdur. Həmin məktubdan həmçinin görünür ki, Əbdullah Qeybi adlı iranlı, iran dini rejiminin maraqları istiqamətində 1990-2000-ci illərdə radikal iranyönümlü dini təbliğatın və islam inqilabı ideyalarının Azərbaycan Respublikası ərazisində yayılmasını həyata keçirmiş din xadimidir. Əbdullah Qeybi qeyd olunan illər ərzində Azərbaycanın Göyçay rayonunda fəaliyyət göstərmiş “X89” mədrəsəsi ilə yanaşı digər rayonlarda yerləşən məscidlərdə İran dini rejiminin təbliğatını aparmış və qatı iranyönümlü sosial bazanın formalaşdırılmasına çalışmışdır. Yerli dindarlar arasında “Hizbullah” təxəllüsü ilə tanınmış Əbdullah Qeybinin əvvəllər İranın silahlı qüvvələrində xidmət etmiş və Azərbaycandakı dini fəaliyyətinin məhz İran xüsusi xidmət orqanlarının tapşırıqları əsasında həyata keçirmişdir. 2000-ci ilin əvvəllərində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş proflaktik tədbirlər nəticəsində Əbdullah Qeybi ilə yanaşı həmin vaxtlarda Azərbaycanda radikal iranyönümlü dini təbliğatın aparılması ilə məşğul olmuş Məhəmməd Baqi, Yusifpur Xürrəmi, Təhmasibi, Cəfəri, Əhədi, Nursi adh iranlı din xadimlərinin qanunsuz dini fəaliyyətləri dayandırılmışdır. İş materiallarında olan 04 noyabr 2024-cü il tarixli 3211 nömrəli ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizanın rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Həmçinin Təqsirləndirilən şəxs hal-hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli 4/1735-5/1269 nömrəli məhkəmə xətşünaslıq ekspertizanın rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş milə-mil qeyd dəftəri vərəqi parçasının üz və arxa tərəfindəki yazılardan, üz və arxa tərəflərində 2 ədəd “xx.xx.2023” tarix göstəricilərinin üzərindəki imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 140 (yüz qırx) manat təşkil edir. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli 5/1284 nömrəli məhkəmə kompütertexniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A12” markalı “SM-A127F/DS” modelli “**********62069, **********62062” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “16GB” yaddaş tutumuna malik fləşkart tipli yaddaş qurğusu hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Lenovo” markalı “20351” modelli “Windows 7 Ultimate 64-Bit (6.1,Bulid 7601)” əməliyyat sistemi ilə təchiz olunmuş notebook tipli kompüter hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A12” markalı “SM-A127F/DS” modelli mobil smartfonun texniki parametrlərinə baxış keçirilən zaman onun internetə daxil olmaq üçün texniki imkana malikdir. Təqdim edilmiş “Samsung Galaxy A12” markalı “SM-A127F/DS” modelli mobil smartfonun yaddaşından “UFED 4PC” adlı proqram təminatı vasitəsi ilə toplanmış (kontaktlar, zəng qeydləri, SMS mesajlar, foto, audio, video fayllar, “Whatsapp”, “Whatsapp business”, proqram təminatında aparılmış məlumat mübadiləsi, məkan koordinatları, axtarış elementləri və s.) məlumatlar əldə olunmuş və həmin məlumatlar “Ekspertiza 5-1284” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Tədqiq olunan mobil smartfonun yaddaşında olan müxtəlif proqram təminatları və sosial şəbəkələr üzərində aparılmış yazışmaların məzmunu və tarixi həmin cihaz yaddaşından “UFED 4PC” adlı proqram təminatı vasitəsilə əldə edilmiş hesabatın “Yazışmalar (Chat)” bölməsində öz əksində tapmışdır (bax xarici yaddaş qurğusundakı “Hesabata”). Tədqiq olunan fləşkart tipli yaddaş qurğusunun yaddaşında mövcud olan ( *.doc; *.docx; *.jpeg; *.jpg; *.pdf; *.mp3; formatlı və s. fayllar) məlumatlar əldə edilərək xarici yaddaş qurğusunda elektron formada ekspert rəyinə əlavə olunmuşdur. Daha sonra xüsusi bərpaedici proqram təminatları vasitəsilə yaddaş qurğusu daxilindən silinmiş məlumatlar üzərində bərpa prosessi icra olunaraq əldə edilməsi mümkün ola biləcək (*.doc; *.docx; *.jpeg; *.jpg; *.pdf; formatlı fayllar) məlumatlar xarici yaddaş qurğusuna köcürülərək elektron formada ekspert rəyinə əlavə olunmuşdur. Təqdim edilmiş “Lenova” markalı “20351” modelli “notebook” tipli kompüterin yaddaşında *.doc; *.docx; *.jpeg; *.jpg; *.pdf; *.png; *.mp3; *.mp4; formatlı fayllar müəyyən olundu və əldə olunmuş bütün fayllar xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Aparılmış bərpa nəticəsində tədqiq olunan “Lenova” markalı “20351” modelli “notebook” tipli kompöterin yaddaşından əldə edilmiş *.doc; *.docx; *.jpeg; *.jpg; *.pdf; *.png; *.mp3; *.mp4; formatlı fayllar müəyyən olundu və əldə olunmuş bütün fayllar xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. İş materiallarında olan 21 aprel 2025-ci il tarixli 4/475 nömrəli məhkəmə-linqvistik ekspertizanın rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd fləşkartda yer almış danışqlarda iştirak edən və danışıqların yazılı mətnində “Təqsirləndirilən şəxs” kimi işarə olunmuş Təqsirləndirilən şəxs Şirvan dialekti (İmişli şivəsi) daşıyıcısıdır; Ekspertizaya təqdim olunmuş 01 ədəd fləşkartda yer almış danışıqlarda iştirak edən danışıqların yazılı mətnində “Təqsirləndirilən şəxs” və “X83” kimi işarə olunmuş şəxslər arasında ierarxik münasibətlərin olduğu müşahidə edilmişdir; Ekspertizaya təqdim olunmuş 01 ədəd fləşkartda yer almış danışıqların yazılı mətnində “Təqsirləndirilən şəxs” və “X83” kimi işarə olunmuş şəxslər arasında informasiya alınması və ötürülməsinin əlamətləri müəyyən edilmişdir; Ekspertizaya təqdim olunmuş 01 ədəd fləşkartda yer almış danışıqların yazılı mətnində “Təqsirləndirilən şəxs” və “Baxtavar Mas. Rah” kimi işarə olunmuş şəxslər arasında tabeçilik münasibətlərinin olduğu müşahidə edilmişdir; Ekspertizaya təqdim olunmuş 01 ədəd fləşkartda yer almış danışıqların yazılı mətnində “Təqsirləndirilən şəxs” və “Baxtavar Mas. Rah” kimi işarə olunmuş şəxslər arasında informasiya alınması və ötürülməsinin əlamətləri müəyyən edilmişdir; Ekspertizaya təqdim olunmuş 01 ədəd fləşkartda yer almış danışıqların yazılı mətnində “Təqsirləndirilən şəxs” və “Qeybi Ustad. Alman” kimi işarə olunmuş şəxslər arasında tabeçilik münasibətlərinin olduğu müşahidə edilmişdir; Ekspertizaya təqdim olunmuş 01 ədəd fləşkartda yer almış danışıqların yazılı mətnində “Təqsirləndirilən şəxs” və “Qeybi Ustad. Alman” kimi işarə olunmuş şəxslər arasında informasiya alınması və ötürülməsinin əlamətləri müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil edir. İş materiallarında olan 29 aprel 2025-ci il tarixli 4/283 nömrəli məhkəmə-linqvistik ekspertizanın rəyində müəyyən edilmişdir: Təqsirləndirilən şəxs sosial şəbəkələrdə paylaşdığı materiallar və məqalələrdə İslam dini adı altında bu və ya digər məqsədlərə xidmət edən, fəaliyyəti qanuna zidd xarakter daşıyacaq dini kontentin təbliğinə və təqdirinə yönələn materiallar, məqalələr, xəbər xarakterli məlumatlar mövcuddur. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «əşyaya baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış zamanı bir ədəd qeyd kitabcasının vərəqinə bənzər, bir tərəfində fars dilində digər tərəfində isə kiril əlifbası ilə azərbaycan dilində cümlələr yazılmış kağız parçası aşkar edilmişdir. Vərəqin hər iki tərəfində olan yazılar qara rəngli mürəkkəbdən istifadə etməklə icra edilmişdir. Vərəqin kiril əlifbası ilə yazılar olan tərəfinin aşağı sağ hissəsində “Təqsirləndirilən şəxs” sözləri yazılmış, həmin sözlərin altından imza çəkilmiş, imzanın altından isə “xx.xx.2023” rəqəmləri yazılmaqla aşağıdakı məzmunda məktub şəklində mətn hazırlanmşdır: “Şəhidlərin Rəbbinin adilə! Əziz və mohtərəm Əhli-Bejt (ə) Aşiqləri! Sizlərdən son xahişim Əkər bu olkədə (Rusijada) dunjamı dəjişsəm məni Azərbajçana jox, İran İslam Respublikasının muqəddəs Qum şəhərində dəfn etməjə çalışın! Ləbbejk ja Xamneji! Ləbbejk ja Husejndir! Vərəqin farsca yazılan tərəfin yuxarı sol hissəsində fars dilində “Təqsirləndirilən şəxs” sözləri yazılmış, həmin sözlərin altından vərəqin digər tərəfində olan imzaya bənzər imza çəkilmiş, imzanın altından “xx.xx.2023” rəqəmləri yazılmış, rəqəmlərin altında isə insan barmağının izi əks etdirilmişdir. Vərəqin üzərinə yazılmış fars dilində olan cümlələr Azərbaycan dilinə aşağıdakı məzmunda tərcümə edilmişdir: Allahın adı ilə Şəhidlərin Allahının adı ilə. Sizə Allahın salamı, rəhməti və bərəkəti olsun. Ləbbeyk ya Hüseyn! İran İslam Respublikasının yüksək rütbəlilərinə və vilayət aşiqlərinə Mən Allahın lütfü ilə, son nəfəsimə kimi, hər yerdə, vilayət yolunda çalışdım. Həzrəti Alidən xahişim əgər Rusiyada dünyadan gedərəmsə, Müqəddəs Qum şəhərində dəfn olunmağıma icazə verəsiniz. Ləbbeyk ya Xamenei, Ləbbeyk ya Hüseyn. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonun “whats app” tətbiqi vasitəsilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində həyat yoldaşı Şahid3 ilə yazışma zamanı Tale Bağırzadənin həbsdən azad edilməsi ilə əlaqədar aksiyaların keçirilməsi, qardaşı oğlu Tural Vəliyevin həbs edilməsi və ailəsinə yardım edilməsi, Azərbaycanda ruhanilərin həbs edilməsi və ailələrinə yardım edilməsi, özünün də Azərbaycana gedəcəyi təqdirdə həbs edilməsindən qorxduğu üçün Azərbaycana getməməsi, İran İslam Respublikasında “Hüseyniyun” adlı qanunsuz silahlı birləşmənin rəhbərləri Tohid İbrahimbəylinin və Orxan Məmmədovun həbs edilmələri, daha sonra onların azad edilməsi və digər mövzularda danışıqlar aparmışlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona keçirilmiş 02 dekabr 2024-cü il baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonun “whats app” tətbiqi vasitəsilə 17 mart 2022-ci il tarixdən 25 dekabr 2022-ci il tarixədək olan müddət ərzində, həmçinin “SMS” vasitəsilə 26 oktyabr 2023-cü tarixdən 13 dekabr 2023-cü il tarixədək olan müddət ərzində İranın İslam Respublikasının ali dini rəhbəri ayətullah X66 Ərdəbil vilayəti üzrə nümayəndəsi X90 ilə aralarında aparılan danışıqlar zamanı sonuncu ilə vacib məsələnin həlli ilə bağlı görüş istəmiş, 2000-ci ildən Rusiyada gördüyü fəaliyyət barədə məlumat vermiş, Azərbaycana gedib-getməməyi ilə bağlı məsləhət almış, Qəzzada yaşayan şəxlərə yığılan pulların köçürülməsi üçün hesab nömrəsi istəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonun “Teleqram” tətbiqi vasitəsilə 19 dekabr 2022-ci il tarixdən 31 iyul 2024-cü il tarixədək olan müddət ərzində İranın ali dini rəhbəri ayətullah X66 Siyistan və Bəlucistan vilayəti üzrə nümayəndəsi X60 aralarında aparılan danışıqlar zamanı sonuncuya diqqətə layiq bir məbləğin yığıldığını, ağır vəziyyətdə olduğunu bildirir və həmin məbləğin 2/3 hissəsini özü üçün həll edilməsini xahiş etmiş, Mövsum Meşkat isə Təqsirləndirilən şəxs yığılan məbləğin 60 %-ni götürməyə razılıq vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonun “Teleqram” tətbiqi vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində, həmçinin “whats app” tətbiqi vasitəsilə xx.xx.2023-cü il tarixdə “Baxtavar Mas. Rah” kimi qeyd edilmiş, Rusiya Federasiyasının Moskva şəhərində məskunlaşmış və birbaşa İran İslam Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında və İran dini rejiminin maraqları istiaqamətində fəaliyyət göstərən İran vətəndaşı Mehdi Baxtəvəri adlı şəxslə yazışma zamanı fəaliyyətini davam etdirmək üçün Qazaxıstandan təklif alması, zindanda olsa belə ora üçün xüsusi proqramının olması, aylıq təqaüdünün Famil adlı şəxsə verilməsini, 23 illik fəaliyyətinin hesabatını təhvil vermək üçün İrana gəlməsi, böyüklərlə görüşmək istəməsi, Krasnodara yaxın şəhərdə Hüseyniyyənin tikilməsi, yiğılan yardımların yarısını Hüseyniyyə üçün sərf edilməsinə icazəsinin alınması, 50-yə yaxın köhnə və təzə ruhani dostlarının Bakıda 5 ildən 20 ilədək həbsdə olması və digər mövzular barədə danışıqlar aparmışlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonun “whats app” tətbiqi vasitəsilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində “Qeybi Ustad. Alman” kimi qeyd edilmiş şəxslə danışıqlar zamanı gördüyü fəaliyyət, gələcəkdə görəcək işlər, o cümlədən Rusiya Federasiyasında gördüyü fəaliyyət, 50 nəfər dostunun zindanda olması, Azərbaycana getdiyi halda hava limanından birbaşa tutulması, pasportunun bütün vərəqlərinin “Camiətül Mustafa” tərəfindən doldurulması, İranda misiyasının bitdiyini, İran pasportunu alaraq dini fəaliyyət görmək üçün Əbdullah Qeybi kimi dünyanın hər yerinə getmək istəməsi və digər bu kimi mövzularda danışıqlar aparmışdır. Həmçinin həmin yazışmalar zamanı Əbdullah Qeybi mütəmadi olaraq Təqsirləndirilən şəxs gördüyü işlər barədə məlumat verilməsini, Qazaxıstanda yaxın bildiyi bir nəfərin adını və telefon nömrəsini göndərməsini, həmçinin gələcəkdə görüləcək işlər barədə məlumat verilməsini istəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus “Samsung” markalı mobil telefonun “whats app” tətbiqi vasitəsilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində “Rasuli Mos. Final” kimi qeyd edilmiş Famil Cəfərov adlı şəxslə apardığı yazışmalar zamanı Rusiyada dini təşkilatın yaradılması, X28 şəhərində ayatollah Xamneyinin Rusiya Federasiyası üzrə xüsusi nümayəndəsi təyin edilməsi, Mehdi Baxtəvərinin onun təqaüdünü verməməsi, Orxan Məmmədov və Tohid İbrahimbəylinin həbs edilməsi, azadlığa buraxılması və sair bu kimi mövzularda danışıqlar aparmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonun “whats app” tətbiqi vasitəsilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində “Sheyx. Zuheyr. Daftar. Vahid XORASANİ” kimi qeyd edilmiş X4 Xorasaninin xums üzrə rəsmi nümayəndəsi olan Şeyx Züheyr adlı şəxslə apardığı yazışmalar zamanı yığılan pulların qəbzlərini göndərmiş, yığılan xums pullarının bir hissəsini özünə götürmək üçün Vəhid Xorasanidən icazə almağı xahiş etmiş, sonuncu da Təqsirləndirilən şəxs 200 dolları götürməyi icazə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus “Samsung” markalı mobil telefonun “whats app” tətbiqi vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində “Zovqi. Daf. Rahbari. Jiddi” kimi qeyd edilmiş X10 ofisinin əlaqələr nümayəndəsidir və Əkbəri Ciddinin köməkçisi olan Zövq adlı şəxslə apardığı yazışmalar zamanı bütün işlərin hesabatını göndərmiş, rəhbər şəxslərin Qumdakı ofisdə iclas keçirilməsini xahiş etmiş, həmçinin zəruri bir məsələ ilə bağlı məktub göndərmək üçün dəqiq poçt ünvanı istəmişdir. İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli «kompüterə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Lenovo” markalı noutbukun bərpa olunmuş yaddaş nüsxəsinə keçirilmiş, baxış zamanı “Lenovo” markalı noutbukun bərpa olunmuş yaddaş nüsxəsində Hökümət evinin, İmişli şəhərinin girişi, İmişli şəkər zavodunun, Heydər Əliyev adına İmişli şəhər stadionunun, Neftçala rayon icra hakimiyyətinin, Neftçala rayonunun girişinin, Yeni Azərbaycan Partiyasının inzibati binasının, Şirvan şəhəri Heydər Əliyev mərkəzinin, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 16 mənzilli yaşayış binasının, "xxxx" ASC-nin, Lerik rayon mərkəzi xəstəxanasının, Astara yeni Qaz kompressor stansiyasının, İsmayıllı rayon icra hakimiyyəti, Şəmkir hərbi prokurorluğunun, Şəmkir şəhərində yerləşən “Sərxan” adlı mehmanxananın, “Yamin” adlı şadlıq sarayının, "xxxx" ASCnin və Şəmkir rayon Notariat kontorunun, Sabirabad rayonunun girişi, naməlum hərbi hissənin və digər müəssisələrin inzibati binalarının, həmçinin Təqsirləndirilən şəxs dövlətə xəyanət və digər cinayət əməllərinə görə axtarışda olan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşmənin sədri Tohid İbrahimbəyli, o cümlədən eyni cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasını çəkən Seyran, Əli, Eldar, İlham və Ramin adlı şəxslərlə birlikdə fotoşəkilləri aşkar edilmişdir. İş materiallarında olan 03 mart 2025-ci il tarixli «əşyaya baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Lenovo” markalı noutbukun bərpa olunmuş yaddaş nüsxəsinə baxış keçirilmiş, baxış zamanı “Lenovo” markalı noutbukun bərpa olunmuş yaddaş nüsxəsində iş üzrə əhəmiyyət kəsb edən farsca yazılmış bir ədəd məktub faylı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin məktubu ayatullah Xamneyinin beynəlxalq katibliyinin məsul şəxsi X92 Qumiyə ünvanlayaraq İran İslam Respublikasının vətəndaşlığına qəbul edilməsini xahiş etmişdir. Həmin müraciətində Təqsirləndirilən şəxs İranda aldığı təhsil, Rusiyanın Sankt-Peterburq, Rostov, Krasnodar şəhərlərində və Krım yarımadasında apardığı təbliğat, İranın maraqları naminə gördüyü iqtisadi işlər, pasportunun etibarlılıq müddətinin bitməsi, Azərbaycana daxil olduğu təqdirdə çoxsaylı ruhani dostları kimi dövlət orqanları tərəfindən şərlənərək tutulub həbs edilməsi, bu səbəbdən də, Quran və Əhlibeyt məktəbinin təbliği meydanında və İslam Respublikasının müqəddəs iqtisadi nizamının sürətli və təxirəsalınmaz şəkildə möhkəmlənməsi yolunda fəaliyyətini davam etdirə bilmək üçün İran vətəndaşlığına qəbul olunmağına ehtiyac olduğunu, əlli dörd yaşında olmasını və can-başla Allahın verdiyi qalan ömrünü fəxrlə İslam Respublikasının bayrağı, yəni İmam Zaman (ə) bayrağı altında İran İslam Respublikasının kimliyi ilə həmin yolda şəhid olacağı günə kimi yaşamağa hazır olduğunu vurğulamışdır. İş materiallarında olan 14 aprel 2025-ci il tarixli «əşyaya baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Lenovo” markalı noutbukun bərpa olunmuş yaddaş nüsxəsinə baxış keçirərkən iş üzrə əhəmiyyət kəsb edən cədvəl və fotoşəkillərdən ibarət olan farsca yazılmış 45 “Microsoft Word” faylı aşkar edilmişdir. Həmin fayllara keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Bakı, Sumqayıt, Lənkəran, Şirvan, Ağstafa, Cəlilabad, Sabirabad, Göyçay, İmişli, Beyləqan, Bərdə, Şəmkir, Xaçmaz, İsmayıllı, Neftçala, Salyan, Astara, Naftalan, Lerik, Saatlı, Masallı, Goranboy, Biləsuvar və Yardımlı şəhər və rayonlarında yerləşən məscidlərin və onların yerləşdiyi ərazilərin fotoşəkillərini çəkməklə ayrı-ayrılıqda hər bir məscidin strateji əhəmiyyəti, istifadə təyinatı, sahəsi, vəziyyəti, statusu, təmir və bərpa üçün tələb olunan xərcləri, məscidə məsul şəxslərin anket məlumatlarını, qeyd olunan məscidlərin yerləşdiyi şəhər və rayon əhalisinin məzhəblər üzrə dəqiq sayı barədə məlumatları toplayaraq fars dilində “məscid və hüseyniyyələr haqqında ümumiləşdirilmiş məlumat” adlı sənədlər hazırlamışdır. İş materiallarında olan 15 aprel 2025-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Lenovo” markalı noutbukun bərpa olunmuş yaddaş nüsxəsində iş üzrə əhəmiyyət kəsb edən “2008-2009-ҹu ildə.İd_d0000059f215c51” adlı “Microsoft Word” faylı aşkar edilmişdir. Həmin fayldan görünür ki, Təqsirləndirilən şəxs Əhli beyt cəmiyyətinin Sankt-Peterburq şəhərində 2008-2009-cu illər üçün “təhsil və maarif”, “təbliğat və təşviqat”, “informatika” və “iqtisadi şöbə” fəsilləri olan 10 vərəqdən ibarət fəaliyyət proqramını hazırlamışdır. Bundan başqa qeyd olunan baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Lenovo” markalı noutbukun bərpa olunmuş yaddaş nüsxəsində iş üzrə əhəmiyyət kəsb edən “İSLAMİ OYANİSH-1” adlı “Microsoft Word” faylı aşkar edilmişdir. Həmin fayl kitab şəklində 74 vərəqdə Azərbaycan dilində tərtib edilmişdir. Kitabın ilk vərəqinin yuxarı hissəsində “İslami Oyanış! Azərbaycan Mübariz və Şücaətli Gəncləri!”, alt hissəsində isə “Hicab və X9 Müdafiə Komitəsi 2011 oktyabr” sözləri yazılmışdır. Kitabın ön sözünün sonunda “Hicab və X9 müdafiə komitəsinin sədri, Cameətul-Mustafa (s) alimiyyə adına ilahiyyat akademiyasının Quran və Hüquq üzrə doktoran Höccətül-İslam Təqsirləndirilən şəxs 2011-11-18” qeyd edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, kitabın digər hissəsi ümumilikdə beş fəsldən ibarət olmuşdur. Birinci fəsil “Vətənimizdə İslam, Hicab, Torpaq, X84 X20 X93 X29 Mübariz, Şücaətli, X75 Və Cavanlarımız” kimi, ikinci fəsil “X34 - X53 X61 X67 X43 X85 X86 X54 Və Möminlər” kimi, üçüncü fəsil “X44 X55 X11 X68 Amma, X91 X21” kimi, dördüncü fəsil “X45 Mübariz, Şücaətli, Haqqı, X12 X46 X30” kimi, beşinci fəsil isə “Nəticə - Azərbaycan hakimiyyətinin X13 Başına Açdığı Bəla Və Müsibət, X14 X69 X76 X47 Rəsmi Bəyanatları” kimi qeyd edilmişdir. İş materiallarında olan 15 may 2025-ci il tarixli «cinayət işinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “SEPAH”-ın İranın Azərbaycandakı səfirlik daxili rezidenturasının əməkdaşı X51 Hasraqi 01.xx.xx-2011-ci il tarixlərdə “İsrailin Fələstin xalqına qarşı dövlət terrorizminin dünya xalqlarına çatdırılması” mövzusunda Tehran şəhərində keçiriləcək konfrasda iştirak etmək məqsədilə o cümlədən Təqsirləndirilən şəxs, “Mənəvi saflığa dəvət” ictimai birliyinin sədri Elşən Mustafayev, radikal iranyönümlü dindar X26, radikal iranyönümlü dindar Sərdar Babayev, Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova, radikal iranyönümlü dindar Əli Əliyevə üzərində “İİR-in Bakıdakı Səfirliyi” yazılmış konvertlərin içərisində olan dəvətnamələrin çatdırılmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X19 həvalə etmiş, sonuncu isə həmin dəvətnamələri qeyd olunan şəxslərə çatdırmaq üçün Şahid4 vermişdir. Baxış protokolundan görünür ki, 02 fevral 2016-cı il tarixli 7/443 saylı əməliyyat tapşırığına cavab məktubuna əsasən X51 Hasraqi – İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirlikdaxili rezidenturasının rəhbəri kimi fəaliyyət göstərmiş, səfirliyin mətbuat katibinin müavini kimi akreditasiyadan keçmiş, Azərbaycan Respublikasının ərazisində kəşfiyyat-pozuculuq və agentura-əməliyyat fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa baxış protokoluna əlavə edilmiş çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə saat 22:00-da Qara Qarayev metrostansiyası yaxınlığındakı parkda X22 Əhədovla konspirativ görüşü qeydə alınmışdır. Görüş zamanı X48 Əhədova 7000 ABŞ dolları verərək, gələcəkdə Azərbaycan İslam Partiyasının maliyyə məsələlərinin onunla həll ediləcəyini, bunu müqabilində görülən işlər və bu istiqamətdə sərf olunan maddi vəsaitlə bağlı müvafiq hesabat götürüləcəyini, həmçinin qəbzlərə imza etdiriləcəyini bildirmişdir. Maddi vəsaiti İnqilab Əhədova verdikdən sonra Həsən Məlikzadə ona 15 sentyabr 2011-ci il tarixdən sonra bir həftə ərzində “hicab məsələsi” ilə bağlı mitinq keçirmələrini və bu tədbirə, daha izdihamlı olması üçün “Cəfəri” heyətinin (rəhbəri hazırda həbsdə olan Abgül Süleymanov) və “Mübariz ruhanilər” cəmiyyətinin (İsgəndər Hüseynov tərəfindən Qumda yaradılıb, Təqsirləndirilən şəxs rəhbərliyi altında orada fəaliyyət göstərir) üzvlərini də cəlb etmələrini tapşırmışdı. Bundan əlavə baxış protokolundan həmçinin görünür ki, X2 1992-ci ildə İranın teoloji mərkəzində dini təhsil alıb, hərbi təlim keçib və həmin dövrdə İran İslam Respublikasının xüsusi xidmət orqanı tərəfindən təsir altına salınaraq Azərbaycan qarşı aparılan pozuculuq fəaliyyətində fəal istifadə olunub, İranın Qum şəhərində İran İslam Respublikasının xüsusi xidmət orqanının nəzarəti altında fəaliyyət göstərən “Nur” elmi mədəni müəssisənin rəhbəridir. X35 qeyri-rəsmi dini təhsil alan azərbaycanlı tələbələr arasında zəif əqidəli şəxslərin seçilərək İran İslam Respublikasının xüsusi xidmət orqanının casus şəbəkəsinə cəlb olunmasına şəraitin yaradılmasında, zərərli dini ədəbiyyatın azərbaycan dilinə tərcümə edilərək iranyönümlü təbliğat məqsədilə Azərbaycan göndərilməsində, həmçinin təsiri altına salınmış tələbələrin hərbi təlimlərə cəlb olunmasında təşkilatçı funksiyalarını həyata keçirir. İş materiallarında olan 16 noyabr 2024-cü il tarixli 9/5307 nömrəli Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat baş idarəsinin məktubdan görünür ki, qeyd olunan vərəqin məzmunundakı mətnlə bağlı keçirilmiş araşdırma tədbirləri zamanı Təqsirləndirilən şəxs tərəfindən yazılmış vəsiyyətnamə məzmunlu mətnin göndəriləcək ünvanı – “İran İslam Respublikasının yüksək rütbəlilərinə və vilayət aşiqlərinə” göstərilməklə İran İslam Respublikasının xüsusi xidmət orqanı – “SEPAH”a (X56 Mühafizəçiləri Korpusu) ünvanlanması, “son nəfəsimə kimi, hər yerdə, vilayət yolundan çalışdım” fikirləri qeyd edilməklə daimi olaraq İran dini ideologiyasının təbliğatı istiqamətində fəaliyyət göstərməsini açıq şəkildə ifadə etdiyi müəyyən olunmuşdur. Həmçinin əməliyyat-axtarış tədbirləri zamanı toplanmış məlumatlar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan mətnin tərtib olunması və bu məzmunda müraciətin hazırlanmasını zərur etmiş hallar onun İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X73 Mühafizəçiləri Korpusu – «SEPAH»la əlaqəli olmasını və əməkdaşlıq əlaqalərinin pərdələnmiş üsulu kimi istifadə etməsini göstərir. İş materiallarıneda olan xx.xx.2024-cü il tarixli «təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmanın əvvəli tutulduğu andan hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat baş idarəsinin 08 avqust 2024-cü il tarixli 2/4400 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2024-cü il tarixdə Qazaxıstan hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdır. İş materiallarında olan 29 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs əşyalarına baxış keçirilən zaman aşkar edilmiş üzərində məktub yazılmış bir ədəd kağız parçası maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı “SM-A127F/DS” modelli “**********62069, **********62062” İMEİ kodlu mobil smartfon, Lenovo” markalı “20351” modelli “Windows 7 Ultimate 64-Bit (6.1,Bulid 7601)” əməliyyat sistemi ilə təchiz olunmuş notebook tipli kompüter və “16GB” yaddaş tutumuna malik fləşkart tipli yaddaş qurğusu maddi sübut kimi tanınmış saxlanılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 04 iyun 2025-ci il tarixli İmişli rayon Qaravəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş yaşayış yeri və ailə tərkibi barədə arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə daimi qeydiyyatda olmaqla arvadı Şahid3, xx.xx.1998-ci il təvəllüdlü X31, xx.xx.2001-ci il təvəllüdlü X36, xx.xx.2003-cü il təvəllüdlü X32 adlı yetkinlik yaşına çatmış və xx.xx.2011-ci il təvəllüdlü X37 adlı yetkinlik yaşına çatmayan uşaqlarından ibarətdir, verilmiş xasiyyətnamədə onun adətən İran, Suriya və Rusiya respublikalarında yaşaması, il ərzində bir neçə gün yaşadığı Qaravəlli kəndində gəldikdə özü və ailə üzvləri qapalı geyim formasında, eyni zamanda danışıqlarından isə iran mövqeyli şəxs olduğu anlaşılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» qərardan görünür ki, hazırki cinayət işindən Azərbaycan Respublikasının vətəndaşları X50, X23, X24, X38, X39, X25, X40, X16, X41 və qeyriləri, eləcə də digər xüsusatlarla əlaqədar Azərbaycan respublikası CM-nin 12.1,218.2, 214-1, 12.3,214.3.1, 12.1,279.1,283-1.3 və sair maddələrlə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə bəraət verilməsi ilə bağlı təqsirləndirilən şəxsin və müdafiəçisinin ifadə və çıxışlarında «Azərbaycan Respublikasının əleyhinə heç bir faəliyyət göstərmədiyini, habelə dövlət təhlükəsizliyi zərərinə məlumatlar toplayaraq xarici qurumlara vermədiyini, SEPAH-ın üzvü və SEPAH-la heç bir əlaqəsinin olmadığını, Fazil Dərbəndi adlı təxəllüsü daşımadığını, məxfi əməkdaşlığa cəlb edilmədiyini, Azərbaycanda ictimai siyasi və digər sahələrdə cərəyan edən prosesləri izləyərək məlumatları toplayıb fars dilində hazırlayıb İran xüsusi xidmət orqanlarına təqdim etmədiyini, “Hicab və X9 müdafiəsi komitəsi” adlı təşkilat onun tərəfindən yaradılmadığını, təşkilat tərəfindən verilən bəyanatlar onun tərəfindən hazırlanmadığını, X51 Hasraqini tanımadığını, adından sonuncuya heç bir dəvətnamə verilmədiyini, “Huseyniyyun” adlı təşkilatı yaratmadığını, üzvü olmadığını, heç bir formada əlaqəsinin olmadığını, həmin təşkilata da heç kimi cəlb etmədiyini, İran xüsusi xidmət orqanının nəzarəti və ya tapşırığı ilə heç bir məqaləni internet resurslarında paylaşmadığını, “Nardaran hadisələri” ilə bağlı məlumatları paylaşmadığını, Rusiya və Qazaxıstanda gördüyü elmi və dini fəaliyyətlə bağlı SEPAH-a heç bir məlumat vermədiyini, Əbdullah Qeybi və Mehdi Baxtəvəriyə heç bir məxfi məlumat ötürməməsi» barədə göstərdiklərinə qiymət verərək hesab edir ki, həmin xüsusatlar özünümüdafiə xarakterli olmaqla heç bir dəlilə söykənməyən və əsaslanmayan subyektiv mülahizəsidir, törətdiyi cinayət əməllərinə görə onu gözləyən cəzadan yayınmaq məqsədini daşıyır və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsində təqsirliliyi təqsirləndirilən şəxsin özünün verdiyi ifadələri ilə yanaşı, çoxsaylı şahid ifadələri, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon və kompüterinə keçirilmiş baxış protokolları, məhkəmə-psixiatrik, məhkəmə kompüter-texniki, məhkəmə-linqvistik, məhkəmə-xətşünaslıq ekspertizaların rəyləri, çoxsaylı əməliyyat tapşırıqlarının cavabları, Təqsirləndirilən şəxs “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhədkeçmə barədə tələbnaməsi, maddi sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər əşya və sənədlərlə, həmçinin işin digər faktiki materialları ilə tam və əsaslı olaraq sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 12.1,218.2 və 274-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti tamah məqsədilə törətməsi cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə Azərbaycan Respublikası CM-nin 12.1,218.2 və 274-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2-ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı “SM-A127F/DS” modelli “**********62069, **********62062” İMEİ kodlu mobil smartfon, Lenovo” markalı “20351” modelli “Windows 7 Ultimate 64-Bit (6.1,Bulid 7601)” əməliyyat sistemi ilə təchiz olunmuş notebook tipli kompüter və “16GB” yaddaş tutumuna malik fləşkart tipli yaddaş qurğusu onun yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs əşyalarına baxış keçirilən zaman aşkar edilmiş üzərində məktub yazılmış bir ədəd kağız parçası cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin başlanğıcı 11 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 218.2 və 274-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 12.1, 218.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 274-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökmü qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı “SM-A127F/DS” modelli “**********62069, **********62062” İMEİ kodlu mobil smartfon, Lenovo” markalı “20351” modelli “Windows 7 Ultimate 64-Bit (6.1,Bulid 7601)” əməliyyat sistemi ilə təchiz olunmuş notebook tipli kompüter və “16GB” yaddaş tutumuna malik fləşkart tipli yaddaş qurğusu onun yaxın qohumlarına qaytarılsın və üzərində məktub yazılmış bir ədəd kağız parçası cinayət işində saxlanılsın. İş üzrə 890 (səkkiz yüz doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Cavanşir Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar